Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-409/2025 10.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib özündə saxlamış və daşımışdır. 2.Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Murtuza” adlı şəxslə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada müqəddəratına sərəncam verməklə satışını həyat keçirməyi şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsə vəd verib razılaşdıqdan sonra, sonuncunun göstərişi ilə 13 mart 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində 01 ədəd bağlamada təmiz çəkisi 1315 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı gizlədildiyi yerdən taparaq satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə, üzərində saxlayaraq daşımış, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən 13 mart 2024-cü il tarixdə saat 21.50 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4rləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək orada aparılan şəxsi axtarış və götürmə zamanı sağ əlində olan üzərində “Samuray” yazısı olan göy rəngli sellofan paketdən 01 ədəd bağlamada ümumi təmiz çəkisi 1315 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, nömrəsini tanışının ona verdiyi “Murtəza” adlı iran vətəndaşı ilə üç il əvvəl tanış olmuşdur. İranlı sonradan ona Nərimanovdan çanta götürəcəyini və deyəcəyi başqa bir ünvana qoyacağını bildirmişdir. “Murtəza” adlı İran vətəndaşı ona çantanın içində dərman olduğunu və uzaq məsafədə qarşılayıb götürəcəklərini demişdir. Çanta Nərimanovda “Çapayev”də binanın yanında yerdə olmuşdur. İranlı ona çantanı götürdükdən sonra xəbər etməsini, məkan atacağını və çantanı aparıb ora qoymasını bildirmişdir. Mart ayının 13-də gecə saat 11 radələrində taksi sürücüsü kimi qeyd edilən ünvana yaxınlaşmış və ünvandan çantanı götürdükdən sonra polis əməkdaşları yaxınlaşaraq onu bölməyə dəvət etmişlər. O, çantanın içində narkotik olduğunu bilməmiş, bölmədə olarkən çantanın içində narkotik olduğunu görmüşdür. O, narkotik vasitə kimi “nəşə”dən istifadə etmişdir. Pula ehtiyacı olduğundan gedib çantanı götürmüş və həmin çantanı götürmək üçün iranlı ona 400 manat pul vəd etmişdir. Çantanın içində narkotik olması ilə bağlı şübhələnmiş, lakin içində narkotik olmasını tam bilməmişdir. Bölmədə videoçəkiliş aparılmış və müdafiəçi də dəvət edilmişdir. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, təxminən üç ildir İran İslam Respublikası vətəndaşı Murtuza adlı şəxs ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə tanış olmuşdur. Tutulmamışdan təxminən 2-3 gün qabaq Murtuza ilə əlaqə saxladıqda Murtuza ondan narkotik vasitələri sata biləcəyi etibarlı şəxslərin olub-olmamasını soruşmuşdur. O da Murtuzaya elə bir tanışları olmadığını bildirmişdir. Murtuza ona Bakı şəhərində ona göndərəcəyi ünvandan paketi götürərək digər bir ünvana aparıb qoymağı və bunun qarşılığında 500 manat pul təklif etmiş, o da bu təklifi ilə razılaşmışdır. 13 mart 2024-cü il tarixdə "Murtuza” adlı İran vətəndaşı ona “Whatsapp” vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə məkan göndərmişdir. O, həmin gün saat 21 radələrində ona bildirilən məkana, yəni Bakı şəhəri. Nərimanov rayonu, Ə.Əlizadə küçəsinə gələrək orada olan göy sellofan paketi götürmüşdür. Oradan uzaqlaşmaq istədikdə ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etməklə onu polis idarəsinə aparmışlar. Polis idarəsində olan zaman ona hüquq və vəzifələri izah edildikdən sonra, hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. O, əlində olan göy rəngli sellofan paketi, qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli “Samsung” markalı mobil telefonu və özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən sellofan paketin içərisinə baxış keçirildikdə oradan qara rəngli sellofan paket aşkar edilmişdir. Həmin paketin içərisinə baxış keçirildikdə isə oradan yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Daha sonra həmin bağlama ekspertizaya göndərilməsi üçün qablaşdırılmaqla götürülmüşdür. Özü narkotik vasitələrdən istifadə edir. Murtuza adlı şəxsin ona bildirdiyi yerdən götürdüyü bağlamada narkotik vasitə olmasını bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır (İ cild, səh. 195-196). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əməliyyat tədbirində iki nəfər olmuşlar, mart ayının 13-də ərazidə olan zaman gecə saatlarında Əlişərəf Əlizadə küçəsində şəxsi görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxs özünü həyəcanlı aparmış, əlində göy rəngli böyük büküm olmuş və təqdim etməkdən imtina etdiyi üçün bölməyə dəvət etmişlər. Bölmədə təhqiqatçıya təhvil vermişlər, videoçəkilişlə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt külli miqdarda narkotik vasitə marixuana aşkar edilmişdir. Şəxs nartkotiki İran İslam Respublikası vətəndaşının yolladığını, sonra təyinatı üzrə deyəcəyi yerə qoyacağını bildirmişdir. Bunu müqabilində ona nə veriləcəyi yadında deyil. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Nərimanov RPİ- nin NMB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 8 ünvanın yaxınlığında bir nəfər kişinin yerişindən və hərəkətlərindən özünü şübhəli aparmasını görüb, bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin NMB-nin əməkdaşları olmalarını bildirməklə, həmin şəxsdən də özünü təqdim etməsini istəmişlər. Həmin şəxs danışarkən verilən sualların cavablarından yayınmağa və oradan getməyə çalışırmış. Onun rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələnib Nərimanov RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs PŞ-nə gətirilməsi barədə raportla Pİ-nin rəhbərliyinə məruzə etmişlər. Bundan sonra Nərimanov RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla, hüquq və vəzifələri izah edilərək, özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək ona təqdim edilmiş müdafiəçi ilə təklikdə görüşdükdən sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin aydın olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını, eləcə də, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş, əşya, maddə, narkotik varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əlində olan üzərində “Samuray” yazısı olan göy rəngli sellofan paketi masanın üzərinə qoyduqdan sonra, əynində olan tünd qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli '‘Samsung” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vərəqəsini çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmiş, hər hansı başqa əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu göy rəngli sellofan paketin içərisinə baxış keçirildikdə oradan qara rəngli, içərisində yaşıl rəngli bitki mənşəli kütlə olan üzəri yapışqanlı lentlə bağlanmış sellofan torba aşkar edilmişdir. Həmin sellofan paketin içərisindəki kütlənin nə olması barədə Təqsirləndirilən şəxs soruşulduqda, o, bildirmişdir ki, həmin paketin içərisindəki “nəşə”-dir və onu “Whatsapp” ani mesajlaşma xidməti vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Murtuza" adlı şəxsin ona göndərmiş olduğu məkan məlumatları vasitəsi ilə Nərimanov rayonu ərazisindən götürmüşdür. Hissələrə böldükdən sonra “Murtuza” adlı şəxsin ona bildirəcəyi yerlərə qoyacaqmış və bunun qarşılığında “Murtuza” adlı şəxs ona pul verəcəkmiş. Həmin qara rəngli sellofan bükümün içərisinə baxış keçirildikdə orada spesifik qoxuya malik tünd yaşıl rəngli bitki mənşəli kütlə aşkar edildi. Həmin büküm maddi sübut əhəmiyyəti kəsb etdiyinə görə təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra həmin bağlamanın üzəri Təqsirləndirilən şəxs onun müdafiəçisi və onlar tərəfindən imzalanmışdır. Eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli “Samsung” markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin Təqsirləndirilən şəxs özünün narkotik vasitələrdən istifadə edib-etmədiyi, polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə aparılarkən və Pİ-də olarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təsir edilib, edilmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs özünün narkotik vasitələrdən istifadə etmədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə aparılarkən, eləcə də Pİ-də olarkən ona qarşı hər hansı bir şəxs tərəfindən psixi-fiziki təsir edilmədiyini bildirmişdir (İ cild, səh. 93-95). 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 96- 98). 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli, 3-16-16-2-7/428 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Vət Təqsirləndirilən şəxs üzərində...” yazıları və imzalar olan 01 (bir) ədəd qara rəngli politelen bağlamadakı təmiz çəkisi - 1315 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (İ cild, səh. 38-41). 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 26 aprel 2024-cü il tarixli 2718 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 142-143). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 aprel 2024-cü il tarixli, 934 nömrəli rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər-hansı psixi xəstələyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər, cinayət törətdiyi vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hazırda cəmiyyət üçün təhlükəli deyil (İ cild, səh. 145-147). 11.«Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» 13 mart 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əlindəki üzərində “Samuray” yazısı olan göy rəngli sellofan paketi masanın üzərinə qoymuş, sonra əynində olan tünd qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli “Samsung” markalı mobil telefonu və ona məxsus olan şəxsiyyət vərəqəsini çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmiş, hər hansısa bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoymuş olduğu göy rəngli sellofan paketin içərisinə baxış keçirildikdə oradan qara rəngli üzəri yapışqanlı lentlə bağlanmış sellofan torba aşkar edilmişdir. Həmin sellofan paketin içərisində nə olması barədə Təqsirləndirilən şəxs sual verdikdə o, bildirmişdir ki, həmin paketin içərisində nəşə vardır və onu “Whatsapp” ani mesajlaşma xidməti vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Murtuza” adlı şəxsin ona göndərmiş olduğu məkan məlumatları vasitəsi ilə Nərmanov rayonu ərazisindən əldə etmiş və hissələrə böldükdən sonra yenidən başqa ünvanlara qoyacaqdır. Bunun qarşılığında “Murtuza” adlı şəxs ona pul verməli idi. Qara rəngli sellofan bükümün içərisinə baxış keçirildikdə orada spesifik qoxuya malik tünd yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmişdir. Daha sonra həmin büküm maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş və bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli “Samsung” markalı mobil telefon və ona məxsus şəxsiyyət vəsiqəsi iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 30-31). 12.«Sübutların qiymətləndirilməsi haqqında» 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1315 qram olan narkotik vasitə-qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 1314,8 qram narkotik vasitə-qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 1 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, səh. 169-180). 13.«Tutma haqqında» 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 19-20). 14.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 4(005)- 395/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 86-90). 15.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 1(009)-95/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 24 noyabr 2021-ci il tarixdə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, səh. 117-118, 120-127). 16.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 04 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1 (009)-95/2020 saylı hökmü ilə 01 (bir) il məhdudlaşdırma müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və xx.xx.2022-ci il tarixdə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan X8-imtahan və texniki baxış şöbəsi tərəfindən sahibinə qaytarılmışdır. 17.Cinayət işinin materiallarında olan vəsiqənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. 18.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 22.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 23.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 24.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 28.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 29.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 30.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 31.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 32.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 33.Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» 13 mart 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 34.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 35.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 36.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 38.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 39.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 40.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 41.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını və vətən müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 42.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 44.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 46.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 48.Həmin Məcəllənin 83.4-1-ci maddəsinə görə əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 50.Göründüyü kimi təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 1(009)-95/2020 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin həmin hökmlə məhkum edildiyi cinayət əməli ehtiyatsızlıqdan törədildiyindən cinayətin residivini yaratmır. 51.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 52.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 53.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 54.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 55.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 56.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu - 13 mart 2024-cü il tarixdən hesablanmalıdır. 57.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 58.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 60.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1314,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 61.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 62.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 63.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 64.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1314,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev