Məhkəmə qərarları › İş №1(101)-410/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-410/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-410/2023 26.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi–«VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Göytəpə şəhərində yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “İlqar” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri tərəfindən satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 14253,8 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 27559.4 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1680 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 49,5 qramını bir bükümdə qablaşdırıb ağ rəngli sellofan bükümün içərisində olmaqla üzərində, psixotrop maddə metamfetaminin 14204,3 qramını ayrı-ayrılıqda 2100,8 qram, 1982,5 qram, 1970,5 qram, 1762,4 qram, 1912.4 qram, 1985,2 qram və 2490,5 qram çəkidə olan hissələrə bölüb yeddi bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini ayrı-ayrılıqda 3500,5 qram, 3280,2 qram, 1950,3 qram, 3380,5 qram, 1957 qram, 1930,4 qram, 1900,5 qram, 1985,5 qram, 1890,4 qram, 1933,5 qram, 1955,4 qram və 1895,2 qram çəkidə olan hissələrə bölüb on iki ədəd bükümdə və qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir bağlamada qablaşdırıb idarə etdiyi «Opel-Astra» markalı, ** XY *** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2022ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 02:00-da Bakı-Astara yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 49,5 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2022-ci il tarixdə saat 04:30-da Təqsirləndirilən şəxs məxsus «Opel-Astra» markalı, ** XY *** qeydiyyat nişanlı avtomobilə öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 14204,3 qram çəkidə psixotrop maddə metamfetamin ayrıayrılıqda 2100,8 qram, 1982,5 qram, 1970,5 qram, 1762,4 qram, 1912,4 qram, 1985,2 qram və 2490,5 qram olmaqla yeddi ədəd bükümdə, külli miqdarda 27559,4 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 3500,5 qram, 3280,2 qram, 1950,3 qram, 3380,5 qram, 1957 qram, 1930,4 qram, 1900,5 qram, 1985,5 qram, 1890,4 qram, 1933,5 qram, 1955,4 qram və 1895,2 qram olmaqla on iki ədəd bağlamada avtomobilin yük yerində olan torbadan və külli miqdarda 1680 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd bağlamada olmaqla avtomobilin yük yerində olan çantadan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İran vətəndaşı «İlqar» adlı şəxslə telefon vasitəsi tanış olmuşdur. İlqar adlı şəxs onunla danışıb bildirmişdir ki, ona yerini deyəcəyi yerdən, qoyduğu narkotik vasitəni Bakı şəhərinə aparacağı təqdirdə ona 4000 manat pul verəcəkdir. 07 avqust 2022-ci il tarixdə İran vətəndaşı İlqar vvhatsapp vasitəsi ilə onunla danışmış və demişdir ki, Biləsuvara gəlsin, orada dediyi yerdən torbanı götürərsə, deyəcəyi yerə qoyarsa ona həmin pulu verəcəkdir. O, həmin günü gecə Biləsuvar şəhərinə gəlmiş, orada Aran mrketin qarşısında 2 saatdan çox müddət gözlədikdən sonra İlqar ona bildirmişdir ki, Bakı istiqamətində çıxanda radarın altına qoyulmuş torbaları götürüb Bakı şəhərinə aparsın. O, Biləsuvardan çıxıb Bakı istinamətində gələrkən birinci radarın dibində torbaları görüb onları götürüb maşına qoymuş və hərəkətə başlamışdır. Qaradağ rayonu ərazisində Dövlət X1, həmin vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşalır onu saxlayıb Baş İdarəyə gətirmişlər. Orada onun üzərindən heç nə aşkar olunmamış, lakin maşında olan torbaları polis əməkdaşları aşkar edərək götürmüşlər. O, özünü bu işdə təqsirli bilir, lakin nə qaçaqmalçılıqda, nə də qabaqcadan əlbir olan bir qrup şəxsdə özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 07 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 08 avqust 2022-ci il tarixdə idarədə əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat təqribən 2-3 arası Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı avtomaşın ilə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmişdir. İdarəyə gətirildikdən sonra, təqiqatçı və müdafiəçi dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı şalvarının cibindən bir bükümdə psixarop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin psixatrop maddəni haradan əldə etməsini soruşduqda İran vətəndaşı «İlqar» adlı şəxsin göstərişi ilə Biləsuvarda onun qoyduğu yerdən götürüb və deyəcəyi yerə atmaq üçün Bakı şəhərinə gətirdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, onun idarə etdiyi avtomaşında da narkotik vasitələr vardır. Həmin psixatrop maddə qablaşdırılıb götürüldükdən sonra avtomaşına baxış keçirilməyə başlanılmış, maşına baxış zamanı avtomaşından 2 sellofan torba aşkar olunmuş, həmin torbaların birindən 12 bükümdə heroinə bənzər maddə, digərində 7 bükümdə metamfetaminə bənzər maddə və bir bükümdə marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. Həmin maddələrdə müdafiəçinin və təhqiqatçının iştirakları ilə qablaşdırılıb götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri ona İran vətəndaşı «İlqar» adlı şəxs «vvhotshaap» vasitəsi ilə şəklini atıb dediy yerlərə qoymaq üçün də şəkillərini atacaqmış. Həmin narkotik vasitələri deyilən yerlərə qoyacağı müqabilində «İlqar» ona pul verəcəkmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 08 avqust 2022-ci il tarixdə təxminən saat 02 radələrində Bakı şəhəri Qaradağ rayonu Ələt Astara yolunun 47-ci klometrliyində tərəflərindən Opel Astara markalı avtomaşın saxlanılıb Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmişdir. Orada saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət olunmuş təhqiqatçı və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keirilən zaman əynində olan göy cins şalvarının cibindən psixatrop maddə metamfetamin aşkar olunmuş və sonra bildirmişdir ki, idarə etdiyi avtomaşında da narkotik vasitə vardır. Sonra müdafiəçi və təhqiqatçının iştirakı ilə avtomaşına baxış keçirilən zaman maşından sellofan torbalarda olan 12 ədəd bağlamada heroin, 7 büküm metamfetamin və bir ədəd bükümdə marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özü etiraf edərək bildirmişdir ki, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan İlqar adlı şəxsdən onun sifarişi ilə götürmüş və onun deyəcəyi yerlərə aparıb qoyacağını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, bu hərəkətləri pul müqabilində etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 08 avqust 2022-ci il tarixli 6/4235 №li rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 49,5 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. - üzərində “... şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” və s. yazılar, imzalar olan çantada 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3500,5 qram, 3280,2 qram, 1950,3 qram, 3380,5 qram, 1957 qram, 1930,4 qram, 1900,5 qram, 1985,5 qram, 1890,4 qram, 1933,5 qram, 1955,4 qram, 1895,2 qram olmaqla ümumi təmiz çəkiləri 27.559,4 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 12 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2100,8 qram, 1982,5 qram, 1970,5 qram, 1762,4 qram, 1912,4 qram, 1985,2 qram, 2490,5 qram, ümumi təmiz çəkisi 14204,3 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 7 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 08 avqust 2022-ci il tarixli 7/877 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan kütlələr” yazılar və imzalar olan qara rəngli çantada bir ədəd üzəri skoçla bağlanmış qara rəngli bağlamada təmiz çəkisi 1680 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 12 sentyabr 2022-ci il tarixli 5130 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq qalan iki ədəd sintetik torbada və bir ədəd kağız paketdə qablaşdırılan 1679,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 27559,16 qram çəkidə narkotik vasitə heroin və 14253,66 qram çəkidə psixotrop maddə metamfetam iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmışdır. Tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə, eləcə də avtomobilə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 avqust 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02:00-da Bakı-Astara yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 47-ci kilometrliyinin yaxınlığında saxlanılaraq BNMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman bir ədəd torbanın və bir ədəd çantanın içində külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qismən etirafedici ifadə verərək bildirmişdir ki, o, İran vətəndaşı «İlqar» adlı şəxslə telefonla danışaraq sonuncudan narkotik vasitə və psixotrop maddələri Biləsuvar rayonundan götürüb Bkı şəhərinə gətirəcəyi ilə razılaşmışlar. Təqsirləndirilən şəxs yuxarıda göstərilən halları məhkəməyə bildirərək heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əksinə faktiki olaraq İlqar adlı şəxsin kuryeri qismində çıxış edərək sonuncunun tapşırığı və sifarişi əsasında, ən əsası isə muzd müqabilində şəxsiyyəti ibtidai istintaq orqanına məlum olmayan şəxs və ya şəxslər tərəfindən Bakı şəhərinə naməlum şəraitdə və tarixdə gətirilməklə yerləşdirilmiş narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin digər yerlərinə (ərazilərə) daşıyaraq yerləşdirmək niyyətində olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsində törətmiş olduğu cinayət əməlinin üsulunu və mexanizmini izah edərək Bakı şəhəri ərazisində yerləşdirəcəyi külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri muzd (pul) müqabilində qanunsuz olaraq bir ərazidən (yerdən) götürüb (əldə edib) üzərində saxlamaqla daşıyaraq başqa əraziyə (yerə) yerləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onun külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlaması faktı öz təsdini tapmışdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri, yəni külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib daşımaqla saxlamasında niyyəti və məqsədinin nədən ibarət olmasını müəyyən etməkdir. Bu hissədə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması cinayət işinin mübahisəsiz hallarından birini təşkil edir. Bundan başqa, onun digər şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı razılaşması, belə bir razılığın onların arasında aparılmış “Votsap” vasitəsi ilə narkotikanın qoyulduğu yerin şəklinin çəkilərək ona atılması, və gələcəkdə həmin narkotik vasitələri hara qoyulacağınında şəklinin çəkilib atılacağının razılaşdırılması da məhkəmə istintaqında müəyyən edilmiş hallardan birini təşkil edir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansısa şəxsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş sair hərəkətləri etməsi, “müştəri bazasına” malik olması, müxtəlif şəxslərin ona narkotik vasitə və psixotrop maddələrlə bağlı müraciət etməsi halları öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Ağazadə X7 şəhəri ərazisinə başqa şəxs və ya şəxslər tərəfindən yerləşdirilmiş külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyarkən faktiki olaraq həmin vasitə və maddələrin bir ərazidən başqa əraziyə daşınmasında kuryer funksiyasını icra etmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəz halıdır. Məhkəmə bu hissədə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq bir ərazidən götürüb (əldə edib) başqa əraziyə yerləşdirərkən onun məqsədi əldə edib yerləşdirdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisinə uyğun şəkildə qazanc əldə etmək olmamışdır. Əksinə Təqsirləndirilən şəxs qeyd edilən bu əməlləri icra edərkən onun məqsədi kuryer qismində funksiyasını icra etdiyi hərəkətlərin müqabilində pul qazanmaq olmuşdur. Belə ki, kuryer qismində Təqsirləndirilən şəxs muzd kimi verilmiş pul vəsaitinin məbləği realizə edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin real dəyərindən dəfələrlə və qat-qat aşağı məbləğdə ifadə olunmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun ibtidai istintaq orqanına şəxsiyyəti məlum olmayan başqa şəxslə (İlqar adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə İlqar adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Votsap” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Bakı şəhərində müxtəlif yerlərdə narkotik vasitə və psixotrop maddələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin edəcəyi ilə razılaşmasını, bu barədə Təqsirləndirilən şəxs dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını, ən əsası isə Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan birinin, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla (cinayət hadisəsi olmaması əsası ilə) ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinası qanuni olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca məhkəmə aktı ilə). Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etməklə iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin üçdə kisindən aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məhkəmə isintaqı zamanı onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 08 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri iki ədəd sintetik torbada və bir ədəd kağız paketdə qablaşdırılan 1679,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 27559,16 qram çəkidə narkotik vasitə heroin və 14253,66 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. -Şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 182 (bir yüz səksən iki) manat təqsirləndirilən şəxs X6 tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri iki ədəd sintetik torbada və bir ədəd kağız paketdə qablaşdırılan 1679,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 27559,16 qram çəkidə narkotik vasitə heroin və 14253,66 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. -Şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 182 (bir yüz səksən iki) manat təqsirləndirilən şəxs X6 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar