Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-407/2022 21.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 17 saylı Vəkil Bürosünün vəkili Müdafiəçi2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 131, mənzil 1də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə
2. xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, ev 12-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Lermantov küçəsi, dalan-1, ev 4-də yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 sinif yoldaşı və dost münasibətlərində olduğu Şahid1 qardaşı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilənməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncunun həbsdən azad olunmasına köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin aprel ayında bilavasitə Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya X6 təqsirləndirilənməsinə dair həmin cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və onun həbsdən azad olunması imkanına malik olmasını Şahid1 sonuncunun yaşadığı ünvan 1 ünvanında Təqsirləndirilən şəxs2 vasitəsi ilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Lütfi Qədirovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, həmin məsələni 2 ay müddətində müsbət həll edəcəyini yalandan vəd edərək, tələb etdiyi 100.000 manat pul vəsaitinin əvvəlcə 50.000 manatını, qeyd olunan məsələlər bitdikdən sonra isə qalan 50.000 manatını verməsini Şahid1 aldatmaqla bildirib, həmin adla 21 aprel 2021-ci il tarixdə Şahid1 yaşadığı ünvan 1 ünvanında 50.000 manat, eyni niyyətlə, 2021-ci ilin yay aylarında Şahid1 yaşadığı ünvan 1 ünvanında ayrı-ayrı vaxtlarda 500 manat və 2.000 manat pul vəsaitini sonuncudan Təqsirləndirilən şəxs2 vasitəsi ilə alıb şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 52.500 (əlli iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid1 pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyəib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 100000 (bir yüz min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 sinif yoldaşı və dost münasibətlərində olduğu Şahid1 qardaşı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilənməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncunun həbsdən azad olunmasına köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin aprel ayında bilavasitə Təqsirləndirilən şəxs2 vasitəsi ilə yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya X6 təqsirləndirilməsinə dair həmin cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və onun həbsdən azad olunması imkanına malik olmasını Şahid1 sonuncunun yaşadığı ünvan 1 ünvanında Təqsirləndirilən şəxs2 vasitəsi ilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Lütfi Qədirovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, həmin məsələni 2 ay müddətində müsbət həll edəcəyini yalandan vəd edərək, tələb etdiyi 100.000 manat pul vəsaitinin əvvəlcə 50.000 manatını, qeyd olunan məsələlər bitdikdən sonra isə qalan 50.000 manatını verməsini Şahid1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 21 aprel 2021-ci il tarixdə Şahid1 yaşadığı ünvan 1 ünvanında 50.000 manat, eyni niyyətlə, 2021-ci ilin yay aylarında Şahid1 yaşadığı ünvan 1 ünvanında ayrı-ayrı vaxtlarda 500 manat və 2.000 manat pul vəsaitini sonuncudan bilavasitə əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə alıb vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Lütfi Qədirovun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə Şahid1 maddi neməti rüşvət qismində verməyə təhrik etmişdir. Əliyev X14 Xanlar Ramiz oğlu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sinif yoldaşı və dost münasibstlərində olduğu Şahid1 qardaşı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilənməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncunun həbsdən azad olunmasına köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin aprel ayında bilavasitə Təqsirləndirilən şəxs1 vasitəsi ilə sonncunun yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya X6 təqsirləndirilməsinə dair həmin cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və onun həbsdən azad olunması imkanına malik olmasını Şahid1 sonuncunun yaşadığı ünvan 1 ünvanında bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən Təqsirləndirilən şəxs1 tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Lütfi Qədirovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, həmin məsələni 2 ay müddətində müsbət həll edəcəyini vəd edərək, Təqsirləndirilən şəxs1 tələb etdiyi 100.000 manat pul vəsaitinin əvvəlcə 50.000 manatını, qeyd olunan məsələlər bitdikdən sonra isə qalan 50.000 manatını verməsini Şahid1 bildirib, sonuncunun razılığını almaqla Təqsirləndirilən şəxs1la sövdələşdikdən sonra həmin adla 21 aprel 2021-ci il tarixdə Şahid1 yaşadığı ünvan 1 ünvanında 50.000 manat, eyni niyyətlə, 2021-ci ilin yay aylarında Şahid1 yaşadığı ünvan 1 ünvanında ayrı-ayrı vaxtlarda 500 manat və 2.000 manat pul vəsaitini sonuncudan alıb vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Lütfi Qədirovun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə Şahid1 maddi neməti rüşvət qismində verməyə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 tanıyır. O, əvvəllər polis zabiti olaraq daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1995-ci ildə isə qanunsuz balıqçılıq fəaliyyəti ilə məşğul olduğu üçün barəsində başlanılan cinayət işinə görə daxili işlər orqanlarından xaric edilmişdir. Son illər ərzində də İrandan balıq məhsulları gətirərək ölkə ərazisində topdan satışını həyata keçirmişdir. Təxminən 2021-ci ilin aprel ayında ortaq tanışlar vasitəsi ilə təsadüfən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, həmin vaxt Əlifəttah işsiz olduğunu, onunla birlikdə balıqçılıq işində iş qurmaq istədiyini xahiş etmişdir. O da buna etiraz etməmiş, onu öz sahəsinə cəlb edəcəyini demişdir. Hərçənd ki, Əlifəttah onunla şərikli işləmək istəsə də bui ş üçün pul vəsaiti qoymamışdır. Həmin vaxtdan sonra hazırkı vaxtadək Əlifəttah ilə aralarında faktiki hər hansı bir iş görülməmiş, qazanc əldə olunmamışdır. 2021-ci ilin aprel-may aylarında dəqiq tarixi xatırlamır, Əlifəttah tanışı X6 talama cinayətinə görə işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını bildirmiş, cinayət işinin yenidən baxılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə qaytarmaqda köməklik göstərməyi xahiş etmişdir. X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktının surətini ona verməyini, dost-tanışla bu barədə məsləhətləşəcəyini, qanuni əsaslarla hər hansı bir variant olacağı təqdirdə onlara köməklik edə biləcəyini demişdir. Bir müddət sonra Əlifəttah ittiham aktının surətini gətirərək ona təqdim etmiş, o da öz növbəsində hazırda xatırlamadığı tanışları ilə bu barədə məsləhətləşəndən sonra cinayət işinin yenidən araşdırılması üçün məhkəmə baxışından istintaqa qaytarılmasının mümkünsüz olduğunu öyrənib bu barədə Təqsirləndirilən şəxs2 də məlumat vermişdir. Qeyd olunan söhbət ilə əlaqədar Əlifəttah ilə onun arasında hər hansı bir pul söhbəti olmamış, ondan bu işlərin görülməsi üçün hər hansı bir məbləğdə, o cümlədən 100.000 manat pul tələb edərək həmin məbləğdən 50.000 manat pul vəsaiti almamışdır. Sadəcə şəxsi işləri ilə əlaqədar o, Əlifəttahın özündən 500 manat bir, 2.000 manat da bir borca pul almışdır. Borca aldığı puldan Əlifətta 200 manat qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs2 2.300 manat borcu qalmışdır. Rəna adlı qadını tanımır, onunla ünsiyyətdə olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 2021-ci ilin fevral ayında ortaq tanışları vasitəsi ilə tanımış və onunla dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 özü haqqında danışarkən əvvəllər Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə işlədiyini, daha sonra təqaüdə çıxaraq biznes fəaliyyəti ilə məşğul olduğunu, buna baxmayaraq geniş əlaqələri olduğunu, demişdir. Bundan başqa, yüksək vəzifədə işləyən şəxslərlə yaxın dostlarının istənilən işi həll edə bilmək qabiliyyəti olduğunu demişdir. Onu da bilirdi ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından Azərbaycana balıq idxalı ilə məşğuldur, bu səbəbdən işsiz olduğu üçün onu da özünə bu işdə şərik kimi cəlb etməsini xahiş etmiş, sonuncu da buna etiraz etməmişdir. Yaşadığı Buzovna qəsəbəsində elə həmin qəsəbədə yaşayan və sinif yoldaşı olan Şahid1 qardaşı və onun dostu olan X9 talama cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb olunmuş, onun barəsində cinayət işi 2020-ci ilin oktyabr ayından Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Lütfinin ailəsi ilə yaxın münasibətdə olduğu üçün Rənagilə gedərək mümkün olan köməyi edəcəyini demiş, orada Rəna və digər qardaşı Şirxan işin məhkəmədən təkrar istintaqa qaytarılmasını xahiş etmişlər. Bu səbəbdən o, bu işə kömək etmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu yaxın əlaqələri ilə məsləhətləşib bir söz deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra, dəqiq vaxtı xatırlamır, Xanlarla görüşdüyü zaman sonuncu məsələ ilə bağlı lazımı şəxslə görüşdüyünü, həmin şəxsin məsələni həll edəcəyini dediyini, bu məsələ üçün ilkin olaraq 50.000 manat pul lazım olduğunu, cinayət işi məhkəmədən istintaqa qaytarıldığı vaxt isə daha 50.000 manat pul ödənilməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 bu vəsaitləri işi həll edəcək şəxsə verəcəyini demişdir. Xanların dediklərini Rənagilə gedərək sonuncuya və sonuncunun qardaşı Şirxana çatdırmışdır. Rəna ilə Şirxan Xanların istədiyi məbləği ödəməyə razılıq vermişlər. Yəni 50.000 manat dərhal, qalan 50.000 manatı isə iş düzələndən sonra ödəyəcəklərini bildirmişlər. Bir neçə gün ərzində 50.000 manat pul vəsaitini Şahid1 düzəldərək 20 aprel 2021-ci il tarixdə onu Buzovna qəsəbəsindəki evinə çağırmış və orada qardaşı Şirxanın və ailələrinə yaxın olan Mübarək adlı şəxsin yanında adi kağıza bükülmüş 50.000 manatı ona təqdim etmişdir. Artıq axşam vaxtı olduğu üçün o, Rənagilə bildirmişdir ki, pulu səhər götürüb Xanlara təqdim edəcəkdir. Növbəti gün səhər saatlarında Rənagildən həmin pulu götürmüş, Rənanın qardaşı Şirxan və onların yaxını olan Mübarəklə birlikdə sonuncuların saxladıqları taksi maşını ilə 20 Yanvar metrostansiyasına getmiş, orada taksidən enmiş, Şirxanla Mübarək isə elə həmin taksidə çıxıb getmişlər. Xanlarla telefon əlaqəsi yaradaraq pulu aldığını, onu 20 Yanvar metrostansiyasının yanında gözlədiyini bildirmişdir. Xanlar onun yanına Ranc Rover markalı cip maşını ilə tək gəlmiş, o da kağıza bükülmüş 50.000 manatı Xanlara təqdim etmişdir. Xanlar da pulu götürüb maşını sürərək çıxıb getmişdir. Bundan sonra Xanlardan görəcəyi işin nəticəsini gözləmiş, hətta Xanlarla 2 dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə Lütfinin məhkəmə iclaslarına gəlmiş, Xanlar məhkəmədə olanlara fikir verməməyi, məsələnin həll olunduğunu, cinayət işinin növbəti məhkəmə iclasında istintaqa qaytarılacağını bildirmişdir. Bu ərəfədə Xanlar ondan öz şəxsi işi üçün 500 manat bir dəfə, 2000 manat isə ikinci dəfə pul istəmişdir. Həmin pulları da o, Rənadan alıb Xanlara şəxsən vermişdir. Rəna işin düzəlməməsinə görə narahat olduğu üçün onu inandırmaq üçün bu məsələ ilə əlaqədar Xanlar ilə aralarında olan telefon danışığı zamanı səsini yazaraq Rənaya göndərmiş, həmin səs yazısında da Xanlar ondan Lütfiyə kömək etmək üçün pul aldığını etiraf etmişdir. Lakin Lütfinin işi məhkəmədən istintaqa qaytarılmadığı üçün, əksinə barəsində ittiham hökmü çıxarıldığı üçün Rəna ona verdiyi 52.500 manat pul vəsaitini məhz ondan tələb etmiş, o, dəfələrlə pulu Xanlardan geri istədikdə sonuncu pulu qaytaracağına söz versə də onunla görüşlərdən yayınmış, son vaxtlar isə telefon zənglərinə belə cavab verməmişdir. Bundan sonra pulu qaytarılmadığından Şahid1 ondan və Xanlardan şikayət etmişdir. Şikayət Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində araşdırılan vaxt Təqsirləndirilən şəxs1 ondan məsuliyyəti öz üzərinə götürməyini, ona köməklik edəcəyini xahiş etmiş, lakin o, Xanlara etiraz edərək məsələni olduğu kimi istintaqa bildirəcəyini demişdir. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 ona təqdim olunan 50.000 manat pulu hansı vəzifəli şəxsə verəcəyi barədə hər hansı bir məlumat verməmiş, 2.500 manat pul vəsaitini şəxsi işi üçün Xanlara vermiş və Xanlar ondan aldığı pullardan ona pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən sinif yoldaşı olan Təqsirləndirilən şəxs2 tanıyır, digər Təqsirləndirilən şəxs1 görməmiş, lakin onunla telefonla danışmışdır. Onun qardaşı X9 Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri vəzifəsində işləyərkən törətdiyi mənimsəmə hərəkətlərə görə barəsində cinayət işi aparılmış və baxılması üçün 2020-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi keçən ilin noyabr ayında qardaşı Lütfi Qədirovu 11 il müddətinə azadlıqdan məhrum etmişdir. Lütfinin 20 ildən çox, yəni uşaqlıq dövründən dostu olan Təqsirləndirilən şəxs2 Lütfinn işi ilə daima maraqlanır, Lütfiyə görə fikir çəkirdi. Əlifəttah Lütfi ilə əsl dost olmuş, ona qarşı səmimi hissləri olmuşdur. Əlifəttahın ailəsi ilə yaxşı münasibətləri vardır, hətta onun uşağının müəllimi olmuşdur. O.Əlifəttahı yaxşı və səmimi adam kimi tanıyır, ailəsini də tanıyır, hər ikisi eyni –Buzovna qəsəbəsində dünyaya gələrək boya-başa çatmışlar. Əlifəttah onun digər qardaşı Şirxanla da dost olmuşdur. Bu səbəbdən qardaşının işi məhkəməyə göndərildikdən sonra Şirxanın təklifi ilə Əlifəttahı evlərinə dəvət edib ondan kömək istəmişlər. Əlifəttah onları dinləyib bildirmişdir ki, Xanlar adında tanışı var, köhnə polis zabiti olmuş, geniş əlaqələri vardır və onunla görüşüb Lütfinin məsələsi ilə bağlı söhbət edə bilər. Növbəti görüş zamanı Əlifəttah Xanlara məsələni deməsini, Xanların bu işlə məşğul olacağını, tanışları vasitəsi ilə qardaşı Lütfi Qədirovun işini məhkəmədən istintaqa qaytartdıracağını və sonradan onu həbsdən azad edə biləcəklərini demişdir. Əlifəttah Xanların bu işi görmək üçün vəzifəli şəxslərə çatdırmaq adı ilə 100.000 manat istədiyini, həmin pulun 50.000 manat hissəsini əvvəldən, Lütfi azad olunduqdan sonra isə daha 50.000 manat pulun ödənilməsini bildirmişdir. Xanları tanımasalarda Əlifəttahı uzun illərdir ki tanıdıqlarından və ona etibar etdiklərindən sözlərinə güvənib inanaraq onunla razılaşmış və pulu toplamaq üçün bir həftə vaxt istəmişdir. Həmin vaxtda dost-tanışdan lazım olan 50.000 manatı toplamış və Əlifəttahı 20 aprel 2021-ci il tarixdə, saat 20 radələrində evinə dəvət etmişdir. Əlifəttahla görüşə qardaşı Şirxan da gəlmişdir. Həmin gün evlərində digər bir yaxın adamları olan Şahid3 də olmuşdur. Masa ətrafında əyləşdikdən sonra 100 və 50 manatlıq əskinaslardan ibarət olan 50.000 manatı sayıb Əlifəttaha vermişdir. Həmin vaxt tanışları Mübarəkdən xahiş etmişdir ki, telefon vasitəsi ilə pulun verilməsini videoçəkiliş etsin. Bunu hər ehtimala qarşı etmişdir. Pulu Əlifəttaha verdikdən sonra sonuncu artıq gec olduğu üçün, bu məbləğdə pul ilə evdən çıxmağa ehtiyyat etdiyini deyərək növbəti gün səhər gələrək həmin pulu Şirxan və Mübarəklə birlkdə Mübarəkin maşını ilə Xanlarla görüşəcəyi yerə aparacaqları barədə razılaşmışlar. Növbəti gün səhər Mübarəkin maşını ilə Şirxan və Əlifəttah 20 Yanvar metrostansiyasının yanına gedərək orada Əlifəttahı düşürüb özləri çıxıb getmişlər. Əlifəttahın deməsinə görə Xanlar iki aya Lütfinin məsələsini həll edəcəyinə söz vermişdir. Həmin ilin yay aylarında Əlifəttah Xanların bu işi guya tezləşdirmək məqsədi ilə istədiyi 500 manat və 2000 manatı da Əlifəttaha vermişdir. Zaman keçməsinə baxmayaraq qardaşının işində dəyişikliklər olmadığını görərək onunla hər dəfə telefon vasitəsi ilə danışdıqda səsini gizlicə yazmış və həmin səs yazılarında Əlifəttah qardaşı Lütfi Qədirova görə aldığı pulları Xanlara çatdırdığını bildirmişdir. Bundan başqa, Əlifəttah özü də 52.500 manatı Xanlara çatdırdığını sübut etmək üçün danışıqları zamanı sonuncunun səsini gizlicə yazaraq ona göndərmişdir. O da inanmışdır ki, Əlifəttah ondan aldığı pulları həqiqətən tanışı Xanlara vermişdir. Hətta Əlifəttahın vasitəsi ilə Xanların özü ilə də danışmışdır və Xanlar qardaşının işini qaydaya salacağını, ondan narahat olmamasını demişdir. Xanların qardaşı Lütfinin işini düzəltmədiyini gördükdə Əlifəttahdan pulu ondan geri almasını istəmişdir. Əlifəttah Xanlardan pulu almağa çox cəhd etmiş, hətta qardaşı Şirxan Xanlara digər yaxın adamları vasitəsi ilə çıxıb pulunu tələb etmiş, lakin Xanlar pulun əvəzinə torpaq sahəsini təklif etmiş, lakin o, buna razı olmayaraq pulunu nağd şəkildə istəmişdir. Xanlar hər dəfə yaxın müddətdə 52.500 manatı ödəyəcəyini söz versə də pulları qaytarmamışdır. Bu səbəbdən məcbur qalaraq 13 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək pulu əlbəəl Əlifəttaha verdyi üçün ondan şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır, digər Təqsirləndirilən şəxs1 tanımır, yalnız onun haqqında eşitmişdir. Belə ki, qardaşı X9 dövlət əmlakını mənimsədiyi üçün barəsində olan cinayət işi 2020-ci ilin oktyabr ayında baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hazırda qardaşının barəsində məhkəmə hökmü çıxarılmış və o, 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs2 özü və ailəsi onun da yaşadığı Buzovna qəsəbəsində yaşayır, Əlifəttah bacısı Şahid1 ilə Buzovna məktəbində bir sinifdə oxumuşlar. Həmçinin Əlifəttah uşaqlıq dövründən qardaşı Lütfi Qədirov ilə dost olmuş, 20 il Əlifəttah onların evinin yaxın adamı olmuşdur. Onun özünün də Əlifəttahla yaxşı münasibətləri var idi. Əlifəttah bir dost kimi daima Lütfinin işi ilə maraqlanmış, ona kömək etməyə hazır olduğunu bildirmişdir. Bu səbəbdən 2021-ci ilin aprel ayının ortalarında Əlifəttahı bacısı Şahid1 yaşadığı ünvan 1 ünvanına dəvət etmişlər, görüş zamanı Təqsirləndirilən şəxs2 yüksək vəzifəli şəxslər ilə əlaqəsi olan Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, Xanların yüksək vəzifələrdə, o cümlədən Daxili İşlər Nazirliyində əvvəllər yüksək vəzifədə işləməsi, onun vasitəsi ilə qardaşı Lütfi Qədirovun işini məhkəmədən istintaqa qaytarıb orada da həbsdən azad edə biləcəyini bildirmişdir. Bunun müqabilində Xanların vəzifəli şəxslərə çatdırmaq adı ilə 100.000 manat olmaqla, ilk əvvəl 50.000 manat, daha sonra, Lütfi həbsdən azad olunandan sonra daha 50.000 manat pul tələb etdiyini demişdir. Xanları tanımasalarda Əlifəttahı uzun illərdir ki ailəvi tanıdıqlarından və onun sözünə etibar etdiklərindən inanaraq onunla bacısı ilə birlikdə razılaşmış və bir neçə günə pulu gəlib Şahid1 götürməsini xahiş etmişlər. Bir neçə gün ərzində bacısı Rəna pulu yığmış, bu barədə ona məlumat vermiş və o, Əlifəttaha pulu təqdim etmək üçün bacısının yaşadığı evə 20 aprel 2021-ci il tarixdə, saat 20 radələrində dəvət etmişdir. Həmin vaxt bacısı Şahid1 evində tanışları Mübarək də olmuşdur. Əlifəttahla bir daha söhbət edərək dəqiqləşdirmə aparmışlar, təkrar söhbətləri zamanı Əlifəttah bir daha dediklərini təsdiq edərək onları inandıraraq narahat olmamağı, heç bir problem olmayacağını, 2 ay müddətində Xanlar vasitəsi ilə qardaşı Lütfi Qədirovu həbsdən azad edəcəklərini bildirmişdir. Bacısı Şahid1 50.000 manat pulu Əlifəttaha təqdim etmiş və sonuncu da həmin pulu sayaraq qəbul etmişdir. Əlifəttah artıq gec olduğunu bildirərək pulun onlarda qalmasını xahiş edərək səhəri gün pulu götürərək aparıb Xanlara verəcəyini demişdir. Bu söhbətdən sonra onlar ayrılmış və səhəri gün Əlifəttah gələrək pulu Rənadan götürmüş, lakin Xanlar ilə Bakı şəhəri, 20 yanvar metrostansiyası ərazisində görüşüb pulu ona təqdim etməsi üçün onu ora maşınla aparmaqlarını demişdir. Onu ora o və Mübarək sonuncunun idarə etdiyi avtomobili ilə aparmışlar. 20 Yanvar metrostansiyasının yanındakı «Azərsu» binasının qarşısında Əlifəttah maşından düşmüş, o və Mübarək isə oradan uzaqlaşıb getmişlər, Əlifəttahın kiminlə görüşməsini görməmişlər. Bundan sonra mütəmadi Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayan zaman onlara narahat olmamağı, Xanların həmin 50.000 manat pul vəsaitini aidiyyəti şəxslərə çatdırdığını, yaxın müddət ərzində cinayət işinin istintaqa qaytarılacağı və onun həbsdən azad olunacağı barədə onlara vədlər vermişdir. X23 verilməsi üçün xatırlamadığı ayrı-ayrı vaxtlarda bacısı Rənadan 500 manat və 2000 manat da pul almışdır. Bacısı Rəna işin alınmadığını görərək Əlifəttahla telefon danışıqlarını yazmış, bundan başqa, Əlifəttah özü də 52.500 manatı Xanlara çatdırdığını sübut etmək üçün Xanlarla danışıqları zamanı sonuncunun səsini gizlicə yazaraq Rənaya göndərmişdir. Bacısı Rəna pulun qaytarılmadığını görərək Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək bu şəxslərdən şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır, onu ilk dəfə 20 aprel 2021-ci il tarixdə, saat 20 radələrində Şahid1 evində görmüşdür. Digər Təqsirləndirilən şəxs1 heç vaxt görməmiş və onu tanımır. 20 aprel 2021-ci il tarixdə Şahid1 evində su krantını təmir edirdi. Rəna Əlifəttaha pul verəcəyini deyərək mobil telefonu ilə pulun verilməsi prosesini çəkməyi xahiş etmişdir. O da bunu etmişdir. Onun iştirakı ilə Rəna xanım 50.000 manat pulu Əlifəttaha sayıb vermişdir. Pulu ona görə vermişdir ki, Əlifəttah Xanlar adlı şəxsin vasitəsi ilə Rənanın qardaşı Lütfinin azad olunmasına nail olsun. Rənagil Əlifəttahla çox səmimi, köhnə dost kimi söhbət edib hal-əhval tutduqdan sonra Lütfi Qədirovun qısa müddət ərzində həbsdən azad olunması üçün danışıqlar aparmış, hətta Əlifəttah qaranlıq düşdüyünü bildirərək pulun dalınca sabah səhər gələcəyini demişdir. Səhəri gün 21 aprel 2021-ci il tarixdə Şahid1 ondan xahiş etdiyi üçün yaşadıqları ünvana gələrək oradan Təqsirləndirilən şəxs2 maşınsız olduğu üçün onu və Şirxanı götürərək VAZ-2107 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə Bakı şəhəri 20 yanvar metrostansiyası ərazisinə apararaq Əlifəttahı düşürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona verilən 50.000 manat pulu həmin ərazidə Xanlar ilə görüşərək ona verəcəyini demiş və sağollaşaraq onlardan ayrılmışdır. Sonradan bilmişdir ki, Lütfinin işi alınmayıb, Rənanın da Əlifəttaha verdiyi pullar özünə qaytarılmayıb. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə təqsirli olmaları qismən olaraq özlərinin, tam olaraq şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçi MİÜ əməliyyatçı X10 təqririndən (c.1, i/v 9) müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə növbədə olduğu xx.xx.2021ci il tarixdə saat 19:30:47-də Şahid1 «Qaynar xətt» əlaqə mərkəzinə müraciət edərək bildirmişdir ki, qardaşı X6 Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan işi ilə əlaqədar ona müvafiq köməklik göstərilməsi müqabilində, həmkəndlisi Təqsirləndirilən şəxs2 tərəfindən ondan 52500 AZN məbləğində vəsait alınmışdır. Sonradan aldığı pul müqabilində verdiyi vədi yerinə yetirməmiş və ona verilmiş pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid1 20 sentyabr 2021-ci il tarixli izahatından müəyyən olunur ki, qardaşı X7 həbsdən azad edilməsi üçün həmkəndlisi və sinif yoldaşı Təqsirləndirilən şəxs2 50000 manat, daha sonra 500 və 2000 manat pul vermiş, Təqsirləndirilən şəxs2 həmin vəsaiti Xanlar adlı şəxsin dövlət orqanlarında yüksək vəzifədə işləyən tanışına verəcəyini bildirmiş, o Xanları görməmiş, lakin onunla bir neçə dəfə telefon vasitəsi ilə danışmış və danışıq zamanı sonuncu oğlu Ramizin canına and içərək, onlara köməklik göstərəcəyi barədə yalan vədlər verirdi. Onda Təqsirləndirilən şəxs2ıin ***-***-**-**, Xanlar adlı şəxsin isə ***-***-**-** saylı mobil telefonları vardır. Məhkəmədə elan edilib araşdırılmış 20 sentyabr 2021-ci il tarixli «könüllü təqdim edilmiş sənədlərin götürülməsinə dair» protokoldan müəyyən olunur ki, həmin tarixdə Şahid1 tərəfindən araşdırmaya bir ədəd CD disk təqdim olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış elektron portaldan çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində xx.xx.2006-cı il təvəllüdlü oğlu X18 və xx.xx.2003-cü il təvvəlüdlü qızı X16 vardır. Məhkəmədə elan edilib araşdırılmış elektron portaldan çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.1984-cü il təvəllüdlü qızı X12 vardır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli «baxışın keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, Şahid1 xx.xx.2021-ci il tarixdə araşdırmaya təqdim etdiyi bir ədəd CD diskə xidməti kompyüter vasitəsi ilə baxış keçirilmiş, diskdə Təqsirləndirilən şəxs2 ilə Şahid1 və Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında olmuş səs yazışmaları olmaqla Təqsirləndirilən şəxs2 Şahid1 Təqsirləndirilən şəxs1 Rənanın qardaşı Lütfi Qədirovun məsələsi ilə məşğul olduğunu, Xanların pulu qaytaracağı barədə vədləri, digər səs yazılarında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 işdən qəti narahat olmaması, heç kimə inamaması, söz danışdıqlarını, onun (Lütfi Qədirovun) işini həll etdiyini bildirməsi öz əksini tapmışdır (c1, i/v 60-61). Məhkəmədə elan edilib araşdırılmış 23 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, sonuncunu 2021-ci ilin fevral ayında ortaq tanışlar vasitəsilə tanımış, Təqsirləndirilən şəxs1 əvvəllər DİN-nin MCQMİ-də yüksək vəzifələrdə işlədiyini, daha sonra təqaüdə çıxaraq biznes fəaliyyəti ilə məşğul olduğunu, yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın dostluq əlaqələrinin olduğunu, istənilən işi həll edə bilmək gücünün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 sözlərinə inamı və etibarı yaranmış və ondan tanışı Lütfi Qədirovun məhkəmədə baxılan işinə kömək etməsinə imkanının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 isə bu cür məsələnin xırda bir iş olduğunu, ona (L.Qədirovun) həbsdən azad etməkdə heç bir problemin olmadığını, tanıdığı yüksək vəzifəli şəxsin vasitəsi ilə X7 azad etdirəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra, 2021-ci ilin fevral ayında Xanlar onu yanına çağıraraq adını çəkmədiyi vəzifəli şəxs ilə görüşərək danışdığını, Lütfi Qədirovun barəsində olan cinayət işinin əvvəlcə məhkəmə baxışından istintaqa qaytarılacağını və daha sonra istintaqdan həbsdən azad olunacağını edə biləcəklərini, bunun üçün 100.000 manat pul istənildiyini, əvvəlcə 50 000 manat, daha sonra iş istintaqa qaytarılıb Lütfi Qədirov həbsdən azad olunduğundan sonra 50 000 manat da verilməli olduğunu demişdir. Bundan sonra o bu barədə ilk əvvəl Şahid2, daha sonra isə birlikdə Şahid1 da iştirakı ilə görüşərək bu barədə söhbət etmiş, onlara Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, onun əvvəllər yüksək vəzifədə işləməsini, yüksək vəzifəli şəxslər ilə yaxın əlaqələrinin olduğunu, Lütfi Qədirovun barəsində olan cinayət işinin ibtidai istintaqa qaytarılması və daha sonra həbsdən azad olunacağı üçün 100000 manat pul istədiyini, həmin puldan 50000 manatını əvvəldən, qalan 50000 manat pulu da Lütfi Qədirov həbsdən azad olunduqdan sonra veriləcəyini demiş, Şahid1 və qardaşı onunla razılaşmış, 20 aprel 2021-ci il tarixdə onu evə çağıraraq Şahid1 50000 manat pulu qardaşı Şirxan və tanımadığı daha bir şəxsin yanında ona təqdim etmiş, axşam saatları olduğu üçün pulu səhəri gün, 21 aprel 2021-ci il tarixdə götürərək Xanların istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə özünə məxsus ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrəsindən zəng edərək görüş təyin edərək pul vəsaitini tam şəkildə aparıb Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında şəxsən Təqsirləndirilən şəxs1 özünə təqdim etmiş, sonuncu ona narahat olmamağını və 2 ay ərzində işi tam həll olunacağını demiş, bir neçə ay keçdikdən sonra Xanlar yenə də həmin vəzifəli şəxslərə pul lazım olduğunu bildirərək daha 500 manat və 2000 manat pul tələb etmiş, o da həmin vəsaiti Rənadan alaraq Xanlara tam şəkildə təqdim etmişdir. Lütfi Qədirovun cinayət işi üzrə heç bir dəyişikliyinin olmadığını, həbsdə qalmaqda davam etdiyini görüb Şahid1 narahat olaraq ondan soruşub işin həll olunmasını tələb etdiyini, o da öz növbəsində Xanlardan bu barədə soruşaraq işin həll olunmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 isə ona narahat olmamağı, işin həll olunacağını bildirdi. Hətta o, Rənanı inandırmaq üçün bir dəfə də Xanların səsini yazaraq Rənaya göndərmiş, həmin səs yazısında Xanlar həmin işi gördüyünü etiraf etmişdir. Bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı deyir ki, o, 52.500 manat pulu aldadaraq Lütfi Qədirovun barəsində olan cinayət işinin, ibttidai istintaqa qaytarılması və sonradan həbsdən azad etdirməyi üçün vəzifəli şəxslərə çatdırmaq adı ilə onun vasitəsi ilə Şahid1 almışdır. Öz növbəsində Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı göstərmişdir ki, o Təqsirləndirilən şəxs2la 2021-ci ilin fevral ayında tanış olmuş və həmin vaxtdan da dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin aprel-may aylarında Əlifəttah tanışı X6 həbs olunmaqla işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılmasını demiş və cinayət işinin istintaqa qaytarılmasına köməklik göstərməyi xahiş etmiş, o ondan Lütfinin barəsində olan ittiham aktının ona verilməsini istəmiş, dost-tanışla bu barədə məsləhətləşəcəyini, qanuni əsaslarla hər hansı bir variantın olacağı təqdirdə onlara köməklik edə biləcəyini demiş, Əlifəttahın gətirdiyi ittiham aktını hazırda xatırlamadığı tanışları ilə məsləhətləşəndən sonra cinayət işini yenidən apaşdırılması üçün məhkəmə baxışından istintaqa qaytarılmasının mümkünsüz olduğunu öyrənib bu barədə Əlifəttaha məlumat vermişdir. Qeyd olunan söhbət ilə əlaqədar Əlifəttah ilə onun arasında hər hansı bir pul söhbəti olmamış, ondan bu işlərin görülməsi üçün hər hansı bir məbləğdə pul tələb etməmiş və ya almamışdır. Lakin məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 etiraf etmişdir ki, Əlifəttahdan 500 manat bir, 2000 manat da bir borca pul almışdır. Rəna adlı qadını tanımır, onunla ünsiyyətdə olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdiyi ifadələri Şahid1 tərəfindən təkzib olunmuşdur. Belə ki, Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisi və sinif yoldaşı olmaqla yanaşı qardaşı Lütfi Qədirovun uşaqlıq dostudur və qardaşı həbs olunduğu zaman Lütfi ilə maraqlanmış, Lütfiyə görə fikir çəkirdi. Əlifəttah Xanlar adında imkanlı və əlaqəlari geniş olan şəxsin onlara kömək edə biləcəyini bildirmiş, qardaşının işi məhkəməyə verildikdə özü Təqsirləndirilən şəxs2 evinə dəvət etmiş, digər qardaşı Şahid2 iştirakı ilə Xanların nə kimi kömək edə biləcəyini Əlifəttahdan soruşmuş, sonuncu Xanlar adlı tanışı ilə söhbət etdikdən sonra ona Xanların geniş əlaqəsi vasitəsi ilə işi məhkəmədən qaytarılacağı və istintaq zamanı qardaşını həbsdən azad ediləcəyini demiş, Xanların bu işi görmək üçün, vəzifəli şəxslərə çatdırmaq adı ilə 100000 manat istədiyini, həmin pulun 50000 manatını əvvəldən, Lütfi azad olduqdan sonra isə daha 50000 manat pulun verilməsini istədiyini demiş, onlarda Əlifəttahla razılaşaraq onu 20 aprel 2021-ci il tarixdə saat 20 radələrində evinə dəvət edib qardaşı Şirxan və tanışları Mübarəkin iştirakı ilə 50000 manat pulu Əlifəttaha təqdim etmiş, lakin Əlifəttah axşam vaxtı olduğu üçün pulu növbəti gün səhər götürəcəyini deyərək çıxıb getmiş, 21 aprel 2021-ci il tarixdə yenə onun evinə gələrək həmin pulu qardaşı Şirxan və tanışı Mübarəklə, sonuncunun maşını ilə 20 Yanvar metrostansiyasının yanına, Əlifəttahın Xanlarla görüşəcəyi yerə aparmışlar. 2021-ci ilin yay aylarında Əlifəttah Xanların bu işi guya tezləşdirmək məqsədi ilə istədiyi 500 manat və 2000 manatı da Əlifəttaha vermişdir. Zaman keçməsinə baxmayaraq işin həll olunmadığını görərək qardaşının Lütfiyə görə aldığı pulları Əlifəttahla telefon danışıqları zamanı tələb etmiş, həmin telefon danışıqlarını gizlicə yazmışdır. Əlifəttah aldığı pulları Xanlara çatdırdığını bildirmiş, hətta bunu sübut etmək üçün Xanlarla olan telefon söhbətini gizlicə yazaraq səs yazışını ona göndərmişdir. O da inanmışdır ki, Əlifəttah ondan aldığı pulları həqiqətən Xanlara vermişdir. Hətta Əlifəttahın vasitəsi ilə Xanların özü ilə də danışmış və Xanlar qardaşının işini qaydaya salacağını ondan narahat olmamasını demişdir. Əlifəttah Xanlardan pulu almağa çox cəhd etmiş, hətta qardaşı Şirxan Xanlara digər yaxın adamları vasitəsi ilə çııxıb pulunu tələb etmiş, lakin Xanlar pulun əvəzinə torpaq sahəsini təklif etmiş, lakin o buna razı olmayaraq pulunu nəğd şəkildə istəmişdir. Xanlar hər dəfə yaxın müddətdə 52500 manatı ödəyəcəyini söz versədə pulları qaytarmamışdır. Həmçinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 göstərmişlər ki, 21 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 kağıza bükülmüş 50000 manat pul ilə Şahid3 idarə etdiyi VAZ-2107 markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı maşını ilə Bakı şəhəri 20 Yanvar metrostansiyasının yanındakı «Azərsu» binasının qarşısında düşürmüşlər və oradan çıxıb getmişlər. Məhkəmədə elan edilib araşdırılmış 12 yanvar 2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, "xxxx" MMC və "xxxx" MMC-nin məlumatına əsasən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mütəmadi telefon danışıqları, o cümlədən xx.xx.2021-ci il tarixdə, saat 21:28:51 saniyədə və xx.xx.2021-ci il tarixdə, saat 11:35:11 saniyədə müddətində telefon danışıqları olmuşdur. Həmçinin telefonların anten dairəsinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11:35-də Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Moskva prospekti 73 (20 Yanvar metrostansiyası yaxınlığı) ünvanında olduğu qeydə alınmışdır. Beləliklə¸ mobil telefon nömrələrin danışıqlarına dair və anten dairələrinə dair məlumatlardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 pulu Şahid1 aldıqdan sonra saat saat 21:28-də Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlamış, növbəti gün isə saat 11:35-də Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığından təkrar olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlamışdır. Bu məlumatlar Təqsirləndirilən şəxs2 verdiyi ifadələrin həqiqətə uyğun olmasını sübut etmişdir. Cinayət işinə əlavə olunmuş X6 barəsində çıxarılmış xx.xx.2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən müəyyən olunur ki, o Azərbaycan Respublikası CMnin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə 11 il müddətinə azdlıqdan məhrum edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN Baş X35 İdarəsinin xx.xx.2021-ci il tarixli, 129663-1821 saylı arayışından və ona əlavə olunmuş çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 adında xx.xx.2006-cı il tarixdən «Mersedes Benz 420» markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Arayışa əlavə olunmuş çıxarışdan isə müəyyən olunur ki, qeyd olunan «Mersedes Benz 420» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtlmobil xx.xx.2008-ci il tarixdə etibarnamə əsasında X5 verilərək xx.xx.2008-ci ilədək onun sərəncamında olmuş, xx.xx.2008-ci il tarixdə etibarnamə ilə X19 verilmiş, həmin tarixdə etibarnamə ilə X8 verilmiş, sonuncu dəfə isə xx.xx.2010-cu il tarixdə etibarnamə əsasında Culfa rayonu, Əbrəqunus kənd sakini X2 verilmiş və orada qeydiyyatdadır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, cinayət işi üzrə gələcəkdə verilə biləcək mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 mülkiyyətində olan «Mersedes Benz 420» markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı avtlmobilin üzərinə həbs qoyulmuşdur. Qərarın icrası Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN Baş X35 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə ünvanlanan məktubdan müəyyən olunur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X27 Yol polisi İdarəsinə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı icra edilməsi üçün göndərməklə qərarda qeyd olunan Təqsirləndirilən şəxs1 mülkiyyətində olan «Mersedes Benz 420» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsinin qadağan olunmaqla həmin nəqliyyat vasitəsinin X35 İdarəsinin duracağına və ya digər mühafizə olunan yerə yerləşdirilməsinə dair göstəriş vermişdir. Lakin cinayət işinin materiallarından müəyyən olunur ki, 2006-cı ildə Təqsirləndirilən şəxs1 mülkiyyətində olmuş, sonrakı illərdə bir neçə dəfə etibarnamələrlə başqa şəxslərə istifadəyə verilmiş «Mersedes Benz 420» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin X33 duracağına və ya digər mühafizə olunan yerə yerləşdirilməsinə dair göstəriş icra olunmamış, «1993-cü ildə istehsal olunmuş «Mersedes Benz 420» markalı minik nəqliyyat vasitəsinin mövcud orta bazar qiymətinin müəyyən edilməsi barədə» 12 noyabr 2021-ci il tarixli rəydən müəyyən olunur ki, istintaq tərəfindən avtomobil araşdırmaya təqdim edilmədiyi üçün baxış keçirilməsi mümkün olmamışdır. Ona görə də Turbo.az, Tut.az, Unvan.az saytında olan məlumatlardan istifadə etməklə rəy verən mütəxəssis internet saytlarında olan oxşar anoloji nəqliyyat vasitələri barədə məlumatlara əsaslanaraq nəqliyyat vasitənin orta bazar qiymətini 8933,33 manat kimi qiymətləndirmişdir. Belə olan halda məhkəmə CM-nin 99-1.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məxsus nəqliyyat vasitəsinin dəyəri məbləğində vəsaitin xüsusi müsadirə olunmasını zəruri hesab edir. Digər Təqsirləndirilən şəxs2 hər hansı bir əmlakı üzərinə həbs qoyulmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqdi rayon məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtdai araşdırma orqanının 12 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam alma qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 məhkumluğuna dair tələbnamədən müəyyən olunur ik, o əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur, işləmir, himayəsində azyaşlı və ya yetkinlik yaşına çatmamış övladları yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 məhkumluğuna dair tələbnamə və hökmlərin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhər Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 159.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 17,159.2 və 23-1-ci maddələri ilə təqsirli bilinib əməyə mütləq cəlb olunmaqla 2 il müddətinə şərti məhkum edilmiş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə təyin olunmuş cəzası CMnin 70-ci maddəsinə əsasən şərti hesablanmaqla 5 il sınaq müddəti ilə təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il 9 ay 1 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə təyin olunmuş cəzası CM-nin 70-ci maddəsinə əsasən 3 il şərti hesablanmış, Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs1 xarakterizə edən sənədlərdən müəyyən olunur ki, onun himayəsində iki övladı olmaqla biri yetkinlik yaşına çatmamış, Təqsirləndirilən şəxs1 hər hansı bir idarə və ya təşkilatda işləməsi barədə heç bir məlumat yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə ona görə təqsirləndirirlər ki, onlar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 sinif yoldaşı və dost münasibətlərində olduğu Şahid1 qardaşı X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncunun həbsdən azad olunmasına köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin aprel ayında bilavasitə Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya X6 təqsirləndirilənməsinə dair həmin cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və onun həbsdən azad olunması imkanına malik olmasını Şahid1 sonuncunun yaşadığı ünvan 1 ünvanında Təqsirləndirilən şəxs2 vasitəsi ilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Lütfi Qədirovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, həmin məsələni 2 ay müddətində müsbət həll edəcəyini yalandan vəd edərək, tələb etdiyi 100.000 manat pul vəsaitinin əvvəlcə 50.000 manatını, qeyd olunan məsələlər bitdikdən sonra isə qalan 50.000 manatını verməsini Şahid1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 21 aprel 2021-ci il tarixdə Şahid1 yaşadığı ünvan 1 ünvanında 50.000 manat, eyni niyyətlə, 2021-ci ilin yay aylarında Şahid1 yaşadığı ünvan 1 ünvanında ayrı-ayrı vaxtlarda 500 manat və 2.000 manat pul vəsaitini sonuncudan bilavasitə əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə alıb Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 52.500 (əlli iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Lütfi Qədirovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, Şahid1 qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişlər. Lakin məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərə CMnin 178.3.2 və 29, 178.3.2-ci maddələri ilə verilmiş ittihamın məzmununu saxlamaqla bu şəxslərin ittihamından CM-nin 29, 178.3.2-ci maddəsini xaric edilməsini, CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasının təqsirləndirilən şəxslərin əməllərini tam əhatə etdiyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi məhkəmə üçün təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi üçün əsasdır. Belə olan halda dövlət ittihamçısının təqsirləndirilən şəxslərin ittihamından CM-nin 29, 178.3.2-ci maddəsinin xaric olunması barədə tələbi məhkəmə üçün imperativ xarakter daşıyır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslərin ittihamından CM-nin 29, 178.3.2-ci maddəsini xaric edir. Məhkəmə baxışı zamanı təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirməklə dələduzluq etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi müəyyən edilməmiş, lakin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik etmə, yəni Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsində nəzərdə tutulmuş əməli tam sübuta yetirilmişdir. Belə ki, hazırkı cinayət işinə əsas və səbəb olmuş Şahid1 hüquq-mühafizə orqanlarına olan müraciətindən müəyyən olununur ki, qardaşı X6 məhkəmədə aparılan işi ilə əlaqədar ona müvafiq köməklik göstərilməsi, vəzifəli şəxslərə çatdırılması məqsədilə həmkədlisi Təqsirləndirilən şəxs2 ondan 52.500 manat məbləğində vəsait almış, sonradan aldığı pul müqabilində verdiyi vədi yerinə yetirməmişdir və pulu qaytarmamışdır. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Şahid1, onun qardaşı Şahid2 verdlikləri ifadələrində Təqsirləndirilən şəxs2 məhkəmədə işinə baxılan qardaşları Lütfi Qədirovla uşaqlıq dostu olmasını, Əlifəttahın hər zaman Lütfinin işi ilə maraqlandığını, Xanlar adında tanışının geniş əlaqələri olmasını deməsini və Xanların vasitəsi ilə Lütfi Qədirovun həbsdən azad olunması barədə onlara məlumat verməsini, bu səbəbdən Əlifəttahdan Xanlar adlı tanışına müraciət etməyini özləri Təqsirləndirilən şəxs2a demələrini göstərərək Xanların istədiyi 50000 manat pulu xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Əlifəttaha verməklə onu Şahid2la digər tanışları Mübarək Feyzullayavin maşını ilə Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığına apalmalarını göstərmişlər. Şahid1 həmçinin göstərmişdir ki, Əlifəttahın deməsinə görə Xanlar iki aya Lütfinin məsələsini həll edəcəyinə söz vermiş, həmin ilin yay aylarında Əlifəttah Xanların bu işi guya tezləşdirmək məqsədi ilə istədiyi 500 manat və 2000 manatı da Əlifəttaha vermiş, zaman keçməsinə baxmayaraq qardaşının işində dəyişikliklər olmadığını görərək onunla hər dəfə telefon vasitəsi ilə danışdıqda səsini gizlicə yazmış və həmin səs yazılarında Əlifəttah qardaşı Lütfi Qədirova görə aldığı pulları Xanlara çatdırdığını bildirmiş, bundan başqa, Əlifəttah özü də 52.500 manatı Xanlara çatdırdığını sübut etmək üçün danışıqları zamanı sonuncunun səsini gizlicə yazaraq ona göndərmiş, o da inanmışdır ki, Əlifəttah ondan aldığı pulları həqiqətən tanışı Xanlara vermişdir. Hətta Əlifəttahın vasitəsi ilə Xanların özü ilə də danışmışdır və Xanlar qardaşının işini qaydaya salacağını, ondan narahat olmamasını demişdir. Xanların qardaşı Lütfinin işini düzəltmədiyini gördükdə Əlifəttahdan pulu ondan geri almasını istəmişdir. Əlifəttah Xanlardan pulu almağa çox cəhd etmiş, hətta qardaşı Şirxan Xanlara digər yaxın adamları vasitəsi ilə çıxıb pulunu tələb etmiş, lakin Xanlar pulun əvəzinə torpaq sahəsini təklif etmiş, lakin o, buna razı olmayaraq pulunu nağd şəkildə istəmişdir. Xanlar hər dəfə yaxın müddətdə 52.500 manatı ödəyəcəyini söz versə də pulları qaytarmamışdır. İbtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Şahid1 onun sinif yoldaşı və həmkəndlisi, Rənanın qardaşı Lütfi isə onun uşaqlıq dostu olmuş, Təqsirləndirilən şəxs1 isə bizneslə məşğul olan geniş əlaqələri olan, yüksək vəzifədə işləyən şəxslərlə yaxın dostluq əlaqələri olan şəxs kimi tanımış və onunla dostluq münasibətləri yaranmışdır. X31 özü və ailəsi ona yaxın olduğu üçün Rənagilə gedərək mümkün olan köməyi edəcəyini demiş, orada Rəna və digər qardaşı Şirxan işin məhkəmədən təkrar istintaqa qaytarılmasını xahiş etmişlər. Bu səbəbdən o, bu işə kömək etmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmiş, sonuncu yaxın əlaqələri ilə məsləhətləşib bir söz deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra, dəqiq vaxtı xatırlamır, Xanlarla görüşdüyü zaman sonuncu məsələ ilə bağlı lazımı şəxslə görüşdüyünü, həmin şəxsin məsələni həll edəcəyini dediyini, bu məsələ üçün ilkin olaraq 50.000 manat pul lazım olduğunu, cinayət işi məhkəmədən istintaqa qaytarıldığı vaxt isə daha 50.000 manat pul ödənilməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 bu vəsaitləri işi həll edəcək şəxsə verəcəyini demişdir. Xanların dediklərini Rənagilə gedərək sonuncuya və sonuncunun qardaşı Şirxana çatdırmışdır. Rəna ilə Şirxan Xanların istədiyi məbləği ödəməyə razılıq vermişlər. Yəni 50.000 manat dərhal, qalan 50.000 manatı isə iş düzələndən sonra ödəyəcəklərini bildirmişlər. Bir neçə gün ərzində 50.000 manat pul vəsaitini Şahid1 düzəldərək 20 aprel 2021-ci il tarixdə onu Buzovna qəsəbəsindəki evinə çağırmış və orada qardaşı Şirxanın və ailələrinə yaxın olan Mübarək adlı şəxsin yanında adi kağıza bükülmüş 50.000 manatı ona təqdim etmişdir. Artıq axşam vaxtı olduğu üçün o, Rənagilə bildirmişdir ki, pulu səhər götürüb Xanlara təqdim edəcəkdir. Növbəti gün səhər saatlarında Rənagildən həmin pulu götürmüş, Rənanın qardaşı Şirxan və onların yaxını olan Mübarəklə birlikdə sonuncunun maşını ilə 20 Yanvar metrostansiyasına getmiş, orada maşından enmiş, Şirxanla Mübarək isə elə həmin taksidə çıxıb getmişlər. Xanlarla telefon əlaqəsi yaradaraq pulu aldığını, onu 20 Yanvar metrostansiyasının yanında gözlədiyini bildirmişdir. Xanlar onun yanına Ranc Rover markalı cip maşını ilə tək gəlmiş, o da kağıza bükülmüş 50.000 manatı Xanlara təqdim etmişdir. Xanlar da pulu götürüb maşını sürərək çıxıb getmişdir. Bundan sonra Xanlardan görəcəyi işin nəticəsini gözləmiş, hətta Xanlarla 2 dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə Lütfinin məhkəmə iclaslarına gəlmiş, Xanlar məhkəmədə olanlara fikir verməməyi, məsələnin həll olunduğunu, cinayət işinin növbəti məhkəmə iclasında istintaqa qaytarılacağını bildirmişdir. Bu ərəfədə Xanlar ondan öz şəxsi işi üçün 500 manat bir dəfə, 2000 manat isə ikinci dəfə pul istəmişdir. Həmin pulları da o, Rənadan alıb Xanlara şəxsən vermişdir. Rəna işin düzəlməməsinə görə narahat olduğu üçün onu inandırmaq üçün bu məsələ ilə əlaqədar Xanlar ilə aralarında olan telefon danışığı zamanı səsini yazaraq Rənaya göndərmiş, həmin səs yazısında da Xanlar ondan Lütfiyə kömək etmək üçün pul aldığını etiraf etmişdir. Lakin Lütfinin işi məhkəmədən istintaqa qaytarılmadığı üçün, əksinə barəsində ittiham hökmü çıxarıldığı üçün Rəna ona verdiyi 52.500 manat pul vəsaitini məhz ondan tələb etmiş, o, dəfələrlə pulu Xanlardan geri istədikdə sonuncu pulu qaytaracağına söz versə də onunla görüşlərdən yayınmış, son vaxtlar isə telefon zənglərinə belə cavab verməmişdir. Bundan sonra pulu qaytarılmadığından Şahid1 ondan və Xanlardan şikayət etmişdir. Şikayət Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində araşdırılan vaxt Təqsirləndirilən şəxs1 ondan məsuliyyəti öz üzərinə götürməyini, ona köməklik edəcəyini xahiş etmiş, lakin o, Xanlara etiraz edərək məsələni olduğu kimi istintaqa bildirəcəyini demişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 eyni ifadəni Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı sonuncunun üzünə qarşı bildirmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 dostu Lütfinin işinə köməklik göstərilməsi barədə Əlifəttahın etdiyi xahişi etiraf etsə də sadəcə tanışları vasitəsilə Lütfi Qədirova köməklik etmək mümkünlüyünü öyrənəcəyini, Lütfinin barəsində olan ittiham aktının Əlifəttahdan istədiyini etiraf etmiş, lakin hər hansı bir köməklik üçün 100000 manat pul istəmədiyini, 52500 manat pulu Təqsirləndirilən şəxs2 vasitəsilə Şahid1 almadığını göstərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 500 manat və 2000 manat aldığını etiraf etmiş, lakin həmin pulu şəxsi məqsədlər üçün olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə rüşvət adı ilə 52500 manat pulun alınmasını cinayət işində telefon səs yazılarına aid CD diskə baxış protokolu ilə də sübuta yetririlir. Diskdə olan “Əlifəttah-Xanlar 1” adlı səs yazısı olan sənədə daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən “watsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərilən səs yazısında “de onlara birdən başqa variantınız varsa, özünüz edə bilirsinizsə biz çəkilək qırağa işinizi həll edin, bizi günahkar eləmiyin, biz sizin işinizi düzəldirik, biz çalışırıq ki iş getsin ibtidaiyə, ibtidaidə işin düzəlsin qayıtsın bura, sənin başqa cür çıxışın yoxdur” sözləri qeyd olunur. Diskdə olan “Əlifəttah-Xanlar 2” adlı səs yazısı olan sənədə daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən “watsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərilən səs yazısında “Fəttah o işdən qəti narahat olma, heç kimə inanma, söz danışmışıq, dözmür deyəndəki onu sən salmamısan ora, mən salmamışam ora, biz də onun işin həll edirik, istəmirsə, başqa variantı varsa gedim səhər deyim qaytar camaat başqa cür həll edir işi, problem yoxdur” sözləri qeyd olunur. Diskdə olan “Əlifəttah-Xanlar 3” adlı səs yazısı olan sənədə daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən “watsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərilən səs yazısında “Lütfi məsələsini də danışdım kakraz, lap ciddi danışdım, dedi narahat olma, bu dəfə uje vazvrat verəcək, uje danışıb prokurotura ilə zadla da, hamısını qoyub yoluna” sözləri qeyd olunur. Beləliklə həmin səs yazılardan da müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həqiqətən Təqsirləndirilən şəxs2 vasitəsilə Lütfi Qədirovun məhkəmədəki işini həll etmək adı ilə Şahid1 52500 manat pulu almışdır, hətta işin alınmadığı təqdirdə pulun qaytarılmasını pulu verdiyi şəxsdən tələb edəcəyini bildirir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərin istifadəsində olan telefon nömrələrinin anten dairələrinə dair məlumatlardan da müəyyən olunur ik, Təqsirləndirilən şəxs2 21 aprel 2021-ci il tarixdə Şahid2 və Şahid3 tərəfindən maşınla gətirilib 20 Yanvar metrostansiyası yanında saat 11:35 radələrində düşürüldükdən sonra Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlamışdır. Beləliklə baxılan iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 -ci maddələri ilə təqsirli olması hər hansı mötəbər sübut növü ilə təsdiq olunmur. CPM-nin 124-cü maddəsinə əsasən məhkəmədə və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəсində nəzərdə tutulmuş əməllərin törədilməsi proses iştirakçılarının ifadələri, ekspert rəyləri, istintaq və məhkəmə həkətlərinin protokolları və ya digər sənədlərlə təsdiqini tapmamış, əksinə bütün tədqiq edilmiş sübutlar: İfadə və üzləşdirmə protokolları, telefon danışıqlarının əks olunduğu CD baxış protokolu, mobil operatorların telefon danışıqlarına və anten dairələrinə dair məlumatları, digər istintaq və məhkəmə hərəkətlərinin protokolları dələduzluq əməlinin məhz Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsini Təqsirləndirilən şəxs2 isə belə əməlin törətməsi üçün niyyəti və məqsədi olmadığını sübut etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması cinayət təqibini istisna edən halda və bu əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs2 ittihamından Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsini xaric edir, lakin CM-nin 32.4,312.2-ci maddələri ilə təqsirli hesab edərək barəsində bu maddələrlə ittiham hökmünün çıxarılmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində müəyyən olunur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 özü Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmış, onun yalan vədlərinə inanaraq yaxın ailə münasibətlərində olan Şahid1 sonuncunun qardaşı və özünün uşaqlıq dostu olan Lütfi Qədirova köməklik etmək məqsədilə Təqsirləndirilən şəxs1 tanışına rüşvət vermək üçün Şahid1 52500 manat vəsaiti alıb tam şəkildə Təqsirləndirilən şəxs1 çatdırmış, onun həmin vəsaitin mənimsənilməsində iştirak etmək niyyəti olmamışdır. Məhkəmə təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 əməllərinə hüquqi qiymət verərək hesab edir ki, ona 178.3.2 və 32.4,312.2-ci maddələri ilə verilmiş ittiamdan digər Təqsirləndirilən şəxs2 ilə «qabaqcadan əlbir olan bir qrup şəxs halında» tövsifedici xüsusat çıxarılmalı, lakin bu xüsüsat hər ikisinin CM-nin 32.4,312.2-ci maddəsi ilə olan ittihamında saxlanılmalıdır. Yuxarıda qeyd olunan Ali Məhkəmə Plenumunun 36-cı bəndinə əsasən dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmin bəndə əsasən şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 üzərinə həbs qoyulmuş əmlakının yeri müəyyən edilməməsini nəzərə alaraq dövlət nəfinə həmin əmlakın – «Mercedes 420 minik» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8933,33 manat pulun tutulub dövlət nəfinə köçürülməsi qənaətinə gəlir. Belə ki, yuxarıda qeyd olunan Plenumun 36-cı bəndinə əsasən bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Məhkəmə, işdə olan sübutları, istintaq materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ibtidai istintaq orqanı tərəfindən əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün hallar tam aydınlaşdırılaraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə tövsif edilməli və bu maddələrlə təqsirləndilən şəxslərə cəza təyin edilməli, həmçinin üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 əmlakın dəyəri xüsusi müsadirə qaydasında dövlət nəfinə tutulmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 CM-nin 59.1.10-cu maddəsinə əsasən cinayətin açılmasına, onun digər təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 ifşa edilməsinə fəal kömək etməsini, etdiyi əməldən peşman olmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə törətdiyi əməllərdə rolunu və iştirkçılıq dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 islah olunmasını onun əmiyyətdən təcrid olunma yolu ilə mümkün sayır, lakin Təqsirləndirilən şəxs2 oğlnun məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq onun islah olunmasını CM-nin 312.2-ci maddəsinin sanksiyasında azadlıqdan mərhum etmə cəzası ilə bağlı olmayan alternativ cəzanın tətbiqi ilə mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs2 aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir, lakin Təqsirləndirilən şəxs1 üzərinə həbs qoyulmuş əmlakın dəyəri olan 8.933,33 (səkkiz min doqquz yüz otuz üç manat otuz üç qəpik) manat pul ondan tutularaq dövlət nəfinə köçürülməlidir. İş üzrə maddi sübut olan “Azercell”, "xxxx" və "xxxx" MMC-dən götürülmüş 3 ədəd disk və Şahid1 təqdim etdiyi 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 17 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X13 üçün isə 270 (iki yüz yetmiş manat) pul Bakı şəhər 17 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 91-1.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzrinə həbs qoyulmuş əmlakı - “Mercedes 420 minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8933,33 (səkkiz min doqquz yüz otuz üç manat otuz üç qəpik) manat pul xüsusi müsadirə olunmaqla Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam alma” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 270 (iki yüz yetmiş) manat pul Bakı şəhər 17 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.