Məhkəmə qərarları › İş №1(101)-410/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-410/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-410/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə hazırlıq iclasında xx xxxxxx 1981-ci il tarixdə Tərtər rayonu, Söylən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini külli miqdarda – 105,496 qram təmiz çəkidə əldə edib ünvan 2 ünvanına qanunsuz daşyaraq həmin ünvanda yerləşən zirzəmidə olan dolabda gizlətməklə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə, saat 21:00-da həmin ünvanın qarşısında saxlanılaraq özünün iştirakı və icazəsi ilə ünvan 2 ünvanın zirzəmisinə baxış keçirilən zamanı zirzəmidə olan dolabda onun satış məqsədilə əldə edib saxladığı ağ rəngli sellofan kəsiyinə qablaşdırılmış 14 ədəd bükümlərdədə, ayrı-ayrılıqda çəkiləri 4,745 qram, 4,670 qram, 4,910 qram, 4,720 qram, 4,870 qram, 4,830 qram, 4,809 qram, 4,980 qram, 4,874 qram, 4,776 qram, 4,794 qram, 0,707 qram, 0,696 qram və 51,115 qram olmaqla ümumi təmiz çəkisi 105,496 qram təşkil edən külli miqdarda metamfetamin psixotrop maddəsi və səthində metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür ki, qeyd olunan hu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda metafetamin psixotrop maddəsi alıb əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib ifadəsində göstərdi ki, təxminən smon 3-4 il ərzində narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əvvəllər və həm də tutulanadək marixuana narkotik vasitəsindən çox istifadə etmişdir. Son zaman isə insanlar arasında “şüşə” və “pati” kimi tanınan metamfetamin psixotrop maddəsi insanlar arasında çox yayıldığından onun da marağını çəkmiş və ondan istifadə etməyə başlamış, ağ rəngli, kristal şəkilli olan həmin maddənin qırıqlarını yandırıb tüstüsünü iyləməklə qəbul etmişdir. Metamfetamin güclü psixotrop maddə olduğundan onu istifadə etdikdən sonra ona yuxusuzluq gətirmiş, onu istifadə etdikdən sonra 1-2 gün yatmadan dayana bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ali təhsilli olsa da ixtisası üzrə işləməmiş, təxminən 5 il əvvəl «Mercedes Vito» markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı, 9 yerlik avtomobili alıb sürücülüklə məşğul olmuş, həmin maşınla respublikanın kənd rayonlarına sifariş əsasında sərnişin daşımanla apararaq ailəsini dolandırır. Son zamanlar isə ölkə ərazisinə çoxlu xarici turistlər gəldiyindən, taksi şirkətlərinin biri ilə müqavilə bağlayıb daha çox xarici turistləri gəzdirməklə məşğul olmuşdur. O, daha çox BƏƏ-dən gələn turistləri Heydər Əliyev adına Beynəlxalq hava limanından götürərək otellərə və digər yerlərə aparmış, gecələr isə Respublikanın kənd rayonlarına sərnişin daşımaqla məşğul olmuşdur. Əvvəllər yatmamaq üçün, demək olar ki, hər dəfə yola çıxanda psixotrop maddə metamfetamin qəbul etdiyindən bu, sonralar onda asılılıq yaratmış və istər-istəməz tez-tez psixotrop maddə qəbul edəsi olmuşdur. Gün ərzində, demək olar ki, 3-4 qram metamfetamin qəbul etmiş, qazandığı bütün pulları psixotrop maddə metamfetaminə vermişdir. Həmin psixotrop maddələri də isə tanımadığı müxtəlif metamfetamin satan şəxslərdən alıb əldə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, tutulmazdan qabaq işlədiyi taksi şirkətinə daxil olmuş sifariş əsasında hazırda xatırlamadığı otellərin birindən İran İslam Respublikasından (bundan sonra: İİR və ya İran) olan və özünü “Namaz” kimi təqdim edən şəxsi ailəsi ilə birlikdə götürmüş, onları Bakı şəhərində gəzdirmişdir. Axşam onları otelə düşürdükdə “Namaz” adlı iranlı ondan istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəsini götürmüş və növbəti gün onları “Sədərək” bazarına aparmağı sifariş etmişdir. Növbəti gün onları danışdıqları vaxt oteldən götürmüş və “Sədərək” bazarına aparmış, bazarlıq etdikdən sonra isə yenidən onları otelə qaytarmışdır. Bu minvalla onun Namaz adlı şəxslə münasibəti yaranmış və bir neçə gün onları Bakı şəhərində gəzdirmişdir. Söhbət əsnasında Namaz onun narkotik vasitə qəbul etdiyini öyrənmiş, sonuncu özünün də narkotik vasitə və psixotrop maddə istifadə etdiyini demiş və üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan metamfetamini haradan alıb əldə etdiyini soruşduqda, Namaz metamfetamini Bakı şəhərindən ucuz qiymətə aldığını ona demişdir. Namaz həmin metamfetamindən 1-2 qram ona istifadə etmək üçün vermiş və onlar birlikdə istifadə etmişlər. Namaz hətta ona verəcəyi pulun əvəzində də istifadə etməsi üçün ona metamfetamin vermişdir. Növbəti gün Namazla görüşən zaman Namaz bir gün sonra Azərbaycan Respublikasından gedəcəyini və üzərində olan metamfetamini apara bilməyəcəyini bildirmiş, həmin metamfetamini verməyə başqa etibarlı adam tanımadığını, həmin metamfetamini 1000 manat pul müqabilində ona vermək istədiyini demişdir. O, Namazın çıxılmaz vəziyyətdə olduğunu, həmin mertamfetamini özü ilə İrana apara bilmədiyini, asanlıqla başqa adama sata bilmədiyini görüb metamfetaminə görə ona 500 manat pul verə biləcəyini demiş, başqa pulu olmadığını bildirmişdir. Belə ki, o, metamfetamin istifadəçisi olmuş, ucuz düşdüyündən xeyli müddət istifadə edə biləcəyini fikirləşmişdir. Namaz da çıxılmaz vəziyyədə qalıb onunla razılaşmışdır. Növbəti gün onları “Heydər Əliyev” adına Beynəlxalq hava limanına aparpıb orada dlüşürmüş və bu zaman razılaşdıqları 500 manat pul Namaza vermiş, Namaz isə ona bir ədəd sellofan torba verərək içərisində psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. İmkan olmadığından hava limanında torbaya baxa bilmədiyindən evə qayıtdıqdan sonra həmin sellefon torbanı götürüb içərisinə baxmışdır. Torbanın içərisində 14 ədəd - bir ədəd böyük, qalanları isə xırda-xırda içərisində metamfetamin olan bükümlər, həmçinin bir ədəd elektron tərəzi olduğunu görmüşdür. O, həmin sellofan torbanı götürüb yaşadığı binanın zirzəmisinə getmiş, ailəsinin xəbəri olmaması və özünün istifadəsi üçün sellofan torbanı içərisindəki tərəzi ilə birlikdə zirzəminin giriş qapısının sol tərəfində yerləşən dolabın aşağı hissəsindəki rəfin içərisinə qoyub gizlətmişdir. Bu formada metamfetamin orada qalmış və lazım olanda zirzəmidən metamfetamin götürərək istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmış, sorğu zamanı onlara səmimi olaraq yaşadığı binanın zirzəmisində metamfetamin gizlətdiyini etiraf etmiş və aparıb həmin metamfetamini onlara təqdim etmişdir. BMCMİ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş altında aşkar olunan metamfetamin və bir ədəd tərəzi götürülüb qablaşdırılmış və protokollaşdırılmışdır. Ona qarşı hər hansı təzyiq və ya sair qanun pozuntusu tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərdi ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, uaşadığı evin zirzəmisindən aşkar edilmiş metamfetamin də özünün istifadəsi üçün saxlanılmışdır. Namaz adlı şəxs həmin psixotrop maddələri sərhəddən keçirə bilməyəcəyi üçün bir ədəd sellofan torbada tərəzi ilə birlikdə ona vermişdir. Namazın verdiyi psixotrop maddələri o, bölüb ayrı-ayrı bükümlərə qablaşdırmamış, elə torbanın içərisində bir ədəd böyük, qalanları isə xırda-xırda olmaqla 14 ədəd bükümlərdə vermiş, torbanın içərisində, həmçinin bir ədəd elektron tərəzi olmuşdur. Namazın verdiyi metamfetamin külli miqdarda, 100 qramdan artıq olsa da, o, çox ucuz qiymətə düşdüyü üçün alıb əldə etmiş, həmin metamfetamini satmaq məqsədilə əldə etməmişdir. O, metamfetamini zirzəmidə gizlətmiş, tələbatı olduqda gedib götürüb istifadə etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə işlədiyi Baş idarəyə Bakı şəhəri, Nərimaov rayonu, Ağasadıq Gəraybəyli küçəsi, ev 11/15, mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edərək saxlaması, daşıması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olduğundan baş idarə rəhbərliyinin razılığı və göstərişi əsasında Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində Bakı şəhəri ərazisində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün saat 21.00-da tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağasadıq Gəraybəyli küçəsi, ev 11/15 ünvanının qarşısına getmiş, müəyyən müddət müşahidədən sonra ünvanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Anara özlərini təqdim edib Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş, saxlanılan şəxs isə özünü təqdim edərək xx xxxxxx 1981-ci il təvəllüdlü, Bakı şəhəri, ünvan 4, mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və yaşadığı ünvanda külli miqdarda narkotik vasitələr gizlədib saxlamaqda şübhəli olduğu bildirilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs tanış edilmiş və onun narkotik vasitələr və ya psixotrop maddələr saxladığı təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs onunla əlaqədar aparılacaq söhbətlər və prosessual hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs onların təkliflərinə etiraz etməmiş, özünün üzərində və ya mənzilində heç bir narkotik vasitə olmadığını bildirmiş, lakin yaşadığı binanın zirzəmisində psixotrop maddə olan metamfetamin saxladığını etiraf etmiş və həmin psixotrop maddəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə ünvan 4 ünvanının qırmızı rəngli dəmir materiallı qapı ilə bağlanmış zirzəmi hissəsinə daxil olmuşlar. Zirzəmiyə girəcəkdən sol tərəfdə ağ kiçik ölçülü mətbəx mebelinə bənzər dolab aşkar olunmuşdur. Təqsirləndirilən şəxs dolabın aşağı hissəsindəki rəfdən bir ədəd sellofan torba çıxarıb onlar göstərmiş və həmin sellofan torbanın içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin rəngli sellofan torbaya baxış keçirilmiş və içində olan bütün predmetlər - 14 ədəd ağ rəngli sellofanla örtülmüş bükümlər və bir ədəd tərəzi çıxarılıb dolabın üzərinə qoyulmuşdur. Aparılan söhbət əsnasında Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, həmin maddələri təxminən 2 ay əvvəl tapdığını bildirmişdir. Bundan sonra dolabın digər rəflərinə və ətrafa baxış keçirilsə də, hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Aşkar edilmiş əşya və maddələrdən ibarət torba Təqsirləndirilən şəxs özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq DİN-nin 06 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığı üçün Təqsirləndirilən şəxs götürülən möhürlü qablaşdırılmış şübhəli maddə ilə birlikdə baş idarəyə aparılmış, orada onun hüquqlarının müdafiəsi məqsədilə vəkil dəvət olunmuş və real olaraq ona təqdim olunmuşdur. Bundan sonra baxış keçirilməsi və Təqsirləndirilən şəxs 14 ədəd ağ rəngli sellofanla örtülmüş bükümlər və bir ədəd tərəzi götürülməsinə dair protokol tərtib olunmuşdur. Tərtib olunan protokol oxunmuş və doğruluğu bütün prolses iştirakçılarının imzalarıyla təsdiq olunmuşdur. Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində və ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etməsini və ya konkret olaraq kiməsə satmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı işi üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin digər əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Şahid2 ifadəsindəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və sonuncu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Baxış keçirilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 21:00-da baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİnin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılmış, həmin ünvanın zirzəmisinə Təqsirləndirilən şəxs özünün iştirakı və icazəsi ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs zirzəminin giriş qapısının sol tərəfində yerləşən dolabın aşağı hissəsindəki rəfdən bir ədəd sellofan torba çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin sellofan torbanın içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin rəngli sellofan torbaya baxış keçirilmiş və torbanın içində 14 ədəd ağ rəngli sellofanla örtülmüş bükümlər və bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 29-30). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının zirzəmisinə baxış keçirilməsi prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, baxış nəticəsində zirzəminin giriş qapısının sol tərəfində yerləşən dolabın aşağı hissəsində olan rəfin içərisindən 14 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə kristal şəkilli şübhəli maddələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürüldüyü təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər baxış və götürmə aparılması barədə xx xxxxxxx 2019-cu il tarixli protokola uyğundur və hər hansı qanun pozuntusuna yol verilməmişdir(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 25277 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanının zirzəmisindən aşkar edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində “xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi...” əl yazıları olan bir ədəd zərfdə 14 ədəd bükümdə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 4,745 qram, 4,670qram, 4,910 qram, 4,720 qram, 4,870 qram, 4,830 qram, 4,809 qram, 4,980 qram, 4,874 qram, 4,776 qram, 4,794 qram, 0,707 qram, 0,696 qram, 51,115 qram olmaqla ümumi təmiz çəkisi 105,496 qram təşkil edən ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxil olan metamfetamin psixotrop maddəsidir. Tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına həm də ünvan 2 ünvanının zirzəmisindən aşkar edilmiş bir ədəd 11 x 16 sm ölçüdə elektron tərəzi təqdim edilmiş və ekspertiza aparılmaqla həmin tərəzinin səthində metamfetamin psixotrop maddəsinə məxsus izlər müəyyən edilmişdir. Ən nəhayət, tədqiq olunan rəylə müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim olunan metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi 105,496 qram təşkil etmiş, 0,10 qram ekspertiza tədqiqatına sərf olunmuş, 105,396 qram isə qalıq qalmışdır(iş vərəqə: cild İ, səh. 34-37). İbtidai istintaq orqanının işdə olan xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən ünvan 2 ünvanının zirzəmisindən aşkar edilərək 14 ədəd sellofan kəsiyi bükümlərində götürülmüş ümumi təmiz çəkisi 105,496 qram təşkil edən metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 105,396 qram hissəsi və 11x16 sm ölçüdə bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin yekun aktı ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir(iş vərəqə: cild İ, səh. 92-93, 94). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində ünvan 2 ünvanda baxılan iş üzrə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş xx xxxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirləri qanuni və əsaslı hesab edilmişdir(iş vərəqə: cild İ, səh. 84-85). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2794 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Tədqiq olunan rəylə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, onun məcburi müalicəyə əks göstərişi yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İ, səh. 103-104). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metafetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş metafetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi 105,496 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metafetamin psixotrop maddəsinin külli miqdar həddindən bir neçə dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülən metafetamin psixotrop maddəsinin külli miqdar təşkil etməsi, götürülmüş həmin psixotrop maddənin 14 ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda qablaşdırılmış olması, təqsirləndirilən şəxsdən həmçinin, kiçik miqdar şeylərin çəkilməsi üçün nəzərdə tutulan, üzərində metafetamin psixotrop maddəsinin izləri olan 11 x 16 sm ölçüdə bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməklə, saxlamaqla və daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda metafetamin psixotrop maddəsinin satış məqsədilə əldə edilməməsi, eyni məqsədlə saxlanılmaması və daşınmaması, yalnız özünün şəxsi istifadəsi məqsədilə əldə edib saxlaması barədə göstərdiklərini onun təyin olunacaq ağır cəzadan nisbətən azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki inkar olunur, hətta əksinə, onun təqsirliliyini tam təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən götürülmüş Təqsirləndirilən şəxs aid demoqrafik məlumatlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 95-96). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən sənədlərlə müəyyən olundu ki, sonuncunun himayəsində 2007, 2010 və 2013-cü il təvəllüdlü 3 nəfər azyaşlı uşaqları vardır(iş vərəqə: cild İ, səh. 98). Məhkəməyə təqdim olunan tibbi sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində olan uşaqlarından 2010-cu il təvəllüdlü qızı Banu və 2013-cü il təvəllüdlü oğlu Əli Aslan xəstə olmaqla Milli Hematologiya və X1 Bölməsində qeydiyyatdadırlar (iş materialları). İşdə olan, Bakı şəhəri Nərimanov rayon İH-nin MKTB-nin 35 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İstər məhkəmə baxışı zamanı dindirilərkən və ya istərsə də son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs tutduğu əməldən səmimi peşiman olduğunu məhkəmənin diqqətinə çatdırdı və nəzərə alınmasını məhkəmədən xahiş etdi. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, həmin uşaqlardan iki nəfərinin xəstə olmasını, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və tutduğu əməldən səmimi peşmanlığını, isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməkdə ittiham olunması nəzərə alınmalı, sosial ədalətin bərpası, həm məhkumun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə ona ittiham olunduğu maddənin sanksiyası daxilində ədalət və humanizm prinsipləri, təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, təqsirləndirilən şəxs Rəfail Bağırovun əməlinin cinayətlərin residivini yaratmasını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, xx xxxxxxx 2019-cu tarixdən başlayaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərdə tutulduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 2794 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, çətənə bitkisi pereparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 105,396 qram psixotrop maddə metamfetamin və 11x16 sm ölçüdə bir ədəd elektron tərəzi aşkar edilmiş psixotrop maddələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ayrıca icrata ayrılmış cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılanadək Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının xx xxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda psixotrop maddə olan metafetaminin əldə edilmə mənbəyinə görə ayrıca icraatda Azərbaycan Respublikası Cinayət Məhkəməsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: İ cild, səh. 150-151, 152). Məhkəmə göstərilən halla bağlı qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 105,396 qram psixotrop maddə metamfetamin və 11x16 sm ölçüdə bir ədəd elektron tərəzi aşkar edilmiş psixotrop maddələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icrata ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə xx xxxxxxx 2019-cu il tarixli, 25277 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 105,396 qram psixotrop maddə metamfetamin və 11x16 sm ölçüdə olan bir ədəd elektron tərəzi psixotrop maddələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icrata ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (bir yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar