Məhkəmə qərarları › İş №1(101)-407/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-407/2020

12.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-407/2020 12.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1978-ci il tarixdə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özünü futbol məşqçisi kimi təqdim edərək icarəyə götürdüyü Sabunçu rayonu Sabunçu qəsəbəsi, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi dalan 2 ev 8-də 2019-cu ilin may ayının ortalarında futbol təlimi keçmək üçün qəbul etdiyi onun üçün aşkar surətdə on dörd yaşına çatmayan xx xxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 çarpayıda uzanmış vəziyyətdə olmasından və evdə onlardan başqa heç kimin olmamasından istifadə edərək cinsi ehtirasını təmin etmək niyyəti ilə, Zərərçəkmiş şəxs1 üzərinə uzanıb köməksiz vəziyyətindən istifadə və zor tətbiq edərək onun şalvarını dizinə qədər aşağı salaraq onun cinsiyyət orqanını əlinə almış və zor tətbiq edərək Zərərçəkmiş şəxs1 üzü üstə döndərib cinsiyyət orqanını onun anosuna sürtməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmiş və bununla kifayətlənməyib cinsiyyət orqanını anos dəliyinə daxil etməyə, yəni uşaqbazlığa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs1 qışqıraraq qaçmağa nail olduğundan iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməmişdir. Bundan başqa o, təkrarən özünü futbol məşqçisi kimi təqdim edərək icarəyə götürdüyü Sabunçu rayonu Sabunçu qəsəbəsi, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi dalan 2, ev 8-də 2019-cu ilin iyun ayının ortalarında cinsi ehtirasını təmin etmək üçün futbol üzrə təlim keçməyə qəbul etdiyi aşkar surətdə on dörd yaşına çatmayan xx xxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 köməksiz vəziyyətindən istifadə edib və əlindən tutub özünə tərəf çəkib zor tətbiq etməklə qucaqlayıb bədənini onun bədəninə sürtməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özünü futbol məşqçisi kimi təqdim edərək təlim keçən şəxs kimi icarəyə götürdüyü Sabunçu rayonu Sabunçu qəsəbəsi, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçə dalan 2, ev 8-də yeni tikilmiş nömrəsiz evdə 2019-cu ilin iyul ayının 13-14 tarixlərində gecə cinsi ehtirasını təmin etmək üçün futbol təlimi keçmək üçün tanış olduğu yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 055 *** ** ** CSM nömrəli mobil telefonuna özünün istifadəsində olan ********** CSM nömrəli mobil telefonundan «Vhat Sapp» proqramı vasitəsi ilə qeyri təbii yolla cinsi əlaqəyə girməyi təklif etmiş və pornoqrafik sayılan cinsiyyət orqanının şəklini göndərməklə zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 150.3.3, 153.3 və 242–ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir il olardı ki, ”Sabunçu Arena” stadionu nəzdində Bakı-Xəzər futbol klubunda futbol müəllimi vəzifəsində işləmiş, həmin futbol klubunun təsisçisi isə Şahid2 olmuşdur. O, həmin Stadionun saatını 40 manata Faiq adlı şəxsdən icarəyə götürmüşdür. Həftənin 2-ci, 4-cü, 6-cı günləri 1, 1.5 saat olmaqla stadionda uşaqlara futbol dərsləri keçmiş, onun 30-35 tələbəsi olmuş, rəsmi olaraq məşqçi kimi lisenziyası olmamışdır. O, ona verilmiş vəsiqəni uşaqlara göstərərək məşqçi olduğunu onlara bildirmişdir. Seymur adlı uşaq 7 ay olardı ki, Qobustandan gəlib onun yanında qalmış, 67 nömrəli məktəbdə təhsil almış, eləcə də onun yanında futbol məşqlərini keçmişdir. Seymurla bərabər Rəşid adlı Mingəçevirdən, əslən Göyçaylı olan uşaqda 2 ay olardı ki, onun yanında yaşamış, o, orta məktəbi rayonda oxumuşdur. O, Seymurla Rəşidə qarşı heç bir seksual xarakterli və əxlaqsız hərəkətlər etməmiş, digər uşaqlarla da məşqçi kimi normal münasibətləri olmuşdur. 3-4 gün olardı ki, məşqlərə Zərərçəkmiş şəxs2 adlı uşaq da yazılmış, o, futbolun sirlərini ondan öyrənirmiş, həmin uşağı dərsə anası Qanuni nümayəndə3 yazdırmışdır. O, uşaqlardan aylıq olaraq 20 manat dərs pulu, 20 manat isə forma və ayaq getrisi üçün pul almışdır. Onunla birlikdə yaşayan uşaqların yemək və digər məişət xərclərini valideynləri onlara göndərmişdir. Cəlil onun məşqlərinə gəldiyi 3 gün olardı ki, “whatsapp” proqramı vasitəsilə onunla yazışmış, bir qədər danışdıqdan sonra ondan “xalaşka” istəyib istəmədiyini soruşmuş, o da cavabında Cəlilə etiraz etmişdir. Ondan sonra Cəlil ondan əxlaqsız şəkillər istəmiş o da onunla razılaşaraq Cəlilə bir neçə fotoşəkil göndərmişdir. Bu danışıqdan yarım saat keçdikdən sonra Cəlilin nömrəsindən onun anası Pərvanə zəng edərək, ağlayıb nənəsinin vəfat etməsi ilə əlaqədar rayona getməli olmasını bildirərək, Cəlilin onun yanında qalmasını xahiş etmişdir. O da onunla razılaşmış, qaldığı evin ünvanını Cəlilin anasına vermişdir. Ünvanı verdikdən bir qədər sonra o, yaşadığı evin qapısına Cəlilgili qarşılamaq üçün çıxdıqda, 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, bir neçə ildir ki, futbola böyük həvəsi olmuş, yaşadığı şəhərdə də futbol məşqlərinə getmişdir. 2019 ilin may ayının sonlarında evdə olarkən instaqram səhifəsindən “Xəzər-Bakı” futbol klubu səhifəsini tapmış, futbol məşqləri barədə öyrənmişdir. İnstaqram səhifəsində özünü Elsevər kimi təqdim edən müəllim məşqləri özü keçdiyini bildirib, Sabunçu qəsəbəsində stadionda işlədiyini, orada qalmağa şəraitin də olduğunu bildirmişdir. Aylıq Məşqlərin 20 manata, 20 manata isə forma pulunun olduğunu demişdir. O da atasına bu barədə danışmış, sonrakı günlərdə atası ilə Elsevər müəllimin qaldığı yerə və stadiona gedib baxmışlar. Ona və atasına stadionun yaxınlığında olan yarımtikilini göstərib guya AFFA tərəfindən bu otelin tikildiyini gələcəkdə azyaşlıların futbol sirlərini öyrənən uşaqların orada qalacağını, hələlikdə isə onun, onunla birlikdə kirayədə qalacağını demişdir. Sonra atası Elsevərə 50 manat pul vermişdir ki, onun adını AFFA-nın qeydiyyatına salsın ki, onun adı futbolçuların siyahısında olsun. Bundan sonra o, əşyaları ilə birlikdə Elsevərin qaldığı iki otaqlı evə getmişdir. O, həftənin 2-ci, 4-cü, 6-cı günlərin də səhər və axşam olmaqla məşq etmiş, qalan günlər evdə olmuş, atası ona qidalanmaq üçün pul göndərmişdir. Həmin evdə onunla birlikdə Seymur da qalmış, ondan əvvəlkiləri isə o, tanımamışdır. O, Elsevərlə iki həftə idi ki, evdə olarkən, axşam radələrində Elsevər ona təklif etmişdir ki, arxa nahiyədən cinsi əlaqədə olsunlar. Həmin vaxt iyun ayının ortaları olmuş, o, Elsevərin bu təklifindən qəti olaraq imtina edib, digər otağa qaçmışdır. Elsevər ona bunu təklifi edərkən onun əlindən astaca tutmuşdur. Bundan sonra o, bu barədə heç kimə bir söz deməmiş, sonra bilmişdir ki, o, Seymurla Cəlilə qarşı da belə iyrənc əməllər törətmişdir. 2019-cu ilin iyun ayının ortalarında Seymur rayonda olarkən o, Elsevərlə təklikdə qalmış, həmin vaxtı Elsevər ona yaxınlaşıb, əlinin birindən möhkəm əlilə tutub onu özünə sarı çəkib, bədəninə sıxmış, həmçinin cinsiyyət orqanını da onun bədəninə sıxmışdır. Həmin vaxtı o, Elsevəri özündən aralayıb, itələmək istəsə də o, onu özünə sıxıb güclə saxlamış, lakin bir neçə saniyə sonra o, Elsevərin əlindən çıxaraq qaçıb, digər otağa keçmişdir. O, həmin otaqdan Elsevərə qışqıraraq onunla bir daha belə hərəkətlər etməməsini demişdir. Hadisə zamanı evdə heç kim olmadığından Elsevər zor tətbiq edərək ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun futbola böyük həvəsi olmuş, uzun vaxtdır ki, yaşadığı şəhərdə də futbol məşqlərinə getmişdir. Əvvəllər Razin deyilən yerdə yaşamış, 2019-cu ilin iyul ayının 11-də evdə olarkən instagram səhifəsindən “Xəzər-Bakı 92” futbol klubu səhifəsini tapmışdır. O, futbol məşqləri barədə öyrənmiş, Elsevər kimi özünü təqdim edən müəllim məşqləri özü keçdiyini bildirib, Sabunçu qəsəbəsində stadionda məşqçi kimi işlədiyini bildirmişdir. Elsevər oranın ona məxsus olduğunu bildirib, orada qalmağa şəraitin də olmasını ona demişdir. Aylıq Məşqlərin 20 manata, 20 manata isə forma pulu verməli olduğunu bildirmişdir. O da anasına bu barədə danışmış, xx xxxx 2019-cu il tarixdə anası ilə Elsevər müəllimin qaldığı yerə və stadiona gedib baxmışlar. Elsevər ona və anasına stadionun yaxınlığında olan yarımtikilini göstərib AFFA tərəfindən bu otelin tikildiyini, 6 ay ərzində azyaşlıların futbol sirlərini öyrənən uşaqların burada qalacağını, hələlik isə onun, onunla birlikdə kirayədə qala biləcəyini deyib, onunla qalmağı təklif etmişdir. Sonra anası Pərvanə gedib, onun qaldığı evinə baxmış, lakin evi bəyənməmiş, Elsevərə 40 manat pul vermişdir ki, ona forma versin ki, o bir ay məşqlərə getsin. Ondan sonra Elsevər ona forma vermiş, 11 və 14 iyul tarixlərdə o, saat 16-18 radələrində məşqə getmiş, orada başqa uşaqlar da olmuşdur. 13 və 14 iyul tarixlərində axşam saat 22 radələrindən sonra Elsevər özünə məxsus nömrədən, onun nömrəsinə əxlaqsız təkliflər etməyə, mesajlar yazmağa başlamış, sonra isə cinsiyyət orqanının şəkilini çəkib ona göndərmişdir. O, 15 iyul tarixdə gecə saatlarında bu barədə anasına demiş, anası isə polisə gedib məlumat vermiş, ərizə və izahat yazmışlar. Elsevər digər uşaqlara qarşı da belə əxlaqsız əməllər törətmiş, onunla vatsapla danışarkən başqa cildə girib, onunla səmimi olmağını, açıq danışmağını demişdir. Elsevər həmin vaxtı onu futbol sahəsində zirvələrə qaldıracağını da bildirmişdir. Eyni zamanda Elsevər ona parlı hamama getməyi, onunla arxa və ağız nahiyəsindən cinsi əlaqədə olmağı təklif edib, Seymur və Rəşidlə də birlikdə ürəkləri istəyən hərəkətləri etdiklərini demişdir. Məhkəmədə qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, hal-hazırda 9-cu sinifdə oxuyur, futbola neçə ildir ki, böyük həvəsi olmuş, yaşadığı yerdə də futbol məşqlərinə getmişdir. 2018 ilin oktyabr ayının sonlarında o, evdə olarkən anasına tanımadığı şəxs “Xəzər-Bakı” futbol klubunun vizitkasını vermiş, anası isə vizitkanı evə gətirmiş, onunla telefon əlaqəsi saxlamışlar. Əlaqə saxladıqları şəxs onlara özünü Elsevər kimi təqdim edən müəllim, məşqləri özü keçdiyini, Sabunçu qəsəbəsində stadionda işlədiyini, orada da qalmağa şəraitin də olduğunu bildirmişdir. Aylıq məşqlərin 20 manata, 20 manata isə forma pulu olduğunu bildirmiş, o da bu barədə atasına demişdir. Sonrakı günlərdə o, qardaşı və dayısı Vüqarla birlikdə Elsevər müəllimin qaldığı yerə və stadiona gedib baxmışlar. Elsevər onlara stadionun yaxınlığında olan yarımtikilini də göstərib AFFA tərəfindən otelin tikildiyini gələcəkdə azyaşlıların futbolun sirlərini öyrənən uşaqların burada qalacağını, hələlikdə isə onun onunla birlikdə kirayədə qala biləcəyini demişdir. Həmin vaxtı Elsevər onlara demişdir ki, onun adını AFFA-nın qeydiyyatına salacaq və onun adı futbolçuların siyahısında olacaqdır. Bundan sonra o, əşyaları ilə birlikdə Elsevərin qaldığı 2 otaqlı evə gəlmiş, ondan sonra atası və anası dəfələrlə oraya gəlib ona baxmışlar. O, Elsevərlə orada qalmış, ondan başqa oraya sonradan Rəşid adlı uşaq da gəlib qalmışdır. Həftənin 2-ci, 4-cü, 6-cı günləri səhər və axşam olmaqla məşq etmiş, qalan günlər isə evdə olmuş, atası ona qidalanmaq üçün pul yollamışdır. Evdə çox vaxtı Elsevər özü yemək bişirirmiş o, 2019 ilin may ayının ortalarında evdə Elsevərlə təklikdə olarkən divanda uzanmış, Elsevər onun yanına gəlib uzanmış, əvvəlcə onun cinsiyyət üzvünə əl atmış, sonra onun şalvarını aşağı çəkib onunla arxa nahiyədən cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin vaxt may ayının ortaları olmuş, o, Elsevərin bu təklifindən qəti olaraq imtina edib, digər otağa qaçmışdır. Elsevər ona bunu təklif edərkən şalvarını əynindən aşağı çəkməmiş, o, bu barədə heç kimə deməmiş, sonra isə bilmişdir ki, o, Rəşid və Cəlil adlı şəxslərə qarşı da belə iyrənc əməllər törətmişdir. Elsevər əvvəllər özünü normal adam kimi aparsa da son 2-3 ay ərzində aqressivləşərək kobud danışmışdır. Elsevər ona qarşı belə hərəkət edəndən sonra o, Elsevəri polisə şikayət edə biləcəyini demiş, ona görə də hiss etmişdir ki, Elsevər ondan çəkinməyə başlayıbdır. İlk əvvəllər Elsevər onu şirnikləndirməyə başlayıb demişdir ki, guya onu Affaya qeydiyyata salacaq, zirvələrə qalxacaq, Türkiyə futbol klubuna transfer edəcəkdir. Onun fikricən o, heç də məşqçi deyil, amma ki, başqa futbol komandaları ilə yarışlarda iştirak etmiş, çoxlu sayda uşaqlar onun yanına məşqə gəlmişlər. Həmin vaxtı Elsevər onun çiyninə əlini qoyub, onun çiynini sıxmış, onun arxasını öz cinsiyyət üzvünə tərəf çevirib, özünə tərəf sıxmış, onu qucaqlamışdır. O, bu zaman bərk nəyinsə ona arxa hissədən toxunduğunu, sürtüldüyünü hiss etmişdir. O, bir neçə dəfə onun əlindən qaçmaq istəsə də o, öz ağırlığı ilə onu saxlayıb, özünü ona sürtmüşdür. Elsevər bu hərəkətləri edərkən çiynindən bərk tutmuş, o, qaçmaq istəyəndə bədəninin ağırlığı ilə onu sıxaraq onun əlindən qaçmağa imkan verməyib öz hərəkətlərini davam etdirmişdir. Həmin vaxtı Elsevər şalvarını çıxartmamış, lakin onu özünə tərəf sıxmış, o, arxa nahiyəsinə bərk nəyinsə sürtüldüyünü hiss etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, idman ustasıdır, 2006-cı ildən Cənub RFF-nın prezidentidir. Baş vermiş hadisə ilə bağlı göstərdi ki, təxminən 1-2 il öncə mobil telefonuna zəng edən, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona azyaşlı oğlan uşaqlarına futbol dərsi keçdiyini, məşqçi olduğunu bildirmişdir. O, ondan xahiş etmişdir ki, komanda təşkil etsin və o, Bakıdan komandasını gətirib yoldaşlıq oyunu keçirsin. O da etiraz etməmiş, hansısa məşqçiyə bu barədə demiş, həmin vaxt yaz ayları olmuşdur. Elsevər öz komandasını gətirib yoldaşlıq matçı keçirmişdir. Ondan sonrakı zamanda isə yalnız bir dəfə Elsevərə zəng edib, Bakı şəhərində hansısa stadionu onun üçün icarə verilməsinə kömək etməsini xahiş etmişdir. Lakin Elsevər bu barədə ona kömək edə bilməyəcəyini demişdir. Eləcə də o, Lənkəranda olarkən yoldaşlıq oyunu zamanı Elsevəri görmüş, onun həqiqətən də futbol adamı olmadığını sezmişdir. Sonrakı zamanda onun belə qanunsuz əməllər etdiyini bilmiş, onunla başqa bir yaxın əlaqəsi olmamış, onun məşqçilik vəsiqəsini və lisenziyasını görməmişdir. Elsevərin Bakı-Xəzər futbol klubunda işləməsi də yalan olmuş, o, Xəzər-92 futbol klubunun təsisçisidir. Elsevərin onun komandasında işləməsi barədə dedikləri tamamilə yalandır, o, Elsevərə heç bir icazə verməmiş, onun belə səlahiyyəti də olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 1 saylı ünvanda yerləşən “Sabunçu Arena” stadionunu işlədir, həmin stadionu icarə ilə oynamağa müxtəlif şəxslərə verir. Stadionun uzunluğu 40 metr, eni isə 25 metrdir. Stadionun soyunubgeyinmə otağı, kafesi, yuyunmaq üçün hər şəraiti vardır. 2019-cu ilin may ayında hər həftə hər dəfə 1 saat olmaqla stadionu Təqsirləndirilən şəxs icarəyə vermişdir. Elsevər futbol məşqçisi kimi özünü ona təqdim etmiş, 15-20 nəfər azyaşlı uşaqlara futbol məşqi keçmişdir. O, Elsevərin məşq keçdiyi tələbələrini tanımamış, 2019-cu ilin iyul ayında o bilmişdir ki, Elsevər azyaşlı uşaqlara qarşı belə iyrənc əməllər etmişdir. Elsevərin yaşadığı yeri o tanımamış, Elsevərin onun yanında hər hansı neqativ hərəkəti olmamışdır. Elsevər bir məşqə görə ona icarə haqqı kimi 30 manat pul vermiş, onun futbol terminlərindən elə də başı çıxmadığından Elsevərin işinin peşəkarı olub-olmamasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda heç yerdə işləmir. xx xxxxxx 2019-cu il tarixində o, evdə olarkən Təqsirləndirilən şəxs yaşadığı evə gələrək futbol məşqçisi işlədiyini, Zərərçəkmiş şəxs1 adlı bacısı oğlu ilə kirayədə qalmaq istədiyini bildirmişdir. O, 130 manata kirayə haqqı ona verməklə kirayədə qalacağını bildirmişdir. Bundan sonra o, Elsevərlə razılaşmış və Elsevərgil ona məxsus evdə yaşamışlar. Elsevərin hər gün futbol topları, məşq ləvazimatları ilə harasa gedib gəldiyini dəfələrlə görmüş, sonrakı vaxtlar Zərərçəkmiş şəxs3 adlı yetkinlik yaşına çatmayan şəxs də Elsevərlə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs və uşaqlar ona biri-birləri ilə qohum olduqlarını bildirmişlər. Hətta bir dəfə yaxınlıqda yerləşən süni örtüklü futbol meydançasında Elsevərin futbol dərsi keçdiyini də görmüşdür. O, hadisədən sonra xəbər tutmuşdur ki, Elsevər adlı şəxs ona məxsus evdə kirayədə qalan zaman həmin iki nəfər uşaqlara qarşı seksual xarakterli iyrənc hərəkətlər etmişdir. Əvvəllər o, Elsevərdə belə hərəkətləri hiss etməmiş, o, özünü sakit aparmış guya peşakar qaydada azyaşlılara dərs keçdiyini bildirmişdir. O, Rəşidlə Seymurun valideynini görmüşdür. Uşaqların yeməyini Elsevər evdə özü hazırlamışdır. O, Elsevərin bu əməlləri barədə əvvəlcə heç nə bilməmiş, Seymurun 67 nömrəli məktəbdə oxumasını bilmiş, uşaqlar Elsevərdən ona şikayət etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə, Məhkəmə-tibbi Ekspertiza və X2 Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 377 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmiş, xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilməmişdir. (cild 01, iş vərəqə 245-246). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə, Məhkəmə-tibbi Ekspertiza və X2 Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 380 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmiş, bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (cild 01, iş vərəqə 248-249). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə, Məhkəmə-tibbi Ekspertiza və X2 Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 379 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmiş, bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (cild 02, iş vərəqə 01-02). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə, Məhkəmə-tibbi Ekspertiza və X2 Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 378 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmiş, bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (cild 02, iş vərəqə 08-09). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 18966 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy J3” markalı mobil telefon məhkəmə-kompyuter ekspertizasından keçirilmiş, telefonun işlək vəziyyətdə olması müəyyən edilmiş, digər şəkil və videoları bərpa etmək mümkün olmamışdır. (cild 02, iş vərəqə 04-06) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019 tarixli, 1543 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinə əsasən, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməyib. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. (cild 02, iş vərəqə 10-11). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.20xx xxxxxxx 23851 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafına görə ona edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 fərdi–psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik müşahidə olunmur. (cild 02, iş vərəqə 42- 44) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.20xx xxxxxxx 23850 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafına görə ona edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 fərdi–psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik müşahidə olunmur. (cild 02, iş vərəqə 46- 48) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.20xx xxxxxxx 23852 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 əqli və psixi inkişafına görə ona edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 əqli və psixi inkişafına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs3 fərdi–psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik müşahidə olunmur. (cild 02, iş vərəqə 50- 52) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 32339 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş ********* nömrəli cinayət işinin materiallarında olan 4 ədəd kişi cinsiyyət üzvü olan fotoşəkil pornoqrafik xarakterlidir. (cild 02, iş vərəqə 137-139) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 242-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İş üzrə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona “whatsapp” proqramı vasitəsilə cinsiyyət orqanının fotoşəkillərini göndərməklə əxlaqsız təkliflər etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin dindirilməsi haqqında və xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq azyaşlı şəxslərə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini inkar etməmiş və əməlindən çox utandığını bildirmişdir. (cild 01, iş vərəqə 51-54; 190-192). Həmçinin iş materiallarında olan üzləşdirmədə dindirmə protokollarından görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində verdikləri ifadələrini Təqsirləndirilən şəxs qarşı bir daha təsdiq etmişlər. (cild 01, iş vərəqə 72-74; 94-96; 175-177). Məhkəmə yuxarıda göstərilən xüsusatları və təkzibedilməz sübutların məcmusunu əsas tutaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 242-ci maddələrinə əsasən təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 32) İş materiallarına əlavə edilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin qanuni nümayəndələri Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 tərəfindən tərtib edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Qanuni nümayəndə2 və onların qanuni nümayəndələrinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində cinayətin təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilməsi halının olmasını müəyyən etsə də həmin halı cəzanı ağırlaşdıran hal kimi nəzərə almır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilməsi halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərdə tutulsa da, onun törətdiyi bu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edildiyindən, yəni onun əməli artıq ağırlaşdırıcı hal kimi nəzərə alındığından ona cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə münasibətdə, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilməsi halı, təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna az ağır və xüsusilə ağır cinayət daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan əsas və əlavə cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işinin materiallarında olan xx xxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs haqında “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş materiallarında olan 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı və daxilində GSM danışıq kartı olan Samsung Galaxy 13 markalı SM-S330E modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 319,4 manat pul Təqsirləndirilən şəxs alınaraq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(103)-483/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 390 manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 242-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə 01 il 06 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılsın və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 10 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 319,4 manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübut - iş materiallarında olan 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın və daxilində GSM danışıq kartı olan Samsung Galaxy 13 markalı SM-S330E modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X1 təqsirləndirilən şəxsə göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 390 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Allahmanov Şöhrət Nəbi oğluna təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür məhkəmənin hakimi: Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar