Məhkəmə qərarları › İş №1(101)-408/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-408/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-408/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, X8 və X ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində üç azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 aprel 2025-ci il tarixdə, saat 14:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 5 aprel 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır.

2. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 8,791 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 3 aprel 2024-cü il tarixdə, saat 13:05 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin (bundan sonra mətndə - BBPİ-nin CAİ) və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Nərimanov RPİ-nin 18-ci PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilərək orada aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 8,791 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri Yasamal rayonu ərazisində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə 3 aprel 2024-cü il tarixdə BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və 18-ci PŞ-nin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisinə yollanmışlar. Həmin gün saat 12:00 radələrindən Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli “Chevrolet Cruz” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili izləməyə başlamışlar. Saat 13:05 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşmüş, onlar sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, gəzdirməsi və satışında şübhəli olduğunu bildirərək sonuncunu Nərimanov RPİ-nin 18-ci PŞ-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs anidən qaçmağa başlamışdır. Onlar da Təqsirləndirilən şəxs arxasınca qaçaraq saxlamaq istəyən zaman sonuncu daşlıqda yıxılaraq xəsarət almışdır. Onlar Təqsirləndirilən şəxs yerdən qalxmasına köməklik edərək sonuncunu saxlayıb idarə etdiyi avtomobilə əyləşdirmişlər. O da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş və Şahid1la Şahid2 onları müşayiət edərək Nərimanov RPİ-nin 18-ci PŞ-yə getmişlər. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Vəkil PŞ-yə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, sonuncu əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1(bir) ədəd elektron tərəzi, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofana bükülmüş büküm və arxa sağ cibindən isə siqaret qutusunu könüllü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sağ yan cibindən aşkar olunmuş bükülünün içərisindən tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini öz istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa hər hansı əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Nərimanov RPİ-nin 18-ci PŞ-də olarkən ona qarşı hər hansı zor tətbiq olunmamışdır.

4. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, Balaxanı qəsəbəsindəki çöl yolunda Fuadı saxlayaraq ona yaxınlaşıb özlərini təqdim etmiş, sonuncunun nədə şübhəli olmasını bildirdikdə o, qaçmağa başlamış, lakin qaçarkən yıxıldığından onu tutub avtomobilə mindirmiş, yanında da özü oturmuşdur. Fuadı Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirmiş, orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış istintaq hərəkəti aparılarkən üzərindəki gödəkçədən elektron tərəzi, şalvarının cibindən narkotik vasitə və siqaret aşkar edilmiş, şifahi sorğu zamanı o həmin narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 80 manata aldığını, lakin satışla məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, sonuncunun üzərindəki xəsarətlər onlardan qaçıb üzü üstə yerə yıxılarkən yaranmışdır. Təqsirləndirilən şəxs izlədikləri avtomobil onların özünə məxsus olmaqla ** AE *** dövlət qeydiyyat nömrəli olmuşdur. ** AP *** dövlət qeydiyyat nişanlı avtomobilin isə kimə aid olduğunu bilmir, həmin avtomobillə əməliyyat tədbirində iştirak etməmişdir. Əməliyyat tədbiri zamanı mobil telefonu polis şöbəsində otaqda qalmışdır. Təqsirləndirilən şəxs yalnız polis şöbəsinə gətirildikdən sonra orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Adətən, şübhəli şəxs polis şöbəsinə gətirildikdən sonra müdafiəçi çağırılır, sonuncu 15-20 dəqiqə ərzində gəldikdən sonra şəxsi axtarış istintaq hərəkətinin aparılmasına başlanılır. Təqsirləndirilən şəxs saxlanılmasından əvvəl onun keçmiş polis əməkdaşı olmasını bilməmişdir. Onlar Fuadı polis şöbəsinə sonuncunun avtomobili ilə aparmış, bu zaman sükanın arxasında Fuad özü olmuş, o (Şahid3) arxa oturacaqda oturmuş, onlara məxsus avtomobil isə arxasınca hərəkətdə olmuşdur. Fuadın avtomobil nömrəsi oğurlaması ilə bağlı onlara hər hansı məlumat daxil olmamışdır.

5. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə rəsi polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qırmızı rəngli avtomobildə hərəkət edən Fuadı təqib edərək izləmiş, sonuncu Balaxanı qəsəbəsi istiqamətində hərəkət edərkən onun 1(bir) bükümdə narkotik vasitə götürməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə götürərkən tutmaq istəyərkən qaçmış, lakin qaçdıqdan 5-6 metr sonra üzü üstə yerə yıxıldığından onu zərərsizləşdirib Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparmış, orada üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən elektron tərəzi, 1 bükümdə narkotik vasitə aşkar edilmiş, sonuncu narkotik vasitəni öz şəxsi istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Əməliyyat tədbiri təxirəsalınmaz olduğundan mobil telefonlarını polis şöbəsində qoyub çıxmışdır. Onlar əməliyyat tədbirinə bir avtomobillə getmiş, lakin hansı marka və modelli avtomobillə getmələrini xatırlamır. Fuadı öz avtomobili ilə polis şöbəsinə gətirmiş, lakin həmin vaxt həmin avtomobili kimin idarə etməsini xatırlamır. O, Fuadın avtomobilini idarə etməmiş, lakin onunla eyni avtomobildə şöbəyə getmişdir. Fuadın üzərinə döyərək narkotik vasitə qoyulmamış, onun hər hansı fiziki təzyiqə məruz qalmasının şahidi olmamış, habelə sonuncunun avtomobil nömrəsi oğurlaması barədə məlumatı yoxdur. Fuad saxlanılarkən onun keçmiş polis əməkdaşı olmasını bilməmiş, bu barədə özü sonradan demişdir.

6. Məhkəmədə şahid qismində dindirilmiş BBPİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və şahidlər Şahid3 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri zamanı Yasamal rayonundan etibarən izləmiş, şəxs həmin ərazidə hərəkətdə olduğundan onu orada saxlaya bilməmişlər. Onlar Təqsirləndirilən şəxs idarəyə məxsus “Nissan” və ya “Azsamand” markalı avtomobillərdən biri ilə izləmiş, ona yaxınlaşarkən sonuncu onlardan 3-4 metr kənara qaçıb daşlıq yerdə yıxılmışdır. O, polis şöbəsinə Təqsirləndirilən şəxsla eyni avtomobildə gəlməmiş, sonuncunu Qələndərlə Müşfiq aparmış, Fuadın avtomobilini kimin idarə etməsini, o cümlədən ** AE *** qeydiyyat nişanlı avtomobilin kimə məxsus olmasını xatırlamır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zorakılıq və ya digər təzyiq olmamışdır. O, Şahid4 adlı şəxsi tanımır. Fuadın keçmiş polis əməkdaşı olmasından, onun hansısa maşın nömrələrini oğurlamasından, eləcə də onun yıxılaraq xəsarət almasına dair akt tərtib edilib-edilməməsindən məlumatı yoxdur. Əməliyyat tədbiri zamanı üzərində işlək vəziyyətdə 055 210 04 20 mobil telefon nömrəsi olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolda qeyd edildiyi kimi, 15:00-da aparılmış, lakin protokolda “axşam süni işıqlandırma şəraitində” sözlərinin yazılmasından məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs şöbəyə aparılmasından nə qədər müddət sonra üzərində şəxsi axtarış aparılmasını dəqiq xatırlamır, lakin şöbəyə gətirilməklə istintaq hərəkətinin aparılması arasındakı müddət az olmuşdur. O, əməliyyat tədbirində iştirak edən digər polislərlə harada görüşüb Yasamal rayonuna getməsini xatırlamır.

7. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi izahatı, 4 aprel 2024-cü il tarixdə şübhəli və 5 aprel 2024-cü il tairxdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ev 96H ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ailəlidir və üç azyaşlı övladı vardır. Əvvəllər məhkum olunmamışdır. Təxminən bir neçə aydır narkotik vasitə olan heroindən istifadə etmişdir. Narkotik vasitəni əvvəllər tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə 3 aprel 2024-cü il tarixdə, günorta saatlarında narkotik vasitə almaq üçün Sabunçu rayonu Balaxanı qəsəbəsinə getmişdir. Oradan əvvəllər də bir neçə dəfə narkotik vasitə almışdır. Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 80 manata təxminən 9 qram narkotik vasitə olan heroin almışdır. Külli miqdarda heroin almaqda məqsədi bir neçə günlük narkotik vasitə istifadəsini qarşılamaq olmuşdur. Narkotik vasitə alan zaman ona narkotik vasitəni satan şəxs onu aldatmasın deyə üzərində tərəzi götürmüşdür. Alacağı narkotik vasitəni öncə elektron tərəzi vasitəsilə çəkib çəkinin yerində olduğunu gördüyü zaman narkotik vasitəni almışdır. Narkotik vasitəni aldıqdan sonra yaşadığı ünvana getmək üçün əsas yola doğru gedən zaman Balaxanı şossesi 15 ünvanında arxasınca kiminsə gəldiyini görmüş və gələn şəxslərin polis əməkdaşı olmasından şübhələndiyi üçün sürəti artırmağa başlamışdır. Arxasınca gələnlərin də sürətini artırdığını gördüyündən qaçmağa başlamışdır. Qaçan zaman ayağı daşa ilişərək yıxılmış və xəsarət almışdır. Bundan sonra arxasınca gələn şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyərək ona xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxt polis əməkdaşları ondan narkotik istifadəçisi olub-olmadığını soruşmuş, o da istifadəçi olduğunu, hal-hazırda üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparmışlar. Polis şöbəsinə çatdıqdan sonra hüquq və vəzifələri ona izah olunmuş, əlavə olaraq onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Daha sonra videoçəkilişlə üzərində olan əşyaları təqdim etməyi dedikdə, o, əynindəki qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzini, qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü və arxa cibindən siqaret qutusunu masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin maddəni haradan və kimdən almağını soruşanda, o həmin narkotiki bir neçə dəqiqə əvvəl Sabunçu rayonu Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, o təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Təxminən bir neçə aydır narkotik vasitə olan heroindən istifadə etsə də, heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Onu polis əməkdaşları saxlayan zaman və polis idarəsinə gətirilərkən ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. O, həmin narkotik vasitə olan heroini tanımadığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 80 manata öz istifadəsi üçün almışdır. O, polis əməkdaşlarının arxasınca gəldiyini və onu saxlayacaqlarını bildiyi üçün qaçmağa başlamış, qaçan zaman isə ayağı daşa ilişdiyindən yıxılaraq xəsarət almışdır. Onun narkotik vasitə istifadə etməyini heç kim bilməmişdir. O, həmişə narkotik vasitəni tək istifadə etmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 38-39; 56-58; 77-79;). 3 aprel 2024-cü il tarixli izahatı Təqsirləndirilən şəxs tərəfindən imzalansa da, 4-5 aprel 2024-cü il tarixli ifadələr F.S.Seyidov tərəfindən imzalanmaqdan imtina edilmişdir.

8. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarında olan aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.

9. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixdə, saat 13:05 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı şossesi 15 ünvanının yaxınlığında saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncudan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,791 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzinin aşkar edilərək götürülməsi faktına görə 4 aprel 2024-cü il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis mayoru X15 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

10. Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən imzalanmaqla tərtib edilmiş həmin PŞ-nin rəisinə ünvanlanmış 3 aprel 2024-cü il tarixli raportda göstərilmişdir ki, həmin tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-yə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qeyri-qanuni əldə etməsi, daşıması, saxlaması və satışı ilə məşğul olması, eləcə də sonuncunun 3 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı şossesi ünvanına gəlməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Odur ki, əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlama məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş edilir (Cild 1, i.v.3;).

11. Nərimanov RPİ-nin rəisi tərəfindən BBPİ-nin rəisinə ünvanlanmış 3 aprel 2024-cü il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu və Nərimanov rayonları ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə gəzdirməsi, saxlaması, daşıması və satışında şübhəli olmasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar sonuncunun əməlinin ifşa olunması və saxlanılması üçün Nərimanov RPİ-nin əməkdaşlarının Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş edilmişdir (Cild 1, i.v.4;).

12. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 3 aprel 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi polis polkovnikleytenantı Bayram Alıyev tərəfindən təsdiq edilərək Şahid3 rəhbərliyi ilə həmin şöbənin sahə rəisi polis mayoru X6 və BBPİ CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixdə, saat 13:05-də Sabunçu rayonu Balaxanı şossesi 15 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirilmişdir. Qeyd edilən qərarda “müəyyən etdim” hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə 3 aprel 2024-cü il tarixdə saat 12:30-da əməliyyat məlumatı daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da Bakı şəhəri Sabunçu rayonu Balaxanı şossesinə gələcəyi göstərilmişdir (Cild 1, i.v. 5-11;).

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 5(005)- 930/2024 saylı qərarından görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən qəbul edilmiş və həmin şöbənin rəisi polis polkovnik-leytenantı Bayram Alıyev tərəfindən təsdiq edilmiş 3 aprel 2024-cü il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 47-49;).

14. “Şübhəli şəxsin tutulması haqqında” 3 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Seyidov X13 RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis mayoru X15 tərəfindən həmin tarixdə, saat 14:20-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin tarixdə, saat 14:20-dən saat 14:40-dək protokol tərtib edilmişdir. Qərarın və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 3 aprel 2024-cü il tarixdə, saat 13:05-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.21;24;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 aprel 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilmiş müvafiq qərar əsasında həmin gün Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis mayoru X16 tərəfindən həmin şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid3 və sahə rəisi polis mayoru X4, eləcə də, BBPİ CAİ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində saat 15:00-dan 15:30-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan qara rəngli şalvarın arxa sağ yan cibindən ağ rəngli üzərində “Sobranie” yazısı olan siqaret qutusunu və əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Təqdim etmiş olduğu şəffaf rəngli sellofan bükümündə qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə heroin olmasını bildirərək həmin maddəni 3 aprel 2024-cü il tarixdə, günorta saatlarında Balaxanı adlanan ərazidən tanımadığı şəxsdən 80 manat pul müqabilində istifadə etmək məqsədilə aldığını, təqdim etdiyi elektron tərəzini isə həmin narkotik vasitənin qramını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmaqla üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında, axşam vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Sony” markalı mobil telefondan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu 1 (bir) ədəd DVD diskin protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 30; 32-34;).

16. “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 5 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X17 tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd fayldan ibarət DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 3 aprel 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nərimanov RPİ-nin 18-ci PŞ-də xidməti otaqlardan biridir. Videogörüntüdən təhqiqatçı Fərid Rəhimovun qarşı hissəsində masa arxasında əyləşmiş şəxs “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X11, ayaqüstə dayanmış əynində qara rəngli qısaqol gödəkçə və qara rəngli şalvar olan şəxs Təqsirləndirilən şəxs, digər şəxslər adları təhqiqatçı tərəfindən sadalanan Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi Şahid2, həmin şöbənin əməliyyat müvəkkili Şahid3 və BBPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili Şahid1dur. Videoçəkilişin davamında təhqiqatçı Fərid Rəhimov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli üzərində “Sobranie” yazısı olan siqaret qutusunu və əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni 3 aprel 2024-cü il tarixdə günorta saatlarında Balaxanı adlanan ərazidən tanımadığı şəxsdən 80 manat pul müqabilində şəxsi istifadə məqsədilə ələ etdiyini, elektron tərəzini həmin narkotik vasitənin qramını müəyyən etmək üçün istifadə etdiyini bildirməsi və həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi videogörüntü zamanı qeydə alınır. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin protokolu imzalamaqdan imtina etmişdir (Cild 1, i.v. 87-88;).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 4 aprel 2024-cü il tarixli, 6/1832 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 224” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 8,791 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 8,791 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 8,691 qram. Aparılmış tədqiqatın dəyərinin 110 (bir yüz on) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 41-45;).

18. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 4 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi istintaqın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin şöbənin müstəntiqi polis mayoru X17 tərəfindən cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 50; 53;).

19. “Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında” 4 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (Cild 1, i.v.63-64;).

20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 5 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin qərarı imzalamaqdan imtina etmişdir (Cild 1, i.v. 66-67;).

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 4(005)- 458/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 3 aprel 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək uşağını məktəbə aparıb qoyduqdan sonra bacısıgilə gedərkən yolda onun qarşısını 2 maşının kəsdiyini, daha sonra döyülərək Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparıldığını bildirərək barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, həmin məhkəmənin 30 may 2024-cü il tarixli 4(005)-720/2024 saylı qərarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, Müdafiəçi verdiyi vəsatətin dəlillərinə uyğun çıxış edərək qeyd etmişdir ki, “təqsirləndirilən şəxsin daimi yaşayış yeri var, ailəlidir, himayəsində 3 (üç) azyaşlı uşağı var və istintaqdan yayınmaq niyyəti yoxdur, əvvəllər polis orqanlarında xidmət edib. İşgəncə ilə imza atmağa məcbur olunub. Sonradan ifadəsini də təzyiq altında vermişdir. Hazırda işgəncə faktı ilə araşdırma gedir, videoçəkiliş keçirilərkən onun alnında hematoma görünür. Baxışda o, üzərindən narkotik vasitə, tərəzi və “Sobranie” markalı siqaret qutusunu təqdim edib. Çəkiliş 3 dəfə keçirilib, hər çəkilişdən sonra döyülüb və üzərində 24 ədəd xəsarət vardır. İş materiallarında narkotik vasitə və tərəzidən başqa heç bir sübut yoxdur…” Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, “Balaxanı qəsəbəsində onu 14 nəfər polis əməkdaşı zorla saxlamış və təzyiq altında imza etdirmişlər…”(Cild 1, i.v. 99-103; 162-166;).

22. “CD diskə baxış keçirilməsi haqqında” 24 aprel 2024-cü il tarixli protokolda göstərilmişdir ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış 1 (bir) ədəd CD diskə müstəntiq E.E.Həsənov tərəfindən baxış keçirilməsi zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı hal aşkar edilməmişdir (Cild 1, i.v. 129-130;).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 28 may 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 160-161;).

24. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X18 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını bildirməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş məlumat və müdafiəçisi Müdafiəçi müraciətləri əsasında aparılmış araşdırma zamanı fakt öz təsdiqini tapmadığından həmin xüsusat üzrə toplanmış 743-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X10” Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 21 may 2024-cü il tarixli, 566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: alın nahiyəsində piqmentasiya sahəsi və səthi əzilmiş yarası, sol qasıq nahiyəsində şişkinlik. 2615/2015 nömrəli 5 aprel 2024-cü il tarixli məhkumun tibbi kitabçasında göstərilən xəsarətlər: alın nahiyəsində sağ tərəfdə qartmaqlı yara və çapılmış qartmaqlı yara, boynun sağ tərəfində bənövşəyi rəngli qançır, sağ və sol çiyin nahiyələrində qırmızımtıl rəngli qançırlar, sol kürək nahiyəsində qırmızımtıl rəngli qançır, sağ kürək nahiyəsində bənövşəyi rəngli qançır, sol qulaqarxası nahiyədə sarımtıl rəngli, sağ qulaq seyvanında bənövşəyi rəngli qançır, sağ saidin ön və arxa səthində qartmaqlı yara, sağ əlin arxa səthində bənövşəyi rəngli qançır, döş qəfəsinin sağ tərəfinin aşağı səthində sarımtıl rəngli qançır, qarının sol nahiyəsində bənövşəyi rəngli qançır, sol qalça nahiyəsində iri həcmli şişkinlik, sağ topuqda çapıq toxumalar aşkarlandı. Sol xayada şişkinlik, sol qasıqüstü nahiyəsində çapıq toxuma. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənib, müddəti Təqsirləndirilən şəxs göstərdiyi 3 aprel 2024-cü il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq onların müxtəlif şəraitlərdə əmələ gəlməsi mümkün hesab edilməklə konkret törənmə şəraiti istintaq və təhqiqat yolu ilə dəqiqləşdirilə bilər (Cild 1, i.v. 167-170;).

25. Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi polis polkovnik-leytenantı Bayram Alıyevin 15 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur (Cild 1, i.v. 171;).

26. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 3 may 2024-cü il tarixli, 2935 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.172-173;).

27. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 3 may 2024-cü il tarixli 1247 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə soruşduqda ittihamla razı olmadığını, ona qarşı qərəzli hərəkətlər olduğunu vurğulayır (Cild 1, i.v.175-176;)

28. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X17 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1(bir) ədəd bükümdə təmiz çəkisi 8,791 qram olan narkotik vasitə heroin və 1(bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınmaqla ekspert tədqiqatlarından sonra qalıq qalmış 8,691 qram çəkidə narkotik vasitə heroin və 1(bir) ədəd elektron tərəzinin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1(bir) ədəd DVD formatlı diskin maddi sübut kimi tanınmaqla istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Eyni zamanda, həmin qərarla Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (Cild 1, i.v.177-186;).

29. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin İŞnin müstəntiqi polis mayoru X17 tərəfindən ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış, ********* saylı cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunaraq icraatına qəbul edilərək istintaqı davam etdirilir (Cild 1, i.v.188-189;).

30. “Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə yenidən ittiham elan edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs qərarı imzalamaqdan imtina etmişdir (Cild 1, i.v. 197-198;).

31. “Təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmək haqqında” 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs protokolda “İttihamı qəbul etmirəm. Belə ki, məni və Şahid4 avtomobil nömrələrinin oğurlanmasına görə qanunsuz tutublar. Şahid4 Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb, Yasamal Rayon Məhkəməsi həbsdən imtina etmişdir. Dəfələrlə döyülmüşəm və sənədlərlə imza etməyə məcbur ediblər. Cinayət işinə xitam verilməsini tələb edirəm.” məzmunlu əlyazma ilə qeydlər etmişdir.

32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.E.Həsənov tərəfindən 25 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 27 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.225-235;).

33. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 1(101)-1997/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2, 34-35;).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

34. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı 3 may 2024 və 20 iyun 2024-cü il tarixlərdə verdiyi ifadələri ilə (Cild 1, i.v.140-142; 208-210;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, iş materiallarında olan və imzaladığı Nərimanov RPİnin 18-ci PŞ-də vermiş olduğu yeganə etirafedici məzmunlu izahatını təsdiq etmir. Həmin izahatı təzyiq altında vermişdir. Belə ki, 3 aprel 2024-cü il tarixdə, saat 12:35 radələrində övladı Ümüdlə birlikdə yaşadığı evdən sonuncunu məktəbə aparmaq üçün çıxmış, təxminən saat 13 radələrində 20 nömrəli məktəbin qarşısında olmaqla övladını həmin məktəbə yola salmışdır. Daha sonra idarə etdiyi “Chevrolet Cruze” markalı **-SO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşərək “Azneft” dairəsi istiqamətində hərəkətə başlamışdır. Bakı Dəniz Vağzalının qarşısından keçən zaman 10- SV və ya SG-006 və **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu izlədiyini görmüşdür. O, hərəkətini davam etdirərək Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi istiqamətində getmişdir. Balaxanı qəsəbəsində olan zaman “Hyundai” markalı avtomobil onun qarşısını kəsmiş, o, sağ tərəfdən ötmə əməliyyatı edərək həmin avtomobilin yanından keçib getmişdir. Həmin vaxt **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. O, idarə etdiyi avtomobili yolun sağ hissəsində saxlamışdır. “Maxima” markalı avtomobil də, onun avtomobilinin yanında saxlanılmışdır. “Hyundai” markalı avtomobildə olan Hüseyn adlı polis əməkdaşı onun idarə etdiyi avtomobilə yaxınlaşaraq əlində olan görmədiyi alətlə sağ yan şüşəsini sındırmışdır. Hər iki avtomobildə olan 5-6 nəfər polis əməkdaşı onu idarə etdiyi avtomobildən düşürdərək döyməyə başlamış və onu məcburi şəkildə “Maxima” markalı avtomobilə əyləşdirib Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparmışdır. 18-ci PŞ-də olan zaman 14-15 nəfər polis əməkdaşları onu orada da döymüşdür. Qələndər adlı polis əməkdaşı ondan tərəzini və bir büküm narkotik vasitəni götürməyini tələb etmişdir. O, etiraz edən zaman isə onu yenə də döymüşlər. Ona hədə-qorxu gələrək onun idarə etdiyi avtomobildən avtomat çıxardacaqlarını bildirmişlər. O, yenə də həmin bükümü qəbul etməmişdir. Qələndər and içərək onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini və 48 saatdan sonra buraxılacağını demişdir. O, yenə də razılaşmadığı üçün bir daha döyülmüşdür. Təzyiqlərə dözməyərək məcbur olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşməyə razılıq vermişdir. Bundan sonra polis şöbəsinə vəkil dəvət olunmuş və videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. O, polislərin ona əvvəlcədən verdiyi narkotik vasitəni və tərəzini qolsuz gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Çəkiliş zamanı isə həmin narkotik vasitəni və tərəzini təqdim etmişdir. Bundan sonra sənədləşmə olmuş və o, məcbur olaraq həmin sənədləri imzalamış və onu Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinə gətirmişlər. Onu BBPİ-nin və 18-ci PŞ-nin Hüseyn və Məhərrəm adlı polis əməkdaşları döymüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə və tərəzi ona məxsus deyildir. O, polis əməkdaşlarının təzyiqi nəticəsində ilkin izahatında narkotik vasitənin və tərəzinin ona aid olduğunu bildirmişdir. Polis əməkdaşlarının onu nə üçün saxladığını bilməmişdir. O, ümumiyyətlə narkotik vasitə istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. O, özü də nə üçün narkotik vasitə ilə sənədləşdirildiyini bilməmişdir.

35. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, saxlanıldığı gün saat 12:40 radələrində oğlunu 20 nömrəli məktəb-liseyə apararkən avtomobilinin iki başqa avtomobil tərəfindən izlənildiyini görmüş, övladını məktəbə təhvil verdikdən sonra yoluna davam etmiş, bu zaman “Azneft” dairəsinin yaxınlığında qara rəngli “Hyundai” markalı avtomobilin onun avtomobilinin arxasında olduğunu görmüş, eyni zamanda “Nissan Maxima” markalı digər avtomobil isə onun avtomobilinin yanında durmuş, lakin həmin avtomobillərdən heç biri ona “saxla” əmri verməmişdir. O, Heydər Əliyev prospektində “Hyundai” markalı avtomobili görsə də, “Nissan” markalı avtomobili görməmiş, Koroğlu istiqamətində köməkçi yol ilə hərəkət edən zaman “Nissan“ markalı avtomobilin onun arxasında olduğunu, “Hyundai” markalı avtomobilin isə onun yanında getdiyini görmüşdür. Sabunçu rayonu Balaxanı qəsəbəsi 15 ünvanının yaxınlığında “Nissan” markalı avtomobil onun maşınını arxadan vurmuş, habelə sağa verən zaman onu maşında sıxmış, əhalinin içində söz deməyə imkan vermədən maşınının sağ tərəf şüşəsini sındırıb onu maşından düşürmüşlər. Həmin mülki geyimli təxminən 6 nəfər şəxs özlərini təqdim etmədən onu döyə-döyə “Nissan” markalı avtomobilə əyləşdirmiş, oradan Dərnəgül prospektinə, oradan isə Ulduz metrosu tərəfdən düşərək Heydər Əliyev prospektinə, oradan isə 18-ci PŞ-yə aparmışlar. Şöbədə bağlı otaqların birinə aparılaraq 8-9 nəfər polis əməkdaşı tərəfindən döyüldükdən sonra ona narkotik vasitə göstərib “bu narkotik vasitə səndən çıxıb” demiş, o isə qəti şəkildə həmin narkotik vasitənin özünə məxsus olmadığını dəfələrlə bildirmişdir. Orada Qələndər adlı polis əməkdaşı “Balamın, nəvəmin canı, sən bu narkotik vasitəni qəbul et, 48 saat ərzində sən buradan çıxacaqsan” demişdir. O, təkidlə həmin narkotik vasitənin ona aid olmadığını bildirmiş, lakin polis əməkdaşları dəyənəklə (dubinka) onun alnından vurmuşdur. Bundan sonra isə onu Fərid adlı təhqiqatçının otağına aparmış, sonuncu ona “Narahat olma, səni 48 saat ərzində buraxacaqlar” demiş, o isə yenə də narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitəni qəbul etmədiyini bildirmişdir. Bundan sonra onu 18-ci PŞ-nin rəisi Bayram müəllimin yanına aparılmış, sonuncu “onda bunun avtomobilindən “kalaşnikov” avtomatı çıxardın” demişdir. O, etirazını bildirdikdə onun qarşısında “ya silahı, ya da narkotik vasitəni qəbul etməsi” seçimi qoyulmuş, bu səbəbdən məcbur olub 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyinə dair sənədə imza çəkmişdir. Onun üzərinə videoçəkilişlə baxış keçirilmiş, Qələndər onun sağ cibinə 1 (bir) ədəd bükümdə narkotik vasitə qoyaraq 1 (bir) ədəd elektron tərəzi vermişdir. Videoçəkiliş zamanı Yusif, Qələndər və Müşfiq adlı polis əməkdaşları və Fərid adlı təhqiqatçı iştirak etmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl ondan videoçəkiliş zamanı bir büküm narkotik vasitəni 80 manata tanımadığı şəxsdən aldığını bildirməsi tələb olunmuşdur. Onu təxminən 20:35 və ya 21:35 radələrində müvəqqəti saxlama yerinə aparmış, həmin vaxt onun üst-başı qan içində, üzərindəki geyimlər isə pis vəziyyətdə olmuşdur. Bundan sonra təhqiqatçı Fərid müvəqqəti saxlama yerinə gəlib ona sənədlərə imza çəkdirmişdir. O, hər hansı müayinədən keçirilməmiş, yalnız prokurorluq əməkdaşları gələrək xəsarəti ilə bağlı onu müayinə etmişdir.

36. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, ali təhsilli olmaqla Təfəkkür Universitetini bitirmişdir. O, əvvəllər daxili işlər orqanlarında, əvvəlcə Nizami RPİ-nin cinayət-axtarış şöbəsində, daha sonra isə mühafizə polisində çavuş (serjant) olaraq xidmət etmiş, ümumilikdə isə 12 il 4 ay 3 gün müddətində polis əməkdaşı kimi fəaliyyət göstərmiş, ailə vəziyyəti ilə bağlı ərizə ilə müraciəti əsasında 3 avqust 2023-cü il tarixdə həmin orqandan xaric olunmasına dair əmr verilmişdir. O, hadisə gününədək narkotik vasitələrdən istifadə etməmiş, narkomaniya xəstəliyindən əziyyət çəkməməklə istifadəçisi olmaması isə ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Polis əməkdaşları onu “İnşaatçılar” prospektindən Zabrat qəsəbəsinə kimi avtomobil ilə izləmiş, həmin vaxt onun hər hansı şəxslə təması olmamışdır. O, ibtidai istintaqın ilkin mərhələsində ona qarşı göstərilən təzyiqlərə görə törətmədiyi əməli etiraf etmişdir. Üzərində mövcud olan bütün aşkar xəsarətlər polislər tərəfindən ona göstərilmiş fiziki təzyiqlər nəticəsində yaranmış, bu barədə barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəmədə bildirmiş, eləcə də prokurorluq orqanına müraciət etməklə araşdırma aparılmışdır. Onun nəyə görə saxlanılması ona aydın deyil, o cümlədən işdən xaric edildikdən sonra onun polis əməkdaşları ilə hər hansı problemi olmamış, ədavəti yaranmamış, heç vaxt tutulmamışdır. Onu izləyən maşın qara rəngli “Hyundai” markalı, dövlət qeydiyyat nişanı **-SG-*** olan avtomobil olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini əks etdirən videoçəkiliş 3 dəfə aparılmış, videogörüntülərdən görünən başındakı xəsarətlər polislər tərəfindən yetirilmiş, Şahid2 və Şahid3 onun saxlanılmasında, eləcə də döyülməsində iştirak etməmişdir. Tutularkən polis əməkdaşlarının deməsinə görə 43-cü PŞ-nin keçmiş əməliyyat müvəkkili Şahid4 avtomobilində olduğuna görə tutulmuşdur. Belə ki, *** ** ** saylı mobil telefon nömrəsi ona məxsusdur. Şahid1 tərəfindən ona qarşı təzyiq olunmuşdur. Polis əməkdaşları ondan Nurəddinin yerini soruşmuş, hətta onun telefonu ilə Nurəddinə mesaj da göndərmişdir. Polis əməkdaşları onun və Nurəddinin guya avtomobillərin nömrə oğurluğu ilə məşğul olmalarını bildirmişlər. O, tutulmamışdan əvvəl Nurəddinlə danışmış, sonuncu ilə uşağını məktəbə qoyduqdan sonra görüşüb çay içməyi planlaşdırmışdır. O, saat 13:00 radələrində tutulsa da, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti axşam saatlarında aparılmışdır. Sonda Təqsirləndirilən şəxs əməlində hər hansı cinayət tərkibi olmadığına görə ona bəraət verilməsini xahiş etdi.

37. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 3 aprel 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən idarəyə çağırılmış, orada Fuadı tanıyıb-tanımaması barədə soruşulduqda tanıdığını bildirmiş, Fuadın onda avtomobil nömrələri olmasını dediyi bildirilmiş, lakin o bu barədə hər hansı məlumatı olmadığını bildirmiş, araşdırma nəticəsində də onun günahının olmaması məlum olmuşdur. Onu buraxdıqdan sonra polislər rəhbərliyin göstərişinə əsasən onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə sənədləşdirməli olduqlarını demiş, o, təqdim olunan heç bir sənədə imza çəkməmiş, məhkəmə iclas zalından dərhal azad edilmişdir. 8 aprel 2024-cü il tarixdə atası vəfat etmiş, 5 gün polisdə saxlanıldıqdan sonra buraxılmış, prokuroruqda barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul olunmuşdur. O, 3 aprel 2024-cü il tarixdə, günorta saat 12dən sonra, təxminən saat 15-16 radələrində avtomobil qeydiyyat nömrələrinə görə şübhəli şəxs kimi saxlanılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Fuadı əvvəllər tanımaqla onunla yoldaşlıq münasibətində olmuş, sonuncu keçmiş polis əməkdaşı olmuş, onun narkotik vasitə istifadə etməsinin və ya satışı ilə məşğul olmasının şahidi olmamışdır. Onun avtomobil nömrələrinin oğurlanması barədə məlumatı olmamış, avtomobil nömrələrinin oğurlanması, sonradan həmin nömrələrin sahiblərindən pul tələb edilməsi barədə ona sual edilməmiş, yalnız avtomobil nömrələrinin olub-olmamasını soruşmuş, evinə gəlib baxış keçirmiş, lakin həmin fakt öz təsdiqini tapmamışdır. Polis əməkdaşları ona Fuadın avtomobil nömrələrinin onda olmasını dediyi bildirmiş, sonuncu ilə aralarında üzləşmə olmamışdır. Polislər onun həm evinə, həm də avtomobilinə baxış keçirmişdir. O, 3 aprel 2024-cü il tarixdən 8 aprel 2024-cü il tarixədək polis bölməsində saxlanılmışdır.

38. Müdafiə tərəfi cinayət işi materiallarında olan aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.

39. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 6(009)-83/2025 saylı qərarından görünür ki, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru Elvin Bəşirlinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 iyun 2024-cü il tarixli qərarı ləğv edilmiş və qeyd olunan şikayətə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirməklə hüquqi qiymət verilərək materiala əlavə edilməsi üçün Bakı şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, “hadisə Bakıxanov ərazisində olub, övladını məktəbə apardı və bu zaman gördü ki, arxadan tanımadığı iki ədəd “Hyundai” və “Nissan” markalı avtomobil “saxla” və “dayan” əmri vermədən qabağını kəsdilər. Döyüb 18-ci polis bölməsinə gətirdilər. Maşını da vurub sağ şüşəsini sındırdılar. Təxminən 14 polis əməkdaşı var idi və onu vurub bildirdilər ki, bu narkotik vasitənin onun olduğunu qəbul etsin. O isə qəbul etmədi. Başını vurub partlatdılar. Çəkiliş vaxtı da qeyd etdilər ki, narkotiklər onundur.”. Həmçinin həmin qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 iyun 2024-cü il tarixli qərar qəbul edilərkən işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, işin həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə bütün sübutlar tam əldə edilmədən, yoxlanılmadan və qiymətləndirilmədən, hadisə şahidlərinin izahatları alınmadan, kamera görüntüləri və tibbi sənədlər əldə edilib araşdırılaraq hüquqi qiymət verilmədən, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmadan, aparılan araşdırma zamanı şikayət üzrə mövcud hüquqi vəziyyətə kifayət qədər aydınlıq və müəyyənlik gətirilmədən əsassız qərar qəbul edilmişdir…(Cild 2;i.v.24-29;).

40. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X32 İdarəsi tərəfindən müdafiəçinin sorğusuna verilmiş 19 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, “Chevrolet” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil 3 aprel 2024-cü il tarixdə, saat 12:31:06-dan 13:29:36-dək müvafiq olaraq “İnşaatçılar Metrosunun qarşısı A.Abbasov küçəsi 1 - A.M.Şərifzadə küçəsi bina 58 yanı Azərnəşriyyat ist 1 - Yasamal rayonu Mətbuat prospekti Azərnəşriyyatin qarşısı Badamdar ist - Parlament pr 20 saylı məktəbin yaxınlığı Milli Məclis ist-Neftçilər prospekti Kukla teatrının yanı Azadlıq meydanı ist -Xətai rayonu Y.Səfərov küçəsi Azəriqaz SC-nin qarşısı H.Əliyev prospekti ist 1 - H.Əliyev prosepkti Ask Arena yaxınlığı X22 Limzanı ist əsas yol və Mərkəz ist - Babək prospekti Babək Plazanın yanı Xalqlar Dostluğu metrosu ist1” istiqamətlərində hərəkətdə olmuşdur (Cild 2, i.v.62-63;).

41. “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndəriməsi haqqında” 6 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X18 tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumat əsasında toplanmış 743-C-24 nömrəli material üzrə əlavə araşdırma aparılmaqla cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs yüngül dərəcəli bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, əlavə araşdırma zamanı material üzrə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının rəyi materiala əlavə edilmişdir. Belə ki, “Məhkəmə-Tibbi Ekspertiza və X10” X23 Nərimanov rayon şöbəsinin 9 oktyabr 2024-cü il tarixli, T649/2024 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 5 aprel 2024-cü ildə Bakı İstintaq Təcridxanasına daxil olarkən müayinə zamanı alın nahiyəsində sağda üzəri qartmaqlı yara, boynun sağ tərəfindən bənövşəyi rəngli qançır, sağ və sol çiyinlərində qırmızımtıl rəngli qançır, sağ kürəkaltı və sağ qulaq seyvanı nahiyəsində bənövşəyi rəngli, sol qulaqarxası nahiyədə sarımtıl rəngli qançır, sağ saiddə üzəri qartmaqlı yara, sağ əlin arxa səthində bənövşəyi rəngli qançır, döş qəfəsinin sağ tərəfində sarımtıl rəngli qançır, qarnın sol yan səthində bənövşəyi rəngli qançır, sol qalça nahiyəsində iri şişkinlik, sol qasıqüstü nahiyədə çapıq olması qeyd edilmişdir. 6 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı alın nahiyəsində sağda piqmentasiya sahəsi və çapıq, sol qasıq nahiyəsində şişkinlik aşkar edilmişdir. Qeyd edilən məhdud səthə malik küt əşyanın (əşyaları) təsirindən törənən xəsarətlərdən sıyrıq, çapıq və bənövşəyi rəngli qançırların yetirilmə müddəti müayinədən (istintaq təcridxanasında) 1-2 gün, sarımtıl rəngli qançırların yetirilmə müddəti 3-4 gün əvvələ uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların istər qərarda göstərilən şəraitdə, istərsə də öz boyu hündürlüyündən onların zərərçəkmişin özü tərəfindən yetirilə bilməsini inkar edir. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması müəyyən edilməmişdir (Cild 2;).

42. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 8 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı polis polkovnikleytenantı Təyyar Rzaquliyev tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə HK-1-3738 saylı material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-də olan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmamışdır (Cild 2;).

43. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 mart 2025-ci il tarixli, 6(005)- 53/2025 saylı qərarından görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı Təyyar Rzaquliyevin 8 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilərək toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissədində göstərilmişdir ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X7 Fuad Arif oğlunun şikayəti üzrə toplanmış RM-24/21 nömrəli material aidiyyəti üzrə icraatına daxil olduqdan sonra tərəfindən şikayət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, müvafiq şahidlər dinlənilməmiş, ziddiyyətlər dəqiqləşdirilməmiş və nəticədə heç bir araşdırma aparılmadan cinayət işinin başlanması rədd edilmiş və bu mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır (Cild 2;).

44. “Cinayət işinin icraatına hissəvi xitam verilməsi və cinayət işinin icraatının dayandırılması haqqında” 1 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis baş leytenantı X20 tərəfindən 5 aprel 2024-cü il tarixdə Şahid4 elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə təqsirləndirilən şəxs statusuna xitam verilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Şahid4 3 aprel 2024-cü il tarixdə, saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiləri nəticəsində saxlanılaraq polis şöbəsinə aparılmış və üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 4(dörd) ədəd bükümdə ümumilikdə 3,047 qram narkotik vasitə heroin aşakr edilərək götürülmüşdür (Cild 2;).

45. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 4(004)- 312/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid4 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin olunmamış, o, məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Şahid4 ona qarşı elan edilmiş ittihamda göstərilən əməl üzrə özünü təqsirli bilmədiyini, ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini,...., oğurluğu dostunun etdiyini, onun da keçmiş polis əməkdaşı olduğunu, həmin gün onunla birlikdə olduğunu, maşınla onları düşürüb getdiyini.... bildirmişdir. Həmçinin, qərarda göstərilmişdir ki, Şahid4 3 aprel 2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə iclasında iştirak edən müdafiəçi bildirmişdir ki, ....axtarışda iştirak etmiş, narkotik vasitənin Şahid4 cibindən çıxarıldığını görməmiş, o, gedəndə narkotik vasitə stolun üstündə olmuş, narkotik vasitənin cibindən çıxarıldığını görməmişdir. Həmçinin qərarda göstərilmişdir ki,...iş materiallarında olan 3 aprel 2024-cü il tarixdə, saat 20:20 radələrində BMV X7 markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qeydiyyat nişanını oğurlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid4 üzərində Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasında hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır.(Cild 2;).

46. Müdafiə tərəfinin vəsatəti əsasında müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefon nömrəsi 3 aprel 2024-cü il tarixdə, saat 14:39-da “Nazim Haciyev,Orucaliyev kuc 3"ABU" anten dairəsində olmuşdur.

47. Hökmün 15 və 16-cı bəndlərində qeyd edilmiş “Şəxsi axtarış və götürmə haqqında” protokola və həmin protokolun qeydə alındığı videogörüntüyə məhkəmə iclasında təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edildiyi iddia edilən “narkotik vasitəyə bənzər” kütlənin çəkisi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təhqiqatçı tərəfindən tərəzi ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə üzərindən aşkar edilmiş 1 (bir) ədəd ağ rəngli üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içərisi açılaraq həmin qutuya baxış keçirilməmişdir. Eyni zamanda, videogörüntülərdən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən həmin məcəllənin 246-cı maddəsinin tələblərinin izah edildiyi formal olaraq qeyd edilsə də, hər hansı izahın verilməməsi, o cümlədən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq və zorakılıq aktlarının olub-olmamasına dair sual verməməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs bədəni üzərində (alın nahiyəsində) aşkar gözlə müşahidə olunan xəsarətlərin olması, ona verilən suallara həddən artıq gərgin və həyəcanlı şəkildə cavab verməsi, hətta yaranmış gərgin şəraitlə əlaqədar ayaqlarının, eləcə də bədəninin bütövlükdə əsərək stressli vəziyyətdə olmasına dair ətrafa siqnal verməsi, ona verilən suallara göz təması qurmadan başını yelləyərək tabeçiliklə qısa və konkret cavablar verməsi, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılma vaxtının (başlama və bitmə saatları) bildirilməməsi görünür.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

49. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

50. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

51. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.

52. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 234.4.3-cü maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.

53. CM-in 234.4.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanusuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.

54. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.

55. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.7-1.0.11-ci maddələr).

56. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların” İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.

57. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) tələblərinə əsasən onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.

58. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

59. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

60. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.

61. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.

62. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

63. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

64. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı qanunsuz predmetin, o cümlədən ondan aşkar edilməsi iddia edilən narkotik vasitənin olmamasını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmaqla döyülməsi nəticəsində bədəninin iyirmi beşə yaxın nahiyəsindən xəsarətlər almasını, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən videoçəkilişdən də başının alın nahiyəsindən aldığı xəsarətlərin vizual olaraq aşkar şəkildə görünməsini, polis əməkdaşlarının onun üzərindəki xəsarətlərin qaçmağa cəhd edərkən 5-6 metrlik məsafədə daşlıq əraziyə yıxılmaqla almasını deməsinə baxmayaraq, onun diz və dirsək nahiyyətlərində hər hansı xəsarətin yaranmamasını, ümumiyyətlə həmin ifadələrin iş materiallarında olan məhkəmə-tibbi ekspertiza rəyləri ilə tam təkzib olunmasını, bununla bağlı prokurorluq orqanında qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın məhkəmə nəzarəti qaydasında araşdırmanın tam, hərtərfli və obyektiv aparılması səbəbindən ləğv edilməsini, habelə yenidən təhqiqat orqanında aparılmış “araşdırma” nəticəsində qəbul edilmiş “cinayət işinin rədd edilməsi haqqında” qərarın məhkəmə nəzarəti qaydasında təkrarən tam, hərtərəfli və obyektiv aparılmaması səbəbindən ləğv edilməsini, beləliklə Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalmasının, eləcə də aşkar xəsarətlərinin hansı şəraitdə və formada yetirilməsinin ümumiyyətlə araşdırılmamasını, iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 onun saxlanılmasında iştirak etməməsini, habelə sonuncuların bu həqiqəti gizlətmək məqsədilə ifadələrində “ağır” cinayət törətmiş şəxsin saxlanılması üçün təşkil edilmiş əməliyyataxtarış tədbirlərini mobil telefonlarını götürmədən getdiklərini, hətta onu saxladıqdan sonra onlardan “qaçmağa cəhd etmiş şəxsə” avtomobili idarə etməsini (Təqsirləndirilən şəxs məxsus avtomobillə) həvalə etdiklərini bildirmələrini, sonuncuların Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı ziddiyyətli ifadə verdiklərini, “Şəxsi axtarış və götürmə haqqında” protokolun əvvəlində istintaq hərəkətinin “3 aprel 2024-cü il tarixdə, saat 15:00-dan 15:30-dək” aparıldığı qeyd olunmasına baxmayaraq, protokolun sonunda istintaq hərəkətinin “axşam vaxtı, süni işıqlandırma şəraitində” aparılmasının qeyd olunmasını, bununla da Təqsirləndirilən şəxs gündüz vaxtı saxlanıldıqdan sonra “etiraf etməsi üçün hazır vəziyyətə gətirilənədək” üzərində zorakılıq tətbiq olunmasının təsdiq edilməsini, həmin təzyiqlərə dözməyərək videoçəkiliş zamanı etirafedici ifadələr verməsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli üstündə “Sobranie” yazısı olan siqaret qutusuna baxış keçirilmədiyini, onun əslində Şahid4 görə tutulmasını, hətta sonuncunun da onunla eyni gündə, lakin qısa müddət sonra (3 aprel 2024-cü il tarixdə, saat 18:00-da) saxlanılmasını, sonradan barəsində açılmış “qondarma” cinayət işinə xitam verilməsini və Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər.

65. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.

66. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmış, maddi sübut məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir.

67. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.

68. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixdə hər hansı qanuni əsas olmadan saxlanılaraq polis şöbəsinə gətirilmişdir; b) təhqiqatçı “Şəxsi axtarış və götürmə” istintaq hərəkətini həyata keçirərkən istintaq hərəkətinin keçirilmə tarixi və vaxtı (saatı) haqqında videoçəkilişdə ümumiyyətlə məlumat verməmiş, o cümlədən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan predmetin çəkisi ölçülməmiş, həmçinin ondan aşkar edilmiş üstündə “Sobranie” yazısı olan ağ rəngli qutunun içərisi açılmaqla həmin predmetə ümumiyyətlə baxış keçirməmişdir; c) Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun üzərində gözlə görünən aşkar xəsarətlərin hansı şəraitdə yaranmasına dair təhqiqatçı tərəfindən ona ümuiyyətlə hər hansı sual verilməmiş, bununla əlaqədar prokurorluq orqanında dəfələrlə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilməsinə baxmayaraq, həmin qərarlar məhkəmə nəzarəti qaydasında tam, hərtərəfli və obyektiv araşdırılmadığından ləğv edilmiş; d) Təqsirləndirilən şəxs hansısa avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması iddiası ilə bağlı saxlanılmış, həmin məsələ ilə bağlı Şahid4 də qanunsuz saxlanılaraq sonradan məhkəmə qərarı ilə buraxılmışdır. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur.

69. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.

70. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.

71. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs, habelə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadələri, xüsusilə də iş üzrə maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə olunmuş, habelə məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə ətraflı şəkildə tədqiq edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən videogörüntülərlə Təqsirləndirilən şəxs bədəninin vizual olaraq görünən nahiyələrində çoxsaylı xəsarətlərin olması, sonuncunun şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən etirafedici məzmunda ifadə verməsinə baxmayaraq, elə ibtidai istintaqın ilkin mərhələsindən etibarən ona təqdim olunmuş bütün prosessual sənədləri imzalamaqdan imtina etməsi, habelə məruz qaldığı zorakılıq barədə məhkəməyə, hüquq-mühafizə orqanlarına, eləcə də barəsində keçirilmiş ekspertizalar zamanı məlumat verməsi müəyyən edilmişdir. Belə ki, şəxsi axtarış və götürmə istintaq hərkətinin videogörüntülərini özündə əks etdirən məlumat daşıyıcısına məhkəmə iclasında təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən Təqsirləndirilən şəxs sifət və alın nahiyəsində vizual olaraq müşahidə oluna bilən çoxsaylı xəsarət izləri, eləcə də alın nahiyəsində olan həmin xəsarətləri örtmək üçün tibbi yara lentindən istifadə olunması, həmçinin Təqsirləndirilən şəxs mövcud gərgin şəraitlə əlaqədar stressdən ayaqlarının, eləcə də bütövlükdə bədəninin əsməsi, verilən suallara göz təması qurmadan yalnız yerə baxaraq qısa və konkret cavablar verməsi, təhqiqatçının ona prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsinin formal olaraq bildirilməsinə baxmayaraq, ətraflı şəkildə ona izah edilməməsi, habelə təhqiqatçı tərəfindən ona bədənində olan aşkar xəsarətləri hansı şəraitdə və necə almasına dair hər hansı sual verilməməsi, eyni zamanda təqdim olunmuş bütün predmetlərə ətraflı baxış keçirib təsvir etməli olduğu halda, yalnız Təqsirləndirilən şəxs “aşkar edilmiş” narkotik vasitə heroinə baxış keçirilməklə üstündə “Sobranie” yazısı olan siqaret qutusuna ümumiyyətlə baxış keçirilməməsi (hansı ki, məhkəmə və istintaq təcrübəsində məhz siqaret qutusunun içərisində narkotik vasitə və psixotrop maddələrin saxlanılmasına dair çoxsaylı hallara rast gəlinir) müəyyən edilmişdir. Bununla yanaşı, iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkəmə baxışı üzrə məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs avtomobillə Yasamal rayonundan etibarən Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı şossesi 15 ünvanınadək izlədiklərini, sonuncuya yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun qaçmağa cəhd edərkən “daşlıq yerə yıxılması” nəticəsində bədən xəsarətləri almasını, habelə onlardan qaçmağa cəhd etmiş şəxsin avtomobili ilə, hətta həmin avtomobili də yenidən onlardan qaçmağa cəhd etmiş şəxsə həvalə etdiklərini göstərərək birmənalı qarşılanması mümkün olmayan ziddiyyətli ifadələr vermişlər. Halbuki, həmin şahidlərin və Şahid1 “Təqsirləndirilən şəxs onlardan yayınmağa cəhd edib 5-6 metr qaçdıqdan sonra yıxılmasına” dair ifadəsində göstərdiyi xüsusatlar tərtib edilmiş hər hansı aktla və ya digər sənədlə təsdiq edilmədiyindən inandırıcı hesab olunmur və qeyd olunanlar Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyləri ilə tam təkzib olunmuşdur (bax hökmün 41-ci bəndinə - xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrin onların istər ibtidai araşdırma orqanının iddia etdiyi şəraitdə, istərsə də Təqsirləndirilən şəxs öz boyu hündürlüyündən yıxılaraq özü tərəfindən yetirilə bilməsini inkar edir). Eyni zamanda, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi izahatdan başqa əleyhinə istifadə edilə biləcək bütün prosessual sənədləri imzalamaqdan imtina etmiş, fiziki zorakılığa məruz qalmaqla döyülməsinə dair barəsində qətimkan tədbiri məsələsinə baxan məhkəməyə, o cümlədən müstəntiqə məlumat vermiş, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı müraciət etdiyi apellyasiya instansiyası məhkəməsində də zorakılığa məruz qalmasını bildirmiş, bununla da çoxsaylı müraciətləri əsasında prokurorluq orqanlarında dəfələrlə formal şəkildə yanaşılmaqla araşdırma aparılaraq cinayət işinin rədd olunması barədə qərar qəbul edilmiş, lakin həmin qərarlar tam, hərtərəfli və obyektiv araşdırma aparılmaması səbəbindən məhkəmə nəzarəti qaydasında hər dəfə ləğv edilməklə yenidən araşdırma aparılması məqsədilə geri qaytarılmışdır. Həmçinin, şahidlər Şahid3, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olarkən təqib edib saxladıqlarını bildirmələrinə baxmayaraq, sonuncunun idarə etdiyi həmin avtomobilə ümumiyyətlə baxış keçirilməmiş və ümumiyyətlə həmin avtomobillə bağlı məsələlərə aydınlıq gətirilməmişdir. Bununla da, məhkəmə kollegiyasında ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən narkotik vasitə heroinlə bağlı aradan qaldırılması mümkün olmayan ciddi şübhələrinin yaranmasına səbəb olmuşdur.

72. Məhkəmə, müdafiə tərəfinin təkidlə Təqsirləndirilən şəxs keçmiş polis əməkdaşı olan Şahid4 görə saxlanılmasını, habelə məhz baş verən avtomobil nömrələrinin oğurlanması ilə bağlı hadisələrinin üstünün açılması məqsədilə əvvəlcə Şahid4 olduğu yerin müəyyən edilməklə sonuncunun tutulması məqsədilə Təqsirləndirilən şəxs saxlanılmasını, daha sonra isə Təqsirləndirilən şəxs Şahid4 barədə məlumat alıb sonuncunun da eyni gündə, yəni 3 aprel 2024-cü il tarixdə, saat 18:00-da tutulmasına dair hissədə qeyd edir ki, həmin hal iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə öz təsdiqini tapmış, habelə məhkəmə iclasında tədqiq edilməklə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli 4(004)-312/2024 saylı qərarı ilə də Şahid4 Təqsirləndirilən şəxs saxlanılmasından qısa müddət sonra saxlanılması müəyyən olunmuşdur. Halbuki, ittiham tərəfindən müdafiə tərəfinin qeyd etdiyi həmin xüsusatlar hər hansı əks arqumentlə təkzib olunmamış, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları isə belə bir halın olmasına dair onlarda hər hansı məlumatın olmamasını bildirmiş, ibtidai istintaq orqanı tərəfindən isə müdafiə tərəfinin iddia etdiyi həmin hallara ümumiyyətlə münasibət bildirilməmişdir.

73. Bundan başqa, hökmün 16-cı bəndində qeyd edilən videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Fərid Rəhimov şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanması vaxtını bildirməmiş, şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən keçirilən istintaq hərəkətinin mahiyyətini Təqsirləndirilən şəxs ümumiyyətlə izah etməmiş, yalnız formal olaraq qeyd edilənlərin şübhəli şəxsə izah olunduğunu bildirsə də, hər hansı etirazının olub-olmamasını sonuncudan soruşmamış, onun sifət, eləcə alın nahiyəsində mövcud olan aşkar xəsarətlərin hansı şəraitdə yaranmasını, habelə ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq aktının tətbiq olunub-olunmamasını soruşmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş kimi qeyd edilən predmet tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə Təqsirləndirilən şəxs aşkar edilmiş üzərində “Sobranie” yazısı olan ağ rəngli qutunun içərisinə baxış keçirilməməklə yanaşı bu barədə tərtib olunmuş protokolda da hər hansı qeyd aparmamışdır. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi qənaətinə gəlməyə əsas verir.

74. Məhkəmə kollegiyası həmçinin xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hökmün 12-ci bəndində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əsas olan qərarda Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə 3 aprel 2024-cü il tarixdə, saat 12:30da əməliyyat məlumatının daxil olması, məlumatda sonuncunun həmin tarixdə, saat 13:00-da Bakı şəhəri Sabunçu rayonu Balaxanı şossesinə gələcəyinin göstərilməsi qeyd edilməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixdə, təxminən saat 12 radələrindən etibarən Yasamal rayonu ərazisindən izlənilməyə başlanılması və istintaq orqanının iddiasına əsasən saat 13:05-də artıq Balaxanı şossesində saxlanılması müəyyən edilmişdir. Eyni zamanda, hökmün 10-11-ci bəndlərində qeyd edilənlərə əsasən əməliyyataxtarış orqanı tərəfindən məhz Bakı şəhərinin Sabunçu və Nərimanov rayonları ərazisində əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə bağlı qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisindən artıq əməliyyat nəzarətinə götürülməsi müəyyən edilmişdir. Həmin hallar isə məhkəmə kollegiyasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əsas olan qeyd edilən qərar və digər materialların F.S.Seyidov artıq saxlanıldıqdan sonra formal olaraq tərtib edilməsinə dair haqlı olaraq şübhələr yaranmasına səbəb olur.

75. Halbuki, ittiham tərəfi təqsirləndirilən şəxsin bir saatdan artıq müddətdə uzun məsafədə izlənilməsini bildiyi halda, üzərində olması iddia edilən narkotik vasitə və elektron tərəzinin hansı səbəbdən hərəkətdə olarkən tullamaması və sair kifayət qədər ziddiyyətli məqamlara hər hansı digər sübutla aydınlıq gətirə bilməmişdir.

76. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.

77. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına ayrı-ayrılıqda verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin xüsusilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 3 aprel 2024-cü il tarixli izahatdan başqa, hər hansı əleyhinə olan sənədi, o cümlədən ifadələrini imzalamaqdan imtina etmişdir.

78. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici izahat və ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı toplanmış materiallar, o cümlədən “Şəxsi axtarış və götürmə haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.

79. Əksinə yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdikləri halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini mötəbər sübut sayır.

80. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid3, Şahid2 və X12 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.

81. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.

82. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdikdən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.

83. Avropa Məhkəməsinin presedent hüququna görə “Əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsrətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbbələri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, ondan Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır” (bax “Tomasi Fransaya qarşı iş”; “Aksoy Türkiyəyə qarşı iş”;).

84. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

85. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

86. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.

87. Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)).

88. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz.

89. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.

90. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

91. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.

92. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.

93. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

94. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).

95. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici izahatı sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı, etirafedici məzmunlu ifadələri isə Təqsirləndirilən şəxs tərəfindən imzalamaqdan imtina edilməklə, eləcə də həmin ifadələrdə göstərilənlərin iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.

96. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.

97. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

98. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.

99. CPM-in 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.

100. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.

101. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir.

102. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

103. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.

104. İş üzrə maddi sübut kimi tanınmış “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

105. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,691 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.

106. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.

107. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,691 qram olan narkotik vasitə heroin və 1(bir) ədəd elektron tərəzinin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması və həmin predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınsın. İş materiallarında olan 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar