Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-411/2020 16.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Əsgəran rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev küçəsi 56, bina 100, mənzil 23 ünvanında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 noyabr 2019-cu il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin binasının qarşısında şəxsi münasibətlər zəminində üzərində olan cib bıçağı ilə dostu Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vurub sonuncunun sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının ön divarının sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən 1 ildir ki, yaşadığı Ağdam rayonu Ergi düzündən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və kirayədə yaşayır. Rəsmi heç bir yerdə işləmir, iş olan zaman fəhləlik edir. Zərərçəkmiş şəxslə dostluq münasibətləri var. 30 noyabr 2019-cu il tarixdə saat təxminən 19 radələrində yeyib-içmək üçün tanışları Seyran, Həsən, Veys ilə birlikdə “Ulduz” metrosunun yaxınlığında olan “Yaşıl” kafeyə getmişlər. Həsən spirtli içki içməmiş, o, Seyran və Veys bir ədəd yarım litrlik araq və bir ədəd də 750 qramlıq araq içmişlər. Saat 23 radələrində Seyran, Həsən, Veys çıxıb getmişlər. Onların heç biri ilə gediş istiqaməti eyni olmadığından o, dostu Elgizə zəng edib gəlib onu Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev küçəsində yerləşən yaşadığı evə aparmasını xahiş etmişdir. Saat təxminən 23:30 radələrində Elgiz piyada onun yeyib-içdiyi kafenin yanına gəlmişdir. Elgiz kafeyə gələndən və onunla görüşəndən sonra Elgiz onun içkili olduğunu demiş və bir az gəzib ayılmasını təklif etmişdir. O, Elgizə yenə gedib içmək istədiyini demişdir. Elgiz isə ona “çox içmisən, həm də pulun azdır və gecdir” demiş, o, içkili olduğundan Elgizin “çox içmisən və pulun azdır” sözlərini deməsi ona pis təsir etmiş və Elgizlə mübahisə etmişdir. Daha sonra cibində olan təxminən hadisədən 1 həftə əvvəl Nərimanov rayonunda parkın yaxınlığından çörək və yaxud kolbasa doğramaq üçün 3 manata aldığı cib bıçağı ilə Elgizin qarnının yuxarı hissəsindən, döş qəfəsinə yaxın nahiyəsindən vurmuşdur. Bundan sonra Elgiz bıçaqla vurulmasını görüb onu dodağından yumruqla vurmuş və dişi dodağını kəsmişdir. Bundan sonra Elgizdən qan gəldiyini görmüş, sakitləşmiş və Elgizi xəstəxanaya aparmasını demişdir. Elgiz isə xəstəxanaya getmək istəmədiyini, xəstəxanaya gedəcəyi halda polisin onu tutacağını demişdir. Bundan sonra Elgiz taksi ilə evə getmiş, o, isə ayrı bir taksi sifariş edib evinə getmişdir. Həmin gün axşam o, Elgiz ilə əlaqə saxlayanda Elgizə həkimə getməyi məsləhət görmüşdür. Elgiz də vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Səhərisi gün o, Elgizlə bir daha əlaqə saxlayıb halını soruşmuş, Elgiz özünü yaxşı hiss etmədiyinə görə 3 saylı Sabunçu xəstəxanasına getdiyini demiş, 02.12.2019-cu il tarixdə o, Elgizin halını öyrənmək üçün Elgizin yanına getmişdir. Həmin vaxt orada polis əməkdaşları olmuş, o, polis əməkdaşlarına yaxınlaşıb hadisəni törətdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır, aralarında dostluq münasibətləri var. Özü taksi fəaliyyəti ilə məşğul olur. 30 noyabr 2019-cu il tarixdə saat təxminən 23 radələrində İlqar ona zəng edib “Ulduz” metrostansiyasının yaxınlığında olan “Yaşıl” kafedə dostları ilə oturub yeyibiçdiyini, iş yoldaşlarının başqa istiqamətə getdiklərini deyib, buna görə də onu gəlib aparmağını xahiş etmişdir. O, saat 23:30 radələrində kafeyə öz maşını ilə deyil, başqa taksiyə minib gəlmiş, o, gələn zaman İlqarın “Yaşıl” kafenin qarşısında dayandığını görmüşdür. O, kafeyə gəldikdən sonra onu gətirən taksini yola salmışdır. O, İlqara gəzəgəzə “Santral” tərəfə, oradan 1 manatlıq taksi ilə evə getməyi təklif etmişdir. İlqar isə başqa kafeyə gedərək yenidən yeyib-içmək istədiyini bildirmişdir. O, İlqara həm çox içdiyini, həm də pulunun olmadığını, buna görə də evə getməsini demişdir. Onun bu sözündən sonra İlqar onunla mübahisə etmiş və getməyəcəyini deyib onu bıçaqla bədəninin döş qəfəsinə yaxın hissəsindən vurmuşdur. Bu zaman o, bədənində istilik hiss etmiş və İlqarı əli ilə itələmişdir. Daha sonra İlqar onu bıçaqladığını görüb sakitləşmiş, onu xəstəxanaya aparmaq istəmiş, lakin o, İlqar ilə razılaşmayıb evə gedəcəyini bildirmişdir. İlqardan ayrılmış və bir az piyada, sonra taksi ilə evə getmişdir. Evin yanından qardaşı Rahibə zəng etmiş və qardaşı onu evə qaldırmışdır. Qardaşının gedib dava etməməsi üçün qardaşına yalandan tanımadığı adamların onu bıçaqladığını demişdir. Səhəri gün halı pisləşdiyinə görə qardaşı onu məcburi olaraq xəstəxanaya aparmışdır. Hazırda İlqarla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Şahid Elgiz oğlu məhkəmədə ifadəsində göstərdi ki, o, qardaşı Elgizlə birlikdə təxminən 10 ildir ki, ünvan 3 ünvanında yerləşən mənzildə yaşayır. Bakıda müxtəlif işlərdə işləyib ailələrini dolandırırlar. 30 noyabr 2019-cu il tarixdə saat təxminən 23:30 radələrində o, evdə olan zaman Elgiz ona zəng edib binanın həyətinə düşməsini demiş, o, həyətə düşmüş və Elgizi yaralı halda görmüşdür. O, tez Elgizi yuxarı evə qaldırmış, çarpayıya uzatmışdır. Elgizdən nə baş verdiyini, harada xəsarət aldığını soruşmuşdur. Elgiz də “Ulduz” metrostansiyasının yaxınlığında bir nəfər tanımadığı oğlanın onu dəmirlə vurduğunu demişdir. O, həmin şəxsin kimliyini soruşmuş, Elgiz isə tanımadığını bildirmişdir. Daha sonra o, Elgizə xəstəxanaya getmək lazım olduğunu demiş, Elgiz isə özünü yaxşı hiss etdiyini bildirmişdir. Lakin 01 dekabr 2019-cu il tarixdə səhər saatlarında o, Elgizin özünü yaxşı hiss etmədiyini görmüş, taksi sifariş verib Elgizi 3 saylı xəstəxanaya aparmışdır. Xəstəxanada Elgiz xəstəxanaya gəlmiş polislərə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Lakin 02 dekabr 2019-cu il tarixdə Elgiz ona yalan dediyini, onu tanışı İlqarın 30 noyabr 2019-cu il tarixdə “Ulduz” metrostansiyasının yaxınlığında bıçaqladığını, sadəcə İlqara problem yaranmaması üçün o cür dediyini bildirmişdir. Həmin vaxt İlqar da xəstəxanada olmuş, İlqar polis əməkdaşlarına Elgizi bıçaqladığını etiraf etmişdir. Bundan sonra xəstəxanada olan polis əməkdaşları İlqarı polis bölməsinə aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 03.12.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinin təfərrüatları barədə əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 67-70). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 16.12.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsinin təfərrüatları barədə əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 107-109). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 03.12.2019-cu il tarixli, 1068 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsində aşkar edilmiş xəsarətlər - sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəgəsinin sağ yarısının ön divarının sağ plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin ki, bıçağın) deşici-kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.11.2019-cu il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (cild 1, iş vərəqi 71-73). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04.12.2019-cu il tarixli, 1071 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: alt dodağın səthi əzilmiş yarası, çənə nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.11.2019-cu il tarixdə əmələ gələ bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir (cild 1, iş vərəqi 100-102). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs 02.12.2019-cu il tarixdə tutulmuş, 04.12.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon prokuroru onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə təqdimat verilməsindən imtina etmiş, onun həbsdən dərhal azad edilməsi barədə qərar qəbul edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 34-35, 92-98). İşdə olan 03.12.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 54). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 104). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə x2 arasında 28.08.2007-ci ildə nikah bağlanmış, birgə nikahdan 28.06.2008-ci il təvəllüdlü Arif, 16.05.2014-cü il təvəllüdlü Elvin adlı övladları vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 20-21). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqi 182). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edlməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı tutulduğu 2 gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı 16 iyun 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün günə gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2020ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-411/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-411/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver