Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-412/2020 11.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1975-ciildə Fizuli şəhərində doğulmuş, AzərbaycanRespublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Füzuli şəhəri 20 Yanvar küçəsi, dalan 2, ev 12-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən kustar üsulla hazırlanmış külli miqdarda, ümumilikdə 103,062 qram təmiz çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsi, Məktəb küçəsi 15 nömrəli evində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, həmin gün saat 17:20-də yaşadığı evin qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən narkotik vasitə heroinin bir ədəd şəffaf polietilen bükümdə 2,161 qram təmiz çəkidə olan hissəsini əynindəki qara rəngli şalvarının sol yan cibindən, eləcə də yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsi, Məktəb küçəsi 15 nömrəli evə baxış keçirilərkən üzərində «Buta farm» sözləri yazılmış 01 ədəd ağ rəngli polietilen torbadakı bir ədəd şəffaf polietilen torbada narkotik vasitə heroinin qalan 100,901 qram təmiz çəkidə olan hissəsini evin qonaq otağında yerləşən ağ rəngli dolabın alt gözündən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, cəmi iki ədəd bükümdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən 103,062 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünüqismən təqsirli bilərək ifadəsində göstərdi ki,bədənində olan ağrıları azaltmaq məqsədilə mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. xx xxxxxx 2019-cu ildə saat 10 radələrində BNMİ-nin beş nəfər əməkdaşı yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən 15 saylı evinə gəlib, ona narkotik vasitələrin satışında şübhəli olduğunu deyib, onu qandallamışlar. Həmin vaxt arvadı Samirə də evdə olmuşdur. Polis əməkdaşlarından biri onu kənara çəkib, evdə saxladığı narkotik vasitənin yerini göstərməsini xahiş etmişdir. Sonunculardan tədbirdə qonşuluqda yaşayan şəxslərdən birinin hal şahidi kimi iştirakının təmin edilməsini xahiş etsə də, onun istəyi nəzərə alınmamışdır. Bundan sonra evin həyətyanı sahəsində xalçanın arasında gizlətdiyi, şəxsi istifadəsi üçün saxladığı iki «çet», yəni birdəfəlik istifadə üçün, çəkisi təxminən bir qramdan da az olan narkotik maddə heroini, şpris və iynəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Bakıxanov qəsəbəsində yerləşən kafelərdən birinə getmişlər. Orada sonuncularla birlikdə yemək yeyib, narkotik vasitə qəbul etmişdir. Bundan sonra polislər onu BNMİ-nə aparmışlar. Bir neçə saat idarədə saxlanıldıqdan sonra polis əməkdaşları videoçəkiliş etmək qərarına gəlmiş və onu da götürüb birlikdə yaşadığı ünvana qayıtmışlar. Yaşadığı evdə polis əməkdaşları videoçəkiliş apardıqdan sonra onu azad edəcəklərini deyib, ondan çəkiliş aparmalarına mane olmamağı xahiş etmişdir. Polis əməkdaşlarının sözünə inanıb razılaşmışdır. Bundan sonra sonuncular onun cibinə bir sellofan bükümdə narkotik maddə heroin qoymuş, başqa bir sellofan torbanı isə evində şkafa yerləşdirmişlər. Arvadı Samirə buna etiraz etsə də, polis əməkdaşları videçəkiliş aparmışlar. Sonda onu özləri ilə birlikdə yenidən BNMİ-nə aparmış, orada dəvət edilmiş vəkilin iştirakı ilə protokol tərtib edilmişdir. Həqiqətdə isə onun həyətyanı sahəsində şəxsi istifadəsi üçün əldə edib gizlətdiyi bir qramdan az miqdarda narkotik vasitə olmuşdur. Heç vaxt narkotik vasitlərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs saxlanılması, onun üzərindən və yaşadığı evindən külli miqdarda narkotik vasitə heroinin aşkar edilib götürülməsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirində qrup rəhbəri olmuşdur. xx xxxxxx 2019-cu ildə idarəyə Bakı şəhəri Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 15-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi şəkildə narkotik vasitə heroin əldə etməsi, üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Raportla rəhbərliyə məruzə etmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə ünvan 1 ünvanının qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşya, maddə varsa təqdim etməsini təklif etmişlər. Xəqani üzərində bir ədəd sellofan bükümdə heroin olduğunu bildirib, küçədə qonşuların görməməsi üçün onları yaşadığı evin həyətinə dəvət etmişdir. Həyətə keçəndən sonra Xəqani özü əynində olan qara şalvarının sol yan cibindən içində heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Videoçəkiliş aparılmaqla həmin sellofan bükümü açmış və içindən narkotik vasitə heroinə oxşar kəskin iyli maddə aşkar olunmuşdur. Həmin bükümü içindəki narkotiklə birgə zərfə qoyub qablaşdırmışdır. Sonra Xəqanidən yaşadığı evdə də heroin olub-olmadığını soruşmuşdur. Sonuncu evdə təxminən 100 qram heroin olduğunu bildirmiş və baxış keçirilməsinə etiraz etməmişdir. Birlikdə Xəqaninin evinə daxil olmuşlar. Sonuncu qonaq otağında olan ağ rəngli dolabın alt gözündən üstündə «Buta farm» sözləri yazılan ağ sellofan torbanı çıxarıb təqdim etmişdir. Onun içinə baxanda həmin torbanın içindəki şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş, heroin olan büküm elə torba ilə birgə götürüb qablaşdırılmışdır. Evin digər otaqlarına və həyətə baxış keçirsələr də, başqa qanunsuz heç nə aşkar olunmamışdır. Sorğu zamanı Xəqani həmin heroini təxminən iki gün qabaq Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən «Fəridə» şadlıq evinin yanında tanımadığı şəxsdən özü istifadə etmək üçün nisyə aldığını, 100 qram heroinə görə cəmi 2.200 manat pul ödəməli olduğunu bildirmişdir. Daha sonra Xəqani ilə birlikdə Baş İdarəyə getmişlər. Orada Xəqaninin hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Sonuncuların iştirakı ilə əməliyyat-axtarış tədbirinin nəticələrinə dair protokol tərtib etmişdir. Protokol iştirakçılara oxunmuş və sonuncular protokola imza etmişlər. Videogörüntüləri özündə əks etdirən disk də protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid4 ifadəsinə oxşar ifadə verdilər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Azərbaycan Respublikası DİN BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx xxxxxx 2019-cu il tarixdə idarəyə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitə heroinin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İdarənin əməkdaşı Şahid4 bu barədə raportla rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Bakı şəhəri Suraxanı rayonu ərazisində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Baş İdarənin əməkdaşlarından ibarət yaradılmış əməliyyat qrupuna o da daxil edilmişdir. Həmin gün əməliyyat qrupunun üzvləri ilə ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayıb, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində qanunsuz saxladığı əşya varsa təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs üzərində bir ədəd sellofan bükümdə heroin olduğunu bildirib, qonşuların görməməsi üçün onları yaşadığı evin həyətinə dəvət etmişdir. İçəriyə keçəndən sonra Xəqani əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb onlara təqdim etmişdir. Həmin sellofan bükümü açıldıqda içərisində narkotik vasitə heroinə oxşar kəskin iyli maddə olduğunu görmüşdür. Həmin büküm içindəki narkotik maddə ilə birlikdə zərfə qoyulub qablaşdırılmışdir. Bundan başqa Xəqaninin üzərindən aşkar edilmiş siqaret, alışqan və pul özünə qaytarılmışdır. Sonra Xəqanidən yaşıdığı evdə heroin saxlayıb-saxlamadığını soruşmuşlar. Sonuncu evdə təxminən 100 qram heroin olduğunu bildirib, evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə yazmışdır. Bundan sonra Xəqani yaşadığı evin qonaq otağında olan ağ rəngli dolabın alt gözündən üstündə «Buta farm» sözlər yazılmış ağ rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmişdir. Torbanın içindən şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. İçində heroin olan həmin büküm elə torba ilə birgə götürülüb qablaşdırılmışdır. Evin digər otaqlarına və həyətə baxış keçirilsə də, başqa əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Sorğu zamanı Xəqani bildirmişdir ki, həmin heroini Əhmədli qəsəbəsində «Fəridə» şadlıq evinin yaxınlığında tanımadığı şəxsdən özü istifadə etməsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə BNMİ-nə getmişlər. Orada dəvət edilmiş vəkilin iştirakı ilə Şahid4 tərəfindən protokol tərtib edilmişdir. Protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş tədbirin videogörüntülərini özündə əks etdirən bir ədəd disk də protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixoloji zorakılıq göstərilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 21363 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf polietien bükümdə...» yazısı olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietien bükümdə, təmiz çəkisi 2,161 qr. olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs ünvan 2 ünvanından aşkar olunmuş 01 (bir) ədəd polietilen torbada...» yazısı olan kağız paketdəki, bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 100,901 qr. olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş heroinin ümumi təmiz çəkisi 103,062 qr. və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2699 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə yanaşı alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, alkoqolizm xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 19-22-ci vərəqələrindəki xx xxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 17:20-də ünvan 2-də yaşadığı evin qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə içərisində narkotik vasitə heroinə oxşar maddə, yaşadığı evin içərisindəki qonaq otağında olan ağ rəngli dolabın alt gözündən üzərində «Buta Farm» sözləri yazılmış bir ədəd ağ rəngli polietilen torbada içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşin 221-226-cı vərəqələrindəki xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 102,862 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşin 133-135, 145-150 və 160-165-ci vərəqələrindəki AzərbaycanRespublikasıDİNninBƏSİİ-nin tələbnaməsivə hökmlərin surətlərindən görünür ki,HəsənovXəqaniValeh oğluBakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Suraxanı rayon məhkəməsin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşin 24-cü vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxsməhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahidlərin ifadələri,ekspertizarəyləri,maddisübutlar,cinayətişimateriallarınaəlavəedilmişprotokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan və alkoqolizmdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 103,062 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 102,862 qram hissəsihökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan və alkoqolizmdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-inBMCMİ-ninmaddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 103,062 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 102,862 qram hissəsihökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Əsli ilə düzdür Sədrlik edən M.M.Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-412/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-412/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver