Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-404/2022 22.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1982-ci il iyunun 12-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Babək adlı şəxs və ya qrupun digər üzvləri istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4.012,02 qram narkotik vasitə heroin əldə edib özü və ya adamları vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə Lənkəran-Bakı şosesinin kənarında olan, üzərində «46» yazılan yol nişanının altında gizlətmiş, bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq həmin ünvandan külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində, bir hissəsini idarə etdiyi «Kia Cerato» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı-Qazax yolunun Bakı şəhəri Qaradağ rayonunun ərazisindən keçən 45-ci kilometrliyinə daşımış, bu barədə daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla birlikdə 2021-ci il sentyabrın 21-də saat 23:50-də Bakı-Qazax yolunun Bakı şəhəri Qaradağ rayonunun ərazisindən keçən 45-ci kilometrliyində saxlandıqda idarəyə gətirilmiş, orada 2021-ci il sentyabrın 22-də saat 01:20-dən üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki ağ-boz rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 12,02 qram olan narkotik vasitə heroin, göstərilən tarixdə saat 02:10-dan özünün razılığı və iştirakı ilə idarə etdiyi «Kia Cerato» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsinin arxa sağ ayaqlıq hissəsindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üç ədəd şəffaf sellofan paketdə ayrı-ayrılıqda 1.000 qram, 1.500 qram və 1.500 qram, ümumilikdə külli miqdarda təmiz çəkisi 4.000 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismind dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, narkotik vasitə heroin satsa da qaçaqmalçılıqla məşğul olmamışdır. Narkotik vasitə heroin aludəçisi olduğundan Cavid adlı tanışı ona İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin Azərbaycana göndərdiyi narkotik vasitələri deyilən yerə çatdırmaq müqabilində pul verdiyini söylədikdə o, sonuncunun telefon nömrəsini götürməklə əlaqə saxlayaraq bu işlə məşğul olmaq istəyini bildirmişdir. Bir müddət ötmüş Babəkin zəngi ilə sonuncunun göndərdiyi malı Bakı şəhəri Binəqədi rayonunun ərazisindən götürüb ona tapşırılan yerə çatdırmaqla 750 manat pul qazanmışdır. Təqribən bir həftədən sonra o, eyni qaydada Babəkin sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonunun ərazisindən narkotik maddə götürərək Abşeron rayonunun Xırdalan şəhərinə apardığı üçün sonuncu ona 750 manat pul göndərmişdir. Axırıncı dəfə 2021-ci il sentyabrın 21-də Babək onunla əlaqə saxlayıb yeni tapşırıq verdiyindən onun həmin tarixdə saat 18-19 radələrində idarə etdiyi «Kia Cerato» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhərinə çatmamış geriyə dönüş etməklə «təzə yol» adlanan sahədəki «46» yazılan plakatın altından götürdüyü bir ədəd qara rəngli sellofan paketdə üç ədəd bükümdə təxminən dörd kilo narkotik vasitə heroin olmuşdur. O, paketi yapışqanlı lentlə bağlayaraq avtomaşının sağ arxa ayaqlıq hissəsinə yerləşdirmiş və Bakı şəhəri istiqamətində hərəkətə başlamış, 2021-ci il sentyabrın 21-də saat 23:50 radələrində Bakı şəhəri Qaradağ rayonunun ərazisindən keçən Bakı-Qazax yolunun 45-ci kilometrliyində olarkən özlərini polis əməkdaşı kimi təqdim edən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə onu nəqliyyat vasitəsi ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişdir. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynində olan ağ-boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, sağ yan cibindən 16 manat pulu, avtomobil açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd «Kapital Bank»a məxsus plastik kartı çıxararaq təqdim etmiş, açarla pul ona qaytarılmaqla qalanları götürülmüşdür. O, idarə etdiyi «Kia Cerato» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşında narkotik vasitə olduğunu bildirdiyindən öz razılığı ilə nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin arxa sağ tərəfindəki qapısını açaraq ayaqlıq hissədən bir ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim etməklə içərisindəki narkotik maddələri Lənkəran rayonunun ərazisindən götürdüyünü bildirmiş, aşkarlanan torba sellofan paketə qablaşdırılaraq möhürlənmiş, tərtib olunan protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Tutularkən üzərindən heç bir qanunsuz predmet aşkarlanmayıb ittiham olunduğu 12 qram narkotik vasitə heroin ona məxsus deyildir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il sentyabrın 21-də Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün onun rəhbərliyi ilə idarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis mayoru X4 ibarət əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Cerato» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Bakı şəhərinin Qaradağ rayonu əraizisindəki Bakı-Qazax yolunun 45-ci kilometrliyində müəyyən edilmişdir, bu səbəbdən onlar saat 23:50-də qeyd olunan yerdə sonuncuya oxşar bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncunun Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirdikdən sonra satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib adı çəkilən şəxsi idarə etdiyi avtomaşınla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan ağ-boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və bir ədəd sellofan bükümü, sağ yan cibindən 16 manat pulu, avtomobil açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd «Kapital Bank»a məxsus plastik kartı çıxarmaqla təqdim etmiş, bükümdən aşkarlanan narkotik vasitə heroinə bənzər kütlə zərfə qablaşdırılaraq möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Mobil telefon, şəxsiyyət vəsiqəsi və plastik bank kartı götürülərək qalanları sonuncuya qaytarılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Cerato» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşında da narkotik vasitə olduğunu bildirdiyindən sonuncunun razılığı ilə həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilin arxa sağ tərəfindəki qapısını açıb ayaqlıq hissədən bir ədəd qara rəngli sellofan torbanı çıxarmaqla təqdim etmiş, içərisindəki narkotik maddələri Lənkəran rayonunun ərazisindən götürdüyünü bildirmiş, torbada olan üç ədəd şəffaf sellofan bağlamadan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sellofan paketə qablaşdırılıb möhürlənmiş, üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Tərtib olunan protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində işləyən baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis mayoru Şahid3 Şahid1 ilə analoji ifadələr verdilər. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatda, şübhəli və təqsərləndirilən şəxslər qismindəki ifadələrdə törətdiyi əməlləri tam etiraf etmişdir (1-ci cild, iş vərəqi 40-41, 61-65, 78-82 və 208-211). İş materiallarında olan Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 21 sentyabr və 2021-ci il 22 sentyabr tarixli raportlarından, 2021-ci il 21 sentyabr tarixli protokolundan, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və əməliyyat qrupunun yaradılması haqqında Ə246-008- 21 №-li əmrindən, habelə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 30 sentyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Qaradağ rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il sentyabrın 21-də saat 23:50-də Bakı-Qazax yolunun Bakı şəhəri Qaradağ rayonunun ərazisindən keçən 45-ci kilometrliyində saxlanmaqla idarəyə gətirilmiş, məhkəmə qeyd olunan qərarı qanuni hesab etmişdir (1-ci cild, iş vərəqi 5-8, 11 və 147). İş materiallarındakı Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 22 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021ci il sentyabrın 21-də saat 23:50-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 22 sentyabr tarixli protokoldan görünür ki, üzərində videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd sellofan bükümü, sağ yan cibindən 16 manat pulu, avtomobil açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd üzərində 4169-7385-0267-6665 rəqəmləri olan «Kapital Bank»a məxsus plastik kartı çıxarıb təqdim etməklə sellofan bükümdəki narkotik vasitə heroini bir neçə saat əvvəl Babək adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Lənkəran rayonunun ərazisindən götürərək öz şəxsi istifadəsi üçün üstündə gəzdirdiyini, həmin maddəni götürməkdə məqsədinin ona deyilən yerlərə qoyması müqabilində 750 manat qazanmaq olduğunu, bundan öncə iki dəfə Bakı şəhəri, Binəqədi rayonunun ərazisindən narkotik götürüb tapşırılan yerlərə qoymaqla 1.500 manat pul əldə etdiyini, aşkarlanan maddələrin qalan hissəsini avtomobilində saxladığını, tutularkən və sonradan polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq edilmədiyini bildirmiş, 16 manat pul və avtomobil açarı Təqsirləndirilən şəxs qaytarılaraq qalan aşkar olunanlar götürülmüş, bir ədəd DVD-R diski cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 30- 33). İş materiallarındakı 2021-ci il 22 sentyabr tarixli ərizədən və Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun idarə etdiyi «Kia Cerato» markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomaşının arxa sağ ayaqlıq hissəsindən bir ədəd qara rəngli sellofan torbadakı üç ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, göstərilən maddəni bir neçə saat əvvəl Babək adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Lənkəran rayonunun ərazisindən götürməkdə məqsədinin ona deyilən yerlərə qoyması müqabilində 750 manat qazanmaq olduğunu bildirmiş, bir ədəd DVD-R diski cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 34 və 36-38). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 22 sentyabr tarixli 6/4197 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üstündə «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı, soyad və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 12,020 qram olan maddə və üstündə «Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar...» yazısı, soyad və imzalar olan polietilen bağlamadakı üç ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda 1.000 qram, 1.500 qram və 1.500 qram, ümumiikdə 4.000 qram təmiz çəkidəki maddə kustar üsulla hazırlanan narkotik vasitə heroin olub xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 4.011,82 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 91,76 manatdır (1-ci cild, iş vərəqi 46-49). İş materiallarında olan Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 22 sentyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 66- 67). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 23 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il sentyabrın 21-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 96-100). İş materiallarında olan Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 23 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4.011,82 qram çəkidə qalığı maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 101-102). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 29-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 127- 128). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 04 oktyabr tarixli 8290 №-li və 2 №-li «X2»nın eyni tarixli 1/1784 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanalarda müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 134-135). İş materiallarındakı Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 11 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülən bir ədəd «Samsung Galaxy A21S» markalı mobil telefona baxış zamanı «WhatsApp» mobil tətbiqinin «Kişilər» bölməsində adı «Babek» kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus +98 914 *** **** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar olması, 2021-ci il sentyabrın 21-də saat 17:44də sonuncunun göndərdiyi səsli ismarıcda yolda olduğunu və Lənkərana getdiyini bildirməsi, Təqsirləndirilən şəxs göndərilən səsli ismarıcda iran ləhcəsi ilə danışan şəxsin saat 09-10 radələrində Lənkəranda olmasını tapşırması, saat 21:04-də Təqsirləndirilən şəxs «Gelsin lenkeran korpusundan qaxsin firlansin uzu bakiya 46-ci plakatin yaninda» məzmunlu ismarıc göndərilməsi, sonuncunun saat 21:08-də həmin ismarıca səsli ismarıcla cavab verərək göstərilən ünvanı tanıdığını qeyd etməsi, saat 21:11-də Təqsirləndirilən şəxs göndərilən səsli ismarıcda Lənkəran körpüsündən üzü şəhərə tərəf gedəndə yolda «46» yazılan nişanın dibinə malın qoyulduğunun deyilməsi, saat 22:39-da sonuncunun göndərdiyi səsli ismarıcda Salyanda olduğunu, sağ-salamatçılıq olduğunu və bir saata, saat yarıma Bakıya çatacağını deməsi, saat 22:40-da Təqsirləndirilən şəxs göndərilən səsli ismarıcda iran ləhcəli şəxsin sonuncuya ehtiyatlı olmağı və Qaradağ postunu keçəndə ona xəbər verməyi tapşırması, Təqsirləndirilən şəxs cavab olaraq həmin şəxsə arxayın olmasını bildirməsi, saat 23:27-də iran ləhcəli şəxsin göndərdiyi ismarıcla Təqsirləndirilən şəxs Bakıya çatıb-çatmadığını soruşması müəyyən edilmiş, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 136). İş materiallarındakı Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2021-ci il 06 oktyabr tarixli 105 №-li arayışdan və eyni tarixli 104 №-li xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi 1956-cı il təvəllüdlü atası X5 ibarətdir, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 139-140). İş materiallarındakı Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi tərtib etdiyi 2021-ci il 15 oktyabr tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 08 oktyabr tarixli BKC/LGL- 15254/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı 2021-ci il aprelin 01-dən 2021-ci il sentyabrın 21-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə +**********51 saylı mobil nömrədən «Qaqas canvu yiyim yuxariynan qutarmisam ancaq seynen is gorem qardasimsan meni temasiz qoyma 50 manatda pul duzeltmisem ureyim partdiyir birsey elede padvadit elemerem seni hecvaxt xeyr vercem sene indi budeyqe qusdarvu axtaram» məzmunlu, +**********65 saylı mobil nömrədən «Brat manam seymur.qaqawim pati var srocnu pula ehtiyac var. 15 manat pul lazimdi vacib.isdisansa xabar ela gatirim qaqaw.gece bu vaxti narahat etdiyimcun bagiwda» məzmunlu, +**********29 saylı mobil nömrədən «Cavid qardawimsan gelen kimi xeber ele vezyet pisdi agridan olurem» məzmunlu, +**********51 saylı mobil nömrədən «Qaqas axsamun xeyr yuxari pulda vermisem gozdiyrem biraz yuvanir vezyet pisdi sende birsey yoxdu heleliy basimizi duzeldey birazcun gotrcem» məzmunlu, +**********00 saylı mobil nömrədən «Ay bla brat sen ol ozum xecalet cekirem e senin yaninda ama day gozdemisen bew uc deq orda ele gozde gelirem esas oduki temani duz qow elemiwem» məzmunlu, +**********18 saylı mobil nömrədən «Qaqaw 20 deq gelecem 1 dene Hazirlayarsanda zehmet olmasa. İmkan olsa birazda kola verersen yoxumdu hecne» məzmunlu, +**********86 saylı mobil nömrədən «Cavid qaynimnanam bidene lazimdiye 30 var» məzmunlu, +**********04 saylı mobil nömrədən «Qaqaw yatmisan oğlun dedi duranda mennen elaqe saxla kola lazimdi 4 dene» məzmunlu, +**********11 saylı mobil nömrədən «Cavid salam qaqaw cefardi narat elirem bu vaxt ozumda bunu aqrini bilen adamsan qardawimsan atqaz eleme cox pis aqriyram falqadada olsa bele atqaz eleme» məzmunlu, +**********04 saylı mobil nömrədən «Cavid yatmamisansa dunenki qaqaw gelmey istiyir.5 k ,1p» məzmunlu və +**********04 saylı mobil nömrədən «falqa verde mene qardawimsan» məzmunlu sms mətnlərinin göndərilməsi; Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən +**********49 saylı mobil nömrəyə «Sen yimedin gedin qerdes cani 1 karopqa sey gelmisdi qutardi acmadin telfonu» məzmunlu, +**********49 saylı mobil nömrəyə «Das getirdime senicün» məzmunlu, +**********30 saylı mobil nömrəyə «Yatmisan Seymur ölürəm aqridan» məzmunlu, +**********16 saylı mobil nömrəyə «Qaqas bidene mdne 5 diy verde birda parnikin yanindayam olurem qereseimsen» məzmunlu, +**********97 saylı mobil nömrəyə «Meni yadan cixardmaya lomkadayam olurem 1 qiram menede getir» və «Tema lazim olsa yiq oyaqam» məzmunlu, +**********32 saylı mobil nömrəyə «Resad imkan olar mene nol 3 veresen menim malim gelmelidi men sora verim senin nol 3 yoxdusa birez das getirim dusum asaqi oturub cekey birez ne diyirsen» məzmunlu və +**********33 saylı mobil nömrəyə «Sahin yoxdu birsey cekmeye bidene lomka gelib mene» məzmunlu sms mətnlərinin göndərilməsi müəyyən edilmiş, həmin CD diski cinayət işininin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 141-144). İş materiallarındakı Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərtib etdiyi tərtib etdiyi 2021-ci il 15 noyabr tarixli protokoldan görünür ki, «Kapital Bank» açıq səhmdar cəmiyyətinin 2021-ci il 11 noyabr tarixli 157000/2-5907 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə, hesabdan çıxarış və anket məlumatlarına baxış zamanı 2021-ci il aprelin 01-dən 2021-ci il sentyabrın 21-dək olan müddət ərzində müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7385 0267 6665 nömrəli bank kartına köçürmə, karta mədaxil və kartdan məxaric əməliyyatlarının aparılması, sonuncunun ifadəsində bildirdiyinə uyğun olaraq 2021-ci il sentyabrın 16-da ünvan 2 ünvanında yerləşən «Bizim Market»dəki ATM-dən 750 manat pul məxaric etməsi müəyyənləşdirilmiş, həmin CD diski cinayət işininin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 156-160). İş materiallarında olan AZE seriyalı 12725549 №-li və AZE seriyalı 12725550 №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il 12 iyun Sürəyya və 2007-ci il 09 oktyabr təvəllüdlü Eldar adlı övladları vardır (1-ci cild, iş vərəqi 162-163). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 10 noyabr tarixli 4382 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 167-168). İş materiallarında olan Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təqiqat İdarəsinin 2021-ci il 23 noyabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsi edilməsi, habelə 2021-ci il 24 noyabr tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi, 2021-ci il 26 noyabr tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, maddi sübut kimi tanınan iki ədəd DVD-R və iki ədəd CD disklərinin, Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd «Samsung Galaxy A21S» markalı mobil telefonun və 4169 7385 0267 6665 nömrəli «Kapital Bank» açıq səhmdar cəmiyyətinə məxsus plastik bank kartının cinayət işinin materiallarına əlavə edilməsi, sonuncudan aşkar edilərək götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4.011,82 qram çəkidə qalığının saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.1.-ci və 234.4.2.-ci maddələri ilə, habelə sonuncunun narkotik vasitə heroin əldə edib istifadə etməsi xüsusiyyəti üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilərək götürülən külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə və qrupun üzvü olan İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin, eləcə də qrupun digər üzvləri barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (1-ci cild, iş vərəqi 169-188, 192-193 və 197-199). Məhkəməyə təqdim olunan Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2021-ci il 24 dekabr tarixli 1/106 №-li xasiyyətnamədən və arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs evlidir və iki azyaşlı övladı vardır, ailəsi 1987-ci il təvəllüdlü arvadı X3, 2006-cı il 12 iyun Sürəyya və 2007-ci il 09 oktyabr Eldar təvəllüdlü övladlarından ibarət olmaqla X6 Qədirov barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim olunan 2022-ci il 22 aprel tarixli hesabatdan görünür ki, Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik vasitə heroin satsa da qaçaqmalçılıqla məşğul olmaması, tutularkən üzərindən heç bir qanunsuz predmet aşkarlanmamaqla ittiham olunduğu 12 qram narkotik vasitə heroinin ona məxsus olmaması dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4.011,82 qram çəkidə qalığı məhv edilməli, sonuncuya məxsus bir ədəd «Samsung Galaxy A21S» markalı mobil telefon və 4169 7385 0267 6665 nömrəli «Kapital Bank» açıq səhmdar cəmiyyətinə məxsus plastik bank kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, iki ədəd DVD-R və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il sentyabrın 21-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikasının CMnin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 21-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» vəkil bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 4.011,82 qram çəkidə qalığı məhv edilsin, sonuncuya məxsus bir ədəd «Samsung Galaxy A21S» markalı mobil telefon və 4169 7385 0267 6665 nömrəli «Kapital Bank» açıq səhmdar cəmiyyətinə məxsus plastik bank kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, iki ədəd DVD-R və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-404/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-404/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver