Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-404/2023 06.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, 3000 manat cərimə cəzası və 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 01 mart 2014-cü ildə cəzasının sonu ilə azad olunmuş,cəriməni ödəməmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər Yevlax Rayon Məhkəməsinin 14 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Yevlax şəhəri, X23 küçəsi, ev 9, mənzil 11 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 1(039)-123/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 və tanışları Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımış və satmışlar. Belə ki, Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs3 və naməlum İran İslam Respublikası vətəndaşı "Seyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, 2022-ci ilin aprel ayının ortalarında, əvvəlcədən aralarında olan razılaşmaya əsasən, Təqsirləndirilən şəxs1 naməlum İran İslam Respublikası vətəndaşı "Seyid” adlı şəxsdən Bakı şəhəri, Sabunçu rayonu ərazisində satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1437,553 qram narkotik vasitə heroin və külli miqdarda 808,607 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanına daşımış, orada həmin narkotik vasitədən külli miqdarda 9,118 qram hissəsini qardaşı Təqsirləndirilən şəxs2 verərək satmış, həmin narkotik vasitədən 6 ədəd bükümdə ümumi çəkisi külli miqdar olan 5,767 qram hissəsini və həmin psixotrop maddədən 2 bükümdə ümumi çəkisi külli miqdar olan 3,607 qram hissəsini tanışı Təqsirləndirilən şəxs3 verərək satmış, 26 aprel 2022-ci il tarixdə saat 00:15 radələrində Binəqədi rayonu, Cavadxan küçəsi 1 ünvanının yaxınlığından DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən DİN-in BNMİ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni oian, hər birinin ayrı-ayrılıqda çəkisi 16,105 qr və 6,563 qram olmaqla, 02 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 22,668 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cinsdən olan üst geyimin sol iç cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 9,118 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli siqaret qutusunun içərisində xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan 6 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,180 qr, 0,360 qr, 0,088 qr, 0,240 qr, 0,303 qr, 0,596 qram olmaqla, ümumi çəkisi külli miqdar hesab edilən 5,767 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 bükümdə xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkisi 0,860 qr və 2,747 qram olmaqla, ümumi çəkisi külli miqdar hesab edilən 3,607 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra 26 aprel 2022-ci il tarixdə saat 04:20 radələrində DİN-in BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanında aparılmış axtarış zamanı mənzilin mətbəxindəki dolabın içərisindən 1 bükümdə külli miqdarda 1.400,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 bükümdə külli miqdarda 805,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroin izləri olan 1 ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir, 1 il olar ki, narkotik vasitə istifadəçisidir, marixuana və metamfetamindən çəkmək yolu ilə istifadə edir. O, özünü istifadəçi kimi təqsirli bilir. O və qardaşı Elşad avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşlar. O, idarə etdiyi avtomobillə Saray qəsəbəsi ilə hərəkətdə olan zaman qarşıda hərəkət edən bir avtomobildən yolun kənarına bir büküm atıldığını görmüşdür. Ona maraqlı gəldiyindən maşını saxlayıb həmin bükümü götürüb açanda görmüşdür ki, metamfetamindir. Həmin narkotik vasitəni götürüb dostu Təqsirləndirilən şəxs3 yaşadığı evə gəlmişdir. Həmin narkotikdən istifadə etmişlər. Səhəri gün qardaşı Elşad da oraya gəlmişdir. Onlar hər üçü həmin narkotik vasitəni istifadə etməyə başlamışlar. Həmin vaxt qapı döyülməyə başlamışdır. Onlar qapını açmamışlar. 102-yə zəng etmişlər. Demişlər soruşsunlar kimdir, polis əməkdəşları olduqlarını demişlər, lakin mülki geyimdə imişlər. Onlar söyüş söymüş, o da söyüş söymüşdür. Qapını döyən şəxslər qapını sındırıb içəri girmişlər. Evdə onları saxlayanda evə baxmamışlar. Onları idarəyə aparandan sonra qayıdıb evə baxış keçirilmişdir. Evdən heç nə tapılmamışdır. Onları idarəyə aparıb sonra evə qaytarmışlar. Evdən aparıb geri qaytarmaları təxminən 15-20 dəqiqə çəkmişdir. Onları idarəyə aparmışlar. Orada onları döymüşlər. Narkotik vasitə qoyub, bildirmişlər ki, həmin narkotik vasitələrin onun olmasını boynuna almalıdır. Hansı ki, həmin narkotik vasitələr onların olmamışdır. Onlarda cəmi bir çet qalmışdır. Ona demişlər ki, onun yoldaşını da bu işə qoşacaqlar. O da məcbur olub boynuna almışdır. Müdafiəçi təqdim olunmuş, lakin vəkil ondan soruşmamışdır ki, bu narkotik onundur ya yox. Çünki, o, onun olmadığını demiş, vəkil heç reaksiya da verməmişdir. Vəkilinin yanında ona sənədlərə imza etdirmişlər, vəkil də ona demişdir ki, imza etsin, o da imza etmişdir. Müstəntiq ona sənədlər imza etdirəndə demişdir ki, narkolojidən olan sənəddir, hansısa ekspertizadan gələn sənədlərdir və s. o da imza etmişdir. Onların saxlanıldığı ev kirayə ev olmuş, dostu İlqar kirayə götürmüşdür. İttihamda göstərilən narkotiklər onlara məxsus olmamış, ona demişlər qardaşını buraxacaqlar, lakin arvadını ona qoşacaqlar, o da məcbur olub etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun istifadəsində ***-***-**-** nömrəli telefon olmuşdur. ***-***-**-** telefon nömrəsini atası istifadə edirmiş. Onlar tutulandan sonra atası Paşa Qasımov rəhmətə getmişdir. O, əvvəl CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 102-yə qardaşı zəng etmişdir. ***- ***-**-** nömrə ilə zəng olunmuşdur. Onun öz telefonunda nömrə olmamışdır. Telefon təzə alınmış, polislər qapını sındıranda o telefonuyla çəkirmiş. İçəri girəndən sonra onu döymüşlər, lomla onu vurmuşlar ki, nə üçün söyüş söymüşdür. Qardaşıyla onu qara rəngli bir maşında aparmışlar, İlqarı isə başqa maşınla aparmışlar. İlqarın üzərində də büküm olmuş, lakin qardaşında heç nə olmamışdır. Elektron tərəzi olmamışdır. Elan edilmiş cinayət işinin 1-ci cild 68-72, 77-78-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Elan olunmuş cinayət işinin 2-ci cild 36-37-ci vərəqələrində olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onu döymüşlər. Ruslan, Nəsir və ya Nəsimi adlı şəxs, Rəşad adlı şəxs onu BNMİ-də döymüşdür. İçəri girəndə sol tərəfdə 1 və ya 2-ci otaqda döymüşlər. Onları evdən aparanda qonşular səsə gəlmişlər. Elan olunmuş cinayət işinin 2-ci cild 69-70-ci vərəqələrində olan Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı telefon nömrəsinə olan giriş çıxış zənglər və SMS məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 elan olunmuş SMS-ləri hazırda xatırlamadığını bildirmişdir. ***-***-**-** saylı telefon onun adına olmuş, lakin həmin nömrəni atası isifadə etmişdir. Elə olub ki, o da istifadə etmişdir. Atası narkotik vasitə istifadəçisi olmamışdır. Atası iyul ayında rəhmətə getmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu izahat ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan edilmiş və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 79-80-ci vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...26 aprel 2022-ci il tarixdə gecə saat təxminən 00:15 radələrində qardaşım Təqsirləndirilən şəxs2 və dostum Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığımız evin yaxınlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs bizə yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etdilər. ...Mən əynimdə olan qara rəngli dəri gödəkçəmin sağ yan cibindən 2 ədəd bükümü təqdim edərək masanın üzərinə qoydum. Təqdim etdiyim şəffaf rəngli sellofan bükümlərə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Qablaşdırma ilə birlikdə birinci bükümün çəkisinin 18 qram, ikinci bükümün çəkisinin 8 qram olması müəyyən edildi. Mən üzərimdən aşkar edilmiş narkotik tərkibli bitkilərin qalan hissəsini yaşadığım evimdə də saxladığımı və onu təqdim edə biləcəyimi bildirdim. Mənim və mənimlə birlikdə həmin mənzildə kirayə yaşayan İlqarın razılıq ərizəsi əsasında yaşadığım ünvana baxış keçirildi və mətbəxdə gizlətdiyim içərisində 1 ədəd elektron tərəzi, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan sellofan torbanı təqdim etdim. Şifahi sorğu zamanı mən narkotik tərkibli maddələri İİR vətəndaşı Seyid adlı şəxsin vasitəsilə Sabunçu rayonu ərazisindən əldə etdiyimi, qardaşımın və İlqarın üzərindən aşkar edilmiş maddələri onlara mənim verdiyimi, həmin narkotik maddələri mənə deyilən yerlərə qoymaqla öz istifadəm üçün narkotik vasitə heroin əldə etdiyimi, qardaşım və İlqara da pay kimi verdiyimi, hətta İlqara dediyim yerlərə qoyması müqabilində də narkotik maddələr verdiyimi bildirdim. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. İzahatı özləri yazmış, o da imzalamışdır. Ona zor tətbiq olunmamasını desə də, onun üzərində xəsarət olmuşdur. Evə baxış keçirilən zaman da olan sənədlərə imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü 234.1-ci maddə ilə təqsirli bilir. O, narkotik vasitə istifadəçisidir, marixuana və metamfetamindən çəkmək yolu ilə istifadə edir. O, mütəmadi olaraq narkotik vasitədən istifadə edirmiş. O, qardaşı Elxanla avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşlar. Maşını icarəyə götürmüşlər. İstifadə edəndə maşını idarə etmirmiş. Narkotik vasitəni taksidə olan sərnişinlərdən kimsə təklif edəndə onlardan alırmış. Hadisə günü avtomobil qardaşı Elxanda imiş. O, Elxana zəng etmişdir ki, avtomobili götürsün. Həmin vaxt qardaşı Elxan tanışları Təqsirləndirilən şəxs3 yaşadığı evdə imiş. Ona demişdir ki, çıxsın yuxarı narkotik vasitə var, istifadə etsinlər. O da İlqarın yaşadığı evə qalxmışdır. Evi dostları İlqar kirayə götürmüşdür. Ev sahibini görməmişdir. Qardaşı ona da metamfetamin vermişdir. Elxanla birlikdə İlqarın evində olan zaman qapı döyülmüşdür. Qapını bərk döyürmüşlər. Qapı kobud formada döyüldüyü üçün qapıya yaxınlaşmışlar və qapının arxasından kim olduğunu soruşmuşlar. Həmçinin gözlükdən baxdıqda mülki geyimdə 4-5 nəfər şəxsin olduğunu görmüşlər. Onlar qapını açmadıqda, çöldən onları söymüşlər, qapını sındırırmışlar. Qardaşı da onları söymüşdür. 102-yə zəng etmişlər, demişlər kim, kim olduqlarını soruşsunlar, polislər olduğunu dedikdə, qapını açmalarını demişlər. Qapını döyənlər isə qapını sındıraraq zorla içəri daxil olmuşlar. Qapını sındırmışlar. Qapı normal qapı imiş, çərçivədən çıxartmışlar. Həmin vaxt onlar qapının sındırıldığını telefonla videoya çəkmişlər. Səsə qonşular da çıxmışdır. Həmin vaxt onun üzərində heç nə olmamışdır. Bundan sonra həmin şəxslər hər üçünü aparmışlar. Onu və qardaşını bir maşında, İlqarı isə başqa maşında aparmışlar. Orada onları döymüşlər. Sonra büküm verib demişlər ki, videoçəkiliş zamanı bu bükümün ona aid olduğunu deyər. O, isə bildirmişdir ki, büküm ona aid deyil. Vəkillə təmin olunmuş, narkotiki onun cibinə qoymuşlar, demişlər ki, vəkilin yanında deyər ki, onundur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, əvvəl CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Onun istifadəsində ***-***-**- ** nömrəli telefon olmuşdur. Onları idarəyə aparmışlar, sonra evə gətirəndə qapı sınıq vəziyyətdə imiş. Videoçəkiliş evin içərisində olmuşdur. Evin sahibi evə baxış zamanı evə çağırılmamış, qonşular görmüşlər. Evdən bölməyə, bölmədən evə aparıb gətirmələri 15-20 dəqiqə çəkmişdir. Onlar evə daxil olarkən üzərlərinə baxmışlar, onun üzərində heç nə olmamış, qardaşında olmuş, tərəzi də olmamışdır. Telefonuna narkotiklə bağlı heç bir mesaj gəlməmişdir. Polislər evə gələndə onlar metamfetamindən istifadə edirmişlər. Qapı sındırılarkən videoçəkiliş etmişlər. Polislər telefonu götürmüş, sonra həmin çəkiliş silinmişdir. Prokurora döyüldüklərini, videoçəkilişlə bağlı da demişlər, demişlər ki, nəzərə alacaqlar. Narkotikin cinayət olduğunu bilirmişlər. Polislər qapını döyəndə onlar evə girənə qədər narkotiki atmaq ağıllarına gəlməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 68-72-ci vərəqələrində olan 26 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və cinayət işinin 1-ci cild 77-78-ci vərəqələrində olan baxış keçirilməsi və götürmə haqqında 26 aprel 2022-ci il tarixli protokolllara və həmin protokollarda olan imzalara əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. Onu döydükləri üçün imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu izahatı ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan edilmiş və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 79-80-ci vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...26 aprel 2022-ci il tarixdə gecə saat təxminən 00:15 radələrində qardaşım Elxad Qasımov və onun dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə onların yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs bizə yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etdilər. ...Şəxsi axtarış zamanı mənim üzərimdən 1 ədəd içərisində heroin olan büküm aşkar edilmişdir. Təqdim etdiyim şəffaf rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edildi. ...Şifahi sorğu zamanı mən üzərimdən aşkar edilmiş sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni qardaşım Təqsirləndirilən şəxs1 öz istifadəm üçün götürmüşəm. Qardaşımın yaşadığı evində də narkotik tərkibli maddələr saxladığını əvvəlcədən bilirdim. Həmin ünvana baxış keçirilən zaman oradan da narkotik maddələr aşkar edildi. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzalarıdır, onu döymüşlər, ona görə də bütün sənədləri imza etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Rəşad adlı şəxs təpiklə başından vurmuş, lomla da onu vurduğu üçün o da etiraf edib bütün sənədləri imzalamışdır. Evdə də vurmuşlar, idarəyə gətirəndən sonra da vurmuşlar. İdarəyə gətirəndə içəri girən kimi solda olan 2-ci və ya 3-cü otaqda padvalda döymüşlər. Ona görə də o etiraf etmiş və imzalamışdır. Məhkəmədə barəsində qətimkan tədbiri seçilərkən də o döyülməyi barədə demişdir. Döyülməyi barədə o heç bir yerə ərizə ilə müraciət etməmişdir. Döyülməyi ilə bağlı onu ekspertizaya aparmamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, narkotik vasitələrin istifadəçisidir, əvvəl də CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 4 dəfə narkotiklə həbs olunmuşdur. İş olmadığından işləmək üçün Yevlaxdan Bakı şəhərinə gəlmişdir. Lakin hələ iş tapa bilməmişdir. Təqsirləndirilən şəxs1la dost olmuşlar. 25 aprel 2022-ci il tarixdə gecə radələrində Elxan və qardaşı Elşad onun kirayədə qaldığı evdə olmuşlar. Həmin gün Elxan bir gün əvvəl tapdığı narkotik vasitəni istifadə etməyə başlamışlar. Axşam saatları olarmış, qapı döyülmüşdür. Həmin vaxt evdə üçü olmuşlar. Qapını kobud formada döyürmüşlər. Elxan da 102-yə zəng edib demişdir ki, kimlərsə qapını sındırır. Elxan 102-yə zəng edib demişdir ki, qapını qırırlar, onlar demişlər ki, gəlirlər, lakin gələn olmamışdır. Sonra bir neçə nəfər mülki geyimdə olan şəxslər qapını sındırıb içəri girmişlər. Mülki geyimdə polis əməkdaşları imişlər. Onlar içəri daxil olduqdan sonra hər üçünə fiziki zor tətbiq etməyə başlamışlar. Həmin şəxslər onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasına aparmışlar. Orada da onlara qarşı fiziki zor tətbiq etməyə başlamışlar. Həmin vaxt onun üzərində az miqdarda narkotik vasitə olmuşdur. Elxanda da olmuş, lakin Elşadda həmin vaxt narkotik vasitə olmamışdır. İttiham aktında göstərilən miqdarda narkotik vasitə olmamışdır. Ona Ruslan adlı şəxs narkotik vasitə vermiş və demişdir ki, kamera qarşısında həmin narkotk vasitəni etraf edər. Təhqiqatçı Vüsal da ona demişdir ki, ona verilən narkotik vasitəni o boynuna almalıdır. O da döyüldüyü üçün boynuna almışdır. Onu bərk vururmuşlar. Onun da ciyərləri xəstədir. Məcbur olub döyülməməkdən ötrü boynuna almış və nəyə demişlərsə ona da imza etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, onun istifadəsində ***-***-**-** nömrəli telefon olmuşdur. Onları küçədə saxlamamışlar, evdən gəlib aparmışlar. Bakıda kirayə ev tutmuşdur. Həmin evi makler tapmışdır. O, ev sahibini görməmişdir. Həmin mənzili 300 və ya 350 manata kirayə tutmuşdur. Mənzilin kirayə haqqını da maklerə verirmiş. Çünki makler demişdir ki, mənzilin kirayə pulunu ona versin. Döyülməyi ilə bağlı Prokurorluqdan gəlmişlər. Elan olunmuş cinayət işinin 1-ci cild 68-72-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında və cinayət işinin 1-ci cild 77-78-ci vərəqələrində olan baxış keçirilməsi və götürmə haqqında protokollara və həmin protokollarda olan imzalara əsasən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imzalar onun imzasıdır, döyüldüyü üçün imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu izahat ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan edilmiş və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 83-84-cü vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: … «...26 aprel 2022-ci il tarixdə gecə saat təxminən 00:15 radələrində Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığıməz evin yaxınlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs bizə yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etdilər. ...Şəxsi axtarış zamanı mənim üzərimdən 2 bükümdə metamfetamin, 6 bükümdə heroin aşkar edilmişdir. Həmin qutunu mən Təqsirləndirilən şəxs1 onun deyəcəyi yerə qoymağım üçün əldə etmişəm. Bunun müqabilində ondan öz istifadəm üçün narkotik vasitə heroin əldə edirdim. Mənim razılığım əsasında Elxanla birlikdə kirayə qaldığımız evə baxış keçirildi və baxış zamanı mətbəxdə Elxanın gizlətdiyi yerdən sellofan torbanın içərisindən 1 ədəd elektron tərəzi, 1 sellofan bağlamada heroin və 1 bağlamada metamfetamin aşkar edildi. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, onu döymüşlər ona görə hər sənədə imza etmişdir. Narkotiki ona Ruslan adlı şəxs verib, demişdir ki, kamera qarışısında deyər ki, onundur. Təzyiqlərə görə imzalamışdır. Elektorn tərəzi olmamışdır. İzahatı oxumadan imza etmişdir. İzahatda ona qarşı zorakılıq olmadığı yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili işləyir. 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Binəqədi rayon ərazisində narkotik vasitənin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə rəhbərliyə məruzə edilmiş, məlumatın yoxlanılması məqsədilə rəhbərliyin göstərişi əsasında onun, Şahid1, X1 və Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2022-ci il tarixdə saat 00:15 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılmışlar. Həmin şəxslərə özlərini təqdim edərək, barələrində narkotik vasitə və psixotrop maddə ilə əlaqədar şübhə yarandığı üçün üzərlərinə baxış keçirilməsindən ötrü Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarənin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işləri aparıldıqdan sonra növbəli şəkildə onların üzərlərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 gödəkçənin cibindən 2 ədəd sellofan büküm, şalvarının cibindən 1 ədəd mobil telefon, yaşadığı evinin açarını, 5 manat pul, siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddəni, sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsin vasitəsilə ona deyilən yerlərə qoyması üçün əldə etdiyini, 1 aydır ki, həmin şəxsi tanıdığını, bu günə kimi bir neçə dəfə narkotik maddələri müxtəlif yerlərə qoyduğunu demişdir. Həmçinin də özünün də narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Sorğu zamanı Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs3lə birlikdə kirayə yaşadığı ünvanda da narkotik tərkibli maddələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini, həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2ün üzərinə şəxsi axtarış və götürmə aparılan zaman, Təqsirləndirilən şəxs2 üzərindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd sellofan bükümü, 1 ədəd içərisində siqaretlər olan siqaret qutusu, 1 ədəd telefonu, 4 manat 20 qəpik pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümdə olan maddənin heroin olduğunu, həmin maddəni qardaşı Təqsirləndirilən şəxs1 pay kimi aldığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs3 şalvarının cibindən 1 ədəd Samsung markalı telefonunu, sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, 1 ədəd içərisində 2 bükümdə metamfetaminə bənzər, 6 bükümdə heroinə bənzər kütlə olan ağ rəngli siqaret qutusunu, içərisindən siqaretlər olan siqaret qutusunu, 4 manat pulunu və 1 ədəd kibrit qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs3 təqdim etdiyi siqaret qutusundan aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələr Təqsirləndirilən şəxs1 ona deyiləcək yerlərə qoyması üçün əldə etdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün narkotik vasitə heroin əldə etdiyini bildirmişdir. Yaşadığı ünvanda da Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddələri saxlamasını demişdir. Keçirilmş şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmış, protokol tərtib olunmuş, bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Bundan sonra İlqar Atakiiyevin və Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvandakı mənzilə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs1 mənzildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Elxan mənzilə girişdən sağ tərəfdə yerləşən mətbəxdə olan dolabdan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd sellofan torbada narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmişdir. Aşkar edilmiş maddələr və 1 ədəd elektron tərəzi qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddələri iranlı Seyid adlı şəxsin vasitəsilə əldə etdiyini bildirmişdir. Mənzilin digər otaqlarına baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş baxış və götürmə video çəkilişlə aparılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxslər saxlanılarkən və Baş İdarəyə gətirilərkən, ümumiyyətlə onlara qarşı heç bir təsir və ya fiziki zor tətbiq edilməmişdir. Evdə axtarış edərkən narkotik vasitəni Təqsirləndirilən şəxs1 özü təqdim etmişdir. Mənzilin qapısını açarla açmışlar. Qapını özləri açarla açmışlar, evə daxil olub videoçəkilişə başlamışlar. Mənzilə baxış videoçəkilişlə olmuşdur. Onlar evə girəndə qapını sındırmamışlar. Onlar mənzilə gedəndə qapı sınıq olmamışdır. Mənzilin kirayə mənzil olduğunu demişlər. Mənzilin kimə məxsus olmasını istintaq araşdırır, o onların işi deyil. Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 da istifadə etməsi üçün narkotik vasitə verdiyini, Təqsirləndirilən şəxs3 isə deyiləcək yerə qoyması üçün narkotik maddələri verməsini, bunun müqabilində istifadə etməsi üçün ona da narkotik maddələr verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları X1, Şahid4 və Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 25 aprel 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 25 aprel 2022-ci il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılmsı üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 239-240-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 5(001)- 1023/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 25 aprel 2022-ci il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyayt qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 68-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxslərə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir.Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs1 qara rəngli dəri gödəkcənin sağ yan cibindən 2(iki) ədəd sellofan bükümü, sol yan cibindən 20(iyirmi) qəpik pulunu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd "Redmi" markalı mobil telefonu, sağ arxa cibindən kirayə yaşadığı evinin açarını, 5 manat pulunu, sol yan cibindən isə içərisində siqaret filterləri olan siqaret qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 5 manat 20 qəpik pul, 1 ədəd ev açarı ona qaytarılmışdır. Təqdim edilmiş iki ədəd bükümə baxış keçirdikdə, içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş iki ədəd büküm, 1 (bir) ədəd "Redmi" markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı "Seyid" adlı şəxsin vasitəsilə ona deyilən yerlərə qoyması üçün əldə etdiyini, 1 aydır ki, həmin şəxsi tanıdığını, bugünə kimi bir neçə dəfə narkotik tərkibli maddələri müxtəlif yerlərə qoyduğunu, özünün narkotik tərkibli maddələrdən istifadə etməsini, Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs3 ilə birlikdə kirayə yaşadığı ünvanda da narkotik tərkibli maddələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini, həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, qardaşı olan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddələri də istifadəsi üçün, Təqsirləndirilən şəxs3 deyiləcək yerə qoyması üçün narkotik tərkibli maddələri özünün verməsini, Təqsirləndirilən şəxs3 bunun müqabilində istifadə etməsi üçün narkotik tərkibli maddələr verdiyini və saxlanılan zarman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir.Daha sonra, digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 qara rəngli cins üst geyiminin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd içərisində siqaretlər olan siqaret qutusunu, əynində olan şalvarının sağ yan cibindən 1 ədəd "Poco" markalı telefonu, arxa sol cibindən 4 manat 20 qəpik pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. 4 manat 20 qəpik pul Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Təqdim edilmiş bükümə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş 1 ədəd büküm, şəxsiyyət vəsiqəsi, 1 ədəd "Poco" markalı telefon iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümdə olan maddənin heroin olduğunu, həmin maddəni qardaşı Təqsirləndirilən şəxs1 pay kimi aldığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir.Digər şübhəli şəxs Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı telefonunu, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd içərisində 2 bükümdə metamfetaminə bənzər, 6 bükümdə heroinə bənzər kütlə olan ağ rəngli siqaret qutusunu, sağ yan cibindən içərisindən siqaretlər olan boz rəngli siqaret qutusunu, 4 manat pulunu və 1 ədəd kibrit qutusunu təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. 4 manat pul, 1 ədəd kibrit qutusu və boz rəngli siqaret qutusu Təqsirləndirilən şəxs3 qaytarılmışdır. Təqsirləndirilən şəxs3 tərəfindən təqdim edilmiş bükümlərə baxış keçirildikdə, 6 ədəd bükümdə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması, 2 ədəd bükümdə isə ağ rəngli, kristalşəkilli psixotrop maddə mütamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş 8 ədəd büküm, 1 ədəd “Samsung” markalı telefon, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs3 təqdim etdiyi siqaret qutusundan aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Təqsirləndirilən şəxs1 ona deyiləcək yerlərə qoyması üçün əldə etdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün narkotik vasitə heroin əldə etdiyini, yaşadğı ünvana baxış keçirilməsinə heç bir etirazının olmamasını, yaşadığı ünvanda da Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddələri saxlamasını bildiyini demişdir.Şəxsi axtarış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 26 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 10 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs3 26 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 10 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 77-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 aprel 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə ünvan 10 ünvanına baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs1 mənzildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 mətbəxdə yerləşən qəhvəyi rəngli dolabdan 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirildikdə, içərisində bir ədəd elektron tərəzi, 1 ədəd sellofanda narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükümlər və 1 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin maddələri iranlı "Seyid" adlı şəxsin vasitəsilə satış məqsədilə əldə etdiyini bildirmişdir. Baxış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 92-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 6/2394 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7" dairəvi möhür əksi "Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə..." yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 9,118 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə..." yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılqıda təmiz çəkisi 16,105 qr və 6,563 qram olmaqla, ümumi çəkisi 22,668 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində "Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş kütlə..." yazı və imzalar olan zərfdə 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,180 qr, 0,360 qr, 0,088 qr, 0,240 qr, 0,303 qr, 0,596 qram olmaqla ümumi çəkisi 5,767 qram olan qəhvəyi rəngli tozşəkilti maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 2 ədəd bükümdə hər birinin ayrı- ayrılqıda təmiz çəkisi 0,860 qr və 2,747 qram olmaqla, ümumi çəkisi 3,607 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində "Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş kütlə..." yazı və imzalar olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 1400,0 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 805,0 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Həmin zərfdə olan ağ rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aşkar edilmiş heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aşkar edilmiş metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 130-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 aprel 2022-ci il tarixli disklərə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir; Şübhəli şəxs Təqsirləndirilən şəxs1 qara rəngli dəri gödəkcənin sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü, sol yan cibindən 20 (iyirmi) qəpik pulunu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd "Redmi" markalı mobil telefonu, sağ arxa cibindən kirayə yaşadığı evinin açarını, 5 manat pulunu, sol yan cibindən isə içərisində siqaret filterləri olan siqaret qutusunu təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni, sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı "Seyid" adlı şəxsin vasitəsilə ona deyilən yerlərə qoyması üçün əldə etdiyini, 1 aydır ki, həmin şəxsi tanıdığını, bu günə kimi bir neçə dəfə narkotik tərkibli maddələri müxtəlif yerlərə qoyduğunu, özünün narkotik tərkibli maddələrdən istifadə etməsini, Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs3 ilə birlikdə kirayə yaşadığı ünvanda da narkotik tərkibli maddələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini, həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını, qardaşı olan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddələri də istifadəsi üçün, Təqsirləndirilən şəxs3 deyiləcək yerə qoyması üçün narkotik tərkibli maddələri özünün verməsini, Təqsirləndirilən şəxs3 bunun müqabilində istifadə etməsi üçün narkotik tərkibli maddələr verdiyini və saxlanılan zarman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirir. Daha sonra barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs2 qara rəngli cins üst geyiminin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibində 1 ədəd sellofan bükümü, 1 ədəd içərisində siqaretlər olan siqaret qutusunu, əynində olan şalvarının sağ yan cibindən 1 ədəd "Poco" markalı telefonu, arxa sol cibindən 4 manat 20 qəpik pulunu, təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümdə olan maddənin heroin olduğunu, həmin maddəni qardaşı Təqsirləndirilən şəxs1 pay kimi aldığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirir. Daha sonra barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs3 əynində olan qara şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı telefonunu, 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd içərisində 2 bükümdə metamfetaminə bənzər, 6 bükümdə heroinə bənzər kütlə olan ağ rəngli siqaret qutusunu, sağ yan cibindən içərisindən siqaretlər olan boz rəngli siqaret qutusunu, 4 manat pulunu və 1 ədəd kibrit qutusunu təqdim edərək masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs3 təqdim etdiyi siqaret qutusundan aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Təqsirləndirilən şəxs1 ona deyiləcək yerlərə qoyması üçün əldə etdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün narkotik vasitə heroin əldə etdiyini, yaşadığı ünvanda da Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddələri saxlamasını bildiyini söyləyir. Bundan başqa, 26 aprel 2022-ci il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə ünvan 10 ünvanına baxış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs1 mənzildə saxladığı narkotik tərkibli maddələri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs1 mətbəxdə yerləşən qəhvəyi rəngli dolabdan 1 ədəd ağ rəngli sellofan torbanı təqdim edir. Həmin sellofan torbaya baxış keçirildikdə, içərisində bir ədəd elektron tərəzi, 1 ədəd sellofanda narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilir. Aşkar edilmiş bükümlər və 1 ədəd elektron tərəzi qablaşdırılaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddələri iranlı "Seyid" adlı şəxsin vasitəsilə satış məqsədilə əldə etdiyini bildirir. Mənzildən axtarış zamanı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 13-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 may 2022-ci il tarixli mobil telefonlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş 02 ədəd “Redmi” və 01 ədəd “Samsung” markalı mobil telefonlara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 məxsus Redmi markalı mobil telefona baxış keçirildikdə üzərində ***-***-**-** mobil nömrəsi olması müəyyən edilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirildikdə üzərində ***-***- **-** və ***-***-**-** mobil nömrələri olması müəyyən edilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 məxsus mobil telefona baxış keçirildikdə, üzərində ***-***-**-** mobil nömrəsi olması müəyyən edilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 62-ci vərəqəsində olan 12 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş 02 ədəd “Redmi” və 01 ədəd “Samsung” markalı mobil telefonlar X6 təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 67-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 avqust 2022-ci il tarixli telefon danışıqlarına dair məlumatlar əks etdirilmiş diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ***- ***-**-** və ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 68-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 avqust 2022-ci il tarixli telefon danışıqlarına dair məlumatlar əks etdirilmiş diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus ***- ***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 69-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2022-ci il tarixli telefon danışıqlarına dair məlumatlar əks etdirilmiş diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan 051- ***-**-** saylı GSM nömrədə giriş-çıxış zənglər, sms məzmunlara dair məlumatlara baxış zamanı aşağıdakılar aşkar edilmişdir: -xx/xx/2022-ci il tarixdə saat 19:04:22-də ***-***-**-** nömrədən «20 manat puldu qaqa basna donum yari torpaq 5 diyde das getrersende mene» mətndə sms daxil olmuşdur. -xx/xx/2022-ci il tarixdə saat 04:59:05-də ***-***-**-** nömrədən «Qaqa mene bir dənə kola verersen» mətndə sms; -xx/xx/2022-ci il tarixdə saat 05:11:03-də Təqsirləndirilən şəxs3 adına olan 050- ***- **-** nömrəyə «İlqar yari daş yari kola düzelt elşad burdan cixdi onu ver ona götürsün tez 0.5 k 0.5p bilmedin zeng vur deyim» mətndə sms; -xx/xx/2022-ci il tarixdə saat 17:05:41-də «Qaqa 50 manat puldu yari das.20 torpaq .10 luqda mene basna donum biraz das birazda torpaq qoyarsan» mətndə sms daxil olmuşdur. -10/xx/xx/2022-ci il tarixdə saat 17:12:51-də ***-***-**-** nömrədən «Qaqa birde gor ne deyireme 20 manat versem 2 dene cet 40 vere bilersen .tez he yox de bilim qaqam» mətndə sms; -11/xx/xx/2022-ci il tarixdə saat 17:28:17-də ***-***-**-** nömrədən «20 torpaq .10 luqda ozumcun biraz das birazda torpaq» mətndə sms daxil olmuşdur. Cinayət işinin 3-cü cild 41-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid4 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs2 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs2 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 44-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid4 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs3 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs3 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 47-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid4 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs1 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs1 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 50-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs2 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs2 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 53-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs1 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs1 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 56-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs3 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs3 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 59-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs3 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs3 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 62-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs2 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs2 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 65-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaqa vermiş olduğu ifadəsini bir daha Təqsirləndirilən şəxs1 üzürə qarşı təsdiq edərək, Təqsirləndirilən şəxs1 daxil olmuş məlumat əsasında tutulduğunu, həmin vaxt heç bir polis əməkdaşı tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 44-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 7-ci Polis Bölməsindən daxil olmuş 06 iyun 2022-ci il tarixli, 063-40471/1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 143-144-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 19 avqust 2022ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işindən, sonunculardan aşkar edilmiş narkotik vasitələri əldə etdiyi istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsin müəyyən edilməsi üçün ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittihamda özlərini qismən təqsirli bilərək bildirmişlər ki, onlar narkotik vasitənin satışı ilə məşğul olmamışlar, onlarda ittihamda göstərilən mqidarda narkotik vasitə olmamış, çox az miqdarda narkotik vasitə üzərlərində olmuş, istintaq zamanı təzyiqlərə məruz qaldıqları üçün məcburiyyət qarşısında protokolları imzalayaraq, etirafedici izahatlar vermişlər. Bundan başqa, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər bildirmişlər ki, ibtidai istintaq vaxtı, heç bir prosessual sənədlərə imza etməmiş və istintaq hərəkətlərini əks etdirən protokollarda soyadları qarşısında imzalar onlara məxsus deyil. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştiraklarını qismən inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin 2-ci cild 74-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 4/895 nömrəli ekspert rəyindən görünür ki; ekspertizaya təqdim olunmuş, cinayət işi materiallarının 15-ci, 16-cı, 21-23-cü, 27-30-cu, 65-ci, 68-71-ci, 72-ci, 73-cü, 75-ci, 77-ci, 78-ci, 79-80-ci, 86-cı vərəqələrində olan sənədlərdə Təqsirləndirilən şəxs1 adından olan imzalar - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işi materiallarının 31-ci, 32-ci, 38-40-cı, 43- 47-ci, 66-cı, 68-71-ci, 72-ci, 77-ci, 78-ci, 81-82-ci, 87-ci vərəqələrində olan sənədlərdə Təqsirləndirilən şəxs2 adından olan imzalar- Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin materiallarının 48-ci, 49-cu, 55-57-ci, 60-64- cü, 67-ci, 68-71 -ci, 72-ci, 74-cü, 76-cı, 77-ci, 78-ci, 83-84-cü, 88-ci vərəqələrində olan sənədlərdə Təqsirləndirilən şəxs3 adından olan imzalar - Təqsirləndirilən şəxs3 tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxslər üzərində xəsarətlərin olub-olmaması barəsində keçirilmiş ekspertizanın rəylərindən görünür ki, onlar üzərində olan xəsarətlər müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir. Ekspertiza rəylərindən görünür ki, təqsirləndirilən şəxslər 28 aprel 2022-ci il tarixdə müayinə olunmuşlar. Həmçinin, cinayət işində olan şübhəli şəxsin tutulması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 26 aprel 2022-ci il tarixdə tutulmuşlar. Göründüyü kimi, təqsirləndirilən şəxslər üzərində olan xəsarətlər 26 aprel 2022-ci il tarixindən də əvvəl əmələ gəlmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Cinayət işinin 2-ci cild 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X3 03 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 tutulan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı əməldə cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin 2-ci cild 39-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X3 03 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 tutulan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı əməldə cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X3 23 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tutulan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı əməldə cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış zamanı, həmçinin, istintaq zamanı vermiş olduqları izahatlarında narkotik vasitənin həqiqətən onlara məxsus olmasını etiraf etmişlər. Məhkəmə, şahidlərin ifadələrini,telefon danışıqlarını əks etdirən məlumatları, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 242-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, cinayət işinin 1-ci cild 253-260-cı vərəqəllərində olan Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, 3000 manat cərimə cəzası və 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 01 mart 2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, SDS-3062 saylı məktubdan və məktuba əlavə edilmiş 17 yanvar 2014-cü il tarixli, 1(039)-07/2014 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü 07 fevral 2014-cü ildə qanuni qüvvəsini almış və hökm icra olunması üçün 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Lakin, həmin hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3000 manat cərimə cəzasının icrası ilə əlaqədar icra vərəqəsi verilməmişdir. Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü üzrə müəyyən edilmiş 3000 manat cərimə cəzasının icrası ilə əlaqədar, 29 dekabr 2022-ci ildə Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yer üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası ödənilməmiş və ya bu barədə amnistiya tətbiq edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4- 1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və cinayətlərin resdivini yaradır. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırki hökmü ilə təyin ediləcək əsas cəzası ilə onun Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə növündə əsas cəzası icra edilmədiyindən, hazırki hökmlə təyin edilmiş cəzadan müstəqil icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cinayət işinin 2-ci cild 52-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağı vardır: xx.xx.2019-cu il təvəllüdlü X7, 11 iyul 2013-cü il təvəllüdlü Qasımova Sevgi Elxan qızı və 02 fevral 2011-ci il təvəllüdlü X4. Cinayət işinin 2-ci cild 238-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Qasımova Sevgi Elxan qızı sağlamlıq imkanları məhdud uşaqdır, subaraxnoidal qansızma. Hidrosefaliya. Tez-tez təkrarlanan qıcolma tutmalar (ayda 2-3 dəfə). Sağ yuxarı ətrafın menoplegiyası.Kvadroplegik spastik uşaq serebral iflic diaqnozu qoyulmuşdur. Cinayət işinin 2-ci cild 80-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 iyul 2022-ci il tarixli, 4046 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu ( narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 149-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının İş üzrə keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 20 avqust 2022-ci il tarixli, 2240 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırdada öz hərəkətlərini dərk etmək və onları İdarə ktmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, bir uşağının xəstə olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 1-ci cild 248-249-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 may 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 1-ci cild 250-252-ci vərəqələrində olan Yevlax Rayon Məhkəməsinin 14 fevral 2011-ci il tarixli hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 14 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 14 fevral 2011-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 58-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağı vardır: xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X10. Cinayət işinin 2-ci cild 78-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 iyul 2022-ci il tarixli, 4047 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 147-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının İş üzrə keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 20 avqust 2022-ci il tarixli, 2239 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə ktmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 1-ci cild 245-247-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Yevlax Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Yevlax Rayon Məhkəməsinin 30 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Yevlax Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Nizami Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qərarı ilə amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzası 06 ay azaldılmış, 04 yanvar 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş; Yevlax Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 03 fevral 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş; cinayət işinin 1-ci cild 261-264-cü vərəqələrində olan Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 1(039)-123/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 23 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Yevlax Rayon Məhkəməsindən daxil olmuş 26 dekabr 2022-ci il tarixli, SDS-3047 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş 7 saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş 19 mart 2022-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs3 Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının cəza müddətinin başa çatması ilə əlaqədar 19 mart 2022-ci il tarixdən cəzadan azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş və cinayətlərin residivini yaradır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayət işinin 2-ci cild 76-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 iyul 2022-ci il tarixli, 4031 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 91-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 08 avqust 2022-ci il tarixli, 2081 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 hal-hazırda öz hərəkətlrinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs3 təqdim olunmuş materiallara əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs3 ona ittiham elan olunan dövrdə hər hansı psixi xəstəlik qeyd olunmamış və o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivi Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyyən edilmiş daha ciddi caza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 191-193-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022ci il tarixli, 4(001)-470/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 40-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 194-196-cı vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022ci il tarixli, 4(001)-467/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 57-c vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 188- 190-cı vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 4(001)-465/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində və yaşadıqları mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1437,253 qram narkotik vasitə heroin və 808,457 qram psixotrop maddə metamfetamin məhv edilməli, «şəxsi axtarış və götürmə» və «mənzilə baxış və götürmə» aparılmasının video görüntüləri olan 02 ədəd CD disk, DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən əldə edilmiş telefon danışıqları və sms məzmunlar əks edilmiş 03 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 1959-cu il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə növündə əsas cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində və yaşadıqları mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1437,253 qram narkotik vasitə heroin və 808,457 qram psixotrop maddə metamfetamin məhv edilsin. «Şəxsi axtarış və götürmə» və «mənzilə baxış və götürmə» aparılmasının video görüntüləri olan 02 ədəd CD disk, DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən əldə edilmiş telefon danışıqları və sms məzmunlar əks edilmiş 03 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Zeynal Ağayev
Səbuhi Hüseynov