Məhkəmə qərarları › İş №1(101)-409/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-409/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-409/2024 04.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X19 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Lənkəran rayonu, Viravul ərazi dairəsi, Viravul kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, ev 30/78, mənzil 48-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamış və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni külli miqdarda əldə edib daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarix və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı tərəfindən gizlədilmiş yerdən ümumi çəkisi 114,473 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Güvən” klinikasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən 5-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı 01 ədəd göy rəngli, üzərində BMW markasının loqosu əks olunmuş sellofanın içərisindəki 06 ədəd ağ rəngli sellofana bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 110,0 qram; 1,317 qram; 0,327 qram; 0,275 qram; 0,337 qram; 0,270 qram, 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,322 qram; 0,255 qram, 01 ədəd ağ rəngli salfet bükümdə təmiz çəkisi 1,260 qram və 01 ədəd qızılı rəngli falqa kağızı bükümündə təmiz çəkisi 0,110 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində 0,06 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanın hissəscikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarix və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda ümumilikdə 64 ədəd ağ-qəhvəyi rəngli kapsula güclü təsir edən maddə, təsiredici maddəsinin miqdarı 19,2 qram olan preqabalini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Güvən” klinikasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən 5-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı 01 ədəd göy rəngli üzərində BMW markasının loqosu əks olunmuş sellofanın içərisindən narkotik vasitə və psixatrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 19,2 qram olan güclü təsir edən külli miqdarda ümumilikdə 64 ədəd ağ-qəhvəyi rəngli kapsula güclü təsir edən maddə preqabalin aşkar edilərək götrülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2022-ci il dekabr ayının 1-dən etibarən yaşadığı evdə xəstə yatağında olmuşdur. O, 2022ci il dekabr ayının 3-də yaşadığı binanın 17-ci mərtəbəsində liftin qarşısında olarkən lift vasitəsilə yuxarı qalxan Məhəmmədəli adlı polis əməkdaşını görmüşdür. Həmçinin o, həmin vaxt Mirrəsul adlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı və polis əməkdaşı olmayan, yəni polisə ictimai dəstək göstərən bir nəfər şəxsi pilləkənlə qalxarkən görmüşdür. Məhəmmədəli adlı polis əməkdaşı həmin vaxt onun burnuna, qabırğasına və belinə zərbələr vuraraq qolunu qandallamışdır. Sonra Mirrəsul adlı şəxs onun yanında qalmış, digər 2 (iki) nəfər, yəni Məhəmmədəli və polis olmayan şəxs onun yaşadığı evə qanunsuz olaraq daxil olmuşlar. Polis əməkdaşları onun yaşadığı evdən ona aid olan ətirlər, eləcə də ona və valideynlərinə məxsus 4 (dörd) ədəd mobil telefon və pulqablarını götürmüşlər. Həmin evdən ona məxsus güclü təsir edən 64 ədəd preqabalin həbi, qliserinforte adlı sinir sakitləşdirici dərman və 1 (bir) ədəd bükümdə 11-12 qram narkotik vasitə qurudulmuş marixuana tapılmışdır. O, həmin qurudulmuş marixuananı alarkən həmin vasitə 15 qram olmuş və polis əməkdaşları tərəfindən saxlanılanadək həmin marixuananın bir hissəsini istifadə etmişdir. Elektron tərəzi isə evin mətbəxinə aid olmuşdur. Onun yaşadığı ev studiya tipli mənzil olduğundan evin mətbəxi və zal otağı bir yerdədir. Mənzildə qadağan olunmuş başqa əşya olmamışdır. Sonra polis əməkdaşları onu Binəqədi Rayon Polis İdarəsinə aparmışlar. Günorta saat 13:00-14:00 radələrində o, Polis İdarəsinə aparılan zaman qonşular onun pis vəziyyətdə olduğunu görmüşlər. Həmin gün axşam saat 20:00-21:00-dək onu Binəqədi Rayon Polis İdarəsində saxlamışlar. İttiham aktında əks olunmuş bir neçə bükümdə olan, ümümi çəkisi 114 qram narkotik vasitənin ona məxsus olduğunu boynuna alması üçün Polis İdarəsində ona həm fiziki, həm də mənəvi təzyiq göstərilmişdir. Mənəvi təzyiq onun telefonunda olan şəxsi şəkillər və videoların yayılmasından ibarət olmuşdur. Bundan sonra o, polis əməkdaşları tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə aparılmışdır. 5-ci Polis bölməsində o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Polis əməkdaşları çəkiliş zamanı narkotik vasitələri cibindən çıxarmalı olduğunu ona başa salmışlar. O, bir neçə dəfə videoçəkilişə mane olaraq bildirmişdir ki, onun üzərindən bu miqdarda narkotik vasitələr tapılmamışdır. Evinə baxış keçirildikdən sonra tərtib olunan protokolda onun evindən qadağan olunmuş əşya tapılmadığı qeyd edilmişdir. Onun evinə baxış günorta saat 13:00-14:00 radələrində keçirilmişdir. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları onun evinə daxil olarkən heç bir sənəd və ya order təqdim etməmişlər. O, 5-ci Polis bölməsində olarkən ondan heç bir izahat alınmamışdır. Həmin Polis bölməsinin əməkdaşı olan Əli adlı təhqiqatçı onunla danışmağa başlamışdır. O, Polis bölməsində olarkən üzərində şəxsi axtarış keçirilməmişdir. O, telefonunda olan şəxsi məlumatların yayılacağı ilə hədələndiyi üçün narkotik vasitələrin ona məxsus olduğunu boynuna götürmüşdür. Onun mobil telefonunda olan fotoşəkillər və videolar 18+ məzmunlu şəkil və videolardan ibarət olmuşdur. Həmin şəkillər və videolar onun bir qızla istirahətdə olduğu zaman çəkilmiş şəkillər və videolardan ibarət olmuşdur. Həmin qız da, o da, subaydır. O, qızın adına ləkə gəlməsini istəməmiş və ona görə də polis əməkdaşların dediyi məzmunda ifadə vermişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, yaşadığı binanın 17-ci mərtəbəsində yerləşən mənzilin qarşısında olarkən Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, onun yaşadığı evdə 64 ədəd preqabalin həbi, 8-10 ədəd əsəb sakitləşdirici qliserin-forte dərmanı, bir hissəsini istifadə etdiyi 11-12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olmuş, qurudulmuş marixuananı təsadüf nəticəsində tanış olduğu bir nəfərdən almış, onun qoluna qandalı vuran Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçısı Məhəmmədəli adlı şəxs olmuş, digər polis əməkdaşı Mirrəsul onun yanında qalmış, Məhəmmədəli və polisə ictimai dəstək göstərən şəxs isə qanunsuz şəkildə onun evinə daxil olmuşlar, polis əməkdaşları onu günorta saat 13:00- 14:00 radələrində tutmuşlar, tutularkən tanışı Orxan adlı şəxs də onun yanında olmuş, Binəqədi Rayon Polis İdarəsinə aparılmamışdan əvvəl onun yaşadığı evdə axtarış keçirilmiş, saxlanıldıqdan sonra əvvəlcə onu Binəqədi Rayon Polis İdarəsinə aparmışlar, orada 6-7 saat ərzində saxlanılmış, həmin gün axşam saat 20:00-21:00 radələrində isə onu 5-ci Polis bölməsinə aparmışlar, dərman kimi istifadə etdiyi preqabalin həblərini və qliserin-forteni tibbi reseptlər əsasında “Təbib” adlı aptekdən almış, 5-ci Polis bölməsində müdafiəçinin iştirakı olmadan onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan müdafiəçinin iştirakı olmadan həmin prosessual hərəkətin keçirilməsi ilə bağlı heç bir ərizə alınmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınaraq elan edilmiş ittham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayının əvvəllərində Binəqədi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil ollmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən onlar Təqsirləndirilən şəxs yaşadığı evin yanında saxlamışlar. Əməliyyat qrupunda o və Zamir adlı polis əməkdaşı, həmçinin adını hazırda xatırlamadığı bir nəfər polis əməkdaşı iştirak etmişdir. Onlar təqsirləndirilən şəxsi saxladıqdan sonra sonuncunu 5-ci Polis bölməsinə aparmışlar. 5-ci PB-də təhqiqatçının otağında Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən marixuanaya bənzər narkotik vasitələr və müxtəlif dərmanlar aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, dəqiq olaraq Təqsirləndirilən şəxs hansı tarixdə saxladıqlarını xatırlamır. Lakin yadındadır ki, Təqsirləndirilən şəxs barəsində onun işlədiyi Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra onlar “Güvən” klinikasının yaxınlığında, yəni Atatürk prospektində daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxsi Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxsin əlində olan sellofan torbanın içərisindən narkotik vasitə marixuana və çoxlu sayda dərman preparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Sonra Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş qadağan olunmuş predmetlər sənədləşdirilmiş və yoxlanılması üçün aidiyyəti üzrə ekspertizaya göndərimişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin üzərindən mobil telefon da aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 1987-ci ildən həkim kimi fəaliyyət göstərir. O, 1999-cu ildə Türkiyə Respublikasına “Gülhanə” hərbi tibb akademiyasında təhsil almaq üçün göndərilmişdir. O, uzun illərdir ki, tibb üzrə fəlsəfə doktoru və Avropa Kardiologiya Cəmiyyətinin fəxri professorudur, onun kifayət qədər elmi işləri vardır. İbtidai istintaq zamanı o, təqdim olunan reseptdə yalnız ona aid olan möhürü görmüşdür. Həmin reseptdə möhürdən başqa ona aid olan heç nə olmamışdır. Onun resept blankları başqa formadadır və o, məhkəməyə təqdim etmək üçün həmin resept blanklarını gətirmişdir. 2021-ci ildən etibarən o, reseptlərini kompyuterdə yazaraq imza etmiş və möhür vurmuşdur. Təqsirləndirilən şəxsin hadisəsindən sonra o, reseptlərə artıq möhür vurmur. Çünki onun yazdığı dərmanlar insan sağlamlığı üçün heç bir təhlükə kəsb etmir, əksinə həmin dərmanlar ürək xəstələri üçün yazılmış dərmanlardır və hər hansı xüsusi reseptə ehtiyac yoxdur. Təqsirləndirilən şəxsdən aşkarlanmış reseptdəki yazı üslübu onun yazı üslübundan fərqlidir. Möhür ona aiddir, lakin onun vurduğu möhürün yanında digər müdiriyyətin möhürü də olur. O, həmin reseptdə adı yazılan müəssisələri tanımır və həmin müəssisələrin harada yerləşdiyini bilmir. Təqsirləndirilən şəxsdən aşkarlanmış reseptdə yazılmış dərman kardiologiya sahəsinə aid deyil. Təqsirləndirilən şəxsdən aşkarlanmış reseptdə möhür qara rəngdədir, lakin onun möhürü göy rəngdədir. O, hər gün çoxlu sayda xəstə qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş resept onun tərəfindən yazılmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, “Təbib” adlı aptekdə satıcı işləyir. Hazırkı işlə bağlı deyə bilər ki, ibtidai istintaq zamanı ondan təqdim olunan resept ilə kiməsə dərman satıb-satmadığını soruşmuşlar. O da, heç kimə cinayət işində olan resept əsasında psixotrop maddə və ya güclü təsiredici dərman satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onun işlədiyi aptekə gəlməmiş və ona resept təqdim etməmişdir. O, Təqsirləndirilən şəxsə hər hansı psixotrop maddə və ya güclü təsiredici dərman satmamışdır. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o, “Təbib” adlı aptekdə İbişzadə Sevinc adlı qadının işləyib-işləmədiyini xatırlamır, eləcə də aptekdə işləyən işçilərin soyadlarını bilmir, lakin hazırda Sevinc adlı şəxs aptekin parfumeriya şöbəsində işləyir, Təqsirləndirilən şəxs onun işlədiyi aptekə gəlməmiş, ona resept təqdim etməmiş, eləcə də həmin aptekdən psixotrop maddə və ya güclü təsiredici dərman almamış, aptek ünvan 2 ünvanında yerləşir, aptekin adı “Təbib”dir və hazırda aptekin rəhbəri kimi fəaliyyət göstərir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 03 dekabr 2022-ci il tarixdə əvvəllər işlədiyi iş yerində olarkən saat 15:00-16:00 radələrində Binəqədi Rayon Polis İdarəsindən ona zəng gəlmişdir. Zəng edən şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı Mirrəsul adlı şəxs olmuşdur. Mirrəsul ona oğlu Hüseyni tutduqlarını və buna görə də Binəqədi Rayon Polis İdarəsinə gəlməli olduğunu bildirmişdir. O da, həmin gün günorta saat 15:00-16:00 radələrində Binəqədi Rayon Polis İdarəsinə getmiş, ora çatdıqda zəng edən Mirrəsul adlı şəxsin otağını tapmışdır. Mirrəsulun otağı Polis İdarəsinin 2-ci mərtəbəsindədir. O, orada oğlu Hüseyni görmüşdür. O, Mirrəsulun otağının qapısını döyüb otağa daxil olmuş və otaqda onu əvvəllər tanıdığı Məmmədəli və Mirrəsul adlı polis əməkdaşları qarşılamışlar. O, oğlu Hüseyni görən zaman sonuncunun əynində qara rəngli idman paltarı olmuş, habelə Hüseynin üst-başı toz-torpaq, üz-gözü isə qan içində olmuşdur. O, polis əməkdaşlarından oğlu Hüseynin hansı səbəbdən Polis İdarəsinə gətirilməsini soruşmuşdur. Məmmədəli adlı polis əməkdaşı Hüseyni narkotik vasitələrdən istifadə etdiyinə görə Polis İdarəsinə gətirildiyini, həmçinin müqavimət göstərdiyi üçün döyüldüyünü bildirmişdir. O, yenidən Hüseynin Polis İdarəsinə gətirilməsinin səbəbini soruşmuşdur. Polis əməkdaşları isə həmin vaxt ona 3-4 ədəd dərman və 2 ədəd marixuana bükümü göstərmişlər. O da, həmin dərmanların oğlu Hüseynin dərmanlarının olduğunu bildirmişdir. Bundan sonra isə polis əməkdaşları 2 (iki) bükümdə marixuana olduğunu bildirmişlər. O, polis əməkdaşlarından həmin bükümlərin içərisində marixuana olduğunu haradan bildiklərini soruşduqda, polis əməkdaşları ona “bizimlə niyə belə danışırsan?” deyərək təəccüblə baxmışlar. O, polis əməkdaşlarına 36 il İstintaq şöbəsinin rəisi vəzifəsində işlədiyini bildirmişdir. Həmçinin o, polis əməkdaşlarından ona göstərilən 2 (iki) bükümün içində marixuana olub-olmadığını yoxlayıb-yoxlamadıqlarını soruşmuşdur. Polis əməkdaşları isə bunun qarşılığında Hüseynin üzərindən soyuq silah da, aşkar etdiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları ona mətbəx və suvenir bıçaqları göstərmişlər. O, polis əməkdaşlarından bu bıçaqların soyuq silah olmasında necə əmin olduqlarını soruşmuşdur. O, həmin bıçaqların cinayət törədilən zaman istifadə edildiyi halda cinayətin predmeti olacağını, hazırda isə bu bıçaqların mətbəx və suvenir bıçaqlar olduğunu, eləcə də bu bıçaqların bütün mağazalarda satıldığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları bir-birilərinin üzünə baxmışlar. O, oğlu Hüseyndən harada tutulduğunu soruşduqda, Hüseyn polislər tərəfindən yaşadığı evin qabağında tutulduğunu demişdir. O, Hüseyndən hansı səbəbə görə tutulduğunu soruşduqda, Hüseyn narkotik vasitəyə görə tutulduğunu demişdir. Həmin vaxt o, polis əməkdaşlarına Hüseynin xəstə olduğunu demişdir. Polis əməkdaşları isə Hüseynin yaşadığı evə baxış keçirdiklərini demişlər. Polis əməkdaşları Hüseynin yaşadığı evdən ətirlər və qulaqcıqlar götürdüklərini bildirmişlər. O, polis əməkdaşlarından qulaqcıqların hansı əhəmiyyətə malik olduqlarını soruşmuş, eləcə də evdən götürülmüş ətirlərin bir-ikisini Hüseynə özünün aldığını, bıçaqların isə suvenir olduğunu bildirmişdir. Polis əməkdaşları isə ona həmin bıçaqların soyuq silah olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu narahat etdiklərinə görə üzr istəmişlər. O, yenidən polis əməkdaşlarından bu qədər əmlakı hansı əsasla götürdüklərini soruşduqda, polis əməkdaşları özlərini tamamilə itirmişlər. Sonra polis əməkdaşları ona kömək edəcəklərini deyib öz rəisləri ilə söhbət etmək üçün otaqdan çıxıb getmişlər. Polis əməkdaşları rəisin yanından gəldikdən sonra o, polis əməkdaşlaırna “hörmət” müqabilində Hüseynin buraxılmasını təklif etmişdir. O, demişdir ki, “siz də polis əməkdaşısınız, mən də polis əməkdaşı olmuşam”. Birinci dəfə polis əməkdaşları onun təklifini rədd etmişlər. Sonra isə polis əməkdaşları ona 20.000-30.000 manat müqabilində Hüseyni buraxacaqlarını demişlər. O, polis əməkdaşlarına 1.000-2.000 manat verə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları ona “get, sonra söhbət edərik” demişlər. O da, oradan çıxıb evə getmişdir. O, tədarükünü görüb yenidən Polis İdarəsinə qayıtmışdır. Orada ona Hüseynin artıq 5-ci Polis bölməsinə göndərildiyini və təhqiqatçı tərəfindən dindirildikdən sonra Hüseynin buraxılacağını demişlər. Bundan sonra o, 5-ci Polis bölməsinə getmişdir. O, orada təhqiqatçının otağına getsə də, otağın qapısı bağlı olmuş və ona görə də orada təhqiqatçını gözləmişdir. Həmin vaxt o, otaqdan oğlu Hüseynin qışqırıq səsini eşitmişdir. O, dəfələrlə həmin otağın qapısını döysə də, qapını açan olmamışdır. Sonra qapını Mirəli adlı təhqiqatçı açmışdır. Mirəli ondan nə istədiyini soruşduqda, o, həmin vaxt otaqda oğlu Hüseynin yerdə olduğunu görmüşdür. Həmin otaqda polis geyimində 1 (bir) nəfər kapitan rütbəsində olan polis əməkdaşı, 2 (iki) nəfər də mülki geyimdə olan şəxs olmuşdur. O, həmin şəxslərdən oğlu Hüseyni niyə döydüklərini soruşmuş, həmçinin Hüseynin yiyəsiz olmadığını bildirmişdir. O, Mirəli adlı təhqiqatçıya həmçinin istintaqda işlədiyini və hüquqşünas olduğunu demişdir. Bundan sonra Mirəli adlı təhqiqatçı ondan üzr istəməyə başlamışdır. O, təhqiqatçıya oğlu Hüseynin vəkil olmadan dindirilə bilməyəcəyini demişdir. Təhqiqatçı isə ona vəkilə zəng vurduqlarını və vəkilin gələcəyini demişdir. O, vəkilin gecə vaxtı gəlməyəcəyini demişdir. Lakin təhqiqatçı vəkilin gələcəyini demişdir. Həmin vaxt otaqda olan şəxslər yazı yazmışlar. O, həmin şəxslərin təhqiqatçı olduqlarını zənn etmişdir. Sonra təhqiqatçı ona çöldə gözləməyini demişdir. Mirəli adlı təhqiqatçı ona demişdir ki, “sənin polis işçisi olduğunu bilmirdim, oğlun da sənin polis işçisi olduğunu deməyib bizə”. O, təhqiqatçıya oğlu Hüseyni buraxmalarını demişdir. Bundan sonra ona demişlər ki, “get evdə gözlə, biz gələcəyik”. Polis əməkdaşları ona demişlər ki, “Hüseyn ilə birlikdə gəlib evə baxış keçirəcəyik”. Sonra o, evə gedib orada gözləmişdir. Bir müddət sonra polis əməkdaşları evə gəlmişlər. O, polis əməkdaşlarına evə baxış keçirilən zaman onun iştirakını təmin etmələrini və adını yazmalarını demişdir. Lakin polis əməkdaşları onun həyat yoldaşının iştirakı ilə evə baxış keçirməşlər və sənədlərdə həyat yoldaşının adını yazmışlar. Sonra polis əməkdaşları videoçəkiliş ilə evə baxış keçirmişlər. Həmin vaxt evdən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra Hüseynin barəsində olan iş İstintaq Şöbəsinə verilmişdir. İstintaq vaxtı müstəntiq onu yanına, yəni Polis İdarəsinə çağırmışdır. O, Polis İdarəsində müstəntiqdən köməklik istəmişdir. Orada da o, əvvəllər polis işlədiyini bildirmişdir. O, Polis İdarəsinin İstintaq şöbəsində olarkən məhkəmə ekspertizasından gəlmiş torbada olan 2 (iki) büküm narkotik vasitə və 3-4 dərman vasitəsini ona göstərmişlər. O, bu torbanın haradan peydə olunduğunu soruşmuşdur. Lakin ona cavab verən olmamışdır. Sonra o, demişdir ki, “belə bir torba olsaydı, həmin torbanı mənə Polis İdarəsində göstərməliydilər”. Nəticədə oğlu Hüseynin barəsində cinayət işi məhkəməyə göndərilmişdir. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxsi birinci dəfə saat 15:00-16:00 radələrində Binəqədi Rayon Polis İdarəsində görmüş, ikinci dəfə isə Təqsirləndirilən şəxsi 5-ci Polis bölməsində axşam saat 20:00-21:00 radələrində görmüş, evə baxış keçirilən zaman evdə olmaqla, baxışda iştirak etsə də, onun adı iştirak edənlərin siyahısında yazılmamış, oğlu Hüseyni 5-ci Polis bölməsində görən zaman orada müdafiəçi olmamış, evdən götürülmüş əşyalardan suvenir bıçaqlar sonradan ona geri qaytarılmış, Hüseynin narkotik vasitədən istifadə etdiyini bilmiş, Hüseyn ali təhsillidir, Hüseyn polis əməkdaşları tərəfindən saxlanılan zaman işsiz olmuş, 5-ci Polis bölməsində oğlu Hüseynin döyüldüyünü öz gözləri ilə görsə də, bu barədə şikayət etməmiş, bunun səbəbi isə odur ki, onu orada arxayın etmişlər ki, Hüseyn buraxılacaq, polis əməkdaşları evə baxış keçirən zaman həyat yoldaşının adının yazılması ilə bağlı həyat yoldaşına etiraz etməməsinin səbəbi - həyat yoldaşının ruhi xəstə olmasıdır, Hüseyndə üz sinirinin özündən asılı olmadan tərpənməsi halları müşayiət edilir, bu səbəbdən də Hüseyn psixotrop tərkibli dərmanlardan istifadə etmiş, həmin dərmanları həkim yazmış, Hüseyn həmin dərmanları resept əsasında aptekdən almış, xüsusi resept olmadan həmin dərmanları almaq mümkün deyildir, Hüseyni 3-4 nevroloji müalicə edən xəstəxanaya aparmış, həmin həkimlər resept yazmışlar və sonradan onlar həmin reseptlər əsasında dərmanlar almışlar, özü şəxsən Hüseynin müalicəsi ilə bağlı sonuncunu 5-6 həkimin yanına aparmış, həmin həkimlər Hüseynə dərmanlar yazmışlar, sonradan bilmişdir ki, həmin dərmanlar psixotrop dərmanlardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 3-4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumat əsasında onun barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən “Güvən” klinikasının yaxınlığında xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nə aparılmışdır. xx.xx.2022-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 16) görünür ki, həmin gün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs müdafiəçi qismində təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün saat 19:10-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışda onun istəyi əsasında təqdim edilmiş müdafiəçi həmin prosessual hərəkətdə iştirak etməmişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs 5-ci Polis şöbəsinə müraciət edərək müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 28-30) görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:20-dən həmin gün saat 19:45-dək müdafiəçinin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əlində olan göy rəngli, üzərində BMW markasının logosu olan sellofan paketin içərisindən altı ədəd ağ rəngli sellofana bükülmüş, iki ədəd şəffaf sellofana bükülmüş, bir ədəd qızılı rəngli falqaya bükülmüş, bir ədəd ağ rəngli salfetə bükülmüş narkotik vasitə marixuanaya bənzər büküm, 64 ədəd “Preqabalin krka 300” adlı həblər və səkkiz ədəd “Qliçin forte” adlı həblər, bir ədəd üzərində “Digital Scale” yazılmış elektron tərəzi, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd “Poco” markalı, həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 40) görünür ki, X3 (Təqsirləndirilən şəxs anası) yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 41-43) görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 03:30-dan həmin gün saat 03:40-dək Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6888 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 47-48) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün №174 möhür əksi, şübhəli şəxs (imza) N.Hüseyn” və s. yazılar soyad və imzalar olan zərfdəki “прегабалин крка 300 мг” yazılan konvalyutda ümumilikdə 64 ədəd ağ-qəhvəyi rəngli kapsula güclü təsir edən maddə preqabaldir, təsiredici maddəsinin miqdarı 19,2 qramdır (üzərində olan göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsini miqdarı 0,30 qramdır), bir ədəd üzərində “Глицин форте” yazılan konvalyutda ümumilikdə 08 ədəd ağ rəngli dərman tableti narkotik vasitə psixotrop maddə və güclü təsir edən maddələrə aid deyildir. Preqabalin 2016-cı il 18 mart tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1373 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 52-53) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....5) şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki altı ədəd ağ rəngli sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: 110,0 qram, 1,317 qram, 0,327 qram, 0,275 qram, 0,337 qram, 0,270 qram, 02 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,322 qram, 0,255 qram, 01 ədəd ağ rəngli salfet bükümdə təmiz çəkisi 1,260 qram və 01 ədəd qızılı rəngli folqa bükümdə təmiz çəkisi 0,110 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 114,473 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “....5) şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki bir ədəd olan elektron tərəzi üzərində təmiz çəkisi - 0,06 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri vardır. Təqdim edilən altı ədəd ağ rəngli sellofan bükümdə, 02 ədəd şəffaf sellofan bükümdə, 01 ədəd ağ rəngli salfet bükümdə, 01 ədəd qızılı rəngli folqa bükümdə və bir ədəd elektron tərəzi üzərində olan marixuanalar tərkiblərinə görə eynilik təşkil edirlər. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2968/2022 saylı qərarından (cild 1, iş vərəqə 61-62) görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 03 dekabr 2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciətin geri qaytarılması qərara alınmışdır (əsas - göstərilən tədbirlər qanunvericilikdə təsbit edilmiş əməliyyat-axtarış tədbirlərinə aid deyil). xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (əməlin tövsif edilməsinə əsas kimi səhvən külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi göstərilmişdir). xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 84-85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1368/2022 saylı qərarından (cild 1, iş vərəqə 106-110) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş məlumatdan (cild 2, iş vərəqə 200) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Binəqədi RPİ-nin MSY-dən gətirilərək həmin istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə tibib müayinədən keçirilərkən Təqsirləndirilən şəxs sağ bel nahiyəsində qərtmərkli yara xəsarəti aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubundan (cild 1, iş vərəqə 219) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, həmin gün ilkin tibbi müayinədən keçirilmiş və həmin vaxt onun bədəninə baxış keçirilərkən sağ bel nahiyəsində üzəri qərtmərkli yara müşahidə olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxs tərəfindən verilmiş 51 saylı rəydən (cild 1, iş vərəqə 136-137) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs asılılıq sindromu narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Nəzirov X2 əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 244-247) görünür ki, toplanmış material üzrə Şahid3 və qeyrilərinin barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 134) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 166) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 717 nömrəli məhkəmə psixiatrik ekspertiza rəyindən (cild 1, iş vərəqə 192-193) görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 8-10) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsində yerləşən “Təbib” adlanan aptekdən “Preqabalin” dərman preparatını aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli “Alişan” şirkəti tərəfindən verilmiş 10 nömrəli arayışdan (cild 2, iş vərəqə 12) görünür ki, təqdim edilən tövsiyyə vərəqəsinin əsli “Təbib 2” aptekinə təqdim edilməmiş, həmin tövsiyyə vərəqəsi əsasında aptekdə heç kimə “Preqabalin” dərman vasitəsi satılmamış, 2022-ci ilin may ayında aptekdə satıcı kimi Şahid5 Beydulla qızı və X8 işləmişlər. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 36-45) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 240.3.2-ci maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, onun əməlində Azərbaycan Republikası Cinayət Məcəlləsinin 206, 234.1-1 və 234.4.2-ci maddələrinin tərkib əlamətləri olması müəyyən edilmədiyindən barəsində həmin maddələr ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni və güclü təsir edən həbləri əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işindən ayrıca icraata materialın ayrılması, 01 ədəd “DVD” diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı təqdim etdiyi 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 113,913 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd elektron tərəzi, qalıq sayı 63 ədəd olan “Preqabalin” dərman vasitəsinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona yeni məzmunda ittiham elan edilmiş, lakin Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla razı olmadığına görə həmin qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubundan (cild 2, iş vərəqə 216) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həmin istintaq təcridxanasına gətirilmiş və ilkin tibib müayinədən keçirilən zaman onun belinin sağ nahiyəsində üzəri qərtmərkli yara müşahidə edilmişdir. Hseyn Nəzirov həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aid şəxsi işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan (cild 2, iş vərəqə 202) görünür ki, həmin gün Binəqədi RPİ-nin MSY-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxt onun bədənin müxtəlif yerlərində yara izləri, burnunda və əlində qızartı izləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs deməsinə görə həmin xəsarətləri tutulmamışdan əvvəl almışdır. Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən tərtib edilmiş aktdan (cild 2, iş vərəqə 201) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Binəqədi RPİ-nin MSY-dən gətirilərək istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə tibib müayinədən keçirilərkən Təqsirləndirilən şəxs sağ bel nahiyəsində qərtmərkli yara xəsarəti aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aid tibbi kitabçadan (cild 2, iş vərəqə 217-221) görünür ki, Təqsirləndirilən şəxs sağ bel nahiyəsində qərtmərkli yara xəsarəti aşkar olunmuş və o, həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Binəqədi rayon prokurorluğunda aparılmış 595-C-22 saylı araşdırma materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 52 nömrəli canlı şəxsin ekspertiza rəyindən (cild 3, iş vərəqə 20-21) görünür ki, Təqsirləndirilən şəxs bədəninə Bakı İstintaq Təcridxanasında xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman onun bədən səthində sağ bel nahiyəsinin qartmaqlı yarası aşkar olunmuşdur. Həmin yaranın qartmağının rəngi və digər xarakterik xüsusiyyətləri təsvir olunmadığından qeyd olunan yaranın əmələ gəlmə müddəti, aləti və sağlamlığa zərər vurma dərəcəsi barədə fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən aşkarlanmış və maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 1 (bir) ədəd mobil telefonda quraşdırılmış proqrama məhkəmədə baxış keçirilən həmin proqramdan götürülərək cinayət işinə əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 127-132) görünür ki, xx.xx.2022-ci il tarixdə 275,70 manat, xx.xx.2022-ci il tarixdə 403 manat, xx.xx.2022-ci il tarixdə 316 manat, xx.xx.2022-ci il tarixdə 316 manat, xx.xx.2022-ci il tarixdə 368 manat, ümumilikdə isə 1.678,70 manat məbləğində Təqsirləndirilən şəxs tərəfindən “Təbib” aptekdən predmetlər alınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tövsiyyə Vərəqəsindən (cild 1, iş vərəqə 80) görünür ki, həmin vərəqdə ”Preqabalin 150 mg”, 1 tabx2 dəfə, y/sonra (4 qutu), “Preqabalin 300 mg”, 1 tabx1 dəfə, y/sonra (4 qutu) qeydləri aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçiləri vasitəsi ilə müxtəlif suallar, eləcə də müxtəlif vəsatətlər verməklə ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 9-cu bəndinə əsasən - təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Müdafiə tərəfi məhkəmədə ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Müdafiə tərəfinin ittihamın qanunsuz və əsassız olması ilə bağlı irəli sürdüyü dəlillər aşağıdakılardan ibarətdir: - Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövr ərzində polis əməkdaşları tərəfindən fiziki (döyülərək xəsarət alması) və mənəvi (mobil telefonunda olan görüntülərin qanunsuz şəkildə yayılması) zorakılığa məruz qalmış, nəticədə ona məxsus olmayan artıq çəkidə narkotik vasitə marixuananın ona məxsus olmasına dair etirafedici ifadə vermiş, - Təqsirləndirilən şəxs vaxtında müdafiəçi ilə təmin edilməmiş, müdafiəçi ilə təmin edildikdən sonra isə həmin müdafiəçi tərəfindən ona səmərəli şəkildə hüquqi yardım göstərməmiş və nəticədə müdafiə hüququnun pozulması ilə onun üzərində şəxsi axtarış keçirilmiş, - Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ittiham aktında göstərilmiş yerdə, vaxtda və şəraitdə saxlanılmamış (deməsinə görə yaşadığı mənzilin qarşısında günorta saatlarında saxlanılmış və saxlanılan kimi polis əməkdaşları qanunsuz şəkildə onun yaşadığı mənzilə daxil olmuşlar), - Təqsirləndirilən şəxs 64 ədəd “Preqabalin” derman vasitəsini qanuni əsaslarla (resept əsasında) şəxsi istifadəsi üçün əldə etmiş, - Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr, eləcə də göstərilən vasitə/maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı ilə məşğul olmamışdır. Müdafiə tərəfinin iddia etdiyi hallar bilavasitə ittihamın qanuniliyinə və əsaslılığına təsir etdiyindən bu hallar məhkəmə tərəfindən məhkəməyə aid edilmiş səlahiyyət həddində araşdırılmışdır. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılması cinayət işinin mübahisəsiz halıdır. Bundan başqa, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qalıb-qalmaması ilə bağlı hallar Binəqədi rayon prokurorluğunda araşdırılmış və nəticədə polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin göstərilən hissədə məhkəmədə araşdırma aparılarkən müəyyən edilmişdir ki, prokurorluq orqanında Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalıb-qalmaması ilə bağlı natamam araşdırma aparılmışdır. Ona görə də məhkəmə həmin araşdırmanı yetərli hesab etməyərək bununla bağlı məhkəmədə daha ətraflı araşdırma aparmışdır. Araşdırma nəticəsində yeni sübutlar əldə edilərək cinayət işinə əlavə edilmişdir. Belə ki, məhkəmənin əldə etdiyi və məhkəmədə obyektiv şəkildə tədqiq edilməklə araşdırılmış xx.xx.2022-ci il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş məlumatdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Binəqədi RPİ-nin MSY-dən gətirilərək həmin istintaq təcridxanasına təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə tibbi müayinədən keçirilərkən onun sağ bel nahiyəsində qərtmərkli yara xəsarəti aşkar olunmuş və o, həmin xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan bir neçə gün sonra tibbi müayinədən keçirilərkən onun sağ bel nahiyəsində yara xəsarətinin aşkar ediməsi cinayət işinin mübahisəsiz halıdır. Məhkəmənin qarşısında bu hissədə duran başlıca vəzifə - Təqsirləndirilən şəxs ibtidai araşdırmanın gedişində və məhkəmədə bildirdiyi halların, yəni polis əməkdaşları tərəfindən saxlanılarkən bədəninin müxtəlif yerlərinə, o cümlədən burun və bel nahiyəsinə xəsarətlərin yetirilməsi məsələsinin aydınlaşdırılması və bu məsələyə lazımı hüquqi qiymət verilməsidir. Belə ki, Təqsirləndirilən şəxs aid şəxsi işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktı ilə təsdiq olunur ki, xx.xx.2022-ci il tarixdə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin MSY-də baxış keçirilmiş və həmin vaxt onun bədəninin müxtəlif yerlərində yara izləri, burnunda və əlində qızartı izləri aşkar olunmuşdur. Yəni o, xx.xx.2022-ci il tarixdə saxlanıldığı və həmin gün MSY-də onun üzərinə baxış keçirilərkən üzərində xəsarət izinin olması barədə qeyd aparılmadığı halda, onun üzərinə xx.xx.2022-ci il tarixdə MSY-də yenidən baxış keçirilərkən bədəninin müxtəlif yerlərində yara izləri, ələlxüsus da burnunda və əlində qızartı izlərinin aşkar edilməsi ona dəlalət edir ki, göstərilən xəsarətlər yeni xəsarətlər olmuşlar. Həmçinin həmin aktda Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulmamışdan əvvəl aldığı göstərilsə də, sonuncu fakt inandırıcı hesab oluna bilməz. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının nəzarətindən çıxdıqdan (təcridxanaya aparıldıqdan) sonra həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını dəfələrlə bəyan etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli akt yuxarıda göstərilən məsələyə aydınlıq gətirilməsində müstəsna rol oynayır. Belə ki, həmin aktla Təqsirləndirilən şəxs bildirdiyi məlumatların doğruluğu təsdiq olunur. Yəni Təqsirləndirilən şəxs bədəninin müxtəlif yerlərinə, o cümlədən burun, əl və bel nahiyəsinə xəsarət yetirilməsi ilə bağlı verdiyi məlumatlar həmin aktla üst-üstə düşür. Aktda onun burnunda və əlində qızartı izlərinin aşkar edilməsi barədə aparılmış qeydiyyat isə Təqsirləndirilən şəxs fiziki zorakılığa qısa müddət əvvəl məruz qalması ilə bağlı faktın doğruluğunu təsdiq edir. Başqa sözlə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılanadək onun üzərində hər hansı xəsarət izinin olması inandırıcı deyil. Əksinə məhkəmə yuxarıda göstərilən aktla təsdiq olunmuş məlumatları məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, göstərilən xəsarətlər həqiqətən də Təqsirləndirilən şəxs olmuş və o, bu xəsarətləri polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra almışdır. Lakin Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsini məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən etmək mümkün olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs zorakılığa məruz qalıb-qalmaması barədə Binəqədi rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində polis əməkdaşı Şahid3 və qeyrilərinin barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs zorakılıq etməsini məhkəmədə də müəyyən etmək mümkün olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılanadək onun üzərində xəsarət izi olmadığından və xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin MSY-də onun bədəninin müxtəlif yerlərində yara izləri, burnunda və əlində isə qızartı izi, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən sağ bel nahiyəsində xəsarət izi aşkar edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, həmin xəsarətlər ona polis əməkdaşları tərəfindən saxlanıldıqdan, yəni dövlətin nəzarəti altına keçdikdən sonra yetirilmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmədə başqa hal/hallar müəyyən edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı prokurorluq orqanında göstərilən hissədə araşdırma aparılsa və araşdırma ilə bağlı canlı şəxsin ekspertizası keçirilsə də, ekspertiza rəyində iş üzrə əhəmiyyət kəsb edən hallara aydınlıq gətirilməmiş, prokurorluq orqanı isə bu kimi vacib xüsusatları diqqətdən qaçırmışdır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra zorakılığa məruz qalmış, nəticədə müxtəlif xəsarətlər almışdır. Məhkəmə təəssüf hissi ilə qeyd edir ki, ibtidai araşdırma zamanı həmin xəsarətləri Təqsirləndirilən şəxs yetirmiş şəxs/şəxslərin əməllərinə lazımı hüquqi qiymət verilməmiş və nəticədə həmin şəxs/şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməmişlər. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində xəsarətlərin olması və bu xəsarətləri polis əməkdaşları tərəfindən saxlanıdlıqdan sonra alması barədə onun məhkəmədə verdiyi ifadəsi həqiqəti əks etdirir və ona görə də onun bu hissədə məhkəmədə verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri qanunsuz şəkildə əldə edilmiş sübutlar kimi qəbul edərək göstərilən tarixlərdə keçirilmiş dindirmə istintaq hərəkətlərinin nəticəsinə dair tərtib edilmiş protokolları sübutlar siyahısından çıxarılması nəticəsinə gəlir. Belə ki, işgəncə ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özü-özlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla, əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ ilə bağlı hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. Birinci işdə Assenov və onu təmsil edən valideynləri iddia edirdilər ki, Assenov polis əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdür. Bolqarıstan höküməti bu iddiaya etiraz etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanın dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilibyetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi, və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyriqanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etdi ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. İşgəncə verdikləri iddia edilən əməliyyat-axtarış tədbirini aparmış əməkdaşlar və bir çox hallarda onlarla etibarlı münasibətlərdə olan hal şahidləri əslində işgəncə barədə iddia ilə əlaqədar maraqlı şəxslər qismində çıxış edirlər. Bu səbəbdən də Avropa Məhkəməsi Üzv Dövlətlərə tövsiyyə etmişdir ki, məhkəmələr işgəncə, pis rəftar barədə iddialar irəli sürüldükdə, yalnız maraqlı şəxslərin ifadələri ilə kifayətlənməyib, daha dərin və ətraflı araşdırma aparmalı, o cümlədən təqsirləndirilən şəxsi tibbi ekspertlərin müayinəsindən keçirməli, onun tutulana qədər (əməliyyat axtarış tədbirinədək) və bundan sonraki sağlamlıq vəziyyəti barədə məlumat verə biləcək şəxslərin dairəsini müyyən edib onların (məsələn qohumların, təqsirləndirilən şəxslə birlikdə müvəqqəti saxlama, istintaq təcridxanalarında olmuş şəxslərin, digər kənar müşahidəçilərin) dindirilməsini təmin etməli, tutulması (həbs edilməsi) ilə əlaqədar tərtib edilmiş şəxsi işi təcridxanadan tələb edib onun materiallarını, o cümlədən MSY-nə, istintaq təcridxanasına daxil olarkən şəxsin sağlamlıq vəziyyətinə dair sənədləri tədqiq etməlidirlər. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün ciddi əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn “Tomasi Fransaya qarşı iş”də (1992-ci il) Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Hazırkı cinayət işi üzrə ortada işgəncə barədə iddia olduğundan və məhkəmə istintaqında aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğu vaxtadək, yəni xx.xx.2022-ci il tarixədək üzərində xəsarətlərin olmadığı müəyyən edildiyindən, məhz tutulduqdan sonra onun üzərində xəsarətlərin yaranması təsdiq olunduğundan, məhkəmə belə nəticəyə gəlir ki, o, həqiqətən də tutularkən və tutulduqdan sonra, yəni faktiki olaraq dövlətin nəzarətində olduğu vaxt zorakılığa, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yoverilməz elan edir. Cinayət-Prosessual Qanunun 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin qeyrinə təfsir etməyi tələb edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs tutulduğu vaxta təsadüf edən xəsarətlərin aşkar edilməsi ona zorakılığın edildiyini, işgəncənin verildiyini və bununla da onun qeyriinsani rəftara məruz qaldığını təsdiq edir. Belə olduğu halda isə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır. İş üzrə ən maraqlısı odur ki, Binəqədi rayon prokurorluğunda şikayət üzrə araşdırma aparılarkən və həmin araşdırma zamanı təqsirləndirilən şəxsin üzərində xəsarətin olması mötəbər sübutlar, o cümlədən ekspertiza rəyi ilə təsdiq olunsa da, cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi rayon prokurorluğu tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında polis əməkdaşlarının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla da həmin xəsarətləri ona yetirmiş şəxslər müəyyən edilməmişlər və cinayət məsuliyyətinə cəlb edilməmişlər. Bu səbəbdən də məhkəmə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi rayon prokurorluğunun qərarı ilə qəti şəkildə razılaşmır və hesab edir ki, bu qərar təqsirləndirilən şəxsin iddia etdiyi halların həqiqət olmasına və onun üzərində yaranmış xəsarətlərlə bağlı nəticəyə gəlməyə mane olmur. Belə ki, həmin qərarda təqsirləndirilən şəxsin saxlanılmasında konkret hansı polis əməkdaşlarının iştirak etməsi müəyyən edildiyi, təqsirləndirilən şəxsin üzərində xəsarətin olması ekspertiza rəyi əsasında təsdiq edildiyi və onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması müəyyən edildiyi halda, ona həmin xəsarətlərin harada, hansı şəraitdə, kimin tərəfindən və hansı üsullarla yetirilməsi hallarına nəyinki lazımi hüquqi qiymət verilməmiş, əksinə ümumiyyətlə qeyd edilən hallar araşdırılmamışdır. Bu da prokurorluq orqanında aparılmış araşdırmanın natamam, keyfiyyətsiz və qüsurlu olmaqla yanaşı, həmçinin araşdırmanın səthi aparıldığının göstəricisidir. Başqa sözlə, təqsirləndirilən şəxsin üzərində xəsarət olmadığı vaxtda tutulduqdan sonra onun üzərində xəsarətlərin yaranması Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən təqsirləndirilən şəxslərə işgəncənin verilməsini və onların qeyri-insani rəftara məruz qalmasını təsdiq edir. Qeyd edilən halları hazırkı məsələyə nisbətdə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilkin etirafedici ifadələri qanunsuz şəkildə ondan alınmışdır. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda prokurorluq tərəfindən yoxlanılmasına və əsassızlığının müəyən olunmasına görə məhkəmə tərəfindən rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. Çünki faktiki olaraq məhkəmələr işgəncə barədə iddianı yoxlamadan yalnız prokurorluğun apardığı araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da (məsələn təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəni) mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Ona görə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla, işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də prokurorluğun qərarına görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Bundan başqa, "Savalanlı və digərlərinin Azərbaycana qarşı" iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarının 85-ci bəndində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Avropa Məhkəməsi hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Sözügedən qərarın 89-92-ci bəndlərində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, polis protokollarında, yaxud sonradan qəbul edilmiş hər hansı qərarlarda səlahiyyətli orqanların xüsusi olaraq ərizəçiləri hədəf almasına səbəb olan və onların həbsi və axtarışı üçün əsas yaradan məlumatların toplanması və alınması ilə bağlı hər hansı konkret məlumat və təfərrüatlar yoxdur. Xüsusən, belə məlumatın iddia edildiyi kimi polis tərəfindən əldə edilməsinin üsulunu, mənbəyini və həmin mənbənin məlumatdan necə xəbərdar olduğunu məlum etmək mümkün deyil. Siyasi fəal olan və ya siyasi fəalların yaxin ailə üzvü olan ərizəçilərin keçmişində sözügedən hadisələrdən əvvəl narkotiklərlə və ya hər hansı digər cinayətlərlə bağlı heç bir halın mövcud olmaması faktı hazırkı vəziyyəti daha təəccüblü edir. Ərizəçilərə dair həyata keçirilən axtarışlar əvvəlcədən məhkəmə qərarı olmadan aparılsa da, istintaq orqanları ərizəçilər barəsində aparılan axtarışları əvvəlcədən məhkəmə qərarı olmadan zəruri edən halları izah etməklə öz qərarlarını əsaslandırmamış və daxili qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə kifayətlənmişlər (müqayisə edin, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, § 61, 14 mart 2019 -cu il). Bundan əlavə, iş materiallarında mövcud olan sənədlərdən məhkəmənin istintaq orqanları tərəfindən aparılan istintaq hərəkətlərini nəzərdən keçirməsi və ya məhkəmə qərarı olmadan axtarışların aparılması ilə bağlı hər hansı müvafıq qərarın surətinin daxili qanunvericiliklə müəyyən edilmiş qaydada qırx səkkiz saat ərzində müvafiq nəzarəti həyata keçirən məhkəməyə və prokurora göndərilməsi halları müəyyən edilmir. Avropa Məhkəməsi polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015- ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). İstintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarınm istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Avropa İnsan Hüquqları Məhkəməsi “Vanyan Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2005-ci il tarixli qərarında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən etmiş və bu zaman “polis provakasiyası” ilə bağlı qeyd etmişdir ki, polisin müdaxiləsi və bunun nəticəsində əldə olunmuş sübutlardan ərizəçiyə qarşı cinayət işinin qaldırılması üçün istifadə edilməsi məhkəmə araşdırmasının ədalətliliyinə bərpaedilməz zərər vurmuşdur” (qərarın 49-cu bəndi). Müdafiə tərəfinin ikinci dəlili, yəni Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən müdafiəçi ilə təmin olunmamasına gəldikdə isə məhkəmə hesab edir ki, bu dəlil də kifayət qədər ciddi dəlildir. Belə ki, şübhəli və təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin edilməsi, istintaq hərəkətlərinin müdafiəçinin iştirakı ilə həyata keçirilməsi müdafiə hüququnun ən əsas elementlərindən biridir və göstərilənlər formal xarakter daşımamalı, əksinə müdafiəçi ilə təmin edilmə bilavasitə müdafiə hüququnun səmərəli şəkildə realizə edilməsinə yönəlməlidir. Lakin cinayət işinin materiallarından bunun əksi görünür. Belə ki, cinayət işinə xx.xx.2022-ci il tarixli 3615 saylı vəkil orderi, həmin tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi barədə protokol, şübhəli şəxsin tutulması barədə qərar, şübhəli şəxsin tutulması barədə protokol əlavə edilsə də, dövriyyəsi qadağan edilmiş predmetlərlə bağlı ən vacib prosessual hərəkəti özündə əks etdirən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. İlk baxışdan bu məsələ sadə görünsə də, əslində çox vacib məsələdir. Dövriyyəsi qadağan edilmiş predmetlərin götürülməsini nəzərdə tutan prosessual hərəkətlərdə müdafiəçinin iştirakı müdafiə hüququnun realizə edilməsi və həmin prosessual hərəkətin şəffaflığının təmin edilməsi baxımından mühüm şərtdir. Belə ki, cinayət işinin materiallarına Təqsirləndirilən şəxs tərəfindən imzalanmış ərizə (vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarışın keçirilməsi) əlavə edilsə də, həmin ərizənin üzərində müdafiəçi tərəfindən “tanış oldum” qeydinin aparılması başa düşülən deyil. Göstərilən məzmunda qeydin aparılması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həmin ərizə alınarkən müdafiəçi orada olmamışdır. Əks halda digər prosessual sənədlərdə olduğu kimi həmin ərizə həm şübhəli şəxs, həm də müdafiəçi tərəfindən birlikdə imzalanmış olardı. Bu qeyd ona dəlalət edir ki, həmin ərizə şübhəli şəxsdən alındıqdan sonra müdafiəçi həmin ərizə ilə tanış olaraq öz qeydini aparmışdır. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edildiyi halda və bundan sonra onun şübhəli şəxs qismində tutulması rəsmiləşdirildikdən qısa müddət sonra onun üzərinə şəxsi axtarış, eləcə də yaşadığı evə baxış keçirilərkən orada həmin müdafiəçinin iştirak etməməsi keçirilmiş prosessual hərəkətlərin şəffaflığına ciddi şübhə yaradır. Dövriyyəsi qadağan olunmuş əşyalarla bağlı prosessual hərəkətlərdə şəffaflığın təmin edilməsinin fundamental əsası - həmin prosessual hərəkətlərdə müdafiəçinin iştirakının təmin edilməsidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxt müdafiəçi ilə təmin olunması görünsə də, məhkəməyə aydın olmayan səbəblərdən ondan müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarışın keçirilməsinə etirazının olmaması barədə ərizə alınmış və bundan sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilmişdir. Başqa sözlə, tutma protokolu rəsmiləşdirilən zaman müdafiəçinin 5-ci Polis bölməsində olması, bundan qısa müddət sonra saxlanılan şəxsin üzərinə şəxsi axtarış keçirilərkən orada müdafiəçinin olmaması faktiki olaraq müdafiə hüququna qəsddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd edilən hal da iş üzrə kifayət qədər əhəmiyyətlidir. Eyni zamanda xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolda aşkar edilmiş predmetlərin hansı qaydada qablaşdırılması da göstərilməmişdir. Bu da öz növbəsində həmin prosessual hərəkətin şəffaf şəkildə keçirilməsinə kölgə salan hallardan biridir. Başqa sözlə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra müdafiəçi ilə təmin edilsə də, iş üzrə ən vacib prosessual hərəkətlərdə müdafiəçinin iştirak etməməsi şübhəlidir. Bu şübhəni gücləndirən digər hallar isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilsə də, həmin müdafiəçi tərəfindən ona lazımı hüquqi yardım göstərilməmişdir (protokollara qeyd, dindirmə zamanı suallar, prosessual məcburiyyət tədbirləri ilə bağlı şikayətlər verilməmişdir). Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilsə də, ona lazımı hüquqi yardım göstərilməmiş və bu da müdafiə hüququnun formal şəkildə həyata keçirilməsinə dəlalət edir. Bundan başqa, cinayət işinə xx.xx.2022-ci il tarixli yaşayış sahəsinə baxış keçirilməsi haqqında protokol əlavə edilsə və həmin protokoldan yaşayış sahəsinə gecə vaxtı, yəni 03:30-dan həmin gün saat 03:40-dək prosessual hərəkətin keçirilməsi görünsə də, prosessual hərəkətin gecə vaxtı keçirilməsinə əsas olan hallarla bağlı əsaslandırılmış qərar qəbul edilməmişdir. Halbuki Təqsirləndirilən şəxs ilkin ifadəsində yaşadığı evdə narkotik vasitə və sair qanunsuz predmetlər saxladığını bildirməmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış şəffaf şəkildə keçirilməmiş, bu da prosessual hərəkətin qanuniliyinə ciddi şübhə yaradır. Bu səbəbdən də məhkəmə cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun qanunsuz olması nəticəsinə gəlir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı mənzilin qarşısında saxlanılması dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs məhz mənzilinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, habelə bu hissədə ibtidai istintaq orqanının gəldiyi nəticəni təkzib edə bilməmişdir. Saxlanılma vaxtına gəldikdə isə ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin gün günorta saatlarında saxlanıldığını iddia etdiyindən və məhkəmə tərəfindən əldə edilmiş anten məlumatlarına məhkəmədə baxış keçirilərkən onun 15:33:17-dən etibarən Binəqədi rayonu ərazisində olması müəyyən edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, bu hissədə də Təqsirləndirilən şəxs məhkəməyə verdiyi məlumat daha mötəbərdir. Bu da öz növbəsində Təqsirləndirilən şəxs saat 18:00 radələrində saxlanılmasına ciddi şübhə yaradır. Bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saat 18:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılması şübhəlidir. Hər bir halda yuxarıda göstərilənlər onu göstərir ki, təqsirləndirilən şəxsin barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirləri haqqında qərarın qanuniliyi qanunla müəyyən edilmiş qaydada məhkəmə nəzarəti qaydasında yoxlanılmamış və məhkəmə aktı ilə həmin qərar qanuni sayılmamışdır. Məhkəmə qaydasında qanuniliyi yoxlanılmamış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar isə qanuni sayıla bilməz. Odur ki, xx.xx.2022-ci il tarixli əməliyyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanunsuz sayılmalıdır. Yuxarıda göstərilən çoxlu sayda qanun pozuntuları ilə həyata keçirilən əməliyyataxtarış tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Eyni zamanda əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilibkeçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X9rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrıayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində isə təsbit olunmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Dərman vasitəsi olan “Preqabalinin” resept əsasında əldə edilməsi dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş tövsiyyə məktubunun həqiqiliyi ibtidai araşdırma zamanı yoxlanılmış və ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs həmin dərman vasitəsini həmin tövsiyyə məktubu əsasında əldə etməmişdir. Qeyd edilən xüsusat üzrə məhkəmədə araşdırma aparılarkən dindirilmiş şahidlər (aptekin işçisi və tövsiyyə məktubunun üzərində həkim kimi qeyd edilmiş şəxs) həmin tövsiyyə məktubunun qanunsuz olmasını və belə bir məktub əsasında Təqsirləndirilən şəxs “Preqabalin” dərman vasitəsinin satılmadığını bildirmişlər. Lakin müdafiə tərəfinin vəsatətinə əsasən Təqsirləndirilən şəxs mobil telefonuna (maddi sübut kimi tanınmış “Redmi” markalı mobil telefon) məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil telefona quraşdırılmış tətbiq etmə vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 275,70 manat, xx.xx.2022-ci il tarixdə 403 manat, xx.xx.2022ci il tarixdə 316 manat, xx.xx.2022-ci il tarixdə 316 manat, xx.xx.2022-ci il tarixdə 368 manat, ümumilikdə isə 1.678,70 manat məbləğində Təqsirləndirilən şəxs tərəfindən “Təbib” adlı aptekə ödəniş edilmişdir. Başqa sözlə, məhkəmədə dindirilmiş şahidlər Təqsirləndirilən şəxs “Təbib” adlı aptekdən dərman vasitələrini aldığını inkar etsələr də, mobil telefona baxış keçirilərkən bunun əksi təsdiq olunmuşdur. Aptekdən 1.678,70 manat dəyərində alış-verişin edilməsi təsdiq olunsa da, həmin pul vəsaiti hesabına əldə edilmiş predmetlərin siyahısını müəyyən etmək olmamışdır. Lakin göstərilən məbləğdə aptekdən müxtəlif predmetlərin alınması faktiki olaraq ibtidai istintaq orqanının gəldiyi nəticəni təkzib etməklə yanaşı, həmçinin iş üzrə natamam və qüsurlu ibtidai araşdırmanın aparılmasını göstərir. Bir daha qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi bu hissədə tam şəkildə öz təsdiqi tapmasa da, 1.678,70 manat məbləğində pul vəsaiti hesabına “Təbib” adlı aptekdən alış-verişin edilməsi ibtidai istintaq orqanının bu hissədə gəldiyi nəticəyə dair ciddi şübhə yaradır ki, bu şübhə də öz növbəsində təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitələr və güclü təsir edən dərman vasitələrinin satışı ilə məşğul olmaması barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, ibtidai istintaq orqanı onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək lazımı və yetləri sübutları əldə edib cinayət işinə əlavə etməmişdir. Həmçinin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və sair hərəkətləri barədə nəticəyə gələrkən ona məxsus “Poco” markalı mobil telefona baxış keçirilərkən mobil telefondan aşkar edilmiş şəkilləri əsas tutmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, şəxsi axtarışın keçirilməsinə dair protokoldan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, həmin vaxt digər predmetlərlə yanaşı, onun üzərindən 1 (bir) ədəd “Poco” markalı mobil telefonun aşkar edilməsi görünsə də, həmin mobil telefonun sonrakı taleyi barədə heç bir prosessual sənəd qəbul edilməmişdir. Belə ki, sübutların qiymətləndirilməsi haqqında qərarda 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınsa da, “Poco” markalı mobil telefonla bağlı məsələ həll olunmamışdır. Bu məsələ də öz növbəsində yuxarıda göstərilən şübhələri daha da artırır. Eyni zamanda həmin fotoşəkillərdə əks olunmuş məlumatların hansı tarixə təsadüf etməsini də müəyyən etmək mümkün deyil. Əksinə həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuana almaq niyyətində olmuşdur. Bu məlumatlar əsasında Təqsirləndirilən şəxs digər şəxslər üçün və qazanc əldə etmək məqsədi ilə narkotik vasitəni əldə etməsi müəyyən edilmir. Əksinə həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə almaq istəmiş və ona narkotik vasitə satmaq istəyən şəxslə yazışmışdır. Bu isə ona dəlalət edir ki, həmin məlumatlarda əks olunmuş münasibətlərdə Təqsirləndirilən şəxs narkotik vasitənin alıcısı kimi iştirak etmişdir. Başqa sözlə, həmin məlumatlar əsasında Təqsirləndirilən şəxs üçüncü şəxslə birlikdə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması təsdiq edilmir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülsə də, onun qabaqcadan əlbir olması iddia olunan şəxs müəyyən edilmədiyindən və belə razılaşmanın nədən ibarət olması, eləcə də razılaşmanın nədə ifadə olunması ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmədiyindən bu hissədə irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olmasına dair ibtidai istintaq orqanı heç bir sübut əldə edib cinayət işinə əlavə edilməmişdir. Beləliklə, ibtidai istintaq orqanı “Poco” markalı mobil telefon üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması nəticəsinə gəlsə də, məhkəmə qeyd edilən hissədə əldə edilmiş sübutları nəzərdən keçirib və digər sübutlarla qarşılıqlı şəkildə yoxlayıb hesab edir ki, həmin fotoşəkillərdə ifadə olunmuş yazışmalar Təqsirləndirilən şəxs tutulmasından, yəni xx.xx.2022-ci il tarixdən xeyli əvvəlki dövrə təsadüf edir və həmin mesajlar onun şəxsiyyəti ilə bağlı nəticəyə gəlməyə imkan verir. Hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qanuniliyinin və əsaslılığın yoxlanılmasından ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, “Poco” markalı mobil telefona baxış keçirilməsi haqqında protokol Təqsirləndirilən şəxs narkotik vasitələr və “Preqabalin” dərman vasitəsinin satışı ilə məşğul olması nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə daha bir məsələyə də aydınlıq gətirilməsini zəruri sayır. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə dindirilmiş Şahid6 oğlu Təqsirləndirilən şəxs məhkəmədə bildirdiyi məlumatları təsdiq edərək oğlunun qanunsuz şəkildə saxlanılmasını və bundan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Həmçinin Şahid6 bildirmişdir ki, oğlu Hüseynin polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumatı ona Mirrəsul adlı polis əməkdaşı zəng edərək vermiş, bundan sonra sonuncunun yanına getmiş, orada digər polis əməkdaşı Məmmədəli (iş materiallarına əsasən Məhəmmədəli) ilə yanaşı, həmçinin Mirrəsul adlı polis əməkdaşı ilə görüşmüş, nəticədə Mirrəsul və Məmmədəli kimi tanıdığı polis əməkdaşları oğlu Hüseynin 5-ci Polis bölməsindən azad olunması üçün 20.000-30.000 manat məbləğində pul istəmişlər. Məhkəmə Şahid6 göstərilən hissədə verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 tərəfindən saxlanılması görünsə də, cinayət işinin 1-ci cildinin 5-ci vərəqində olan əməliyyat qrupunun təşkil edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış və həmin qrupa 5-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1, 5-ci Polis bölməsinin sahə inspektoru Şahid2, Binəqədi Rayon Polis İdarəsinin kiçik əməliyyat müvəkkili Şahid3 ilə yanaşı, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili X5 da daxil olmuş, habelə göstərilən protokol Mirrəsul Mahmudov tərəfindən imzalanmışdır. Qeyd olunan protokolda Mirrəsul Mahmudovun göstərilməsi, həmin protokolun sonuncu tərəfindən imzalanması, habelə onun məhz Binəqədi RPİ-nin əməkdaşı kimi göstərilməsi ilə bağlı hallar da Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyinə ciddi şübhə yaradır. Bu kimi hallar onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanunsuzdur. O da qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar Azərbaycan Respublikası CPM-nin tələbinə cavab vermədiyindən, daha dəqiq isə həmin qərarda göstərilmiş tədbirlər əməliyyat-axtarış tədbirlərinə aid edilmədiyindən xx.xx.2022-ci il tarixli qərar qanuni sayılmadan əməliyyat orqanına geri qaytarılmışdır. Bu isə bir daha ona dəlalət edir ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri əsassız şəkildə keçirildiyindən qanunsuzdur. Odur ki, xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokol və Təqsirləndirilən şəxs ilkin etirafedici ifadələri qanunsuz şəkildə əldə edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz və ona görə də həmin prosessual sənədlər sübutlar siyahısından çıxarılmalıdır. Lakin Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən həqiqətən də 11-12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 64 ədəd “Preqabalin” dərman vasitəsini qanunsuz şəkildə əldə edərək saxladığını etiraf etdiyindən, habelə ekspertiza rəyində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaların eyni tərkibli olduğunu və həmin bükümlərdə 11-12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olmadığını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də göstərilən narkotik vasitə qurudulmuş marixuana və “Preqabalin” dərman vasitəsi ona məxsus olmuş və o, göstərilən predmetləri öz istifadəsi üçün qanunsuz şəkildə əldə edib saxlamışdır. Məhkəmə belə nəticəyə gələrkən həmçinin onun əsas tutmuşdur ki, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxs tərəfindən verilmiş 51 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs asılılıq sindromu narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Nəzirov X2 əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs göstərilən hissədə məhkəməyə verdiyi ifadəsini mötəbər sübut sayır və bu ifadəsi əsasında göstərilən vasitə və dərman vasitəsinin ona məxsus olduğunu qəbul edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə bağlı məhkəmə qeyd edir ki, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi məhkəmədə araşdırılmış sübutlar əsasında öz təsdiqini tapmamışdır. Həmçinin narkotik vasitənin çəkisinin 114,473 qram və bir neçə bükümdə olması, eləcə də narkotik vasitə ilə yanaşı elektron tərəzinin də aşkar olunması onun tərəfindən həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi nəticəsinə gəlməyə imkan vermir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bir neçə bükümdə narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzinin aşkar edilməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitələr və psixotrop maddələrin, eləcə də “Preqabalin” dərman vasitəsinin satışı ilə məşğul olmasını, habelə həmin predmetləri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Eyni zamanda məhkəmədə onun başqa şəxslə qabaqcadan əlbir olan şəxs halında da narkotik vasitəni əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs 64 ədəd “Preqabalin” dərman vasitəsi məxsus olsa və onun tərəfindən həmin vasitənin qanunsuz şəkildə əldə edilməsi məhkəmədə müəyyən olunsa da, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin imperativ tələbi həmin vasitələrin məhz satış məqsədi ilə əldə edilməsi çıxış etdiyindən və onun tərəfindən həmin dərman vasitəsini satış məqsədi ilə deyil, əksinə öz şəxsi istifadəsi üçün əldə etməsi məhkəmədə təsdiq olunduğundan məhkəmə belə nəticəyə gəlir ki, onun əməlində Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlaməti yoxdur və ona həmin maddə ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə o, həmin maddə ilə cəzalandırılmalı, həmçinin Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə (bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda) məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmiş, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə nisbətdə) cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ali təhsilli olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 03 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 113,913 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq sayı 63 ədəd təşkil edən “Preqabalin” dərman vasitəsi, 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işinə əlavə edilmiş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, şəxsi axtarış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs üzərində olmuş 1 (bir) ədəd “Poco” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, şəxsi axtarış keçirilməsi haqqında protokoldan Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd “Poco” markalı mobil telefonun aşkar edilərək götürülməsi nəzərdə tutulduğundan həmin mobil telefonun saxlanılması məsuliyyəti ibtidai istintaq orqanının üzərinə düşür. Cinayət işinin materiallarında həmin telefonun müqəddəratı müəyyən edilməsə də, bu hissədə məsuliyyət ibtidai istintaq orqanının üzərinə düşdüyündən həmin mobil telefon Binəqədi RPİ vasitəsi ilə təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 133 (yüz otuz üç) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 133 (yüz otuz üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 113,913 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, qalıq sayı 63 ədəd təşkil edən “Preqabalin” dərman vasitəsi, 1 (bir) ədəd tərəzi məhv edilsin, 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın, cinayət işinə əlavə edilmiş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, şəxsi axtarış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs üzərində olmuş 1 (bir) ədəd “Poco” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 133 (yüz otuz üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar