Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-405/2022 07.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 iyul 2021-cı il tarixdə günorta saatlarında X3 ilə görüşmüş, həmin vaxt sonuncunun mobil telefonunu satmaq istəməsini öyrənib müştəri olmasını bildirməklə onu ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının qarşısına gətirmiş, orada müştərinin binanın damına gəlməsini bildirib oraya aparmış, binanın damında Ayaz Nəsrulayev bir qədər gözlədikdən sonra heç kimin gəlmədiyini görüb öz iradını bildirdikdə o, mübahisə yaradaraq özünün şəxsiyyətini sonuncunun fövqündə üstün tutmaqla haqsız olaraq başladığı mübahisədən cüzi səbəb kimi istifadə edib heç bir əsaslı səbəb olmadan öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıqaydın etinasızlıq göstərib bir neçə dəfə ardıcıl olaraq Zərərçəkmiş şəxs başından vuraraq ona supratentorial sahədə orta xətdən sola tərəf dislokasiya ilə müşayiət olunan baş beyinin əzilməsi, sağ əng sümüyünün və sağ almacıq çıxıntısının xətti sınığı, iki tərəfli paraorbital hematoma, sağ mil-bilək oynağı nahiyəsinin, sağ və sol topuq nahiyəsinin səthi əzilmiş yaralan ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03.1X.1986-cı ildə Bakı şəhərində doğulmuş, atası və anasını görməmiş və "Ümid” uşaq evində böyümüşdür. Atası və anasını ölməsi bildirilmiş, latın qrafikalı azərbaycan əlifbası ilə sərbəst yazıb oxumağı bacarmır, latın qrafikalı azərbaycan əlifbası ilə yazmaqda və oxumaqda çətinlik çəkir, rəsmi olaraq heç bir yerdə işləməmiş və evlidir. Yetkinlik yaşına çatmadığı vaxt tarixi bilmədiyi gün cinayət hadisəsi törətmiş və buna görədə məhkum olunmuşdur. Belə ki, 30.11.2004-cü ildə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2, 177.2.3, 228.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 04 ay 19 gün müddətinə azadlıqdan məhrum edilmiş və CM-nin 66.3, 69.3 və 70-ci maddələri tətbiq edilərək 02 il şərti sınaq müddəti tətbiq olunmuşdur. Ruhi əsəb xəstəliyindən əziyyət çəkmir və hər hansı bir dispanserdə qeydiyyatda deyil. Təxminən 3-4 ay əvvəl oğurluq etdiyi üçün Xətai rayon məhkəməsinin qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs olunmuş və inzibati həbs olunanlarının saxlama məntəqəsində saxlanılmışdır. 25 gün inzibati qaydada saxlanıldıqdan sonra azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan bir neçə gün sonra, yəni 10 iyul 2021-ci il tarixdə günorta saatlarında Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında dayanmış və 57 nömrəli marşurut avtobusunu gözləmişdir. Metronun “Grand” adlanan mağazanın qarşısındakı stansiyasında dayanmışdır. Avtobus gözləyən zaman Zərərçəkmiş şəxs yanına gəlmişdir. Ayazı 2012-ci ildən tanımış və onunla heç bir narazılığı olmamışdır. Ayaz bildirmişdir ki, bir ədəd telefonu vardır və satmaq istəyir. lakin şəxsiyyət vəsiqəsi yoxdur. Ayaz onun şəxsiyyət vəsiqəsi ilə həmin telefonu satmağı xahiş etmişdir. Ayazın əlində bir ədəd “Samsung “ markalı telefon görmüş, lakin telefon yararsız halda olmuşdur. Ayaza etiraz etmiş və getməsini xahiş etmişdir. Bu zaman Ayaz orada söyüş söyməyə başlamışdır. Hiss etmişdir ki, Ayaz sərxoşdur, belə ki, ondan spirtli içki iyi gəlməsini hiss etmişdir. Ayazdan aralaşmaq istəsə də, sonuncu əl çəkməmiş və söyüş söyməkdə davam etmişdir. Həmin vaxt ətrafda tanımadığı şəxslər olmuşdur. Ayazdan yaxa qurtarmaq üçün yaxınlıqda tikilməkdə olan metronun yeni stansiyası ısıiqamətində hərəkət etmişdir. Ayaz da arxasınca gələrək ona kömək edəcəyini demiş və söyüş söymüşdür. “Grand” adlanan mağazanın qarşısından 50-60 metr aralanmış pilləkənlər olan yerdə dayanmışdır. Ayaz da yanına gəlib dayanmış və dahada pis söyüşlər söymüşdür. Onun söyüşlərini qəbul etməyib 2-3 dəfə ardıcıl olaraq yıımruqla onun baş nahiyəsindən vurmuşdur. Lakin Ayaz yıxılmamış və “sən mənə əl atdın“ ifadələrini işlədərək üzərinə gəldikdə əli ilə onu itələmişdir. Ayaz yerə yıxılmış və başı yerə dəymişdir. Ayaz ayaqlarından tutub ayaq üzərinə qalxmışdır. Bundan sonra oradan uzaqlaşıb getmiş və bir daha Ayazı görməmişdir. Həmin hadisə zamanı Ayaz onu vurmamış və xəsarət də yetirməmişdir. Həmin hadisə zamanı orada heç kəs olmamışdır. Belə ki, hadisə "Həzi Aslanov" metrosunun yaxınlığında 9 mərtəbəli yaşayış binalarının həyətinə gedən yolda olmuşdur. Həmin hadisə zamanı əlində heç bir alət olmamış, Ayazı yumruqla vurmuş və itələyərək yerə yıxmışdır. 2-3 dəfə yumruqla Ayazın başından vurmuş, sonra isə onu itələyərək yıxmışdır. Ayaz yerə yıxılan zaman başı yerə asfalt betona dəymişdir. Ayazı vurduqdan sonra o, “sən mənə əl atdın" ifadələrini işlətmiş və üzərinə gəlmişdir. Ayazın onu vuracağını gördüyü üçün bir dəfə əli ilə onun sinəsindən itələyib yıxmışdır. Ayaz da arxa-arxaya gedib yıxılmışdır. 2-3 dəfə Ayazın başından yumruqla vurmuş, sonra isə onu itələyib yerə yıxmışdır. Ayaz aşkar edilmiş xəsarətləri yerə yıxılan və başı yerə dəyən zaman almışdır. Narkotik vasitə istifadə etmir və narkotik vasitə aludəçisi deyil. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, uzun illərdir ki, avtomobil təmiri, yəni avtomobillərin elektrik işlərini görməklə məşğul olaraq qazanc əldə edir, heç vaxt evli olmamış və uşağı yoxdur. Babək prospektində olan avtomobil bazarında avtomobillərin elektrik işlərini görür. Əvvəllər bir dəfə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikkası CM-nin 221-ci maddəsi ilə məhkum olunmuşdur. 10 iyul 2021-ci il tarixdə özünə məxsus olan bir ədəd “Samsung” markalı telefonunu satmağa qərar vermişdir. Belə ki, pulu olmamış, maddi cəhətdən də dolanışığında çətinlik yaranmışdır. Həmin günü saat T radələrində tanıdığı Təqsirləndirilən şəxs görmüş və onunla söhbət z/amanı mobil telefonunu satdığını bildirmişdir. Xan demişdir ki, müştəri var və mobil telefonu "Bakı" kinoteatrın yaxınlığında olan 9 mərtəbəli binanın yaxınlığında sata bilər. Xan ilə razılaşmış və birlikdə Xanın dediyi ünvana getmişlər. “Bakı” kinoteatrın yaxınlığına çatdıqda Xan mənə 9 mərtəbəli binalırın birinin damına çıxmağını demişdir. Xandan nə üçün binanın damına çıxmağı soruşmuş, o da telefonu almaq istədiyi şəxsin oraya gələcəyini demişdir. Bundan sonra onlar birlikdə binanın damına çıxmışlar. Orada 5-10 dəqiqə gözləmişlər ki, telefonu alan şəxs gələcək. Lakin heç kəs gəlməmişdir. Bundan sonra Xana bildirmişdir ki, “məni bura niyə çıxarmısan sarımısan məni heç kəs yoxdur". Bu zaman Xan ani bir anda ona yaxınlaşaraq yumruqla başına bir neçə dəfə ardıcıl zərbələr endirmişdir. Zərbələrin təsirindən yerə yıxılmış və huşunu itirmişdir. Özünə gəldikdə iki nəfər şəxsin binanın damından düşürərək liftə qoymasını, sonra isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmasım görmüşdür. Sonradan isə baş verənləri xatırlamır. Təqsirləndirilən şəxs ardıcıl olaraq bir neçə dəfə yumruqla üzündən və başından vurmuşdur. Xanın neçə dəfə vurmasını bilmir, sonuncunun digər nahiyəsindən vurmasını isə xatırlamır. Təqsirləndirilən şəxs onu nə səbəbə görə yumruqla vurmasını bilmir. Belə ki, onunla Xanın arasında heç vaxt mübahisə və davadalaş olmamışdır. Xanın onu vurması üçün heç bir qeyri etik hərəkətlər etməmişdir. Həmin vaxt orada heç kəs olmamış, belə ki, onlar binanın damında olmuşlar. Təqsirləndirilən şəxs onu döyməsi 3-5 dəqiqə ərzində olmuşdur. Xanı vurmamış və xəsarət yetirməmişdir. Xanın əlində heç bir alət görməmiş və sonuncu hər hansı bir alətlə onu vurmamışdır. Xan yalnız onu yumruqla vurmuşdur. Xan onu ardıcıl yumruqla vuraraq yerə yıxmışdır, yerə yıxılsada başı yerə dəyməmişdir. Satmaq istədiyi “Samsung” markalı mobil telefonu hadisədən sonra tanımadığı şəxsə satmışdır. Həmin hadisə zamanı nə o, nə də ki, Xan söyüş söyməmişdir. 3 saylı şəhər kliniki xəstəxanasında olanda 34-cü PŞ-nin əməkdaşları yanına gəlib sorğu-sual etmişlər. Lakin həmin vaxt vəziyyəti ağır olduğundan polis əməkdaşlarına nə dediyini xatırlamır. “İlkin” adlı şəxsi tanımır. O, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, 2010-cu ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 2017-ci ildən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsində Motoxilasetmə dəstəsində işləyir. 24 saat işdə, iki gün isə evdə olur. İş yeri Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 150 ünvanda yerləşir. 10 iyul 2021-ci il tarixdə xidmətdə olmuş, həmin günü günorta saatlarında iş yerinə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttindən iintihara cəhd hadisəsi kimi məlumat daxil olmuşdur. Bundan sonra növbədə olan əməkdaşlar ilə məlumatda qeyd olunan Xətai rayonu, M.Rüstəmov küçəsinə getmişlər. Oraya çatdıqda ətrafda yaşayan bir neçə nəfər sakin görmüşdür. İş yoldaşı Şahid2 ilə orada olan binaların birinin damına çıxmışlar. Dama qalxdıqda bir nəfər şəxsin yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Həmin şəxs xəsarət alımş, lakin huşu özündə olmamışdır. Həmin şəxsin üzündə göyərmə və şişkinlik olmuşdur. Məlum olmuşdur ki, həmin şəxs intahara cəhd etməmiş, lakin onu kimsə döymüşdür. Həmin şəxs danışa bilməmişdir. İş yoldaşı Asim ilə həmin şəxsə kömək edib yerdən qaldırmış və pilləkən ilə onu binanın damından liftinin qarşısına gətirmişlər. Sonra isə onu liftə qoyaraq yerə düşürmüşlər. Artıq hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlmişdir. Həmin şəxsi təcili tibbi yardım avtomobilinə qoymuş və xidməti iş yerlərinə qayıtmışlar. Həmin şəxs onlara heç nə deməmişdir. Belə ki, o, xəsarət aldığından danışa bilməmişdir. Ona baxdıqda döyülməsi açıq aşkar bilinmişdir. Lakin onlar onun kim tərəfindən döyülməsini bilməmişlər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir (i.v.132-134); Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmdə tədqiq edilən ifadəsində göstərmişdir ki, 10 iyul 2021-ci il tarixdə dayısının evinə qonaq getmişdir. Dayısı evi Bakı şəhəri, Xətai rayonu. M. Rüstəm ov küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yerləşir. Günorta saatlarında dayısı ilə mənzildə söhbət edən zaman ani bir anda binadan səs-küy səsləri eşitmişdir. Mənzildən bloka çıxmış və səsin binanın damından gəlməsini görmüşdür. Lift ilə sonuncu mərtəbəyə qalxmış, oradan da binanın damına çıxmışdır. Oraya çatdıqda bir nəfər şəxsin yerdə uzanıqlı olmasını görmüşdür. Həmin şəxsə yaxınlaşdıqda onun döyülməsini başa düşmüşdür. Belə ki, həmin şəxsin üzündə şişkinlik və göyərmə izləri görmüşdür. Binadan dayısının mənzilinə qayıdıb telefonunu götürmüş və Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng edərək bu barədə bildirmişdir. Bundan sonra binanın həyətinə düşmüşdür. Binanın həyətində olan zaman polis əməkdaşları, təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xiudmətinin əməkdaşları gəlmişlər, binanın damında olan şəxsi düşürüb xəstəxanaya aparmışlar. Sonra isə oradan çıxıb getmişdir. Həmin şəxs heç nə deməmiş, belə ki, o, xəsarət aldığından danışa bilməmişdir. Həmin şəxsə baxdıqda döyülməsi açıq aşkar bilinmişdir. Lakin həmin şəxsin kim tərəfindən döyülməsini bilməmişdir. Həmin şəxs yerdə olsa da huşu getməmişdir. Binanın damına qalxdıqda artıq həmin şəxsi döyən şəxs getmiş, yəni orada olmamışdır.(i.v.138-140) Cinayət işinin 13-15-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA” birliyi X6 verdiyi 26 iyul 2021 -ci il tarixli 687 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs supratentorial sahədə orta xətdən sola tərəf dislokasiya ilə müşayiət olunan baş beyinin əzilməsi, sağ əng sümüyünün və sağ almacıq çıxıntısının xətti sınığı, iki tərəfli paraorbital hematoma, sağ mil-bilək oynağı nahiyəsinin, sağ və sol topuq nahiyəsinin səthi əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddəti qərarda göstərilmiş 10.07.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasıyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin 116-119-cu vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılması zamanı o, 10 iyul 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasının damında Təqsirləndirilən şəxs yumruqla vuraraq xəsarət yetirməsini deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. Cinayət işinin 31—32-ci vərəqlərində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 30.11.2004-cü ildə Bakı şəhəri Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177,2.1, 177.2.2, 177.2.3, 228.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 66.3 və 69.3-cü maddələri tətbiq edilərək 03 il 04 ay 19 gün müddətinə azadlıqdan məhrum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 02 il sınaq müddəti ilə şərti olaraq azad edilmişdir. Cinayət işinin 161-ci vərəqində olan qərardan görünür ki, cinayət iş üzrə əhəmiyyət kəsb etdiyindən, X1 məxsus geyim əşyaları maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Xəzər RPİ-nin saxlanc yerinə verilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 54, 91-97-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 21.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Himayəsində bir azyaşlı uşağının olması və əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 30.11.2004-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 21.09.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 21 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov