Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-410/2024 23.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X14 ibarət tərkibdə, X3 qızı və Niyazova Nəzrin Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1988-ci ildə Lənkəran rayonu, Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-ci il tarixdə saat 03:15-də Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən yerüstü keçidin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 06:35 radələrində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf polietilen bükümdə ləmiz çəkisi 9,001 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmamışdır. Sadəcə dövlətə xəyanətdə ittiham olunan və məhkəmə zalında dünyasını dəyişən Səbuhi Səlimovun dəfnində iştirak etdiyi üçün həbs olunmuşdur. Belə ki, Səbuhi Səlimov dindar şəxs olmuş, o da Səbuhi Səlimovun yeznəsi ilə birlikdə ziyarətdə olduğundan adət-ənənəyə uyğun olaraq başsağlığı vermək üçün dəfn mərasiminə getmişdir. Həmin dəfndə iştirak edən şəxslərdən bir qrupu tutulmuş, o da həmin şəxslərdən biridir. O, ali təhsilli və dindar bir şəxsdir, namaz qılır, Azərbaycanda tanınmış şirkətlərdə mühəndis kimi çalışmış, axırıncı iş yeri 2022-ci ilin avqust ayında ayrılmış, daha sonra ailəsini dolandırmaq üçün “Bolt” daşıma şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Səbuhi Səlimov mart ayının 3-də dəfn olunmuş, o isə mart ayının 9-da saat 2-3 radələrində tutulmuşdur. O, Bilgəh kəndindən Buzovnaya tərəf avtomobillə hərəkətdə olmuş, avtomobildə ondan başqa heç kim olmamış, bu zaman o, 2 avtomobilin onu izlədiyini görmüşdür. Bilgəhdən Buzovnaya qədər həmin maşınlar onu təqib etmiş, Buzovnada keçidin altında maşınının yanında saxlamış, özlərini polis kimi təqdim etmiş və sənədlərini təqdim etməsini xahiş etmişlər. O, sənədlərini pul qabından çıxaranda polis əməkdaşlarının maşının qapılarını qırmaq istədiklərini görmüş, onlardan nə baş verdiyini soruşmuş, daha sonra onu da, maşınını da Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Saat 3-4 radələrində Qaradağ RPİnə getmiş, səhərə qədər müvəqqəti saxlama yerində saxlanılmış, saat 11-də isə oradan çıxarılmışdır. Gödəkcəsini onun əyninə geyindirmişlər və narkotk maddəni cibinə qoyub çəkiliş etmişlər. Onu ailəsi ilə təhdid etdikləri üçün o, narkotik vasitəni boynuna götürmüşdür. O, gödəkcəsinin ciblərini yoxlamağa cəhd edəndə polis əməkdaşları onu vurmuş, nə qədər vursalar da, o, gödəkcənin ciblərini yoxlaya bilmişdir. Gödəkcəni saat 10-11 radələrində gətirmiş, təhqiqatçının otağında çəkiliş keçirmişlər. Əvvəl ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişlər. O da açıq danışmalarını xahiş etmiş, belə ki, onun narkotik vasitələrlə hər hansı bağlılığının olmadığını bildiklərini demişdir. Polis əməkdaşı ondan İranda olub-olmadığını soruşmuş, o da 3 dəfə İrana ziyarətgaha getdiyini demişdir. Sözlə onu və ailəsini təhqir etmişlər, bu hadisələr gecə saat 3-də baş vermişdir. Daha sonra qandalla qollarını arxadan bağlayıb səhər saat 11-dək onu o vəziyyətdə saxlamışlar. Saat 11-də bir nəfər leytenant tanış başqa bir polisin adından istifadə edərək onu tapşırdığını demiş, ona mağazadan su alacağını demişdir. Sonra onu polis rəisinin müavini Şahid4 yanına aparmışlar. Orada ona çay və şirniyyat təklif etmişlər, lakin o, təklif olunan şirniyyatları yeməmiş, sadəcə siqarət çəkmişdir. Mağazaya gedən leytenant mağazadan gəlirmiş kimi cibindən şirniyyat çıxarmış, o, həmin şirniyyatı yedikdən 15 dəqiqə sonra halı pisləşmişdir. Onun ayaqları tutulmuş, ürək döyüntüləri artmış, vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardımın əməkdaşları vəziyyətini qənaətbəxş edəndən sonra – şirniyyatın tərkibindəki narkotik maddənin təsiri azalandan sonra onu çəkilişə apardılar. Onun gödəkcəsini geyindirmək istəsələr də o, geyinməmişdir. Daha sonra birinci çəkilişdə cibinə narkotik maddə qoymuşlar, o, buna etiraz etmiş rəis müavini Şahid4 onu təhdid edərək narkotik vasitənmi üzərinə götürməyə məcbur etmiş, bütün bunlar onun vəkili Elxas bəyin gözləri qarşısında olmuşdur. Vəkili, həmçinin onun döyülməyinin də, cibinə narkotik vasitə qoyulmasının şahidi olmuşdur. Mağazadan şirniyyat almağa gedən polisin adı Tariyel olmuş, onun tanışı olan Ülvi adlı sahə müvəkkilinin adından istifadə edərək guya Ülvinin onu tapşırdığını, nəyəsə ehtiyacı olsa çəkinməməyi demişdir. Çəkilişdən sonra onu maşına mindirərək müvəqqəti saxlama yerinə aparmışlar. O, məhkəmədə həmin narkotik vasitənin ona məxsus olduğunu demişdir. Onun sinəsinə, belinə 2-3 yumruq vurmuşlar, amma xəsarətlərin izləri görünən olmamışdır. Ona qarşı olan qərəz qeyd etdiyi dəfn mərasimi ilə bağlı olmuşdur. Hazırda saxlandığı istintaq təcridxanasında Səbuhi Səlimovun dəfnində iştirak etmiş ən azı 10 nəfər saxlanılır, həmin şəxslərin hamısı eyni ittiham üzrə narkotiklə bağlı olaraq saxlanılırlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bilmişdir ki, polis əməkdaşları onu Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində tutulmuşdur. O, döyüldüyü üçün deyil, onu ailəsi ilə təhdid etdikləri üçün həmin narkotik vasitəni tapdığını söyləmişdir. Tutulduqdan sonra axşam saatlarında rəis onu döymələri üçün başqa otağa göndərmiş, orada polis əməkdaşları ona onu döymək istəmədiklərini demiş və boynuna almağı təklif etmişlər. Ona narkotik vasitəni qəbul etməsə, onun həyətindən narkotik vasitə çıxaracaqlarını demişlər. Ünvanını, ona məxsus olan torpaq sahəsinin yerləşdiyi yeri deyib bu halda onunla yanaşı, digər ailə üzvlərinin də məsuliyyətə cəlb olunacaqlarını demişlər. O, avtomobil idarə edərkən tutulmuş, həmin vaxt köynək geyinmiş, hava normal olmuşdur. Avtomobilinin qızdırıcısı işlək vəziyyətdə olmuş, avtomobilin içində gödəkcə geyinməyə ehtiyac olmamış, gödəkcə onun maşınının yük yerində olmuşdur. Polislər onu tutub aparan zaman həmin köynəkdə olmuşdur. Onu saat 3-4 radələrindən səhər saat 11-dək saxlamışlar. Bu müddətdə saxlandığı yer soyuq olmuşdur. Onu isti geyimlə təmin etməmişlər, daha sonra gödəkcəsini istəyib-istəmədiyini soruşmuşlar. Üşüdüyü üçün o da də gödəkcəsini geyinmişdir. O, təhqiqatçını yalnız onun otağına gedəndə görmüşdür. Onu Buzovnada tutub Qaradağa gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Abasqulu oğlu ifadəsində göstərmişdir ki, 09 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə raport vasitəsilə rəisə məruzə edilmiş, bundan sonra o, digər polis əməkdaşları ilə birlikdə Buzovna qəsəbəsinə getmişdir. Buzovna qəsəbəsində keçidə yaxın aralıq küçədə Amal maşınla getdiyi zaman ona maşınını saxlamasını işarə etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və vəsiqələrini göstərmiş və onu 11-ci polis bölməsinə dəvət etmişlər. Bölməyə gəldikdən sonra Amal vəkil ilə təmin olunmuş, Amalın video-çəkiliş vasitəsilə üzərində baxış keçirilən zaman orda iştirak etmişdir. Üzərində baxış keçirilən zaman gödəkçəsinin cibindən 1 büküm çıxarmış, onun nə olduğunu soruşduqda həmin kütləni Ələtdə tapdığını və maraqlı olduğu üçün üzərində saxladığını demişdir. Şahid1 Abasqulu oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularkən və saxlanılarkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Bölməyə gətirildikdən sonra təhqiqatçının iştirakı ilə üzərində baxış keçirilmiş və üzərində olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Çəkiliş vaxtı Təqsirləndirilən şəxs vəziyyəti yaxşı olmuşdur. O, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmasını görməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkiliş səhər saatlarında olmuşdur. Təqsirləndirilən şəxs təxminən gecə saat 2-də tutmuşdur. Bölməyə gedən yol təxmini 1 saat çəkmişdir. Gecə saat 5-in yarısı onlar bölməyə çatmış, bölməyə gəldikdən sonra vəkil dəvət olunmuş və şəxsin üzərində baxış keçirilmişdir. Amalın tutulması zamanı 2 nəfər iştirak etmiş, Amalın maşınının bölməyə kim tərəfindən gətirilməsi barədə məlumatı yoxdur. Şahid4 Amalın tutulması prosesində iştirak etməmiş, Amalın halının pisləşməsi, Şahid4 otağına getməsi barədə heç bir məlumatı yoxdur. Bu hadisələrin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında 09 mart 2023-cü il tarixdə tərəflərindən saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsində video çəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl üzərində qanuni və ya qanunsuz hər hansı əşya olub-olmaması soruşulmuş, təqsirləndirilən şəxs sellofan bükümü masaya qoymuşdur. Həmin bükümü Ələt qəsəbəsi, Hərbi şəhərcikdən tapdığını, ona maraqlı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən şəxsə qarşı heç bir təzyiq göstərilməmiş, təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoyulmamışdır. Şəxs saxlanılan zaman o, iştirak etmiş, şəxs Xəzər rayonu ərazisində, Buzovna qəsəbəsində saxlanılmışdır. Şəxsi polis bölməsində inzibati otaqların birində saxlamışlar. Bölmədə həmişə təhqiqatçı və növbətçi olur, şəxs çəkiliş aparılan zaman təhqiqata təhvil verilir. Şəxsi səhər saat 5-ə işləmiş bölməyə gətirmişlər. Şəxsin nə qədər izibati otaqda saxlanıldığını xatırlamır. Vəkilin gəlməsi üçün şəxs inzibati otaqda saxlanılmışdır. Şəxs saxlanılan zaman onun üzərində nə olduğunu dəqiq xatırlamır, səhv etmirsə gödəkçə olmuşdur. Şəxsi saxladıqları vaxt havanın isti və ya soyuq olmasını xatırlamır. O, maşında və kabinetdə olduğuna görə həmin vaxtlar isti geyim geyinməmişdir. Şəxs saxlanılarkən nəqliyyat vasitəsində olmuşdur. O, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmişdir. Şəxsin saxlanılmasında o və Şahid1 iştirak etmişdir. O, təqsirləndirilən şəxsin gödəkçəsinin cibinə narkotik vasitə qoyulmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, həmin gün təhqiqatçının otağında baxış prosesini çəkən şəxs olmuşdur. Amalın tutulması və dindirilməsi zamanı iştirak etməmişdir. 09 mart 2023-cü il tarixdə səhər saatları olmuş, vətəndaş video çəkiliş zamanı özünü təqdim etmiş, sonra gödəkçəsinin cibindəki narkotik vasitəni stolun üzərinə qoymuşdur. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs cibindən ağ rəngli, toz şəkilli maddə çıxarmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni Ələt qəsəbəsi, Hərbi şəhərcikdə yerdən tapdığını demişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin hərəkətlərində qeyri-adilik olmuş, təqsiləndirilən şəxsin nəqliyyat vasitəsi olub-olmadığını bilmir, o, yalnız otaqda olmuşdur. O, həmin gün saat neçədə işə gəldiyini xatırlamır, səhər saatları olmuşdur. O, həmin günə olan iş qrafikini xatırlamır. Həmin gün hava mülayim olmuş, o, nə geyindiyini xatırlamır. O, təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoymamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin rəis müavini müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi bölməyə gətirmişlər. Şəxsi onun otağına gətirdikdən Müdafiəçi2 özünü necə hiss etdiyini soruşmuş, Müdafiəçi2 da özünü narahat hiss etdiyini demişdir. O, Müdafiəçi2 çay təklif etmiş, Amal çayı içmiş, lakin sonra halı pisləşmişdir. Təqsirləndirilən şəxsin halı pisləşdikdən sonra onlar təcili tibbi yardım çağırmış, ona tibbi müdaxilə edilmişdir. Bir müddət sonra vəkil gəlmiş və təhqiqatçının otağına daxil olmuşdur. Bundan sonra video çəkilişlə şəxsin üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar edilmiş və sənədləşdirilmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Amalın halının pisləşməsinin səbəbləri barədə məlumatı yoxdur. Şəxsin üzərinə baxış keçirilən zaman o, iştirak etməmişdir. Təqsirləndirilən şəxsə heç bir zor tətbiq edilməmişdir. O, Təqsirləndirilən şəxs otağına qəbul edərkən səhər saatları olmuş, o, Amalı qəbul edən zaman onun üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs halınnı öpisləşməsi ilə bağlı ona məlumat verildiyindən o, şəxsi otağına dəvət etmişdir. Həmin vaxt Amal huşunu itirməmiş, lakin özünü pis hiss etmişdir. Onlar Müdafiəçi2 su vermişlər, belə ki, onun təzyiqi düşmüş, ona görə də təcili tibbi yardım çağırmışlar. Həkim müayinədən sonra ciddi bir şey olmadığını demiş, təcili tibbi yardımın nə zaman gəlməsini xatılamır. Şəxsin üzərinə nə qədər müddət sonra axtarış keçirdikləri barədə məlumatı yoxdur. Onun Amal ilə qarşılıqlı ünsiyyəti təcili tibbi yardım getdikdən sonra bitmişdir. Amalı qəbul etdiyi gün otağın soyuq və ya isti olması yadında deyil. Amal yanına gətirilən zaman üşüməsi barədə hər hansı şikayəti olmamışdır. Amalın üzərində hansı geyim olması yadında deyil. O, şəxsi səhər saat 9-da işə gəldikdən sonra otağında qəbul etmişdir. Təcili tibbi yardım gələn zaman saatın neçə olmasını xatırlamır. Bölmədəki əməkdaşlar ona, saxlanılan şəxsin halının yaxşı olmamasını məruzə etmiş, Amalı onun yanına gətirən zaman onun halı pis olmuşdur. O, başının ağrımasından şikayət etmişdir. Onlar Müdafiəçi2 su və limon təklif etdikdən sonra halının pis olduğunu və düzəlmədiyini demiş, buna görə də təcili tibbi yardım çağırmışlar. Təqsirləndirilən şəxs gətirilərkən qolu qandallı olmamış, Cavid Babayev adlı sahə inspektoru Amalı onun otağına gətirmişdir. Hal-hazırda Cavid Babayev onun işlədiyi bölmədə işləmir. Şəxs tutulduqdan sonra otaqda saxlanılmış, müvəqqəti saxlanma yerinə misdirmamışdır. Amal onun otağına gətirilənədək bölmədə Şahid3, Şahid1, Şahid2 adlı şəxsləri görmüşdür. Amalı nə üçün gətirdiklərini soruşduqda onlardan heç bir cavab alma bilməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gətirilib ona təqdim olunmuş, həmin gün növbədə olub-olmadığını xatırlamır. Şəxs saat 03:15 radələrində ona təqdim olunub, o, tutma qərarını yazmışdır. Sonra müdafiəçi təyin olunması haqqında qərar qəbul olunmuş, müdafiəçi gəldikdən sonra təxminən saat 04:55 radələrində tutma protokolu tərtib etmişdir. Tutma protokolunu tərtib edəndə o, işdə olmuşdur. Təqsirləndirilən şəxs özünü pis hiss etməsi ilə bağlı ona müraciət etməmiş, şəxs onun sərəncamına veriləndən sonra müdafiəçi gələnə kimi müvəqqəti saxlama yerində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılandan sonra vəkilə zəng edilmiş, müdafiəçi bölməyə 04:55-də gəlmişdir. Saat 05-də vəkil artıq onun yanında olmuşdur. Şəxsi axtarış 06:35-də keçirilmiş, Amalın üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətində Şahid3 iştirak etmişdir. “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinə saat 06:35-də başlamışlar, onu bitirib protokolu tərtib etdikdən sonra saat 09:30-da avtomobilə baxış keçirilmişdir. Şahid3 şəxsi axtarış zamanı saat necəni göstərdiyini bilmir, ola bilsin ki, onun saat işləməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Qaradağ RPİ-nin 11ci PB-nin baş təhqiqatçısı, polis mayoru Şahid5 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisindəkinin nə olduğunu bilmədiyini, həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt Qəsəbəsi hərbi şəhərcik ərazisində yerdən tapdığını ona maraqlı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Sellofan kəsiyindəki 01 ədəd büküm açılmış, bükümün içərisində ağ rəngli, kristal kütlədən ibarət psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. 01 ədəd sellofan kəsiyinə yığılmış psixotrop maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi. (cild İ, i/v: 34-35) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1445 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 9,001 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddəlri»-in siyhasma (Siyahı İ) daxildir. (cild İ, i/v: 48-49) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X2 üzrə xx.xx.2023-cü il tarixli 1651 №li rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 147-150) - Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilməsi haqqında 1204 nömrəli, 10 mart 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində OPİ (+), MOP (+) aşkar edilmişdir. (cild İ, i/v: 76) - İbtidai istintaq orqanının işdə olan maddi sübut kimi tanıma haqqında 11 mart 2023cü il tarixli qərarından və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 9,001 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (cild İ, i/v: 94) - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən qəbul edilmiş və həmin Bölmənin rəisi polis polkovniki Yasər İbadov tərəfindən təsdiq edilmiş 08 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (cild İ, i/v:61-62) Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş küstar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin çəkisi 9,001 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin külli miqdar həddində olmuşdur. Müdafiə tərəfi təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, bunun nəticəsində video çəkiliş zamanı polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi narkotik vasitəni boynuna götürməsi ilə bağlı ifadəsinə əsasən məhkəməyə aşağıdakı materialları təqdim etmişdir:
1. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 sorğusuna Azərbaycan Respublikası “Bakı şəhər Təcili və X6 Stansiyası” X12 daxil olan cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:40-da “103” xidmətinə Qaradağ rayonu, 11-ci polis bölməsinin özünə ünvanından vətəndaşın adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 20 saylı bölmənin həkimi Mehdi Yusifov icra edərək, xəstə Təqsirləndirilən şəxs “Nevrotik reaksiya” diaqnozu qoymuş, müvafiq tibbi yarım göstərmişdir.
2. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 sorğusuna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindan daxil olan 12 oktyabr 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində hava dəyişkən buludlu (9/3), meteoroloji görünüş məsafəsi 10 km, havanın orta temperaturu 9,40C, minimal temperaturu 8,20C, maksimal temperaturu 14,20C, Cənub istiqamətli küləyin maksimal sürəti 6m/san (4bal) olmuşdur. xx.xx.2023-cü il tarixində saat 10:40-dan 11:20-dək leysan xarakterli yağış yağmış, yağıntının miqdarı 0,4 mm olmuşdur. 01:00 müşahidə müddətində hava dəyişkən buludlu (8/0), meteoroloji görünüş məsafəsi 10 km, havanın faktiki temperaturu 8,50C, minimal temperaturu 8,40C, maksimal temperaturu 8,90C hava sakit küləksiz olmuşdur. Yağıntı qeydə alınmamışdır. 04:00 müşahidə müddətində hava dəyişkən buludlu (8/0), meteoroloji görünüş məsafəsi 10 km, havanın faktiki temperaturu 8,50C, minimal temperaturu 8,30C, maksimal temperaturu 8,60C, hava sakit küləksiz olmuşdur. Yağıntı qeydə alınmamışdır.
3. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəməyə fotoşəkilləri təqdim edərək qeyd etmişdir ki, “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videoçarxında əməliyyat müvəkkili Şahid3 qolunda olan saatın kiçik əqrəbi “1”-in, böyük əqrəbi isə “12”-nin üzərindədir və digər fotoşəkildə isə təhqiqatçı Şahid5 iş masasında əlyazma qeydlər var. Həmin qeydlərdə 10:20-də başlamış və 10:50-də bitmiş “nəqliyyat vasitəsinə baxış keçirilməsi” istintaq hərəkətinin dəqiq vaxtları qeyd olunmuşdur. Müdafiəçi qeyd olunan mövqeyini təsdiq etmək üçün xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir.
4. Bakı şəhəri 10 saylı Vəkil bürosunun 12 nömrəli, 12 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardımı vəkil X5 göstərmiş, order nömrəsi 345 olmuş, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Vəkilin təqdim edilməsi barədə müraciət büroya iş saatı olmadığı üçün vəkil vasitəsilə saat 06:00 radələrində təqdim edilmişdir. 345 saylı orderdən əvvəlki 344 saylı order xx.xx.2023-cü tarixdə qeydiyyatdan keçmişdir.
5. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 məhkəməyə təqdim etdiyi 13 mart 2024-cü il tarixli 393 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Vəkillər X4 qərarına əsasən Təqsirləndirilən şəxs barəsində formal vəkillik fəaliyyəti ilə məşğul olduğuna görə vəkil E.A.Əsgərova töhmət verilmişdir.
6. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə baxışında fotoşəkilləri təqdim edərək qeyd etmişdir ki, “nəqliyyat vasitəsinə baxış” istintaq hərəkətinin videoçarxında həmin istintaq hərəkəti zamanı avtomobilin açarı Təqsirləndirilən şəxs əlində olmuş və avtomobil onun tərəfindən açılmışdır.
7. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə baxışında Qaradağ RPİ-nin MSY-nin qeydiyyat kitabından çıxarışları təqdim edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 16:00-da MSY-də qeydiyyatdan keçmiş və qəbul olunmuşdur.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(101)-410/2024 saylı sorğusunun icrası olaraq, "xxxx" MMC-dən 09 aprel 2024-cü il tarixli məktubu və ona əlavə edilmiş əhatə dairəsinə dair məlumatlar olan disk təqdim edilmişdir. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi sənədlərlə bağlı qeyd edir ki, yuxarıda qeyd olunanlar ittiham tərəfinin təqdim etdiyi sübutları təkzib etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla da Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması, 59.2-ci maddəsinə əsasən ali təhsilli olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 sentyabr 2023-cü il təvəllüdlü X9 adlı azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 mar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 09 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 mart 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,951 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 55 (əlli beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,951 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov