Məhkəmə qərarları › İş №1(101)-411/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-411/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-411/2025 13.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, 09 avqust 1984-cü ildə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 2010-cu il təvəllüdlü övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda və psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, 14 sentyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 6,574 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki və külli miqdarda təmiz çəkisi 2,249 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 2 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan qara rəngli zərli jiletin sol yan cibində “Kent4” markalı siqaret qutusunun içində saxlamaqla üzərində daşımış, 14 sentyabr 2023-cü il tarixdə saat 20:50-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli zərli jiletin sol yan cibində olan “Kent4” markalı siqaret qutusunun içindən 2 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 6,574 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək və külli miqdarda təmiz çəkisi 2,249 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

1. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanmış Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs və qeyrisinin Binəqədi rayonu Biləcəri qəsəbəsində üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlanılması bildirilmişdir (cild 1, iş vərəqi 3).

2. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli “əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və qeyrisinin olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitindan aslı olaraq olduğu yerin və nəqiliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqiliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerinə baxış keçirilməsi qərara alınmış və Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları Şahid3, Şahid1, Şahid2 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır (cild 1, iş vərəqi 4-5, 7).

3. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanmış Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və qeyrisinin yeri müəyyən edilərək, həmin tarixdə saat 20:50 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində olan zaman saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişlər (cild 1, iş vərəqi 8).

4. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən müdafiəçisi X3 iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına etiraz etməmişdir (cild 1, iş vərəqi 32).

5. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılması barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokol və həmin prosesi əks etdiriən disk görüntülərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklifindən sonra, o qara rəngli zərli jiletin sol yan cibində olan “Kent4” markalı siqaret qutusunu və həmin jiletin sağ yan cibindən “Samsung” və “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. “Kent4” markalı siqaret qutusunun içərisindən iki ədəd büküm çıxarılmışdır. Bükümlərin içərisində baxıldıqda ağ rəngli psixotrop maddəyə bənzər kütlə və digər bükümə baxış keçirtdikdə isə qəhvəyi rəngli spesifik iyə malik narkotik maddəyə bənzər kütlə olması müəyyən edilmişdir. Elektron tərəzidə həmin bükümlər çəkildikdə psixotrop maddəyə bənzər kütlə 3,62 qram, narkotik maddəyə bənzər kütlə isə 7,31 qram olması müəyyən edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin heroin və metamfetamin olmasını və xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində Y.Hüseynov küçəsində İdeal marketin yaxınlığında tanışı Şahid5 ilə birlikdə İİR-nın vətəndaşı olan anket məlumatlarını bilmədiyi şəxsdən ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə atdığı məkandan götürdüyünü, həmin heroini və metamfetamini Elnura vermək üçün götürdüyünü bildirmişdir. Götürülmüş kütlələr AR DİN “Zərflər üçün № 175” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 34-35).

6. Məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 3-16-16/1- 6/4891 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər 2ç2n № 175” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən şakar edilmiş kütlələr...” və s. yazılar, imzalar olan zərfədki 01 ədəd bükümdəki təmiz çəkisi 2,249 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 6,574 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 42-45).

7. Şəxsi axtarış və götürmə aparılması haqqında tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, şübəhli şəxs Şahid5 üzərinə baxış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir, yalnız şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi qara rəngli “Nokia” markalı mobil telefon götürülərək AR DİN “Zərflər üçün № 175” zərfdə qablaşdırılmışdır. Sorğu zamanı vətəndaş Şahid5 sosial şəbəkə vasitəsi ilə danışdığı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitə almaq istəmiş, 4-5 aydır ki, Bakı şəhərində mafia klublardan tanıdığı Xədicə adlı şəxs ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində “İdeal” marketin yaxınlığından narkotik vasitəni götürməyə getmiş, özü götürmək istəməmiş, Xədicə adlı tanışını göndərmişdir. Xədicə adlı tanışı narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfində tutulmuşdur (cild 1, iş vərəqi 77-78).

8. Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” və 01 ədəd “İphone” markalı mobil telefona baxış keçirilmiş iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar olunmamış və Təqsirləndirilən şəxs qaytarılmışdır (cild 1, iş vərəqi 141-142).

9. Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış 2,149 qram psixotrop maddə metamfetamin və 6,474 qram narkotik vasitə asetilə edilən tiryək iş üzrə sübut əhəmiyyətini nəzərə alaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, şəxsi axtarış və götürmə hərəkətini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 148-149).

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6cı PB-nin 32473-1223 saylı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Əlavə olaraq, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyi, sonuncunun narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 158).

11. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü tarixli, 8486 №-li rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 176-177).

12. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1625 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 196-198).

13. Mobil operatorun təqdim etdiyi diskə baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixdə tərtib edilmiş protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, qeyd olunan tarixlərdə daxil olan və çıxan sms mətn və siyahısında hər hansı istintaq marağı kəsb edən hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 217).

14. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqatdan sonra qalıq 2,149 qram olan psixotrop maddə metamfetamin və 6,474 qram narkotik vasitə asetilə edilən tiryək Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxsnnın üzərinə Binəqədi RPİ-nin 6-cı PB-də şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 1, iş vərəqi 218-234).

15. Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikasl CM-nin 234.1-1-ci maddəsi ilə olan ********* saylı cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* saylı ayrıca icraata cinayət işi ayrılmışdır.

16. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 14 sentyabr 2023-cü il tarixdə həmkarı Şahid1 məlumat daxil olmuşdur ki, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və Məmmədov X5 rayonu, Biləcəri qəsəbəsində üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirir və istifadə edirlər. Həmin məlumat raportla PB rəhbərliyinə məruzə olunmuş, rəhbərliyin əmri ilə ondan, həmkarları, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkillər Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 14 sentyabr 2023-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs və Şahid5 saxlanılmışdır. Həmin şəxslərə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PBnin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid5 onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gəlmişlər. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs və Şahid5 ayrı-ayrı otaqlara aparılmışdır. O və əməliyyat müvəkkili Şahid1 vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişdir. Həmin baxış qadın iştirakçı və təhqiqatçı tərəfindən aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü oaraq jiletinin cibindən «Kent-4» markalı siqaret qutusunu, özünə məxsus 2 ədəd telefonu masanın üzərinə qoymuşdur. Təhqiqtaçı tərəfindən siqaret qutusunun içərisindən iki büküm çıxarılmış, onlara baxış keçirilmişdir. Hadisədən 2 ilə yaxın vaxt keçdiyi üçün bükümlərdən dəqiq narkotikin hansı növünün aşkar olunduğunu tam xatırlamır. Xatırladığı qədər həmin bükümlərdən patı və heroin aşkar edilmişdir. Digər saxlanılan şəxs Şahid5 üzərinə keçirilən baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunu cibinə Şahid5 tərəfindən qoyulmasını bildirməsini xatırlamır.

17. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, 14 sentyabr 2023-cü il tarixdə ona məlumat daxil olmuşdur ki, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və Məmmədov X5 rayonu, Biləcəri qəsəbəsində üzərlərində qanunsuz olaraq narkotik vasitə gəzdirir və istifadə edirlər. Həmin məlumat raportla PB rəhbərliyinə məruzə olunmuş, rəhbərliyin əmri ilə ondan, həmkarları, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid6, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 14 sentyabr 2023-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs və Şahid5 saxlanılmışdır. Həmin şəxslərə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PBnin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid5 onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gəlmişlər. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs və Şahid5 ayrı-ayrı otaqlara aparılmışdır. O və əməliyyat müvəkkili Şahid6 vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişdir. Həmin baxış qadın iştirakçı və təhqiqatçı tərəfindən aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü oaraq jiletinin cibindən «Kent-4» markalı siqaret qutusunu, özünə məxsus 2 ədəd telefonu masanın üzərinə qoymuşdur. Təhqiqtaçı tərəfindən siqaret qutusunun içərisindən iki büküm çıxarılmış, onlara baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bu bükümləri iranlının qoyduğu yerdən Şahid5la birlikdə Elnura verilməsi üçün götürmüş, lakin saxlanıldığı üçün həmin siqaret qutusu ondan götürülmüşdür. Hadisədən 2 ilə yaxın vaxt keçdiyi üçün bükümlərdən dəqiq narkotikin hansı növünün aşkar olunduğunu tam xatırlamır. Xatırladığı qədər həmin bükümlərdən patı və heroin aşkar edilmişdir. Digər saxlanılan şəxs Şahid5 üzərinə keçirilən baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunu cibinə Şahid5 tərəfindən qoyulmasını bildirməsini xatırlamır.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədəavəti və ya düşmənçiliyi yoxdur. 14 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid5 barələrində keçirilmiş tədbirdə iştirak etmiş, həmkarları Şahid1, Şahid6 və Şahid2lə birlikdə həmin günü saat 20:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində Təqsirləndirilən şəxs və Şahid5 saxlayaraq Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər. Orada bu şəxslərin üzərinə ayrı-ayrı otaqlarda təhqiqatçı tərəfindən baxış keçirilmiş, o və həmkarı Şahid2 Şahid5 üzərinə baxışda iştirak etmişlər. Baxış zamanı Şahid5 üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şahid5 deməmişdir ki, aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs cibinə o qoymuşdur.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədəavəti və ya düşmənçiliyi yoxdur. 14 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid5 barələrində keçirilmiş tədbirdə iştirak etmiş, həmkarları Şahid1, Şahid6 və Şahid3la birlikdə həmin günü saat 20:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində Təqsirləndirilən şəxs və Şahid5 saxlayaraq Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər. Orada bu şəxslərin üzərinə ayrı-ayrı otaqlarda təhqiqatçı tərəfindən baxış keçirilmiş, o və həmkarı Şahid2 Şahid5 üzərinə baxışda iştirak etmişlər. Baxış zamanı Şahid5 üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şahid5 deməmişdir ki, aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs cibinə o qoymuşdur.

20. Məhkəmədə elan edilib araşdırılmış 1(101)-411/2025 nömrəli xx.xx.2025-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin protokolundan müəyyən olunur ki, cinayət işi üzrə şahi qismində adları keçən polis əməkdaşları digər Şahid5 barəsində cinayət işi olduğunu və barəsində həbs qətimkan tədbiri seçildiyini bildirmişlər. Bu faktın aydınlaşdırılması üçün Bakı İstintaq Təcridxanası və 3 saylı İstintaq Təcridxanasından sorğu edilmiş, lakin Şahid5 adı ilə heç bir şəxsin istintaq təcridxanasında olmadığı müəyyən edilmişdir. Şahid5 adına Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatda olan mobil telefon nömrələri ilə əlaqə saxlamağa çalışılsada, heç biri ilə əlaqə yaratmağ mümkün olmamışdır.

21. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, əvvəllər narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. X4 ilə 2023-cü ilin yay aylarında tanış olmuşdur. 2023-cü ilin avqust ayında evdə ailə üzvləri ilə problem yaranmış və o evə getmirmiş Həmin vaxt Xədicə onun bu problemini bilmiş və ona demişdir ki, gəl mənimlə bir müddət yaşa. O məcbur olub razılaşmış və 2023-cü ilin avqust ayının sonlarından Xədicə ilə birlikdə Masazır qəsəbəsində yerləşən evində yaşamışdır. Xədicə də narkotik vasitə və psixotrop maddə istifadəçisidir, bunu Xədicə özü onu demişdir, lakin Xədicənin həmin maddələrdən istifadə etməsini görməmişdir. O özü də Xədicənin yanında narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. 14 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xədicə ona bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı ona narkotik vasitə və psixotrop maddə təşkil edib, həmin maddələri götürməyə gedir. O bir söz deməmişdir. Xədicə ona demişdir ki, sən də mənimlə gəl. O buna etiraz etmiş və bildirmişdir ki, məni bu məsələlərə qatma. Xədicə ona demişdir ki, mən səni bu məsələyə qatmıram, sadəcə olaraq mənimlə yol yoldaşı kimi gedib-gələk, özüm həmin maddəni götürəcəyəm. O demişdir ki, mən çox narahatam bu məsələdən. Xədicə demişdir ki, onsuz da mən evdən çıxanda qapını kilidləyəcəyəm, sən evdə gözləyə bilməzsən, çöldə gözləyincə mənimlə yol yoldaşı kimi gedək-gələk. Könülsüz də olsa Xədicəylə razılaşmış, çünki Xədicənin evində yaşadığı üçün istəmirmiş ki, aralarında nəsə narazılıq olsun. Xədicə ilə birlikdə taksi ilə Masazır qəsəbəsinə getmişlər. Oraya çatanda Xədicə avtomobildən düşmüş, o isə avtomobildə qalmışdır. Təxminən 5-6 dəqiqə sonra Xədicə geri qayıtmış və avtomobilə əyləşmişdir. Yolda gedəndə o sürücünün yanında Xədicədən bir söz soruşmaq istəməmişdir. Amma Xədicənin davranışından başa düşmüşdür ki, Xədicə həmin maddələri götürüb. Onlar Biləcəri qəsəbəsinə gəlmişlər. Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində olan zaman saat 20:50-də mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarıdır. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onu və Xədicəni Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 6-cı PB-nin inzibati binasına getmişlər. PB-də o və Xədicəni ayrıayrı otaqlara aparmışlar. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özümün seçdiyi vəkil 6-cı PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O ərizə verərək müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olanı əşyaları könüllü təqdim etməyi bildirilmişdir. O əynində olan qara rəngli şalvarın sağ yan cibindən qara rəngli “Nokia” markalı mobil telefonu masanın üzərinə qoymuş və bildirmişdir ki, üzərində başqa əşya, yaxud predmet yoxdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sorğu zamanı o anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından narkotik vasitə heroin almaq istədiyini, sonuncunun göndərdiyi məkan məlumatları ilə tanışı Xədicə adlı şəxslə birlikdə Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən “İdeal” marketin yaxınlığına getdiyini, narkotik vasitəni özü götürmək istəmədiyini, Xədicə adlı tanışının götürdüyümü bildirmişdir. Əslində bunu yalandan demişdir ki, Xədicəyə bəlkə kömək ola bildi. Çünki onsuz da narkotik vasitə və psixotrop maddə istifadə etməyə görə şəxsi nadir hallarda həbs edirlər və o da Xədicənin evində qaldığı üçün kömək etmək istəmişdir. Bundan sonra aşkar edilən 01 ədəd Nokia markalı mobil telefon boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ekspertiza rəyi ilə tanış olan zaman ona məlum olmuşdur ki, Xədicənin üzərindən külli miqdarda psixotrop maddə aşkar edilib. Halbuki o düşünürmüş ki, Xədicədə həmin maddə az miqdarda olar. Bundan sonra o həqiqəti demək qərarına gəlmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

22. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ərindən boşanmış, boşandıqdan sonra əri dünyasını dəyişmişdir. 14 yaşlı qızı ilə birlikdə Masazır qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, ev 50-də yaşayırdı. Bir müddət anasıgildə yaşamış, göstərdiyi ünvana isə tanışı Xəyyamın xahişi əsasında Şahid5 ad-soyadı olan cavan bir oğlanı yaşamağa buraxmışdır. Onun Rza adlı bacısının əri vardır. Bacısı əri ilə boşanmaq mərhələsində olduqları üçün onunla görüşüb söhbət edərək boşanmalarının qarşısını almaq istəmişdir. Vüqar adlı bir tanışı ona bildirmişdir ki, Rza onun tanışı Rəşadın maşınını idarə edir. Rəşadın vasitəsilə onu Rza ilə görüşdürə bilər. Belə qərara gəlmişlər ki, xx.xx.2023-cü il tarixdə axşamüstü Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 300 saylı orta məktəbin yanında maşınla ora gələn Rza ilə görüşəcəkdir. Həmin gün yaşadığı ünvandakı mağazadan özünə bir qutu Kent-4 siqareti almışdır ki, həmin siqaretdən istifadə etsin. Elnur və Vüqarla birlikdə bir taksi ilə elə həmin gün saat 20 radələrində 300 saylı orta məktəbin yanına getmiş, orada Vüqarın göstərdiyi Mersedes markalı maşının yanına getmiş, lakin maşında heç kəs olmamışdır. X8 yanına qayıtmış, Elnur ondan siqaret istəmişdir. Kent-4 siqaret qutusunu Elnura vermiş və yenidən maşina tərəf getmişdir ki, baxıb görsün Rza maşındadır, ya yox. Maşının yanına gəlib çatdıqda ona arxadan yaxınlaşan Elnur siqaret qutusunun jiletin sol yan cibinə qoymuş, elə bu vaxt birneçə mülki geyimli şəx onların hər ikisini saxlayaraq bir maşında Binəqədi RPİ_nin 6-cı PB-nə aparmışlar. Orada onun üzərinə baxış keçirilən zaman jiletin sol yan cibində olan Kent-4 siqaret qutusunu təhqiqatçıya təqdim etmiş, həmin qutu açıldıqda içindən 2 ədəd sellofan bükümdə tiryək və metamfetamin aşkar edilmişdir. Həmin maddələr ona məxsus deyildir. Bunu da polislərə bildirmişdir. Polisdən buraxıldıqdan sonra Elnur ondan etdiyi işə görə üzristəmişdir. O zaman başa düşmüşdür ki, içində tiryək və metamfetamin olan 2 bükümü siqaret qutusuna məhz Elnur qoymuşdur. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadə protokolunu özü imzalamış və öz xətti ilə ifadəsi ilə tanış olduğunu, ifadəsinin düzgün yazıldığını, heç bir əlavə və düzəlişin olmadığını yazaraq imzası ilə təsdiq etmişdir. İfadəsində göstərmişdir ki,o, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Şahid5la 1-2 aydər ki, tanış olmuşdur. Belə ki, Elnurla tanış olan zaman ailəsi Elnuru evdən qovmuşdu və bu səbəbdən o Elnura evində yaşamağa icazə vermişdir. Söhbət vaxtı bilmişdir ki, Elnur da onun kimi narkotik vasitə istifadəçisidir. Lakin Elnur onun yanımda həmin maddələrdən istifadə etməyib, eləcə də o da Elnurun yanında qeyd olunan maddələrdən istifadə etməmişdir. Elnur tüfeyli həyat yaşayır və arabir çıxır gedir, gecələr qayıdırmış. O Elnurun işlərinə çox da qarışmır, Elnurun onun evində gecələməyinə icazə vermişdir. 14 sentyabr 2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının adını bilmədiyi vətəndaşı ilə “whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış və həmin şəxsdən narkotik vasitə və psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxs ona şəkil və məkan bildirişləri göndərərək narkotik vasitə və psixotrop maddəni oraya qoydurduğunu bildirmişdir. O da həmin maddələri götürməyə gedən zaman Elnuru da özü ilə götürmüşdür. Çünki onun bundan məlumatlı olması onu narahat saxlamışdır. Elnurla birlikdə taksi sifariş verib Masazır qəsəbəsinə getmiş, oraya çatanda Elnura bildirmişdir ki, get zibil qutularının yanından həmin maddələri götür. Lakin Elnur etiraz etmiş və bildirmişdir ki, özün get, məni bu məsələyə qatma. O da taksi sürücüsünün yanında çox danışa bilmədiyi üçün özü gedib həmin maddələri zibil qutularının yanından götürmüş və qayıtmışdır. Bu vaxt Elnur avtomobildə oturmuşdur. Daha sonra onlar taksi ilə Biləcəri qəsəbəsinə gəlmişlər. Yolda o öz telefonundan İran vətəndaşı ilə olan yazışmaları tamamilə silmişdir. 14 sentyabr 2023-cü il tarixdə saat 20:50-də Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmiş və bildirmişlər ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarıdır. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onu və Elnuru Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 6-cı PB-nin inzibati binasına getmişlər. PB-də onu və Elnuru ayrıayrı otaqlara aparmışlar. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 6-cı PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O ərizə verərək müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan qara rəngli zərli jiletin sol cibindən 01 ədəd “Kent 4” markalı siqaret qutusunu və həmin jiletin sağ cibindən isə 02 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi “Kent4” markalı siqaret qutusu açıldıqda içindən 02 ədəd büküm çıxarılmışdır. Hər iki büküm açıldıqda birinin içindən ağ rəngli maddə, digərinin içindən isə tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Bundan sonra hər iki büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdən birinin içində heroin, digərinin içində isə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsin göndərdiyi məkan məlumatları ilə 14 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində “İdeal market”in yaxınlığında tanışı Elnur adlı şəxslər birlikdə gedib götürdüyünü, qeyd olunan maddələri Elnur üçün götürdüyünü və Elnura verəcəyini bildirmişdir. Yalan deməkdə məqsədi məsuliyyətdən yayınmaq olmuşdur. Ona görə də maddələri götürdüyü yer barədə də yalan demişdir. Bundan sonra aşkar edilən maddələr boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

23. CM-nin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

25. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

28. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

30. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

31. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

32. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

33. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

34. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

35. Maddə 158.3. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır.

36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetamin təmiz 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 0,15 qramdan 2 qrama qədəri xeyli miqdar, 2 qramdan 400 qrama qədəri külli miqdar və ondan artıq miqdarı xüsusilə külli miqdar, asetilə edilən tiryək təmiz 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 0,5 qramdan 50 qrama qədəri xeyli miqdar, 50 qramdan 5000 qrama qədəri külli miqdar və ondan artıq miqdarı xüsusilə külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

40. Maddə 1.0.4. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır

41. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

43. Qərarın 16-cı bəndi. CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

44. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

45. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

46. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

47. Qərarın 6-cı bəndi. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir.

48. Qərarın 17-ci bəndi. Nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir.

49. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

50. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

51. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

52. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı M.Əliyevin sorğusu üzrə bildirmişdir ki, üzərində aşkar edilmiş qanunsuz əşyaları o Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Y.Hüseynov küçəsində “İdeal” marketin yaxınlığında tanışı Şahid5 ilə birlikdə İİR-nin vətəndaşının “Whatsapp” tətbiqi vasitəsilə atdığı məkandan götürdüyünü, onları Elnura vermək üçün götürdüyünü bildirmişdir. Əlavə sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirmiş, qolunda olan xəsarətlə bağlı isə tibbi əməliyyat keçirdikdən sonra allergiya olduğu üçün xəsarətlər olduğunu bildirmişdir (cild 1, iş vərəqi 34-35). Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesi keçirilən zaman adını çəkdiyi Şahid5 şübəhli şəxs qismində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və proses zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid5 sosial şəbəkə vasitəsi ilə danışdığı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitə almaq istəmiş, 4-5 aydır ki, Bakı şəhərində mafia klublardan tanıdığı Xədicə adlı şəxs ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində “İdeal” marketin yaxınlığından narkotik vasitəni götürməyə getmiş, özü götürmək istəməmiş, Xədicə adlı tanışını göndərmişdir. Xədicə adlı tanışı narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən tutulmuşdur(cild 1, iş vərəqi 77-78).

53. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmuş, ancaq narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (cildi1, iş vərəqi 123-128).

54. Təqsirləndirilən şəxs barəsində olan məcburi-narkoloji ekspertizası rəyi onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasını təsdiq edir (cild 1, iş vərəqi 176-177).

55. Narktoik vasitə və psixtrop maddələrin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

56. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

57. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, məhkəmə təqsirləndirilən şəxs ittihamda göstərilən halların mövcud olmadığını, üzərində edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığını, üzərinə Şahid5 tərəfindən ona verilmiş “Kent-4” siqaret qutusunun içərisində olduğunu və bundan xəbərdar olmadığına dair ifadələrini həqiqətə uyğun olmayan ifadələr kimi, məhkəməyədək isə üzərinə şəxsi axtarış və baxış keçirilən zaman təhqiqatçının sorğusuna cavab olaraq bildirdiyi məlumatları, eləcədə Şahid5 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı onun bildirdiyi məlumatları, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsində göstərdiyi xüsusatları həqiqətə uyğun olan kimi hesab edir.

58. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

59. Analoji dəyərləndirmədən çıxış edərək məhkəmə Təqsirləndirilən şəxs ifadəsini həqiqətə uyğun olmayan ifadə kimi dəyərləndirir.

60. Məhkəmə Təqsirləndirilən şəxs əməlində narkotik vasitə və psixotrop maddələrin satışına dəlalət hər hansı bir sübutun olmadığını nəzərə alaraq, onda aşkar edilmiş narkotik vasitə və psixotrop madənin şəxsi istehlak miqdarından artıq olmasını, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etməklə, saxlamaqla daşımışdır.

61. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

62. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

63. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

64. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşağının anasının himayəsində olmasını nəzərə alır.

65. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.

66. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir

67. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 172-173).

68. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olub-olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

69. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

70. İşdə olan tutma protokolundan və məhkəmə qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21.50 dəqiqədə müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nizami Şiriyev iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədibir seçilmişdir (cild 1, iş vərəqi 21, 123-128). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı və barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi üçün həbsdə saxlanılma və ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri).

71. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

72. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 14 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

73. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

74. İş üzrə maddi sübut olan, Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş tədqiqatdan sonrakı çəkisi 2,149 qram olan psixotrop maddə metamfetamin və 6,474 qram narkotik vasitə asetilə edilən tiryək məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır.

75. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

76. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi).

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı”qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş tədqiqatdan sonrakı çəkisi 2,149 qram olan psixotrop maddə metamfetamin və 6,474 qram narkotik vasitə asetilə edilən tiryək məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri videoçəkilişin olduğu 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Rasim Sadıxov Hakimlər Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar