Məhkəmə qərarları › İş №1(101)-412/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-412/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-412/2023 12.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2, X10, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxsin hüquqi varisi: X5 iştirakları ilə, Təqsirləndirilən şəxs– (10 avqust 1978-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Baki şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi tikili evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş, keçmiş arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə təxminən saat 19 radələrində əvvəllər ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtamot” yolu ərazisindəki evinin yaxınlığında 2018-ci ildə rəsmi olaraq boşandığı keçmiş arvadı - xx xxxxxx 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və bu nikahdan olan övladı - xx.xx.2008-ci il təvəllüdlü Şahid1 görərək sonuncuların həmin ərazidə hasar qonşusu olmuş Şahid4 məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinə daxil olduqlarını müəyyən edib digər şəxslərlə həmin həyətdə olan arvadı Zərərçəkmiş şəxs xəbər göndərib qızı Şahid1 görmək istədiyini bildirib rədd cavabını aldıqdan sonra şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, bu niyyətini həyata keçirmək məqsədilə dəvət edilmədiyi halda, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə həyətə daxil olaraq üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, məişət-təsərrüfat təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs üzərinə doğru gələrək sonuncunun qaçıb mənzilə daxil olub qapını bağlamaq istədiyini gördükdə buna mane olaraq mənzildə yaşayan şəxslərin mənzil toxunulmazlığı hüquqlarını pozaraq özü də mənzilə daxil olub Zərərçəkmiş şəxs hücum edərək müstəsna dərəcədə rəhmsizlik, qəddarlıq nümayiş etdirərək övladı Şahid1 xüsusi əzab verdiyini dərk edərək övladının gözü qarşısında başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görərək və bunları arzu edərək, eyni zamanda cinayət əməlini törədən zaman, ondan əvvəl öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmaqla, yəni anlaqlı vəziyyətdə Zərərçəkmiş şəxs müxtəlif, o cümlədən həyat üçün mühüm hesab edilən orqanları yerləşən bədən nahiyələrinə çoxsaylı zərbələr endirərək, aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar verdiyini bilə-bilə sonuncuya həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik - ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin 1 ədəd daxilə - döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin 1 ədəd daxilə - döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin (1 ədəd), sol süd vəzisinin (1 ədəd), sağ süd vəzisinin (2 ədəd), qarının ön divarının aşağı üçdə birinin (1 ədəd) daxilə (döş və qarın boşluğuna) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol bazunun yuxarı üçdə birinin ön-arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun arxa səthinin orta üçdə birindən-aşağı üçdə birinədək davam edən (1 ədəd), sol bazunun orta üçdə birinin iç səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin iç səthinin (1 ədəd), sol dirsək çuxurunun (1 ədəd), sol qoltuqaltı nahiyənin (3 ədəd), sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol sağrı nahiyyəsinin aşağı-bayır kvadrantının (1 ədəd), sol budun yuxarı üçdə birinin ön səthinin (2 ədəd), sol budun orta üçdə birinin ön-bayır-arxa səthinin (1 ədəd), sağ budun aşağı üçdə birinin ön səthinin (1 ədəd), sağ budun aşağı üçdə birinin iç səthinin (1 ədəd) kəsilmiş yaraları, sol bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd), sol dizin ön səthinin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin ön səthinin (1 ədəd) qançırları, döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin döş boşluğuna nüfuz edən ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, sol ağciyərin zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yaraları; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin (1 ədəd), sol süd vəzisinin (1 ədəd), sağ süd vəzisinin (2 ədəd), qarının ön divarının aşağı üçdə birinin (1 ədəd) daxilə (döş və qarın boşluğuna) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 5 ədəd); sol bazunun yuxarı üçdə birinin ön-arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun arxa səthinin orta üçdə birindən-aşağı üçdə birinədək davam edən (1 ədəd), sol bazunun orta üçdə birinin iç səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin iç səthinin (1 ədəd), sol dirsək çuxurunun (1 ədəd), sol qoltuqaltı nahiyyənin (3 ədəd), sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol sağrı nahiyyəsinin aşağı-bayır kvadrantının (1 ədəd), sol budun yuxarı üçdə birinin ön səthinin (2 ədəd), sol budun orta üçdə birinin ön-bayır-arxa səthinin (1 ədəd), sağ budun aşağı üçdə birinin ön səthinin (1 ədəd), sağ budun aşağı üçdə birinin iç səthinin (1 ədəd) kəsilmiş yaraları (cəmi 16 ədəd); istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan əlamətlərə malik sol bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd), sol dizin ön səthinin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin ön səthinin (1 ədəd) qançırları (cəmi 3 ədəd) bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Vusalə ilə 2018-ci il tarixdə boşanmış, lakin sonra barışmış və birlikdə yaşamışlar. Bir müddət birlikdə yaşadıqdan sonra isə yenidən ayrılmışlar. Hadisədən 11 ay əvvəl Vusalə ilə ayrılmış və Vusalə rayona atasının yaşadığı evə getmişdir. Hadisə baş verməmişdən 10 gün əvvəl Binə qəsəbəsində yaşayan Fəzail adlı qonşusuna səhvən zəng vurmuş, sonra ondan övladlarını görüb-görmədiyini soruşmuşdur. Fəzail də övladlarının qonşu uşaqları ilə birlikdə məhəllədə hər gün oynadıqlarını, lakin harada yaşadıqlarını bilmədiyini demişdir. Son zamanlar Vusalə ona uşaqları ilə görüşməyə imkan vermirmiş. 15 iyul 2022-ci il tarixdə saat 18 radələrində Arzuman adlı şəxsdən pul borcunu almaq üçün Fəzailin yaşadığı məhəlləyə getmişdir. Küçədən keçən vaxt Vusalənin qızı Şölə ilə birlikdə Samir adlı qonşunun həyətinə girdiyini görmüşdür. Fəzailə zəng edib çağırmış və Samirgilə gedib qızı Şöləni çağırmasını, qızını görmək istədiyini demişdir. Fəzail də Samirgilə gedib geri qayıtmış və ona Vusalənin “polis çağıracam, buranı tərk etsin, uşağı göstərmirəm” dediyini bildirmişdir. Bu sözdən sonra onun halı dəyişmiş, çünki Vusalə ondan bir neçə dəfə polisə şikayət etmişdir. Bundan sonra Fəzail və Arzuman bir az irəli getmiş, o isə Samirgilin həyətinə girmiş, Vusaləni görəndə həyəcandan özündən çıxmış, həmin vaxt qadınlar da orada olmuş, qadınlar onun üstünə gəldiklərindən özünü itirmiş, lakin sonra nə olduğunu, Vusaləyə neçə bıçaq vurmağını xatırlamamış və qızının onun yanında olmasına belə fikir verməmişdir. Bir də özünə gələndə maşına oturduğunu, üstünün qan olduğunu görmüşdür. Sonra qardaşına zəng vurub məsələni demiş, qardaşı onu evlərinə aparmış, polisə zəng vurmuş və sonra gedib polisə təslim olmuşdur. Bundan başqa o, Samirin həyətinin qapısının açıq olduğunu, içəri girdikdən sonra özündə olmadığını, maşında olan bıçağı bir neçə ay əvvəldən qaynı Elvinin onu dəfələrlə hədələlədiyi üçün maşında saxladığını, hadisə vaxtı hər şeyin təsadüfən olduğunu, ora Arzumandan pulunu almağa getdiyini, Vusaləni öldürməyə getmədiyini, özünün psixi pozuntularının olduğunu, bununla bağlı bir neçə dəfə xəstəxanada müalicə olunduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumumu olmuşdur. Arzuman qızı Vüsalə ilə 2003-cü ildə ailə həyatı qurmuş və ayrılmışdır. O, polis bölmələrinə getməkdən bezdiklərini demişdir. Qızı evli olduqları zaman dəfələrlə döyülmüşdür. Arzuman qızını hər dəfə döyəndə Vusalə döyülməyini onlara bildirmirmiş. 6 il əvvəl Arzuman özü ona yazılı iltizam verərək Vusaləni döyməyəcəyini söyləsə də, lakin yenə eyni əmələ davam etmişdir. Evli olduqları zaman Arzuman Vusaləni dəfələrlə öldürmək istəmişdir. Bir dəfə Arzuman yaşadıqları evin zirzəmisinə ilan ötürərək Vusaləni bu yolla öldürmək istəmişdir. Daha sonra avtomobil qəzasına salıb Vusaləni öldürmək istəmişdir. 2017-ci ildə X2 getmək adı ilə aldadaraq Vusaləyə boşanma ərizəsi yazdırmış və daha sonra Lerik rayon məhkəməsinin qərarı ilə boşanmışlar. Arzuman sonra yenə birlikdə yaşamağı təklif etmiş və boşanandan sonra 1 il birlikdə yaşamışlar. Onu da Arzuman aliment verməmək üçün etmişdir. Arzuman onun qızının başına çox müsibətlər gətirmiş,onun qızına cəhənnəmi yaşatmışdır. 2021-ci il tarixdə avqustun 27-də Xəzər rayon Pİ-nə şikayət etmiş, lakin polis bölməsində işə xitam verilmişdir. Arzuman öz dini məzhəbini dəyişmiş və qızını da dini məzhəbini dəyişməyə məcbur etmişdir. Hadisə günü 15 iyul 2022-ci il tarixdə o, Lerik rayonu Monidigah kəndində olmuşdur. Oğlu Şahid11 ona telefonla zəng edərək Arzumanın Vüsaləni öldürdüyünü demişdir. O da Bakı şəhərinə gəlmiş və Arzumanın Vüsaləni bıçaqlayıb öldürməyini bilmişdir. X11 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Vusalə 2003-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və sonra ayrılmışlar. Son 6 il Arzuman onları bacısının evinə getmələrinə imkan verməmişdir. Arzuman onun bacısını hər zaman incitmiş, dəfələrlə Vusaləni öz evlərinə aparmışlar. Hadisə olan gün o, işdə olmuş, bacısı Vusalənin qızı Şölə ona zəng edərək atası Arzumanın anası Vusaləni bıçaqladığını bildirmişdir. O da Binə qəsəbəsinə getmiş, həqiqətən Vusalənin meyitini görmüş, Arzumanın Vusaləni öldürdüyü bıçaq Vüsalənin ayağında taxılı vəziyyətdə qalmışdır. Bundan əlavə o, Arzumanın Vüsaləni əvvəllər niyə döyməsini bilmədiyini, heç vaxt Arzumanı hədələmədiyini, belə bir halın olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki, Mərhum Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Vusalə 2003-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və sonra ayrılmışlar. Hadisə olan günü qardaşı Elvinlə birlikdə işdə olmuş, sonra Elvindən ayrılıb getmişdir. Daha sonra Elvin ona zəng edərək bacısı Vusalənin Arzuman tərəfindən öldürüldüyünü bildirmişdir. O da Binə qəsəbəsinə Vusalə ilə yaşayan kiçik bacısına zəng vurmuş və Vusaləni soruşmuşdur. Bacısı da Vusalənin aptekə getdiyini deyəndə o, bacısına Arzumanın Vusaləni öldürdüyünü bildirmişdir. Binə qəsəbəsinə Vusalənin kirayə qaldığı evin yanına gedəndə insanların toplaşdığını görüb yaxınlaşanda Vusalənin meyitini görmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 Nəxəfəli qızı ifadəsində göstərmişdir ki, Arzuman və Vusalə ilə əvvəllər qonşu olmuşlar. Vusalə və Arzuman arasında olan problemlərdən məlumatı olmamış, Vusalə ailə sirrini danışan insan olmamış, o da belə şeyləri xoşlamadığı üçün heç nə danışmamışdır. Qurban bayramı günü Vusalə ona təbrik mesajı atmışdır. «Whatsapp» proqramı vasitəsi ilə Vusaləni Bakı şəhərində iş olması ilə bağlıçağırmamışdır. Vusalə Bakıya gələcəyini demiş, ondan iş olub olmamasını soruşanda toyuq qablaşdırma işinin olacağı halda ona deyəcəyini bildirmişdir. Hadisə olan günü o, Bakı şəhərində olmamış, hadisəni sonradan rayonda olduğu zaman telefon vasitəsi ilə qonşulari ilə danışan zaman X1 evində öldürdüyünü bilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərmişdir ki, Arzuman və Vusalə ilə əvvəllər qonşu olmuşlar. Arzuman və Vusalə arasında olan münasibətlər barədə heç nə bilməmişdir. Sonralar Arzuman evini satıb həmin məhəllədən getmişdir. Arzumanla heç bir söhbəti, danışığı olmamışdır. O, hadisəni görməmiş, hadisə baş verən günü Masallı rayonunda olmuşdur. Vusalənin keçmiş həyat yoldaşı Arzuman tərəfindən digər qonşusu olan Samirin evində öldürülməsini qonşularından eşitmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, 15 iyul 2022ci il tarixdə axşam saatlarında siqaret almaq üçün yaxınlıqda yerləşən mağazaya getmişdir. Mağazanın qarşısında Arzumanla rastlaşmış, onun Arzuman 430 manat pul borcu olmuşdur. Arzumanın avtomobilinə əyləşib sonuncu ilə birlikdə yaşadığı evə getmiş, evdən 250 manat götürüb Arzumana olan borcunun bir hissəsini ödəmiş, 180 manat borcu qalmışdır. Sonra Arzumana gedib çayxanada çay içməyi təklif etmiş və razılaşmışlar, ancaq çayxanaya getməmişlər. Daha sonra Arzuman uşaqlarını çoxdandır görmədiyi üçün ona aşağı küçəyə düşüb bəlkə onları görə biləcəyini söyləmişdir. Onlar aşağı küçəyə düşmüş, Arzuman beli ağrıdığı üçün daşın üzərində oturmuş və ondan Samirin evinin həyətinə girib onun evdə olub olmadığını soruşmağını istəmişdir. O da Arzumana ev sahibini tanımadığını demişdir. Arzuman ona narahat olmamağını, Samirin onun qonşusu olduğunu bildirmişdir. Bir qədər sonra həmin yerə qonşu Fəzail də gəlmişdir. Arzuman ondan 3 dəfə xahiş etdikdən sonra qapını döyüb Samiri soruşmuş, həmin vaxt içəridə tanımadığı bir nəfər qadın Samirin evdə olmadığını demiş və o da sağollaşıb çıxmış və Arzumana Samirin evdə olmadığını demişdir. Daha sonra Arzuman Fəzailə qızını görmək istədiyini və qızının Samirgilin həyətinə olduğunu, Fəzaildən gedib qızına atasının onu görmək istədiyini deməsini və onu küçəyə çağırmasını xahiş etmişdir. Arzumanın xahişindən sonra Fəzail içəriyə keçmiş, daha sonra Fəzail qayıtdıqda Arzumana qızının onu görmək istəmədiyini bildirmişdir. Arzuman da Fəzailə heç bir söz deməmiş və həmin yerdən piyada küçənin başına tərəf getmişdir. O da Fəzail ilə öz evinə tərəf getmiş və evə gedəndən sonra qışqırıq səsləri eşitmiş və qonşulardan Arzumanın Vusaləni öldürdüyünü eşitmişdir. Bundan əlavə o, Arzumanla görüşəndən sonra həmin ərazidə birlikdə təxminən 10-15 dəqiqə olduqlarını, həmin vaxt Arzumanın üzərində bıçaq görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Arzuman və Vusalə ilə qonşu olmuşlar. Vusalə ilə Arzuman boşanmışlar. 15 iyul 2022-ci il tarixdə saat 18-19 radələrində məhəllənin başında olan şəhid bulağından su götürməyə gedərkən yolda Vusalə və qızı Şölə ilə rastlaşmıdır. Vusalə qonşu Aynurəgilə getdiyini, onun da suyu doldurduqdan sonra ora gəlməyini demişdir. O, bulaqdan suyu doldurub qabları evə qoyduqdan sonra Aynurəgilə getmişdir. Vusalə ilə qızı Şölə pilləkənlərdə oturmuşlar. Aynurə mətbəxdə yeməyə nəzarət edirmiş. O, Vusaləyə Arzumanın məhlədə olduğunu deyənə, Vusalə də bunu bildiyini və Arzumanın Şöləni görmək istədiyini demişdir. O da Şöləyə atası ilə görüşməsini söyləmiş, lakin Şölə atasından qorxduğunu bildirmişdir. O, Vüsalənin Arzumanın uşaqları ilə görüşməsinə icazə vermədyini bilməmişdir.Həyətdə olarkən qəfildən qapı açılmış və Vusalənin keçmiş həyat yoldaşı Arzuman içəri girmişdir. Həmin vaxt Arzuman həyətə girəndə belinə taxdığı bıçağı görmüşdür. Vusalə qızını götürüb cəld evə tərəf qaçmış və evin qapısını çəkib bağlamaq istəyərkən qapının bağlanmaması üçün Arzuman öz ayağını qapının arasına qoyub qapını çəkib açmışdır. O, Arzumannın Vusaləni vurduğunu görəndə köməyə adam çağırmağa çıxmış və ürəyi getdiyinə görə nə baş verdiyini bilməmişdir. Ayıldığı zaman Arzumanın maşna minib getdiyini, içəri keçib içərinin tamamən qan olduğunu görmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, Arzuman və Vusalə ilə qonşu olmuşlar. 15 iyul 2022-ci il tarixdə saat 18-19 radələrində Təqsirləndirilən şəxs ona zəng vurmuşdur. Arzuman ona onların qapsının yanında olduğun demişdir. Arzumanla məhlədə görüşəndə yanında Arzu da olmuşdur. Arzuman ona qızını görmək istədiyini demişdir. Arzumandan qızının harada olmağını soruşduqda qızının qonşu Samirgilin həyətində olduğunu demişdir. Arzumana gözləməyini deyib Samirgilin həyətinə girmiş, həmin vaxt Vusalənin və qızı Şölənin pilləkəndə oturduğunu görmüşdür. Şöləyə atası ilə görüşməy deyəndə, Şölə ona atasından qorxduğunu və görüşə bilməyəcəyini demişdir. Daha sonra o, həyəti tərk edib Arzumanın yanına gəlmiş, ona uşağın onunla görüşmək istəmədiyini, ondan qorxduğunu demişdir. Bunda sonra Arzuman onlardan ayrılıb küçəni piyada tərk etmişdir. O, Arzu ilə piyada küçənin başına tərəf getmiş, küçənin başına çatanda Təqsirləndirilən şəxs küçənin başında saxladığı avtomobilinə minib sürətlə küçəyə tərəf döndüyünü, Samirgilin həyət darvazasının qarşısında saxladığını görmüşdür. Təqsirləndirilən şəxs maşından düşüb Samirgilin həyətinə girmiş, içəridən qadınların qışqırıq səsi eşidilmişdir. O qaçaraq Samirgilin həyətinə tərəf getmiş, çatanda Arzumanın həyətdən çıxıb avtomobilə əyləşdiyini görmüşdür. Bundan sonra o, içəri keçdikdə Vusalənin evin qapısında içəridə döşəmə üzərində uzanıqlı vəziyyətdə olduğunu, bıçaqla xəsarət aldığını, yerin qan olduğunu görmüşdür. Bundan əlavə, o, Arzumanın əvvəl zəng edib ondan Vusalənin məhəllədə yaşadığını soruşmuş, o da bilmədiyini demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 ifadəsində göstərmişdir ki, hadisəni görməmiş və həmin vaxt Bakı şəhərində olmamışdır. Arzumanın Vusaləni öldüməsi barədə digər qardaşı və bacısı ona məlumat vermişlər. O, cinayətin baş verməsinə ən çox səbəbkarın mərhum Vusalənin atası Aşur Əliyevin olduğunu söyləmişdir. Arzuman xəstəxanada olduğu zaman belə Aşur onun qardaşından polis orqanlarına yalandan şikayət edərək guya Arzumanın onu söyərək təhqir etdiyini bildirmişdir. Vusalənin qardaşı Elvin də onun üstünə də bıçaq çıxarıb vurmaq istəmişdir. Elvin onun qardaşı Arzumanı da öldürməklə hədələmişdir. Elvinin hədələrindən sonra Arzuman üzərində bıçaq gəzdirməyə başlamışdır. Bundan başqa o, Arzumanın onun adına heç bir əmlak keçirmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid14 ifadəsində göstərmişdir ki, Arzuman onun qaynıdır. Arzuman Vusalə ilə evli olmuş və bir neçə il əvvəl onlar rəsmi qaydada boşanmışlar. Arzuman dəfələrlə onun yanında qaynı Elvinnin onu öldürməklə hədələdiyini bildirmişdir. Buna görə də Arzuman Elvindən qorxduğu üçün üzərində bıçaq gəzdirirmiş. Bir dəfə də hətta bununla bağlı o, DİN 102 xidmətinə zəng vuruaq kömək də istəmiş, lakin onlara kömək edən olmamışdır. Arzumanın Vusaləni öldürməyini digər qaynından və həyat yoldaşından eşidib bilmişdir. Bundan əlavə o, Arzumannın onun həyat yoldaşına telefonla zəng vuraraq qaynı Elvinin üstünə getdiyini, lakin onu tapa bilmədiyi üçün Vusaləni bıçaqladığını, hadisə zamanı Elvinin hadisə baş verən evdə olmadığını, bu hadisəyə ən çox səbəb Arzumanın qaynı Elvinin olduğunu, Elvinin bir dəfə də Arzumanı vurmaq üçün çağırdığını bildirmişdir. Məhkəmədə Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat yolu” ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, fəhləlik edərək günəmuz çörək pulu qazanır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı 2003-cü ildə qohumları Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan bir qız və bir oğlan övladları dünyaya gəlmişdir. Qardaşı evləndikdən sonra təxminən 2007-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə köçmüş və orada yaşamağa başlamışdır. Qardaşının ailəsində ilk vaxtlar heç bir problem olmamış, xırda söz-söhbətlər olsa da, həmin mübahisələr böyük münaqişələrə çevrilməmişdir. Sonuncu dəfə təxminən 2018-2019-cu ildə qardaşı ilə Vusalə arasında ailə içində söz-söhbət yaranmış, həmin vaxt o, Vusaləni və uşaqları götürüb öz evinə gətirmişdir. Onun Vusaləni evə gətirməkdə məqsədi aranı sakitləşdirmək və onları barışdırmaq olmuşdur. Həmin vaxt Vusalənin atası Aşur guya qızının onun tərəfindən oğurlandığı və qaçırıldığı barədə DİN-in “102” xidmətinə müraciət etmiş, daha sonra isə hadisənin həqiqətən necə baş verməsi aydınlaşdırılmışdır. Vusalənin atasının və qardaşlarının Arzumanın ailə işlərinə qarışması səbəbilə Arzumanla Vusalənin arasında dəfələrlə problemlər yaranmış, sonuncu dəfə təxminən 2020-2021-ci ildə qardaşı Arzumanın ailəsində yenidən mübahisə olmuş, mübahisədən sonra Vusalə Lerik rayonunda yaşayan atası Aşurun evinə getmiş və qardaşı ilə rəsmi qaydada boşanmışdır. Boşandıqdan sonra Vusalə qardaşına evləndikləri vaxt gətirdiyi cehizlərin və digər əmlakların qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş, dəfələrlə məhkəmə iclasları keçirilmiş, həmin ərəfədə qardaşı Arzumanın psixoloji problemləri başlamış, qardaşı Bakı şəhərində yerləşən psixiatriya xəstəxanasına yerləşdirilmiş, xəstəxanada təxminən 20-25 gün stasionar müalicə almışdır. Bildiyi qədərilə Vusalə və sonuncunun ailəsi qardaşı Arzumanın öz övladları ilə görüşməsinə maneə yaratmışlar. 15 iyul 2022-ci il tarixdə saat 18-19 radələrində hadisə baş verməmişdən təxminən bir qədər əvvəl qardaşını avtomobillə yaşadığı evin yerləşdiyi küçədən keçib mağazaya dönərkən yolda görmüş, qardaşı da öz avtomobili ilə əks istiqamətdə gəlmişdir. Həmin vaxt o, maşını saxlamayıb düz getmiş, mağazaya girib kartof alıb çıxdıqdan sonra avtomobilə əyləşib əks istiqamətdə gəlmiş və qardaşının avtomobili əks istiqamətdə saxladığını görmüş, avtomobili saxlayıb, maşından düşərək qardaşı ilə görüşmüş, qardaşından həmin yerdə olmasının səbəbini soruşmuş, qardaşı cavabında bir nəfər tanışı gözlədiyini demişdir. Həmin şəxsin kim olduğunu və adının nə olmasını deməmişdir. Təxminən bir neçə dəqiqə sonra həmin şəxs gəlmiş, həmin şəxsi tanımasa da xarici görkəmi, saqqalsız, bığlı, 170-180 sm boylarında kişi şəxs olmasını görmüşdür. Həmin şəxs qısaqol ağ rəngli köynək geyinmiş, qardaşı ilə birlikdə qardaşının avtomobilinə əyləşmişlər. O, qardaşıgillə sağollaşıb, avtomobilə əyləşib öz evinə tərəf gəlmişdir. Qardaşının həmin şəxslə birlikdə hansı istiqamətə getdiyini görməmişdir. Evə gəlib maşını saxlayıb maşından düşən zaman ona zəng gəlmiş və qardaşı Arzuman ona Vusələni bıçaqla vurduğunu bildirmiş və yaşadığı evə gəlməsini istəmişdir. O, maşına əyləşib Arzumanın evinə doğru getmişdir. Qardaşı ilə qarşılaşan zaman qardaşının halının pis olduğunu görmüş, onu evə aparmış, əl-üzünü yuduzdurmuş, bir qədər özünə gətirdikdən sonra polis əməkdaşları ilə əlaqə saxlayıb, Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirərək təhvil vermişdir. Qardaşı ilə söhbət zamanı qardaşı ona Vusaləni üzərində gəzdirdiyi bıçaqla vurduğunu, lakin ölüb-ölmədiyini bilmədiyini demişdir. Daha sonra qardaşı ona demişdir ki, “qonşu Fəzaili Samirgilə göndərdim, qızım Şöləni görmək istəyirdim, lakin Vusalə buna razı olmadı, məndən polisə şikayət edəcəyini dedi, bundan sonra nə olduğunu xatırlamıram”. Əlavə olaraq bildirmişdir ki, qardaşı Arzuman ona heç vaxt Vusaləni öldürəcəyi barədə heç bir söz deməmiş, belə bir niyyəti olmamışdır. Qeyd etmişdir ki, hadisədən sonra qardaşı özü ona zəng edərək məlumat vermiş və o, qardaşının evinə gələrək onu polis şöbəsinə aparmışdır. Qardaşı Arzumanın hadisədən sonra şok vəziyyətinə düşdüyü üçün ifadəsində onu gördüyü vaxtı dəqiq xatırlaya bilmədiyini demişdir. 2022-ci ilin yanvar ayında anası ona zəng edərək Vusalənin qardaşı Elvinin Arzumanı hədələdiyini qardaşı Arzumandan muğayat olmasını xahiş etmişdir. Qardaşı Arzuman həmin hadisələrdən sonra üzərində bıçaq gəzdirdiyini bildirmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2010-cu ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat yolu” ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvlərilə birlikdə yaşayır. 2009-cu ildə Şahid4 ilə ailə həyatı qurmuş, həmin nikahdan onların iki oğlan və bir qız övladları olmuşdur. Övladları azyaşlıdırlar. Yaşadıqları ərazidə qonşularla və qohuməqraba ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Heç kəslə düşmənçilikləri, ədavətləri və ya mübahisələri olmamışdır. Yaşadıqları məhəllədə demək olar ki, bütün qonşuları tanıyır. Qonşular da onu və ailəsini tanıyırlar. Həyat yoldaşı Samir fərdi əməklə məşğul olur, orta təhsillidir. Əri səhər saat 8-də evdən çıxıb fərdi evlərdə ustalıq-fəhləlik edərək gündəlik çörək pulu qazanır, axşam saat təxminən 18-19 radələrində evə gəlir. Həftənin bir günü,yəni bazar günlərindən başqa digər vaxtlarda işdə olur. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2015-2016-cı ildən tanımış, sonuncu öz ailəsi ilə birlikdə həmin vaxtlarda onlarla eyni məhəllədə, evlərinin sol tərəfində, qapı bir qonşuluqda yerləşən evdə yaşamışlar. Vusalənin əri Arzuman, övladları isə Şölə və Aqşin olmuşdur. Onların Vusaləgillə ailəvi münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik, ədavət və ya mübahisə olmamışdır. Ailəvi gediş-gəlişləri olmasa da, axşamlar məhəllədə və ya yolda bir-birilərini görərkən görüşmüşlər. X13 arasında problemlərin olması barədə məlumatı olmuş, qonşuluqda yaşayan vaxtlarda sonuncuların evlərinin içərisindən çox vaxt dava-dalaş, səs-küy səsləri eşidilmiş, çox vaxt qapı-pəncərəni də səsküyün eşidilməməsi üçün bağlı saxlamışlar. Onun Vusalə ilə Arzuman arasında hansı səbəbdən mübahisə olması barədə məlumatı olmamış, lakin təxminən bir ya iki il bundan əvvəl Vusalə küsüb öz ata evinə getmişdir. Həmin vaxt o, Vusalə ilə Arzumanın boşandığı barədə məlumat almış, bundan sonra sonuncuları görməmiş, Arzuman da onlarla qonşuluqda olan evi satmışdır. Təxminən bir ay əvvəl o, qonşulardan Vusalənin yenidən onların məhəlləsindən bir qədər aralıdakı yerdə kirayədə yaşadığı barədə məlumat almışdır, lakin 15 iyul 2022-ci il tarixə qədər Vusalə ilə rastlaşmamışdır. 15 iyul 2022-ci il tarixdə saat 18-19 radələrində o, evdə olmuş, evdə onunla birlikdə 3 yaşlı kiçik qızı da olmuş, oğlanları isə küçədə digər qonşu uşaqları ilə oynamışlar. Həmin vaxt o, mətbəxdə axşam yeməyi hazırlamış, həyət qapısı örtülü olsa da, arxadan kilidlənməmişdir. Elə bu vaxt həyətdən Vusalənin onu səslədiyini eşitmiş, mətbəxin pəncərəsindən həyətə baxmış, daha sonra həyətə çıxmış və Vusalənin öz qızı Şölə ilə birlikdə həyətdə olduğunu görmüş, onları evə dəvət etmiş, Vusalə ona “mağazadan gəlirik, biraz buralarda vaxt keçirib evə gedəcəyik” deyə bildirmişdir. O, Vusaləni evə dəvət etsə də, sonuncu içəri keçməmiş, həyətdəki pilləkənin birinci mərtəbəsində daşın üzərində qızı ilə birlikdə oturmuşdur. Elə bu vaxt üzbəüz qonşuları Fəzailin yoldaşı Aytən də həyətə daxil olmuş, onlarla hal-əhval tutmuş və dərhal uşaqlarının öz həyətlərindən çağırması səbəbilə evlərinə qayıtmış, həyətdə heç bir dəqiqə dayanmamışdır. Aytən həyətdən çıxdıqdan təxminən bir ya iki dəqiqə sonra tanımadığı bir nəfər orta yaşlı, saqqalsız, bığlı, təxminən 1.7-1.8 boylarında kişi cinsli şəxs qapını açaraq yoldaşı Samirin evdə olub-olmamasını soruşmuş, o isə həmin şəxsə Samirin evdə olmadığını dedikdən sonra həmin şəxs qapını örtüb getmişdir. Bundan sonra o, mətbəxə qayıdıb axşam yeməyini hazırlamağa davam etmiş, Vusalə ilə qızı isə həyətdə oturmuşlar. Bu vaxt mətbəxin pəncərəsindən qapının açıldığını və Vusalənin keçmiş həyat yoldaşı Arzumanın içəriyə girdiyini görmüş, sonuncu həyətə girib darvazını örtmüş, lakin arxadan kilidləməmişdir. Arzuman həyətdə olarkən Vusalə ona “çıx çölə, camaatın evinə girmə uşaqlar qorxar” demiş, lakin Arzuman heç bir söz deməyərək Vusalənin üzərinə gəlmiş, sonuncu Arzumanın üzərinə gəldiyini gördükdə oturduğu yerdən durub evə tərəf qaçmış, evin qapısını açıb evə girdikdə bir ayağı ilişib çöldə qalmış, bu vaxt Arzuman Vusaləni itələyib yerə yıxmış və bel nahiyəsindən çıxardığı dəstəyi qəhvəyi rəngli bıçaqla sonuncuya zərbələr endirməyə başlamışdır. Həmin vaxt o, baş vərən hadisənin şokunda olmuş və qışqırmağa başlamış, Arzuman təxminən bir ya iki dəqiqə içində Vusaləyə xatırlamadığı qədər zərbələr vurduqdan sonra adi yerişlə evi tərk etmişdir. Hadisədən sonra onun səsinə qonşular və ətrafda olan şəxslər gəlmiş, daha sonra olanları tam xatırlaya bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 15 iyul 2022-ci il tarixdə saat 18-19 radələrində Zərərçəkmiş şəxs onlara gələn zaman o, sonuncu ilə hal-əhval tutmuş, Vusalədən gəliş məqsədini soruşduqda sonuncu ona heç bir məqsədinin olmadığını, elə-belə 5 dəqiqəlik bu tərəflərdən keçdiyini, yol üstü onların evinə döndüyünü demişdir. Zərərçəkmiş şəxs ilə söhbət zamanı sonuncu ona keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs və ya hər hansı digər şəxs tərəfindən izlənildiyi, hədə-qorxu gəlindiyi, yaxud həyatına qəsd təhlükəsinin olması barədə heç bir söz deməmişdir. Əgər Vusalə ona belə bir təhlükənin olması barədə bildirsəydi, o, qabaqlayıcı tədbir kimi bütün qapıları bağlayar, polis əməkdaşlarına məlumat verərdi. Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurarkən qızları Şölə həyətdə evin giriş qapısının yanında dayanıb baş verən hadisəyə baxmış, sonuncu onun kimi qışqırıb ağlamağa başlamış, lakin Təqsirləndirilən şəxs öz qızı Şöləyə heç bir söz deməmiş, Vusaləni vurduqdan sonra evi tərk etmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə onun anasıdır. Anası ilə atası boşanmamışdan əvvəl onlar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamışlar. Həmin ünvanda yaşadıqları zamanlarda anası ilə atası arasında dəfələrlə mübahisə, münaqişə olmuş, həmin münaqişələrdə atası anasını döymüş, o və bacısı araya girdikdə atası onları da vurmuşdur. Atası çox xırda səbəblərə görə mübahisə yaratmış, evdə qan-qaraçılıq salmış, onunla və bacısı ilə də acı danışmışdır. Sonuncu dəfə 2021-ci ilin avqust ayında atası ilə anası arasında mübahisə yarananda o, atası ilə anasının arasına girib onları ayırmış, həmin vaxt atası onu vurmağa başlamış və anasına “atan gecə ilə bizə gəlməsə sənin başını kəsəcəm” demişdir. Həmin vaxt anası öz qardaşına zəng edərək baş vermiş hadisəni ona demiş, zəngdən sonra dayısı Sevindik onlara gələrək onları götürüb öz evinə aparmışdır. Evdən çıxanda atası ona və bacısına “sizin kimi uşaqlar mənə lazım deyil” deyə demişdir. Onlar dayılarıgildə bir neçə gün qaldıqdan sonra dayısı Sevindik atası Arzumana zəng edərək uşaqları evə gətirəcəyini demiş, lakin sonuncu bir daha telefonda Sevindiyə “elə uşaqlar mənə lazım deyil” deyə demiş, bundan sonra onlar Lerik rayonuna ana babalarının yanına köçüb orada yaşamağa başlamış, yaşadıqları kəndin məktəbində oxumağa davam etmişlər. Kənddə qaldıqları vaxtlarda atası bir dəfə babasıgilə gəlib onları görmək istədiyini demiş, əsəbi halda onu səsləmiş, o isə atasının səsindən qorxub atası ilə görüşməmişdir. Həmin vaxt evdə bacısı, nənəsi və o olmuşdur. Daha sonra atası Arzuman əsəbiləşərək evin qapısını təpikləmiş, o da bacısı ilə pəncərədən çıxıb evin yuxarısına doğru qaçmış, daha sonra nənəsi polis əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları gəldikdə atası artıq getmişdir. Daha sonra onlar anaları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə gəlib orada kirayə yaşamağa başlamış, kirayə yaşadıqları vaxtda onlar ataları ilə görüşməmiş, lakin kirayə qaldıqları məhəllə onların köhnə məhəlləsinə yaxın olduğundan o, uşaqlarla oynamaq üçün köhnə məhəllələrinə getmişdir. Köhnə məhəllələrində olarkən uşaqlar ona bir-iki dəfə atasının məhəlləyə gəldiyini və məhəlləni gəzdiyini demişlər. 15 iyul 2022-ci il tarixdə saat 18-19 radələrində o, evdə olmuş, bacısı ilə anası mağazaya getmək üçün evdən çıxmışlar. Mağazaya gedərkən anası qapını açarla çöldən bağlamış, bacısı ilə anası mağazadan çörək almış və çörəyi gətirib onlarla yanbayan evdə qalan xalasıgilə vermiş, daha sonra dərman almaq üçün aptekə getmişlər. Aptekə gedərkən bacısı ilə anası atasının avtomobilinin küçədə olduğunu görüb avtobusla daha uzaq aptekə getmişlər. Qayıdan zaman anası ilə bacısı köhnə məhəllələrinə getmiş və həmin məhəllədə yaşayan köhnə qonşularının evində atası anasına bıçaqla xəsarət yetirib sonuncunu öldürmüşdür. Atası anasına xəsarət yetirib öldürərkən bacısı da anasının yanında olmuş və qışqırıb ağlayaraq araya girib atasına müqavimət göstərmişdir. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə onun anasıdır. Anası ilə atası boşanmamışdan əvvəl onlar Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamışlar. Həmin ünvanda yaşadıqları zamanlarda anası ilə atası arasında dəfələrlə mübahisə, münaqişə olmuş, həmin münaqişələrdə atası anasını döymüş, o, və qardaşı araya girdikdə atası onları da vurmuşdur. Atası çox xırda səbəblərə görə mübahisə yaratmış, evdə qan-qaraçılıq salmış, onunla və qardaşı ilə də acı danışmışdır. 2021-ci ilin avqust ayının 17-də evdə yenə atası ilə anası arasında atasının yaratmış olduğu mənasız söhbətlər səbəbindən mübahisə olmuş və atası yenə də anasını təhqir etmiş və döymüşdür. Atası həmin vaxt qardaşına kəndir tapmasını, guya həmin kəndiri anasının boynuna dolayıb küçədə gəzdirəcəyini demiş, həmin vaxt o, Sevindik dayısına zəng edib onları atalarının əlindən qurtarmasını xahiş etmişdir. Həmin vaxt Sevindik dayısı onları götürüb Mərdəkan qəsəbəsində yerləşən evlərinə aparmış, təxminən 20 gün müddətində Sevindik dayısıgildə qaldıqdan sonra Sevindik dayısı atasına Arzumana zəng edib uşaqları gətirmək istədiyini bildirmiş, sonuncu isə Sevindiyə “mənə elə ailə, elə uşaqlar lazım deyil” demişdir. Daha sonra babaları Bakı şəhərinə gələrək onları yaşadıqları Lerik rayonunun Monidigah kəndinə aparmış, onlar təxminən 9 ay müddətində həmin kənddə baba və nənələri ilə birlikdə yaşamışlar. Daha sonra anaları maddi vəziyyətləri ilə bağlı olaraq pul qazanmaq məqsədilə 15 iyun 2022-ci il tarixdə onları da götürüb Bakı şəhərinə gəlmiş və Binə qəsəbəsində kirayə ev tutub orada yaşamağa başlamışlar. Ataları Arzuman kirayə tutduqları evin yerini bilməmiş, sonuncu onlar kənddə qaldıqları 9 ay müddətində cəmi bir dəfə kəndə gəlmiş və həmin vaxt həyətə gəldiyi zaman atasının əlində kiçik qab olmuş, onlar həmin qabın içərisində kislota adlı məhlulun olduğunu bilmişlər. Çünki həmin hadisədən əvvəl atası Sevindik dayısına “bacının sifətinə kislota atacağam” deyə mesaj yazmışdır. Bundan əlavə atası həmin vaxt öz statusunda “çarəni tapmışam, kislota” deyə yazmışdır. Atası əlində kislota kəndə yaşadıqları evə gəldiyi vaxt anası evdə olmadığına görə atası niyyətinə çata bilməyib çıxıb getmişdir. 15 iyul 2022-ci ildə təxminən saat 19-20 radələrində o, anası ilə birlikdə çörək və aptekdən dərman almaq üçün evdən çıxmış, qardaşı Aqşin evdə tək qalmışdır. Yaşadıqları ev əvvəl Binə qəsəbəsində ataları ilə birlikdə qaldıqları, sonradan isə atalarının satdığı evin yaxınlığında olmuşdur. Anası köhnə qaldıqları evin qonşuluğunda yaşayan şəxslərlə çox mehriban olmuş, anasının xətrini bütün qonşular çox istəmişlər. Aptekə getdikləri vaxt onlar atalarının qohumu Abış adlı şəxsi görmüş, o, həmin vaxt Abışın onları görməsindən dərhal sonra mobil telefonunu çıxarıb kimə isə zəng etməsini görmüşdür. Həmin vaxt o, və anası Abışın onları görməsindən Arzumana məlumat verməsindən şübhələnmiş, onlar bir az hərəkət etdikdən sonra aptekin yanına çatdıqları vaxt Arzumanın özünə məxsus “Mercedes” markalı, dövlət qeydiyyat nişanı yadlarında qalmayan avtomaşından düşən görmüş, daha sonra onlar aptekə getməmiş, Arzumanın gözündən yayınmaq üçün çörək almaq məqsədilə dükana getməyə qərar vermişlər. O, anası ilə birlikdə getdikdə Arzumanın onları təqib etdiyini, yəni izlədiyini görmüş, bundan sonra onlar iti addımlarla köhnə yaşadıqları məhləyə gedib tez köhnə qonşuları Samirgilin həyətinə daxil olmuşlar. Həyətdə onları Samirin arvadı Aynurə qarşılamış, anası Aynurəyə “Arzuman buralardadır, bizi izləyir, ona görə də buraya gəldim ki, bizi tapa bilməsin” demişdir. Bu zaman onlar pilləkənlərdə oturmuş, anası hasardan, yəni keçmiş evlərinin hasarından boylanan, həmin evlərini alan, adını bilmədiyi xanımla söhbət etmiş, həmin vaxt keçmiş qonşuları Fəzail kişi arvadı Aytənlə birlikdə Samirgilin həyətinə gəlmişdir. Daha sonra Fəzail ona tərəf gələrək “gəl, çöldə atanla görüş” demiş, o, isə Fəzailə getmək və atası ilə görüşmək istəmədiyini bildirmişdir. Bundan sonra Fəzail çıxıb getsə də, arvadı Aytən həyətdə onlarla birlikdə qalmış, təxminən 10 dəqiqə sonra Aynurəgilin həyət darvazasını tanımadığı bir kişi cinsli şəxs açaraq həyətə boylanıb ev yiyəsi Samirin evdə olub-olmamasını soruşmuş, Aynurə də həmin şəxsə Samirin evdə olmadığını demiş, həmin şəxs də çıxıb getmişdir. Təxminən 2-3 dəqiqə sonra atası Arzuman həyətə daxil olmuş, bu vaxt həyətdə qonşu hasardan köhnə evlərini alan qadın da olduqları həyətə baxmış, həyətdə həmin vaxt Aytən, anası və o olmuş, Aynurə isə pilləkənlərlə evə qalxmış və mətbəxdə xörəyə nəzarət etmişdir. Həmin vaxt o, atasının iri addımlarla anasının üzərinə gəldiyini görüb qorxaraq anası ilə birlikdə pilləkənlərlə yuxarı qalxmağa başlamış, ilk öncə anası evə daxil olmuş, anası atasından qorxduğu üçün qapını bağlamaq istəsə də, atası buna icazə verəmiş və var gücü ilə qapını açmaq istəmiş, atası qapını açmaq istədikcə, o da atasının qapını aça bilməməsi üçün sonuncunu eyvana tərəfə itələmiş, lakin atasına gücü çatmamışdır. Bu zaman Arzuman qapını açıb içəri daxil olmuş, o da atasının arxası ilə evə keçmiş, həmin vaxt həyəcanlı olduğundan Aynurənin içəridə harada dayanması yadında qalmamışdır. Atası içəri daxil olduqdan sonra o, atasının əlində uzun, tiyəsi nazik bıçaq görmüş, Arzuman həmin bıçaqla anasına zərbələr vurmuşdur. Anası həmin vaxt yalnız qışqırmış, o da həyəcanlı olduğu və qorxduğu üçün anasına qoşulub qışqırmış və atasını anasından kənarlaşdırmaq üçün itələmişdir. O, atasının anasına konkret olaraq nə qədər bıçaq zərbəsi vurmasını xatırlamamış, lakin çoxlu sayda bıçaq zərbələri vurması yadında qalmışdır. Həmin vaxt anası bıçaqlandığı zaman onun da bıçaqlanacağından qorxub ayağı ilə onu kənara itələmiş, o, atasını itələdiyi üçün Arzuman bıçaq olan əli ilə onu kənara itələmək istəyəndə, bıçaq onun sağ əlinin üzərini kəsmişdir. Atası anasına bıçaq zərbələri endirdikdən sonra sonuncu dəfə də bıçağı anasının bud nahiyəsinə sancmış və oradan çıxıb getmiş, bıçaq da anasının bud nahiyəsində sancılmış vəziyyətdə qalmışdır. Həmin vaxt diqqət yetirdiyində o, atasının küçəyə çıxdığını və öz maşınına əyləşib oradan uzaqlaşdını görmüş, daha sonra qonşular hadisə yerinə gəlmiş və təcili tibbi yardımla polisə xəbər vermişlər. Qonşular da oraya gəldikdən sonra ev yiyəsi Aynurə özünü pis hiss etmiş, huşu getmiş, təcili tibbi yardım briqadasının həkimləri gəlib anasını müayinə etdikdən sonra öldüyünü bildirmişlər. Məhkəmədə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həyat yoldaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 15 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 16 iyul 2022-ci il tarixli 4(003)-312/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus bir ədəd yerliyi bozumtul rəngli, sağ və sol çiyin nahiyyələrində ağ rəngli toxunma bəzəkvari naxışları olan qısaqol köynək, bir ədəd qırmızı rəngli büstqalter, bir ədəd göy rəngli cins materialdan şalvar və bir ədəd qırmızı rəngli tursik, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli cins materialdan şalvar, hadisə yerindən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunələri, hadisə yerindən götürülmüş bir ədəd taxta dəstəkli mətbəx bıçağı, hadisə yerindən götürülmüş bir ədəd taxta dəstəkli mətbəx bıçağı, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus “Huawei” markalı bir ədəd qara rəngli mobil telefon, Təqsirləndirilən şəxs istifadəsində olmuş və sonuncunun qardaşı Şahid10 tərəfindən istintaqa təqdim olunmuş “Samsung Galaxy A21s” markalı və “Samsung Galaxy J1” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat” yolu ərazisində yerləşən nömrəsiz fərdi evin ümumi zal otağıdır. Evin içərisinə girişdən təxminən yarım metr məsafədə döşəmə üzərində kürəyi üstə uzanıqlı, ayaq hissəsi evə giriş hissəyə, baş hissəsi isə evin içərisinə doğru olan X4 üzərində xəsarətlər olan meyiti aşkar olunmuşdur. Meyitin sağ qolu yana doğru açılmaqla döşəmə səthi üzərində, sol qolu isə dirsək hissədən qövsvari hissədə qarın hissəsinə doğru qatlanmış vəziyyətdədir. Vüsalə Əliyevanın meyiti ətrafında döşəmə səth üzərində bəzi hissələrdə massiv, bəzi hissələrdə isə damcı formasında qanabənzər ləkələrin olması müşahidə olunur. Vüsalə Əliyevanın meyitinin yanında, döşəmə üzərində olan ağ rəngli, üzərində naxışları olan mələfə üzərində taxta dəstəkli bıçağın olması müşahidə olunur. Hadisə yerindən X6 məxsus “Huawei” markalı mobil telefon, eyni zamanda Vüsalə Əliyevanın meyiti ətrafında döşəmə səth üzərində olan qanabənzər ləkələrdən nümunələr və Vüsalə Əliyevanm meyitinin yanından aşkar olunmuş taxta dəstəkli mətbəx bıçağı, Vüsalə Əliyevanın üzərində olan 01 ədəd yerliyi bozumtul rəngli, sağ və sol çiyin nahiyyələrində ağ rəngli toxunma bəzəkvari naxışları olan qısaqol köynək, 01 ədəd qırmızı rəngli büstqalter, 01 ədəd göy rəngli cins materialdan şalvar və 01 ədəd qırmızı rəngli tursik maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Meyit qadın cinslidir, düzgün bədən quruluşlu, orta köklükdədir. Meyitin boynun uzunluğu 173 sm-dir. Meyit qacıması müayinə olunan əzələ qruplarında zəif inkişaf etmişdir. Meyit ləkələri gövdənin və ətrafların arxa səthlərində solğun-göyümtül- bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə rəngsizləşir, 1 dəqiqə əvvəlki rənginə bərpa olunurlar. Başın tükləri tünd-şabalıdı rəngə boyanmışlar, 35-45 sm-ə qədər uzunluqdadırlar, əllə yoxladıqda kəllə sümükləri tamdır. Gözləri qapalıdır, bəbəklər dairəvidir, 0,5 sm diametrindədirlər, ağlı qişalar qırmızı rəngli, nöqtəvari qansızmalıdırlar. Hər iki qulaq keçəcəkləri ifrazatsızdır. Burun və ağız keçəcəklərində qanlı ifrazat vardır. Burun sümük və qığırdaqları əllədikdə tamdır. Ağzı yarıaçıqdır, dili ağız boşluğunda dişlərin arasındadır. Dişləri təbii görünüşlü olub, tamdırlar. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və yoğunluqdadır. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Süd vəziləri ovalşəkillidir. Qarnı qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün formalaşmışdır. Arxa keçəcək ifrazatsızdır. Yuxarı və aşağı ətrafları düzgün formalaşmışdır, kəllədikdə sümükləri tamdır. Xəsarətlər: Sol bazunun yuxarı üçdə birinin ön-arxa səthində 2,0x1,0 sm ölçüdə 1 ədəd, sol bazunun yuxarı üçdə birinin arxa səthində 2,0x1,0 sm ölçüdə 1 ədəd, sol bazunun yuxarı üçdə birinin ön səthində 5,0x3,5 sm ölçüdə 1 ədəd, sol bazunun arxa səthinin orta üçdə birindən-aşağı üçdə birinədək davam edən 8,0x5,0 sm ölçüdə 1 ədəd, sol bazunun orta üçdə birinin iç səthində 2,5x2,0 sm ölçüdə 1 ədəd, sol bazunun yuxarı üçdə birinin iç səthində 1,0x0,8 sm ölçüdə 1 ədəd, sol dirsək çuxurunda 2,0x1,0 sm ölçüdə 1 ədəd, sol qoltuqaltı nahiyyədə 2,0x1,0 sm, 1,5x0,5 sm, 1,3x0,5 sm ölçülərdə 3 ədəd, sol saidin yuxarı üçdə birinin arxa səthində 4,5x3,0 sm ölçüdə 1 ədəd, sol sağrı nahiyyəsinin aşağı-bayır kvadrantında 3,0x2,0 sm ölçüdə 1 ədəd, sol budun yuxarı üçdə birinin ön səthində 1,8x1,0 sm, 1,5x1,0 sm ölçülərdə 2 ədəd, sol budun orta üçdə birinin ön-bayır-arxa səthində 2,0x 1,5 sm ölçüdə lədəd, sağ budun aşağı üçdə birinin ön səthində 1,3x0,8 sm ölçüdə 1 ədəd, sağ budun aşağı üçdə birinin iç səthində 8,0x2,5 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti kəsilmiş yaralar vardır. Döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birində çəp istiqamətli 2,0x 1,0 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz etmir. Döş qəfəsinin ön səthinin sol yarısının yuxan üçdə birində çəp istiqamətli 4,0x 1,5 sm ölçüdə 1 ədəd kənarlan hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz edir. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan bir qədər aşağıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birində - ön qoltuqaltı xətt üzrə 1,5x1,0 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüflız edir. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, aşağıdan yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının yuxan üçdə birində - ön qoltuqaltı xətt üzrə çəp istiqamətli 2,5x2,0 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz edir. Yara kanalının istiqaməti öndən arxaya, soldan sağa, aşağıdan yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Sol süd vəzisində gıləətrafına yaxın 1,5x1,0 sm ölçüdə 1 ədəd kənarlan hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz etmir. Sağ süd vəzisinin yuxarı bayır kvadrantında 4,0x1,5 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz etmir. Sağ süd vəzisində - xəncərəbənzər çıxıntı üzərində 1,8x1,0 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz etmir. Qarının ön divarının aşağı üçdə birinin sol yarısında 1,5x1,0 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə qarın boşluğuna nüfuz etmir. Sol bazunun orta üçdə birinin arxa səthində 1,0x 1,0 sm ölçüdə 1 ədəd, sol dizin ön səthində 1,3x1,0 sm ölçüdə 1 ədəd, sağ baldırın yuxan üçdə birinin ön səthində 1,8x1,0 sm ölçüdə 1 ədəd qırmızımtıl-göyümtül rəngli, qeyri- müəyyən formalı qançırlar vardır. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 20 iyul 2022-ci il tarixli “mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Huawei” markalı, “STK-LX1” model mobil telefonda olan “Whatsapp” proqramı vasitəsilə müxtəlif şəxslərlə yazışmalar, həmçinin telefonun zənglər və mesajlar bölməsində müxtəlif tarixlərdə müxtəlif şəxslərlə əlaqə saxlanılması aşkar olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Aşur Əliyevin ifadəsində bildirdiyi Xəyalə adlı şəxsin 12-15 iyun 2022-ci il tarixlərdə, həmçinin qeyd olunan tarixdən 15 iyul 2022-ci il tarixə qədər olan dövr ərzində Vüsalə Əliyeva ilə telefon zəngi və eləcə də “Whatsapp” sosial şəbəkəsi ilə əlaqə yaratması aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 18 iyul 2022-ci il tarixli ““təqdim etmə, götürmə və mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Samsung” markalı “Galaxy J1” model mobil telefonda olan “Whatsapp” proqramı vasitəsilə müxtəlif şəxslərlə yazışmalar mövcuddur. Baxış zamanı mobil telefonun mesajlar bölməsində X8 məxsus ***-***-**-** mobil nömrəyə Təqsirləndirilən şəxs tərəfindən 14 iyul 2022-ci il tarixdə yazılmış və saat 12:28-də göndərilmiş “Uşağları göndər gəlsin yanıma uşağlar əziyət çəkir böyuklük elə son qoy düşmənçiliyə Vusaləyə de mənimlə əlaqə saxlasın” və 15 iyul 2022-ci il tarixdə eyni nömrəyə yazılmış lakin qarşı tərəfə çatmamış “Uşağları göndərin” məzmununda mesajlar aşkar olunmuşdur. Baxış zamanı mobil telefonun şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 19 sentyabr 2022-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilən diskin içərisində bir ədəd “16933.zip” fayl, həmin faylın içərisində “antena.xls”, “abuneciler.xls”, “**********74.txt”, “**********11.txt”, “515063674_SMS.txt” və “505264511_SMS.txt” adlı fayllar mövcuddur. “abuneciler.xls” adlı faylda sorğu verilmiş nömrələrə gələn və gedən zənglərin hansı nömrələrdən və kimlərin adına olduğunun siyahısı vardır. “antena.xls” adlı faylda sorğu verilmiş nömrələrə gələn və nömrələrdən gedən zənglərin anten məlumatları vardır. Baxış zamanı X8 məxsus ***-***-**-** mobil nömrəyə Təqsirləndirilən şəxs tərəfindən 14 iyul 2022-ci il tarixdə yazılmış və saat 12:28-də göndərilmiş “Uşağları göndər gəlsin yanıma uşağlar əziyət çəkir böyuklük elə son qoy düşmənçiliyə Vusaləyə de mənimlə əlaqə saxlasın” məzmununda mesaj aşkar olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Aşur Əliyevin ifadəsində bildirdiyi Xəyalə adlı şəxsin 12-15 iyun 2022-ci il tarixlərdə, həmçinin qeyd olunan tarixdən 15 iyul 2022-ci il tarixə qədər olan dövr ərzində Zərərçəkmiş şəxs ilə telefon zəngi eləcə də mesaj vasitəsilə sonuncu ilə əlaqə yaratması aşkar edilməmişdir. Eyni zamanda hadisə baş verən vaxt və ondan əvvəlki tarixlərdə Təqsirləndirilən şəxsla Vusalə Əliyevə arasında hər hansı mobil əlaqənin olması aşkar edilməmişdir. Baxış zamanı mobil telefonların şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X9 daxil olmuş xx.xx.2022-ci il tarixli 6484 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X9 daxil olmuş xx.xx.2022-ci il tarixli 6489 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada “Şizofreniya paranoid forma natamam remisiya” diaqnozu ilə xx.xx.2022-xx-xx.2022-ci il tarixlərdə və xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə stasionar şəraitdə müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Xəzər rayon polis idarəsinin istintaq şöbəsinin xx.xx.2022-ci il tarixli 055-17978-1222 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 02 oktyabr 2021-ci il tarixdə dəfələrlə döyülməsi və öldürülməklə hədələnməsi ilə bağlı müraciəti əsasında Xəzər RPİ-nin 3-cü PŞ-də toplanmış material üzrə istintaq şöbəsində araşdırma aparıldığı və 15 noyabr 2021ci il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə və “8 Noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 8-ci hissəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, qərarın surəti iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika narkoloji mərkəzi” X15in xx.xx.2022-ci il tarixli xx/xx-10924 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxsn həmin mərkəzdə qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika narkoloji mərkəzi” X15in xx.xx.2022-ci il tarixli xx/xx-11768 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X15 Xəzər rayon şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 874 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində sağ saidin sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X15 Xəzər rayon şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 919 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Şahid1 bədəni üzərində sağ əlin kəsilmiş yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici təsirə malik əşya (alət, ola bilsin bıçaq) təsirindən onun məhkəmə-tibb müayinəsindən 11-12 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Bundan əlavə, rəylə təsdiq olunmuşdur ki, Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X15 Xəzər rayon şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 97 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; Sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin 1 ədəd daxilə - döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası; Sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin 1 ədəd daxilə - döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası; Döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin (1 ədəd), sol süd vəzisinin (1 ədəd), sağ süd vəzisinin (2 ədəd), qarının ön divarının aşağı üçdə birinin (1 ədəd) daxilə (döş və qarın boşluğuna) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 5 ədəd); Sol bazunun yuxarı üçdə birinin ön-arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun arxa səthinin orta üçdə birindən-aşağı üçdə birinədək davam edən (1 ədəd), sol bazunun orta üçdə birinin iç səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin iç səthinin (1 ədəd), sol dirsək çuxurunun (1 ədəd), sol qoltuqaltı nahiyyənin (3 ədəd), sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol sağrı nahiyyəsinin aşağı-bayır kvadrantının (1 ədəd), sol budun yuxarı üçdə birinin ön səthinin (2 ədəd), sol budun orta üçdə birinin ön-bayır-arxa səthinin (1 ədəd), sağ budun aşağı üçdə birinin ön səthinin (1 ədəd), sağ budun aşağı üçdə birinin iç səthinin (1 ədəd) kəsilmiş yaraları (cəmi 16 ədəd); Sol bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd), sol dizin ön səthinin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin ön səthinin (1 ədəd) qançırları (cəmi 3 ədəd); Qeyd olunan deşilmiş-kəsilmiş (cəmi 8 ədəd) və kəsilmiş yaralar (cəmi 16 ədəd) deşici-kəsici alətin (alətlərin) deşici-kəsici və kəsici təsirindən törənmişdirlər, həyatidirlər; sol bazunun, sol dizin, sağ baldırın qançırları (cəmi 3 ədəd) isə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibbi ekspertizasından az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən – döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən, ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan bir qədər aşağıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, aşağıdan yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən, sol ağciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası. Yara kanalının istiqaməti öndən arxaya, soldan sağa, aşağıdan yuxarıyadır, yara kanalının uzunluğu təxminən 9-10 sm-dir. Döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin döş boşluğuna nüfuz edən ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, sol ağciyərin zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin (1 ədəd), sol süd vəzisinin (1 ədəd), sağ süd vəzisinin (2 ədəd), qarının ön divarının aşağı üçdə birinin (1 ədəd) daxilə (döş və qarın boşluğuna) nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 5 ədəd); sol bazunun yuxarı üçdə birinin ön-arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin ön səthinin (1 ədəd), sol bazunun arxa səthinin orta üçdə birindənaşağı üçdə birinədək davam edən (1 ədəd), sol bazunun orta üçdə birinin iç səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin iç səthinin (1 ədəd), sol dirsək çuxurunun (1 ədəd), sol qoltuqaltı nahiyyənin (3 ədəd), sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol sağrı nahiyyəsinin aşağı-bayır kvadrantının (1 ədəd), sol budun yuxarı üçdə birinin ön səthinin (2 ədəd), sol budun orta üçdə birinin ön-bayır-arxa səthinin (1 ədəd), sağ budun aşağı üçdə birinin ön səthinin (1 ədəd), sağ budun aşağı üçdə birinin iç səthinin (1 ədəd) kəsilmiş yaraları (cəmi 16 ədəd) həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli xəsarətlərin zərəvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Sol bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd), sol dizin ön səthinin (1 ədəd), sağ baldırın yuxarı üçdə birinin ön səthinin (1 ədəd) qançırları (cəmi 3 ədəd) istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürək kisəsinin (perikardın) və ürəyin sol mədəcik əzələsinin, sol ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla (№1 bıçaqla) eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzanıqlı və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs hamiləlik əlamətləri aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. (məhkəməkimyəvi müayinə aktı № 2571/K, xx.xx.2022). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X9 verilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 387/2022-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön hissəsində iki ədəd, şalvarın sol ayağının ön-yuxarı nahiyəsində üç ədəd şalvarın sol-yan nahiyəsində bir ədəd, şalvarın arxa hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd, büstqalterin sol döş nahiyəsində bir ədəd, tumanın sol-arxa nahiyəsində bir ədəd, köynəyin sol-çiyin nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd, köynəyin ön-sol qoltuqaltı nahiyəsində üç ədəd, köynəyin ön hissəsinin sol-orta nahiyəsində iki ədəd və köynəyin ön hissəsinin yuxarı-orta nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Həmin rəylə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön hissəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ budun aşağı üçdə birinin ön səthinin (1 ədəd) və sağ budun aşağı üçdə birinin iç səthinin (1 ədəd); şalvarın sol ayağının ön-yuxarı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol budun yuxarı üçdə birinin ön səthinin (2 ədəd); şalvarın sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol budun orta üçdə birinin ön-bayır-arxa səthinin (1 ədəd); şalvarın və tumanın arxa hissəsinin sol-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol sağrı nahiyəsinin aşağı-bayır kvadrantının (1 ədəd); köynəyin ön hissəsinin sol-yuxarı nahiyəsində və büstqalterin sol döş nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol süd vəzisinin (1 ədəd); köynəyin sol-çiyin nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin (1 ədəd); köynəyin ön hissəsinin yuxarı-orta nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ süd vəzisinin (2 ədəd); köynəyin ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısının yuxarı üçdə birinin (2 ədəd); köynəyin ön-sol qoltuqaltı nahiyəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol qoltuqaltı nahiyənin (3 ədəd) deşilmiş-kəsilmiş yaraları ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər.Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər – qarının ön divarının aşağı üçdə birnin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin ön-arxa səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol bazunun arxa səthinin orta üçdə birindən -aşağı üçdə birinədək davam edən (1 ədəd), sol bazunun orta üçdə birinin iç səthinin (1 ədəd), sol bazunun yuxarı üçdə birinin iç səthinin (1 ədəd), sol dirsək çuxurunun (1 ədəd), sol saidin yuxarı üçdə birinin arxa səthinin (1 ədəd) deşilmiş-kəsilmiş yaralar ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Bu da xəsarətlərin bədənin açıq nahiyələrində yerləşməsi və zədə yetirilən zaman paltarların yerdəyişməsi ilə izah oluna bilər. Rəyə əsasən, Zərərçəkmiş şəxs məxsus büstqalterin arxadan bağlandığı qarmaqlardan biri yerində yoxdur. Bu qarmaq büstqalterin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə dartılıb-qoparılmışdır. Qeyd olunanlardan başqa, rəylə təsdiq olunmuşdur ki, ekspertizaya təqdim edilən bıçaq mətbəx bıçaqlarının analoqu üzrə kustar üsulla hazırlanmışdır, məişət təsərrüfat təyinatlıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 verilmiş xx.xx.2022-ci il tarixli 2298 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs şizofreniya paranoid forma psixi xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən psixi xəstəlik hazırda remissiya (yaxşılaşma) vəziyyətindədir. Bundan başqa, rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman, ondan əvvəl və sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Bundan əlavə, rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. Qeyd olunanlardan başqa, rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərəcək psixiemosional vəziyyətdə olmamışdır. Rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Həmin rəylə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 157.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu üçün və o, ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işi üzrə maddi sübut olan Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar saxlama yerində saxlanılan - Zərərçəkmiş şəxs məxsus bir ədəd yerliyi bozumtul rəngli, sağ və sol çiyin nahiyyələrində ağ rəngli toxunma bəzəkvari naxışları olan qısaqol köynək, bir ədəd qırmızı rəngli büstqalter, bir ədəd göy rəngli cins materialdan şalvar və bir ədəd qırmızı rəngli tursik, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli cins materialdan şalvar, hadisə yerindən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunələri, hadisə yerindən götürülmüş bir ədəd taxta dəstəkli mətbəx bıçağı hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilməli hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus “Huawei” markalı bir ədəd qara rəngli mobil telefon zərəçəkmiş şəxsin hüquqi varisi X8 verilməli, Təqsirləndirilən şəxs istifadəsində olmuş və sonuncunun qardaşı Şahid10 tərəfindən istintaqa təqdim olunmuş “Samsung Galaxy A21s” markalı və “Samsung Galaxy J1” markalı mobil telefonlar Şahid10 qaytarılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri –53 (əlli üç) manat 65 ( altmış beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20 faiz tutulmaqla 01(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan 01(bir) il müddətə islah işləri cəzasının 4 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla müəyyən olunmuş 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 15 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə maddi sübut olan Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar saxlama yerində saxlanılan - Zərərçəkmiş şəxs məxsus bir ədəd yerliyi bozumtul rəngli, sağ və sol çiyin nahiyyələrində ağ rəngli toxunma bəzəkvari naxışları olan qısaqol köynək, bir ədəd qırmızı rəngli büstqalter, bir ədəd göy rəngli cins materialdan şalvar və bir ədəd qırmızı rəngli tursik, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli cins materialdan şalvar, hadisə yerindən pambıq vasitəsilə hopdurma yolu ilə götürülmüş qan nümunələri, hadisə yerindən götürülmüş bir ədəd taxta dəstəkli mətbəx bıçağı hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilsin, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus “Huawei” markalı bir ədəd qara rəngli mobil telefon zərəçəkmiş şəxsin hüquqi varisi X8 verilsin, Təqsirləndirilən şəxs istifadəsində olmuş və sonuncunun qardaşı Şahid10 tərəfindən istintaqa təqdim olunmuş “Samsung Galaxy A21s” markalı və “Samsung Galaxy J1” markalı mobil telefonlar Şahid10 qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri –53 (əlli üç) manat 65 ( altmış beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar