Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-405/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Femida ” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 19 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olan, işləməyən, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə Bakı şəhərində satış məqsədilə qanunsuz olaraq başqa şəxsin 200 manat pul müqabilində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdirdiyi külli miqdarda, yəni bir bükümdə təmiz çəkisi 6,925 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,750 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayaraq daşımış, 28 noyabr 2022-ci il tarixdə saat 18:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 4 ünvanında saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman olan onun əynindəki şalvarın cibindən bir ədəd bükümdə təmiz çəkisi 6,925 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin və bir ədəd bükümdə təmiz çəkisi 3,750 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, 28 noyabr 2022-ci il tarixdə saat 18:00 dəqiqədə, səkkiz-on nəfər polis əməkdaşı onun ünvan 6 ünvanında yerləşən evinin qapısını qıraraq evə daxil oldular. Polislər onun evində axtarış aparmışlar, axtarış keçirilərkən evdə heç bir narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları ona təzyiq göstərərək, qardaşını həbsə atmaqla hədələdilər, sonra da onu polis bölməsinə apararaq onu döydülər. O da təzyiqlərə dözməyərək məcbur qalaraq 0,5 qram narkotik vasitənin ona məxsus olması ilə razılaşıb narkotiki boynuna almışdır. O, ittiham aktını oxuyarkən orada yazılanların ona deyilənlərlə eyni olmadığını görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. O, istintaq zamanı ittihamda yazılan məzmunda ifadə verməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyrək ifadə verməkdən imtina edib prosessual sənədlərə imza etməkdən imtina etmişdir, lakin o, təhqiqat zamanı bildirmişdir ki, 28 noyabr 2022-ci il tarixdə saat 18:00 dəqiqədə, ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 050 ***-**-** simkart nömrəsi olan “İphone" markalı mobil telefon və 1 (bir) ədəd içərisində 051 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 8(səkkiz) qram və metamfetaminin çəkisi 7(yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir, üzəri mən, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” və 1 (bir) “İphone” markalı mobil telefonlar bu barədə ona izah verildikdən sonra götürülmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Səccad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 1 (bir) gün əvvəl istifadə etmək məqsədi ilə 200(iki yüz) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və pzixi zor tətbiq edilməmişdir. Şahid1 ifadədələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs o, xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Onlar Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə ünvan 6 ünvanının qarşısında saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 27- ci PŞ-nin inzibati binasına gətirmişlər. Orada onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirildi. Axtarış zamanı Mir Fəridin metamfetamin və heroini təqdim etdi. Ona heç bir fiziki və psixi təzyiq göstərilməyib. X31 saxlayan zaman Mir Fərid onlara heç bir müqavimət göstərməyib. X29 üzərinə heç bir narkotik vasitə qoymamışlar, heroini və metamfetamini Mir Fərid özü təqdim etdi. X31 evində yox, küçədə saxlayıblar. Mir Fəridin onun evindən aparılması, onun evinə səkkiz-on nəfər polis əməkdaşının getməsi barəsindəki ifadələri yalandır. X28 narkotik vasitələrin satışı ilə məşğul olması barəsində məlumat daxil olmuşdu. Mir Fərid saxlanılanda narkotiklərdən istifadə etdiyini bildirmişdir. O, Mir Fəridə böhtan atmır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunmuş ifadələrində Şahid1 ibtidai istintaq zamanı Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirib göstərmişdir ki, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2şayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə Azərbaycan Respubliası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törtdildikdə bilavasitə sonra yaxalanması, narkotik vasitələri və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qurupu yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar edilərək götürülməsi və gizli müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə İdarənin rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra əməliyyat qurupu yardılmış və iş yoldaşı baş əməliyyat müvəkkili, polis mayoru X13 ilə tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə, saat 18:00-da ünvan 6 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmış və özlərini ona təqdim edərək polis əməkaşları olduqlarını bildirib külli miqdarda narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil məlumat əsasında saxlandığını izah edib onu Yasamal RPİ-nin 27-ci PŞ- nin inzibati bina dəvət etmişlər. Cavadov X4 RPİ-nin 27- ci PŞ-nin inzibati binasına gətirildikdən sonra üzərində paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda, avtomobilində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq gədbirlərin görülməsi üçün raportla rəhbərliyə müraciət etmiş və bundan sonra DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı iş yoldaşı X10 tərəfindən, iştirakçı Təqsirləndirilən şəxs və dəvət edilmiş müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə və həmin Məcəllənin 26- cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərçüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zaman izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç şəxsən özünün və yaxm qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd bükümdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur.Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 050 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon və 1 (bir) ədəd içərisində 051 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür.Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir.Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 8 qram və metamfetaminə bənzər kütlənin çəkisi 7 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd «Samsung» və 01 “tphone” markalı mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Səccad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 1 gün əvvəl istifadə etmək məqsədi ilə 200 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs o, xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs ünvan 6 ünvanının qarşısında digər əməkdaşı Şahid1 Şahid2lə birlikdə saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxlayanda 28 noyabr 2022-ci il tarixi olub. Mir Fərid evindən çıxarılmayıb. Onu ünvan 6 ünvanının qarşısında saxlamışlar. Bundan sonra onu oğlunu Yasamal RPİ-nin 27- ci PŞ-nin inzibati binasına gətirmişlər. X30 üzərinə video şəklişlə şəxsi axtarış aparıldı. Axtarış zamanı da Mir Fərid metamfetamin və heroin təqdim etdi. Mir Fəridə heç bir fiziki və psixi təzyiq-təsir göstərilməyib. Mir Fəridin evindən aparılması barəsindəki ifadələri yalandır. Mir Fəridin narkotik vasitələrin satışı ilə məşğul olması barəsində məlumat daxil olmuşdu. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Mir Fəridin üzərindən aşkar olunan narkotik vasitə Mir Fəridin özünə özünə məxsus olub. O, təqsirləndirilən şəxsə böhtan atmır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində işlədiyini bildirib Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 28 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyub,bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, onun əynindəki şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon və 01 ədəd içərisində 051-418- 55-13 simkart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin istintaq materiallarına əlavə olunmuş 28 noyabr 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu bir ədəd kompak diskə ( CD ) baxış keçirilməsi haqqında protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı, polis mayoru X10 xidməti otaqların birində özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 246.4cü maddələrini rəhbər tutaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X6 və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasını qeyd edilir. Bundan sonra təhqiqatçı tərəfindən X8 28 noyabr 2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilməsini və şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüququ vəzifələrinin izah olunması elan edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 01 ədəd bükümdə ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində 050 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefon və 01 ədəd içərisində 051 418- 55-13 simkart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi. Heroinə bənzər kütlənin çəkisi 8 qram və metamfetaminə bənzər kütlənin çəkisi 7 qram oldu. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Samsung” və 01“İphone” markalı mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra götürüldü.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Səccad” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 1 gün əvvəl istifadə etmək məqsədi ilə 200 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Məhkəmədə elan olunub araşdırılmış 29 noyabr 2022-ci il tarixli 6/6806 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün Nə7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,925 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,750 qram olan ağ rəngli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6,925 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin və 3,750 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 6,875 qram narkotik vasitə heroin və 3,700 qram psixotrop maddə metamfetamin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 8011 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsin qeyd olunduğu bir ədəd diskə baxş protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən 28 oktyabr.2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixə kimi ayrı ayrı vaxtlarda, o, cümləndən də, xx/xx/2022,03:32:12, **********13-**********13, «Ferid duzelmisense geldc bize men de trixat edirem rzanin malini gpturduk ondan vuraq belkem duzelerik», xx/xx/2022,03:33:46, **********13- **********13, «Catiriq gel», xx/xx/2022,02:40:01, **********38-**********13, «Qaqaw menemde mosu.kera nolar qardawincun deyde ora», 2/09/2022,02:41:31, **********38-**********13, «Kera yari birde 5 diy pat. Nolar. Yalvariram yalvariram», xx/xx/2022,02:44:05, **********13-**********38, «QADbAEbGELİREM», 2/09/2022,02:44:40, **********38-**********13, «Ok.opurem» kimi ünsiyyətlər olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 fevral 2023-cü il tarixli 540 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, F.S.Cavadov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərinin mənasını dərk etmək, qavramaq və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası SM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, 28 noyabr 2022-ci il tarixdə saat 18:00 dəqiqədə, səkkiz-on nəfər polis əməkdaşı onun ünvan 6 ünvanında yerləşən evinin qapısını qıraraq evə daxil oldular. Polislər onun evində axtarış aparmışlar, axtarış keçirilərkən evdə heç bir narkotik vasitə aşkar olunmadı. Polis əməkdaşları ona təzyiq göstərərək, qardaşını həbsə atmaqla hədələdilər, sonra da onu polis bölməsinə apararaq onu döymüşlər. O da təzyiqlərə dözməyərək məcbur qalaraq 0,5 qram narkotik vasitənin ona məxsus olması ilə razılaşıb narkotiki boynuna almışdır. O, ittiham aktını oxuyarkən orada yazılanların ona deyilənlərlə eyni olmadığını görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. O, istintaq zamanı ittihamda yazılan məzmunda ifadə verməyib. O, özünü təqsirli bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ittihamı inkar edici ifadələri araşdırılarkən onun həmin ifadələrində bəyan etdiyi halları təsdiq edən sübut müəyyən olunmadı, əksinə onun bu iddiaları iş üzrə ilkin yoxlama materialları, baxış kesirilməsi, baxış keçirilməsini əks etdirən məlumat daşıyıcısına baxışı əks etdirən protokolları, Təqsirləndirilən şəxs özünün etirafedici izahatı və şahidlərin işin faktiki hallarına uyğun verdikləri ifadələri, ekspert rəyləri, maddi sübutlarla və işin faktiki halları ilə təkzib olundu. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş X13 və Şahid1 onun ifadələrində göstərdiyi halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bəyanatlarinda iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, biləbilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmədə Təqsirləndirilən şəxs tutulması halları müzakirə olunarkən onun polis bölməsinə əməliyyat mənbəsindən daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb gətirilməsi, o, saxlanılana qədər onu saxlayan polis əməkdaşlarının onunla hər hansı münasibətlərinin olmaması müəyyən olundu. Məhkəmənin qənaətinə görə məhkəmədə araşdırılmış ittihamedici sübutlar Təqsirləndirilən şəxs məhkəmədə ifadələrində göstərdiyi halları inkar edir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici izahatını əsas götürür. Çünki onun izahatında göstərdiyi hallarının cinayət işinin faktiki hallarına və məhkəmədə araşdırılmış sübutlara uyğun olması müəyyən olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ittihamı inkar etməyə yönələn ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti ona təzyiq göstrəilməsini sübuta yetirilmədiyini təsdiq edən qüvvədə olan Yasamal prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri Mayıl Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin əvvəlcə olmaması, sonradan yerləşdirilməsi, şübhəli şəxs kimi saxlanılarkən fiziki təzyiqə və zorakılığa məruz qalması qalması xüsusatları üzrə 14 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli qərarın qanuni hesab edilməsi baxımından da əsaslıdır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib qanunda nəzərdə tutulmuş qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) saat hüquqi yardım göstərilməsi və buna görə ona 420 (dörd yüz iyirmi) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 6,925 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin və 3,750 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından qalıq qalmış 6,875 qram narkotik vasitə heroinin və 3,700 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmasını əsəaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində DİN- nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhər Yasamal rayonu Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayonu Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xəstəxanasının 17 saylı cəzaçəkmə müəssisənin 30 yanvar 2024-cü il tarixli 444 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə 05 noyabr 2022-ci il tarixli Amnistiya aktının 4-cü bəndi tətbiq edilərək cəzası 6 ay azaldılmış və 19 yanvar 2022-ci il tarixdə cəzasının sona çatması səbəbindən azad olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı əməli törədərkən məhkumluğunun olması müəyyən olundu. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən və cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən residivin mövcudluğunu qanunvericiliyin tələbləri baxımından nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 28 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli qismində tutulub, 30 noyabr 2022-ci il tarixdə tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması, həbsdə saxlanıldığı müddətdə 30 mart 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yeni ittiham elan olunması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ilkin araşdırmalar zamanı etirafedici izahat verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivi olması müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini və əməlində cinayətələrin residiviolmasını nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkolojı ekspertizasının 06 fevral 2023-cü il tarixli, 660 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostumlyatorların birgə qəbulu ilə nəticəsində yaranan Asılhq Sindromu (NANKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 ( altı ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 28 noyabr 2022-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 65 (altmış beş) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, məhkəmədə Təqsirləndirilən şəxs hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri “Femida ” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 65 (altmış beş) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Məhkəmə, Yasamal RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 6,925 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin və 3,750 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından qalıq qalmış 6,875 qram narkotik vasitə heroin və 3,700 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-405/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-405/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver