Məhkəmə qərarları › İş №1(101)-407/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-407/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-407/2025 19.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X8 və X ibarət tərkibdə, məhkəmə iclasının katibləri – X2 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1981-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, “X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmaqla həmin cəmiyyətin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 fevral 2025-ci il tarixdə, saat 10:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə təsisçisi olduğu “X22” Məhdud Məsuliyyəti Cəmiyyətin direktoru olarkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı, gözəllik salonunu işlədən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun sifarişi ilə İsrail dövlətindən 47.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 79.900 manat dəyərində “Venus Bliss” və 20.900 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 35.500 manat dəyərində “Venus Legacy” bədən şəkilləndirmə cihazlarının, həmin cihazların gətirilməsi üçün yol xərclərinə görə 2.400 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 4.080 manat, cihazlardan istifadə edilməsi üçün cəmi dəyəri 1.200 ABŞ dolları olan 100 (bir yüz) ədəd həmin dövrün məzənnəsi ilə 2.040 manat dəyərində qliserin gelinə və digər xərclərə görə cəmi 140.000 ABŞ dollarının Zərərçəkmiş şəxs tərəfindən ödənilməsi barədə razılığa gəlib 23 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən ofisdə ML 012 nömrəli müqavilə bağlayıb Zərərçəkmiş şəxs 80.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 136.000 manat, 30 may 2023-cü il tarixdə sonuncunun yaşadığı ünvan 4 ünvanda 20.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 34.000 manat, 10 iyul 2023-cü il tarixdə həmin ünvanda 20.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 34.000 manat, 15 avqust 2023-cü il tarixdə həmin ünvanda 20.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 34.000 manat almış, əldə etdiyi puldan 30 may 2023-cü il tarixdə 36.950 ABŞ dollarını həmin dövrün məzənnəsi ilə 62.815 manat hər iki cihaz üçün İsrail dövlətində yerləşən “Venus consept” LTD şirkətinə, 14 avqust 2023-cü il tarixdə gömrük bəyannaməsinə əsasən 27883.58 manat pul vəsaitini köçürmüş, lakin iki ay müddətində cihazlara görə əlavə 34.550 ABŞ dollarını həmin dövrün məzənnəsi ilə 58.735 manat ödəməyəcəyi halda cihazların işləməyəcəyini bilib ödəniş etməmiş, bununla da verdiyi vədə əməl etməyib aldadaraq almış olduğu cəmi 140.000 ABŞ dollarından 86.648 ABŞ dollarını həmin dövrün məzənnəsi ilə 147.301.6 manat pul vəsaitini qaytarmayıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 147.301.6 (yüz qırx yeddi min üç yüz bir) manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İşin halları və tərəflərin dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 11 fevral 2021-ci il tarixdən ünvan 5 ünvanında təsisçisi olduğu “X22” Məhdud Məsuliyyəti Cəmiyyətinin (bundan sonra mətndə-MMC) direktoru kimi fəaliyyət göstərmişdir. 30 sentyabr 2023-cü il tarixdə işi ilə bağlı xarici ölkələrə getdiyi üçün iş fəaliyyətini dayandırmışdır. Zərərçəkmiş şəxs 2016-cı ildən tanımış, sonuncu icarə əsasında işlətdiyi qadın salonuna aid olan lazer cihazlarını əvvəllər də ondan almışdır. O həmin cihazların İsrail dövlətindən Azərbaycan Respublikasına gətirilməsində rəsmi distribütor kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs 2023-cü ilin may ayında onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək Bakı şəhəri Yasamal rayonu ərazisində icarə əsasında işlətdiyi salona arıqlama cihazları alıb qoymaq istədiyini bildirdikdə o, Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən ofisinə dəvət etmişdir. 20 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə ofisində söhbət zamanı sonuncuya İsrail dövlətindən keyfiyyətli və zəmanətli “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarının fotoşəklini və funksiyalarını göstərərək hər iki cihaza görə 140.000 ABŞ dolları ödəyərsə onları gətirə biləcəyini bildirmişdir. Bundan başqa “Venus Bliss” arıqlama cihazının ilk dəfə Azərbaycan Respublikasına gətiriləcəyini bildirib həmin cihazla maraqlanmasını qeyd etmişdir. Zərərçəkmiş şəxs düşünüb məsləhətləşdikdən sonra, eləcə də həmin “Venus Bliss” arıqlama cihazı ilə maraqlanıb cavab deyəcəyini bildirmişdir. Bir müddət sonra Mətanət yenidən onunla əlaqə saxlayaraq həmin cihazları almaq istədiyini bildirdikdə 23 may 2023-cü il tarixdə, saat 16 radələrində ofisinə dəvət etmiş və birlikdə oturub söhbət etdikdən sonra ML 012 nömrəli müqavilə bağlamaqla Zərərçəkmiş şəxs ilkin ödəniş kimi 80.000 ABŞ dolları pul almışdır. 29 may 2023-cü il tarixdə İsrail dövlətində olan “VENUS consept” LTD HA Yozma ST 6 3 Floor Yokne şirkəti ilə danışıqlar apardıqdan sonra şirkət ona aldığı cihazların 50 faizini ödəməyini təklif etmişdir. 30 may 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs ilə ünvan 4 ünvanında görüşərək əlavə olaraq 20.000 ABŞ dolları pulu sayaraq təhvil almışdır. O, Zərərçəkmiş şəxs cihazların pulunun 100.000 ABŞ dollarını almağına baxmayaraq fikirləşmişdir ki, həmin cihazların pulunun yarısını ödədikdən sonra yarı hissəsini də digər müştərilərindən aldığı pullar ilə Zərərçəkmiş şəxs aldığı pulların əvəzini ödəyər. Buna görə də 30 may 2023-cü il tarixdə “VENUS” consept LTD HA Yozma ST 6 3 Floor Yokne şirkətinə Mətanətdən aldığı pulun bir hissəsini, yəni 36.950 ABŞ dolları məbləğində pulu köçürtmüş, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. 13 iyun 2023-cü il tarixdə “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazları və onlara aid gellər İsrail dövlətindən Bakı şəhərində yerləşən X12 Gömrük İdarəsinə gəlmişdir. O, "xxxx" MMC-nin əməkdaşı Şahid1 ilə müqavilə bağlayaraq ona qeyri-rəsmi 2000 manat pul ödədikdən sonra birlikdə Gömrük İdarəsinə gedərək həmin cihazları orada 27883,58 manat pul ödəməklə götürmüşdür. Birlikdə həmin cihazları götürüb ofisinə gətirmişdir. O, Zərərçəkmiş şəxs ilə əlaqə saxladıqdan sonra sonuncu onun ofisinə gələrək cihazlara baxmışdır. 14 iyun 2023-cü il tarixdə “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarını və 100 ədəd gelləri Zərərçəkmiş şəxs təhvil vermişdir. Zərərçəkmiş şəxs verdiyi iki ədəd cihaza görə ona borclu qaldığı 40.000 ABŞ dolları puldan 20.000 ABŞ dollarını 10 iyul 2023-cü il tarixdə yenidən ünvan 4 ünvanında görüşərək təhvil almışdır. Lakin həmin pulları aldıqdan sonra isə İsrail dövlətindəki şirkətə cihazlara görə olan borcunu ödəməmişdir. 15 avqust 2023-cü il tarixdə yenidən ünvan 4 ünvanında görüşərək 20.000 ABŞ dollarını da təhvil almışdır. Həmin pulları da şəxsi ehtiyaclarına xərcləyərək cihazlara görə olan borcunu ödəməmişdir. Cihazları təhvil verdiyi gündən 2023-cü ilin oktyabr ayınadək həmin cihazlar işləmişdir. Hər ay qeyd edilən cihazlara görə “VENUS” consept LTD HA Yozma ST 6 3 Floor Yokne şirkəti tərəfindən göndərilən kodları Mətanət və onun işçilərinə bildirərək cihazları yenidən işə salmışlar. Lakin sonuncu dəfə onun “VENUS” consept LTD HA Yozma ST 6 3 Floor Yokne şirkətinə borcu olduğuna görə həmin şirkətdən cihazları istifadə edə bilmək üçün tələb olunan müvafiq kodu verməkdən imtina etmişlər. Buna görə də hazırkı vaxtadək qeyd edilən cihazları işlək vəziyyətə gətirmək mümkün olmamışdır. O, ümumilikdə cihazlara görə 53.352 ABŞ dolları məbləğində pul ödəmiş, 2000 manat gömrük xərcləri ilə bağlı brokerə vermiş, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Aldığı cihazların və gömrüyə ödədiyi pulların sənədləşməsini ibtidai istintaq orqanına təqdim etmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs 2016-cı ildən tanımış, həmin müddət ərzində aralarında heç vaxt hər hansı problem yaranmamışdır. Belə ki, Zərərçəkmiş şəxs rəhbəri olduğu şirkətə müraciət etdikdə onu ofisə dəvət etmiş, orada sonuncuya almaq istədiyi cihazın əvəzində “Venus” cihazını təklif edib həmin cihazın Azərbaycanda mövcud olmadığını bildirmiş, Zərərçəkmiş şəxs da bu barədə müvafiq araşdırma apardıqdan sonra cihazların qiymətləri barədə razılığa gəlmişlər. O, cihazları sifariş etdikdən sonra İsrail firması ona kredit məbləğini ödəmək üçün şərait yaratmış, o da firmaya hissəvi ödənişlər edərək ödənişin qalan məbləğini Türkiyədəki biznes fəaliyyətinə sərmayə olaraq qoymuşdur. Zərərçəkmiş şəxs sifariş etdiyi cihazları iki ay işlətdikdən sonra başqa bir cihaz da almaq istədiyini bildirdikdə onunla Xətaidə görüşərək qiymət barədə aralarında razılığa gəlmiş, lakin sonradan birinci icarəyə götürdüyü yerin icarə haqqının qalxması ilə əlaqədar həmin yerdən çıxacağını, bu səbəbdən yeni cihaz almaq işinin bir müddət təxirə salındığını bildirmişdir. O, Zərərçəkmiş şəxs üçüncü cihazı aldığı halda öz borcunu ödəyib düşdüyü çətin vəziyyətdən çıxacağını planlaşdırmış, lakin həmin iş təxirə salındığından borcunu ödəyə bilməmiş, habelə Türkiyədəki biznesinə qoyduğu sərmayə də batmış, bu səbəbdən üç ay Tükiyədə qalmalı olmuşdur. Onun Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamış, ona qarşı heç vaxt dələduzluq etməmişdir. Cihazlar Zərərçəkmiş şəxs iyun ayında təhvil verilmiş, sonuncu da cihazların ödənişini hissə-hissə olmaqla avqust ayında ümumilikdə 140000 ABŞ dolları verərək tam şəkildə ödəmişdir. İsrail firması cihazların ödənişini kreditlə ödəmək üçün ona şərait yaratmış, lakin o, ödənişi tam şəkildə etməyərək pulun bir hissəsini Türkiyədə sərmayə olaraq qoymuş, zərərçəkmiş şəxsə isə nə Türkiyədə qoyduğu sərmayə, nə də cihazların ödənişini tam etməməsi barədə hər hansı məlumat verməmişdir. O, cihazların ödənişini tam etmədiyindən İsrail firması ona satdığı cihazların yalnız istehsalçı şirkət tərəfindən verilən xüsusi proqram vasitəsilə işlək vəziyyətə gətirilməsi üçün lazımı quraşdırma etməklə cihazlara xüsusi kod qoymuş, həmin kod yüklənmədiyi təqdirdə isə cihazlar avtomatik olaraq fəaliyyətini dayandırmışdır. O, xəcalətli olduğundan mobil telefonunu söndürərək zərərçəkmiş şəxsin zənglərinə cavab verməmiş, sonuncuya vəziyyəti izah edə bilməmişdir. O, İsrail firmasından cihazların dayanması ilə əlaqədar tələb olunan xüsusi kodu istədikdə sonuncular 2 dəfə kod göndərdikdən sonra aparatların ödənişini tələb etmişdir. İsrail firması 2-3 aya pulu tam ödəməsini bildirsə də, o, zərərçəkmiş şəxsin ona verdiyi pulun yarısını firmaya ödəmiş, avqust ayında iflas etmiş, sentyabr ayında Türkiyəyə gedərək orada 3 nəfər şəxslə birlikdə şərikli sərmayə qoymuşdur. İş materiallarına əlavə edilmiş səs yazıları ona məxsus olmaqla onun Türkiyədə olarkən zərərçəkmiş şəxslə danışdığı dövrə aiddir. O, Şahid1 onunla birlikdə Gömrük İdarəsinə gəldiyinə görə 2000 manat məbləğində pul vermişdir. Sonda Təqsirləndirilən şəxs cihazların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün İsrail şirkətinə tələb olunan ödənişi edərək müvafiq kodları əldə edərək həmin kodları zərərçəkmiş şəxsə təqdim edərək cihazların işlədilməsini təmin etdiyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam aradan qaldırmaqla onunla barışıq əldə etdiyini, himayəsində bir azyaşlı uşağı olmaqla ailədə ondan başqa gəlir gətirən şəxsin olmadığını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmadığını və zərərçəkmiş şəxslə barışmaqla razılıq əldə etdiyindən sonuncu tərəfindən verilmiş mülki iddianın mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 2016-cı ildən “X22” MMC-nin direktoru Təqsirləndirilən şəxs tanıyır. Bir neçə dəfə Təqsirləndirilən şəxs qadın salonuna aid olan lazer cihazları almışdır. Təqsirləndirilən şəxs həmin cihazların İsrail Respublikasından Azərbaycan Respublikasına gətirilməsində rəsmi distribütor olmuşdur. O, Təqsirləndirilən şəxs ilə bir neçə dəfə alış-veriş edərkən Vüqar onun etibarını qazanmış, bu səbəbdən də Vüqara etibar etmişdir. Sonuncu dəfə Bakı şəhəri Yasamal rayonu Naxçivani 5 A ünvanında icarə əsasında işlətdiyi “Renew” gözəllik mərkəzinə arıqlama cihazları alıb qoymaq istəmiş, buna görə 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs 2 ədəd arıqlama cihazlarının lazım olduğunu bildirdikdə sonuncu onu ofisinə dəvət etmiş, o da Vüqarın ünvan 7 ünvanda yerləşən ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs ilə söhbət zamanı sonuncu ona İsrail dövlətindən keyfiyyətli və zəmanətli “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarının şəklini və funksiyalarını göstərərək hər iki cihaza görə 140.000 ABŞ dolları məbləğində pul ödəmək lazım olduğunu bildirmişdir. Bundan başqa, Vüqar ona “Venus Bliss” arıqlama cihazının ilk dəfə Azərbaycan Respublikasına gətiriləcəyini bildirib həmin cihazla maraqlanmağını qeyd etmiş, o da düşünüb məsləhətləşdikdən sonra həmin cihazlarla maraqlanıb cavab deyəcəyini bildirmişdir. Bir neçə gün sonra o, yenidən Vüqar ilə əlaqə saxlayaraq həmin cihazları almaq istədiyini bildirdikdə 23 may 2023-cü il tarixdə, saat 16 radələrində Vüqar onu Nərimanov rayonu Əhməd Rəcəbli 159 saylı ünvanda yerləşən ofisinə dəvət etmişdir. O həmin ofisə tək gedərək birlikdə oturub söhbət etdikdən sonra ML 012 nömrəli müqavilə bağlamaqla Vüqara ilkin ödəniş kimi 80.000 ABŞ dolları pul vermişdir. 30 may 2023-cü il tarixdə yenidən yaşadığı evin yaxınlığında, yəni ünvan 4 ünvanda görüşərək 20.000 ABŞ dolları pulu sayaraq vermişdir. Vüqar ona hər iki cihazı sifariş etdiyini və tez bir müddətdə gələcəyini bildirmişdir. O, Vüqara 40.000 ABŞ dolları pulu iki dəfəyə tezliklə ödəyəcəyini bildirmişdir. 31 may 2023-cü il tarixdə Vüqar onunla əlaqə saxlayaraq cihazlara görə İsrail dövlətində yerləşən şirkətə pul köçürtdüyünü bildirmişdir. 13 iyun 2023-cü il tarixdə “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazları İsrail dövlətindən Bakı şəhərində yerləşən X12 Gömrük idarəsinə gəldiyi barədə Vüqar ona məlumat vermişdir. Hətta gömrükdən keçirilməsində çətinlik yaranmışdır. Onun tərəfindən Vüqara verilmiş qeyd etdiyi pullar ilə 27883,58 manat gömrük rüsumu ödənildikdən sonra cihazlar götürülüb Vüqarın ofisinə aparılmışdır. Vüqar onunla əlaqə saxladıqdan sonra Vüqarın ofisinə gedərək cihazlara baxmışdır. 14 iyun 2023-cü il tarixdə “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarını və gelləri Təqsirləndirilən şəxs onun Yasamal rayonu Naxçıvani 5 A ünvanında icarə əsasında işlətdiyi “Renew” gözəllik mərkəzinə gətirərək quraşdırıb ona təhvil vermişdir. Həmin cihazları obyektinə qoyduqdan sonra iki ədəd cihaza görə Vüqara qaldığı 40.000 ABŞ dolları puldan 20.000 ABŞ dollarını 10 iyul 2023-cü il tarixdə yenidən Xətai rayonu N.Rəfiyev küçəsi 28 ünvanında görüşərək təhvil vermişdir. 15 avqust 2023-cü il tarixdə yenidən həmin ünvanda Vüqarla görüşərək 20.000 ABŞ dollarını da vermişdir. Bundan sonra Yasamal rayonu Naxçivani 5 A ünvanında icarə əsasında işlətdiyi “Renew” gözəllik mərkəzindən arıqlama cihazlarını götürüb ünvan 8 ünvanında yeni icarəyə götürdüyü gözəllik mərkəzinə köçmüşdür. 2023cü ilin oktyabr ayında həmin cihazlardan salonda işləyən Şahid2 və Şahid3 istifadə edərkən anidən cihazlar işləməmiş, bu barədə Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda sonuncu ona cihazların koda düşdüyünü bildirmişdir. O, Vüqara nə səbəbdən koda düşməsini bildirdikdə sonuncu ona müxtəlif bəhanələr deyərək tez bir zamanda açılacağını qeyd etmişdir. Lakin o, Vüqarın yalan danışdığını hiss etmişdir. Təqsirləndirilən şəxs dediyi vaxtda cihazları işlək vəziyyətə gətirə bilmədikdə Vüqardan səbəbini soruşduqda sonuncu verdiyi cihazlara görə ondan tam şəkildə ödənişi almasına baxmayaraq, İsrail dövlətində olan baş ofisə ödəmədiyinə görə 34.550 ABŞ dolları borcunun olması səbəbindən cihazların şirkət tərəfindən dayandırılmasını bildirmişdir. O, Vüqara həmin cihazlara görə tam şəkildə 140.000 ABŞ dolları pulu ödədiyini bildirdikdə Təqsirləndirilən şəxs ona satdığı cihazlara görə aldığı puldan İsrail şirkətinə ödəməli olduğu pulu tam şəkildə ödəmədiyini etiraf etmişdir. O, Vüqarın deməsindən belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs həmin cihazlara görə ilkin ödəniş kimi aldığı puldan az miqdarda pulu ödəyərək kredit kimi cihazları götürmüş və 1-2 ay işlədikdən sonra cihazlar baş ofis tərəfindən söndürülmüşdür. O, Təqsirləndirilən şəxs əməlindən belə başa düşmüşdür ki, Vüqar ona qarşı dələduzluq edərək külli miqdarda pulunu ələ keçirib az miqdarda pul köçürməklə oradan iki ədəd cihaz almışdır. Bu səbəbdən o, hüquq mühafizə orqanlarına şikayət edərək pullarının ödənilməsində və cihazların Təqsirləndirilən şəxs tərəfindən ofisindən götürülməsində köməklik göstərilməsini xahiş etmişdir.

7. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 2016-cı ildən tanımış, sonuncudan əvvəllər lazer aparatı aldığından aralarında yaranmış inam və etibar əsasında ona yenidən etibar edərək 80.000 ABŞ dollar pul verib arıqlama cihazı sifariş etmişdir. O, Təqsirləndirilən şəxs gətirdiyi cihazların tez-tez kod istəməsini bildirdikdə sonuncu cihazların 6 ay müddətə kodla işləyəcəyini bildirmişdir. O, cihazların pulunu evinin satışından əldə etdiyi pulla ödəmişdir. O, Vüqarla razılığa gələrkən sonuncunun cihazları sifariş etdiyi firma ilə aralarındakı satış şərtlərini bilməmiş, bu barədə Vüqardan soruşduqda isə o hər hansı məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs yanına bir cihaz almaq üçün getmiş, lakin Vüqar ona digər cihazı da təklif edərək həmin cihazların İsraildən gətiriləcəyini bildirib ondan ümumilikdə 140.000 ABŞ dolları pul istəmişdir. O, cihazlar üçün ilk dəfə 80.000 ABŞ dolları ödəniş edərək ödənişin qalan məbləğini avqust ayının sonunadək tamamlamış, cihazlar ona iyul ayında təhvil verilmiş, cihazların işlək vəziyyətə gətirilməsi üçün hər ay xüsusi kod tələb olunmuş, Vüqar isə cihazların işləmə qaydasının belə olduğunu bildirərək onu yubatmış, bu səbəbdən hətta onunla mübahisə də etmişdir. Aldığı cihazlar ümumilikdə oktyabr ayınadək xüsusi kod daxil edilməklə fasilələrlə işləmişdir. Bir müddət sonra Vüqar Azərbaycandan getmiş, onunla əlaqələri kəsilmiş, ümumiyyətlə Vüqar onun zənglərinə cavab verməmişdir. O, sonradan Vüqarın cihazları lizinqlə aldığını, şirkətə borcu olduğu üçün cihazların işlək vəziyyətə gətirilməsi üçün xüsusi kod tələb etdiyini öyrənmiş, ibtidai istintaq zamanı cihazlar üçün Vüqarın firmaya 35.000 ABŞ dolları borcu qaldığını bilmişdir. Onun klinikasının adı “BS” klinika olmuş, klinika hazırda işləsə də, cihazlar kod olmadığından işlək vəziyyətdə deyildir. O, cihazlar koda düşdükdən sonra Vüqarın onu aldatdığını bilmiş, bu səbəbdən Vüqar barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Əvvəllər Vüqarın köməyi ilə özünə məxsus lazer aparatını da satmışdır. Sonda Zərərçəkmiş şəxs 10 fevral 2025-ci il tarixdən etibarən cihazlara görə tələb olunan daimi kodların alınmaqla Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam aradan qaldırılmaqla sonuncu ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı cinayət işi üzrə heç bir tələbi və ya şikayətinin olmadığını bildirərək, eləcə də bu səbəbdən verdiyi mülki iddiasının baxılmamış saxlanılmasını və ödədiyi dövlət rüsumunun geri qaytarılmasını xahiş edərək məhkəmədən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 2023-cü ilin aprel ayından oktyabr ayınadək Bakı şəhəri Yasamal rayonu Naxçivani 5 A ünvanında icarə əsasında işlətdiyi “Renew” gözəllik mərkəzində mütəxəssis kimi işləmişdir. Zərərçəkmiş şəxs salona arıqlama cihazları alıb qoymaq istəmişdir. Mətanətin deməsinə görə o, 2023-cü ilin may ayında tanıdığı Təqsirləndirilən şəxs zəng edərək 2 ədəd arıqlama cihazlarının lazım olduğunu bildirdikdə Vüqar Mətanəti ofisinə dəvət etmişdir. Mətanət ilə Vüqar ünvan 7 ünvanda yerləşən sonuncunun ofisində görüşərkən Təqsirləndirilən şəxs İsrail dövlətindən keyfiyyətli və zəmanətli “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarının şəklini və funksiyalarını Mətanətə göstərərək hər iki cihaza görə 140.000 ABŞ dollar pul ödəmək lazım olduğunu bildirmişdir. 23 may 2023-cü il tarixdə Mətanət Vüqar ilə ofisdə görüşən zaman ML 012 nömrəli müqavilə bağlamaqla Vüqara ilkin ödəniş kimi Mətanətdən 80.000 ABŞ dolları pul almışdır. 30 may 2023-cü il tarixdə yenidən Mətanətin yaşadığı evin yaxınlığında 20.000 ABŞ dolları pul almışdır. 14 iyun 2023-cü il tarixdə “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarını Təqsirləndirilən şəxs Yasamal rayonu Naxçivani 5 A ünvanında yerləşən “Renew” gözəllik mərkəzinə gətirərək quraşdırıb təhvil vermişdir. Həmin cihazları obyektə qoyduqdan sonra iki ədəd cihaza görə Vüqara qaldığı 40.000 ABŞ dolları puldan 20.000 ABŞ dollarını 10 iyul 2023-cü il tarixdə vermişdir. 15 avqust 2023-cü il tarixdə yenidən Vüqarla görüşərək 20.000 ABŞ dollarını da vermişdir. 2023-cü ilin oktyabr ayında həmin cihazlardan istifadə edərkən anidən işləməmişdir. Bu barədə Mətanət Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda sonuncu Mətanətə cihazların koda düşdüyünü bildirmişdir. Mətanət Vüqara cihazların nə səbəbdən koda düşməsini bildirdikdə sonuncu cihazlara görə İsrail dövlətində olan baş ofisə 34.550 ABŞ dolları pul borcunun olması səbəbindən cihazların onlar tərəfindən dayandırılmasını bildirmişdir. Mətanət Vüqardan həmin cihazlara görə tam şəkildə 140.000 ABŞ dolları pulu ödədiyini bildirdikdə Təqsirləndirilən şəxs satdığı cihazlara görə tam şəkildə pulu ödəmədiyini etiraf etmişdir. O, Mətanətlə Vüqar arasındakı söhbətlərdə birbaşa iştirak etməmiş, yalnız Mətanətin deməsinə görə həmin hallardan məlumatlı olmuşdur.

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Zərərçəkmiş şəxs və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cihazları sifariş etməsi prosesində birbaşa iştirak etməsə də, aparılan bütün proseslər barədə məlumatı olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs cihazları estetik mərkəzə gətirərkən orada görmüş, sonuncu cihazların alındığı firmada problem olduğunu, bu səbəbdən cihazların yalnız onlara hər ay veriləcək xüsusi kod vasitəsilə işləyəcəyini bildirmiş, lakin onlar cihazı alarkən yalnız kod vasitəsilə işləyəcəyini bilməmişlər. Cihazlar bir müddət xüsusi kod əsasında işləsə də, sonradan Zərərçəkmiş şəxs firmadan kod göndərilmədiyindən cihazların işləmədiyini bildirmişdir. “Venus Bliss” və “Venus Legacy” cihazlarının işlək vəziyyətə gətirilməsi üçün lazım olan xüsusi kodları öyrənmək üçün Təqsirləndirilən şəxs zəng etdikdən bir müddət sonra onlara kod vermişdir. Sonuncu dəfə Vüqar onlara kodları vermədiyindən cihazlar fəaliyyətini dayandırmışdır. Vüqarın verdiyi həmin cihazlar ümumilikdə təxminən 2-3 ay istifadə edilmişdir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, əvvəllər "xxxx" MMCdə broker kimi işləmişdir. ünvan 9 ünvanında yerləşən “X22” MMC-nin direktoru və təsisçisi Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının əvvəllərində ona zəng edərək 2 ədəd arıqlama cihazlarının İsrail dövlətindən Bakı şəhərində yerləşən X12 Gömrük İdarəsinə gəlməsini və həmin cihazları sənədləşdirərək gömrükdən təhvil alınmasında ona (Vüqara) köməklik etməyini xahiş edərək ona 2.000 manat pul verəcəyini vəd etmişdir. O, 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə gömrüyə gedərək onun şirkətinə gələn “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarını 27883,58 manat dövlət rüsumu ödəməklə qanuna müvafiq formada rəsmiləşdirərək Vüqarla birlikdə təhvil almışdır. Bundan sonra Vüqar ona vəd verdiyi 2000 manat pulu müxtəlif bəhanələrlə verməmişdir. O, Vüqarı bir neçə dəfə axtarsa da, ona Vüqarın xarici ölkədə olmasını bildirmişlər. Vüqar hazırkı vaxtadək ona 2000 manat pulu verməmişdir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 10 ilə yaxındır tanımış, onunla münasibəti yaxşı olmuşdur. 10 avqust 2018-ci ildə “Baku electronics”də kassir kimi işləyərkən Vüqar ona “Laser Med” şirkətini açdığını və birlikdə işləməyi təklif etmişdir. Vüqarın ona təklif etdiyi məvacib qane etdiyi üçün qeyd etdiyi iş yerindən azad olunaraq Vüqar ilə birlikdə ofis meneceri kimi işləməyə başlamışdır. 22 fevral 2021-ci il tarixdə “Laser Med” şirkətinin adı dəyişərək “X22” MMC kimi fəaliyyətini davam etdirmişdir. 15 may 2023-cü il tarixədək Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 159 ünvanında yerləşən “X22” MMC-də işləmiş, 22 may 2023-cü il tarixdə “X22” MMC-dən rəsmi olaraq azad olunmuşdur. Təqsirləndirilən şəxs İsrail dövlətindən Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə sənədlərin hazırlanmasını, İsrail dövlətində olan nümayəndə ilə danışıqları o özü etmişdir. Belə ki, İsrail dövlətindəki şirkətlə “Venus Legacy” cihazına görə 20.900 ABŞ dollar, “Venus Bliss” cihazına görə 47.000 ABŞ dollar, həmin cihazlarda istifadə edilən 100 ədəd gelə görə isə 1200 ABŞ dollar məbləğində ödəniş edilməsinə, o cümlədən göndərilən cihazların pulunun 50 faizi ödənildikdən 2 ay sonra isə qalan hissəsinin ödənilməsinə dair razılığa gəlmişlər. Həmin cihazlara görə bank vasitəsi ilə 31 may 2023-cü il tarixdə 36.950 dollar pul göndərmiş, qalıq 34.550 dolların isə iki ay müddətində ödəyəcəklərini planlaşdırmışlar. Həmin vaxtlarda o, işdən azad olunduğuna görə pulun ödənilib-ödənilməməsindən məlumatı olmamışdır.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işi başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Xətai rayon prokuroru baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Zərərçəkmiş şəxs “X22” MMC-nin direktoru Təqsirləndirilən şəxs İsrail dövlətindən gətiriləcək “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarını ona verəcəyi adı ilə ümumilikdə 140000 ABŞ dollar pul verməsi, lakin sonuncunun onu aldadaraq pulunu ələ keçirməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə (bundan sonra mətndə - Xətai RPİ-nin İŞ) göndərilməsi qərara alınmışdır (Cild 1; i.v 1;).

14. Zərərçəkmiş şəxs tərəfindən Xətai RPİ-yə ünvanlanmış 29 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, o, 2023-cü ilin may ayından avqust ayınadək “X22” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış ML-012 nömrəli, 23 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun onun etibarından sui-istifadə edərək vahid niyyətlə hissə-hissə olmaqla 140000 ABŞ dolları pulunu ələ keçirib işlədilməsi mümkün olmayan 2 ədəd “Venus” markalı aparatları ona sataraq pulunu ələ keçirməsini göstərərək həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (Cild 1, i.v.3;).

15. ML 012 nömrəli, 23 may 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Venus Legacy” və “Venus Bliss” arıqlama cihazlarına görə tam məbləğ 140.000 ABŞ dollarından 80.000 ABŞ dolları ilkin ödəniş kimi alması, qalıq məbləğ 60.000 ABŞ dollarından 20.000 ABŞ dollarını cihazlar gömrük rəsmiləşdirilməsi olunarkən, digər qalıq məbləğ 40.000 ABŞ dollarının isə 2 ay ərzində veriləcəyi müəyyən olunmuşdur. Müqavilədə 5.000 ABŞ dolları ofis hesabından 80.000 ABŞ dollarının üzərinə əlavə olunacağı qeyd olunmuşdur (Cild 1, i.v 7;).

16. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 19 mart 2024-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Xətai RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X13 tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraatına qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 11;).

17. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 1 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.14;).

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 3695 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 23;).

19. “Şübhəli şəxsin tutulması haqqında” 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq C.C.Musayev tərəfindən müdafiəçisinin iştirakı ilə həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 42;).

20. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli **********723700 nömrəli çıxarışdan və “X22” MMC-nin nizamnaməsindən görünür ki, “X22” MMC 11 fevral 2021-ci il tarixdə ********** dövlət qeydiyyatı (VÖEN) nömrəsi ilə qeydiyyata alınmış, Təqsirləndirilən şəxs həmin cəmiyyətin 100% nizamnanə kapitalına malik təsisçisi olmaqla eyni zamanda qanuni təmsilçisidir (Cild 1, i.v. 62;).

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” X21 tərəfindən verilmiş 13 iyun 2023cü il tarixli məktubdan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, “X22” MMC ilə “Venus Concept” şirkəti arasında bağlanmış 28 may 2023-cü il tarixli, ML-015 nömrəli müqaviləyə əsasən 6 iyun 2023-cü il tarixli El2300548 nömrəli invoysla alınmış tibbi aparatların və tibbi ləvazimatın idxalına razılıq verilmişdir. Eyni zamanda 1 ədəd “Venus Bliss” cihazının qiymətinin 47.000 USD, 1 ədəd “Legacy 240V” cihazının 20.900 USD, 100 ədəd “Solid Glycerin (250cc)” qiymətinin 1.200 USD, çatdırılma xərcinin 2.400 USD olmaqla cəmi xərcin 71.500 USD olması müəyyən olunmuş, “X22” MMC tərəfindən həmin vəsaitin 50 faizi (36950 ABŞ dolları) avans kimi ödənilmiş, qalan 50 faizinin isə 60 gün ərzində ödənilməsi razılaşdırılmışdır(Cild 1, i.v. 70-75;).

22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 4(011)-307/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmaqla 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, bir ay ərzində dəymiş ziyanı ödəyəcəyini bildirərək təqdimatın rədd edilməsini məhkəmədən xahiş etmişdir (Cild 1, i.v. 82-85;).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş 2 may 2024-cü il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğu olmayan şəxsdir (Cild 1,i.v. 88;).

24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Katibliyi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində Təqsirləndirilən şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması və fəaliyyətinin aktiv olması barədə məlumat, həmçinin 11 fevral 2021-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı AZ1102, ünvan 10ə fəaliyyəti aktiv olan “X22” MMC-nin rəhbərinin Təqsirləndirilən şəxs olması barədə məlumat mövcuddur (Cild 1,i.v. 93-94;).

25. “Üzləşdirmə” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında Şahid1 xatırlamadığı bank kartına müxtəlif vaxtlarda ümumilikdə 2000 manat olmaqla iki dəfə 1000 manat göndərdiyini bildirərək həmin halı isə heç nə ilə təsdiq edə bilməyəcəyini göstərmişdir (Cild 1, i.v. 156- 158;).

26. “Sübutların qiymətləndirilməsi haqqında” 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunlu ittiham elan edilməsi, onun Şahid1 2000 manat pul verməsi öz təsdiqini tapmadığından həmin xususat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 23 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi və aralarında olan səs yazılarının əks olunduğu 1 (bir) ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır (Cild 1, i.v.159-169;).

27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı “Asan Xidmət” X3 23 aprel 2024-cü il tarixli arayışından, “Nikah haqqında” AZ-İ №750387 və “Doğum haqqında” AZ-İİİ №824506 şəhadətnamələrdən, AA2809046 və AZE№11606637 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə birgə nikahından 29 iyun 2015-ci il təvəllüdlü X9 adında bir azyaşlı uşağı vardır (Cild 1, i.v. 170-171; 187;).

28. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilməklə hüquq və vəzifələri ətraflı izah olunmuşdur (Cild 1, i.v. 172-174;).

29. “Diskə baxış keçirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli protokoldan və həmin diskdəki audioyazıya məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 (bir) ədəd CD diskə müstəntiq Cahid Musayev tərəfindən baxış keçirilmiş, baxış zamanı CD diskdəki faylın içərisində müddəti 1 dəqiqə 40 saniyə olan audioyazıda Təqsirləndirilən şəxs olması ehtimal olunan şəxsin Zərərçəkmiş şəxs olması ehtimal olunan şəxsdən ümumilikdə 140.000 dollar pul almasını təsdiq edən danışıqların öz əksini tapması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs kişi səsinin özünə məxsus olduğunu bildirmişdir (Cild 1, i.v. 21; 181;).

30. “Baxış keçirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş 15 may 2024-cü il tarixli 3-33/2-006682/2024 nömrəli məktuba əlavə edilmiş “X22” MMC-nin 1 yanvar 2023cü il tarixdən 27 aprel 2024-cü il tarixədək olan dövr ərzində yerinə yetirdiyi idxal əməliyyatları haqqında məlumatları, həmin əməliyyatların rəsmiləşdirilməsi üçün tərtib olunmuş gömrük bəyannamələrinin və müşayiət sənədlərinin əks olunduğu 1 (bir) ədəd CD diskə müstəntiq Cahid Musayev tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təsisçisi və direktoru olduğu “X22” MMC-nin gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları üzrə ödənilən rüsum və yığımlar haqqında məlumat, gömrük bəyannaməsində 14 avqust 2023-cü il tarixdə “Venus Bliss”, “Venus Legacy” bədən şəkilləndirmə cihazlarına və qliserin gelinə görə 27883,58 manat pul ödənilməsi barədə məlumatların əks olunması müəyyən edilmişdir. Protokolda CD diskə əlavə edilmiş məlumatlara dair çıxarışların, cihazların və qliserin gelinin fotoşəkillərinin, gigiyenik sertifikat və broker Şahid1 verilən etibarnamənin protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 95-108; 182;).

31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq C.C.Musayev tərəfindən 1 iyul 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 3 iyul 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.196-204;).

32. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

33. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı 147301 (yüz qırx yeddi min üç yüz bir) manat maddi ziyan, 30000 (otuz min) manat mənəvi ziyan və ödənilmiş 477 (dörd yüz yetmiş yeddi) manat dövlət rüsumu olmaqla, cəmi 177778 (bir yüz yetmiş yeddi min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pulun tutulması və mülki iddiaçı qismində tanınması barədə 24 noyabr 2024-cü il tarixdə mülki iddia verilmiş, 27 noyabr 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh kimi tanınmaqla onlara hüquq və vəzifələri izah edilmişdir. 12 fevral 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın qaytarılması barədə ərizə təqdim edərək verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh Təqsirləndirilən şəxs mülki iddianın mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, 19 fevral 2025-ci il tarixdə hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun ona qaytarılmasına dair qərar qəbul edilmişdir(Cild 2;).

34. Müdafiəçi tərəfindən Azərbaycan dilinə tərcümə olunmaqla məhkəməyə təqdim edilmiş “Venus” şirkətinin Baş vitse-prezidenti, X15 və Baş Meneceri tərəfindən Zərərçəkmiş şəxs ünvanlanmış 27 yanvar 2025-ci il tarixli məktubda göstərilmişdir ki, “Biz bununla təsdiq edirik ki, Venus – BL000519UR seriyalı Venus Bliss və LE604174UR seriyalı Venus Legacy cihazları üçün kodlar təqdim edib. Bu kodlar daimidir, heç bir məhdudiyyəti yoxdur və gələcəkdə heç bir problem yaratmayacaq. Biz əmin edirik ki, bundan sonra avadanlıqdan istifadə etmək üçün əlavə kodlara ehtiyac olmayacaq” (Cild 2;).

35. Müdafiəçi tərəfindən təqdim edilmiş 10 fevral 2025-ci il tarixli aktdan görünür ki, “BS Estetik” mərkəzdə yerləşən Zərərçəkmiş şəxs məxsus “Venus-Bliss” (BL000519UR) və “Venus-Legasy” (LE604174UR) cihazlarına mütəxəssis tərəfindən ömürlük kodlar yığılmaqla işlək vəziyyətə gətirilmiş, cihazlar açıldıqdan sonra işlədilmiş və iştirakçılar, yəni Müdafiəçi2, Zərərçəkmiş şəxs, digər iştirakçılar Şahid3 və X10 tərəfindən müşahidə edilmiş, cihazların işləməsində hər hansı problemin olması müəyyən olunmadığından bu barədə tərtib olunmuş akt adları yuxarıda qeyd edilən iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir (Cild 2;).

36. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim edilməklə tərəflərin iştirakı ilə tədqiq edilmiş 12 fevral 2025-ci il tarixli ərizələrdən görünür ki, ona dəymiş ziyan ödənilməklə Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir tələbi yoxdur. Mülki iddiasının baxılmamış saxlanılmaqla ödədiyi dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

41. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.3-cü maddəsinə görə dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

42. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

43. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

44. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

45. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

46. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

47. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından suiistifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.

48. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi). Qeyd edilən qərarın 33-cü bəndinin 2-ci abzasına əsasən dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir.

49. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə işlətdiyi gözəllik salonuna müəyyən cihazlar almaq istəyən Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında yaranmış işgüzar münasibətlərindən irəli gələn etibar və inamdan sui-istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxsi aldatmış və ələ keçirdiyi külli miqdarda pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin öz işlətdiyi gözəllik salonuna müəyyən cihazlar almaq istəməsindən sui-istifadə edərək ona xarici dövlətdən gətirilməli olan cihazları təklif edib qısa müddətdə hissə-hissə olmaqla həmin cihazların tam ödənişini ondan alaraq verdiyi vədə əməl etmədən əvvəlcədən ələ keçirmək istədiyi məbləği əldə etmək üçün cihazların ödənişinin cüzi hissəsini zərərçəkmiş şəxsdən aldığı pulların bir qismi ilə ödəyərək həmin cihazları ona təhvil verməklə zərərçəkmiş şəxsdə guya üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə dair daha da inam və etibar yaranmasına səbəb olmuş, bu barədə zərərçəkmiş şəxsə əvvəlcədən hər hansı məlumat vermədən təhvil verdiyi cihazların bir müddət kodla işlədikdən sonra düzələcəyinə bildirib aldadaraq əsl həqiqəti (həqiqi məlumatları-cihazlarının pulunun tam ödənilməməsi, bu səbəbdən xüsusi kod tələb edilməsi və sair) ondan gizlətməklə verdiyi vədə əməl etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi -zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq niyyətinin olmaması, o cümlədən sonuncudan aldığı ödənişin bir qismini guya Türkiyədəki işlərinə yatırım etməsi, lakin həmin yatırımının bataraq iflas etməsi və ya uğursuz kommersiya fəaliyyəti həyata keçirməsi, gəlirləri düzgün olmayan istiqamətlərə yönəltməsi nəticəsində borclanması ilə əlaqədar cihazların ödənişini tam edə bilməməsi, Şahid1 2000 manat ödəməsi və işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

50. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməl üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.

51. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək xarici dövlətdə yerləşən şirkətdən cihazlar alacağını bildirərək həmin cihazların ödənişini zərərçəkmiş şəxsdən tam şəkildə alıb firmaya cüzi miqdarda ödəniş edərək zərərçəkmiş şəxsdən əsl həqiqəti gizlətməklə verdiyi vədə əməl etməyib aldadaraq sonuncudan hissə-hissə almış olduğu cəmi 140.000 ABŞ dollarından 86.648 ABŞ dollarını həmin dövrün məzənnəsi ilə 147.301.6 manat pul vəsaitini qaytarmayıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 147.301.6 (yüz qırx yeddi min üç yüz bir) manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.

52. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və çoxsaylı şahid ifadələri, üzləşmə protokolları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.

53. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

54. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

55. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.

56. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

57. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddələsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

58. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

59. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

60. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

61. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməklə aradan qaldırılmasını, CM-in 59.2-ci maddəsinə əsasən 43 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, ailədə yeganə gəlir gətirən şəxsin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

62. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

63. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

64. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

65. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.

66. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən özünün qulluq mövqeyindən istifadə etməsini nəzərə alaraq onun müəyyən müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsini qanuna uyğun hesab edir.

67. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

68. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2024-cü il tarixdə barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmaqla 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 22 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 22 iyul 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

69. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək ümumi cəza müddətinə hesablanmalıdır.

70. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

71. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.

72. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

73. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

74. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

75. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.

76. Məhkəmə yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməklə sonuncuya dəymiş ziyanın tam şəkildə ödənilməklə aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, o cümlədən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, ailədə yeganə gəlir gətirən şəxsin olmasını, habelə məhkəmə icraatı dövründə davranışı nəzərə alınmaqla hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.

77. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də 1 (bir) azyaşlı uşağını və ümumilikdə ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir.

78. CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər.

79. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

80. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.

81. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir.

82. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

83. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 23 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi və aralarında olan səs yazılarının əks olunduğu 1 (bir) ədəd CD disk, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır.

84. İş üzrə mülki iddianın baxılmamış saxlanılması, üzərinə həbs qoyulmuş əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır.

85. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

86. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

87. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1(bir) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün həmin hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə olunsun və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın baxılmamış saxlanılması, maddi sübut olmaqla Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 23 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi və aralarında olan səs yazılarının əks olunduğu 1 (bir) ədəd CD diskin, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 1(bir) ədəd CD diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar