Məhkəmə qərarları › İş №1(101)-410/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-410/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-410/2022 24.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Müdafiəçi: 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi ev 126, mənzil 48-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğluna ittiham verilmişdir ona görə ki, o, 22 iyul 2021-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanda olan “Elxan” marketin yaxınlığında ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə hörmətsizlik və laqeyidlik nümayiş etdirməklə qonşusu Zərərçəkmiş şəxs ilə digər qonuşların yanında sərxoş halda görüşən zaman sonuncunun onunla görüşməkdən imtina etməsi və az spirtli içki qəbul etməsi ilə bağlı ona tutmuş olduğu haqlı iradını cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan yaşadığı evi gedib ordan götürmüş olduğu insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan iti uclu kəsici kənarlı silah qismində istifadə etdiyi bıçaqla içtimai yer olan Suraxanı qəsəbəsi, Atamoğlan Rzayev küçəsi 207 nömrəli ünvanda qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bir dəfə həmin iti uclu kəsici-deşici əşya ilə vurub prikardm və ürəyin sol mədəciyinin zədələnməsi, sol tərəfli hemotoraks ilə müşayət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarasıilə nəticələnən İnsan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs oğlu özünü qismən təqsirli bilib, məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilmir, Fuadı bıçaqla vursa da, onu səbəbsiz bıçaqlamamışdır. Fuad öz davranışı ilə onu qəzəbləndirmişdir. Fuad ondan bir dəfə 20 manat pul oğurlamış və pulu geri qaytarmamışdır. Daha sonra telefonunu da götürmüş, lakin götürdüyünü qəbul etməmiş və telefonunu da geri qaytarmamışdır. Fuad ondan da əlavə qoşuluqda yaşayan digər bir şəxsin evindən də oğurluq etmişdir. Bu barədə polis bölməsinə də şikayət etmişdir. Onun şikayətindən iki ay sonra Fuad hər dəfə onu görəndə nalayiq sözlərlə təhqir edərək, ona sataşırmış. Bir dəfə o, qonşuluqda yaşayan qızla danışan zaman Fuad onlara yaxınlaşıb nalayiq sözlər demişdir. Hadisə olduğu gün o, küçədə pivə içdikdən sonra evə gedərkən Fuad ona “yenə içmisən, qatıq olmusan” deyərək yenə sataşmış, o da qəzəblənib evə gedərək bıçaq götürüb Fuadın yanına gəlmiş və ona heç nə demədən bir dəfə bıçaqla xəsarət yetirmişdir. Bu vaxt Fuadın yanında Səid və Kamran olmuşdur. O, bundan sonra yaxınlıqdakı mağazanın yanına gedib orada dayanmışdır. Daha sonra Fuad yaxınlıqdaki mağazaya daxil olub qayçı götürmüşdür. Bu vaxt Səid taxta parçası ilə onun əlinə vurmuş və əlindəki bıçaq yerə düşmüşdür. Sonra o qaçaraq oradan uzaqlaşmışdır. Təxminən 15-20 dəqiqə sonra hadisə yerinə qayıtmış və orada polis əməkdaşlarının olduğunu görmüşdür. Qaçmaq istəsə də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun özünü xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsi vurmaması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, 22 iyun 2021-ci il tarixdə axşam saat 22 radələrində işdən evə qayıtmışdır. Anası həmin vaxt xəstə olmuşdur. Çörək və siqaret almaq üçün marketə getmişdim. Bu vaxt küçədə dostları Səidlə Kamranı görmüş və onlarla salamlaşmışdır. Uşaq vaxtlarından tanıdığı, onunla bir məhlədə qalan Azəri də orada görmüş, onunla da salamlaşmışdır, Azər isə içkili imiş. Bundan sonra o mağazaya daxil olmuşdur, oradan çıxanda isə artıq Azər küçədə yox imiş. O, dostları ilə söhbət edərkən Azər bıçaqla üzərinə gəlmiş və ona ürək nahiyyəsindən bir dəfə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Azər qaçaraq oradan uzaqlaşmışdır. O, Azərin bu hərəkəti etməsindən şok olmuşdur, çünki onunla aralarında heç bir mübahisə olmamışdır. Bugünə qədər Azərin onu bıçaqlamasının səbəbinin nə olduğu ona məlum deyildir. Azərin onu hansı səbəbdən bıçaqlamasını bilmir. Hadisə baş verdiyi gün Azərlə söhbət etməmiş, onunla sadəcə olaraq salamlaşmışdır. Hazırda Azərlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, o, Azər və Fuadla eyni məhəllədə böyümüşdür. 22 iyun 2021-ci il tarixdə saat 22 radələrində qonşusu Səid ilə birgə məhəllədə söhbət edirmiş. Bu vaxt əvvəlcə Fuad yanlarına gəlmiş, daha sonra Azər də yanlarına gələrək hamıya əlini uzadaraq salamlaşmışdır. X2 salamlaşmamışdır. Onlar da Fuada Azərlə salamlaşmamağının ona qarşı hörmətsizlik olduğunu deyərək öz iradlarını bildirmişlər. Bundan sonra Fuad Azərlə əli ilə salamlaşmışdır. Daha sonra Azər onlarla birgə siqaret çəkmiş və daha sonra evinə getmişdir. Bir neçə dəqiqə sonra isə o qəflətən səs eşitmiş və başını qaldırdıqda Azərin Fuadı ürək nahiyyəsindən bıçaqla vurduğunu və Fuadın üzərində qan ləkəsi olduğunu görmüşdür. Azər hadisə yerindən qaçmışdır. Fuad isə yaralı halda yaxınlıqdakı marketə getmiş, lakin bir az sonra Fuadın halı pisləşmişdir. Bundan sonra hadisə yerinə təcili yardım gəlmişdir. Hadisədən sonra Azəri polis əməkdaşları saxlamışdır. Hadisədən qabaq Azərlə Fuad arasında münasibətlər normal olmamışdır, Fuad tez-tez Azərə sataşırmış. Fuadın Azərə sataşmağının səbəbini bilmirmiş, o heç vaxt Azərə qarşı işlətdiyi sözləri düzgün seçmirmiş. Fuadın Azərlə salamlaşmamağına səbəb ondan xoşu gəlməməsi olmuşdur. Hadisə baş verən zaman Azər çox yox bir az içkili imiş, ondan spirt iyisi gəlirmiş. Fuad və o isə içkili olmamışdır. Azər evə gedib qayıtdıqdan sonra onun əlində bıçaq görməmiş, Azər Fuadı heç bir söz demədən qəflətən vurmuşdur. O, özü Azəri vurmamış və onun üzərinə getməmişdir. O, Azərin Fuada bıçaqla xəsarət yetirdiyi anı görməmiş, səs eşitmiş və başını qaldıranda görmüşdür ki, Fuad bıçaqlanıb. Fuad bıçaqlananda o Fuaddan 2-3 metr məsafədə dayanmışdır. Azər Fuadı qəflətən vurduğu üçün onlar müdaxilə edə bilməmişdir. Azər Fuadı ürək nahiyyəsindən bıçaqlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, o, Azər və Fuadla eyni məhəllədə böyümüşdür. 22 iyun 2021-ci il tarixdə saat 22 radələrində qonşusu Kamranla birgə məhəllədə söhbət edirmiş. Bu vaxt əvvəlcə Fuad, daha sonra Azər yanlarına gəlmişdir və hamı ilə əlini uzadaraq salamlaşmışdır. X2 salamlaşmamışdır. Bundan sonra Azər evinə getmişdir. 10-15 dəqiqə sonra isə o, qəflətən səs eşitmiş və başını qaldıranda görmüşdür ki, Azər Fuadı ürək nahiyyəsindən bıçaqla vurub və Fuadın üzərində qan ləkəsi var. O, Fuadla Azəri sakitləşdirməyə çalışmışdır. Bundan sonra hadisə yerinə təcili yardım gəlmiş və Fuadı xəstəxanaya aparmışlar. Fuadın Azərlə salamlaşmamağının səbəbini bilməmiş, Azər heç nə demədən qəflətən Fuadı bıçaqlamışdır. Azər Fuadı bıçaqlayanda deyəsən içkili imiş. Azərin Fuadı bıçaqladığı anı görməmiş, sadəcə olaraq səs eşitmiş və baxanda Azərin Fuadı bıçaqladığını görmüşdür. Azərlə Fuad arasında hadisədən qabaq hər hansı mübahisə, dava olmamışdır. Sadəcə olaraq Azər onlarla salamlaşanda Fuad onunla salamlaşmaqdan imtina etmiş, lakin bu barədə onlar arasında mübahisə olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 23 iyul 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu baş vermiş hadisəni əyani şəkildə göstərərək istintaq zamanı verdiyi fadəsini bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 06 noyabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğlu baş vermiş hadisəni əyani şəkildə göstərərək istintaq zamanı verdiyi fadəsini bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 avqust 2021-ci il tarixli 900 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər perikardın və ürəyin sol mədəciyinin zədələnməsi, sol tərəfli hemotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən kəsilmişdeşilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın(ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni 22.07.2021-ci il tarixdə əmələ gələ bilər və dərcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Xəsarətin lokalizasiya və xüsusiyyətinə əsasən demək olar ki, xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil, lakin xəsarətin digər şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. Cinayət işi materiallarında olan kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 14 avqust 2021 -ci il tarixli 1807 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı bir psixi xəstəliyin əlaməti müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatrik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxanılan şəxəs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçü-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi materiallarında olan Məhkəmə-tibbi-kriminalistik ekspertizanın 08 oktyabr 2021-ci il tarixli 547 MTKŞ/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus könəyin ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgüc, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, o cümlədən eyni xüsusiyyətə malik bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar edilmiş deşilmiş- kəsilmiş zədənin forma, xarakteri, xətti ölçüsünü və onu bədən üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaranın xətti ölçüsünü nəzər alaraq güman etmək orlar ki , bu zədəni törədən alətin tiyəsinin eni batma səviyyəsində 1,5-2,0 sm-dən az olmamışdır. Zərərçəkmiş şəxs bədənindəki deşilmiş-kəsilmiş xarakterli xəsarətin yar kanalının uzunluğu haqqında hər hansı bir məlumat olmadığı üçün iz törədən alətin uzunluğu barədə fikir söyləmək mümkün deyildir.Zərərçəkmiş şəxs məxsus köynək üzərindən aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun döş qəfəsinin ön nahiyəsində solda olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir.Zərərçəkmiş şəxs məxsus köynək üzərindən aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin ön nahiyəsində solda olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir.Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd cırılma xarakterli zədə aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Cinayət işi materiallarında olan Məhkəmə-tibbi-bioloji ekspertizanın 25 oktyabr 2021ci il tarixli 648/2021- MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən-0 (1).Təqsirləndirilən şəxs qan qrupu təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən-0 (1).Ekspertizaya madi sübut olaraq təqdim olunmuş boz rəngəli köynək üzərindəki ləklərdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda 0 (1) qrupunu əsas xarakterizə edən H antigeni alındı. Beləliklə bu qanın 0 (1) qrup şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (əgər sonuncunun bədənində hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa) məxsus olması inkar olunmur. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub-olunmaması barədə edilmiş sorğudan müəyyən olunmuşdur ki, Bakı Hərbi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin 01 avqust 2021-ci il tarixli 175 №-li məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 300 manat cərimə cəzasını 01.10.2018-ci il tarixdə dövlət büdcəsinə ödəmişdir, məhkumluq ödənilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs oğlu törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 23 iyul 2021-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mümkün sayır. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu 23 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 iyul 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs oğlu barəsində 4(dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun cinayəti qismən etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş və 3 saylı ŞKX-dan götürülmüş və ekspertiza tədqiqatına təqdim olunmuş köynək hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş və 3 saylı ŞKX-dan götürülmüş və ekspertiza tədqiqatına təqdim olunmuş köynək hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar