Məhkəmə qərarları › İş №1(101)-405/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-405/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-405/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X6 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuror Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Hüseyn qızının iştirakları ilə xx xxxx 1991-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmaqdan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan külli miqdarda - 5,013 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 22:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3ili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada 31 mart 2024-cü il tarixdə, saat 00:41-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda- 5,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməklə barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilməsinə və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 5,013 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 22:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3ili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada 31 mart 2024-cü il tarixdə saat 00:41-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 5,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etsə də son illər istifadə etməmişdir. Bərdə şəhərində yaşadığı vaxt həmin rayonun polis əməkdaşları tərəfindən təhdid edildiyindən Bakı şəhərində, Abşeron rayonunda kirayədə yaşamağa məcbur olmuşdur. Şahid1 ilə tanış olmuş, onunla faktiki nikah münasibətlərində olmuşdur. 29 mart 2024-cü il tarixdə həm gəzmək, həmçinin Aytacı Bakı şəhərinə gətirmək üçün dostu Şahid2 idarə etdiyi avtomobillə onunla birlikdə Aytacın yaşadığı Mingəçevir şəhərinə getmişdir. 30 mart 2024cü il tarixdə Aytacla birlikdə Vüsalın idarə etdiyi avtomobillə Bakı şəhərinə qayıtmışlar. Təxminən saat 22:30 radələrində Qaradağ rayonu ərazisindəki “QAİ” postunu keçən zaman zaman yol polis əməkdaşı onların olduğu avtomobili saxlamışdır. Şahid2 qayda pozuntusuna yol vermədiyi üçün avtomobili yolun kənarına çəkmiş və avtomobildən düşərək saxlanılmağının səbəbini polisdən soruşmuşdur. Bu zaman tanımadığı şəxslər yaxınlaşaraq onu döyə-döyə avtomobildən düşürmüşlər. O həmin şəxslərdən kim olduqlarını, niyə onu döydüklərini soruşmuş, ona BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polislərdən onu saxlamaqlarının səbəbini soruşduqda ona “otur, bilərsən” demişlər. O, polislərdən avtomobilin içərisindəki qadını və sürücü dostunu nəyə görə onunla bir yerdə idarəyə apardıqlarını soruşmuş, polislər isə ona “əgər bizimlə razılaşsan, verdiyimiz sənədə qol çəksən, yanındakı şəxsləri buraxarıq” demişlər. O, məcbur olub onlarla razılaşmış və qol çəkəcəyini bildirmişdir. Sonra polis əməkdaşları onu fərqli, yanındakı şəxsləri isə fərqli avtomobildə idarəyə aparmışlar. Polislər onları ayrı-ayrı otaqlara aparmış, həmin vaxt orada vəkil olmamışdır. Polislər ona “biz səninlə razılaşmışıq, səni tanıyırıq, sən özünə sığışdırmarsan ki, sənə görə o qadın və dostun tutulsun, gəl bizimlə razılaş” demiş, o da onlara onlarla razılaşdığını bildirmişdir. Polislərdən bir nəfər onun cibinə narkotik maddə olan bükülü qoymuşdur. Bundan sonra vəkil gəlmiş, çəkiliş edilmiş, o da polislərlə razılaşdığı üçün ona deyilənləri təkrar etmişdir. Onu saxlayan polis əməkdaşları çəkilişdə iştirak etməmişlər. O davaya meyilli insan olsa da kriminal aləmdən heç bir şəxslə əlaqəsi olmamışdır. O, heç vaxt narkotik satışı ilə məşğul olmamış, əvvəllər təxminən dörd il əvvəl narkotik istifadəçisi olsa da, hazırda narkotikdən istifadə etmir. Bir neçə vaxt əvvəl Bərdə rayonundan olan tanışı ona Bakı şəhərinə gəldiyini və narkotik vasitəni heç kimdən tapa bilmədiyini deyib ona narkotik vasitəni tapa biləcəyini soruşmuş, o, isə tanışının xətrinə dəyməməklə və onu başından eləmək üçün “gözlə, sənə xəbər edərəm” demişdir. Lakin sonra onunla əlaqə saxlamamış, ona hər hansı narkotik vasitə verməmiş və ya alınmasında iştirak etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə eyni rayondandır və təxminən 3 ildir ki, onunla dostluq münasibətindədir. Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu və ya ədavəti yoxdur. Özünə məxsus “Volkswagen” markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur. 30 mart 2024-cü il tarixdə, saat təxminən 22:45 radələrində o, Təqsirləndirilən şəxs və onun sevgilisi Şahid1 ilə birlikdə Mingəçevir şəhərindən Bakı şəhərinə qayıdarkən Qaradağ rayonu ərazisində, Qaradağ yol polisi postunda idarə etdiyi avtomaşını yol polis əməkdaşı saxlatmışdır. Avtomobildən düşən zaman yol polisi əməkdaşı ilə birlikdə bir neçə nəfər mülki geyimdə şəxs onlara yaxınlaşmışdır. Onlardan biri maşının sənədlərini istəmiş, o da sənədləri təqdim etmək üçün avtomobilə yaxınlaşan zaman həmin polis əməkdaşları onu və Zəkanı döyməyə başlamışlar. Polis əməkdaşı onu yerə yıxaraq qollarına qandal taxmışdır. Onu və Aytacı bir maşında, Zəkanı isə ayrı avtomobildə idarəyə gətirmişlər. Onun avtomobilini idarəyə necə gətirildiyindən məlumatı olmamışdır. Onun üzərində və idarə etdiyi avtomobildə qanunsuz heç bir əşya olmamış, ona görə də özünə arxayın olmuşdur. Onları və Zəkanı ayrı-ayrı otaqlarda saxlamışlar. İnzabati binaya daxil olduqdan təxminən bir saat sonra onları bir otağa yığaraq üzərlərinə baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı Zəka üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli maddənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan maddə polis tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar və həmçinin onun tərəfindən imzalanmışdır. Daha sonra onun üstünə baxış keçirilmiş, o, üstündə narkotik vasitələr və psixotrop maddələr, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung" markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən isə bir ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra Şahid1 üstünə baxış keçirilmiş, Aytac üstündə narkotik vasitələr və psixotrop maddələr, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibindən isə içərisində saqqız olan bir ədəd kağız qablaşmanı çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni xx.xx.2024-cü il tarixdə Yevlax rayonunda tanımadığı şəxsdən 60 manata aldığını və şəxsi istifadəsi üçün üstündə saxlamaqla daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin, həmçinin onun və Şahid1 məlumatlarının olmadığını bildirmişdir. Daha sonra ona məxsus və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı idarə etdiyi nəqliyyat vasitəsindən narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Sonra protokol tərtib edilərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. O Zəkanın Yevlax rayonunda narkotik vasitəni necə əldə etməsini görməmişdir. Yevlax rayonunda sadəcə yemək yemişlər. Ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. 30 mart 2024-cü il tarixdə ona qərəzsiz mənbədən “Zəka” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, qərarın icrası ilə bağlı olaraq o, Baş İdarənin digər əməkdaşları Şahid6, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 30 mart 2024-cü il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Qaradağ rayonu ərazisinə getmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində olduqları zaman, yəni 30 mart 2024-cü il tarixdə saat 22:45-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin tanımadığı iki nəfər şəxs ilə birlikdə “Volkswagen” markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər və onların da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi məşğul olmasında şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra onu və yanında olan iki nəfər şəxsi BMCMİ-yə dəvət etmişlər və həmin şəxslər buna etiraz etmədikdən sonra onları istifadələrində olan avtomobil ilə birlikdə Baş İdarəyə gətirmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin İstintaq İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunub şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə şəxsi axtarış başlandığı zaman Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “Patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmiş, aşkar edilmiş “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra ayrı-ayrılıqda və ayrı-ayrı vaxtlarda Şahid2 və Şahid1 üstünə baxış keçirilmiş, baxış zamanı onların üzərindən narkotik vasitələr, psixotrop maddələr, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni xx.xx.2024-cü il tarixdə Yevlax rayonunda, tanımadığı şəxsdən 60 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üstündə saxlamaqla daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin, həmçinin Şahid2 və Şahid1 məlumatlarının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 və Şahid1 də Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddədən məlumatlı olmadıqlarını bildirmişlər. Şahid2 idarə etdiyi “Volkswagen” markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, eləcə də həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olmadığını, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, sonra tədbir iştirakçıları ilə birlikdə Şahid2 istifadəsində olan avtomobilə baxış keçirsələr də avtomobildən də iş üzrə əhəmiyyət daşıya biləcək hər hansı əşya və predmet aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs və digər şəxsləri avtomobilin yanında saxlamış, onlara qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. Eyni zamanda onlar və ya qeyrisi tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə verilməsi, ona psixoloji təzyiq edilməsi halları olmamışdır. Təqsirləndirilən şəxs özü könüllü olaraq cibindən psixotrop maddəni çıxaraq təqdim etmiş, öz istifadəsi üçün Yevlax rayonundan alaraq üzərində saxladığını bildirmişdir. Ona əməliyyat məlumatı Təqsirləndirilən şəxs barəsində daxil olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşları Şahid4, Şahid6 və Şahid5 da Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin XMİÜ baş təhqiqatçısı X7 tərəfindən tərtib edilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid6, Şahid4, həmin idarənin kiçik inspektoru Şahid5, iştirakçılar Şahid2, Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Fespublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 30 mart 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 22:45-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində tanışları Şahid1 və Şahid2 ilə birlikdə sonuncunun idarə etdiyi “Volkswagen” markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 mart 2024-cü il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 31 mart 2024-cü il tarixdə, saat 00:41-də şəxsi axtarış və götürmə, eləcə də Şahid1 və Şahid2 üstlərinə baxış prosesini aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs və üstlərinə baxış prosesi aparılan Şahid1 və Şahid2 şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış, baxış və götürmə prosesində iştirak edən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kiçik inspektoru Şahid5 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs və üstlərinə baxış prosesi aparılan Şahid1 və Şahid2 buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibindən isə 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesfik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə nöhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Daha sonra Şahid2 üstünə baxış keçirildi. Şahid2 üstündə narkotik vasitələr, psixotrop maddələr, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Şahid2 üstündə narkotik vasitələr və psixotrop maddələr, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olmadığını bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən, üzərində ***- ***-**-** saylı mobil nömrəsi olan 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən isə 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Şahid2 aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd avtomobil açarı onun üzünə geri qaytarıldı. Daha sonra Şahid1 üzərinə baxış keçirildi. Şahid1 üstündə narkotik vasitələr, psixotrop maddələr, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü sürətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Şahid1 üstündə narkotik vasitələr və psixotrop maddələr, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrəsi olan 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibindən isə içərisində saqqız olan 01 ədəd kağız qablaşmanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Şahid1 aşkar edilmiş mobil telefon və içərisində saqqız olan 01 ədəd kağız qablaşma ona geri qaytarıldı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni xx.xx.2024-cü il tarixdə Yevlax rayonunda, anket məlumatlarını bilmədiyi şəxdən 60 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üstündə saxlamaqla daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin, həmçinin Şahid2 və Şahid1 məlumatlarının olmadığını bildirdi. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs onun həmyerlisi olduğunu, Şahid1 isə Təqsirləndirilən şəxs ilə sevgili münasibətlərində olduğunu və sonuncunun üstündən aşkar edilmiş maddədən məlumatlarının olmadığını bildirdilər. Həmçinin şifahi sorğu zamanı Şahid2 idarə etdiyi “Volkswagen” markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, eləcə də həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olmadığını, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 31 mart 2024-cü il tarixdə saat 00:41-də başlandı, 01:00-da başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 27-29). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı vaxt çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin XMİÜ baş təhqiqatçısı X7 tərəfindən tərtib edilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid6, həmin idarənin kiçik inspektoru Şahid5, Şahid2 tərəfindən imzalanmış “Baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 razılığı və iştirakı ilə idarə etdiyi “Volkswagen” markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobilə 31 mart 2024-cü il tarixdə saat 01:11-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxış zamanı Şahid2 təklif edildi ki, idarə etdiyi “Volkswagen” markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Şahid2 idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib avtomobili açaraq baxışa təqdim etdi. Baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilmədi. Şahid2 idarə etdiyi “Volkswagen” markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobilə baxış gecə vaxtı suni işıqlandırma şəraitində keçirildi. Baxış keçirilməsi 31 mart 2024-cü il tarixdə saat 01:16-da başa çatdı Baxış keçirilməsi zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı (cild 1, i/v 33-34). - Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 5(002)- 102/2024 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş və həmin idarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 30 mart 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, i/v 166-168). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1744 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,013 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 5,013 qram, 0,050 qram tədqiqata sərf edildi, 4,963 qram qalıq qaldı (cild 1, i/v 61-64). - “Maddi sübut hesab edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4,963 qram olan psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 137-138). - 10 iyun 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonda ümumiyyətlə heç bir simkart istifadə edilmədiyi və telefonun zənglər bölməsində mobil operatorlarla zənglərin olmadığı müəyyən edilir. Mobil telefonda “Whatsapp” və “Whatsapp business” proqramları mövcuddur, telefonda olan “Whatsapp business” mobil tətbiqində Pərviz Aptek adı ilə qeyd edilmiş -+994 77 *** ** ** nömrəli abunəçi ilə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən danışıqlar (səs yazı və mesajlar) müəyyən edilmişdir. 14 mart 2024-cü il tarixdə danışıqların əks edildiyi mesaj və səs yazıları: - Qaqam neylədin (Təqsirləndirilən şəxs ünvanlanmış mesaj); - Qaqa sən dediyin qiymət deyile, sən dediyin qiymətlə ancaq iranlılar atırlar zostavka, onlar 60dan 70dən dən vururlar. O da bizlik deyil. (Təqsirləndirilən şəxs səs yazısı); - Belə indi Allah canıvı sağ eləsin, lap 60-70 olmasın, 40dan varsa 40dan lap, bir iki zənəsini götürək, üç dənəsini götürək. (Təqsirləndirilən şəxs ünvanlanmış səs yazısı); - Sənin canıvı yeyerəm sənə ürəyim qurban. Demirəm qaqa biz tema adı ilə gəlmişik z da bizə firlatdı, artistlik elədi. Görüşəndə danışarıq, amma sən öl, Allaha and olsun, qoy görək nəsə qayıtmağa yol pulumuz zadımız başa düşdün? İmenni bunun dalınca gəldik, mənim də bir dənə balaca işim var idi, bunu həll edim qayıdım abratnı, gözləyirəm də səni qadan alım gör nə edirsən bir dənə sənsəne yaxın hər adama deyə bilmirəm. (Təqsirləndirilən şəxs ünvanlanmış səs yazısı); - Yaxşı qaqa narahat olma bir dəqiqə dayan sənə deyirəm. (Təqsirləndirilən şəxs səs yazısı); - Baş üstə (Təqsirləndirilən şəxs ünvanlanmış mesaj). Bundan sonra həmin şəxslər arasında “whatsapp” vasitəsi ilə telefon danışıqlarının baş tutması müəyyən edilir. Bundan sonra mobil telefonun qalereya hissəsinə daxil olduqda orada bəzi fotoşəkillərdə Təqsirləndirilən şəxs hər iki diz nahiyəsində sıyrıqların olduğu xəsarətlərə dair fotoşəkillərin olması əksini tapır. Göstərilən hal iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertiza rəyi ilə təsdiq edildiyi üçün həmin fotoşəkillər də protokola əlavə edildi (cild 1, i/v 196). - xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefonun maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 4,963 qram olan psixotrop maddə metamfetaminin maddi sübut qismində tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsinin məhkəmə baxışı zamanı nəzərə alınması qərara alınmışdır (cild 1, i/v 205-220). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2051 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 190-191). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X5” publik hüquqi şəxsin Məhkəmə-kimya şöbəsinin 17 aprel 2024-cü il tarixli, 1253/K nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” və fenilalkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, i/v 193-195). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 187/MEŞ-dən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol saidin, hər iki oynağı nahiyəsinin, sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 həftə əvvəl əmələ gəlmişdir. Həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyaya çırpılması və ya həmin nahiyələrə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdilər; dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər (cild 1, i/v 187-189). - 31 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 4(005)-441/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 18, 19, 129-133). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinərək barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməklə barəsində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, Nəsimi Rayon Polis İdarəsi tərəfindən ********* № ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 1, i/v 142-144, 145-154, 155-163) - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-134/2024 nömrəli hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, onun cəzaçəkməsinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-441/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Həmin hökm 27 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. - “Azerfon” LLC tərəfindən məhkəməyə ünvanlanmış AZF/LGL-3108/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə son telefon danışığı xx.xx.2024-cü il tarixdə, saat 12:22:33-də qeydə alınmış, əhatə dairəsi Abşeron rayonu, Masazır qəsəbəsində olmuş, SMS danışıqlarda isə iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 22:45-də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 47-ci kilometrliyində saxlanılaraq ünvan 3ili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək orada 31 mart 2024-cü il tarixdə saat 00:41-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilmiş qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 5,013 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edərək üzərində saxlayaraq daşıması öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə - metamfetamini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi, həmçinin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Məhkəmə ibtidai istintaq orqanının istinad etdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonda qeydə alınan səs yazısına qiymət verərək hesab edir ki, həmin yazışma ilə Təqsirləndirilən şəxs məhz narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün deyildir. İstintaq orqanı həmin halı tam və hərtərəfli araşdırmamış, telefon danışığından qeydə alınmış digər şəxsin şəxsiyyətini müəyyən etməmiş, onun Təqsirləndirilən şəxs ilə hansı münasibətdə olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda ibtidai istintaq orqanını həmin dəlili əsas sübut növü kimi götürülə bilməz. Bundan əlavə istintaq orqanına ünvanlanmış 10 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olması barədə məlumatı ola biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrin müəyyən edilməsi ilə əlaqədar keçirilmiş tədbirlər nəticəsində Zəka Nəsbilinin hər hansl mobil operatora məxsus mobil nömrə istifadə etmədiyi müəyyən edilmişdir (cild 1, i/v 203). İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində daşıyaraq saxlaması, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddələrin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (psixotrop maddənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə verdiyi ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Yevlax rayonunda, anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun külli miqdarda psixotrop maddəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsinə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs hazırki məhkəmə araşdırılması zamanı verdiyi ifadəsində göstərdiyi halları əvvəllər mübahisələndirməmiş, eyni zamanda ifadəsində göstərdiyi hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə halda onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni çəkisi 5,013 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, həmin əmələ görə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli bilinərək ona Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 1(006)-134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 4,963 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmiş “Redmi” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X3 Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 1(006)-134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 30 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 4,963 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmiş bir ədəd “Redmi” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar