Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-409/2022 10.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4, tərcüməçi X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq ümumilikdə on ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi, 0,573 qram, 0,611 qram, 0,702 qram, 0,207 qram, 0,188 qram, 0,178 qram, 0,182 qram, 0,126 qram, 0,126 qram, 0,160 qram olmaqla külli miqdarda 3,053 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 02 avqust 2021-ci il tarixdə, saat 20:05 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq şöbəyə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən çıxardığı gümüşü falqaya bükülmüş altı ədəd bükümdə, qəhvəyi sellofana bükülmüş üç ədəd bükümdə və şəffaf sellofana bükülmüş bir ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi, 0,573 qram, 0,611 qram, 0,702 qram, 0,207 qram, 0,188 qram, 0,178 qram, 0,182 qram, 0,126 qram, 0,126 qram, 0,160 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 3,053 qram qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşamış, tutulana qədər taksi fəaliyyəti ilə məşğul olmaqla gündəlik xərclərini qarşılamışdır. 2021-ci ilin əvvəlindən həmin ilin may ayına kimi narkotik vasitələrdən istifadə etmiş, yaşadığı ünvanda narkotik satan şəxslərdən «çet»ini 10 (on) manata almışdır. Həmin şəxslərdən birinin adı Orxan idi. Aydından mobil telefon aldığı üçün ona pul borcu yaranmış, sonra Aydınla qardaşının arasında mübahisə düşmüş, bundan sonra ona olan pul borcunu yaşadığı mənzilinin qapısının önünə qoyurmuş ki, Aydın pulu oradan götürsün. Yaşadığı evin blokunda dostları ilə birlikdə yalnız siqaret çəkmişdir. Tutulmamışdan üç ay əvvəl sonuncu dəfə narkotik vasitədən istifadə etmiş, daha sonra isə narkotik istifadəsindən uzaqlaşıb özündə geri dönüş yaratmışdır. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. 02 avqust 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq heç bir sənəd təqdim etmədən polis əməkdaşları olduqlarını və onlarla birlikdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə getməli olduğunu deyib, qolundan tutaraq «BMW» markalı avtomobilə əyləşdirmişlər. Avtomobili idarə edən polsi əməkdaşının adı səhv etmirsə Vüsal idi. Avtomobildə ona cibində olan əşyaları çıxartmağı demişlər və etiraz etməyərək əşyaları çıxardıb təqdim etdikdən sonra onların göstərişi ilə yenidən cibinə qoymuşdur. Cibindən çıxardığı tibbi maskanı polis əməkdaşlarından biri onun arxa cibinə qoymuşdur. Həmin şəxslərin avtomobili ilə Xətai rayonu, «NZS» qəsəbəsində tanımadığı iki müxtəlif məkana getmişlər, orada polis əməkdaşlarının biri ilə avtomobildə gözləmiş, daha sonra 37-ci Polis Bölməsinə gəlmişlər. Polis Bölməsində rəisin onu gözlədiyini deyib, birbaşa rəisin otağına aparmışlar. Bölmə rəisi ona üzərində nə varsa çıxardıb masanın üstünə qoymağı demiş, o da etiraz etməyərək üzərindəki əşyaları çıxardıb masanın üzərinə qoyanda arxa cibindəki tibbi maskanın içərisindən üç-dörd büküm gümüşü rəngli falqada narkotik vasitə aşkar edilmişdir. Bölmə rəisinə həmin narkotik vasiətnin ona məxsus olmadığını, saxlanılan zaman polis əməkdaşlarından birinin tibbi maskanı onun arxa cibinə qoyduğunu bildirmiş, lakin onun dediklərinə məhəl qoyulmamış, əksinə fiziki zorakılığa məruz qalmış, üzərində şəxsi axtarış aparılması ilə bağlı üç dəfə videoçəkiliş aparılmış, hətta dövlət hesabına təyin olunmuş vəkilinin gözləri qarşısında döyülmüş, ona dəfələrlə elektrik cərəyanı verərək işgəncəyə məruz qoymuşlar. Xəsarət alması barədə Bakı İstintaq Təcridxanasının rəhbərliyi arayış tərtib etmişdir. İbtidai istintaq zamanı mütəmadi döyüldüyü üçün ifadələrində nə dediyini, hansı sənədlərə qol çəkdiyini xatırlamır. Ona qarşı ifadə verən şahidlərin hamısı onunla və ailəsi ilə münaqişəsi olan şəxslərdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadələri elan edilmişdir. O, həmin ifadələrində göstərmişdir ki, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilmir. Bakı şəhəri, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləməmişdir. Üç aydır ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni adətən anket məlumatlarını bilmədiyi Aydın kimi tanıdığı şəxsdən almışdır. 02 avqust 2021-ci il tarixdə, saat təxminən 19 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində X5 40 (qırx) manat müqabilində təxminən altı ədəd gümüşü falqaya bükülmüş, üç ədəd qəhvəyi sellofana və bir ədəd şəffaf sellofana bükülmüş, ümumilikdə on ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Narkotik vasitəni əldə etdikdən sonra həmin bükümlərdə olan narkotiki əynində olan boz rəngli şalvarının sol yan cibinə qoyaraq yaşadığı ünvana yollanmışdır. 02 avqust 2021-ci il tarixdə, saat 20:00-da ünvan 5 ünvanının qarşısından keçən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələini göstərməklə özlərini təqdim etmişlər və özünü şübhəli apardığını deyib, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Səmimi etiraf edərək həqiqətən də bir neçə dəfə narkotik vasitə olan heroindən istifadə etdiyini və üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getməyə razılıq vermişdir. Polis Şöbəsinə gətirildikdən sonra orada ona vəkillər siyahısını təqdim edərək siyahıda olan vəkillərdən istənilən vəkili seçə biləcəyi ona bildirilmişdir. Dövlət hesabına istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona üzərində, paltarlarında qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan boz rəngli şalvarın sol yan cibindən gümüşü falqaya bükülmüş altı ədəd bükümü, qəhvəyi sellofana bükülmüş üç ədəd, şəffaf sellofana bükülmüş bir ədəd bükümü və açarı, şalvarın arxa cibindən bir ədəd qara rəngli maskanı və sağ cibindən göy rəngli siqaret qutusu ilə qırmızı rəngli alışqanı çıxarıb stolun üzərinə qoymuşdur. Sonra həmin bükümlərdə nə olduğu soruşulduqda narkotik vasitə olan heroin olduğunu, həmin heroini 02 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Xətai rayonu, NZS qəsəbəsində Aydın adlı şəxsdən 40 (qırx) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. O, verilmiş suallara cavab olaraq narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız şəxsi istifadəsi üçün əldə etdiyini, təqdim edilmiş videogörüntüdə əks olunan dəhlizin yaşadığı evin qarşısı olduğunu, həmin görüntüdə adlarını xatırlamadığı iki nəfər şəxsə narkotik vasitələrin satışını, ilkin şəxsə sifariş etdiyi narkotik vasitəni özünə aid ayaqqabının içərisinə qoymaqla, digər şəxsə isə bilavasitə özü təqdim etməklə satışı həyata keçirdiyini, həmin görüntünün bir neçə ay bundan öncəyə aid olduğunu, hal-hazırda narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin şəxslərə satdığı narkotik vasitələrin növünü və hansı məbləğ qarşılığında satdığını xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı istintaqa verdiyi ilkin ifadəsini təsdiq etməyərək ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də, sonradan müalicə olunduğu üçün istifadə etməmiş, üzərində heç bir narkotik vasitə olmamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş on bükümdə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən döyülərək zorla üzərinə qoyulmuşdur. X9 tanısa da, yaxından münasibəti olmamışdır. Aydını məhəllə sakini kimi tanımış, ondan heç vaxt narkotik vasitə almamış, həmçinin satmamışdır. İfadəsini polis əməkdaşlarının təsiri altında, onların diqtəsi ilə vermişdir. Polis əməkdaşlarının zorakılığından qorxaraq ilkin ifadəsində ona qarşı fiziki təsir göstərilmədiyini bildirmişdir. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, 2021-ci ilin iyun ayının əvvəllərinə kimi özü qəbul etmək üçün almışdır. O, «"xxxx" MMC-dən alınmış diskə baxış keçirilən zaman sizin istifadənizdə olmuş 055 ***-**-** mobil nömrənizə 29.05.2021-ci il tarixdə, saat 21:25:08-də 050 ***-**-** mobil nömrədən «Murad daniwdim 25e verir yarini hemin adam.ehmedlidr qalir ordan bura getirir Baxda isteyirsense deyim» məzmunlu sms-in göndərilməsi aşkar olunmuşdur. Həmin yazışmanın məzmunu və mobil nömrənin sahibi barədə nə deyə bilərsiniz?» sualına cavab olaraq həmin mobil nömrənin sahibini tanımadığını və mobil nömrənin kimə məxsus olduğunu bilmədiyini, həmin mətndə narkotik vasitənin satışı olmadığını; «"xxxx" MMC-dən alınmış diskə baxış keçirilən zaman sizin istifadənizdə olmuş 055 ***-**-** mobil nömrədən 070 ***-**-** mobil nömrəyə 01.01.2021-ci il tarixdə, saat 16:40:58-də «Orxan patpress necee pisss tesir edir mene xais edirem bunu getirim mene balaca kako ver xaish edirem elim.soyudu yene. A men ne bedbext adamam bedbexttt», 11.02.2021-ci il tarixdə, saat 17:28:46-da «Durub qiza demisenki menen aslidi kakiya gore yalvarir aglair mene. Puluvu verib mal almisamda nese basqalari kmi gotduy etmisem sene? Orxan hardasan denen 1 saatim vsr gekirem», 08.06.2021-ci il tarixdə, saat 18:41:16-da «Nzse gelem yolun qiragna cixarsan tez gozleyemmyecem Gec geksen cixib gedecem brat 7 tam olsun yanmdakina verecem eskik eleme», 08.06.2021-ci il tarixdə, saat 22:21:18-də 077 ***-**-** mobil nömrəyə «Emi xazır olanda de qelim. 5 azn Çatmır pul qoture bilmiremmm» məzmunlu sms-in göndərilməsi aşkar edilmişdir. Həmin yazışmaların məzmunu və mobil nömrələrin sahibləri barədə nə deyə bilərsiniz?» sualına cavab olaraq 077 ***-**-** mobil nömrənin sahibini tanımadığını və kimə məxsus olmasını bilmədiyini, 070 ***-**-** mobil nömrənin sahibi isə hazırda narkotik vasitələrin satışı ilə həbs olunmuş Orxan adlı şəxs olduğunu, belə bir mesaj yazdığını da xarıtlamadığını; «"xxxx" MMC-dən alınmış diskə baxış keçirilən zaman sizin istifadənizdə olmuş 077 ***-**-** mobil nömrədən 051 ***-**-** mobil nömrəyə 16.06.2021-ci il tarixdə, saat 23:45:37-də «Mati Salam menem Aydin bidene 05 lazimdi deymwk olar?», 055 ***-**-** mobil nömrəyə 26.06.2021-ci il tarixdə, saat 17:22:31-də «Qardasim 10 deygeye cixxxxxx 20 lik» məzmunlu sms-in göndərilməsi aşkar edilmişdir. Həmin yazışmaların məzmunu və mobil nömrələrin sahibləri barədə nə deyə bilərsiniz?» sualına cavab olaraq 055 ***-**-** mobil nömrənin sahibini tanımadığını və kimə məxsus olmasını bilmədiyini, 051 ***-**-** mobil nömrənin sahibi isə hazırda narkotik vasitələrin satışı ilə həbs olunmuş Aydın adlı şəxs olduğunu, «Mati Salam menem Aydin bidene 05 lazimdi deymwk olar?» mənzmunlu smsi üzdən tanıdığı və heç bir anket məlumatlarını bilmədiyi Anar adlı şəxsin ona məxsus olan mobil telefon vasitəsi ilə Aydına yazdığını; «"xxxx" MMC-dən alınmış diskə baxış keçirilən zaman sizin istifadənizdə olmuş 070 ***-**-** mobil nömrədən 070 ***-**-** mobil nömrəyə 05.01.2021-ci il tarixdə, saat 21:24:30-da «Qaqa menem murad bilirsen ne sobetdi uzadmiyim bawagri olmasin duzdu 5 manat veribler mal aziydi mende paz olmuyum diye senol 2 tusdu vurdum duwdum didim birden ureyin yumuwalar diyersen gel», 06.01.2021-ci il tarixdə, saat 20:45:50-də «Alinirsa 20e 0.5 sabah qalan 10u axsam 18.00 geyrecem alinmrsa canin saolsun cet gonder dobru hayatm», «Orxan salam necesen? Brat agridayam. İmkan olsa yanina cagirda. Cet zad istemrem. Uzum yoxdu ama alnsa 5.6 tustuluk alinmirsada canin sagolsun. Pul tapanda yigaram seni...», 051 ***-**-** mobil nömrəyə saat 23:03:51-də «Brat qeti admi cekme. Falga gotur. Sigetde 3.4 denedie. Nebilim brat axirki catanda xeber ele masina dusum oturaq», 070 ***-**-** mobil nömrəyə 11.01.2021-ci il tarixdə, saat 00:27:48-də «Qardas bide salam. Oyunan pul uddum. Ama.nagdlasdirammiram. 10.azn kontur isteirsen atim? 1 dene chet ver. Zehmet olmasa cavab yazda qaqam, Yaxsi brat hara gelim» 10 azn atiram gelse.cvb yazki geldi... var yoxuna nehlet xetrivi ele.cox isteiremki ama.incidirsen menj heyatm. Hara gelim.dinen cixim men», 17.01.2021-ci il tarixdə, saat 16:10:39-da «Qaqa sen Allah gelsen gelde cirilirame. 10 nux goturecem 5.de.ozve benzin vur 15 verirem ama.gelirsen ya yox yazarsan. Teli qoyuram zeng edersen.», 02.02.2021-ci il tarixdə, saat 19:23:24-də «Axsam 23.00a patiya gelecik tomkaynan) qaqamsan hazircolsun ayir qoy. Alinsa qalxaq sizde cekey demisem ozune hemde caliyim sene götürsün», 05.02.2021-ci il tarixdə, saat 16:17:24-də «Qaqa bu insan mene chatmir. Neyse ozum gelirem brat. 7 ce azn var. Qaqamsan qesey doner hazir et xaish edirem + pepinide sene verim. Meni bu gune qoyan pepi oldu. Gelim mene 5 10 deqiqe ayir brat o barede dansaq sonra men gedim... gelirem, hemen o dostumun 6 manatina 5 lik chet duzelt qaqamsan obanin yaninda gozleitem gelsin pulu goturum gelirem. Qaqa 7 azn men, 6 azn dostum + pati getirirem sene. Umumi 13 azn Bir isteim oduki elibos qayitmayim. cox sag ele etmemisen indiye qeder ama demirem 10nux zad ver. Hemen o dostumun 6 manatina 5 lik chet duzelt qaqamsan obanin yaninda gozleitem gelsin pulu goturum gelirem» 070 ***-**-** mobil nömrəyə 11.02.2021-ci il tarixdə, saat 07:52:23-də «Ae yuxudan duranda tezzz mene zeng et tezzz 0.5 getiressen nagd pula orxan sikdirer inen bele senol ) fso kim var sene yoneldiren», 070 ***-**-** mobil nömrəyə 18.02.2021-ci il tarixdə, saat 20:36:09-da «Salam qaqa necəsən? 20 dəqiqəyə 20 azn götürəcəm. 0.5 alınır ya vəziyyət pisdisə qalsın qaqa 10nux çiçi götürüm) bidənə sms yaz bilim yanmda adam var yığammıram», 050 ***-**-** mobil nömrəyə 21.02.2021-ci il tarixdə, saat 19:09:13-də «Men yetmde pul yoxdu komu hardan getirim. Deirem.5 duzelt 5 de men sabah goturek gedey», 070 ***-**-** mobil nömrəyə 22.02.2021-ci il tarixdə, saat 20:40:28-də «Men uje agridan olmek uzereyem pis vezyetdeyem. Pati deyibler getirmelidi ama.zeng edirem heleki goturmr. Bayaq dansdn dedi gelecem. Gelen kmi qaciram.seni yanina dansammrame oluremmm», 070 ***-**-** mobil nömrəyə 23.02.2021-ci il tarixdə, saat 08:05:38-də «Emin emi. Olsa xeber ele gelim goturum 10 azn», 055 ***-**-** mobil nömrəyə saat 19:43:32-də «Yanmdaki sene pati dese denen alinmr 20 likdi ancaq», ***-***-**-** mobil nömrəyə saat 19:28:50-də «Qaqa falgada qoy pajalusta denqi netu», 070 ***-**-** saylı mobil nömrəyə saat 15:13:32-də «Ae lap olsa eger 12 manat verecem 10nux cete. Mene deyersen 5 deg. Ama heckme demeyecem», ***-***-**-** mobil nömrəyə 05.03.2021-ci il tarixdə, saat 22:14:24-də «Orik alinsa 30 deg erzinde 0.5 zeng et mene. Alinmasa 1 saata zada 10nux goturerem», 055 ***-**-** mobil nömrəyə 06.03.2021-ci il tarixdə, saat 20:26:42-də «Brat mən gəlirəma ehtimala qarşı 2 list götür. Cavab yaz bilim oxudun», 070 ***-**-** mobil nömrəyə 06.03.2021-ci il tarixdə, saat 08:40:14-də «Orxan salam necesen?.saat 3.4e 10nux doner. Lazm olacaq. Qaqamsan saxlayarsan qiraga qoyarsan. İsden geljm goturecem sennen», 11.03.2021-ci il tarixdə saat 02:05:49-da «Qaqa 5tiyde pati goturde mene qadan alim 25 di temiz mende», 12.03.2021-ci il tarixdə, saat 12:38:19-da «Salam necesen kuki?. Demeli 2.3 saata gelirem Nzse. Pepsi Doner sifarishi var.. 10 pepsi. Ola bilsin 20e alinsa 0.5 alinmasa 10nux doner cavab yazarsan. Fso gelende 30 verecem.sene. ama.basva donum nzsde ol masinsizam riqulim benim», 17.03.2021-ci il tarixdə, saat 10:19:31-də «Salam qaqa. Gunortaya varsa 10luq doner saxla mutleq. :(100/100 goturecem ayir saxla sen etaga. Cavab yazarsan», 18.03.2021-ci il tarixdə, saat 21:31:13-də «Oreo kak dela? 5 lik alinir ili net?», 077 ***-**-** saylı mobil nömrəyə saat 12:46:36-da «Emin emi varsa 10-luq gelim vaqifin evinin yanina. Ama heckes bilmesin», 15.05.2021-ci il tarixdə, saat 09:54:57-də «Emin emi basiva donum eger bax olsa patini qesey ele xais edirem. Xalaogluna apariram. Onsuz senen goturecem yene buğun», ***-***-**-** mobil nömrəyə 25.05.2021-ci il tarixdə, saat 21:20:31-də «Reska salam. 15e. 0.4 istyen olsa dinen axrncidi», 27.05.2021-ci il tarixdə, saat 15:11:49-da «********** buna yig 2 dene qalib bunda mal, 2 denedi gotur birini o yemir bedbex» məzmunlu sms-in göndərilməsi aşkar edilmişdir. Həmin yazışmaların məzmunu və mobil nömrələrin sahibləri barədə nə deyə bilərsiniz?» sualına cavab olaraq həmin mobil nömrənin sahibini tanımadığını və mobil nömrənin kimə məxsus olduğunu bilmədiyini, həmin vaxt onun nömrələrindən başqa şəxslərin də smslər yazdığını, o, narkotik vasitəsin alışı ilə bağlı mesajlar yazdığını; «"xxxx" MMC-dən alınmış diskə baxış keçirilən zaman sizin istifadənizdə olmuş 070 ***-**-** mobil nömrənizə 070 ***-**-** mobil nömrədən 28.01.2021-ci il tarixdə, saat 18:01:50də «Sebrli ol cet ayrir», 070 ***-**-** mobil nömrədən 02.02.2021-ci il tarixdə, saat 19:23:26-da «Axsam 23.00a patiya», 070 ***-**-** mobil nömrədən 04.01.2021-ci il tarixdə, saat 16:18:45də «X23 Cixart Blokdan 100 X25 X13», 070 ***-**-** mobil nömrədən 09.02.2021-ci il tarixdə, saat 16:22:27-də «Sen mene kakos twklif eden ograwsan kimsenki, Mecbur edib kakos cekdirmek isteyordin», 050 ***-**-** mobil nömrədən 21.02.2021-ci il tarixdə, saat 19:08:40-da «1 klo koku saat 7 20 dəyqə işləmiş orada ol», 070 ***-**-** mobil nömrədən 05.03.2021-ci il tarixdə, saat 22:15:30-da «Cetin 05. Amma 1 saata 10nux alinacaq inwaAlla», 14.05.2021-ci il tarixdə, 22:25:07-də «Gotur tz pati var», 17.05.2021-ci il tarixdə, saat 23:11:41-də «Qaqa daniwdim murad analarmizin cani dediki yari 30 manatdi tam ter temiz 05di ce dawdi toz sohbeti yoxdu fikirlewin razi olsaniz deyim gelsin» məzmunlu sms-in göndərilməsi aşkar edilmişdir. Həmin yazışmaların məzmunu və mobil nömrələrin sahibləri barədə nə deyə bilərsiniz?» sualına cavab olaraq həmin mobil nömrələrin sahibini tanımadığını və mobil nömrələrin kimə məxsus olduğunu bilmədiyini, belə mesajları da xarıtlamadığını, 070 ***-**-** mobil nömrənin Aydının dayısına, 055 ***-**-** mobil nömrənin isə Aydına məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs «"xxxx" MMC-dən alınmış diskə baxış keçirilən zaman sizin istifadənizdə olmuş 070 ***-**-** mobil nömrədən 055 ***-**-** mobil nömrəyə 27.05.2021-ci il tarixdə, saat 15:11:49-da «********** buna yig 2 dene qalib bunda mal, 2 denedi gotur birini o yemir bedbex» məzmunlu sms-in göndərilməsi aşkar edilmişdir. X3 narkotik vasitələrin satışı ilə məşğul olmadığını bilmirdizsə nə üçün onun istəfadəsində olan 070 ***-**-** mobil nömrəni narkotik vasitə əldə etmək üçün 055 ***-**-** mobil nömrəyə mesaj yazaraq göndərmisiniz?» sualına cavab olaraq bildirmişdir ki, ehtimal eləmişdir ki, Aydında narkotik vasitə var və bu səbəbdən də həmin sms-i yazmışdır. Aydın Xəlilov məhəllə uşağı olmuş və o, narkotik istifadə edən vaxt ən çox Aydınla əlaqə saxlamışdır (cild 01, i.v. 76-78; cild 02, i.v. 08-13). Təqsirləndirilən şəxs elan olunan ifadələrlə məhkəmədə verdiyi ifadə arasındakı fərqi ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncəyə məruz qalması, bununla əlaqədar hansı sənədlərə imza etdiyini xatırlmadığı ilə əlaqələndirmiş, həmin ifadələrin deyil, məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə həm elan olunan, həm də verdiyi ifadələri dinləyib, şahidləri dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, birlikdə məlumat əsasında saat 20 radələrində Xətai rayonu, A.Qurban küçəsi, ev 21 ünvanının qarşısına getmişlər. Orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Murada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərərk onu 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Murad etiraz etməmiş və birlikdə şöbəyə gəlmişlər. Şöbədə Muradın barəsində araşdırma aparılması təhqiqatçı Kamran Əhmədova həvalə olunmuş, hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri izah olunmuş, iştirakları ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. Şəxsi axtarışa başlanmamışdan əvvəl Murada üzərində qeyri-qanuni maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan boz rəngli şalvarın sol cibindən gümüşü rəngli falqaya bükülmüş altı ədəd bükümü, üç ədəd qəhvəyi sellofanda və bir ədəd şəffaf sellofanda olan bükümləri çıxardıb masanın üzərinə qoyaraq, həmin həmin bükümlərin içərisində narkotik vasitə heroin olmasını, heroini 02 avqust 2021-ci il tarixdə, saat 19:30 radələrində Xətai rayonu, NZS qəsəbəsində Aydın adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Muradın üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən başqa hər hansı bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, bundan sonra oradakıların iştirakı ilə Muradın təqdim etdiyi kütlə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Murad tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusiyyətləri təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 1976-cı ildən ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə qonşu olmuşlar və onu cavan, dəliqanlı biri kimi tanımışdır. Həmin ünvanda yaşadığı müddətdə heç bir qonşu ilə arasında mübahisə, yaxud ədavət olmamışdır. 2019-cu ildən etibarən yaşadığı ünvana müxtəlif şəxslərin gedib-gəlməsinin artdığını müşahidə etməyə başlamış, həmin şəxslərin ilk baxışdan normal adamlar olmadığı görünmüşdür. Həmin şəxslər Muradın yanına gəlibgedirdilər. Bir müddət sonra qonşular Muradın narkotik vasitələrin satışı ilə məşğul olduğunu və həmin şəxslərin də onun yanına narkotik vasitə almaq üçün gəldiklərini öyrənmişlər, daha sonra isə onların evlərinin yanında narkotik vasitələrdən istifadə etdiklərini də müşahidə etmişlər. Qonşuluqda yaşayan yaxın münasibətdə olduğu X17 yaşadığı evin qarşısında narkotik vasitə satmaması barədə dəfələrlə xəbərdarlıq etmiş, lakin Murad onun dediklərinə əhəmiyyət verməmiş, narkotik vasitələrin satışını açıq-aşkar həyata keçirməkdə davam etmişdir. İrinanın evi Muradın evi ilə üzbə-üz yerləşdiyindən o, baş verən hallardan daha çox narahat olurdu, ona görə də, ailəsinin təhlükəsizliyi üçün məcburiyyət qarşısında qalıb mənzilinin qarşısına müşahidə kamerası quraşdırmışdır. Hətta bir neçə dəfə İrinin yaşadığı mənzildə olduğu vaxt onun mənzilinin qarşısına quraşdırdığı müşahidə kamerasının qeydə aldığı görüntülərə baxmış və Muradın narkotik vasitə qəbul etməsini, həmçinin həyətə gələn ayrı-ayrı şəxslərə satmasını görmüşdür. Görüntülərdə Muradın sellofan bükümlərdə içində nə olduğunu bilmədiyi əşyaları kameranın müşahidə edə biləcəyi yerlərə qoyması, tanımadığı şəxslərin bloka daxil olub həmin bükümləri oradan götürmələri, həmçinin tanımadığı şəxslərin Murada pul vermələri, sonuncunun isə bükümlərdə olan tam nəzər yetirə bilmədiyi əşyaları onlara verməsi əks olunmuşdur. Muradın həmin şəxslərə verdiyi əşyaların narkotik vasitə olubolmasını əminliklə deyə bilməsə də, qonşuların deməsindən təxmin etmişdir. Murad yaşadığı ünvanın qarşısında narkotik vasitələrin satışı ilə məşğul olduğundan orada narkomanlar çoxalmış, gecə vaxtı səs-küy olmuş və buna görə də, həmin ünvanda yaşayan hər bir şəxsin həyatı təhlükə qarşısında olmuşdur. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməsə də, çünki, bildiyinə görə polis əməkdaşları onu əvvəllər saxlamışlar və bu işlərlə məşğul olmasından məlumatlı idilər, Muradın özünə bir neçə dəfə demiş, son vaxtlar İrina ilə yaxın münasibətləri olduğu üçün Murad onu danışdırmamış, salamını belə almamış, iradlarına əhəmiyyət verməmişdir. Hətta bir qonşu kimi Murada müalicə almağı, belə əməllərdən uzaqlaşmağı məsləhət etmiş, lakin bir nəticəsi olmamış, Muradın yaxınları onu hədələyərək onun üçün mənfi nəticələr yaranacağını bildirərək, onlarla qarşılaşanda «WhatsAap» mobil tətbiqində hədələyici mesajlar göndərmişlər. İrina Muradın valideynlərinə onun hərəkətləri barədə şikayət etdiyindən sonuncunun anası ilə mübahisəli olmuşlar, lakin onların arasında olan mübahisədə tərəf kimi iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə qonşu olmuşlar. 2019-cu il tarixinə kimi Muradın özü və ya ailəsi ilə aralarında hər hansı bir mübahisə, yaxud ədavət olmamış, lakin 2019-cu ildən etibarən Muradın yanına müxtəlif şəxslərin gəldiyini müşahidə etməyə başlamış, bir müddət keçdikdən sonra onlara məlum olmuşdur ki, Murad narkotik vasitələrin satışı ilə məşğuldur. Getdikcə evinin qarşısına sutkanın müxtəlif vaxtlarında ayrıayrı şəxslərin gəlməsinin daha da çoxaldığını görüb, Murada bir neçə dəfə xəbərdarlıq etmişdir ki, həmin şəxslərin qapılarının qarşısına gəlmələrinin qarşısını alsın, çünki, onlar ailəsi və qonşuların həyatı üçün təhlükəli adamlardır. Həmin şəxslər onun övladlarına, nəvələrinə sataşırdılar, blokda hər vaxt səs-küy olurdu ki, bütün bunlar da onların rahat yaşamasına mane olmuşdur. Murad onun sözlərinə heç bir əhəmiyyət vermədən onun qapısının qarşısında açıq aşkar narkotik vasitələrin satışı ilə məşğul olmağa davam etmişdir. Murad özü yanına gələn şəxslərlə onun evinin qarşısında narkotik vasitələrdən istifadə də edirdilər və bütün bunlar evinin qarşısında quraşdırdığı müşahidə kamerasından aydın görünürdü. Əri də Muradın atasına bu barədə demiş, lakin sonuncu ərinə kobud cavab vermişdir. Evinin qarşısına müşahidə kamerasını Murada qarşı iradlarının nəticə vermədiyini görüb ailəsinin təhlükəsizliyini təmin etmək üçün quraşdırmış, bundan sonra Murad və sonuncunun ailəsi ilə mütəmadi olaraq aralarında mübahisə baş vermişdir. Hətta Murad bir dəfə həmin müşahidə kamerasını sındırmışdır. Muradın qanunsuz hərəkətləri barədə polis əməkdaşlarına məlumat da vermişdir. 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları onun yaşadığı mənzilə gələrək özlərini təqdim etdikdən sonra evinin qarşısında quraşdırdığı müşahidə kameralarının görüntülərini təqdim etməsini xahiş etmişlər, o da bir vətəndaş olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına köməklik göstərməyi özünə borc bilərək evinin qarşısına quraşdırdığı müşahidə kamerasının qeydə aldığı müşahidə görüntülərini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, aralarında qohumluq, ədavət, yaxud düşmənçilik münasibətləri yoxdur, normal əlaqələri olmuşdur. Hətta Murad onun barəsində olan cinayət işinin istintaqında şahid qismində dindirilmişdir. Murada «Nokia» markalı mobil telefon aparatını nisyə satdığından pulunu götürmək üçün vaxtaşırı onun evinin yaxınlığına getmişdir. Həmin vaxtı Muradın yaşadığı evin blokunda kamera olduğunu bilməmişdir. Pulu götürməyə adətən gecə saatlarında getmişdir, çünki Muradın qardaşı ilə arasında dəfələrlə mübahisə olduğu üçün onunla üz-üzə gəlmək istəməmişdir. Murad ona verməli olduğu pulu yaşadığı mənzilin qarşısındakı dəhlizdə öz ayaqqabılarının içinə qoymuş, o da pulları oradan götürmüşdür. Muradın pulu ona hansı səbəbdən bu qaydada verməsi barədə dəqiq bir fikri yoxdur, lakin Muradın deməsinə görə onunla birlikdə görünməsi onun ailəsində problem yaratdığı üçün bu vasitəyə əl atmışdır. Bundan başqa, iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin 02.08.2021-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Murad adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində daşıması, narkotik vasitələrdən istifadə etməsi və satışı barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 05). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin 02.08.2021-ci il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz istehlakında və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu yer müəyyən edilərək həmin tarixdə, saat 20:05-də ünvan 5 ünvanın qarşısında saxlanılaraq 37-ci Polis Ş.bəsinə gətirilmişdir (cild 01, i.v. 10). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin 02.08.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:15-dəAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin 02.08.2021-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə 37-ci Polis Şöbəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar olunmuş altı ədəd gümüşü falqaya bükülmüş bükümdəki maddənin ümumi çəkisinin 1,88 qram, üç ədəd qəhvəyi sellofana bükülmüş bükümdəki maddələrin ümumi çəkisinin 4,95 qram və bir ədəd şəffaf sellofana bükülmüş bükümdəki maddənin ümumi çəkisinin 0,35 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan bir ədəd DVD disk protokola əlavə edilmişdir (cild 01, i.v. 32-33). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3278 nömrəli 03.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs üzərindən ...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən on ədəd bükümdə 0,573 qram, 0,611 qram, 0,702 qram, 0,207 qram, 0,188 qram, 0,178 qram, 0,182 qram, 0,126 qram, 0,126 qram, 0,160 qram ümumi təmiz çəkisi 3,053 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir; spektral cədvəl və aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (cild 01, i.v. 41-44). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 03.08.2021-ci il tarixli protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən vaxt əynində olan boz rəngli şalvarın sol yan cibindən on ədəd bükümdə 3,053 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 01, i.v. 52- 53). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 04.08.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının görüntüsü köçürülmüş bir ədəd CD formatlı diskə keçirilmiş baxış zamanı 24.05.2021-ci il tarixdə, saat 01:32-də bir nəfər kişi cinsindən olan şəxsin Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 21, mənzil 12 ünvanının qapısını açaraq dəmir məhəccərin yanında olan ayaqqabının içərisinə nə isə qoyaraq yenidən mənzilə daxil olması, sonra bir nəfər kişi cinsindən olan şəxsin əlində olan mobil telefonun işığını yandırıb pilləkənlə aşağıdan yuxarıya qalxaraq mənzilin giriş qapısının qarşısında dəmir məhəccərin yanında olan ayaqqabının içərisindən nə isə götürüb çıxıb getməsi; həmçinin 25.05.2021-ci il tarixdə, saat 00:58-də bir nəfər kişi cinsindən olan şəxsin pilləkənlə aşağıdan yuxarıya doğru qalxaraq Xətai rayonu, A.Qurban küçəsi, ev 21, mənzil 12 ünvanının giriş qapısına yaxınlaşması, həmin vaxt mənzilin qapısının açılması və bir nəfər kişi cinsindən olan şəxsin əlini uzadaraq həmin şəxsdən nə isə alması, eyni zamanda pilləkənlə yuxarı qalxmışşəxsin mənzildə olan şəxsdən nə isə aldıqdan sonra yenidən pilləkənlə aşağıya doru düşərək getməsi müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak etmiş Təqsirləndirilən şəxs 24.05.2021 və 25.05.2021-ci tarixlərdə ünvan 8 ünvanından çıxan şəxsin özü, video görüntüdə əks olunan dəhlizin yaşadığı evin qarşısı olması, görüntüdə adlarını xatırlamadığı iki nəfərə, ilkin şəxsə sifariş etdiyi narkotik vasitəni özünə aid ayaqqabının içərisinə qoymaqla, digər şəxsə isə bilavasitə özü təqdim etməklə satışını həyata keçirdiyini bildirmişdir (cild 01, i.v. 61-62). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 04.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə , ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 01, i.v. 63-64). İş materiallarındakı Bakışəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-327/2021 nömrəli 04.08.2021-ciiltarixliqərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 85-89). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 04.08.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 21, mənzil 12 ünvanda aparılmış axtarış zamanı hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir; fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 92-98). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10.08.2021-ci il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-290/2021 nömrəli 12.11.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə «8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (cild 01, 105-106; 254-261). Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər və amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.3-cü maddələrinə görə, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqdar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 16.09.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.01.2021-ci il tarixdən 03.08.2021-ci il tarixədək daxil olan və çıxan zənglərin, sms-lərin siyahısı "xxxx" MMC tərəfindən bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil nömrəyə 29.05.2021-ci il tarixdə, saat 21:25:08-də 050 ***-**-** mobil nömrədən «Murad daniwdim 25e verir yarini hemin adam. ehmedlidr qalir ordan bura getirir Baxda isteyirsense deyim»; həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil nömrdən 070 ***-**-** mobil nömrəyə 01.01.2021-ci il tarixdə, saat 16:40:58-də «Orxan patpress necee pisss tesir edir mene xais edirem bunu getirim mene balaca kako ver xaish edirem elim.soyudu yene. A men ne bedbext adamam bedbexttt», 11.02.2021-ci il tarixdə, saat 17:28:46-da «Durub qiza demisenki menen aslidi kakiya gore yalvarir aglair mene. Puluvu verib mal almisamda nese basqalari kmi gotduy etmisem sene? Orxan hardasan denen 1 saatim vsr gekirem», 08.06.2021-ci il tarixdə, saat 18:41:16-da «Nzse gelem yolun qiragna cixarsan tez gozleyemmyecem Gec geksen cixib gedecem brat 7 tam olsun yanmdakina verecem eskik eleme», 08.06.2021-ci il tarixdə, saat 22:21:18-də 077 ***-**-** mobil nömrəyə «Emixazırolandadeqelim.5 azn Çatmır pul qoture bilmiremmm» məzmunlu sms-in göndərilməsi aşkar edilmişdir (cild 01, 121-142). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 16.09.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 ***-**-** və 070 ***-**-** "xxxx" MMC-yə məxsus kart nömrələrinə 01.01.2021-ci il tarixdən 03.08.2021-ci il tarixədək daxil olan və çıxan zənglərin, sms-lərin siyahısı "xxxx" MMC tərəfindən bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 ***-**-** mobil nömrədən 051 ***-**-** mobil nömrəyə 16.06.2021-ci il tarixdə, saat 23:45:37-də «Mati Salam menem Aydin bidene 05 lazimdi deymwk olar?», 055 ***-**-** mobil nömrəyə 26.06.2021-ci il tarixdə, saat 17:22:31-də «Qardasim 10 deygeye cixxxxxx 20 lik»; eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** mobil nömrədən 070 ***-**-** mobil nömrəyə 05.01.2021-ci il tarixdə, saat 21:24:30-da «Qaqa menem murad bilirsen ne sobetdi uzadmiyim bawagri olmasin duzdu 5 manat veribler mal aziydi mende paz olmuyum diye senol 2 tusdu vurdum duwdum didim birden ureyin yumuwalar diyersen gel», 06.01.2021-ci il tarixdə, saat 20:45:50-də «Alinirsa 20e 0.5 sabah qalan 10u axsam 18.00 geyrecem alinmrsa canin saolsun cet gonder dobru hayatm», «Orxan salam necesen? Brat agridayam. İmkan olsa yanina cagirda. Cet zad istemrem. Uzum yoxdu ama alnsa 5.6 tustuluk (alinmirsada canin sagolsun. Pul tapanda yigaram seni...», ***-***-**-** mobil nömrəyə saat 23:03:51-də «Brat qeti admi cekme. Falga gotur. Sigetde 3.4 denedie. Nebilim brat axirki catanda xeber ele masina dusum oturaq», 070 ***-**-** mobil nömrəyə 11.01.2021-ci il tarixdə, saat 00:27:48-də «Qardas bide salam. Oyunan pul uddum. Ama.nagdlasdirammiram.10.azn kontur isteirsen atim? 1 dene chet ver. Zehmet olmasa cavab yazda qaqam, Yaxsi brat hara gelim? 10 azn atiram gelse.cvb yazki geldi... var yoxuna nehlet xetrivi ele.cox isteiremki ama.incidirsen menj heyatm. Hara gelim.dinen cixim men», 17.01.2021-ci il tarixdə, saat 16:10:39-da «Qaqa sen Allah gelsen gelde cirilirame. 10 nux goturecem 5.de.ozve benzin vur 15 verirem ama.gelirsen ya yox yazarsan. Teli qoyuram zeng edersen.», 02.02.2021-ci il tarixdə, saat 19:23:24-də «Axsam 23.00a patiya gelecik tomkaynan) qaqamsan hazircolsun ayir qoy. Alinsa qalxaq sizde cekey demisem ozune hemde caliyim sene gotursun», 05.02.2021-ci il tarixdə, saat 16:17:24-də «Qaqa bu insan mene chatmir. Neyse ozum gelirem brat. 7 ce azn var. Qaqamsan qesey doner hazir et xaish edirem + pepinide sene verim. Meni bu gune qoyan pepi oldu. Gelim mene 5 10 deqiqe ayir brat o barede dansaq sonra men gedim... gelirem, hemen o dostumun 6 manatina 5 lik chet duzelt qaqamsan obanin yaninda gozleitem gelsin pulu goturum gelirem. Qaqa 7 azn men , 6 azn dostum + pati getirirem sene. Umumi 13 azn Bir isteim oduki elibos qayitmayim. cox sag ele etmemisen indiye qeder ama demirem 10nux zad ver. Hemen o dostumun 6 manatina 5 lik chet duzelt qaqamsan obanin yaninda gozleitem gelsin pulu goturum gelirem», 070 ***-**-** mobil nömrəyə 11.02.2021-ci il tarixdə, saat 07:52:23-də «Ae yuxudan duranda tezzz mene zeng et tezzz 0.5 getiressen nagd pula orxan sikdirer inen bele senol) fso kim var sene yoneldiren», 070 ***-**-** saylı mobil nömrəyə 18.02.2021-ci il tarixdə, saat 20:36:09-da «Salam qaqa necəsən? 20 dəqiqəyə 20 azn götürəcəm. 0.5 alınır ya vəziyyət pisdisə qalsın qaqa 10nux çiçi götürüm) bidənə sms yaz bilim yanmda adam var yığammıram», 050 ***-**-** mobil nömrəyə 21.02.2021-ci il tarixdə, saat 19:09:13-də «Men yetmde pul yoxdu komu hardan getirim. Deirem.5 duzelt 5 de men sabah goturek gedey», 070 ***-**-** mobil nömrəyə 22.02.2021-ci il tarixdə, saat 20:40:28-də «Men uje agridan olmek uzereyem pis vezyetdeyem. Pati deyibler getirmelidi ama.zeng edirem heleki goturmr. Bayaq dansdn dedi gelecem. Gelen kmi qaciram.seni yanina dansammrame oluremmm», 070 ***-**-** mobil nömrəyə 23.02.2021-ci il tarixdə, saat 08:05:38-də «Emin emi. Olsa xeber ele gelim goturum 10 azn», 055 ***-**-** mobil nömrəyə saat 19:43:32-də «Yanmdaki sene pati dese denen alinmr 20 likdi ancaq», 070 ***-**-** mobil nömrəyə saat 19:28:50-də «Qaqa falgada qoy pajalusta denqi netu», 070 ***-**-** mobil nömrəyə saat 15:13:32-də «Ae lap olsa eger 12 manat verecem 10nux cete. Mene deyersen 5 deg. Ama heckme demeyecem», 070 ***-**-** mobil nömrəyə 05.03.2021-ci il tarixdə, saat 22:14:24-də «Orik alinsa 30 deg erzinde 0.5 zeng et mene. Alinmasa 1 saata zada 10nux goturerem», 055 ***-**-** mobil nömrəyə 06.03.2021-ci il tarixdə, saat 20:26:42-də «Brat mən gəlirəma ehtimala qarşı 2 list götür. Cavab yaz bilim oxudun», 070 ***-**-** mobil nömrəyə 06.03.2021-ci il tarixdə, saat 08:40:14-də «Orxan salam necesen?.saat 3.4e 10nux doner. Lazm olacaq. Qaqamsan saxlayarsan qiraga qoyarsan. İsden geljm goturecem sennen», 11.03.2021-ci il tarixdə, saat 02:05:49-da «Qaqa 5tiyde pati goturde mene qadan alim 25 di temiz mende», 12.03.2021-ci il tarixdə, saat 12:38:19-da «Salam necesen kuki?. Demeli 2.3 saata gelirem Nzse. Pepsi Doner sifarishi var.. 10 pepsi. Ola bilsin 20e alinsa 0.5 alinmasa 10nux doner cavab yazarsan. Fso gelende 30 verecem.sene. ama.basva donum nzsde ol masinsizam riqulim benim», 17.03.2021-ci il tarixdə, saat 10:19:31-də «Salam qaqa. Gunortaya varsa 10luq doner saxla mutleq. :( 100/100 goturecem ayir saxla sen etaga. Cavab yazarsan», 18.03.2021-ci il tarixdə, saat 21:31:13-də «Oreo kak dela? 5 lik alinir ili net?”, 077 ***-**-** saylı mobil nömrəyə saat 12:46:36-da «Emin emi varsa 10-luq gelim vaqifin evinin yanina. Ama heckes bilmesin», 15.05.2021-ci il tarixdə, saat 09:54:57-də «Emin emi basiva donum eger bax olsa patini qesey ele xais edirem. Xalaogluna apariram. Onsuz senen goturecem yene bugun», 055 ***-**-** mobil nömrəyə 25.05.2021-ci il tarixdə, saat 21:20:31-də «Reska salam. 15e. 0.4 istyen olsa dinen axrncidi», 27.05.2021-ci il tarixdə, saat 15:11:49-da «070 992-31-32 buna yig 2 dene qalib bunda mal, 2 denedi gotur birini o yemir bedbex»; həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** mobil nömrəyə 070 ***-**-** mobil nömrədən 28.01.2021-ci il tarixdə, saat 18:01:50-də «Sebrli ol cet ayrir», 070 ***-**-** mobil nömrədən 02.02.2021-ci il tarixdə, saat 19:23:26-da «Axsam 23.00a patiya», 070 ***-**- ** saylı mobil nömrədən 04.01.2021-ci il tarixdə, saat 16:18:45-də «X23 Cixart Blokdan 100 X25 X13», 070 ***-**-** mobil nömrədən 09.02.2021-ci il tarixdə, saat 16:22:27-də «Sen mene kakos twklif eden ograwsan kimsenki, Mecbur edib kakos cekdirmek isteyordin», 050 ***-**-** mobil nömrədən 21.02.2021-ci il tarixdə, saat 19:08:40-da «1 klo koku saat 7 20 dəyqə işləmiş orada ol», 070843-06-05 mobil nömrədən 05.03.2021-ci il tarixdə, saat 22:15:30-da «Cetin 05. Amma 1 saata 10nux alinacaq inwaAlla», 14.05.2021-ci il tarixdə, saat22:25:07-də«Gotur tz pati var», 17.05.2021-ci il tarixdə, saat 23:11:41-də «Qaqa daniwdim murad analarmizin cani dediki yari 30 manatdi tam ter temiz 05di ce dawdi toz sohbeti yoxdu fikirlewin razi olsaniz deyim gelsin» məzmunlu sms-in göndərilməsi aşkar edilmişdir (cild 01, 145-207). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X21 27.10.2021-ci il tarixli 9161 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs arxiv məumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (cild 01, i.v. 233). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsin Ambulator X1 17.08.2021-ci il tarixli 2917 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v. 01-02). «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08.11.2012-ci il tarixli 8 saylı Qərarının 21-ci bəndinə əsasən cinayət törətmiş şəxslər barəsində alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tətdiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olubolmamasını araşdırmalıdır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 22.11.2021-ci il tarixli protokllardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanıŞahid2 və Şahid1 bir daha istintaqa verdikləri ifadələrini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişlər, sonuncu isə onların dediklərini təsdiqləməyərək, üzərində heç bir narkotik vasitə olmadığını, üzərindən aşkar olnmuş narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir (cild 02, i.v. 14-23). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 22.11.2021-ci il tarixli qərarından görünür ki, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş on ədəd bükümdə, ilkin təmiz çəkisi 3,053 qram olan, tədqiqata sərf olunandan sonra 2,753 qram çəkidə qalan narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş; Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan bir ədəd DVD, narkotik vasitələrin satışı ilə məşğul olmasının görüntüsü olan bir ədəd CD, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 02, i.v. 28-47). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 22.11.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respubilkası CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroinin mənbəyini müəyyən etmək üçün cinayət işindən həmin tarixdə Azərbaycan Respubilkası CMnin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır və ayrıca istintaqı aparılır (cild 02, i.v. 49-50). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 22.09.2021-ci il tarixli 17/38-6549 nömrəli məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs 05.08.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərkən təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinələrdən keçirilən zaman xəsarət aldığını bildirmiş və onun bədəninin dəri səthinə baxış keçirilərkən sağ bud nahiyəsində yaşımtıl sarı rəngli qançır, sol qülağın arxa hissəsində çapıq toxuma müşahidə olunmuşdur (cild 02, i.v. 67), İş materiallarındakı ünvan 5 ünvanında yaşayan sakinlərin imzalayaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhəri Xətai Rayon Prokuroruna ünvanldıqları ərizədən görünür ki, Təqsirləndirilən şəxs daima sakit, tərbiyəli, böyük-kiçik yeri bilən, hamı tərəfindən sevilən bir uşaq olmuş, bu günədək heç bir artıq hərəkəti, hansısa qonşuya qarşı tərbiyəsizliyi olmamışdır. Ona atılan bu böhtana heç bir sakin inanmır. Təqsirləndirilən şəxs ailəsi də nümunəvi ailələrdən biridir, qardaşı 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Vətən sevgisi ilə böyüyən bu qardaşlar həmişə tərbiyələri ilə məhəllədə nümunəvi uşaqlar olmuşlar (cild 02, i.v. 69). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 45 (qırx beş) saat müddətində müdafiə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə özünü qismən təqsirli bilməsinə, yəni əvvəllər narkotik vasitə istifadəçisi olsa da, alqı-satqısı ilə məşğul olmadığına, üzərində heç bir narkotik vasitə, psixotrop maddə olmamasına, üzərindən aşkar olunmuş on bükümdə narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən döyülərək zorla üzərinə qoyulmasına, ibtidai araşdarma zamanı imzaladığı sənədləri xatırlamamasına dair verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadə verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28.06.2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun İ siyahısında narkotik vasitə- heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi özünün qismən etirafedici, məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, üzləşdirmə, video görüntülərə baxış keçirilməsi kimi istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Əli Məmmədova cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal yaşadığı ünvan 5 ünvanında yaşayan bir qrup sakinin yazıb imzaladıqları ərizədə onu müsbət xarakterizə etmələridir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş on ədəd bükümdə, ilkin təmiz çəkisi 3,053 qram olan, tədqiqata sərf olunandan sonra 2,753 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilməli; Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan bir ədəd DVD, narkotik vasitələrin satışı ilə məşğul olmasının görüntüsü olan bir ədəd CD, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, təqsirləndirilən şəxs Məmmədov Əli Məmmədəli oğluna məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 02 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş on ədəd bükümdə, ilkin təmiz çəkisi 3,053 qram olan, tədqiqata sərf olunandan sonra 2,753 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan bir ədəd DVD, narkotik vasitələrin satışı ilə məşğul olmasının görüntüsü olan bir ədəd CD, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD və "xxxx" MMC-dən götürülmüş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-409/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-409/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver