Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-408/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 4 noyabr 1968-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır: belə ki, o, 10 iyun 2020-ci il tarixdə günorta vaxtı istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,918 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroını və şəxsi istehlak miqdarından artıq miqdarda-0,28 qram narkotik vasitə olan metadonu Yevlax rayonu ərazisində əldə edib üzərində saxlamaqla daşımış və 13 iyun 2020-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanın qarşısında Siyəzən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, bu vaxt fürsət taparaq polis əməkdaşlarına hiss etdirmədən üzərində olan narkotik vasitənin bir hissəsini, yəni 7 ədəd həbdən ibarət ümumi miqdarı 0,28 qram təşkil edən metadonu udmuş, Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin inzibati binasına gətirildikdən sonra xidməti otaqda üzərində keçirilən şəxsi axtarış və götürmə nəticəsində əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibində saxladığı "Kent” markalı siqaret qutusunun içərisindən bır bükümdə qablaşdırılmış ayrılıqda təmiz çəkisi 2,739 qram, həmçinin həmin qabaq sağ yan cibin yuxarı hissəsində yerləşən nisbətən kiçik ölçülü ciblıkdən bir bükümdə qablaşdırılmış ayrılıqda təmiz çəkisi 0,179 qram olmaqla cəmi iki ədəd ayrı-ayrı bükümdə qablaşdırılmış ümumilikdə təmiz çəkisi 2,918 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, həmçinin Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində qeyd edilən fakt üzrə araşdırılan cinayət işi üzrə barəsində Yasamal Rayon Məhkəməsinin 15 iyun 2020-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın icrası ilə əlaqədar saxlanılması üçün təhvil verildiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensıar Xidmətin Bakı İstintaq Təcridxanasında 16 iyun 2020-ci ii tarixdə saat 11 radəiərində xüsusı otaqda təcridxananın əməkdaşları tərəfindən üzərinə keçirilmiş baxış nəticəsində düz bağırsağından 1 (bir) ədəd şəffaf sellofan bükülünün içərisində üzərində “F\M40” sözləri həkk olunmuş, boz rəngli, dairəvi formalı, təsiredıcı maddəsi metadonun ümumi miqdarı 0.28 qram olan zavod üsulu ilə hazırlanmış 7 (yeddi) ədəd həb aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, bir müddətdir kı, narkotik vasitə olan heroin ve marixuanadan istifadə edir; 10 İyun 2020-ci il tarixdə Yevlax şəhərində olan zaman özünə narkotik vasitə almaq qərarına gəlmiş və bunun üçün həmin gün saat 12 radələrində Yevlax şəhəri "Qaraçılar məhləsı" adlanan ərazidə, şəhər avtovağzalının yaxınlığında, üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi narkomana yaxınlaşmış və ona 125 manat pul verməklə ondan İki bükümdə narkotik vasitə olan heroin almış, narkotik vasitəni sonradan arxasınca hər dəfə getməməsi və az bir müddət ərzində az-az istifadə etməsi üçün bir az çox almış, aldığı narkotiki şalvarının sağ yan cibinə qoymuş, sonradan həmin narkotik vasitədən Yevlax şəhərində istifadə etmiş, daha sonra idarə etdiyi “KİA Optima” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmiş, bir qədər Bakı şəhərində istifadə etmiş, 13 iyun 2020-cı ıl tarixdə təxminən saat 21:00 radələrində “KİA Optima” markalı **- LH-*** dövlət nömrə nışanlİ avtomobillə Nizami metrostansıyasının yaxınlığına, sonradan ünvan öyrəndiyi yerə, yəni ünvan 5 gəlmiş, avtomobili saxlayıb mağazaya getmiş, həmin vaxt avtomobildə arvadı X10 da olmuş, avtomobildən düşüb yol ilə gedərkən özlərini Siyəzən rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşmış, ondan kim olduğunu soruşmuş, o, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, şəxsiyyət vəsiqəsini göstərmiş, polis əməkdaşları ondan bacanağı Natiq barədə soruşmuşlar, o, Natiqin olduğu yeri bilmədiyini, kirayə yaşadığı yeri dəyişdiyini demiş, söhbət zamanı suallara cavab verərkən o, narkotik vasitədən istifadə etdiyini, hal-hazırda üzərində narkotik vasitə olduğunu eğtoaf etmiş, onu Yasamal RPİ-nın 27-ci PB-yə dəvət etmişlər, dəvət edilmiş müdafiəçinin iştirakı ilə xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə keçirəcəklərini bildirmişlər, vəkil gəldikdən və ona təqdim edildikdən sonra bir daha üzərində qanunsuz saxladığı hər hansı əşya, narkotik maddə olub-olmadığını soruşmuşlar, o, narkotik vasitələrdən istifadə etdiyini, üzərində narkotik maddə olan heroin olmasını bildirmiş, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində bir ədəd büküm heroin olan "Kent” markalı siqaret qutusunu, həmin sağ yan cibin yuxarısında yerləşən kiçik ölçülü cibdə saxladığı bir ədəd sellofanda olan heroin bükümünü təqdim etmiş və həmin bükülüdə olan maddənin "kokos" deyilən heroin olduğunu, onu Yevlax rayonunda qaraçılar məhləsində tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 125 manata aldığını bildirmiş, həmin narkotiK vasitəni xəstə otduğundan özü istifadə etmək üçün əldə etmiş, üzərində saxlamış, saxlanılarkən və PByə gətirilərkən, eyni zamanda PB-də ona qarşı heç bir qanunsuz hərəkət olmamış, üzərindən aşkar edilmiş heroini siqaretin gümüşü kağızında qızdırıb tüstüsünü yumruladığı 1 manatlıq əskinasla nəfəsinə çəkmiş, bu baxımdan üzərindən aşkar edilmiş 1 manatlıq əskinasın daxili yanmış halda olmuş, 16 iyun 2020-ci il tarixdə saat 11:15 radələrində Yasamal RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilərkən düz bağırsağından aşkar edilmiş üzərində "M40" sözləri yazılmış 7 (yeddi) ədəd dərman preparatlarını 10 iyun 2020-ci ıl tarixdə Yevlax şəhərində heroini aldığı şəxsdən almış, alarkən həmin dərman preparatı 8 ədəd olmuş, birini saxlanılmamışdan əvvəl Bakı şəhərində qəbul etmiş, Siyəzən RPŞ-nin əməkdaşları ilk dəfə ona yaxınlaşıb özlərini təqdim edəndə polislər görmədən həmin dərman preparatlarını udmuş, sonradan heç bir polis əməkdaşına həmin dərman preparatlanı udduğunu deməmiş, Bakı İstintaq Təcridxanasına daxil olanda keçirilən yoxlama zamanı düz bağırsağından aşkar edilmişdir; 16 iyun 2020-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilərkən saat 11 radələrində üzərinə təcridxənanın əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı düz bağırsağından 14 iyun 2020-ci il tarixdə polislər tərəfindən saxlanılarkən udduğu 7 ədəd tablet formasında olan narkotik vasitə metadon aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş, protokolu imza edərək təsdiq etmiş, aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Siyəzən RPŞ-nin İstintaq X1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə hazırda istintaqı aparılan cinayət işində T.Baxşəliyevə narkotik vasitəni vermiş Azayev Natiq adlı şəxsin müəyyən olunaraq Siyəzən RPŞ-yə gətirilməsi barədə Siyəzən RPŞ-nin İstintaq Bölməsi tərəfindən əməliyyat tapşırığı verilmiş, tapşırığın icrası ilə əlaqədar olaraq əldə edilmiş məlumat əsasında Natiq Azayevin KİA Optima markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində hərəkətdə olması müəyyən edilmiş, N.Azayevi saxlamaq məqsədi ilə 13 iyun 2020-ci il tarixdə Siyəzən RPŞ CAB-m baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Bakı şəhərinə ezam olunmuş, qeyd edilən “KİA Optima” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili müşahidə etməyə başlamış, 13 iyun 2020-ci il tarixdə saat 21:00 radələrində “KİA Optima” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 6 ünvanda yolun kənarında görmüş, sürücü avtomobildən düşdükdə həmin şəxsin Natiq Azayev olmadığını görmüş, yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək Azayev Natiqin onun bacanağı olduğunu, həmin avtomobili arabir Natiqin də idarə etməsini bildirmiş, Natiq barəsində ətraflı məlumat almaq istədikdə Təqsirləndirilən şəxs Natiqlə danışmadığını, küsülü olduğunu bildirmiş, Əsəd cibindən “Kent” markalı siqaret qutusunu çıxarmış, qapağını açdıqda orada yumrulanmış, yəni boru halına salınmış 1 manatlıq əskinas, eləcə də 1 ədəd sellofan bükülünün olmasını görmüş, həmin pulun üst tərəfi yanmış halda olmasından söhbət etdiyi şəxsin narkotikdən istifadə etdiyini başa düşmüş, Təqsirləndirilən şəxs siqaret qutusunun işərisindəki bükülünün narkotik vasitə olduğunu və narkotik aludəçisi olduğu üçün özünə aldığını bildirmiş, Təqsirləndirilən şəxs öz avtomobilində Yasarnal RPİ-nin 27-ci PB-nə gətirmişlər, yolda olan zaman həmin şəxs özünün Yevlax rayon sakini Təqsirləndirilən şəxs olduğunu bildirmiş, polis bölməsinə gəldikdən sonra dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılmış, axtarış zamanı Əsədə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, həmin şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd əvvəlcədən görülən "Kent" rnarkalı siqaret qutusu çıxararaq təqdim etmiş, daha sonra eyni sağ üst balaca cibindən bir ədəd şəffaf selofan bükülünün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni çıxararaq təqdim etmiş, siqaret qutusunun içərisinə baxdıqda oradan bir ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs hər iki bükülüdə olan maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Yevlax rayonunda Qaraçılar Məhləsindən, Avtovağzalın yanında adını bilmədiyi şəxsdən aldığını bildirmiş, daha sonra həmin kütlələr 27-ci PB-nin tədqiqatçısı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş, bundan sonra tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə imza etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, 13 iyun 2020-ci il tarixdə iş yerində olarkən Siyəzən RPŞ-nin CAB-ın əməkdaşları Şahid3 və Şahid2 bölmə rəisinə raportla müraciət edərək bildirmişlər ki, Siyəzən RPŞ-nin icraatında Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaq aparılan cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxs X3 narkotik vasitənin Natiq Azayev tərəfindən satılması faktı üzrə onlar Natiq Azayevin “KİA Optima” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində hərəkətdə olmasını müəyyən etmiş, bundan sonra 13 iyun 2020-ci il tarixdə Bakı şəhərinə ezam olunaraq avtomobili müşahidəyə götürmüşlər, avtomobil həmin gün saat 21 radələrində Yasamal rayonu Ə.Hüseynzadə küçəsində dayanmış, sürücü yerə düşdükdə onlar həmin sürücüyə yaxmlaşaraq özlərini təqdim etmiş və sürücünün Natiq Azayev olmadığını gördükdə həmin sürücüdən Natiq Azayev barədə soruşmuş, sürücü Natiq Azayevin bacanağı olduğunu, avtomobilini bəzi hallarda idarə etməsi üçün Natiqə verdiyini bildirmiş, onlar sürücünün Yevlax şəhər sakini 4 noyabr 1968ci ıl təvəllüdlü Təqsirləndirilən şəxs olmasını müəyyən etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs suallara qeyri-adekvat cavab verərək özünü şübhəli aparmış, onlara narkotik vasitə aludəçisi olduğunu, hazırda üzərində narkotik vasitə olmasını bildirmiş, bu səbəbdən polis əməkdaşları Şahid3 və Şahid2 tərəfindən Yevlax şəhər sakini 4 noyabr 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bölməyə gətirilərək sonuncu ilə bağlı qanuni tədbirlərin görülməsini xahiş etmişlər, faktla bağlı araşdırılmanın aparılması ona həvalə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edilmiş, şübhəli şəxs qismində saxlanılaraq videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Kent” markalı siqaret qutusu və həmin şalvarın eyni cibin yuxarısında yerləşən "piştonçik" adlanan kiçik həcmli cibindən bir büküm təqdim etmiş, həmin maddələrin "kokos" deyilən narkotik vasitə olduğunu, həmin narkotik maddələri 10 iyun 2020-cı il tarixdə saat 12 radələrində Yevlax şəhəri "Qaraçılar məhləsi" adlanan ərazidə tanımadığı şəxsdən 1 qramı 25 manat olmaqla 125 manat pul verməklə aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmiş, o, əli ilə Əsədin üzərini yoxlamış, sonradan götürülmüş maddə zərfə qoyulmuş, protokol tərtib edildikdən sonra tədbir iştirakçıları zərfi imzalamış, baxışda Siyəzən RPŞ-nın CAB-ın əməkdaşları Şahid3 və Şahid2 iştirak etmiş, baxış qurtardıqdan sonra Təqsirləndirilən şəxs xidməti otağında əlini arxa sağ cibinə salaraq dəsmal çıxarıb alnındakı tərini silmiş, həmin vaxt Əsədin arxa cibindən yerə nəyinsə düşdüyünü müşahidə etmiş, yerə düşən əşyanın yumrulanmış və bir qədər bərkləşmiş halda olan 1 manatlıq olmasını görmüş, pula diqqətlə baxdıqda pulun hər iki tərəfinin qaraltı şəklində siqaret çəkdikdən sonra yaranan qaraltıya bənzər naqarlanmasını aşkar etmiş, baxış rəsmi olaraq başa çatdığı və protokollaşdırılıb imzalandığı üçün həmin pulu protokola daxil edə bilməmiş, pulu Təqsirləndirilən şəxs aldıqdan sonra sonradan istintaqa təqdim etməsi üçün otağında saxlamış, daha sonra istintaqa təqdim etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 16 iyun 2020-ci il tarixdə təxminən saat 11:15 radələrində DİN-in Yasamal RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman Əsəd Mahmudov bağırsağında narkotik vasitə gizlətdiyini bildirmiş, xüsusi otaqda düz bağırsağından 1 (bir) ədəd şəffaf sellofan bükülünün içərisində üzərində "M40" sözləri yazılmış 7 (yeddi) ədəd dairəvi formalı boz rəngli dərman preparatları çıxarıb təqdim etmiş, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş preparatları narkotik maddələrin aludəçisi olduğuna görə həbs olunmamışdan əvvəl tanımadığı şəxsdən aldığını, sonradan əlverişli şərait düşən zaman istifadə etməsi üçün sellofana bükülmüş halda udduğunu bildirmiş, Təqsirləndirilən şəxs bağırsağından çıxmış və istintaq orqanı tərəfindən götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükülünün içərisində üzərində "M40" sözləri yazılmış 7 (yeddi) ədəd dairəvi formalı boz rəngli dərman preparatları psixotrop və ya narkotik tərkibli olub-olmamasını, çəkisini müəyyən etmək məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyulmuş, müəssisənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir; protokol tərtib olunmuş, ucadan oxunmuş, hal şahidləri, iştirakçılar, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 16 iyun 2020-ci ii tarixdə təxminən saat 11:15 radələrində Yasamal RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı istintaq təcridxanasına təhvil verilmiş həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman hal şahidi qismində dəvət olunmuş, baxış zamanı sonuncunun düz bağırsağından 1 (bir) ədəd şəffaf sellofan bükülünün içərisində üzərində "M40" sözləri yazılmış 7 (yeddi) ədəd dairəvi formalı boz rəngli dərman preparatları aşkar olunub götürülmüş, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs dərman preparatlarını narkotik maddələrin aludəçisi olduğuna görə həbs olunmamışdan əvvəl tanımadığı şəxsdən aldığını bildirmiş, əlverişli şərait düşən zaman istifadə etməsi üçün sellofana bükülmüş halda udmuş, düz bağırsağından çıxandan sonra 7 (yeddi) ədəd dairəvi formalı boz rəngli dərman preparatlarının psixotrop və ya narkotik tərkibli olub-olmamasını, çəkisini müəyyən etmək məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə göndərilməsi məqsədilə onun, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə qablaşdırılmış, paketə qoyularaq möhürlənmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, bütün iştirakçılar və həbs olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, proses zamanı şikayət və təkliflər daxil olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Əhmədov X11 Məmmədovun və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 15 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 istintaq zamanı verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə aralaraında aparılan üzləşdirmə zamanı təsdiq etmişdir (1-ci cild iş vərəqi 148-151). İşdə olan 15 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki Şahid3 istintaq zamanı verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə aralaraında aparılan üzləşdirmə zamanı təsdiq etmişdir (1-ci cild iş vərəqi 144-146). İşdə olan 17 iyun 2020-ci il tarixli təqdim edilən sənədin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 istintaqa təqdim etdiyi yumrulanmış halda olan 1 manatlıq əskinas 13 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs arxa cibindən aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 192). İşdə olan 23 sentyabr 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 manatlıq əskinas iş üzrə maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 307). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 14 iyun 2020-ci il tarixli 6\1075 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №168" dairəvi möhür əksi olan və imzalar qeyd edilmiş zərfdə qablaşdırılmış ayrılıqda təmiz çəkiləri 2,739 qram, 0,179 qram ümumilikdə təmiz çəkisi 2.918 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 102-106). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 29 iyun 2020-ci il tarixli 6\1156 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ''Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65" dairəvi möhür əksi olan MEM-ə məxsus bir ədəd kağız paketin içərisində, üzərində adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2.699 qram, 0,139 qram ümumilikdə təmiz çəkisi - 2.838 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr tiryəkdən kustar üsulla hazırianmış narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (1-ci cild iş vərəqi 221-225). İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə 16 iyun 2020-ci il tarixli 458 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir (1-ci cild iş vərəqi 226-227). İşdə olan 1 avqust 2020-ci il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2,918 qram narkotik vasitə iş üzrə maddi sübut qsimində tanınmışdır (1-ci cild iş vərəqi 274). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 1987 saylı 10 iyul 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür (1-ci cild iş vərəqi 276-277). İş üzrə Təqsirləndirilən şəxs üzərinə 13 iyun 2020-ci il tarixdə Yasamal RPİ-nin 27ci PB-nİn əməkdaşları tərəfindən keçirilmiş şəxsi axtarışa dair video diskə baxış nəticəsində müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis əməkdaşlarının iştirakı ilə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində şəxsi axtarış keçirimiş; şəxsi axtarış zamanı tədqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb üzərində "Kent" yazılmış siqaret qutusunun içərisindən şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli maddəni və şalvarının sağ yan üst cibindən şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli maddəni təqdim edir; Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan "kokos" olmasını, öz istifadəsi əldə edib saxladığını bildirir; bundan sonra həmin maddə qablaşdırılaraq götürülür (1-ci cild iş vərəqi 288). İşdə olan 7 sentyabr 2020-ci tarixli maddi sübut qismində tanınma haqqında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın videogörüntüsünü əks etdirən bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 290). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 3 sentyabr 2020-ci il tarixli 6\1647 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in "Tədqiqat Obyekti 66 №-li" ştamp əksi ilə möhürlənmiş paketdəki, üzərində:" ..həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman..." yazısı olan zərfdə 6 ədəd üzərlərində "F/M40" yazısı həkk olunmuş boz rəngli dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatıdır və 6 ədəd həbdən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 0,24 qr təşkil edir (bir ədəd həbdə 0,04qr metadon olmaqla) İlkin tədqiqat zamanı 7 ədəd həbdən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 0,28qr. olmuşdur; (16 iyun 2020-cl il tarixli 6/1094 saili ekspert arayışı). Metadon adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in İİ siyahisına daxildir (1-ci cild iş vərəqi 309-313). İşdə olan 6 oktyabr 2020-ci il tarixli əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7 ədəd həb maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 314). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Tayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum edilmiş, 6 noyabr 2017-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan tutulma haqqında 13 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 86-87). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 iyun 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 178- 182). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 2.918 qram narkotik vasitə hesab olunan heroini və həmçinin tərkibindəki metadonun ümumi miqdarı 0.28 qram təşkil edən 7 ədəd həb məhz satış məqsədilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı sübut əldə edilməmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş naroktik vaitsəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı narkotik vasitələrin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə 1987 saylı 10 iyul 2020-ci il tarixli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüş, narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan amillərdən heç biri müəyyən edilməsə də, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə, «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, metadon narkotik vasitəsinin külli miqdarının aşağı həddi 1,6 qram müəyyən edilmişdir. Qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən təxminən 0,918 qram çox heroinin yalnız miqdarı, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir. Ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət töərtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli bilinir ondan ötrü ki, o, 10 iyun 2020-ci il tarixdə günorta vaxtı istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,918 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroını və şəxsi istehlak miqdarından artıq miqdarda - 0,28 qram narkotik vasitə olan metadonu Yevlax rayonu ərazisində əldə edib üzərində saxlamaqla daşımış və 13 iyun 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsindəki 55 saylı evin qarşısında Siyəzən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarına hiss etdirmədən üzərində olan narkotik vasitənin bir hissəsini, yəni 7 ədəd həbdən ibarət ümumi miqdarı 0,28 qram təşkil edən metadonu udmuş, Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin inzibati binasına gətirildikdən sonra xidməti otaqda üzərində keçirilən şəxsi axtarış və götürmə nəticəsində əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibində saxladığı "Kent» markalı siqaret qutusunun içərisindən bır bükümdə qablaşdırılmış ayrılıqda təmiz çəkisi 2,739 qram, həmçinin həmin qabaq sağ yan cibin yuxarı hissəsində yerləşən nisbətən kiçik ölçülü ciblıkdən bir bükümdə qablaşdırılmış ayrılıqda təmiz çəkisi 0,179 qram olmaqla cəmi iki ədəd ayrı-ayrı bükümdə qablaşdırılmış ümumilikdə təmiz çəkisi 2,918 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində qeyd edilən fakt üzrə araşdırılan cinayət işi üzrə barəsində Yasamal Rayon Məhkəməsinin 15 iyun 2020-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın icrası ilə əlaqədar saxlanılması üçün təhvil verildiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensıar Xidmətin Bakı İstintaq Təcridxanasında 16 iyun 2020-ci ii tarixdə saat 11 radəiərində xüsusi otaqda təcridxananın əməkdaşları tərəfindən üzərinə keçirilmiş baxış nəticəsində düz bağırsağından 13 tyun 2020-ci il tarixdə udduğu 01 (bir) ədəd şəffaf sellofan bükülünün içərisində üzərində "F\M40” sözləri həkk olunmuş, boz rəngli, dairəvi formalı, təsiredıcı maddəsi metadonun ümumi miqdarı 0.28 qram olan zavod üsulu ilə hazırlanmış 7 (yeddi) ədəd həb aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfı deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 13 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq təqsirli bilindiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 13 iyun 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2,778 qram narkotik vasitə heroin və üzərindən aşkar edilmiş 1 ədəd bükülmüş pul əskinası məhv edilməlidir; tərkibindəki metadonun ümumi miqdarı 0.28 qram təşkil edən 7 ədəd həbin ekspertiza tədqiqatından sonrakı qalıq 5 ədədi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməlidir; Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmənin videogörüntüsünü əks etdirən bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 352,46 (üç yüz əlli iki manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 2,778 qram narkotik vasitə heroin və üzərindən aşkar edilmiş 1 ədəd bükülmüş pul əskinası məhv edilsin; tərkibindəki metadonun ümumi miqdarı 0.28 qram təşkil edən 7 ədəd həbin ekspertiza tədqiqatından sonrakı qalıq 5 ədədi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin; Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmənin videogörüntüsünü əks etdirən bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 352,46 (üç yüz əlli iki manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-408/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-408/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver