Məhkəmə qərarları › İş №1(101)-409/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-409/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-409/2023 30.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və həmin idarənin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, müdafiəçilər - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakı ilə, xx xxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanda yaşamış, 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1988-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 14, mənzil 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 3yan, 29 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 dekabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 və qeyriləri ilə birlikdə sonuncunun 2020-ci ilin iyun ayının əvvəlində məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə tamah niyyəti və satış məqsədi ilə əldə etdiyi texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş, Azərbaycan manatı pul əskinasları üçün qəbul olunmuş standarta uyğun olmayan və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil etməyən 1 ədəd B36277476 nömrəli 50 manatlıq saxta pul əskinasını vətəndaşları aldadaraq həmin saxta pulun müqabilində veriləcək müxtəlif əşyaları və həqiqi pul əskinaslarını ələ keçirmək, eyni zamanda aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 19 iyun 2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs3la birlikdə ünvan 4 ünvanda yerləşən «Leyla» marketə daxil olaraq, Təqsirləndirilən şəxs3 ərzaq məhsullarının satışını həyata keçirən X2 7,60 manat dəyərində 2 qutu siqaret götürmüş, Təqsirləndirilən şəxs2 isə rol bölgüsünə əsasən əlində saxladığı Azərbaycan manatı pul əskinasları üçün qəbul olunmuş standarta uyğun olmayan və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil etməyən 1 ədəd B36277476 nömrəli 50 manatlıq saxta pul əskinasını Fərqanə Talıbovaya ödəniş vasitəsi kimi verib 50 manatlıq saxta pul əskinasını birlikdə sataraq dəyəri 7,60 manat təşkil etmiş 2 qutu siqareti və qalıq kimi qaytarılmış 43,40 manat məbləğində pulu birlikdə ələ keçirməklə zərərçəkmiş şəxs X4 50 manat məbləğində ziyan vuraraq oradan uzaqlaşmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və şəxsiyyətləri məlum olmayan şəxslərə satma barədə tanışı X5 və qeyriləri ilə əvvəlcədən razılaşıb 04 avqust 2021-ci il tarixdə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə məlum olmayan mənbədən qanunsuz olaraq naməlum vaxtda və şəraitdə əldə edərək üzərində daşımaqla saxladığı külli miqdarda, yəni 30 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 22-də yerləşən «Focus Optika» lövhəsi olan binanın kənarında daşın altına qoymuş, 05 avqust 2021-ci il tarixdə saat 09:30 radələrində qrupun digər üzvü Kamran Bağışlı aralarında olan cinayətkar razılaşmaya əsasən həmin psixotrop maddə metamfetamini qeyd olunan ünvandan satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 22 “A”-da yerləşən “Favorit” marketin yaxınlığına daşımış, Kamran Bağışlının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 avqust 2021-ci il tarixdə saat 09:45-də o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 22 “A”-da yerləşən “Favorit” marketin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə gətirilmiş və həmin gün saat 11:05-dən etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı Kamran Bağışlının əynində olan qara rəngli şalvarın sağ yan cibindəki 1 ədəd falqa kağızının içərisindən 1 ədəd şəffaf rəngli selofan bükümdə Təqsirləndirilən şəxs2 ilə birlikdə satmaq məqsədilə əldə etdikləri təmiz çəkisi 30 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrar satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə məlum olmayan mənbədən qanunsuz olaraq naməlum vaxtda və şəraitdə külli miqdarda, yəni 9,84 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib həmin psixotrop maddənin 7,282 qramını Təqsirləndirilən şəxs1, 2,558 qramını isə Təqsirləndirilən şəxs2 üzərlərində qanunsuz saxlamaqla ünvan 5 ünvanının yaxınlığına daşımışlar. Onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdə saat 16:21-də göstərilən ünvanda saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 19:21-dən etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol yan cibindən iki ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda 3,624 qram və 3,658 qram olmaqla ümumi təmiz çəkisi 7,282 qram təşkil edən psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə sağ əlində saxladığı qara rəngli dəri çantadakı siqaret qutusunun içərisindən iki ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan psixotrop maddə metamfetaminlə eyni olan, ayrı-ayrılıqda çəkiləri 1,528 qram və 1,030 qram olmaqla təmiz çəkisi 2,558 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X9 və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə məlum olmayan mənbədən qanunsuz olaraq naməlum vaxtda və şəraitdə külli miqdarda, yəni 9,84 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib həmin psixotrop maddənin 7,282 qramını Təqsirləndirilən şəxs1, 2,558 qramını isə Təqsirləndirilən şəxs2 üzərlərində qanunsuz saxlamaqla ünvan 5 ünvanının yaxınlığına daşımışlar. Onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdə saat 16:21-də göstərilən ünvanda saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 19:21-dən etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynində oian qara rəngli şalvarın sol yan cibindən iki ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda çəkiləri 3,624 qram və 3,658 qram olmaqla ümumi təmiz çəkisi 7,282 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə sağ əlində saxladığı qara rəngli dəri çantadakı siqaret qutusunun içərisindən iki ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan psixotrop maddə metamfetaminlə eyni olan, ayrı-ayrılıqda çəkiləri 1,528 qram və 1,030 qram olmaqla təmiz çəkisi 2,558 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə birlikdə 2020-ci ilin iyun ayının əvvəlində məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə tamah niyyəti və satış məqsədilə ilə əldə etdiyi texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmiş, Azərbaycan manatı pul əskinasları üçün qəbul olunmuş standarta uyğun olmayan və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil etməyən 1 ədəd B36277476 nömrəli 50 manatlıq saxta pul əskinasını vətəndaşları aldadaraq həmin saxta pulun müqabilində veriləcək müxtəlif əşyaları və həqiqi pul əskinaslarını ələ keçirmək, eyni zamanda aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 19 iyun 2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanda yerləşən «Leyla» marketə daxil olaraq Təqsirləndirilən şəxs3 ərzaq məhsullarının satışını həyata keçirən X2 7,60 manat dəyərində 2 qutu siqaret qutusu götürmüş, Təqsirləndirilən şəxs2 isə rol bölgüsünə əsasən əlində saxladığı Azərbaycan manatı pul əskinasları üçün qəbul olunmuş standarta uyğun olmayan və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil etməyən 1 ədəd B36277476 nömrəli 50 manatlıq saxta pul əskinasını Fərqanə Talıbovaya ödəniş vasitəsi kimi verib 50 manatlıq saxta pul əskinasını birlikdə sataraq dəyəri 7,60 manat təşkil etmiş 2 qutu siqareti və qalıq kimi qaytarılmış 43,40 manat məbləğində pulu birlikdə ələ keçirməklə zərərçəkmiş şəxs X4 50 manat məbləğində ziyan vuraraq oradan uzaqlaşmışlar. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən o, İsmətlə birlikdə oteldə olmuşlar. Bu zaman qapı döyülmüş, onlar qapını açdıqda polis işçilərini görmüşlər. Polislər içəri girib onları saxlamış və Baş idarəyə aparmışlar. Polis işçiləri saxlanılarkən və idarədə olarkən onu döyməsələr də, təzyiqlər göstərmiş, onu təhqir etmişlər. Buna görə o, istintaq zamanı etirafedici ifadələr vermişdir. Onların üzərlərinə baxış keçirmişlər, sənədləri imzaladıqdan sonra idarəyə vəkil gəlmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, o, CM-nin 204-cü maddəsi ilə verilmiş ittihamla bağlı ifadəsini təsdiq edir. Lakin onun pulun saxta olması barədə məlumatı olmamışdır. Belə ki, o, həmin gün Azərlə dükana getmiş və siqaret almışlar. Axşam ona zəng gəlmiş və onu polis bölməsinə çağırmışlar. Bölməyə gedəndə Azərə zəng eləmiş, sonuncu özünün də gələcəyini demiş, lakin gəlib çıxmamışdır. Buna görə də, o, qorxmuş və oradan uzaqlaşaraq evə gəlmişdir. Həmin saxta pul Azərə məxsus olmuşdur. Polis əməkdaşları deyənə qədər onun pulun saxta olması barədə məlumatı olmamışdır. Onunla İsməti polis əməkdaşları oteldə səhər saat 11də saxlamışlar. Həmin gün o, otelə narkotik vasitə gətirmiş, onun çəkisi təxminən 1 qram olmuşdur. Onun özü 2015-ci ildən narkotik vasitələrdən istifadə edir. Həmin gün də bir büküm narkotik vasitə almışdır. Narkotikləri adətən onlayn qaydada Rusiya nömrəsi ilə votsapla əlaqə saxlayaraq əldə etmişdir. Pulu narkotiki satan şəxsin hesabına «milliÖn» vasitəsi ilə ödəmişdir. Axırınca dəfə aldığı bir büküm narkotikə görə 30 manat pul ödəmişdir. Narkotikin özünü isə «Kubinka» tərəfdən əvvəldən ona deyilən yerdən götürmüşdür. Polislər tərəfindən saxlanılarkən onun üstündə narkotik vasitə olmamış, belə ki, əvvəlcədən onda olan 1 qram narkotiki İsmətlə birlikdə istifadə etmişlər. Narkotk vasitəni həmin gün otelə onun özü gətirmişdir. Polis idarəsində o, sənədlərə imza edəndən sonra müdafiəçi gəlmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Təqsirləndirilən şəxs2 həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan əvvəl heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamışdır. 5-6 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 4- 5 aydır ki, tanıyır. Aralarında sevgi münasibəti vardır. İsmət də psixotrop maddə metamfetamindən istifadə edir. Həmin psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Kamal adlı şəxsdən alır. Kamal ilə İsmət vasitəsi ilə tanış olmuşdur. Hazırda “Whatsapp” tətbiqetməsi vasitəsi İlə əlaqə saxlayırlar. Belə ki, Kamal göndərdiyi bank hesabına müəyyən məbləğdə pul göndərdikdən sonra Bakı şəhərinin müxtəlif ərazilərinə qoyulmuş metamfetamin bükümlərinin yerləşdirildiyi yerin şəklini ona göndərir, o da, həmin yerə gedib bükümləri götürür. Şahid6 əvvəllər tanımamışdır. Onunla hər hansı münasibəti olmamışdır. Tutulmamışdan bir gün öncə Kamal ilə əlaqə saxlayıb ona psixotrop maddə metamfetamin göndərməsini bildirmiş, Kamalın göndərdiyi bank hesabına 30 manat pul köçürdükdən sonra o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisindəki poçt məntəqəsinin qarşısındakı dəmir dirəyin dibinə iki bükümdə psixotrop maddə metamfetamin yerləşdirildiyini demişdir. Bundan sonra qeyd olunan ünvana gedib həmin bükümləri götürmüş, daha sonra isə Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi ərazisində yerləşən “Körpü” otelinə gəlib İsmət ilə birlikdə orada qalmış, İsmət də istifadə etdiyi psixotrop maddə metamfetaminləri Kamaldan eyni qaydada almışdır. 19 yanvar 2022-ci il tarixdə saat 16 radələrində İsmət ilə birlikdə “Körpü” oteldən çıxıb Bayıl qəsəbəsi ərazisində yaşayan İsmətin tanışıgilə getmək məqsədilə taksi sifariş vermiş, həmin taksi sürücüsü Şahid6 olmuşdur. Taksi onların olduqları ünvana çatdıqdan sonra saat 16:21də İsmətlə birlikdə oteldən çıxıb Rövşənin idarə etdiyi “Mercedes Benz C200” markalı, 90-CX- 307 qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman onlara 5 nəfər mülki geyimdə şəxslər yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və İsmətin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Həmin vaxt Kamalın aldığı psixotrop maddə bükümləri üzərində olmuş, həmçinin bir gün öncə İsmət də Kamaldan iki büküm psixotrop maddə metamfetamin almış, həmin bükümlərin onun üzərində olması barədə məlumatı olmuşdur. Onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərlərində psixotrop maddə olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onları və Rövşəni onun idarə etdiyi “Mercedes Benz C200” markalı, **-CX- *** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Polis idarəsində onlar müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə İsmətə üzərində olan narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və sənədləri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra İsmət üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli şalvarın sol yan cibində olan 2 ədəd selofan bükümü və əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş və 2 ədəd selofan bükümün içində psixotrop maddə olduğunu qeyd etmişdir. 2 ədəd selofan büküm açıldıqda içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, şəxsi axtarış davam etdirilərkən İsmətin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 2 ədəd şəffaf selofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı İsmətin üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsinə görə, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli dəri çantanın içində olan 1 ədəd “Kent” markalı siqaret qutusunu, kosmetik əşyaları, 1 ədəd alışqanı və 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir, “Kent” markalı siqaret qutusunun içərisindən 2 ədəd selofan büküm aşkar olunmuş, həmin bükümlərin içində psixotrop maddə olduğunu bildirmişdir. Həmin 2 ədəd büküm açıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Bundan sonra 2 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 1 ədəd kağız zərfə qablaşdırılıb götürülmüş, həmçinin 1 ədəd “Samsung” markalı mobil telefon da götürülmüşdür. Kosmetik əşyalar, 1 ədəd alışqan və 1 ədəd siqaret qutusu ona qaytarılmışdır. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, şifahi sorğu zamanı İsmət üzərindən aşkar edilmiş 2 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsi ilə tanıdığı, sonradan “Whatsapp” tətbiqetməsi vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Kamal” adlı şəxsdən pulunu bank hesabına əvvəlcədən ödəyərək sifariş verdiyini, həmin psixotrop maddələri “Kamal” adlı şəxsin dediyi Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində bələdiyənin binasının yaxınlığında ağacın dibindən 18 yanvar 2022-ci il tarixdə götürdüyünü, şəxsi istifadəsi üçün psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin sorğu zamanı onunla sevgi münasibətinin olduğunu və birlikdə psixotrop maddələr istifadə etdiklərini, onun da psixotrop maddələr sifariş verməyi üçün “Kamal" adlı şəxsin mobil nömrəsini ona verdiyini, yanlarında saxlanılan Rövşəni isə taksi sürücüsü kimi tanıdığını, üzərindən aşkar edilmiş psixotrop maddədən onun məlumatı olsa da, Rövşənin məlumatının olmadığını bildirmişdir. Eyni zamanda onun özü şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 2 ədəd şəffaf selofan bükümdə olan psixotrop maddə metamfetamini İsmətin vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı “Kamal” adlı şəxsdən pulunu əvvəlcədən bank hesabına ödəyərək sifariş verdiyini, həmin psixotrop maddələri “Kamal” adlı şəxsin ona bildirdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən poçt məntəqəsinin yanında olan dəmir dirəyin dibindən 18 yanvar 2022-ci il tarixdə götürdüyünü, şəxsi istifadəsi üçün psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin sorğu zamanı İsmətlə birlikdə psixotrop maddələr istifadə etdiklərini, psixotrop maddələr sifariş verməyi üçün “Kamal” adlı şəxsin nömrəsini İsmətdən aldığını, yanlarında saxlanılan Rövşəni isə tanımadığını, üzərindən aşkar edilmiş psixotrop maddədən İsmətin məlumatı olsa da, Rövşənin məlumatının olmadığını bildirmişdir. Sorğu zamanı Şahid6 İsmətin tanışı olduğunu, taksi xidməti göstərdiyini, lakin onu tanımadığını, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun və İsmətin üzərində psixotrop maddələr olmasından məlumatının olmadığını bildirmişdir. İbtidai araşdırma zamanı verdiyi ilkin izahatında, şübhəli şəxs qismində verdiyi ifadəsində də Təqsirləndirilən şəxs2 analoji ifadələr vermişdir (cild 1, iş vərəqi 86-89, 130-135, 162-166). Elan olunmuş ifadələrlə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs2 «Kamal» adlı İran vətəndaşını tanımadığını, dindirmələr zamanı müdafiəçinin iştirak etmədiyini, videoçəkiliş zamanı və məhkəmədə sankiyaya veriləndə müdafiəçinin iştirak etdiyini, çəkilişdən əvvəl polis əməkdaşları ona necə demişlərsə, o da, çəkiliş zamanı həmin sözləri bildirdiyini, sanksiyaya aparılanda hakimə aşkar olunmuş psixotrop maddənin özünə məxsus olmadığını dediyini, özünü narkotik vasitədən istifadə etməyə görə təqsirli bildiyini, müstəntiqin yanında olarkən ifadələri imzaladığını, «Kamal» adlı şəxsin polis əməkdaşlarının sözünə görə dediyini, məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. Onlar birlikdə narkotik vasitədən istifadə etmişlir. Lakin həmin gün nə onun, nə də ki, Xanımın üstündə narkotik vasitə olmamışdır. O, tutulmamışdan təxminən bir il qabaqdan metamfetamindən istifadə etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 göstərdi ki, o, istintaqa verdiyi ifadələrini oxumadan imzalamışdır. Polis idarəsində olarkən o, təzyiqlərə məruz qalmış və döyülmüşdür. Polis işçiləri onu Xanımla birlikdə Dərnəguldə yerləşən «Körpü» oteldə saxlamışlar, oradan isə Baş idarəyə aparmışlar. Həmin vaxt onların üstündə narkotik və psixotrop maddələr olmamışdır. Ümumən o, iki-üç gündən bir təxminən 1 qram narkotik vasitə qəbul etmişdir. Polis işçiləri əvvəlcədən onlara «Kamal» adlı şəxsdən narkotik vasitəni aldıqlarını deməyi tapşırmışdır. Onları hər hansı əməliyyat-axtarış tədbirlərinn keçirilməsi barədə qərarla tanış etməmişlər. Saxlanılan vaxt onun üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Onlar həmin gün narkotik vasitədən istifadə etmiş, lakin üstlərində narkotik olmamışdır. Oradan Xanımla onu götürüb Baş idarəyə gətirmişlər və orada dedikləri psixotrop maddələri etiraf etməyi təklif etmişlər. Əks təqdirdə, üzərinə bir kiloqram narkotik qoyub tutulacağı ilə ona hədə-qorxu gəlmişlər. Həmin polis əməkdaşlarının adlarını bilmir, amma onları görsə, mümkündür ki, həmin polisləri tanısın. Hazırda məhkəmədə dediyi məsələlər barədə müstəntiqə bildirməmişdir. İstintaq zamanı prokurorluqdan onun yanına gələrək izahatı alınmış, lakin təcridxanaya qəbul olunanda tibbi müayinədən keçirilməmişdir. Tutularkən onda xəsarət izləri olmamışdır. Prokurorluğun araşdırması ilə bağlı qərar ona göndərilmiş, qərardan görmüşdür ki, cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan o, heç yerə şikayət etməmişdir. Müstəntiqə də o, məhkəmədə dediyi kimi ifadə vermiş, amma ifadəsinin necə yazıldığını o, bilmir. Polis idarəsində olarkən təzyiqlərə məruz qalmışdır və həmin təzyiqlər altında ondan etirafedici ifadələr alınmışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs1 həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan əvvəl heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamışdır. 3 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs2 4-5 aydır ki, tanıyır və aralarında sevgi münasibəti vardır. Xanım da psixotrop maddə metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı Kamal adlı şəxsdən alır. Kamal ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, hazırda “Whatsapp” tətbiqetməsi vasitəsi ilə əlaqə saxlayırlar. Belə ki, Kamal göndərdiyi bank hesabına müəyyən məbləğdə pui göndərdikdən sonra, Bakı şəhərinin müxtəlif ərazilərində qoyulmuş metamfetamin bükümlərinin yerləşdirildiyi yerin şəklini ona göndərir, o da, həmin yerə gedib bükümləri götürür. Hazırda Füzuli rayonunda yaşasa da, tez-tez Bakı şəhərinə gəlir. Şahid6 6-7 aydır ki, taksi sürücüsü kimi tanıyır. Hər hansı bir yerə getmək lazım olanda, bəzi vaxtlarda Rövşənə müraciət edir. Təxminən tutulmamışdan 10 gün öncə şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gəlmiş, tutulmamışdan bir gün öncə Kamal ilə əlaqə saxlayıb ona psixotrop maddə metamfetamin göndərməsini bildirmişdir. Kamalın göndərdiyi bank hesabına 90 manat pul göndərdikdən sonra o, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindəki bələdiyyə binasının qarşısındakı ağacın dibinə iki bükümdə psixotrop maddə metamfetamin yerləşdirildiyini demiş, bundan sonra qeyd olunan ünvana gedib həmin bükümləri götürmüşdür. Daha sonra isə Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi ərazisində yerləşən “Körpü” otelinə gəlib Xanım ilə birlikdə orada qalmış, Xanım da istifadə etdiyi psixotrop maddə metamfetaminləri onun vasitəsi ilə tanış olduğu Kamaldan eyni qaydada almışdır. 19 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Xanım ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “Körpü” oteldən çıxıb Bayıl qəsəbəsi ərazisində yaşayan tanışıgilə getmək məqsədilə taksi sifariş vermiş, həmin taksi sürücüsü Şahid6 olmuşdur. Rövşən onların olduqları ünvana çatdıqdan sonra saat 16:21-də Xanımla birlikdə oteldən çıxıb Rövşənin idarə etdiyi “Mercedes Benz C200” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman onlara 5 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuş, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Xanımın narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Həmin vaxt Kamaldan aldığı psixotrop maddə bükümləri üzərində olmuş, həmçinin bir gün öncə Xanım da Kamaldan iki büküm psixotrop maddə metamfetamin almış, həmin bükümlərin onun üzərində olması barədə məlumatı olmuş, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərlərində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları və Rövşəni “Mercedes Benz C200” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmiş, Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, sonra üzərlərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibində olan 2 ədəd selofan bükümü və əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etmiş, təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra Xanımın üzərinə şəxsi axtarış keçirilmiş, Xanım buna etiraz etmədiyini bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Xanım üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, sağ əlində saxladığı qara rəngli dəri çantanın içində olan 01 ədəd “Kent” markalı siqaret qutusunu, kosmetik əşyaları, 01 ədəd alışqanı və 01 ədəd “Samsung" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Xanım təqdim etdiyi 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 02 ədəd sellofan büküm və həmin bükümlərin içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs2mn təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, şəxsi axtarış davam etdirilərkən Xanımın üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən onun və Xanımın iştirakı ilə imzalanmışdır. Şəxsi axtarış zamanı Xanımın üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, eyni zamanda aşkar edilmiş kosmetik əşyalar, 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu Xanıma geri qaytarılmışdır. Bundan sonra Rövşənə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Rövşən üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan tünd qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan tünd qəhvəyi rəngli gödəkçəsinin sol yan cibində olan idarə etdiyi avtomobilin açarını masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Rövşənin üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd avtomobil açarı Şahid6 özünə polis əməkdaşı tərəfindən geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsi ilə tanıdığı, sonradan “Whatsapp” tətbiqetməsi vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Kamal” adlı şəxsdən pulunu bank hesabına əvvəlcədən ödəyərək sifariş verdiyini, həmin psixotrop maddələri “Kamal” adlı şəxsin ona dediyi Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində bələdiyənin binasının yaxınlığında ağacın dibindən 18 yanvar 2022-ci il tarixdə götürdüyünü, şəxsi istifadəsi üçün psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin sorğu zamanı Xanım ilə sevgi münasibətlərinin olduğunu və onunla birlikdə psixotrop maddələr istifadə etdiyini, Xanımın da, psixotrop maddələr sifariş verməsi üçün “Kamal” adlı şəxsin mobil nömrəsini ona verdiyini, yanlarında saxlanılan Rövşən isə taksi sürücüsü kimi tanıdığını, üzərindən aşkar edilmiş psixotrop maddədən Xanımın məlumatı olsa da, Rövşənin məlumatının olmadığını bildirmişdir. Eyni zamanda şifahi sorğu zamanı Xanım üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini onun vasitəsi ilə tanıdığı, İran İslam Respublikasının vətəndaşı “Kamal” adlı şəxsdən pulunu əvvəlcədən bank hesabına ödəyərək sifariş verdiyini, həmin psixotrop maddələri “Kamal” adlı şəxsin ona bildirdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən poçt məntəqəsinin yanında olan dəmir dirəyin dibindən 18 yanvar 2022-ci il tarixdə götürdüyünü, şəxsi istifadəsi üçün psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin sorğu zamanı Xanım onunla birlikdə psixotrop maddələr istifadə etdiyini, psixotrop maddələr sifariş verməsi üçün “Kamal” adlı şəxsin nömrəsini ondan aldığını, Rövşəni isə tanımadığını, üzərindən aşkar edilmiş psixotrop maddədən onun məlumatı olsa da, Rövşənin məlumatının olmadığını bildirmişdir. Həmçinin sorğu zamanı Şahid6 tanışı olduğunu, ona taksi xidməti göstərdiyini, lakin Xanımı tanımadığını, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun və Xanımın üzərində psixotrop maddələr olmasından məlumatının olmadığını bildirmiş, sorğu zamanı Xanım Rövşənin dediklərini təsdiq etmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bununla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, daha sonra iştirakçılarla birlikdə protokola imza etmişlər. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında, şübhəli şəxs qismində verdiyi ifadəsində də yuxarıda qeyd edilən xüsusatları təsdiq etmişdir (cild 3, iş vərəqi 198-202, cild 1, iş vərəqi 82-85, 110-114, 147-152). Elan olunmuş ifadələrlə bağlı prooses iştrakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, dindirmə protokollarındakı imzalar və sonda yazılan qeydlər ona məxsusdur. O, həmin ifadələri verməmişdir. Dindirmənin aparılmasında vəkil də iştirak etmişdir. Lakin istintaq zamanı həmin ifadələrin heç birini ona oxumamışlar, bununla belə protokolları bağlayarkən o, ifadəni oxuduğunu və ifadənin düzgün yazıldığını qeyd etmişlər. 18 yanvar 2022-ci il tarixdə o, «Masazır dairəsi»ndə, həmçinin Keşlə qəsəbəsində olmamışdır. O, yanvar ayının 19-da tutulmuşdur, lakin ifadə verməmişdir, protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bu hadisə 2020-ci ilin iyun ayında olmuşdur. Saxlanılarkən ona təzyiqlər edilmişdir. O, istintaq zamanı hansı ifadə verdiyini xatırlamır. Onun adından ifadə yazılmış və sənədləri ona imzalatmışlar. Təqsirləndirilən şəxs2 tanışlarının vasitəsi ilə tanımışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs3 bildirdi ki, o, istintaq zamanı ifadə vermişdir. Ona əvvəlcə müdafiəçi təyin olunmuş, lakin istintaqın rəisi onu otaqdan çıxarıb sonra başqa müdafiəçi təyin etmişdir. İstintaq zamanı ona təsir və təzyiq olunmuşdur. O, pulun saxta olduğunu bilməmişdir. Ona təzyiqlər olunduğu üçün istintaq vaxtı nə deyiblərsə, o cür də ifadə vermişdir. Onun Əzizə borcu olmamışdır. Lakin polisə gəlməmişdən əvvəl Əzizdən pul almışdır. Əzizdən əvvəlcə 10 manat, sonra isə 50 manat almışdır. Əzizin özü İmişli rayonundandır. Əzizdən pulu «Qara Qarayev» metrosu tərəfdə almışdır. Lakin həmin pulu alarkən ona baxmamış və saxta olduğunu bilməmişdir. Xanımla birlikdə onlar bir mağazaya getmiş, ikinci mağazaya getməmişlər. Pulun Xanıma necə verildiyini xatırlamır. Ola bilsin ki, o, Xanımla iki mağazaya getmişlər, lakin bunu dəqiq xatırlamır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs3 həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə dostu Taleh adlı şəxslə yaşadıqları İmişli rayonundan saat təqribən axşam 19 radələrində taksiyə minərək Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəlməkdə məqsədi Taleh adlı dostunun tanışı Xana adlı qızın qonaq kimin evinə dəvət etməsi səbəbi olmuşdur. Dostu Talehlə birlikdə təqribən saat 23 radələrində Xanım adlı qızın yaşadığı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi nömrəsini bilmədiyi evə gəlmiş, evə gələn zaman evdə Xanım adlı qızın adını bilmədiyi rəfiqəsi və adını bilmədiyi oğlan olmuşdur. Həmin gün gecə hamılıqla qeyd olunan ünvanda birgə istirahət etmiş, səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə saat təqribən 09:30 radələrində əvvəlcədən tanıdığı Əzizalı adlı şəxs ona məxsus olan ***-***-**-** mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. Ona hal- hazırda olduğu ünvanı bildirmiş, oraya gəlməkdə məqsədi əvvəlcədən aralarında olan borc söhbəti olmuş, ona 250 manat məbləğində pul borcu olmuşdur. Bir gün əvvəlcədən bu barədə Əzizalını yığdığı və onun telefonu götürməməsi səbəbindən tezdən onu yığmış və həmin borcunu gətirməsini istəmiş, Əzizalı adlı əvvəlcədən tanıdığı şəxs saat təxminən 10 radələrində onun olduğu ünvana hal-hazırda yadında olmayan avtomobillə gəlmişdir. Ondan borcunu istəmiş, həmin zaman o, cibindən ona 10 azn məbləğində pul verərək üzərində başqa pulun olmadığını qeyd etmiş, həmin pulun az olmasını və onun pula ehtiyacı olduğunu bildirmişdir. O, cibindən təxminən 15 ədəd saxta 50 manatlıq əskinas çıxardaraq həmin pulların saxta olduğunu, hələ təzə özünün çıxartdığını bildirmiş və ondan 2 ədəd 50 manatlıq əskinasları almış, sonradan Xana adlı qızın evinə qalxmışdır. Evdə adam çox olduğu səbəbindən Xanım adlı qıza evdən çıxıb birlikdə gəzmək istədiyini və çəkməyə siqareti olmadığından dükandan siqaret almaq istədiyini bildirmişdir. Həmin zaman onun üzərində təxminən 27 manat pul və 2 ədəd saxta 50 manatlıq əskinas olmuşdur. Xana ilə birlikdə olduqları binanın həyətinə düşmüş, həmin zaman ona əvvəlcədən tanıdığı Elvin adlı şəxsi binanın qarşısında görmüş, Elvinlə birlikdə yanında Elvinin adını bilmədiyi və tanımadığı dostu olmuşdur. Elvindən həmin zaman dostuna məxsus olan “Opel” markalı boz metal rəngli avtomobilini ona sürmək üçün verməyini istəmiş və Elvin dostundan onun üçün avtomobilin açarlarını alıb vermişdir. Xanım adlı qadınla birlikdə avtomobilə əyləşmiş, Xanım adlı şəxsə siqareti olmadığını bildirərək yaxınlıqda olan dükanı göstərməyini istəmiş, onun idarə etdiyi avtomobillə məhlə içindəki həmin qaldıqları ünvanın yaxınlığındakı marketə tərəf getmişlər. Marketin qarşısında avtomobildə olarkən cibindən olan pulları çıxarmış, 10 manat pulu Xanım adlı şəxsə verərək ona “Winston” markalı siqaret almasını və özünə nə istəyirsə almasını bildirmiş, onun əlindəki pulları görən zaman 50 manatlıqların nə üçün belə solğun rəngdə olduğunu soruşmuş, ona bildirmişdir ki, həmin pullar saxtadır və tanışı Əzizalı adlı şəxsdən almışdır. Xanım adlı şəxs ona bildirmişdir ki, həmin saxta əskinas olan 50 manatı ona versin, həmin pul ilə ehtiyaclarını, yəni siqaret və digər lazımı şeyləri ala bilər. Saxta əskinas olan 1 ədəd 50 manatı Xanım adlı şəxsə vermiş və birlikdə marketə daxil olmuşlar. Marketdə öz ehtiyacı olan “Winston” markalı siqaret olmadığından 1 ədəd “Sobranie” markalı siqareti satıcıdan götürmüş, Xanım adlı tanışı isə öz istifadə etdiyi adını bilmədiyi siqaret və yandıranı götürərək ona verdiyi saxta 1 ədəd 50 manatlığı dükandakı satıcıya vermiş və satıcı qız həmin pulu götürərək pulun yerdə qalan məbləğini, yəni pulun qalığını ona qaytarmışdır. Sonradan birlikdə avtomobilə əyləşərək Nizami rayonunda yerləşən “MC Donalds”a getmiş, oradan kokteyl alaraq Xanım adlı şəxsin qaldığı ünvana gəlmiş, evdə Elvin adlı tanışının dostuna avtomobilin açarlarını təqdim etmişdir. Təqribən evdə 3 saat olduqdan sonra məlum olmuşdur ki, Elvin və dostu saxta pul məsələsi səbəbindən polis əməkdaşları tərəfindən saxlanılıblar. Elvinin də Əzizalı adlı şəxslə əvvəlcədən münasibəti vardır, yəqin öz məsələsidir, ona da saxta saxta pul vermişdir və bu səbəbdən polis əməkdaşları tərəfindən saxlanılıbdır. Həmin ünvandan Taleh adlı dostu ilə çıxaraq Yasamal rayonu ərazisində yaşayan tanışı Ramin adlı şəxsin evinə gəlmiş, təxminən 2 gün keçdikdən sonra Xanım adlı tanışı ona zəng edərək Elvin və Elvinin yanında olan dostunun onların dükana verdiyi saxta pula görə saxlanıldıqlarını və bu məsələni həll etmək lazım oluğunu bildirmişdir. Bu söhbətdən bir gün sonra İmişli rayonuna getmiş, bu hadisədən sonra telefonu olmadığından aralarındakı münasibət qurtarmışdır. İbtidai araşdırma zamanı verdiyi ilkin ifadələrində də Təqsirləndirilən şəxs3 qeyd edilən xüsusatları təsdiq etmişdir (cild 3, iş vərəqi 282-284, cild 2, iş vərəqi 218-220, 244-246, 256-259). Elan olunmuş ifadələrlə sualları cavablandıran Təqsirləndirilən şəxs3 istintaqdakı ifadələri təzyiq altında verdiyini, polis işçilərninin Əzizin telefon nömrəsini onun telefonundan götürdüklərini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 7 ünvanında yerləşən kiçik mağazanı həyat yoldaşı ilə birlikdə işlədir. 19 iyun 2020-ci tarixdə saat 12 radələrində mağazada olan zaman adını bilmədiyi bir qadın bir kişi ilə mağazaya daxil olmuşlar. İstintaq zamanı həmin şəxslərin adlarının Xanım və Azər olduğunu bilmişdir. Onlar mağazada kassaya yaxınlaşmış, qadın iki ədəd “Kent” markalı siqaret verməsini xahiş etmişdir. Həmin qadına piştaxtadan iki qutu siqaret götürərək vermiş, bundan sonra qadın əlində saxladığı 50 manat pulu ödəniş məqsədilə ona vermişdir. O, qadından 50 manatlıq əkinası götürərək ona 43 manat 40 qəpik pul qaytarmışdır. Sonra həmin şəxslər mağazanı tərk edib getmişlər. Təxminən bir saat sonra pula baxarkən onun saxta 50 manatlıq pul əskinası olmasını müəyyən etmiş və bu barədə DİN-in «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın tam ödənildiyini və onun təqsirləndirilən şəxslərə qarşı şikayəti olmadığını bildirmiş, bu barədə xx.xx.2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Baş idarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, onun rəhbərliyi ilə Baş idarənin əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 19 yanvar 2022-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə onlar Nərimanov rayonu ərazisinə getmiş və saat 16:30 radələrində özlərində olan məlumat əsasında Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 1 ünvanının yaxınlığında “Mercedes Benz C200” markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobili içərisindəki şəxslərlə birlikdə saxlamışlar. Özlərini təqdim etdikdən sonra onların da şəxsiyyətlərini müəyyən etmiş, barələrində qəbul edilmiş qərarla tanış etmiş və maşında sürücüdən başqa olan bir qadını və bir oğlanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin şəxslər sürücü Şahid6, sərnişinlər isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmuşlar. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçilər dəvət olunmuş və sonuncuların iştirakı ilə saxlanılmış şəxslərin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs1, sonra Təqsirləndirilən şəxs2, ən sonda isə Şahid6 şəxsi axtarışları aparılmışdır. Onlara qeyd olunan ardıcıllıqla üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olarsa təqdim etmələri təklif olunduqda, Təqsirləndirilən şəxs1 üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynindəki şalvarın sol yan cibindən 2 ədəd selofan bükümü, həmçinin mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra həmin 2 ədəd bükümlər kağız zərfə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şahid Rüstəmovun ifadəsinə görə, daha sonra eyni qaydada şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şübhəli şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əlindəki dəri çantanın içərsindən «Kent» markalı siqaret qutusunun içərisində olan 2 ədəd selofan bükümü və mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlər açıldıqda, içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş metamfetaminə oxşar maddələr kağız zərfə qoyulmuş və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 1 ədəd “Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şübhəli şəxs Şahid6 üzərinə şəxsi axtarış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Şahid1 ifadəsində həmçinin bildirdi ki, sorğu zamanı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilmiş psixotrop maddə metamfetaminləri sosial şəbəkə vasitəsi ilə tanıdıqları İran vətəndaşı “Kamal” adlı şəxsdən elektron qaydada pulunu əvvəlcədən ödəyərək aldıqlarını etiraf etmişlər. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid5 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 müəyyən edilərək saxlanılmaları, Baş idarəyə gətirilərək üzərlərinə şəxsi axtarışlar keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes” markalı **-CX-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 müştəri kimi tanımışdır. 19 yanvar 2022-ci il tarixdə İsmət ona zəng edib Nərimanov rayonunda yerləşən “Körpü Otel”in qarşısına çağırmış və oradan Bayıl qəsəbəsinə gedəcəyini demişdir. Həmin ünvana çatdıqda İsmət yanında olan bir qadınla onun avtomobilinə yaxınlaşarkən 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları İsmətin və yanındakı Xanım adlı qadının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, özünün idarə etdiyi maşınla onları idarəyə aparmışlar. İsmətlə və Xanım hazırda özlərində psixotrop maddə olduğunu bildirmişlər. Orada onların hər birinin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman İsmət üzərində “şüşə” kimi tanıdığı maddə olduğunu bildirib şalvarının cibində olan 2 ədəd selofan bükümü və 1 ədəd mobil telefonu təqdim etmişdir. Həmin bükümlərə baxıldıqda içərisində metamfetamin olması müəyyən edilmiş və götürülmüşdür. Şahid6 ifadəsinə görə, sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, Xanım da üzərində psixotrop maddə olduğunu bildirib, əlindəki çantanın içində olan 1 ədəd “Kent” markalı siqaret qutusunu və telefonunu təqdim etmişdir. Xanım siqaret qutusunun içərisində olan 2 ədəd selofan bükümlərdə psixotrop maddə olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Sonra Xanımın üzərindən aşkar olunmuş həmin 2 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən zərfə qoyulmuş və götürülmüşdür. Daha sonra polis əməkdaşlar tərəfindən onun üzərində də şəxsi axtarış aparılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində Kamran Bağışlı göstərmişdir ki, təxminən 2 ildir narkotik vasitə heroindən istifadə edir, narkotik vasitələri üzdən tanıdığı adlarını bilmədiyi müxtəlif şəxslərdən əldə edir. 04 avqust 2021-ci il tarixdə adını Xana olaraq bildiyi qadın ona növbəti gün, yəni 05 avqust 2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən "Favorit” marketin yaxınlığında yerləşən aptekin yanında daşın kənarına bir büküm psixotrop maddə metamfetamin qoyduracağını, həmin metamfetamini oradan götürməyini, daha sonra gözləməyini, təxminən bir saat sonra həmin yerə onun digər qadın tanışlarının, daha sonra isə özünün gələcəyini, həmin metamfetamini birlikdə istifadə edəcəklərini bildirmişdir. O, metamfetamindən istifadə etməsə də, həmin qadınlarla görüşmək üçün onunla razılaşmışdır. 05 avqust 2021-ci il tarixdə təxminən saat 09:30 radələrində Xananın dediyi Buzovna qəsəbəsində yeriəşən“Favorit” marketin yaxınlığında olan aptekə tərəf getmiş, orada daşların kənarına baxıb bir ədəd folqa kağızına bükülmüş bükülü görmüş, onun açıb içinə baxmış və “şüşə", yəni metamfetamin olduğunu görmüşdür. Daha sonra onu cibinə qoyaraq oradan uzaqlaşmağa başlamışdır. “Favorit” marketin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib narkotik və psixotrop maddələrir qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 2-ci polis şöbəsinə gətirmişlər. Şöbənin xidməti otaqlarının birində polis əməkdaşlarının və vəkiin iştirakı ilə videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Bu zaman ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa, təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ cibində saxladığı içərisində metamfetamin olan 1 bükümü təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Şəxsi axtarış zamanı üzərində başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək, ucadan oxunmuş, daha sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bildirmişdir ki, etdiyi əməldən səmimi olaraq peşmanlıq hissi keçirir. Psixotrop maddə olan metamfetamini Xana kimi tanıdığı qadının xahişi əsasında gedib götürmüşdür, məqsədi Xana və digər tanışları ilə görüşərkən onlara vermək olmuşdur. Xana adlı qadının telefon nömrəsini bilmir, onunla bir neçə dəfə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüş, onun fikrincə Xana Bakıxanov qəsəbəsində yaşayır, dəqiq ünvanını bilmir. O, əvvəlcə Xananı satmaq istəmədiyi üçün bir qədər fərqli izahat vermişdir, indi isə Xananın onu satdığını düşündüyü üçün onu qorumaq axmaqlıq olduğundan əsil həqiqəti deməyə qərar vermişdir (cild 2, iş vərəqi 133-135). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 19 yanvar 2022-ci il tarixli protokola əsasən, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdə saat 16:21-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, orada onların üzərlərinə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs1 üzərindən iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, Təqsirləndirilən şəxs2 da üzərindən iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Qeyd edilən şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 63-67). Məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2022-ci il tarixli 6/378 nömrəli rəyindən görnür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,624 qram və 3,658 qram, ümumi təmiz çəkisi 7,282 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs X6 üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,528 qram və 1,030 qram, ümumi təmiz çəkisi 2,558 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər (cild 1, iş vərəqi 94-100). 210010483 nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli 6/3314 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 193 dairəvi möhür əksi olan, “X1 üzərindən..’ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 30,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 2, iş vərəqi 48-52). Ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2209 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 zərərli vərdişlərdən siqaret çəkdiyini, spirtli içkilərdən istifadə etmədiyini söyləyir. Deməsinə görə, 10 ildir ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin 3 ildir ki, psixotrop maddə metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Narkotik vasitələrə, psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb. Narkotik vasitələrin, psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılığı vardır. Öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 136-137). Ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2991 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 zərərli vərdişlərdən siqaret çəkdiyini, spirtli içkilərdən istifadə etdiyini söyləyir. Deməsinə görə, psixotrop maddə metamfetamini hər gün 3-4 qram yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Sonuncu dəfə metamfetamindən tutulan gün istifadə edib. 6 ildir ki, güclü təsiredicİ dərman preparatı olan preqabalindən günaşırı daxilə qəbul etmə yolu ilə istifadə edir. Əvvəllər narkotik vasitə olan marixuanadan və narkotik vasitə olan heroindən istifadə edib. Narkotik vasitələrə, psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb. Narkotik vasitələrin, psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılığı vardır. Öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs2 Bəhlui qızında opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 138-139). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022ci il tarixli 1037 nömrəli rəyindən aşağıdakılar müəyyən edilir: - Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatık cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. - Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs1 əqli intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 3, iş vərəqi 132-135). Məhkəmə-texniki ekspertizasının 23 sentyabr 2020-ci il tarixli 5/586 nömrəli rəyindən görünrür ki, tədqiqata təqdim edilmiş bir ədəd B36277476 nömrəli Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekt hər hansı bir eyni məbləği pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil etmir (cild 2, iş vərəqi 192-195). İbtidai istintaq orqanının 28 iyul 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs təqdim etdikləri bir ədəd B36277476 nömrəli Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekt maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 152-178). İbtidai istintaq orqanının 28 iyul 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 7,282 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 2,558 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,182 qram metamfetaminin və 2,458 qram metamfetamin Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 212-213). Xəzər RPİ-nin İstintaq şöbəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 üzərindən aşkar edilərək götürülmüş 30,0 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonrakı qalığı - 29,95 qram hissəsi Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi barədə 08 noyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir (cild 2, iş vərəqi 117-121). İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, X5 «Xana» adı ilə tanıdığı qadınla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda, yəni 30 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini töərtdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 3, iş vərəqi 143-151). Cinayət işində olan 29 dekabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı videogörüntülərin qeydə alındığı 1 ədəd diskə baxış keçirilmişdir. Videogörüntülərə əsasən, xx.xx.2020-ci il tarixdə saat 11:16-da naməlum qadın və kişi ünvan 9 ünvanında yerləşən “Leyla” marketdə alış- veriş edirlər. Sonra qadının satıcıya pul verməsi, sonuncunun isə pulun qalığını qaytarması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 həmin görüntüdə olan şəxslərin özünün və Təqsirləndirilən şəxs2 olmasını qeyd etmişdir. Həmin videogörüntü 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Qeyd edilən 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 227-228, cild 3, iş vərəqi 152-178). Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 19 yanvar 2022ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 3, iş vərəqi 94-96). Cinayət işinə əlavə edilmiş 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki təzyiqlərə məruz qalması və özünə xəsarət yetirməsi faktı üzrə Azərbaycan Respublikası Baş prokurorluğunda araşdırma aparılmış, fakt öz təsdiqini tapmadığına görə toplanmış 244-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 3, iş vərəqi 140-142). İş materiallarına əlavə edilmiş 14 mart 2023-cü il tarixli, 251/05 nömrəli doğum arayışından, həmçinin "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-cü il təvəllüdlü Banu adlı bir azyaşlı uşağı vardır. İşdə olan "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2011-ci il təvəllüdlü Uğur Əhmədli ad və soyadlı bir azyaşlı uşağı vardır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 227-230, cild 3, iş vərəqi 42-44). İbtidai istintaq zamanı "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 3606/22 saylı məktubla daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********74 saylı mobil telefon nömrəsinin istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********74 saylı mobil telefon nömrəsinə gələn ismarıclara baxış zamanı aşağıdakılar müəyyən edildi:

1. xx.xx.2021 -ci il tarixdə saat 19:42 + **********66 saylı mobil nömrəsindən “İndi sene patida getirəm goturmuwem pulda tapim deyirem”

2. xx.xx.2021-ci il tarixdə saat 00:37 +**********76 saylı mobil nömrəsindən “Yaxwi qram yarm temiz eie onuda bu deyqe gelirler 80 manata verirəm 70 sene verecem 10 Ozume goturecem”

3. xx.xx.2021-ci il tarixdə saat 01:09 +**********76 saylı mobil nömrəsindən «nolaree olurem lomkadan nolarbiraz verde burnumun suyu dayansin».

4. xx.xx.2021 -ci il tarixdə saat 07:50 +**********76 saylı mobil nömrəsindən “Geldi kola ? Kola lazmdi xana nece eliyey dedin birazdan gelir atr be noldu ay yetm ?”

5. xx.xx.2021-ci il tarixdə saat 00:22 +**********66 saylı mobil nömrəsindən “Kola yoxdursa mende bidene cetim var?” Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********74 saylı mobil telefon nömrəsindən gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:

1. xx.xx.2021-ci il tarixdə saat 02:27 +**********12 saylı mobil nömrəsinə “gorursen cindirsan günortadan teman saxlamiwdimki bu saata kimi agridasan bir yerde eliyerik agridan olurem seni gozdemiwem gemey zad lazim deyildi senin ferqin yoxdu o birilerinnen gorurem”

2. xx.xx.2021-ci il tarixdə saat 16:47 +.**********30 saylı mobil nömrəsinə “sen cani qiza biraz kola varsa hara gelim”

3. xx.xx.2021-ci il tarixdə saat 22:15 +**********26 saylı mobil nömrəsinə “Gelende yigma sms yaz kecen defe gelmiwdine opwitel gel ora pillekennen cix yuxarda gozde sms yaz burdayam cixim verim”

4. xx.xx.2021-ci il tarixdə saat 22:44 +.**********76 saylı mobil nömrəsinə “Onu eritdinse getir yene verimdə yetim 11 noldu”.

5. xx.xx.2021-ci il tarixdə saat 01:07 +.**********76 saylı mobil nömrəsinə “Gel qalx pramoy qapini doyersenn meni cagirtdirarsan cixib verecem birde 2qr p verecen o birinnen yoxdu 1 saata” (cild 1, iş vərəqi 234-240). "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 5273/22 saylı məktubla daxil olmuş 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********10 saylı mobil telefon nömrəsinin istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********10 saylı mobil telefon nömrəsinə gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:

1. xx.xx.2021-ci il tarixdə saat 17:17 + .**********39 saylı mobil nömrəsindən “isi bu ne hereketi eeəyibdir eevallah birden ikiye menden pisiy gormusen qaqaw duzelmirse pulu gelim ver bawqa yerden gotrum da”

2. xx.xx.2021-ci il tarixdə saat 14:27 +**********50 saylı mobil nömrəsindən “İsi 05 lazmdi vargagam”

3. xx.xx.2021-ci il tarixdə saat 10:50 +**********46 saylı mobil nömrəsindən “Yeke oglansanda qaqa bu ne hereketdiki aqzimda dedimki lomkadayam bu nedi veribsən hele dedima axandisa gelim axmırsa gelmiyim”

4. xx.xx.2021-ci il tarixdə saat 02:23 +**********63 saylı mobil nömrəsindən “İsiko patin var?aiinar nese kecessen neftcilere cavab yaz”

5. xx.xx.2021-ci il tarixdə saat 02:26 +**********42 saylı mobil nömrəsindən “Patini gotur ismet Gotdum cibime qoydum?”

6. xx.xx.2021 -ci il tarixdə saat 13:29 +**********24 saylı mobil nömrəsindən “Salam qaqa sahib verdi nomrevi mene 2qr AĞ lazimdi mene bir cavab verersen aiinar ya yox”

7. xx.xx.2021-ci İl tarixdə saat 21:57 +**********27 saylı mobil nömrəsindən “Ureyim kola var veziyet pisdi olem Yari neciyedi bitov neciyedi ureyim”

8. xx.xx.2021-ci il tarixdə saat 23:23 +**********33 saylı mobil nömrəsindən “ 1 talqa ver agridan cixim erat”

9. xx.xx.2022-ci il tarixdə saat 20:55 +**********33 saylı mobil nömrəsindən “Gardasm 3 kola 4 pati negder pul versem emele geier?” Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********10 saylı mobil telefon nömrəsindən gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:

1. xx.xx.2021-ci il tarixdə saat 17:36 +**********32 saylı mobil nömrəsinə “Qaqa bu gurı pul atilir verecem pulu arxeyin ol qaqam basva donerem ama bu sey mendedi o eclafa de verek ozune qurban olaram sene"

2. xx.xx.2021-ci il tarixdə saat 21:12 +**********92 saylı mobil nömrəsinə “Saiq gil gedir sumqayta ceni aparilar qizida gelir temani bura qoya bilmirem mendedi lazim olsa xeber ele amil gil rayona gedir mende seva gile gedirem mecbur”

3. xx.xx.2021-ci il tarixdə saat 10:18 +**********32 saylı mobil nömrəsinə “Mene verilen kola torpağ cixdi qaytariblar arxaya ay qaqa bularin pulun vermek lazimdi”

4. xx.xx.2021-ci il tarixdə saat 00:55 +**********32 saylı mobil nömrəsinə “Qaqa 55 manat atmışam sene cxar birazdan yenə atiram”

5. xx.xx.2022-ci il tarixdə saat 21:10 +**********33 saylı mobil nömrəsinə “Qaqa 200 ver 4+4 verim” (cild 3, iş vərəqi 241-257). İbtidai istintaq orqanının qərarı ilə "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu iki ədəd CD disklər maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 152-175). İbtidai istintaq zamanı verilmiş xx.xx.2022-ci il tarixli 007-9726-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 9,84 qram çəkidə psixotrop maddə metamfetaminin hansı şəraitdə və kimdən əldə edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadıqlarının müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır (cild 3, iş vərəqi 122). Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlillər gətirərək, verilmiş ittihamlala özünü qismən təqsirli bildiyini, polis işçiləri tərəfindən saxlanılarkən onun üstündə narkotik vasitə olmadığını, əvvəlcədən onda olan 1 qram narkotiki İsmətlə birlikdə oteldə istifadə etdiklərini, polis idarəsində sənədləri imzaladıqdan sonra müdafiəçinin gəldiyini, Azərin ona verdiyi 50 manatlıq pulun saxta olmasını əvvəlcədən bilmədiyini, polis işçilərinin onu döyməsələr də, təhqir etdiklərini və təzyiqlər göstərdiyini, buna görə etirafedici ifadələr verdiyini bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 da öz müdafiəsi üçün dəlillər gətirərək, Təqsirləndirilən şəxs2 onun tanışı olduğunu və onların birlikdə narkotik vasitədən istifadə etdiklərini, lakin həmin gün nə onun, nə də Xanımın üstündə narkotik vasitə olmadığını, istintaqa verdiyi ifadələrini oxumadan imzaladığını, polis idarəsində olarkən döyüldüyünü və təzyiqlərə məruz qaldığını və həmin təzyiqlər altında etirafedici ifadələrinin alındığını bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 öz müdafiəsi üçün dəlillər gətirərək, polis işçiləri tərəfindən saxlanılarkən ona təzyiqlər edildiyini, istintaq zamanı hansı ifadə verdiyini xatırlamadığını, ifadənin onun adından yazıldığını və həmin sənədləri oxumadan imzaladığını, pulun saxta olduğunu bilmədiyini, ona təzyiqlər olunduğu üçün istintaq vaxtı ifadələrini oxumadan imzaladığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulub müdafiəçilərinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərlərində şəxsi axtarış keçirilərkən hər ikisi heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər ilkin izahatlarında, həmçinin istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdikləri bütün ifadələrində onlardan aşkar olunmuş psixotrop maddələrin özlərinə məxsus olduğunu, onları «Kamal» adlı İran vətəndaşından kartına pul köçürmək yolu ilə aldıqlarını, saxlanıldıqları gün də birlikdə psixotrop maddələrdən istifadə etdikləirini, saxlanılarkən və polis idarəsində olarkən onlara qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, döyülmədiklərini və işgəncələrə məruz qalmadıqlarını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs2 onun da tanışı olduğunu, hadisə günü Taleh adlı dostu ilə rayondan Bakıya gəlib Xanımla və rəfiqəsi ilə görüşdüklərini, Əziz adlı dostunun ona olan borcunun əvəzinə 2 ədəd 50 manatlıq saxta pul əskinasları verdiyini, sonra evə qalxdığını və evdə adam çox olduğundan Xanımla birlikdə siqaret almaq məqsədilə evdən çıxdıqlarını, Xanımın onun əlindəki pulları görən zaman 50 manatlıqların nəyə görə solğun rəngdə olduğunu soruşduqda, sonuncuya həmin pulların saxta olduğunu və tanışı Əzizalı adlı şəxsdən aldığını bildirdiyini, Xanımın ondan həmin saxta 50 manatı istədiyini və həmin pula siqaret və digər şeyləri ala biləcəyini dediyini, bunun üçün Xanıma 1 ədəd 50 manatlıq saxta pulu verdiyini və birlikdə marketə daxil olaraq Xanımın satıcı qadından həmin pula siqaret və digər şeylər aldığını, həmçinin satıcının 50 manatın qalığı olan pulu Xanıma qaytardığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********74 saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********10 saylı mobil telefon nömrələrinə aid məlumatların olduğu diskə baxış zamanı narkotik və psixotrop maddələrin alqı-satqısına dair çoxsaylı «SMS» yazışmalarının aparılması müəyyən edilmişdir. Məhkəmədə müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə X5 «Xana» adı ilə tanıdığı qadınla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda, yəni 30 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini töərtdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 «Xana» adı ilə tanındığı təsdiq olunmuş və ona Kamran Bağışlı ilə cinayət əlaqəsinə girərək psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ittiham verilmiş və həmin ittiham məhkəmədə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs1 polis işçiləri tərəfindən saxlanılarkən döyülməsi və fiziki təzyiqlərə məruz qalması, bu səbəbdən ibtidai araşdırma zamanı etirafedici ifadələr verməsi barədə gətirdiyi dəlillə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müraciəti əsasında həmin hal üzrə müvafiq araşdırma aparılmış və Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun 10 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki təzyiqlərə məruz qalması və özünə xəsarət yetirməsi faktı öz təsdiqini tapmadığına görə toplanmış 244-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyət təşkil edən ifadələr verməsini, aşkar olunmuş psixotrop maddələrin onlara məxsus olmaması, həmçinin pul əskinasının saxta olmasını əvvəlcədən bilməmələri barədə dediklərini onların özlərinin və biri digərinin məsuliyyətini yüngülləşdirmək üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onların ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən isə, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 204.1-c maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.1.13-cü maddəsinə əsasən, vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 qadın olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ona CM-nin 204.1-ci maddəsi ilə verilmiş ittihama münasibətdə isə CM-nin 59.1.13-cü maddəsinə əsasən, vurulmuş maddi ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində bir azyaşlı uşağının olması, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham olunduqları CM-nin 204.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai həbs müddətləri cəzaçəkmə müddətlərinə daxil edilməli, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı onların hazırkı iş üzrə tutulduqları 19 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adları çəkilən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və halhazıra qədər həbsdə saxlanılırlar. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə ibtidai araşdırma zamanı 29 dekabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə olduğu 2 (iki) gün təyin edilmiş cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza müəyyən edilməli, həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2209 saylı və xx.xx.2022-ci il tarixli 2991 saylı rəylərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində, Təqsirləndirilən şəxs2 isə opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onların hər ikisinin narkomanıyadan məcburi müalicəyə ehtiyacları olduğundan və məcburi müalicəyə əks göstərişləri olmadığından, onların barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.6-cı maddəsinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı 7,182 qram olan metamfetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı 2,458 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışları və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk, “Leyla” marketdən götürülmüş videogörüntünün qeydə alındığı 1 ədəd DVD disk, həmçinin "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon zənglərinə və «sms» yazışmalarına dair məlumatların olduğu 2 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalı; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bəhlui qızının Zərərçəkmiş şəxs təqdim etdikləri bir ədəd B36277476 nömrəli Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekt iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 175 (yüz yetmiş beş) manat 52 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 175 (yüz yetmiş beş) manat 52 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, yəni hər birindən 58 manat (əlli səkkiz) manat 35 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderlərdən və hesabatlardan görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs2 hüquqlarını vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 hüquqlarını vəkil Müdafiəçi3 və Təqsirləndirilən şəxs3 hüquqlarını isə Müdafiəçi2 müdafiə etmiş və onlar bununla bağlı hər biri ayrı-ayrılıqda 95 saat vaxt sərf etmişdir. Odur ki, vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 ayrı-ayrılıqda ödənilməli olan 570 (beş yüz yetmiş) manat, cəmi 1.710 (min yeddi yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai araşdırma zamanı 29 dekabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 30 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,182 qram çəkidə metamfetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,458 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarışı və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk, “Leyla” marketdən götürülmüş görüntülərin qeydə alındığı 1 ədəd disk, həmçinin "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon zənglərinə və «sms» yazışmalarına dair məlumatların yükləndiyi 2 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın; - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs təqdim etdikləri bir ədəd B36277476 nömrəli Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekt iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən: - 175 (yüz yetmiş beş) manat 52 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, yəni hər birindən 58 manat (əlli səkkiz) manat 35 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəsini həyata keçirmiş vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 hər birinə ayrılıqda ödəniləcək 570 (beş yüz yetmiş) manat, cəmi 1.710 (min yeddi yüz on) manat pul vəsaiti Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar