Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-404/2020 27.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x8 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili x2 iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1975-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, heç bir yerdə işləməyən, Bakı şəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Sülh küçəsi İnzibati bina 8-də qeydiyyatda olub,Bakı şəhəri,Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi,ev 16,mənzil 13-də yaşayan hazırda ƏN PX Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etmədən, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib özündə saxlamaqla daşıyaraq qaçaqmalçılıq etmişdir. Belə ki, o, x11 İşlər Üzrə Məhkəməinin 18 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 14.03.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən 25 iyul 2019-cu il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib İran İslam Respublikasının Ərdəbil şəhərində istintaqla müəyyən edilməmiş mənbədən, İran İslam Respublikası vətəndaşı «ŞƏHRUZ» adlı şəxsdən narkotik vasitəni və psixotrop maddəni 1050 manata almağa razılaşmış, həmin məbləğin 650 manatını ödəmiş, qalan 400 manatını isə Azərbaycan Respublikası ərazisində satdıqdan sonra verəcəyi barədə razılaşaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellofan bükümdə külli miqdarda, 73,708 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və 1 bükümdə külli miqdarda 18,696 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 ədəd sellofan bükümdə 73,708 qram heroin narkotik vasitəsini daxili orqanı düz bağırsağında, 1 bükümdə 18,696 qram metamfetamin psixotrop maddəsini isə ayağındakı ayaqqabısının sol tayının içərisində yerləşdirib saxlamaqla, İran İslam Respublikasından keçərək 27 iyul 2019-cu il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda bəyan etməməklə keçirərək daşımış, daxili orqanı düz bağırsağında gizlətdiyi 1 ədəd sellofan bükümdə olan külli miqdarda 73,708 qram heroin narkotik vasitəsi tibbi müdaxilə ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında aşkar edilərək götürülüb qablaşdırılsa da, digər bükümdə olan külli miqdarda 18,696 qram metamfetamin psixotrop maddəsi həmin vaxt aşkar edilməmiş, istintaq hərəkətlərinin aparılması üçün Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti 23 L ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirildikdən sonra sonuncunun ayaqqabısında olan metamfetamin psixotrop maddəsinin ondan aşkar olunmaması məqsədi ilə həmin maddəni inzibati binanın tualetinə atmış və şübhəli şəxs qismində verdiyi ifadəsində bu barədə qeyd etdiyindən onun iştirakı ilə 28 iyul 2019-cuil tarixdə saat 16:30 radəsində tualetə baxış keçirilərək həmin külli miqdarda 18,696 qram metamfetamin psixotrop maddəsi tualetdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 1999-cu il və 2007-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə məhkum olunmuş, 14 mart 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O 2005-ci ildən etibarən narkotik vasitə olan heroindən mütəmadi olaraq istifadə etmişdir. Metamfetamindən istifadə etdiyinə görə onda yaranmış dəri-zöhrəvi xəstəliyindən əziyyət çəkdiyi üçün tez-tez İran İslam Respublikasına gedib müalicə almışdır. O tutulmamışdan təxminən 1 ay əvvəl İran İslam Respublikasında olarkən İranın Biləsuvar şəhərində “Şəhruz” adlı iranlı şəxslə tanış olmuşdur. Söhbət zamanı Şəhruz bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olur və nə zaman istəsə ona narkotik vasitə sata bilər. O əlaqə saxlamaq üçün Şəhruzun mobil telefon nömrəsini götürmüşdür. O, narkotik vasitə almaq üçün 25 iyul 2019-cu il tarixdə saat 23 radələrində “Biləsuvar” gömrük postundan piyada yolla keçərək İran İslam Respublikasının Biləsuvar şəhərinə, sonra isə taksi ilə Ərdəbil şəhərinə gedərək “Şəhruz” adlı iranlı ilə görüşmüşdür. Şəhruz 25 iyul 2019-cu il tarixdə evində 100 qram narkotik vasitə heroini və 20 qram metamfetamin psixotrop maddəni ona 1050 manata sata biləcəyini demişdir. O razılaşıb üstündə olan 650 manat pulu Şəhruza verib ona 400 manat borclu qalaraq həmin narkotik vasitə və psixotrop maddəni alaraq növbəti dəfə gələndə borclu qaldığı pulu verəcəyini demişdir. O düşünmüşdür ki, aldığı narkotikin bir qismini satıb Şahruza borclu qaldığı 400 manat pulu növbəti dəfə verər. O, Şəhruzdan aldığı 100 qram narkotik vasitə heroindən bir hissəsini İranda olan zaman özü istifadə etmiş, qalan hissəsini isə Azərbaycan Respublikasına gətirmək istəmişdir. Daha bir gün İranda qaldıqdan sonra 27 iyul 2019-cu il tarixdə Azərbaycana qayıtmaq istəyən zaman fikirləşmiş ki, narkotik vasitələri düz bağırsağında yerləşdirsə gömrükdə tutulmaz. O həmin heroini İranın Ərdəbil şəhərində, Şəhruza məxsus olan evdə düz bağırsağında yerləşdirsə də, 20 qram metamfetamin bükümünü daxili orqanına yerləşdirə bilməmişdir. Həmin metamfetamini ayağına geyindiyi ayaqqabının sol tayının içərisində gizlətmişdir. Bundan sonra Azərbaycan Respublikasına keçmək üçün İran gömrüyünə gəlmişdir. 27 iyul 2019-cu il tarixdə, saat 23 radələrində İran gömrüyünü keçib “Biləsuvar” gömrük postuna daxil olmuşdur. Pasport nəzarətindən keçdikdən sonra gömrük ərazisinə daxil olmuşdur. Gömrük əməkdaşları onunla şifahi sorğu-sual edərək üzərində qadağan olunmuş predmetlər, yəni narkotik vasitələrin, psixotrop maddələrin, dərman preparatları və digər əşyaların olub-olmamasını soruşmuşlar. O, üzərində heç bir qadağan olunmuş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşları 2 nəfər hal şahidi dəvət edərək şəxsi yoxlama otağında onun üzərində şəxsi yoxlama aparsa da, üzərindən qadağan olunmuş predmetlər yəni narkotik vasitələr, psixotrop maddələr, dərman preparatları və digər qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Bundan sonra onun daxili orqanlarında narkotik vasitə gizlətdiyini ehtimal edib onu həkim köməkliyi ilə yoxlamaq qərarına gəlmişlər. Gömrük əməkdaşları daxili orqanlarını yoxlamaq məqsədi ilə rentgen müayinəsindən keçirilməyim üçün onu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Onun daxili orqanları rentgen müayinəsindən keçirilərkən düz bağırsağında şübhəli predmet olduğu müəyyən edilmişdir. Bundan sonra onun daxili orqanları həkim tərəfindən müayinə edilərkən, daxili orqanı-düz bağırsağında gömrük nəzarətindən gizlətdiyi 1 ədəd sellofan büküm aşkar edilərək xaric edilmişdir. Həmin maddə qablaşdırılaraq sənədləşdirilib götürülmüşdür. Onun daxili orqanı-düz bağırsağında gizlətdiyi narkotik vasitə heroini gömrük işçiləri aşkar etsələr də, ayaqqabısının sol tayının içərisində gizlətdiyi 20 qram metamfetamin maddəsini Biləsuvar gömrük postunda yoxlama zamanı aşkar edə bilməmişlər. Lakin həmin metamfetaminin onun üzərində olması onu çox narahat etmişdir. Onu şübhəli şəxs qismində tutub istintaq hərəkətləri aparılması üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına aparmışlar. O, əməkdaşlara tualetə getmək istədiyini bildirmişdir. Onu binanın 2-ci mərtəbəsində yerləşən tualetə aparmışlar. O, tualetin arakəsməsində ayaqqabısının sol tayının içərisində olan 1 ədəd büküm 20 qram metamfetamini ayaqqabının içərisindən çıxardıb düz bağırsağına yerləşdirməyə çalışa da, həyacandan bunu edə bilmədiyini görüb həmin 1 ədəd bükülünü tualetin onun sol tərəfində yerləşən ikinci bölməsinə tərəf atmışdır. O bundan sonra istintaq otağında müstəntiqə şübhəli şəxs qismində ifadə verərkən «Şəhruz» adlı şəxsdən metamfetamin aldığını göstərdiyindən məcbur olub ifadəsində həmin psixotrop maddə metamfetamini tualetdə atdığını etiraf etmişdir. Müstəntiq onun və hüquqlarını müdafiə edən vəkilinin, həmçinin hal şahidlərinin iştirakı ilə tualetə baxış keçirərkən 2-ci bölmədən onun atdığı metamfetamin-psixotrop maddəni aşkar edərək qablaşdırıb götürmüşdür. O, «Şəhruz» adlı şəxsdən aldığı külli miqdarda narkotik vasitə heroini və metamfetamin psixotrop maddəni özü istifadə etmək üçün, bir qismini isə tanışlarına vermək və satıb Şəhruza qalan borcunu ödəmək niyyəti ilə özü ilə Azərbaycana gətirmişdir. O, «Şəhruz» adlı şəxsin soyadını, atasının adını bilmədiyini və onunla əlaqə saxladığı mobil telefon nömrəsini xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Cənub Ərazi Baş Gömrük idarəsinin Biləsuvar gömrük postunun inspektoru vəzifəsində işləyir. 27 iyul 2019-cu il tarixdə iş bölgüsünə əsasən Biləsuvar Gömrük Postunda İran islam Respublikasından Azərbaycan Respublikasına gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 23:20-də şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarəti həyata keçirilən otağa daxil olarkən onun hərəkətlərindən şübhələnmişdir. Həmin şəxsdən vətəndaşlıq pasportunu tələb edərək onunla şifahi sorğular aparmaqla hərəkətlərinə və cavablarına diqqət yetirmişdir. Təqsirləndirilən şəxs onun suallarına düzgün və vaxtında cavab vermədiyindən həmin şəxsə qarşı şübhələri daha da artmışdır. O, Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş predmetlər, yəni narkotik vasitələrin, psixotrop maddələrin, dərman preparatları və digər qanunla qadağan edilmiş əşyaların olub-olmamasını soruşmuş və təklif etmişdir ki, varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə yaratdığından Azərbaycan Respublikası Gömrük məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq onun üzərinə şəxsi yoxlama aparmaq qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama keçirəcəyini bildirmişdir və onu şəxsi yoxlama otağına dəvət etmişdir. Şəxsi yoxlama aparmaq üçün iki nəfər vətəndaşı da hal şahidi qismində dəvət edərək onlara Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparacağını, onların da həmin tədbiri keçirərkən hal şahidi qismində iştirak edəcəklərini bildirmişdir. Həmin şəxslər etiraz etmədikdən sonra onlara qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qadağan olmuş əşyalar, o cümlədən narkotik vasitə olub-olmamasını soruşmuş, belə əşyalar varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. O, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama apararaq onun üst və alt paltarlarını yoxlasa da qanunla qadağan edilmiş heç bir əşya aşkar etməmişdir. Lakin, Təqsirləndirilən şəxs yoxlanarkən özünü çox narahat apardığından onun daxili orqanında qadağan edilmiş əşya, o cümlədən narkotik vasitə gizlətməsini etimal edib onu həkimin köməkliyi ilə yoxlamaq qərarına gəlmişdir. Bu haqda Təqsirləndirilən şəxs dedikdə o, özünü daha da narahat hiss etmişdir. O, Təqsirləndirilən şəxs müşayəti altında Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. Xəstəxanada Təqsirləndirilən şəxs daxili orqanları rentgen müainəsindən keçirilərkən daxili orqanı-düz bağırsağında yad cisim olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxili orqanları həkim tərəfindən müainə edilərək onun daxili orqanı-düz bağırsağından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd şəffaf selofana bükülərək üzəri yapışqanlı lentlə sarınmış büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda bükümün içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə sayılan heroinə oxşar maddə aşkar olunmuşdur. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilərək qablaşdırılması ilə birlikdə çəkisinin 80(səksən) qram olmasını müəyyən etmişdir. O, aşkar olunmuş maddəni qablaşdırıb götürərək bu haqda protokol tərtib edib ucadan oxumuşdur. İştirakçılar protokol ilə tanış olaraq imzaları ilə doğruluğunu təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 iyul 2019-cu il tarixdə həmyerlisi Şahid3 ilə birlikdə Biləsuvar gömrük postunun qarşısında saat 23:30 radələrində olarkən onlara bir nəfər gömrük işçisi yaxınlaşıb özünü təqdim edib bildirmişdir ki, İran islam Respublikasından Azərbaycan Respublikasına gəlmiş bir nəfər azərbaycanlı vətəndaşın üzərində şəxsi yoxlama aparacaqdır. Həmin yoxlamanın aparılmasında onların hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar razılaşdıqdan sonra gömrük işçisinin dəvəti ilə Biləsuvar gömrük postunda olan şəxsi yoxlama otağına getmişlər. Gömrük işçisi onlara bir nəfər şəxsi təqdim edib onun azərbaycan vətəndaşı Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonra isə Təqsirləndirilən şəxs onları təqdim edib onun üzərinə şəxsi yoxlama aparılarkən hal şahidi qismində iştirak edəcəyini bildirmişdir. Gömrük işçisi Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və bəyan edilməmiş, qadağan edilmiş əşya, o cümlədən narkotik vasitə olub-olmamasını soruşaraq belə bir əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində qadağan edilmiş gömrük nəzarətindən gizlətdiyi, bəyan etmədiyi heç bir əşya olmadığını bildirmişdir.Bundan sonra gömrük işçisi Təqsirləndirilən şəxs əynində olan üst və alt paltarını yoxlamağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Yoxlama zamanı Vüqar özünü çox narahat hiss etdiyini büruzə verdiyindən gömrük işçisi onun daxili orqanlarında narkotik vasitə gizlətməsini ehtimal edib onu həkim köməkliyi ilə yoxlamaq qərarına gəlmişdir. Bu qərar barədə Vüqara gömrük işçisi məlumat verdikdə o, özünü daha da narahat aparmağa başlamışdır. Bundan sonra gömrük işçisi Təqsirləndirilən şəxs onların iştirakı ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparıb rentgen müainəsindən keçirərkən Vüqarın daxili orqanı düz bağırsağında yad cisimin olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxili orqanı düz bağırsağı həkim tərəfindən müainə edilərək daxili orqanı-düz bağırsağından 1 ədəd şəffaf selofana bükülmüş üzəri yapışqanlı lentlə sarınmış büküm aşkar edilmişdir. Həmin bükümü gömrük əməkdaşı açdıqda onun içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə sayılan heroinə oxşar maddə olduğu məlum olmuşdur. Yoxlama qurtardıqdan sonra həmin 1 ədəd büküm gömrük əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bu haqda protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində Şahid2 məhkəmədə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 28 iyul 2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektindən tək keçərkən ona bir nəfər gömrük işçisi yaxınlaşıb özünü təqdim edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında keçiriləcək baxış tədbirində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Onun vaxtı olduğundan razılaşaraq gömrük əməkdaşı ilə birlikdə həmin idarənin İstintaq Şöbəsinin gömrük xidməti baş leytenantı x3 xidməti iş otağına getmişdir. Müstəntiq ona və başqa bir tanımadığı şəxsə izah etmişdir ki, Təqsirləndirilən şəxs 27 iyul 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda piyada keçid xəttində gömrük nəzarətindən keçərkən saxlanılmış və üzərində aparılmış şəxsi yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında gömrük nəzarətindən gizlətdiyi 1 sellofan bükümdə 73,708 qram çəkidə heroin narkotik vasitə aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanaraq şübhəli şəxs qismində tutulmuşdur. V. İsgəndərov dindirilərkən ifadəsində göstərmişdir ki, onun düz bağırsağından aşkar edilmiş narkotik vasitədən başqa o, sol ayağına geyindiyi ayaqqabı tayının içində də psixotrop maddə gizlədib daşımışdır. Həmin psixotrop maddə ondan aşkar edilmədiyinə görə üçün özü ilə Bakı şəhərinə gətirmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında 2-ci mərtəbədə yerləşən tualetin unitazının yanına yerə atimışdır. Həmin tualetə onların iştirakı ilə baxış keçiriləcəkdir. Müstəntiq onlara hal şahidlərinin qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkilinin, həmçinin onların iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23 L ünvanında yerləşən Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasının 2-ci mərtəbəsindəki ayaqyoluna baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ayaqyolunda sol tərəfdə yerləşən 1-ci bölmədəki unitazı göstərərək həmin unitazda oturduqdan sonra ayağındakı ayaqqabının sol tayının içərisində gizlətdiyi bükümü çıxarıb əvvəl daxili orqanında yerləşdirmək istədiyini, lakin bunu edə bilmədikdə həmin bükümü alt tərəfdən sol yanda yerləşən digər bölmədəki unitazın yanına atdığını bildirmişdir. Həmin əraziyə baxış keçirilərkən 2-ci bölmədə unitazın yanında bir tərəfi nəcisə bulaşmış ağ şəffaf rəngli uzunsov formalı sellofan bükümü aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin büküm onun atdığı büküm olduğunu, içərisində Metamfetamin psixotrop maddə olduğunu, həmin maddəni də İran İslam Respublikasından alıb özü ilə daşıdığını bildirmişdir. Müstəntiq tərəfindən həmin büküm qablaşdırılaraq götürülmüş, bu haqda protokol tərtib olunmuşdur. O, protokol ilə tanış olub doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmədə Şahid5 ibtidai iaraşdırma zamanı verdiyi ifadə elan olunmuşdur. O həmin ifadəsində x4 ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 28 iyul 2019-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 29 iyul 2019cü il tarixli, 4(004)-678/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 iyul 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 27.07.2019-cu il tarixdə saat 23:40 dəqiqədə tərtib olunmağa başlayıb 28.07.2019-cu il tarixdə saat 02:30 da başa çatdırılmış şəxsi yoxlama aparılması protokolundan görünür ki, 27 iyul 2019-cu il tarixdə saat 23:40 radələrində Biləsuvar rayonu inzibati ərazisində yerləşən Biləsuvar gömrük postunda həmin gömrük postunun inspektoru, gömrük xidməti leytenantı Şahid1 tərəfindən AR Gömrük Məcəlləsinin 64,92.2.2-ci maddələrinə, AR Nazirlər Kabinetinin “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 18.01.2013-cü il tarixli 7 №li Qərarının 1.5 və 6.3.5-ci bəndlərinə və Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisinin birinci müavini Sahib Axundovun şəxsi yoxlama aparılması haqqında qərarına əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada keçən Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onun üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan üst və alt paltarından qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Yoxlanış zamanı Təqsirləndirilən şəxs özünü narahat hiss etdiyindən onun daxili orqanlarında narkotik vasitə gizlətməsi və bu haqda bəyan etməməsi ehtimal olunduğundan Təqsirləndirilən şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılaraq rentgen müainəsindən və sonra isə həkim müainəsindən keçirilərək onun daxili orqanı-düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş 1 ədəd şəffaf selofan bükümdə üzəri yapışqanlı lentlə sarınmış, qablaşdırılması ilə birlikdə çəkisi 80( səksən) qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq sənədləşdirilib götürülmüşdür. Cinayət işinin materiallarında olan Biləsuvar rayon x1-diaqnostika şöbəsinin 28.07.2019-cu il tarixli rentgen arayışında Təqsirləndirilən şəxs qarın boşluğunda bir ədəd yad cisimin aşkar edilməsi qeyd edilmişdir. Həmin yad cisimin narkotik vasitə heroin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 28.07.2019-cu il tarixli 19337 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində:«105836 Cənub Ərazi Baş Gömrük İdarəsi AR vətəndaşı Təqsirləndirilən şəxs barəsində…» və s. qeydlər olan polietilen paketindəki 1 ədəd uzunsov formalı bükümdəki təmiz çəkisi 73,708 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi İstintaq şöbəsinin müstəntiqi, gömrük xidməti baş leytenantı x9 tərəfindən tərtib edilmiş baxış protokolundan və həmin protokola əlavə olunmuş 3 vərəqdən ibarət «İAMAS SERVİCE» məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayından başlayaraq bir neçə dəfə «Biləsuvar» gömrük postundan İran İslam Respublikasına çıxış edib geri qayıtmışdır. Sonuncu dəfə 25.07.2019-cu il tarixdə saat 23:34-də «Biləsuvar» gömrük postundan Azərbaycan Respublikasını tərk etmiş və 27.07.2019-cu il tarixdə saat 23:13-də «Biləsuvar» gömrük postu sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasına daxil olmuşdur. Cinayət işinin materiallarında olan Müstəntiq x9 tərəfindən tərtib edilmiş baxış keçirilməsi və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23 L ünvanında yerləşən Əməliyyat-İstintaq Baş İdarəsində şübhəli şəxs qismində ifadə verərkən göstərmişdir ki, Biləsuvar rayonundan Bakı şəhərinə ayaqqabısının sol tayının içərisində gizlədib daşıdığı metamfetamin psixotrop maddəsini binanın ikinci mərtəbəsində yerləşən tualetin 2-ci arakəsməsinə atmışdır. Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə həmin yerə müstəntiq tərəfindən baxış keçirilərkən tualetin ikinci arakəsməsindən ağ rəngli bükümdə həmin metamfetamin psixotrop maddəsi aşkar olunaraq sənədləşdirilib götürülmüşdür. Cinayət işinin materiallarında olan Materialların məhkəmə ekspertizasının 29.07.2019-cu il tarixli 19343 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində:«Dövlət Gömrük Komitəsi… Əməliyyat İstintaq Baş İdarəsi…İştirakçılar… 4.Təqsirləndirilən şəxs» əl yazıları olan №200321 saylı polietlen paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 18.696 qram kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına(Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan 23.09.2019-cu il tarixli 588 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatirik ekspertizasının 26.11.2019-cu il tarixli 2434 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müainənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Vüqar Əhmədalı oğlu istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir Cinayət işinin materiallarında olan 30.07.2019-cu il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 sellofan bükümün içərisində külli miqdarda, 73,708 qram heroin narkotik vasitəsi və 1 bükümdə külli miqdarda,18,696 qram metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq aparılmış tədqiqatdan sonra qalıq qalmış 73,658 qram heroin və 18,646 qram Bakı şəhəri,Yasamal RPİ-nin saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş hökmdən və tələbnamədən məlum olur ki, x11 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18.07.2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş və 14.03.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü x6 və 2017-ci il təvəllüdlü İsgəndərov Ömər Vüqar oğlu adlı iki oğlu vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində iki yetkinlik yaşına çatmamış övladlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residivi olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi (təhlükəli residiv) olduğu üçün və o əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal RPİ-nin saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 sellofan bükümün içərisində külli miqdarda, 73,708 qram heroin narkotik vasitəsi və 1 bükümdə külli miqdarda, 18,696 qram metamfetamin psixotrop maddəsinin aparılmış tədqiqatdan sonra qalıq qalmış hissəsi, 73,658 qram heroin və 18,646 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 27 iyul avqust 2019-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 283 (iki yüz səksən üç) manat 30 (otuz)qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili x7 60 (altımış) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili x5 360 (üç yüz altımış)manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəs ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qtsmən toplamaq yolu ilə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 27 iyul 2019-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 283 (iki yüz səksən üç) manat 30 (otuz)qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal RPİ-nin saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 sellofan bükümün içərisində külli miqdarda, 73,708 qram heroin narkotik vasitəsi və 1 bükümdə külli miqdarda, 18,696 qram metamfetamin psixotrop maddəsinin aparılmış tədqiqatdan sonra qalıq qalmış hissəsi, 73,658 qram heroin və 18,646 qram metamfetamin məhv edilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili x7 60 (altımış) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili x5 360 (üç yüz altımış)manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-404/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-404/2020
27.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver