Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-410/2020 05.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru X4, müdafiəçi - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İ.İsgəndərov küçəsi, döngə 2, ev 9 A ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur: belə ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 76 №-li evin həyətində tanıdığı Zərərçəkmiş şəxs ilə rastlaşmış və əvvəllər ümumi tanışlıq münasibətləri olduqları X12 ilə onun münasibətlərini pozmağa çalışmasını cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb nalayiq ifadələr işlətməklə xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan alətlə Zərərçəkmiş şəxs başına qəsdən zərbə vuraraq sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sağda alın sümüyünün qəlpəli basılmış sınığı, sağ göz orbitasının yuxarı divarının ön kəllə çuxuru ilə əlaqəli yerini dəyişmiş sınığı ilə müşayiət olunan sağ orbitanın hematoması ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmuşdur.. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, həmin Məcələnin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyini bildirərək göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə axşam saat 21:00 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən «Orxan market» mağazasının qarşısındakı terminal vasitəsilə istifadəsində olan (077) ***-**-** mobil telefon nömrəsinə pul vəsaiti köçürmək istəyərkən mağazanın qarşısında təsadüfən Zərərçəkmiş şəxs ilə rastlaşmış, onunla salamlaşaraq görüşmüş, Fərid bu zaman gözləmədiyi halda hər iki əli ilə onun çiyinlərindən tutub sıxaraq özünə doğru dartmış, Fəridə mobil telefon nömrəsinə pul köçürmək istədiyini söyləyərək mane olmamasını xahiş etmiş, Fərid ona əhəmiyyət verməyərək söhbət etmək istədiyini bildirmiş, onunla birlikdə kənara çəkilməsini tələb etmiş, o, Fəridin əl çəkmədiyini görüb, mobil telefon nömrəsinə sonra pul köçürməyi qərara alaraq onun ardınca yaxınlıqdakı Zərgərpalan küçəsindəki evin həyətinə getmiş, orada Fəridə yaxınlaşıb nə istədiyini soruşmuş, Fərid cavabında onu «Banditizm» idarəsinin zirzəmisinə aparıb orada döymək istədiyini söyləmiş, səbəbini soruşduqda ona əhəmiyyət verməmiş, bu zəmində aralarında mübahisə baş vermiş, Fəridin əl çəkmədiyini gördükdə yumruqla onun baş nahiyəsinə 7-8 dəfə zərbə vurmuş, zərbələrin təsirindən Fəridin əlləri ilə baş nahiyəsini tutmuş, Fəridin qarın nahiyəsinə yumruqla bir zərbə vurmuş, Fərid ondan aralanaraq qaçıb getmiş, bir neçə metr Fəridin ardınca qaçdıqdan sonra geri dönüb öz yaşadığı evə getmiş, sonradan ona Fəridin onun barəsində polisə şikayət etdiyi məlum olmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə axşam saat 21 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi ilə piyada ibadət etmək, o cümlədən «İşa» namazını qılmaq üçün Yasamal rayonu, A.Şaiq küçəsi, 49 ünvanında yerləşən «Hacı Cavad» məscidinə gedən zaman Şıxəli Qurbanov küçəsində yerləşən marketin qarşısında X3 ilə rastlaşmış, Xalid ona yaxınlaşaraq salam verib əl uzatmış, Xalidlə salamlaşaraq əl ilə görüşmüş, lakin uzaqlaşmaq istəyərkən Xalid əlini buraxmayıb özünə doğru dartaraq onunla söhbət etmək istədiyini bildirmiş, o etiraz etməmiş, Xalid qoluna girib ondan ümümi tanışları olan Raulla münasibətlərini niyə pozmağa çalışdığını soruşmuş, Xalidə etiraz edib onların münasibətini pozmadığını, sadəcə olaraq Raula dost seçərkən diqqətli olmasını tövsiyə etdiyini bildirmiş, Xalid qolundan çəkərək onu özü ilə Yasamal rayonu, Zərgərpalan küçəsi, 76 ünvanında yerləşən evin həyətinə aparmış, həmin vaxt Xalid onun qoluna girirərək buraxmadığı üçün ondan aralana bilməmiş, məcbur olub onunla birlikdə Zərgərpalan küçəsi, 76 ünvanında yerləşən evin həyətinə getmiş, orada Xalid qolunu buraxıb növbəti dəfə ondan Raulla münasibətlərini pozmağa çalışmasının səbəbini soruşmuş, buna cavab olaraq etiraz etdiyi üçün aralarında mübahisə baş vermiş, mübahisə zamanı Xalid onu nalayiq ifadələrlə söyüb təhqir edərək qəflətən üstünə cumub əlindəki metal alətlə alın nahiyəsinə bir zərbə vurmuş, o özünü itirib geri çəkilmiş, alın nahiyəsindən qan axdığını görmüş, xəsarət aldığını başa düşmüş, Xalidin əl çəkmədiyini, yenidən üstünə hücum etmək istədiyini görmüş, çətinliklə özünü ələ alıb ondan uzaqlaşaraq S.Rəhimov küçəsi ilə A.Şaiq küçəsi istiqamətində qaçmağa başlamış, bunu görən Xalid onun ardınca qaçaraq onu təqib etməyə başlamış, Xalid təxminən 50-60 metr onun ardınca qaçıb təqib etmiş, o, xəsarət aldığı üçün artıq sürətlə qaça bilməmiş, Xalid arxadan yaxınlaşıb ayağı ilə ona badalaq vurmuş, nəticədə o, ağzı üstə yerə yıxılmış, Xalidin bir anlıq dayanmasından istifadə edib ayağa qalxaraq qaçıb oradan uzaqlaşmış, Xaliddən uzaqlaşdıqdan sonra Ş.Qurbanov küçəsində yerləşən aptekə daxil olub orada tənzif və buz alaraq alınını bağlamış, aptekdə olan tanımadığı şəxs xəsarət aldığını görüb təcili-tibbi yardıma zəng vurmuş, bir neçə dəqiqə sonra həmin əraziyə gələn təcili-tibbi yardım avtomobilinə əyləşib X16 getmiş, həkimlər onu müayinə edib tibbi yardım göstərmişlər, müayinə zamanı alın sümüyümün sınması məlum olmuş və bir neçə gün X14 müalicə olunduqdan sonra evə buraxılmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş 1 saylı Bakı şəhər X9 müştərək travma şöbəsinin həkimi Şahid2 ifadə verərək göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 22:55 radələrində Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə 1 saylı Bakı şəhər X13 qəbul şöbəsinə gətirilmiş, müayinə zamanı Zərərçəkmiş şəxs baş ağrısı, baş gicəllənmə, ürək bulanma, qusma və sifətin, alının sağ yarısında olan ağrılardan şikayətlənmiş, təxminən 40 dəqiqə əvvəl Nizami metrosunun yaxınlığında tanışı ilə rastlaşdığını və həmin şəxsin söhbət əsnasında qəflətən vurması nəticəsində travma aldığını bildirmiş, müayinədən sonra Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, sağda olan sümüyünün arxa-ön səhfəsinin qəlpəli basılmış sınığı, sağ göz orbitində hematoma, sağ orbitanın yuxarı divarının yerdəyişmiş sınığı diaqnozu təsbit etmiş, almış olduğu xəsarətlə əlaqədar Zərərçəkmiş şəxs 15 gün 1 saylı Bakı şəhər X10 stasionar müalicə aldıqdan sonra x xxxx 2019-cu il tarixdə evə yazılmışdır. Məhkəmə zamanı ekspert qismində dindirilmiş Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11-Təcrübi və X8 rayon şöbəsinin eksperti Şahid3 ifadə verərək göstərmişdir ki, Yasamal RPİ-nin 27-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı Nəsimi Seyidzadənin x xxxx 2019-cu il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs MTE və PA ETT birliyinin Yasamal rayon şöbəsində məhkəmə-tibbi müayinədən keçirərək nəticəsinə dair xx xxxx 2019-cu il tarixli 391 nömrəli müvafiq rəy tərtib etmiş, müayinə zamanı Zərərçəkmiş şəxs xx xxx 2019-cu il tarixdə saat 21 radələrində Bakı metropoliteninin «Nizami» stansiyasının yaxınlığında Xalid adlı şəxs əlində olan görmədiyi alətlə, həmçinin əlləri və ayaqları ilə onu (Zərərçəkmiş şəxs) vuraraq xəsarət yetirdiyini, hadisədən sonra tibbi yardım üçün X16 müraciət etdiyini bildirmiş, baş ağrılarından şikayətlənmiş, müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmiş, xx xxxx 2019-cu il tarixdə X14 tərtib edilmiş və ekspertizaya təqdim edilmiş C3218 saylı xəstəlik tarixində göstərilən məlumatlara əsasən Zərərçəkmiş şəxs xx xxx 2019-cu il tarixdə saat 22:55-də təcili tibbi yardım briqadası tərəfindən baş ağrısı, baş gicəllənmə, qusma və alının sağ yarısında olan ağrı şikayətləri ilə həmin xəstəxanaya daxil olmuş, deməsinə görə travmanı metropolitenin «Nizami» stansiyasının yaxınlığında döyülmə nəticəsində almış, xx xxx 2019-cu il tarixdə baş-beyinin KT müayinəsi zamanı sağ tərəfdə alın sümüyünün qəlpəli, basılmış sınığı müəyyən olunmuşdur, x xxxx 2019-cu il tarixdə kafi vəziyyətdə ambulator müalicəyə yazılmış, qapalı kəllə-beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsi, sağda alın sümüyünün arxa-ön səhifəsinin qəlpəli basılmış sınığı, sağ göz orbitində hematoma, sağ orbitanın yuxarı divarının yerini dəyişmiş sınığı kimi kliniki diaqnoz təyin edilmiş, Zərərçəkmiş şəxs adına çəkilmiş bir ədəd rentgen şəkli ekspert-radioloq müayinəsinə göndərilmiş, xx xxxx 2019-cu il tarixdə təqdim edilmiş ekspert-radioloqun xx xxxx 2019-cu il tarixli 682 saylı rentgenoloji rəyində xx xxx 2019-cu il tarixdə çəkilmiş kranial KT-qrammanın skaneroqrafik 3D görüntülərinə əsasən Zərərçəkmiş şəxs sağdan alın sümüyünün basılmış, qəlpəli, ön kəllə çuxuru ilə əlaqəli orbita damının sınığı və orbitanın deformasiyası təsbit edilmiş, beləliklə, aparılmış məhkəmə-tibbi müayinənin nəticələrinə əsasən Zərərçəkmiş şəxs xx xxx 2019-cu il tarixdə döyülmə nəticəsində bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik baş-beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sağda alın sümüyünün qəlpəli basılmış sınığı, sağ göz orbitasının yuxarı divarının ön kəllə çuxuru ilə əlaqəli yerini dəyişmiş sınığı ilə müşayiət olunan sağ orbitanın hematoması kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər müəyyən olunmuş, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinin nəticələrinə dair məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, o cümlədən «Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında» əsasnamənin tələblərinə müvafiq olaraq xx xxxx 2019-cu il tarixli 391 nömrəli rəy tərtib etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə axşam saat 20 radələrində oğlu Fərid adətən olduğu kimi ibadət etmək, o cümlədən namaz qılmaq üçün Yasamal rayonu, A.Şaiq küçəsi, 49 ünvanında yerləşən «Hacı Cavad» məscidinə gedəcəyini bildirmiş, bu məqsədlə evdən çıxmış, bir neçə saat keçməsinə baxmayaraq Fəridin evə qayıtmadığını görmüş, narahat olaraq şəxsi istifadəsində olan (051) ***- **-** nömrəli mobil telefonu ilə onun (051) ***-**-** mobil nömrəsinə zəng vuraraq yubanmağının səbəbini soruşaraq nigaran qaldığını demiş, Fərid cavabında saat 21 radələrində namaz qılmaq üçün piyada «Hacı Cavad» məscidinə gedərkən təsadüfən Xalid adlı köhnə tanışı ilə rastlaşdığını, söhbət əsnasında Xalidin heç bir səbəb olmadan Zərgərpalan küçəsində əlindəki hansısa alətlə qəflətən zərbə ilə alın nahiyəsinə vuraraq Fəridə xəsarət yetirdiyini, təcili tibbi yardım avtomobili ilə X16 aparıldığını bildirmiş, Fəridin xəsarəti ağır olduğundan bir müddət X14 stasionar müalicə almış, x xxxx 2019-cu il tarixdə evə buraxılmışdır. Məhkəmə zamanı şahid qismində didirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanımış, həm Fərid, həm də Xalidlə normal tanışlıq münasibətləri olmuş, o, Xalid və Fəridlə 2015-ci ildə Bakı şəhəri, Nizami rayonunda yaşayan soyadını və atasının adını bilmədiyi ümumi tanışları Raulun vasitəsilə tanış olmuş, 2016-cı ilin yay aylarında Xalidlə Fəridin arasında kiçik bir narazılıq olmuş, həmin ərəfələrdə Raul onları, yəni onu, Xalidi və digər tanışları Arazı evinə qonaq dəvət etmiş, Raulun evində olarkən Fəridin Raulu tez-tez kənara çəkib onunla təklikdə söhbət etdiyini görən Xalid bu hərəkətinə görə Fəridə irad tutmuş, bu səbəbdən Fəridlə Xalidin arasında mübahisə baş vermiş, Xalidlə yaxın dost olduqlarına görə o, Arazla birlikdə Fərid və Xalidin mübahisəsinə müdaxilə edib Xalidi müdafiə etmiş, bunu görən Fərid daha orada qalmayıb çıxıb getmiş, həmin vaxtdan sonra Fəridlə daha əlaqə və münasibət saxlamamışlar, 2019-cu ilin sentyabr ayında Xalidin bir müddət əvvəl Bakı şəhərində Fəridlə rastlaşan zaman sonuncunu döyüb xəsarət yetirdiyi üçün həbs olunduğunu eşitmiş, həmin hadisənin hansı şəraitdə baş verməsi barədə dəqiq məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə saat 22 radələrində «Molekul» apteklər şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 5F ünvanında yerləşən filialında işdə olan zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs həyəcanlı vəziyyətdə aptekə daxil olaraq ona kömək etməsini xahiş etmiş, bu zaman Fəridin alın nahiyəsindən xəsarət aldığını görmüş, ona oturmağı təklif etmiş, ilkin tibbi yardım göstərmiş, Fəridin öz mobil telefonu ilə təcili tibbi yardıma zəng vurmuş, Fəridlə 1-2 dəqiqə söhbət etmiş, sonuncudan nə baş verdiyini soruşmuş, Fərid cavabında yaxınlıqda yerləşən küçədə Xalid adlı tanışının ona xəsarət yetirdiyini bildirmiş, bir neçə dəqiqə sonra təcili tibbi yardım əməkdaşları göstərərək Fəridi X16 aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə tanış olmuş, bir müddət qeyri-rəsmi olaraq ər-arvad kimi ünvan 3 ünvanında birlikdə yaşamışlar, xx xxx 2019-cu il tarixdə saat 21 radələrində Xalid öz mobil telefonuna kontur yükləmək üçün evdən çıxmış, saat 22:20 radələrində həyəcanlı vəziyyətdə geri qayıtmış, Zərgərpalan küçəsində tanışı Fəridlə qarşılaşdığını, aralarında mübahisə, dava-dalaş baş verdiyini və Fəridi döydüyünü bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə yerini göstərərək cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq təsdiq etmişdir (1-ci cild iş vərəqi 208-212). İşdə olan xx xxxx 2019-cu il tarixli zərərçəkmiş şəsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, xx xxxx 2019-cu il tarixdə iş üzrə Zərərçəkmiş şəxs ifadəsini hadisə yerində yoxlanılmış, Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir (1-ci cild iş vərəqi 53-65). İşdə olan xx xxxxxxxx 2019-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq etmişdir (1-ci cild iş vərəqi 177-179). İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə xx xxxx 2019-cu il tarixli 391 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər - baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sağda alın sümüyünün qəlpəli basılmış sınığı, sağ göz orbitasının yuxarı divarının ön kəllə çuxuru ilə əlaqəli yerini dəyişmiş sınığı ilə müşayiət olunan sağ orbitanın hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx xxx 2019-cu il tarixdə döyülmə nəticəsində törənə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (1-ci cild iş vərəqi 27-30). İşdə olan əlavə məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2019-cu il tarixli 25/391 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər beşbarmaqla bir zərbənin təsirindən törənə bilərdi (1-ci cild iş vərəqi 228-231). İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında x xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 76 ünvanında yerləşən evin həyətidir; hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 22-26) İşdə olan götürmə haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynəkdə cinayətin izlərinin olması ehtimalı nəzərə alınaraq, istintaq üçün əhəmiyyət kəsb ediyindən həmin geyim əşyası götürülmüşdür (1-ci cild iş vərəqi 48-52). İşdə olan məhkəmə-trasoloji ekspertizası üzrə xx xxxxxxx 2019-cu il tarixli 24224 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır; həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində müxtəlif tərəflərə dartılaraq yaranmağa xarakterik cırılma zədələridir; zədələr formasına, quruluşuna, yerləşmə sahəsinə, xarakterinə və s. əlamətlərinə görə fiziki qüvvənin təsirindən yaranan dartılıb cırılma nəticəsində yaranmağa xarakterikdir (1-ci cild iş vərəqi 224-227). İşdə olan madd sübut kimi tanınma haqqında x xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək maddi sübut hesab edilərək, Yasamal RPİ-yə saxlanca verilmişdir (2-ci cild iş vərəqi 84-101). İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 2760 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı toksikomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmamışdır; hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs toksikomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir; narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq vardır; göstərilən müddətdə Təqsirləndirilən şəxs narkomaniyanın abstinensiya və intoksikasiya vəziyyətində olmuş, müayinə zamanı X1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; məcburi müalicəyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild iş vərəqi 61-62). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx xxxxxxx 2019-cu il tarixli 2121 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətini ambulator şəraitdə qiymətləndirmək mümkün olmur; qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar anlaqlı olub-olmamasını müəyyən etmək, psixiemosional vəziyyətini və digər halları qiymətləndirmək üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (2-ci cild iş vərəqi 34-35). İşdə olan kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 150 nömrəli ekspert rəyinin məhkəmə-psixiatrik ekspertiza üzrə nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs qərarda təsvir olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğuna görə anlaqlı hesab edilməlidir; onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra hər hansı formada heç bir psixi pozuntuya düçar olmamışdır; hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır; hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, ona qarşı, eləcə də özü tərəfindən törədilən hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hqdisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir; onun hazırkı psixi durumu gələcəkdə təyin edilə biləcək azadlıqdan məhrumetmə cəzasını çəkməyə imkan verir (2-ci cild iş vərəqi 72-77). İşdə olan kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 150 nömrəli ekspert rəyinin məhkəmə-psixoloji ekspertiza üzrə nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri müəyyən edilmir; fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır; emosiolnal-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur; nümayişkarənəlik, xırdaçılıq, özünə qarşı hörmət tələb etmək və s. kimi xarakterik xüsusiyyətlərə malikdir; belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman psixi-emosional vəziyyətində hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır; emosional halından asılı olaraq Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur; zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs emosional hallar (emosional stress, frustrasiya, psixi emosional gərginlik, güclü ruhi həyəcan vəziyyəti və s.) yaranmamışdır; Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (2-ci cild iş vərəqi 72-76). İşdə olan iş üzrə Zərərçəkmiş şəxs məxsus (051) ***-**-** mobil telefon nömrəsi ilə xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində aparılan danışıqlarda cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan, Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən «xxxxxxxxxxxxxxxx» MMC-dən götürülmüş qeyd olunan müddət ərzində həmin nömrəyə dair məlumatlara (zəng tarixçələrindən çıxarışlar (daxil olan və çıxan zənglər), SMS-lərin mətni, antena və abunəçilərin anket məlumatları və s.) x xxxxxx 2019-cu il tarixdə baxış keçirilməklə nəticəsi protokollaşdırılmış, baxış zamanı (051) ***-**-** mobil telefon nömrəsindən xx xxx 2019cu il tarixdə saat 22:04:07, 22:08:47, 22:15:39, 22:6:52 və 22:21:51-də ********** (təxirəsalınmaz təcili-tibbi yardım xidməti) nömrəsinə zəng edilməklə müvafiq olaraq 49, 105, 24, 46, 43 saniyə danışıq aparıldığı və Cell/Anten/Shan dairəsinin 22:15:39-da “Yasamal r-nu, S.Qurbanov küçəsi, bin 19”, qeyd olunan digər vaxtlarda, yəni saat 22:04:07, 22:08:47, 22:16:52 və 22:21:51-də isə “Zergerpalan kuc.” olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 28-35). İşdə olan iş üzrə Təqsirləndirilən şəxs məxsus (077) ***-**-** mobil telefon nömrəsi ilə xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək olan müddət ərzində aparılan danışıqlarda cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan, Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən «xxxxxxx» MMC-dən götürülmüş qeyd olunan müddət ərzində həmin nömrəyə dair məlumatlara (zəng tarixçələrindən çıxarışlar (daxil olan və çıxan zənglər), SMS-lərin mətni, antenna və abunəçilərin anket məlumatları və s.) tərəfimdən xx xxxxxx 2019-cu il tarixdə baxış keçirilməklə nəticəsi protokollaşdırılmışdır. Baxış zamanı (077) ***-**-** mobil telefon nömrəsinin xx xxx 2019-cu il tarixdə saat 14:33:38, 14:34:35, 14:35:04, 14:49:38, 15:03:00, 15:16:18, 15:31:46, 23:36:39, 23:37:15, 23:37:34, 23:38:07 və 23:38:37-də anten dairəsinin «GBBK3247D / GBBK3247 Zergenpalan m. Nizami / Bakı şəhəri, Yasamal» olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 51-54). İşdə olan madd sübut kimi tanınma haqqında x xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, «xxxxxxx» MMC və «xxxxxxxxxxxxxxxx» MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu ümumilikdə iki ədəd disk maddi sübut hesab edilərək, cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 29, 50). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 100, 108). İşdə olan Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (1-ci cild iş vərəqi 163-168). İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməklə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 183-185, 187- 189) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış xx xxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 31). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək tutulduğu 1 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək tutulduğu 1 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, cəzaçəkməsinin başlanğıcının xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 2760 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; məcburi müalicəyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Yasamal RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, «xxxxxxx» MMC və «xxxxxxxxxxxxxxxx» MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu ümumilikdə iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kriminalistik və ballistik ekspertiza üzrə tədqiqatının dəyəri - 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək tutulduğu 1 (bir) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Yasamal RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, «xxxxxxx» MMC və «xxxxxxxxxxxxxxxx» MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu ümumilikdə iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə iş üzrə məhkəmə-kriminalistik və ballistik ekspertiza üzrə tədqiqatının dəyəri - 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-410/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-410/2020
05.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver