Məhkəmə qərarları › İş №1(101)-404/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-404/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-404/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X9 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 06 avqust 1983-cü ildə Şirvan şəhərində anadan olmuş, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Şirvan şəhəri, Xəqani küçəsi, ev 4, mənzil 18-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, A.Kunanbayev küçəsi, ev 5/15, mənzil 25-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşımış və saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Qara» adlı şəxslə ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində məhəllələrin arasında yerləşən dükanın yaxınlığında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncundan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,078 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 13:00-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanında saxlanılıb oradan ünvan 2 yerləşən 5-ci Polis Bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,078 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin siyahıları”na, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na və “Zəhərli maddələrin siyahısı”na daxil edilməyən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,071 qram ağ rəngli kristallik maddə kütləsi sikloheksanamin maddəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmamışdır. xx.xx.2023-cü il tarixdə o, onlayn yolla “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu bir nəfər şəxsdən istifadə etmək məqsədi ilə 1 (bir) qram narkotik vasitə heroin almışdır. O, həmin heroinin qarşılığında 35 manat pulu həmin şəxsin bank kartına ödəmişdir. Pulu ödədikdən sonra həmin şəxs narkotik vasitə heroini onun yaşadığı ünvanın yaxınlığında yerləşən skamyanın yanına qoymuşdur. O, narkotik vasitə heroini həmin yerdən götürmüş, sonradan götürdüyü 1 (bir) qram heroinin yarısından da az miqdarda hissəsini istifadə etmişdir. Növbəti gün, saat 12:00-13:00 radələrində o, evdən çıxıb avtomobilinə oturmuşdur. O, avtomobilə oturan zaman ağ rəngli, “BMV” markalı maşında olan bir neçə şəxs ona yaxınlaşmışdır. Həmin maşının içərisindən bir nəfər, adını sonradan bildiyi Özal adlı çəxs əlində polis xidməti vəsiqəsiylə onun üzərinə hücüm etmişdir. Özal özünü tələsik təqdim edib polis olduğunu bildirmiş və əlini uzadaraq onun maşınından siqaret qutusunu götürmüşdür. Özal ilə birlikdə gələn Elgiz və Rauf adlı 2 (iki) polis əməliyyatçısı isə onu sürükləyərək öz avtomobilinin arxa hissəsinə otuzdurmuşlar. Polislərdən ikisi arxada, yəni biri onun sağımda, digəri isə solunda oturmuşdur. Özal isə avtomobili idarə etməyə başlamışdır. O, sonradan bilmişdir ki, Özal adlı şəxs heç polis əməkdaşı da olmamışdır. Həmin şəxslər onu saat 13:00-da Polis bölməsinə gətirərək X5 təhvil vermişlər. O, səmimi olaraq etiraf etmək istəyir ki, polis əməkdaşlarından nə qədər pul qarşılığında onu buraxacaqlarını soruşmuş, daha doğrusu 3.000 (üç min) manat pulun onun buraxılmasına kifayət edib-etməyəcəyini soruşmuşdur. Polislər də 3.000 (üç min) manata ehtiyac olmadığını, 1.000 (min) manatın kifayət edəcəyini və 1 (bir) çet narkotik vasitədən istifadə edən şəxs kimi rəsmiləşdircəklərini ona bildirmişlər. Daha sonra polis əməkdaşları onun arxasınca kimin gələcəyini soruşmuşlar. O da, telefon nömrəsi verəcəyini və nömrə verdiyi şəxsdən pulu götürəcəklərini polis əməkdaşlarına bildirmişdir. Saat 18:00 radələrində təhqiqatçı onu yanına çağıraraq narkotik vasitəni 70 manata “Qara” adlı şəxsdən aldığını deməyini ondan istəmişdir. Təhqiqatçı ona bunun səbəbinin planla bağlı olduğunu, videoçəkiliş zamanı cibindən 1 (bir) çeti çıxardacaqlarını və onu narkotik vasitələrin istifadəçisi kimi rəsmiləşdirəcəklərini bir daha demişdir. Buna qədər onun üzərində Polis bölməsində heç bir videoçəkiliş aparılmamışdır. Çünki onun avtomobilindən götürülmüş və içərisində narkotik vasitə olduğu deyilən siqaret qutusu əməliyyatçılarda qalmışdır. Onun üzərində şəxsi axtarış həyata keçirilən zaman polislər otağın pərdələri ilə pəncərənin qarşısını bağlamışlar ki, çölün qaranlıq olması bilinməsin. O, saxlanıldığı vaxt cibində 40 manat məbləğində pul olmuş, həmin pulun 20 manatı ilə polis əməkdaşları ona su və yemək almışlar. Pulun qalan hissəsini isə polis əməkdaşları onun atasına verəcəklərini bildirmişlər. Videoçəkiliş zamanı polis əməkdaşlarının istəyinə əsasən o, 1 (bir) ədəd bükümdə olan narkotik vasitə heroini cibindən çıxarmışdır. O, narkotik vasitəni cibindən çıxardıqdan sonra həmin narkotik vasitənin heroin olduğunu və narkotik vasitələrin istifadəçisi olduğunu demişdir. Polis əməkdaşları narkotik vasitənin çəkisini tərəziyə qoyub ölçməmişlər. Hətta o, polis əməkdaşlarına narkotik vasitəni paketləşdirdikləri sellofanın belə ona məxsus olmadığını, niyə 2 (iki) sellofana qoyduqları ilə bağlı iradını bildirmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş videoçəkilişə baxılsa, dediklərinin şahidi olmaq olar. Daha sonra dövlət hesabına dəvət edilmiş vəkil də gəlmişdir. Vəkil polislərə iştirakı olmadan onun üzərinə baxış keçirmələrini və ondan ifadə alınmasını irad tutmuşdur. Polislər isə vəkilə narahat olmamasını bildirmişlər. Cibinə polislər tərəfindən bükümlərin qoyulduğu vaxta qədər o, heç bir vəkillə görüşməmişdir. Daha sonra həmin bükümləri polis əməkdaşları götürüb zərfə yerləşdirmişlər. Lakin o, polis əməkdaşlarına həmin sellofanın ona məxsus olmadığını, onun sellofanının ağ rəngdə olduğunu, polislərin isə göy rəngdə olan sellofandan istifadə etdiklərini demişdir. Bu hadisədən bir gün sonra müstəntiq ona bildirmişdir ki, üzərindən 2 (iki) qram narkotik vasitə aşkarlandığına görə onun barəsində olan cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək. Həmin gün o, vəkili ilə birlikdə vəsatət verib qeyd etmişdir ki, onun üzərində 2 (iki) qram çəkidə narkotik vasitə olmamışdır. Daha sonra onu prokurorun yanına aparmışlar. Prokuror ondan gözünün altına nə olduğunu soruşmuşdur. O da, polislərlə olan razılığa görə həmin vaxt döyülməyini gizlədərək yalandan guya çarpayıya dəyərək xəsarət aldığını bildirmişdir. Prokuror hətta bununla bağlı ondan ərizə də almışdır. Sonra onu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aparmışlar. Orada o, hakimə də bildirmişdir ki, üzərində 2 (iki) qram narkotik vasitə olmamışdır. O, hakimə şəxsi istifadəsi üçün 1 (bir) qram narkotik vasitə heroin aldığını və heroinin də bir hissəsini artıq istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində çox az miqdarda narkotik vasitənin qaldığını bildirmişdir. Hakim də ona bildirmişdir ki, bu heç nəyi dəyişmir. Daha sonra polis əməkdaşları 7-8 gün sonra azadlığa buraxacaqlarını ona demişlər. Lakin 6 (altı) ay keçməsinə baxmayaraq, o, hələ də həbsdədir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 2 (iki) qram çəkidə narkotik vasitə heroin olmadığını, əksinə olaraq üzərində çox az miqdarda narkotik vasitə heroin olduğunu, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını, buna görə də ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur qaldığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayında Binəqədi RPİ-nin 5-ci PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyət məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında Binəqədi RPİ-nin 5-ci PB-nin rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evin qarışısında olarkən yaxınlaşıb Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Binəqədi RPİ-nin 5-ci PB-də keçirlən şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxsn İbadulla oğlunun üzərindən 02 ədəd bükümdə narkotik vasitə və 01 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Şahid1 ibtidai istintaq orqanına vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.1983-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Şirvan şəhəri, Xəqani küçəsi ev 4, mənzil 18-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 7- ci mkr, A.Kunanbayev küçəsi, ev 5/15, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, xx.xx.2023-cü il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi, polis mayoru Cavid İsmayılzadə tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 oğlu da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və sonuncu ilə birlikdə keçirməyə qərar verilmişdir. Onlar birlikdə xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində ünvan 3 ünvanının qarşısında olarkən «Ruslan» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb 5-ci Polis bölməsinə aparmışlar. Bu barədə Binəqədi RPİ-nin 5-ci PBdə raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 5-ci PBnin baş təhqiqatçısı polis mayoru Nihad Məmmədliyə təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd göy rəngli sellofana bükülmüş bükümü, həmin cins şalvarının arxa sağ cibindən özünə məxsus olan 1 ədəd «Redmi Note 11» markalı mobil telefonu və həmin cins şalvarının sol arxa cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəni çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd göy rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümlərdən birinin içərisindən aşkar olunmuş ağ rəngli maddə və digər bükümdə isə qəhvəyi rəngli maddə narkotik vasitə olan “heroin” olduğunu, habelə həmin maddələri xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində məhəllələrin arasında yerləşən dükanın yaxınlığında “Qara” adlı şəxsdən ümumilikdə 70 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, əlavə heç bir qadağan olunmuş əşya əşkar edilməmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlər qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə dindirilmiş digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün orta boylu, təxminən 35-40 yaşlarında olan “Ruslan” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və psixotrop maddə istifadə etməsi barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında onun brəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməməsinə dair razılıq vermişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümü, həmin cins şalvarının arxa sağ cibindən 1 ədəd «Redmi Note 11» markalı mobil telefonu və həmin cins şalvarının sol arxa cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəni çıxarıb masanın üzərinə qoymuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/862 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 39-41) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksləri olan, “..4) (imza) Salahov...” sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,078 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,071 qram ağ rəngli kristallik maddə kütləsi sikloheksanamin maddəsidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Sikloheksanamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlann siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahısı”na daxil deyildir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-413/2023 saylı qərarından (cild 1, iş vərəqə 44-46) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçiirlməsi haqqında qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-117/2023 saylı qərarından (cild 1, iş vərəqə 73-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 86) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 2899 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 107-108) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 1346 saylı məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 1, iş vərəqə 110-111) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik və ya sair psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi və sübutların qitmərləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 147-157) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və göstərilən maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 162-163) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının cavab məktubundan, həmin məktuba əlavə edilmiş təqsirləndirilən şəxsə aid tibbi kitabçadan (cild 2, iş vərəqə 1-5) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş və həmin vaxt onun üzərində xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, bundan başqa, müxtəlif vəsatətlər vermiş və irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs məhkum edilməmiş, onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat orqanında yoxlanılmış və dəqiq məlumat olmamış, lakin polis əməkdaşları tərəfindən saxlanılanadək narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, yəni narkotik vasitə və psixotrop maddə alüdəçisi olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı mübahisələndirmiş və qismən etirafedici ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində cəmi 1 (bir) ədəd bükümdə 1 (bir) qram çəkidə narkotik vasitə heroin olduğunu, eləcə də saxlanılarkən və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü və nəticədə məcbur qalaraq polis əməkdaşlarının təkidi ilə etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində 1 (bir) ədəd bükümdə cəmi 1 (bir) qram çəkidə narkotik vasitə heroin olduğunu, sonradan ona məlum olmayan səbəblərdən üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin çoxaldığını və bunun da polis əməkdaşları tərəfindən edildiyini iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən hallar olduğundan bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması halları təsdiq edilməmişdir. Əksinə məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına məlumat daxil olmuş, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 13:00-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanında saxlanılaraq və oradan ünvan 2 yerləşən 5-ci Polis Bölməsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,078 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Müdafiə tərəfi ittihamı 2 (iki) dəlil üzrə mübahisələndirmişdir. Birinci dəlil ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmədə iddia etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) ədəd bükümdə cəmi 1 (bir) qram çəkidə narkotik vasitə heroin olmuş, digər dəlil isə ondan ibarətdir ki, o, heç kəslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməmiş və üzərində gəzdirdiyi narkotik vasitə heroini məhz şəxsi istifadəsi üçün almışdır. Müdafiə tərəfi göstərilən hissədə ittihamın qanuniliyini və əsaslılığını mübahisələndirsə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı, yeri və şəraiti mübahisələndirməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq 5-ci Polis Bölməsinə aparılması və orada onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,078 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi cinayət işinin mübahisəsiz hallarıdır. Müdafiə tərəfinin göstərdiyi hər 2 (iki) dəlil iş üzrə əhəmiyyət kəsb etdiyindən bu halların aydınlaşdırılması zəruridir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) ədəd bükümdə cəmi 1 (bir) qram çəkidə narkotik vasitə heroin olduğunu iddia etsə də, məhkəmə hesab edir ki, onun iddia etdiyi hal cinayət işinin hallarına uyğun deyil. Belə ki, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın keçirilməsinə dair protokoldan, həmin protokola əlavə edilmiş videogörüntüdən və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, şəxsi axtarış zamanı onun üzərindən cəmi 1 (bir) bükümdə narkotik vasitə heroin aşkar edilmiş və ekspertia rəyi ilə həmin bükümdə olan kütlənin çəkisinin 2,078 qram olması, yəni külli miqdar təşkil etməsi müəyyən edilmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlə şəffaf şəkildə qablaşdırıldığından, kütlə qablaşdırıldıqdan sonra üzəri prosessual hərəkətdə iştirak edən şəxslər tərəfindən imzalandığından, məhkəmə istintaqında qablaşdırılmış kütlənin olduğu zərfin tamlığının pozulması və həmin zərfə qanunsuz müdaxilə edilməsi halları müəyyən edilmədiyindən, o cümlədən onun iddia etdiyi çəkidə, yəni 1 (bir) qram çəkidə narkotik vasitə heroinin iş üzrə mövcud olması müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu hissədə qeyd edilməlidir ki, şəxsi axtarış zamanı kütlənin qablaşdırılması şəffaf şəkildə aparıldığından və kütlənin olduğu zərfə sonradan qanunsuz şəkildə müdaxilə edilmədiyindən, eləcə də qablaşdırılmış kütlənin çəkisi ekspertiza rəyi ilə dəqiq şəkildə müəyyən edildiyindən məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu hissədə iddia etdiyi dəlil əsassız olmaqla yanaşı, həmçinin ağlabatan və işin hallarına uyğun deyil. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə olan külli miqdarda narkotik vasitə heroin ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt həmin vasitəni əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,078 qram narkotik vasitə heroinin aşkar edilməsi məhkəmədə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin ona aid olmamasını, həmin vasitənin çəkisinin polis əməkdaşları tərəfindən artırılmasını iddia etsə də, bununla bağlı məhkəməyə inandırıcı məlumat verməmişdir. Yəni o, həmin narkotik vasitə heroinin kimin tərəfindən, hansı şəraitdə, nə vaxt və hansı formada artırılmasını açıqlamamış, eləcə də qeyd edilən hissədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən həqiqətən də 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,078 qram narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən, daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən və ya bunu sair formada təsdiq edə biləcək heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda “Ruslan” adlı şəxsin ümumi qaydada narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olması göstərilsə də, onun kimə, nə zaman və dövriyyəsi qadağan edilmiş hansı vasitə/maddəni satması göstərilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, sonradan əməliyyat yolu onun kiməsə narkotik vasitə və psixotrop maddələr satması müəyyən edilməmişdir. Bu hissədə həmçinin qeyd edilməlidir ki, həm ibtidai araşdırma zamanı, həm də məhkəmədə işə baxılarkən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan mesajlarla bağlı mətnlərə baxış keçirilmiş və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrədən başqa şəxsin istifadəsində olan mobil nömrəyə “ozune tema lazim olsa deqinen”, “Qaqa gor 20 man torpaqdan uwaqlarinkindan ayira bilersen”, “Telefonu sondirmisen men bakiya ciixiram vacvapinda yoxduki zakladka eliyerdin yarim saatda gozdirem yuvandirram qecede itdernen girgin e konkret birine el zad”, “Sen derman maraqlan mutleq menim sebrim tutmur Vallah mecburiyyetden ozunde bilirsende uwaq kimi nazdariynan oynayiriq ama bir weyinki dermanı varsa vsyo” məzmunda mesajlar göndərilmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ittiham irəli sürərkən yalnız göstərilən məzmunda mesajlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan və ibtidai istintaq orqanı tərəfindən əldə edilərək cinayət işinə əlavə edilmiş 1 (bir) ədəd diskdə olan mesajların mətnləri tam şəkildə araşdırılmış və araşdırma nəticəsində müəyyən edilmişdir ki, başqa şəxslər narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi ilə bağlı Təqsirləndirilən şəxs mesajlar göndərməmişlər, əksinə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğundan müraciət edərək şəxsi istifadəsi üçün narkotik vasitə almaq istəmişdir. Başqa sözlə, ibtidai istintaq orqanının əsas götürdüyü mesajların mətnləri Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması nəticəsinə gəlməyə kifayət etmir, əksinə yuxarıda göstərilən mesajlar ona dəlalət edir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən mesaj vasitəsi ilə müraciət edərək şəxsi istifadəsi üçün narkotik vasitə almaq istəmişdir. Eyni zamanda göstərilən mesajların Təqsirləndirilən şəxs tərəfindən göndərilməsi onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə əlaqədar olmamış və mesajın göndərilməsi tarixi onun tutulmasından xeyli müddət əvvələ təsadüf etmişdir. Təəssüf ki, ibtidai istintaq orqanı bu kimi xüsusatları ətraflı şəkildə araşdırmadan və baxış keçirilmiş mesajların mahiyyətinə düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs əsassız şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ititham irəli sürmüşdür. Bu hissədə həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini kimdən, hansı şəraitdə, hansı qiymətə və haradan əldə etməsini məhkəmədə müəyyən etmək mümkün olmadığından məhkəmə belə nəticəyə gəlir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini təkbaşına öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlayaraq daşımışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini qanunsuz alqı-satqı nəticəsində əldə etmiş, yəni bu narkotik vasitəni qanunsuz şəkildə əldə edərkən hər hansı şəxslə birlikdə hərəkət etməmişdir. Bu isə o deməkdir ki, ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə də elan edilmiş ittiham tamamilə qanunsuz olmaqla yanaşı, həmçinin əsassızdır. Göstərilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini məhz şəxsi istifadəsi üçün təkbaşına qanunsuz şəkildə əldə edib saxlamaqla daşımışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun hansısa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməsi, habelə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 2,078 qram narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə belə nəticəyə gələrkən həm də onu əsas tutmuşdur ki, onun barəsində olan narkoloji rəy ilə təsdiq olunmuşdur ki, o, opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs opioidlərdən istifadə etməsi hallarına görə narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən və onun üzərindən məhz narkotik vasitə heroin aşkar edildiyindən məhkəmə hesab edir ki, o, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, məhz istifadə etmək üçün qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin 2,078 qram, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməsi və onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etməsi və onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə ilə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,978 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılmasına dair 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,978 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılmasına dair 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar