Məhkəmə qərarları › İş №1(101)-409/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-409/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-409/2020 31.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokurorları, Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçiləri- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 və Azərbaycan-fars dillərinin tərcüməçisi X2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxx 1979-cu ildə Naxçıvan MR-nın Şərur rayonunun Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxoz adlanan ərazidə ünvansız evdə yaşamış, məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxx 1980-ci ildə İİR-nın Someesara şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, İran İslam Respublikasının Qəzvin şəhəri, Minudər rayonu, 7-ci Bədr küçəsi, mənzil 20 ünvanında yaşamış, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa şəxslərlə qabaqcadan əlbir olub başqa şəxslər tərəfindən Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 74 nömrəli binanın 14-cü mənzilindəki hamamın asma tavanının altında gizlədilmiş, çəkiləri ayrı-ayrılıqda 510 qram, 45 qram, 505 qram, 505 qram, 505 qram, 510 qram, 515 qram, 515 qram və 505 qram olmaqla 9 ədəd bağlamadakı ümumilikdə isə təmiz çəkisi 4115 qram təşkil edən, külli miqdarda narkotik vasitə olan tiryəki xx xxxx 2019-cu il tarixdə saat 22:00 radələrində birlikdə bir ədəd sellofan torbada qablaşdıraraq “Sail Laker ’S” markalı ayaqqabı qutusunun içərisinə, həmin qutunu isə üzərində “Coin” yazısı olan kağız torbaya qoyub Təqsirləndirilən şəxs2 müşahidəsi altında Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri Bakı şəhəri Nəsimi rayonunun S.Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsinədək daşıyıb həmin tarixdə saat 23:00 radələrində «Bəxtiyar» adı ilə şərti alıcı qismində təyin edilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməliyyat idarəsi hüquqpozmalarla mübarizə şöbəsinin rəisi Şahid1 satarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, Türkiyədə cəzaçəkmə müəssisəsində olan zaman Mehrac adlı şəxslə tanış olmuşdur. 2019-cu ilin may ayında Mehracla əlaqə saxlamışdır. Mehrac ona Bakı şəhərində olduğunu bildirib görüşməyi təklif etdi. O da Mehracla görüşüb nə üçün Bakıya gəldiyini soruşduqda, o, qardaşının həbs olunduğunu, bu səbəbdən gəldiyini bildirib, vəkil lazım olduğunu dedi. O, Mehraca tanıdığı hər hansı bir vəkilin olmadığını demişdir. Bir müddət sonra Mehracın dostu Kamran ona zəng edib görüşməyi təklif etdi. Kamran Mehracın tutulduğunu bildirib, azərbaycanca yaxşı danışa bilmədiyini, Mehraca vəkil tapdığını həmin vəkillə danışmaq üçün onunla birlikdə getməyi xahiş etdi. O, Kamranla razılaşıb 2-3 gündən sonra onunla vəkil bürosuna getmişlər. Vəkillə görüşdükdən sonra söhbət əsnasında Kamran ona tiryək olsa pula çevirməyin mümkün olub-olmadığını soruşduqda, o da İranda tanışı olduğunu, ona deyəcəyini, əgər sata bilərsə, müştəri göndərəcəyini demişdir. Kamran heç kəslə görüşə bilməyəcəyini narkotik vasitələri onun özünün çatdırmağını dedikdə o, razılaşmışdır. Həmin gün İranda tanış olduğu Həmid adlı şəxsə zəng edib onda tiryək olduğunu, ona müştəri tapa bilibbilməcəyini soruşduqda, o, müştəri göndərəcəyini dedi. O, Kamrana zəng edib müştəri tapdığını demişdir. Kamran ona təxminən dörd kiloqram tiryək olduğunu, həmin tiryəkin kiloqramını 6000 manatdan satacağını dedi. O, bunu Həmidə bildirmişdir. xx xxxx 2019-cu il tarixdə, saat 12:00 radələrində Həmid ona zəng edib nömrəsini müştəriyə verəcəyini, müştərilərə hər kiloqramı üçün 7500 manat dediyini, oradan 6000 manatın ona çatacağını dedi. O, Həmidin dediyi şəxsə zəng edib onunla danışmışdır. Bir qədər sonra həmin şəxs ona zəng edib harda görüşə biləcəklərini soruşduqda, ona “28 May” metro stansiyasının qarşısında görüşməyi təklif etmişdir. O, saat 21:00 radələrində Bəxtiyar adlı şəxslə görüşüb malı pulu qabaqcadan verdikləri halda verəcəyini demişdir. Bəxtiyar isə mala baxmadan pulu verməyəcəyini dedi. O, Kamrana zəng edib məsələni danışdıqda Kamran ona qayıtmağını tapşırdı. O da Kamranla 28 May metro stansiyasının yanında görüşüb ona malı verməsini və narahat olmamasını demişdir. Kamran razılaşdı, evinə gedib təxminən yarım saatdan sonra qayıtdı və ayaqqabı qutusunun içərisində olan tiryəki verdi. Saat 23:00 radələrində “28 May” metro stansiyasının qabağında narkotik vasitəni Bəxtiyar adlı şəxsə verəndə onu saxladılar və gömrük əməkdaşları olduğunu bildirib Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirdilər. Həmin narkotik vasitənin Azərbaycana xaricdən gətrilib-gətirlməməsindən və ya Azərbaycanda hazırlanılmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, dostu Mehracın xahişi ilə ona vəkil tutmaq üçün Azərbaycana gəlmişdir. İrandan Azərbaycana Astaradan keçmişdir. Azərbaycana gələrkən üzərindəki bütün əşyalar yoxlanılıb. Onun üzərində heç nə olmayıb. Mehrac ona zəng edib ona Pərvizin nömrəsini verib vəkillə görüşə onunla getməyi, Pərvizin ona kömək edəcəyini dedi. O, Pərvizlə birlikdə vəkilin yanına getmişdir. İki gün sonra Pərviz ona zəng vurub görüşməyi təklif etdi. Pərviz onun evinə qonaq gəldi və əlində gətirdiyi bağlamanı onun evində qoydu. Pərviz bağlamaların bir müddət onlarda qalmasını, gəlib götürəcəyini dedi. O, Pərvizdən həmin bağlamada nə olduğunu soruşmamışdır. Daha sonra Pərvizlə birlikdə şəhərə getmişlər. Gecə saat 3:00 radələrində evə qayıtmışlar. Həmin gecə Pərviz onlarda qalmışdır. Növbəti gün o, vəkilə zəng vurmuş, vəkil ona getməsini, özlərinin bu işlə məşğul olacaqlarını dedi. Saat 11:30 radələrində Pərviz ona zəng vurub onun yanına gəlmək istədiyini dedi. O, Pərvizə İrana qayıtmalı olduğunu deyib razı olmamışdır. Saat 17:00 radələrində Pərviz yenidən ona zəng vurdu, onun evində qoyduğu əşyaları saat 21:00 radələrində gəlib götürəcəyini dedi. O, da məcbur qalıb Pərvizi gözləmişdir. Pərviz yalan deyir. O, Pərvizin gətirdiyi bağlamalarda narkotik vasitə olduğunu bilməmişdir. Onun ümumiyyətlə Pərvizin həmin əşyaları nə edəcəyindən və Pərvizin tutulmasından xəbəri olmamışdır. Həmin narkotik vasitənin haradan və kim tərəfindən əldə edilməsindən məlumatsızdır. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli ifadələri elan olunub araşdırıldı. Həmin ifadələrində o, göstərmişdir ki, həyat yoldaşı, anası və 6 yaşlı uşağı ilə birlikdə İİR-sı Qəzvin şəhəri, Minudər rayonu, 7-ci Bədr küçəsi ev 20 ünvanında yaşayır. Fərdi qaydada paltar dükanlarından müxtəlif paltarların nümunələrini götürüb onları dərzidə tikdirərək satışını həyata keçirməklə məşğul olmuşdur. İlk dəfə 2019-cu ilin əvvəlində dostu Mehracın xahişi ilə Azərbaycana gəlmişdir. Mehrac təxminən 15 il olar ki, İİR-dan Tayland şəhərinə köçüb, arvadı və uşağı ilə birlikdə orada yaşayır. Mehracın atası öldüyü üçün İİR-na gəlmək istəmiş, lakin uzun ildir ki, İİR-dan çıxdığından İrana qayıtdıqda pasportunu əlindən alacaqlarından ehtiyatlanaraq İİR-na gedib-qayıtmağın yollarını onunla müzakirə etməsi üçün Azərbaycana gəlmişdir. O da bu səbəbdən də özü də Azərbaycana gəlmiş və onunla görüşmüşdür. O, Mehraca İİR-na getməməsini, anasını və bacısını bura çağırmağı və Azərbaycana gələndə onlarla burada görüşməsini izah etmişdir. Mehrac Azərbaycana gəlməmişdən bir gün qabaq o, Azərbaycana gəlmiş və ona “Gəncəli” otelin qarşısında günlük evlərdən günü 60 manatlıq kirayə ev tutmuşdur. Təxminən 14-15 gündən sonra onun anası, qardaşı və qardaşının həyat yoldaşı gəlmiş, onlar gəlməmişdən 2 gün qabaq özü İİR-na getmiş, Mehracın qardaşı Həmdullah metadon dərmanından istifadə etdiyindən, lakin Azərbaycanda həmin dərmanın qadağan edildiyini bilmədiyindən Azərbaycana gələndə çantasında metadon olduğu üçün onu gömrükdə saxlamışlar. Mehracın qardaşı Həmdullah tutulduğundan onun qardaşı, qardaşının arvadı və anası İİR-na geri qayıtmış, Mehrac isə qardaşı üçün vəkil tutub onu buraxdırması məqsədi ilə Azərbaycanda qalmışdır. Novruz bayramından təxminən 20 gün sonra Mehrac ona zəng edib qardaşı üçün vəkil tutduğunu, burada pulsuz qaldığını, qardaşının evində 10000 ABŞ dollar pulu olduğunu bildirib həmin pulu götürüb Azərbaycana gətirməyini və ona verməyini xahiş etmiş, o da gedib qardaşının oğlundan pulu sayıb götürmüşdür. Səhv etmirsə, ya 7000, ya da 10000 ABŞ dolları olmuş, təxminən Novruz bayramından 25 gün sonra Azərbaycana gəlmiş və Mehracla görüşüb pulu ona vermişdir. Mehrac artıq Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Azcar” avtomobil satış salonunun olduğu binada ayı 700 manata kirayə ev tutub orada qalmış, o da gələndə 4-5 gün onlarda qalmışdır. 4-5 gün onlarda qaldıqdan sonra İrana geri qayıtmış, Bakıda olanda qəlyan çəkmiş və çox xoşuna gəlmişdir. Ona görə də həm gəlib Bakıda qəlyan dükanı açmaq, həm də ailə üzvlərini Bakıda gəzmələri üçün gətirmək barədə düşünmüş, bu səbəbdən də ailəsi ilə birlikdə xx xxx 2019-cu il tarixdə Azərbaycan gəlmiş və “Avand” oteldə qalmışdır. Təxminən 4-5 gün Azərbaycanda qalıb İİR-na geri qayıtmış, İİRna getdikdən bir gün sonra Mehrac ona zəng edib qardaşına nə isə aparanda tutulduğunu və özünün də hazırda Bakı İstintaq Təcridxanasında olduğunu bildirib Bakıya gəlib ona hüquqi yardım göstərmək üçün Telman adlı vəkillə görüşməyini bildirmişdir. Azərbaycana gələndə Mehracın qardaşının oğlu ona yenidən 12000 ABŞ dolları pul vermiş və xx xxxx 2019-cu il tarixdə Bakıya gəlmişdir. Ailəsi ilə birlikdə Bakıya gələndə Mehrac ona kirayədə qaldığı evin açarını vermiş və otel tapa bilmədiyi halda evində qala biləcəyini bildirmişdir. Ona görə də evin bir açarı da onda olmuş, lakin Mehrac ona cəzaçəkmə müəssisəsinə narkotik vasitə apardığını bildirdiyindən evində nə isə qanunsuz bir şey olar deyə qorxduğu üçün gedib başqa bir evdə kirayədə qalmışdır. Sonra onun dediyi vəkili tapıb onunla görüşməyə getmiş, ona 1000 ABŞ dolları pul vermiş, 600 ABŞ dolları onun xidmət haqqına görə, 400 ABŞ dolları pulu isə Mehraca və qardaşı Həmdullaya çatdırması üçün vermişdir. Sonra Mehrac zəng edib onun Azərbaycan dilində yaxşı danışa bilmədiyini bildirib vəkillə danışmağa onun Bakıda olan dostu Pərvizlə getməyini bildirmiş və Pərvizin nömrəsini ona vermişdir. O da Pərvizə zəng edib Mehracın dostu olduğunu bildirib görüşməyi təklif etmiş və o da “28 Mall” ticarət mərkəzində olduğunu bildirmişdir. O da gedib onunla görüşmüş və Mehracın nə üstündə tutulmasını ona bildirmişdir. Sonra birlikdə gedib Xırdalan pivəsi içmişlər və ona birlikdə gedib vəkillə danışmağı təklif etmişdir. Ertəsi gün birlikdə vəkillə danışmağa getmiş, vəkil Pərvizi yanına buraxmamış, ona görə də onunla tək söhbət etmişdir. Vəkil bu işin yaxşı iş olmadığını bildirmiş, sonra Pərviz vəkillə arasında nə söhbət olduğunu soruşanda ona “vəkilin xoşuna gəlmədi səni ora aparmağım” deyə cavab vermişdir. Hadisədən təxminən 2-3 gün qabaq Pərviz zəng edib onunla görüşməyi təklif etmiş, onlar birlikdə görüşəndə Pərviz ona “Mehracın tiryək narkotik vasitəsi var idi, mən ona müştəri tapmışam” demiş, özü isə “mən bu işi bilmirəm, amma Mehrac zəng edəndə ondan soruşaram, amma sən bu işlərə qarışma, mən də bu işlərdən uzağam” deyə cavab vermişdir. Ertəsi gün Mehrac ona zəng etmiş və Pərvizin dediklərini Mehraca çatdırmışdır. Mehrac da “əgər narkotik vasitəyə müştəri tapıbsa satsın, ancaq ehtiyatlı olsun” demiş, lakin Pərvizə zəng vurmamış, çünki Pərvizin bu söhbəti unutduğunu düşünmüşdür. Sonra Pərviz ona zəng etmiş və “nə oldu ağa, sən Mehracla danışdın” deyə soruşmuş, özü isə ona “bu iş bizlik deyil, sən də bu işi görmə, mənim də uşağım xəstədir, bəlkə mən də 3-4 günə İİR-na gedəcəyəm” demiş, Pərviz isə artıq danışdığını, həmin adamların etibarlı adam olduqlarını və ona inanmağını bildirmişdir. xx xxxx 2019-cu il tarixdə, saat 14 radələrində Mehrac ona zəng edib narkotik vasitənin kirayədə qaldığı evin hamamında qapının sağ tərəfindəki tavanda olan lampanın altında olduğunu demiş, Pərviz ona zəng edib müştərilərin narkotik vasitəni görmək istədiklərini bildirmiş, özü isə Pərvizə “qayıt gəl, boş ver bu işi” demişdir. 28 May metro stansiyasının yanında görüşüb evə getmiş, sonra stul götürüb hamama daxil olmuş, stulu saxlamış, Pərviz isə qalxıb tavanda olan lampanın altında gizlədilmiş 7 bağlamada olan narkotiki çıxarmışdır. Onlar həmin bağlamaları ayaqqabı qutusunun içərisinə qoymuş, Pərviz onunla birlikdə lakin bir qədər aralıda getməsini, əgər dava edərsə gəlib ona köməklik etməsini xahiş etmiş, ona görə də Pərviz öndə, özü isə 20-30 metr arxada “28 May” metro stansiyası istiqamətində getmişlər. Pərviz “28 May” metro stansiyasının qarşısında narkotik vasitəni verəndə səs-küy gəlmiş və ora çox adamın gəldiyini görüb qorxduğu üçün çıxıb getmişdir. Çantası həmin evdə olduğundan gedib çantasını götürmüş və İİR-na qayıtmaq üçün taksiyə əyləşib avtovağzala getmişdir. Orada bir taksiyə əyləşib Astara gömrük İdarəsinə getmiş, orada gömrükdə onu saxlamışlar və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirmişlər. Mehrac narkotik vasitənin kimin tərəfindən qeyd edilən yerdə gizlədildiyi barədə ona heç nə deməmiş, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin əldə edilməsinin, saxlanılmasının, daşınmasının və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qanunla qadağan olduğunu bilmiş, Həmid adlı şəxsi tanımamış və kim olduğunu da bilməmişdir. Həmin narkotik vasitənin satılmasından əldə ediləcək gəlirdən ona pay çatması nəzərdə tutulmamış, lakin narkotik vasitənin satılmasından sonra Mehracdan əziyyətinə görə 1000 manat pul istəyəcəyini düşünmüşdür. Narkotik vasitələrdən, psixotrop və ya güclü təsir edən maddələrdən istifadə etmir, əvvəllər də istifadə etməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar, Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsi ilə əlaqədar tanıyır. Aralarında yaxınlıqları və ədavətləri yoxdur. 2019-cu ilin iyun ayının əvvəllərində Pərviz adlı şəxsin külli miqdarda narkotik vasitələrə Həmid adlı İran vətəndaşının vasitəsi ilə alıcı axtarması barədə məlumat daxil oldu. xx xxxx 2019-cu il tarixdə idarənin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və X5 iştirakları ilə əməliyyat qrupu yaradıldı. O, həmin əməliyyat tədbirinə “Bəxtiyar” adı ilə şərti alıcı qismində daxil edildi. O, İran vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitəsini almağa hazır olduğunu bildirib onlarda nə qədər narkotik vasitə olması ilə maraqlandıqda Həmid Pərvizdə dörd kiloqram tiryək olduğunu dedi. Ondan narkotik vasitənin qiyməti ilə maraqlandıqda kiloqramını 7500 manata satacağını dedi. Həmin gün saat 20:00 radələrində bir nəfər zəng edib Pərviz olduğunu və Həmidin əmanətinin onda olduğunu dedi. Bir neçə dəqiqədən sonra Pərvizə zəng edib harada görüşə biləcəklərini soruşduqda Pərviz “28 may” metro stansiyasının yanında görüşə biləcəklərini dedi. Saat 21:00 radələrində, “28 may” metro stansiyasının yanında Pərvizlə görüş zaamanı Pərviz pulu qabaqcadan ona verdikləri halda narkotik vasitəni gətirə biləcəyini dedi. O isə malı görməyincə pulunu verməyəcəyini deyib getmişdir. Saat 22:00 radələrində Pərviz zəng edib narkotik vasitənin onda olduğunu bildirib bir neçə dəqiqədən sonra “28 May” metro stansiyasının yaxınlığına gətirəcəyini bildirdi. Təxminən 23:00 radələrində Pərviz əlində bir torba ilə “28 may” metro stansiyasının qarşısına gəldi. Onunla söhbət edərək narkotik vasitəni gətirib-gətirmədiyini soruşmuş, o isə narkotik vasitənin əlində olan kağız torbanın içərisindəki ayaqqabı qutusunda olduğunu dedi. O, işarə vermiş və əməliyyatda iştirak edən əməkdaşlar gəlib Təqsirləndirilən şəxs1 gömrük əməkdaşı olduqlarını bildirərək onu saxlayıb narkotik vasitənin olduğu torba ilə birlikdə Əməliyyat-İstintaq Baş İdarəsinə gətirdilər. İdarədə Təqsirləndirilən şəxs1 götürülmüş kağız paketə baxış keçirildi. Baxış zamanı üzərində “Coin” yazısı olan kağız torbanın içərisində olan və üzərində “Sail Lakers” yazısı olan ayaqqabı qutusundan üzərində “Angel” yazısı olan sellofan bağlama aşkar edildi. Sellofan bağlama açıldıqda onun içərisindən 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilenə bükülmüş tiryək narkotik vasitəsinə oxşar maddələr aşkar edildi. Bağlamalar elektron tərəzidə çəkildi, çəkiləri ayrı-arılıqda 522, 526, 515, 513, 513, 513, 518, 519 və 49 qram qram təşkil etdi. Sorğu zamanı Pərviz narkotik vasitəsini İran vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyini dedi. Aparılan hərəkətlərə dair protokol tərtib edildi, bütün iştirakçılar protokolu imzaladılar. Özü isə narkotik vasitənin Azərbaycana xaricdən gətirilib-gətirilməməsini bilmir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar, Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsi ilə əlaqədar tanıyır. Aralarında yaxınlıqları və ədavətləri yoxdur. O, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat idarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2019-cu ilin iyun ayının əvvəllərində Pərviz adlı şəxsin külli miqdarda narkotik vasitələrə Həmid adlı İran vətəndaşının vasitəsi ilə alıcı axtarması barədə məlumat daxil olmuşdu. xx xxxx 2019-cu il tarixdə baş idarə rəisi tərəfindən qeyd edilən narkotik vasitələrin dövriyyədən çıxarılması məqsədi ilə onun və idarənin əməkdaşlarının iştirakları ilə əməliyyat qrupu yaradıldı. Şahid1 əməliyyat tədbirinə “Bəxtiyar” adı ilə şərti alıcı qismində daxil edildi. Malik İran vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitəni almağa hazır olduğunu bildirdikdə həmin şəxs Bakıda olan Pərviz adlı şəxsdə dörd kiloqram tiryək olduğunu bildirdi. Şahid1 narkotik vasitənin qiyməti ilə maraqlandıqda o, kiloqramını 7500 manata satacağını dedi. Həmin gün saat 20:00 radələrində bir nəfər Şahid1 zəng edib Pərviz olduğunu və Həmidin əmanətinin onda olduğunu bildirdi. Malik onunla əlaqə saxlayacağını dedi. Təxminən bir neçə dəqiqədən sonra Malik Pərvizə zəng edib harada görüşə biləcəklərini soruşdu, Pərviz isə “28 may” metro stansiyasının yaxınlığında görüş təyin etdi. Saat 21:00 radələrində, “28 May” metro stansiyasının yanına getmişlər. Malik Pərvizlə görüşdü, Pərviz pulu qabaqcadan istədi. Malik razılaşmadı və “malı” görməyincə pulu verməyəcəyini bildirib getdi. Həmin gün, saat 22:00 radələrində Pərviz zəng edib narkotik vasitənin onda olduğunu, bir neçə dəqiqədən sonra “28 May” metro stansiyasının qarşısına gətirəcəyini dedi. Onlar həmin yerə gedib Pərvizin gəlməsini gözləməyə başlamışlar. Saat 23:00 radələrində Pərviz əlində torba ilə “28 may” metro stansiyasının qarşısına gəldi və Maliklə görüşdü. Həmin vaxt Malik işarə verdiyindən onlara yaxınlaşıb Təqsirləndirilən şəxs1 gömrük əməkdaşı olduqlarını bildirib onu saxlamışlar. Pərvizi gətirdiyi torba ilə birlikdə Əməliyyat-İstintaq Baş İdarəsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs1 götürülmüş kağız paketə baxış keçirildi. Baxış zamanı üzərində “Coin” yazısı olan kağız torbanın içərisində olan və üzərində “Sail Lakers” yazısı olan ayaqqabı qutusundan üzərində “Angel” yazısı olan sellofan bağlama aşkar edildi. Sellofan bağlama açıldıqda onun içərisindən 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilenə bükülmüş tiryək narkotik vasitəsinə oxşar maddələr aşkar edildi. Bağlamalar elektron tərəzidə çəkildi, çəkiləri ayrı-arılıqda 522, 526, 515, 513, 513, 513, 518, 519 və 49 qram təşkil etdi. Sorğu zamanı Pərviz narkotik vasitəsini İran vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyini dedi. Aparılan hərəkətlərə dair protokol tərtib edildi, bütün iştirakçılar protokolu imzaladılar. Şahid2 ifadələrində göstərdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməliyyat idarəsi əməliyyat axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar, Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsi ilə əlaqədar tanıyır. Aralarında yaxınlıqları və ədavətləri yoxdur. 2019-cu ilin iyun ayının əvvəllərində Pərviz adlı şəxsin külli miqdarda narkotik vasitələrə Həmid adlı İran vətəndaşının vasitəsi ilə alıcı axtarması barədə məlumat daxil olmuşdu. xx xxxx 2019-cu il tarixdə baş idarə rəisi tərəfindən qeyd edilən narkotik vasitələrin dövriyyədən çıxarılması məqsədi ilə onun və idarənin əməkdaşlarının iştirakları ilə əməliyyat qrupu yaradıldı. Şahid1 əməliyyat tədbirinə “Bəxtiyar” adı ilə şərti alıcı qismində daxil edildi. Şahid1 İran vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitəni almağa hazır olduğunu bildirdikdə həmin şəxs Bakıda olan Pərviz adlı şəxsdə dörd kiloqram tiryək olduğunu bildirdi. Şahid1 narkotik vasitənin qiyməti ilə maraqlandıqda o, kiloqramını 7500 manata satacağını dedi. Həmin gün saat 20:00 radələrində bir nəfər Şahid1 zəng edib Pərviz olduğunu və Həmidin əmanətinin onda olduğunu bildirdi. Malik onunla əlaqə saxlayacağını dedi. Təxminən bir neçə dəqiqədən sonra Şahid1 Pərvizə zəng edib harada görüşə biləcəklərini soruşdu, Pərviz isə “28 may” metro stansiyasının yaxınlığında görüş təyin etdi. Saat 21:00 radələrində, “28 May” metro stansiyasının yanına getmişlər. Malik Pərvizlə görüşdü, Pərviz pulu qabaqcadan istədi. Malik razılaşmadı və “malı” görməyincə pulu verməyəcəyini deyib getdi. Həmin gün, saat 22:00 radələrində Pərviz zəng edib narkotik vasitənin onda olduğunu, bir neçə dəqiqədən sonra “28 May” metro stansiyasının qarşısına gətirəcəyini dedi. Onlar həmin yerə gedib Pərvizin gəlməsini gözləməyə başlamışlar. Saat 23:00 radələrində Pərviz əlində torba ilə “28 may” metro stansiyasının qarşısına gəldi və Maliklə görüşdü. Həmin vaxt Malik işarə verdiyindən onlara yaxınlaşıb Təqsirləndirilən şəxs1 gömrük əməkdaşı olduqlarını bildirib onu saxlamışlar. Pərvizi gətirdiyi torba ilə birlikdə Əməliyyat-İstintaq Baş İdarəsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs1 götürülmüş kağız paketə baxış keçirildi. Baxış zamanı üzərində “Coin” yazısı olan kağız torbanın içərisində olan və üzərində “Sail Lakers” yazısı olan ayaqqabı qutusundan üzərində “Angel” yazısı olan sellofan bağlama aşkar edildi. Sellofan bağlama açıldıqda onun içərisindən 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilenə bükülmüş tiryək narkotik vasitəsinə oxşar maddələr aşkar edildi. Bağlamalar elektron tərəzidə çəkildi, çəkiləri ayrı-arılıqda 522, 526, 515, 513, 513, 513, 518, 519 və 49 qram təşkil etdi. Sorğu zamanı Pərviz narkotik vasitəsini İran vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyini dedi. Aparılan hərəkətlərə dair protokol tərtib edildi, bütün iştirakçılar protokolu imzaladılar. Şahid3 ifadələrində göstərdi ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində böyük əməliyyat müvəkkili vəzifəsində işləyir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar, Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsi ilə əlaqədar tanıyır. Aralarında yaxınlıqları və ədavətləri yoxdur. 2019-cu ilin iyun ayının əvvəllərində Pərviz adlı şəxsin külli miqdarda narkotik vasitələrə Həmid adlı İran vətəndaşının vasitəsi ilə alıcı axtarması barədə məlumat daxil oldu. xx xxxx 2019-cu il tarixdə baş idarə rəisi tərəfindən qeyd edilən narkotik vasitələrin dövriyyədən çıxarılması məqsədi ilə onun və digər əməkdaşların iştirakları ilə əməliyyat qrupu yaradıldı. Şahid1 əməliyyat tədbirinə “Bəxtiyar” adı ilə şərti alıcı qismində təyin edildi. Şahid1 İran vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitəni almağa hazır olduğunu bildirdikdə həmin şəxs Pərviz adlı şəxsdə 4 kiloqram tiryək olduğunu, kiloqramının 7500 manata olduğunu dedi. Həmin gün saat 20:00 radələrində Pərviz Şahid1 zəng edib Həmidin dediyi adam olduğunu və tiryəkin onda olduğunu bildirdi. Malik Pərvizdən harada görüşə biləcəklərini soruşduqda, Pərviz isə “28 may” metro stansiyasının yaxınlığında görüşə biləcəklərini dedi. Saat 21:00 radələrində, “28 May” metro stansiyasının yanına gedib Pərvizi gözləmişlər. Pərvizlə görüş zamanı Pərviz pulu qabaqcadan istədi. Malik isə tiryəki görməyincə pulu verməyəcəyini bildirib getdi. Həmin gün, saat 22:00 radələrində Pərviz zəng edib narkotik vasitənin onda olduğunu və “28 May” metro stansiyasının qarşısına gətirəcəyini dedi. Saat 23:00 radələrində Pərviz əlində torba ilə “28 may” metro stansiyasının qarşısına gəldi və Maliklə görüşdü. Həmin vaxt Malik işarə verdi, onlara yaxınlaşıb Təqsirləndirilən şəxs1 gömrük əməkdaşı olduqlarını bildirib onu saxlamışlar. Pərvizi gətirdiyi torba ilə birlikdə Əməliyyat-İstintaq Baş İdarəsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs1 götürülmüş kağız paketə baxış keçirildi. Baxış zamanı üzərində “Coin” yazısı olan kağız torbanın içərisində olan və üzərində “Sail Lakers” yazısı olan ayaqqabı qutusundan üzərində “Angel” yazısı olan sellofan bağlama aşkar edildi. Sellofan bağlama açıldıqda onun içərisindən 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilenə bükülmüş tiryək narkotik vasitəsinə oxşar maddələr aşkar edildi. Bağlamalar elektron tərəzidə çəkildi, çəkiləri ayrı-arılıqda 522, 526, 515, 513, 513, 513, 518, 519 və 49 qram təşkil etdi. Sorğu zamanı Pərviz narkotik vasitəsini İran vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyini dedi. Aparılan hərəkətlərə dair protokol tərtib edildi, bütün iştirakçılar protokolu imzaladılar. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 götürülmüş kağız torbaya baxış keçirilməsində iştirak etmişdir. Digər Təqsirləndirilən şəxs2 tanımır. Aralarında yaxınlıqları və ədavətləri yoxdur. xx xxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində bir nəfər “28 May” metro stansiyasının yaxınlığında avtomobilinə əyləşərək Mətbuat prospektində yerləşən nəşriyyatın yanına sürməyi xahiş etdi. O, həmin şəxsi dediyi yerdə aparımışdır. Həmin vaxt avtomobilinin mühərriki dayandı. Ona kömək etməsi üçün dostu Elxanı köməyə çağırmışdır. Elxanın köməyi ilə nəqliyyat vasitəsini işə sala bilmişlər. Saat 24:00 radələrində bir nəfər ona yaxınlaşaraq özünün gömrük əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirərək bir şəxsdən içərisində narkotik vasitə olması ehtimal edilən torba götürdüklərini, hazırda həmin torbaya baxış keçirilməli olduğunu və qanunvericiliyin tələbinə əsasən həmin baxışda 2 nəfər hal şahidinin iştirak etməli olduğunu bildirib onların həmin baxışda hal şahidi qismində iştirak etmələrini xahiş etdi. Onlar da etiraz etməmiş və həmin gömrük əməkdaşı ilə birlikdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsininə getmişlər. Orada Təqsirləndirilən şəxs1 və iki nəfər gömrük əməkdaşı da var idi. Onların da iştirakı ilə üzərində “Coin” yazısı olan kağız torbaya baxış keçirildi. Baxış zamanı üzərində “Coin” yazısı olan kağız torbanın içərisində olan və üzərində “Sail Lakers” yazısı olan bir ədəd ayaqqabı qutusundan üzərində “Angel” yazısı olan bir ədəd sellofan bağlama aşkar edildi. Sellofan bağlama açıldıqda isə onun içərisindən 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilenə bükülmüş tiryək narkotik vasitəsinə oxşar maddələr aşkar edildi. Qeyd edilən bağlamalar elektron tərəzidə çəkildi. Baxış keçirilməsinə dair protokol tərtib edidli və onlar da protokolla tanış olub onu imzalamışlar. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 götürülmüş kağız torbaya baxış keçirilməsində iştirak etmişdir. Digər Təqsirləndirilən şəxs2 tanımır. Aralarında yaxınlıqları və ədavətləri yoxdur. xx xxxx 2019-cu il tarixdə, saat 23:30 radələrində dostu ona zəng edərək Mətbuat prospektində yerləşən nəşriyyatın yanında avtomobilinin xarab olduğunu bildirib, kömək etməyini xahiş etdi. O, həmin yerə getmişdir. Saat 24:00 radələrində bir nəfər onlara yaxınlaşaraq gömrük əməkdaşı olduğunu, baxış keçirilməli olduğunu və həmin baxışda hal şahidi qismində iştirak etmələrini xahiş etdi. Onlar etiraz etməmiş və gömrük əməkdaşı ilə birlikdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasınına getmişlər. Orada Pərvizin və gömrük əməkdaşlarının iştirakı ilə üzərində “Coin” yazısı olan kağız torbaya baxış keçirildi. Baxış zamanı üzərində “Coin” yazısı olan kağız torbanın içərisində olan və üzərində “Sail Lakers” yazısı olan bir ədəd ayaqqabı qutusundan bir ədəd üzərində “Angel” yazısı olan sellofan bağlama aşkar edildi. Həmin sellofan bağlama açıldıqda isə onun içərisindən 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilenə bükülmüş tiryək narkotik vasitəsinə oxşar maddələr aşkar edildi. Qeyd edilən bağlamalar elektron tərəzidə çəkildikdə onların ayrı-ayrılıqda qablaşdırmaları ilə birlikdə çəkiləri 522, 526, 515, 513, 513, 513, 518, 519 və 49 qram təşkil etdi. Sonda aşkar edilən narkotik vasitəyə bənzər maddələrə baxış keçirilməsinə dair protokol tərtib edildi və onlar da protokolla tanış olub onu imzaladılar. Məhkəmədə ifadələri elan olunub araşdırılmış şahid X6 göstərmişdir ki, ailəsi ilə birlikdə Tailand Respublikası, Bankok şəhəri, Psiek Raçada prospekti Kasa Kando yaşayış məntəqəsi, ev 566/18 ünvanında yaşamışdır. 2019-cu ilin fevral ayında qardaşı Həmdullah üzərində dərman olması səbəbindən gömrükdə saxlanıldığı və həbs olunduğu üçün onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Azərbaycan Respublikasına gəlmiş, bir müddət Azərbaycanda qalacağından ünvan 2 ünvanında kirayə ev tutub orada qalmağa başlamışdır. 2019-cu ilin may ayında Həmdullahın dostları aparıb qardaşı Həmdullaha çatdırması üçün bir bağlama vermiş, Həmdullahın dostlarının verdiyi sovqatı Bakı İstintaq Təcridxanasında yoxladıqda sovqatın içərisində olan coraba hopdurulmuş vəziyyətdə tiryək aşkar edildiyindən onu da tutmuşlar və hazırda Sabunçu rayon məhkəməsində barəsində olan cinayət işinin məhkəmə istintaqı aparılır. Həbs olunmamışdan təxminən 2 gün əvvəl dostu Kamran ailəsi ilə birlikdə istirahət etmək məqsədi ilə Azərbaycana gəlmiş, həmin vaxt Kamran qalmağa otel tapa bilmədiyini bildirdiyindən evin bir açarını da ailəsi ilə həmin mənzildə qalsın deyə ona vermişdir. Sonra da dostu Kamranın da narkotik vasitəyə görə saxlanıldığını eşitmişdir. Təqsirləndirilən şəxs1 təxminən 7-8 il bundan qabaq qardaşının işlədiyi oteldə görüb tanımış və söhbət əsnasında aralarında münasibət yarandığından bir-birlərinə mobil telefon nömrələrini vermişlər. Azərbaycanda tutulduqdan sonra Kamranı ona kömək etməsi üçün çağırdıqda və Kamran Azərbaycan dilində danışa bilmədiyindən Pərvizə zəng edib Kamrana vəkillə danışdıqda ona köməklik etməsini xahiş etmişdir. Kamranın nə üçün Təqsirləndirilən şəxs1la birlikdə qeyd edilən narkotik vasitəni onun tapşırığı ilə kirayədə qaldığı mənzildə hamamın tavanında lampanın altından götürərək Təqsirləndirilən şəxs1 verdiyini bildirməsinin səbəbini bilmir. Məhkəmədə ifadələri elan olunub araşdırılmış şahid X13 istintaq zamanı ifadələrində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Səhhəti ilə əlaqədar müvəqqəti olaraq işləməsə də, bacısının adına olan, lakin Rusiyada yaşayan qardaşı Vüsal Musayevə məxsus ünvan 4 ünvanını kirayəyə verərək dolanışığını təmin edir. Təxminən 3 ay bundan əvvəl həmin mənzili icarəyə verməyi barədə maklerə müraciət etmiş, həmin ərəfələrdə Ziyadə adlı qadın bir nəfər Türkiyə Respublikası vətəndaşının kirayə ev axtardığını və evə baxmaq istədiyini bildirmiş, odur ki, onlar görüşmüş və birlikdə gedərək ona evi göstərmişdir. Adını Meraj kimi təqdim edən həmin şəxs evi kirayə tutmağa razılaşdığından onlar aralarında kirayə müqaviləsi bağlamış və evi ona təhvil vermişdir. Təxminən 10 gündən sonra evin vəziyyəti ilə maraqlanmaq məqsədi ilə kirayə verdiyi mənzilə getmiş, qapını döysə də qapını açan olmamış, binanın mühafizəçisi ilə maraqlandıqda həmin mənzilə heç kimin gəlib-getmədiyini bildirmişdir. O da ehtiyat açar olduğundan evə baş çəkmək üçün açarı evdən götürüb gəlmiş və qapını açmaq istəyəndə kilidin dəyişdirildiyini görmüşdür. Təxminən 20 gün və ya 1 aydan sonra ona zəng gəlmiş və o telefona cavab verdikdə bir nəfər Merajın dostu olduğunu, Türkiyə Respublikasının vətəndaşı olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Onlar İnqilab küçəsindəki “Neptun” marketin qarşısında görüşmüş, həmin şəxs oraya bir taksi avtomobilində gəlmiş, kirayənin 2-ci ayının pulunu ona vermişdir. Merajın harada olması ilə maraqlandıqda o, Merajın ailəsi ilə birlikdə Türkiyədə istirahət etdiyini bildirmiş, özü isə ona Merajın qayıtdığı halda onunla əlaqə saxlamasını demişdir. Ona icazəsi olmadan nə üçün kilidi dəyişdiklərini irad da tutmuş, o, isə Merajın 1 həftə və ya 10 günə gələcəyini və gəldiyi halda onunla əlaqə saxlamağı ona deyəcəyini bildirmişdir. Sonradan Kamranın özünün də gəlib həmin mənzildə qaldığını eşitmiş, onunla görüşdükdən təxminən 2 gün sonra isə müstəntiq ona zəng etmiş və evə baxış keçirmək üçün onu evin yanına dəvət etmişdir. Sonra da onun da iştirakı ilə evə baxış keçirilmiş, lakin evdən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Sonda evə baxış keçirilməsinə dair protokol tərtib edilmiş və onlar da protokolla tanış olub onu imzalamışlar. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə şahid X7 arasında üzləşdirmə aparılmış, Təqsirləndirilən şəxs2 əvvəlki ifadələrini təsdiq etməyərək və fərqli ifadə verərək hadisədən 1 gün əvvəl Təqsirləndirilən şəxs1 Mehracın kirayədə qalması üçün icarəyə götürdüyü evinə qonaq qismində gəldiyini və ertəsi gün işi olduğunu bildirib çıxıb getdiyini, həmin gün saat 12 radələrində Pərvizə zəng edib evdən çıxmaq istədiyini bildirdiyini və harada olması ilə maraqlandıqda Təqsirləndirilən şəxs1 1-2 satlıq işi olduğunu bildirib gözləməyini xahiş etdiyini, həmin gün saat 17-18 radələrində gəldiyini və çantanı götürəndə narkotik vasitənin alğı-satqısı ilə məşğul olduğunu bildirdiyini, özünün isə ona belə işlərlə məşğul olmasını irad tutduğunu, özünün belə işlərdən uzaq olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs1 da çantanı götürüb çıxıb getdiyini, gedəndə ona da birlikdə getməyi təklif etdiyini, özü isə ona belə şeylərdən uzaq olduğunu bildirib onunla getmədiyini, sonra ona zəng edib onu görmək istədiyini bildirdiyini, özünün isə çıxıb gedəcəyini dediyini, narkotik vasitənin Mehraca məxsus olduğunu demədiyini, narkotik vasitəni Mehracın icarəyə götürdüyü evin hamamındakı tavanından Təqsirləndirilən şəxs1la birlikdə götürdüyünü bildirmədiyini qeyd etmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2019-cu il tarixli “baxış keçirilməsi və götürməyə” dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş üzərində “Coin” yazısı olan 1 ədəd kağız bağlamaya baxış keçirilmiş, bağlamadan üzərində “Sail Lakers” yazısı olan bir ədəd ayaqqabı qutusu, onun içərisindən bir ədəd üzərində “Angel” yazısı olan sellofan bağlamanın aşkar edilmiş, sellofan bağlama açıldıqda isə onun içərisindən 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilenə bükülmüş tiryək narkotik vasitəsinə oxşar maddələrin aşkar edilib, qeyd edilən bağlamalar elektron tərəzidə çəkildikdə onların ayrı-ayrılıqda qablaşdırmaları ilə birlikdə çəkilərinin 522, 526, 515, 513, 513, 513, 518, 519 və 49 qram təşkil etmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 15662 rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 9 ədəd uzunsov formalı polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 510, 45, 505, 505, 505, 510, 515, 515 və 505 qram, ümumilikdə təmiz çəkisi 4115 qram (tədqiqata sərf edildi 0,35 qram, qalıq 4114,65 qram) olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxx 2019-cu il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və xx xxxxxx 2019-cu il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan və xx xxxx 2019-cu il tarixdə ondan götürülmüş “Samsung” markalı, “SM-A710F” modelli mobil telefona xx xxxxxx 2019-cu il tarixdə baxış keçirilmiş, telefonun “WhatsApp” proqramında müxtəlif nömrələrə müxtəlif vaxtlarda mesajlar göndəril miş, xx xxxx 2019-cu il tarixdə, saat 15:30-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan, telefonun adlar bölməsində adı “Kamİran”, mobil telefon nömrəsi isə +**********94 olaraq qeyd edilmiş şəxsə “Ağa salam, qardaş bir iki saata kimi sən hazır ol, çünki, saat yarım bunlar mənə dedi, iki saata kimi mən səninlə görüşəcəm inşallah. Yaxşı Qardaş?” məzmunlu, həmin gün saat 21:07-də isə “Kamran qardaş, bu qardaşlar nümunə üçün baxmalıdırlar, yəni kontrol etməlidirlər, biri mənimlə gələcək, narahat olma, o da bizim qardaşımızdır, sən heç bir şeydən narahat olma, onların bir dənəsi mənimlə gələcək malı kontrol edəcək, pulu verəcək malı götürəcək, yaxşı? mənə bir cavab ver” məzmunlu mesajlar göndərilmiş, həmin gün saat 20:35-də mobil telefonun “adlar” bölməsində adı “Hamit”, mobil nömrəsi isə +**********54 olaraq qeyd edilmiş şəxsdən, 20:41-də həmin şəxsə, saat 20:53-də telefonun adlar bölməsində adı “Kamİran Dos”, mobil telefon nömrəsi isə +**********94 olaraq qeyd edilmiş şəxsə, saat 21:04-də həmin şəxsdən, saat 21:13-də isə yenə həmin şəxsə, saat 21:15, 21:17-də “Hamit” adlı şəxsdən, saat 21:20-də Hamit adlı şəxsə, saat 21:26da “Kamİran Dos” adlı şəxsə, saat 21:30-da “Hamit” adlı şəxsdən, saat 21:51-də “Kamİran Dos” adlı şəxsdən, saat 21:54-də və saat 22:07-də Hamit adlı şəxsdən, saat 22:23-də “Kamİran Dos” adlı şəxsə, saat 22:24-də “Hamit” adlı şəxsə, saat 22:36-da “Kamİran Dos” adlı şəxsə, saat 22:37-də “Kamİran Dos” adlı şəxsdən, saat 22:59-da “Kamİran Dos” adlı şəxsə, saat 23:26-da “Kamİran Dos” adlı şəxsə zənglərin edilərək danışıqların aparılması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış “xxxxxxxx” MMC-dən daxil olan xx xxxxxxxx 2019-cu il tarixli, 25146 saylı məktuba əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli diksə baxış keçirilməsinə dair protokoldan görünür ki,Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx xxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2019-cu il tarixədək müxtəlif vaxtlarda 15 dəfə zənglər edilərək danışıqların aparıldığı, hadisənin baş verdiyi tarixdə, yəni xx xxxx 2019-cu il tarixdə, saat 15:26-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək 27 saniyə danışığın aparıldığı, həmçinin həmin gün saat 17:29-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək 17 saniyə danışığın aparıldığı və hər iki sonuncu danışığın Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində qeyd alındığı müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış, istinaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş ekspert tədqiqatından sonra ümumi xalis ççəkisi 4114.65 qram təşkil edən tiryək narkotik vasitəsi, narkotik vasitənin aşkar edildiyi “Coin” yazısı olan torba və onun içərisindəki “Sail Laker S” markalı ayaqqabı qutusu, Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı, “SM-A710F” modelli mobil telefon maddi sübut kimi tanınmış, tiryək narkotik vasitəsi, narkotik vasitənin aşkar edildiyi “Coin” yazısı olan torba və onun içərisindəki “Sail Laker S” markalı ayaqqabı qutusu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, “Samsung” markalı, “SM-A710F” modelli mobil telefon isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini məhkəmədə araşdırılmış şahid ifadələri və işin digər halları ilə müqayisəli təhlil edib onun məhkəmədə verdiyi ifadələrini özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirib, həmin ifadələrin ağlabatan və həqiqətə uyğun olmaması qənaətinə gəlir və onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərini qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirir. İstintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu əməlləri qəsdən tamah niyyəti ilə törətmək kimi qiymətləndirmişdir. Məhkəmənin qənəatəinə görə əmtəənin satışı mənfəəti ehtiva edir. Hər hansı mənfətin güdülməsi isə tamah motivi ilə müşahidə olunur. Bu səbəbdən də satış məqsədi ilə törədilən əməlin təkrar olaraq məqəsəd kimi qiymətləndirilməsi istisna olunur. Məhkəmə, bu halı, o cümlədən də ittihama daxil edilmiş, «Təqsirləndirilən şəxs1 saxlanıldığını görən Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşmış və xx xxxx 2019-cu il tarixdə, saat 02 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə İİR-na getmək istəyərkən saxlanılmışdır» cümləsinin ittihamın tövsüfinə aid olmadığı üçün ittihamdan xaric edilməsini əsaslı sayır. İstintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərini qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etmə, saxlama, daşıma və satmadan başqa onların həmin narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəklində Azərbaycan Respublikasına gətirməsi kimi qiymətləndirmişdir. Məhkəmədə həmin hallar araşdırılarkən təqsirləndirilənlər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək üçün digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, həmin narkotik vasitələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsində iştiraklarını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmənin bu qənaəti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bui şin predmetini təşkil edən narkotik vasitələrin Azərbaycan Respublikasının dövlət sərhədindən kənar, gizli keçirməsinə xidmət edən əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizlikləri, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılıqlarını təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlinin predmetini təşkil narkotik vasitələrin və psixotrop maddələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən Azərbaycan Respublikasının ərazisinə gizli keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmə, yuxarıda müzakirə olunan halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə gəldiyi bu nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarı baxımından da əsaslı sayır. Çünki həmin qərarda birbaşa göstərilmişdir ki, “əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir.” Beləliklə, məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa şəxslərlə qabaqcadan əlbir olub başqa şəxslər tərəfindən Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 74 nömrəli binanın 14-cü mənzilindəki hamamın asma tavanının altında gizlədilmiş, çəkiləri ayrı-ayrılıqda 510 qram, 45 qram, 505 qram, 505 qram, 505 qram, 510 qram, 515 qram, 515 qram və 505 qram olmaqla 9 ədəd bağlamadakı ümumilikdə isə təmiz çəkisi 4115 qram təşkil edən, külli miqdarda narkotik vasitə olan tiryəki xx xxxx 2019-cu il tarixdə saat 22:00 radələrində birlikdə bir ədəd sellofan torbada qablaşdıraraq “Sail Laker ’S” markalı ayaqqabı qutusunun içərisinə, həmin qutunu isə üzərində “Coin” yazısı olan kağız torbaya qoyub Təqsirləndirilən şəxs2 müşahidəsi altında Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri Bakı şəhəri Nəsimi rayonunun S.Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsinədək daşıyıb həmin tarixdə saat 23:00 radələrində «Bəxtiyar» adı ilə şərti alıcı qismində təyin edilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi əməliyyat idarəsi hüquqpozmalarla mübarizə şöbəsinin rəisi Şahid1 satarkən saxlanılması sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkiblərinin əlamətlərinin olduğu qənaətinə gəlib onların əməllərinin həmin maddələrlə tövsif edilməli olmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X11 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 126 (yüz iyirmi altı) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Müdafiəçi1 tərəfindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə ödənilməsinin, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manatın bərabər hissələrlə təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki onların həmin məbləğlərin ödənilməsindən azad edilmələri üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxalanc otağına təhvil verilmiş xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş ekspert tədqiqatından sonra ümumi xalis çəkisi 4114.65 qram təşkil edən tiryəkin dövriyyəsi qadağan edildiyi üçün məhv edilməsini, narkotik vasitənin aşkar edildiyi “Coin” yazısı olan torba və onun içərisindəki “Sail Laker S” markalı ayaqqabı qutusunun dəyəri olmayan əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı, “SM-A710F” modelli mobil telefonun isə Təqsirləndirilən şəxs1 şəxsi əşyaları ilə birlikdə saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətlərini nəzərə alıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onların barələrində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşı olmadığını nəzərə alıb Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən ona əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 2456 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamış, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Məhkəmədə elan olunub araşdırılmış Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 daxil olmuş xx xxxx 2019-cu il tarixli, 313 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada psixi və narkoloji xəstə kimi dispanserdə qeydiyyatda dayanmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 2474 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edilmişdir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2019-cu il tarixli, 012-19656/119 saylı DİN-nin BƏSİİ tələbnamələrindən və Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şərur rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada olan) 242-ci maddəsinin A bəndi ilə (fərarilik) təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx xxxxxx 2001-ci il tarixli Amnistiya haqqında qərarının 3.4 bəndinə əsasən cəzasının 1/3 qədər azaldılaraq üzərində 4 ay 4 gün cəza saxlanılmış, xx xxxx 2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx xxxxxx 2019cu il tarixdə Cəlilabad rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.1 maddəsi ilə təqsirli bilinib 1200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və hökm üzrə heç bir ödəmə etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqlarından onlara təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olmalarını nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1200 manat cərimə cəzasını hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına birləşdirilməsini və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzaların müstəqil icra edilməli olmalarını nəzərə alır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldqları müddətin onların cəzaçəkmə müddətinə daxil edilməsini və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxx 2019cu il tarixdən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu xx xxxx 2019cu il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış Naxçıvan MR-sı Şərur rayon İcra Hakimiyyəti Çomaxtur kənd X12 üzrə Nümayəndəliyindən daxil olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2007 və 2015-ci il təvəllüdlü 2 azyaşlı uşağı var və qeydiyyatda olduğu yer müsbət xarakterizə olunur. Məhkəmə həmin halları Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın müddətini təyin edərkən, onların tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailə həyat şəraitlərinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin nediləcək cəzaları fərdiləşdirərkən onların təqsirləri sübuta yetirildiyi cinayət əməllərində eyni dərəcədə və fəallıqla iştirak etmələrini nəzərə alıb onlara təyin ediləcək cəzaları fərqləndirmək üçün əsas müəyyən olunmadı. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1200 manat cərimə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya tam birləşdirilsin. Qəti olaraq ona 11 (on bir il) azadlıqdan məhrum etmə cəzası və 1200 (min iki yüz) manat cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra edisin. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11(on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərilməsi ilə bağlı 126 (yüz iyirmi altı) manat vəsait X10 ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına, 180 (yüz səksən) manat Müdafiəçi1 ödənilməsi Bakı şəhəri 02 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs1 ayrıca, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat bərabər hissələrlə təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxalanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 götürülmüş ekspert tədqiqatından sonra ümumi xalis çəkisi 4114.65 qram təşkil edən tiryək dövriyyəsi qadağan edildiyi üçün, narkotik vasitənin aşkar edilsiyi “Coin” yazısı olan torba və onun içərisindəki “Sail Laker S” markalı ayaqqabı qutusun dəyəri olmayan əşya kimi məhv edilsin, Təqsirləndirilən şəxs1 götürülmüş “Samsung” markalı, “SM-A710F” modelli mobil telefon Təqsirləndirilən şəxs1 şəxsi əşyaları ilə birlikdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Ramella Allahverdiyeva Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar