Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-412/2025 12.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X9-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Penitesiar xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-inin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 87,22 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 1 ədəd ağ rəngli polietilen torbada əldə edərək saxlamaqla üzərində daşımışdır. 24 oktyabr 2023-cü il tarixdə Mingəçevir şəhər X6 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən “S.Vurğun” adına parkın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə də saat ll:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman gödəkçəsinin sol iç hissəsindən 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 87,22 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 03 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz fərdi evin plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı siyirmədən 500 manat nağd pulu, paltar dolabından 300 manat dəyərində 03 ədəd qadın gödəkçəsini və qonaq otağında divardan asılmış 180 manat dəyərində 01 ədəd “Samsung” markalı, UE32N5300AU modelli televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 980 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə 24 dekabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, nömrəsiz fərdi evin plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağındakı termonun içindəki ümumi dəyəri 3.000 manat olan 01 ədəd 585 əyarlı, 1,93 qram qızıl göz muncuğunu, 01 ədəd 583 əyarlı, üzərində 01 ədəd göy rəngli bəzək daşı olan 4 qram qızıl klonu, 01 ədəd 585 əyarlı, üzərində 5 ədəd silikon qaş olan, 5,8 qram qızıl alyans üzüyü, 01 ədəd 583 əyarlı, 4,9 qram qızıl fantaziya üzüyü, 18,1 qram çəkidə 02 ədəd 925 əyarlı gümüş boyunbağı və 01 ədəd gümüş klonu, 300 manat dəyərində 01 ədəd markası məlum olmayan mobil telefon aparatını üzərində olan 5 manat dəyərində 01 ədəd GSM nömrə ilə birlikə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3305 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 dekabr 2023-cü il tarixdə saat 01:30-da tanışı Elvin adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi, nömrəsiz fərdi evin plastik pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq qonaq otağındakı 1 ədəd 200 manat dəyərində “Güvən” markalı 32 iitirlik su qızdırıcı istilik cihazını, 1 ədəd 80 manat dəyərində“Marquis” markalı MKP70-1 S/N modelli. 550 \V su nasosunu 1 ədəd 20 manat dəyərində “Marquis” markalı gidrafor ilə birlikdə, 300 manat dəyərində 6 top 4-lük elektrik naqilini və 1 ədəd 800 manat dəyərində “LG” markalı 107 diaqonallı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin dekabr ayının sonlarında başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,395 qram ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf rəngli sellofan bükümdə və külli miqdarda təmiz çəkisi 2,027 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 7 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 26 dekabr 2023- cü il tarixdə saat 23:10-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron 1” yaşayış binalarının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 00:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində 07 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,578 qram, 0,240 qram, 0,246 qram, 0,299 qram, 0,271 qram, 0,202 qram, 0,191 qram, ümumi təmiz çəkisi 2,027 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,395 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmir, o, heç vaxt narkotik vasitə satmamışdır. O, narkotik vasitə istifadəçisidir, asılılığı olub. Narkotik vasitə almaq üçün Sulutəpə qəsəbəsi ərazisində oğurluqlar etmişdir. O, əvvəllər heroin istifadə etmişdir. 87 qram marixuana ona məxsus deyil. Saxlanılarkən üzərində 4-5 qram heroin və metamfetamin olub. O, narkotik vasitə satmamışdır. Televizor oğurlamışdır. Həmin evə pəncərədən girmişdi. O ev həyət evi idi. Zərərçəkmiş 500 manat oğurladığını demişdir, amma 500 manat pul olsaydı o heç televizoru oğurlamazdı. Özü «X5» işləmişdir. 24 dekabr 2023-cü il tarixində Mingəçevir şəhərində olmuşdur. Əvvəllər məhkum olunmuşdur. 25 dekabr 2023-cü il tarixində Bakı şəhərində olmuşdur. Anasının ad gününə gəlib, həmən gün qayıtmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, ancaq 87 qram marixuana onun deyil. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublixası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında Bakı şəhərindən Mingəçevir şəhərinə gələndə yolda Ağdaş rayonu ərazisində yerdən 01 ədəd şəffaf rəngli sellofan tapdım və içinə baxdıqda marixuanan olduğunu gördüm. Mən narkotik vasitə istifadəçisi olduğumu üçün həmin bükümü özümlə götürdüm ki, istifadə edərəm. Bükümü özümlə Mingəçevir şəhərinə gətirdim və parkda ağacın altına gizlətdim. Sonradan bir müddət Mingeçevir şəhəri ərazisində olmadım. 24 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhərində olan zaman həmin bükümü basdırdığım yerdən çıxarıb əynimdə olan boz rəngli idman gödəkçəsinin sol iç hissəsində gizlətdim. Həmin gün saat 11 radələrində parkın yaxınlığında olan zaman polis əməkdşaları mənə yaıxnlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar polis şöbəsinə dəvət etdilər, mən də razılaşıb polis şöbəsinə gəldim. Orada hüquq və vəzifələrim izah edildikdən sonra üzərimə şəxsi axtarış keçirildi və əynimdə olan boz rəngli idman gödəkçəsinin sol iç hissəsindən içində narkotik vasitə marixuana olan sellofanı və digər şəxsi əşyalarımı təqdim etdim. Büküm açıldıqda içində narkotik vasitə marixuana olduğu müəyyən edildi. Üzərimə şəxsi axtarış keçirildi, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. Marixuana sellofanla birlikdə elektron tərəzidə çəkildi və 95 qram olduğu müəyyən edildi. Sorğu zamanı bildirdim ki, həmin narkotik vasitəni Ağdaş rayonu ərazisində yerdən tapmışam. Sonra həmin maddə mənim və digər iştirakçıların yanında zərfə qoyulub möhürləndi, bununla bağlı protokol tərtib edildi. Həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalandı. Bundan başqa, 03 dekabr 2023-cü il tarixdə saat təxminən 01 radoləri olardı ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində idim. Ünvanını bilmədiyim iki mərtəbəli evin qarşısından keçən zaman ev mənim diqqətimi çəkdi. Evin qarşısında dayanıb bir neçə dəqiqə evi kənardan seyr etdim və içərisində saktlik olmasını görüb evdə heç kimin olmadığını fikirləşdim. Həmin evdən oğurluq etməyə qərar verib ətrafa baxdım ki, girən zaman məni görən olmasın. Heç kimin olmadığını dəqiqləşdirib evin pəncərəsinə yaxınlaşdım. Pəncərəni əlim ilə bir neçə dəfə vurub güc tətbiq edərək açdım və evə daxil oldum. Evdə heç kəsin olmadığını gördüm. Üzərimdə olan alışqanın arxasındakı işığı ilə evin otaqlarım axtardım. Belə ki, evdəı olan şkafları açaraq içərisindəki əşyaları axtarıb yerə tökdüm, çarpayının altına baxdım. Siyirməni açdıqda pullar olmasını gördüm və saymadan götürüb cibimə qoydum. Şkafda olan üç ədəd gödəkçəni götürüb qonaq otağına keçdim. Qonaq otağında olan bir ədəd televizoru sökərək yerə qoydum. Evdən başqa qiymətli əşya tapa bilmədim. Televizoru və gödəkçələri götürüb pəncərədən küçəyə çıxardım. Gödəkçələri yolla gələn zaman baxdıqda qadın qış gödəkçələri olmasını və istifadə edə bilməyəməyimi fikirləşib xatırlamadığım yerdə atdım. Mən gödəkçələri özüm üçün götürmüşdüm. Televizoru isə oradan Sabunçu rayonu, Ramana qəsəbəsinə gətirdim. Orada bir yerdə gözləyib havanın işıqlanmasmı gözlədim. Səhər saatlarında Ramana qəsəbəsində Sərdar kimi tanıdığım şəxsin işlədiyi yerə yaxınlaşıb televizoru ona göstərdim və özümə məxsus olmasını bildirib satdığımı dedim. Mən Sərdarı bir neçə ay olar ki, tanıyıram, sonuncuya bir neçə küçələrdən topladığım elektrik naqili və digər əşyalar satmışam. Sərdar pulunun olmadığını bildirib mənə 50 manat pul və bir ədəd “Samsung” markalı telefon verə biləcəyini bildirdi. Mən də razılaşdım və 50 manat pulla telefonu Sərdardan alıb getdim. Əldə etdiyim pulla narkotik vasitə aldım. Telefonu isə istifadə etmək üçün saxladım. Pulumu qutardığı üçün 23 dekabr 2023-cü il tarixdə yenidən oğurluq etmək qərarına gəldim. Həmin tarixdə saat 22-23 radələri olardı ki, Binəqədi rayonu, Çiçək qəsəbəsinə gəldim. Küçə ilə piyada gedirdim. Həmin qəsəbəsində bir mərtəbəli evin qarşısından keçən zaman evin içərisinin işıqlarının yanmadığını gördüm. Dayanıb bir neçə dəqiqə evi seyr etdim. Evin içərisində hərəkət olmadığını gördüm və sakitlik olmasını hiss etdim. Evdə heç kəsin olmadığını fikirləşib ətrafa baxaraq heç kəsin olmadığını görüb daş əeloniarm arxası ilə pəncərəyə yaxınlaşdım. Pəncərə bir qədər hündür olduğu üçün ətrafda olan daşlardan və taxtalar taparaq pəncərinin altına gətirib bir-birlərinin üzərinə qoydum. Saat təxminən 02 radələri olardı ki, sakit şəkildə evin pəncərəsinə qalxıb əlim ilə pəncərəni itələyərək bir neçə dəfə vurduqdan sonra açdım. Pəncərədən içəri daxil oldum. Üzərimdə olan alışqanın arxasındakı işığım yandırıb evdə axtarış apardım. Evin otağında olan termonun içərisində olan əşyaları yoxladıqda bir ədəd telefon və müxtəlif növ qızıl-zinət əşyaları tapdım. Telefonu və qızlları cibimə qoyaraq pəncərədən həyətə çıxdım. Sonra isə daş hasardan küçəyə çıxıb qaçaraq oradan uzaqlaşdım. Yolla gələn zaman mobil telefon ilə müəyyən olunacağımdan qorxaraq telefonu zibil qabına atdım. Yaşadığım evə gəlib yatdım və 24 dekabr 2023-cü il tarixdə saat 12 radələrində yuxudan oyanıb qızılları satmaq üçün Bakı Metropolitenin “Memar Əcəmi” stansiyası yaxınlığında olan “Moskva Univermağı” deşilən qızıl alqı-satqısı yerinə gəldim. İçəri daxil olub piştaxtanın arxasında olan cavan oğlana yaxınlaşıb qızlları cibimdən çıxarıb təqdim etdim. Həmin şəxs qızlları çəkib yoxladı və qiymətləndirdi. Həmin şəxs şəxsiyyət vəsiqəsi istədi, mən də şəxsiyyət vəsiqəmi cibimdən çıxarıb təqdim etdim. Oğlana yalandan bildirdim ki, arvadım xəstə olduğu üçün qızlları satıram. Həmin oğlan şəxsiyyət vəsiqəmin surətini çıxarıb əslini mənə verdi. Mən vəsiqəmin surətinin üzərində qızılların qramını, əyarını və özümə məxsus olmasını qeyd edərək imzaladım. Həmin oğlan pulu mənə verdikdən sonra mən oradan çıxıb getdim. Lakin hazırda qızlların çəkisini, əyarını və nə qədər pul almağımı xatırlamıram. Oradan çıxıb yaşadığım evə qayıtdım. Əldə etdiyim pulla özümə yemək və psixotrop maddə ınetamfetamin aldım. Qalan pulu da saxladım ki, lazım olduqda istifadə edərəm. Sonuncu dəfə oğurluq hadisəsini 25 dekabr 2023-cü il tarixdə etdim. Belə ki, 24 dekabr 2023-cü il tarixdə axşam saatlarında Binəqədi rayonu, Çiçək qəsəbəsində tanışım Elvinə məxsus “VAZ-2104” markalı avtomobilində söhbət edən zaman oğurluq etmək qərarına gəldik. Elvin ilə Çiçək qəsəbəsində küçə ilə avtomobil ilə hərəkət edərək oğurluq etmək üçün kimsəsiz ev axtarırdım. Qəsəbədə təpənin baş hissəsində bir mərtəbəli işıqları yanmayan kiçik ev gördüm. Elvin avtomobili saxladı və bir neçə dəqiqə evi seyr etdik. Evə baxdıqda içərisində yaşayış olmadığı başa düşülürdü. Mən Elvinə oradan oğurluq etməyi dedim. Elvin avtomobili boşluq ərazidə saxladı və avtomobildə daha da gecə olmasını gözlədik. 25 dekabr 2023-cü il tarixdə saat təximən 01:30 dəqiqə olardı ki, ətrafa baxıb heç kəsin olmadığından əmin olub Elvin ilə avtomobildən düşüb evin sağ yan tərəfmə gəldik. Evin arxası və sağ tərəfi açıqlıq idi. Evin sağ tərəfindən olan pəncərinin qarşısına gəldik. Çünki pəncərədən içəri daxil ola biləcəyimizi gördük. Belə ki, digər, yəni qapıdan evə girdmək üçün qapını sındırmalı idi və bu zaman səs-küy yaranardı. Buna görədə pəncərəyə yaxınlaşıb üzərindəki dəmir barmaqlığın nazik dəmirlərini əllərimiz ilə aralayıb bir neçə ədədini sındırdıq və mən pəncərəni əlim ilə itələyib güc tətbiq edərək açdım. Bundan sonra isə pəncərədən içəri evə daxil oldum. Mənim arxamca Elvin də pəncərədən içəri daxil oldu. Üzərimdə olan alışqanın arxasındakı işığı ilə evi axtardıq. Ev tam təmirli deyildi. Evdən bir top elektrik naqili, bir ədəd su matoru, bir ədəd istilik qızdırıcısı, bir ədəd televizor və bir top elektrik naqili tapdıq. Üzərimdə olan cib bıçağını çıxarıb evin içərisində olan, yəni divara çəkilmiş naqillərdən kəsərək topaladım. Mən bir ədəd nasosu, bir top və divardan kəsərək topladığım elektrik naqillərini və bir ədəd istilik cihazını özüm ilə gətirdiyim böyük torbaya qoydum. Elvin isə televizorun üzərini isə evdən tapdığım lazımsız qara rəngli sellofan ilə bağlayaraq bükdü. Bundan sonra torbanı pəncərədən yerə qoydum və həyətə çıxdım. Elvin televizoru pəncərədən mənə verdi və özü də evdən çıxdı. Mən torbanı, Elvin isə televizoru götürüb açıq olan yerdən çıxıb küçəyə gəldik. Elvinin küçədə saxladığı avtomobilin arxa yük yerinə oğurladığımı əşyaları qoyub avtomobilə əyləşdik. Mən əşyaları satmaq üçün Elvinə bildirdim ki, Sərdarın işlədiyi yerə gedək. Elvin avtomobili idarə etdi və biz Ramana qəsəbəsinə gəldik. Gecə olduğu üçün actomobildə gözlədik və hava işıqlandıqda, yəni saat təxminən 10-11 radələri olardı ki, avtomobildən Elvin ilə düşüb oğurladığımız əşyalardan bir ədəd su matorunu və bir ədəd televizoru götürüb Sərdarın işlədiyi yerə yaxınlaşdıq. Elvin isə avtomobilin yanında məni gözlədi. Mən yenədə Sərdara həmin əşyaların özümə məxsus olmasım, yəni onun inanması üçün evimin əşyaları olduğunu və arvadımın əməliyyat olunması ilə əlaqədar olaraq satdığımı bildirdim. Sərdar həmin əşyalara baxıb mənə 400 manat verə biləcəyini bildirdi. Mən də razılaşdım. Sərdar məndən şəxsiyyət vəsiqəmi istədi. Mən də ona şəxsiyyət vəsiqəmi verdim. Sərdar şəxsiyyət vəsiqəmin surətini çıxarıb əslini mənə qaytardı. Mən vəsiqəmin surətinin üzərində satdığım əşyaların adını və özümə məxsus olmasını qeyd edərək imzaladım. Bundan sonra oradan çıxıb Elvinin avtomobilinə gəldim və ona 400 manata satdığımı dedim. Elvinə 200 manat verdim, 200 manat da özümə götürdüm. Bundan sonra Elvin ilə razılaşdıq ki, həmin əşyaları '•Rus” deyilən bazara aparıb sataq. Elvin avtomobili idarə edib Sabunçu rayonu ərazisində olan “Rus” bazarına gəldik. Bazarın metal qəbulu satılan yerə gəldikdə Elvin avtomobili saxladı və biz onunla avtomobilin yük yerindən bir ədəd istilik qızdırıcısım və elektrik naqillərini düşürüb oradan işləyən tanımadığım şəxsə yaxınlaşdıq. Həmin şəxs elektrik naqilini çəkdi və istilik qızdırıcısında yararsız metal kimi aldığını bildirdi. Həmin şəxs 75 manat təklif etdi. Mən də razılaşdım və pulu aldım. Şəxsiyyət vəsiqəmi həmin şəxsə verdim, o da fotoşəkilini çəkib özümə qaytardı. Bundan sonra isə Elvin ilə avtomobilə qayıtdıq. Avtomobildə Elvinə 25 manat pul verdim və qalan 50 manatı da özümə götürdüm. Bundan sonra Elvin məni xatırlamadığım yerdə düşüb getdi. Əldə etdiyim pula narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aldım. Bundan sonra bir daha Elvini görmədim və heç bir cinayət hadisəsi törətməmişəm. Üzərimdən aşkar olunmuş üzərimdən 07 ədəd bükümdə 2,027 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 2,395 qram psixotrop maddə metamfetamin oğurladığım əşyaları sataraq əldə etdiyim pulla almışam. Belə kil, təxminən 2- 3 gün əvvəl Hüseyn ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq narkotik maddə istədim. Hüseyn də gözləməyimi bildirdi. Həmin günü Hüseyn mənə Sabunçu rayonu Maştağa qəsəbəsinə getməyimi bildirdi. Mən də onun deməsi əsasında Maştağa qəsəbəsinə gəldim. Hüseyn mənə narkotik maddələrin qoyulduğu yerin fotoşəkilini atdı və mən onun bildirdiyi kordinatlar əsasında həmin yeri tapıb yerdən bir ədəd büküm götürdüm. Hüseynə bükümü götürdüyümü bildirdim. O, mənə dedi ki, bükümdə 8 ədəd büküm vardır, 07 ədəd bükümdə heroin, 01 ədəd bükümdə isə metamfetamin vardır. Hüseyn bunun qarşılığında ona 560 manat ödəcəyimi və əvvəldən 140 manat borvum olduğu üçün 700 manat verəcəyimi dedi. Mən də razılaşdım və ödəyəcəyimə söz verdim. Bundan sonradan bükümü şalvarımın cibinə qoyaraq oradan uzaqlaşdım. Narkotik vasitə heroindən vaxt aşırı istifadə etdim, lakin sata bilmədim. Belə ki, müştəri tapa bilmədim. 26 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərinə gəldim ki, narkotik vasitə və psixotrop maddəm orada müştəri tapıb satım. Saat təxminən 23:10 dəqiqə olardı ki, “Kristal Abşerin 1” deyilən binaların həyətində olan zaman iki nəfər şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərib Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları olmasını bildirdilər. Polis əməkdaşları məni sorğu-sual etdilər. Mən özümü təqdim etdim. Polis əməkdaşı mənə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evdən oğurluq etməkdə şübhəli olmağımı bildirib onlarla 40- cı PB-nə getməli olduğumu bildirdilər. Mənə məlum oldu ki, oğurluq etməyim bilinib. Üzərimdə narkotik vasitə və psixotrop maddə olmağımı bildirməyib onlara etiraz etmədən razılaşdım və məni 40-cı PB-nə gətirdilər. Bölməyə daxil olduqda polis əmkdaşının birinə qorxaraq üzərimdə narkotik maddələr olmasını bildirdim. Polis bölməsində xidməti otaqların birində mənə üzərimdə şəxsi axtarış aparılacağı bildirilərək vəkil dəvət olundu, mənə hüquq və vəzifələrim izah edildi. Mən ərizə ilə müraciət edərək şəxsi axtarışda vəkilinm iştirakından imtina etdim. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərimdə şəxsi axtarış aparıldı. Mənə üzərimdə qanunsuz əşya olub- olmaması barədə sual verildi və olduğu halda təqdim etməyim təklif olundu. Mən də əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, sol cibimdən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzarina qoydum. Bundan başqa üzərimdə daha hansı əşyaların.olması bildirdildi, mən də üzərimdə başqa əşya olmadığını dedim. Üzərim polis əməkdaşı tərəfindən axtarıldı, lakin heç bir əşya müəyyən olunmadı. Üzərimdən aşkar edilmiş bir ədəd büküm polis əməkdaşı tərəfindən açıldı və bükümün içərisindən ümumilikdə 08 ədəd xırda-xırda bükümülər aşkar olundu. Bir ədəd bükümdə kristal şəkilli, digər 07 ədəd bükümlərdə isə qəhvəyi rəngli maddə olması göründü. Mənə həmin bükümlərdə olan maddələrin nə olması və haradan əldə etməsi barədə sual verildi, mən də dedim ki, 07 ədəd bükümlərdə olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir, bir ədəd şəffaf rəngli sellofan bükümdə olan kristal şəkilli maddə isə metamfetamindir. bükümləri təxminən 2-3 gün əvvəl özünü İran İslam Respublikasının vətəndaşı Hüseyn kimi təqdim edən şəxslə əlaqə saxlayıb istəmişəm, sonuncunun deməsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən götürmüşəm, 560 manata ödəməliyəm, lakin pulunu ödəməmişəm və istifadə etmək üçün üzərimdə gəzdirmişəm. Bundan sonra mənə Sulutəpə qəsəbəsində hansı cinayət hadisəsi törətməsi barədə sual verildi mən də 03 dekabr 2023-cü il tarixdə axşam saatlarında Sulutəpədə yerləşən fərdi evinə daxil olaraq oradan bir ədəd televizor, 3 ədəd qış gödəkçəsi və miqdarını xatırlamadığım pul vəsaitini götürməyimi, oğurladığım televizoru Sərdar adlı şəxsə Ramana qəsəbəsində görüşüb bir ədəd “Samsung” markalı mobil telefon və 50 manat pul qarşılığında satmağımı, qış gödəkçəsi qadına aid olduğu üçün atdığımı, pulları isə şəxsi istifadəm üçün xərclədiyimi bildirdim. Üzərimdən aşkar edilmiş bükümlər elektron tərəzi ilə çəkildi və çəkisi 5.85 qram oldu. Üzərimdən aşkar edilmiş psixotrop maddə və narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürləndi. Bu barədə protokol tərtib olundu, protokol cadan oxundu, doğruluğunu mən və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etdik”. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanımır. 2023-cü ilin dekabr ayında Çiçək qəsəbəsində yerləşən evindən oğurluq olmuşdu. Həmin tarixdə o, həyat yoldaşı ilə birlikdə qızıgildə qonaqlıqda olmuşlar. Gecəni də orada qalmışlar. Səhəri gün öz evlərinə qayıtmışlar. O, evin həyət qapısını açarla açıb həyətə daxil olmuşlar. Sonra isə evin qapısını açıb içəri daxil olmuşlar. Onlar içəri daxil olduqda evdə olan əşyalarının dağınıq olmasını görmüşlər. Evdə olan əşyaları yoxladıqda yataq otağında olan termonun içərisindən ona məxsus dəyəri 3000 manat olan qızıl zinət əşyalarının oğurlandığını görmüşdür. Bundan sonra dərhal 102 qaynar xəttinə zəng vurmuşdur. Ona dəymiş zərər ödənilməyib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, ünvan 4 ünvanda qeydiyyatda olsa da təxminən 15-20 il olar ki, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayıram. Yaşadığım ev bir mərtəbəlidir və dörd otaqdan ibarətdir. Yaşadığım evin həyəti vardır və dörd bir tərəfdən daş hasar çəkilmişdir. Evimin pəncərələrinin üzərində dəmir barmaqlıqları yoxdur. 23 dekabr 2023-cü il tarixdə saat təxminən 15 radələri olardı ki, arvadım ilə qızımın yaşadığı evə qonaq getdik. Evdən çıxan zaman evin və həyət qapısını bağladıq. Mən arvadım ilə bir gün qızımgildə qaldıq və 24 dekabr 2023-cü il tarixdə saat təxminən 23 radələri olardı ki, arvadım ilə öz evimizə qayıtdıq. Mən evin həyət qapısını açarla açdım və həyətə daxil olduq. Sonra isə evin qapısım açıb içəri daxil olduq. İçəri daxil olduqda evdə olan əşyalarımızın dağınıq olmasını gördüm. Belə ki, evdə olan əşyalarımız axtarılmışdı və dağıdılaraq yerə tökülmüşdü. Mən evə nəzər saldıqda qonaq otağının pəncərəsinin açıq olmasım gördüm. Belə ki, pəncərəyə müdaxilə olunmuşdu, çünki pəncərənin plastikdən sonra materialı əzilmişdi. Bundan sonra mənə məlum oldu ki. evdə olmadığımız müddətdə evə kənar şəxs daxil olmuşdur. Evdə olan əşyalarımızı yoxladıqda yataq otağında olan termonun içərisindən mənə məxsus dəyəri 3000 manat olan qızıl zinət əşyalarının və bir ədəd 300 manat dəyərində “Redmi” markalı telefonun oğurlanmasını aşkar etdim. Mən mobil telefonum ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığım evin qarşısma Binəqədi RPİ-nin və 40-cı Polis Bölməsinin əməkdaşları gəldilər. Mən ərizə ilə müraciət etdim. Polis əməkdaşı hadisə yerinə baxış keçirib fotoşəkillər çəkdi. 2023-cü ilin dekabr ayında evimdən baş vermiş oğurluq zamanı 1,93 qram 01 ədəd 585 əyarlı qızıl gözmuncuğu, 01 ədəd 583 əyarlı qızıl klon və üzərində 01 ədəd göy rəngli bəzək daşları olmaqla çəkisi 4 qram, 01 ədəd 585 əyarlı qızıl alyans üzük və üzərində 5 ədəd silikon qaş olmaqla, çəkisi 5,8 qram, 01 ədəd 583 əyarlı qızııl fantaziya üzük çəkisi 4,9 qram, 02 ədəd gümüş boyunbağı və 01 ədəd gümüş klon 18,1 qram olmaqla 925 əyarlı idi. Qızıl-zinyət əşyalarının ayrı-ayrılıqda qiymətlərini deyə bilmərəm, ümumilikdə dəyəri 3000 manat təşkil edirdi. Markası və İMEİ kodu mənə məlum olmayan mobil telefonun dəyəri 300 manat, üzərində olan xatırlamadığım GSM nömrəsinin dəyəri 5 manat idi. Mənə oğurluq nəticəsində ümumilikdə 3305 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır. 2023-cü ilin dekabr ayında Sulutəpə qəsəbəsində yerləşən evindən oğurluq olmuşdu. Ailəsiylə birlikdə Şamaxı rayonuna getmişdilər. Evlərinə qayıtdıqda televizor və yoldaşına məxsus aptı dəst paltarların oğurlandığını görüb Daxili İşlər Nazirliyiynin 102 qaynar xəttinə zəng vurub, şikayət etmişdir. Sonra polis əməkdaşları onun televizorunu tapıb geri qaytardılar. Evindən təqsirləndirilən şəxs Anar oğurluq edib. Hadisə kameralara düşüb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə saat təxminən 07:45 radələri olardı ki, ailəmlə birlikdə Şamaxı rayonuna getdik. 04 dekabr 2023-cü il tarixdə saat təxminən 10 radələri olardı ki, öz evimizə qayıtdıq. Mən evin həyət qapısını açarla açdım və həyətə daxil olduq. Evə daxil olduqda pəncərənin açıq vəziyyətdə olduğunu və otaqlarda vəziyyətin dağınıq olduğunu gördüm. Belə ki, evdə olan əşyalarımız axtarılmışdı və dağıdılaraq yerə tökülmüşdü. Mən evə nəzər saldıqda qonaq otağının pəncərəsinin açıq olmasını gördüm. Bundan sonra mənə məlum oldu ki, evdə olmadığımız müddətdə evə kənar şəxs daxil olmuşdur. Evdə olan əşyalarımızı yoxladıqda 700 manat dəyərində 01 ədəd Samsung markalı televizorun, 300 manat dəyərində 03 ədəd qadın gödəkçəsinin və 500 manat nağd pulun oğurlanmasını aşkar etdim. Mən mobil telefonum ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığım evin qarşısına Binəqədi RPİ-nin və 40-cı Polis Bölməsinin əməkdaşları gəldilər. Mən ərizə ilə müraciət etdim. Polis əməkdaşı hadisə yerinə baxış keçirib fotoşəkillər çəkdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatdadır və orada yaşayıram. Əvvəllər Bakı şəhərində yaşamışam və Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində evim vardır. Lakin sonradan Beyləqan rayonuna köçmüşəm. Çiçək qəsəbəsində olan evim bir mərtəbəlidir. Həmin evimin bir otağının alt hissəsi zirzəmisi vardır və evin həyətyanı sahəsinin bir hissəsinə daş hasar çəkilmişdir, bir hissəsi isə açıqdır. Evin həyətyanı sahəsinin daş hasarının təxminən hündürlüyü təxminən üç metr olar. Evin ətrafında yaşayış evləri vardır. Evin həyətində və içərisində müşahidə kameraları yoxdur. Evin pəncərələri plastikdəndir və üzərində dəmir barmaqlıqları vardır. Evim tam təmirli deyil, belə ki, yalnız içərisində yüngül kosmetik işlər qalmışdır. Evdə yaşayış olmasa da mütəmadi olaraq evə gedib-gəlirdim və nəzarət edirdim. Evdə mənə məxsus lazimi və dəyərli əşyalarım vardır. Yay aylarında evə tez-tez gedirdim, qış aylarında isə nisbətən gec gedirdim. Sonuncu dəfə həmin evimdə 2023-cü ilin noyabr ayının axlrlarında olmuşam. Həmin vaxtda evdə heç bir problem aşkar etməmişəm. Evin qapı və pəncərələri daima bağlı olmuşdur. 26 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhərinə gəldim ki, evimə nəzarət edim. Evin qarşısına çatdıqda gördüm ki, evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı sındırılmışdır. Bundan sonra mənə məlum oldu ki, evdə olmadığım müddətdə evə kənar şəxslər daxil olmuşdur. Mən evə daxil olmamış mobil telefonum ilə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdim və gözlədim. Bir neçə dəqiqə sonra yaşadığım evin qarşısına Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları gəldilər. Mən polis əməkdaşları ilə qapını açıb içəri evə daxil olduq. Evə daxil olduqda gördüm ki, evin içərisində olan əşyalarım axtarılmış və dağıdılmışdır. Polis əməkdaşları evə baxış keçirib fotoşəkillər çəkdilər. Mən evdə olan əşyalarımı yoxladıqda aşkar etdim ki, evin qonaq otağında olan bir ədəd 200 manat dəyərində “Güvən” markalı 32 litirlik su qızdırıcı istilik cihazı, bir ədəd 120 manat dəyərində “Marqus” markalı göy rəngli gidrafor ilə birlikdə su matoru, yaşadığım evə çəkilmiş 6 top 300 manat dəyərində 4-lük elektrik naqili sökülmüş və bir ədəd 800 manat dəyərində “LG” markalı 107 diaqonallı televizor oğurlanmışdır. Polis əməkdaşları məni 40-cı Polis Bölməsinə dəvət etdilər, lakin mən səhəttim ilə əlaqədar olaraq növbəti gün gedəcəyimi bildirdim. Buna görədə 27 dekabr 2023-cü il tarixdə 40-cı Polis bölməsinə gedərək qısa formada ərizə ilə müraciət etdim ki, evimdən oğurluq olmuşdur. Bundan sonra evə qayıtdım. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs xatırlamır. O, Binəqədi rayonu, Müşviqabad qəsəbəsində metal qəbulu ilə məşğul olur. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlamır. Təqsirləndirilən şəxsdən su nasosu almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəmi təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, Binəqədi rayonu, Müşviqabad qəsəbəsində metal qəbulu ilə məşğul oluram. 25 dekabr 2023-cü il tarixdə saat 11-12 radələrində iş yerində olduqda 2 nəfər tanımadığım şəxs gələrək onlarda özlərinə məxsus su nasosu və gidrafor olduğunu bildirib satmaq istədiklərini dedilər. Mən həmin şəxslərdən satılacaq əşyaların konkret kimə məxsus olduğunu soruşdum. Onlardan biri deid ki, əşyalar mənə məxsusdur. Mən əşyalar baxdıqda gördüm ki, “Marquis” markalı su nasosu və gidrafordur. Mən həmin əşyalara görə 10 manat pul verə biləcəyimi dedim. Həmin şəxs dedi ki, 2 nəfərik heç olmasa 20 manat pul ver ki, adama 10 manat pul olsun. Mən bildirdim ki, 20 manat yox, 15 manat pul verə bilərəm. Biz aramızda 15 manata razılaşdıq və mən həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etdim. Həmin şəxs mənə şəxsiyyət vəsiqəsini verdi və mən həmin şəxsin Təqsirləndirilən şəxs Eldəniz olduğunu, vəsiqədəki şəkil ilə şəxsiyyət vəsiqəsinin həqiqətən həmin şəxsə aid olduğunu müəyyən etdim. Mən metal qəbulu ilə bağlı kitabçamda həmin şəxsin anket məlumatları, şəxsiyyət vəsiqəsinin nömrəsi, eləcə də aldığım 01 ədəd su nasosu və 01 ədəd gidrafor barədə məlumatları qeyd etdim. Bundan sonra mən Anara 15 manat pul verdim və o çıxıb getdi. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs3 Qüdrət oğlunun evindən oğurluq etməsi və həmin şəxsin Xırdalan şəhəri, “Kristal Abşeron 1” ünvanının yaxmlığında olması ilə bağlı məlumat daxil olmuşdu. Məlumat rəhbərliyə məruzə edildi və bundan sonra Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru Şahid2la birlikdə Xırdalan şəhəri, “Kristal Abşeron 1” ünvanına getdilər və həmin gün qeyd olunan ünvanın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq 40-cı PB-yə gətirildi. PB-yə gətirildikdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdi. PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə tərəfimizdən şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddələri təxminən 2-3 gün əvvəl İran vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını, buna görə 560 manat pul ödəyəcəyini, lakin hələ ödəmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsində oğurluq törətməsi ilə bağlı sual verildikdə Anar 03 dekabr 2023-cü il tarixdə Sulutəpədə yerləşən fərdi evdən 01 ədəd televizor və miqdarım xatırlamadığı pul vəsaiti oğurladığını bildirdi. Anar televizor oğurlamışdı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs3 Qüdrət oğlunun evindən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur və həmin şəxs Xırdalan şəhəri, “Kristal Abşeron 1” ünvanının yaxmlığındadır. Məlumat rəhbərliyə məruzə edildi və bundan sonra Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru Şahid2la birlikdə Xırdalan şəhəri, “Kristal Abşeron 1” ünvanına getdik və həmin gün saat 23:10-da qeyd olunan ünvanın yaxınlığında Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılaraq 40-cı PB-yə gətirildi və PB-yə gətirildikdə üzərində narkotik vasitə olduğunu bildirdi. PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edildi. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirdi və bununla bağlı ərizə yazdı. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə tərəfimizdən şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirildi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aparatını və həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoydu və bildirdi ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan büküm açıldıqda içərisində 08 ədəd bükümlər olduğu müəyyən edildi. Həmin 08 ədəd büküm açıldıqda 01 ədəd bükümün içində ağ rəngli, kristalşəkilli maddə, 07 ədəd bükümün içində isə qəhvəyi rəngli maddənin olunduğu aşkar edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərmə şəxsi axtarış keçirildi, lakin heç bir əşya yaxud predmet aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilən 01 ədəd bükümün içində olan maddənin psixotrop maddə metamfetamin, 07 ədəd bükümün içində olan maddənin isə narkotik vasitə heroin olduğunu, həmin maddələri təxminən 2-3 gün əvvəl İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim edən şəxsdən öz istifadəsi üçün aldığını, buna görə 560 manat pul ödəyəcəyini, lakin hələ ödəmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsində oğurluq törətməsi ilə bağlı sual verildikdə Anar 03 dekabr 2023-cü il tarixdə Sulutəpədə yerləşən fərdi evdən 01 ədəd televizor, 03 ədəd qış gödəkçəsi və miqdarım xatırlamadığı pul vəsaiti oğurladığını, televizoru Sərdar adlı tanışına verib əvəzində 01 ədəd “Samsung” markalı mobil telefon və 50 manat pul aldığını bildirmişdir. Daha sonra aşkar edilən 08 ədəd büküm birlikdə elektron tərəziyə qoyuldu və çəkiləri müəyyən edildi. Bundan sonra aşkar edilən 08 ədəd büküm boş zərfə qoyularaq möhürləndi. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edildi və həmin protokol ucadan oxundu, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalandı. Şahid X12 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Moskva univermağında qızıl alqı-satqısı ilə məşğul olan mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs bir il əvvəl ona qızıl-zinyət əşyaları satmışdı. O, həmin qızılzinyət əşyalarına görə Təqsirləndirilən şəxs 1100 manat pul vermişdir. Qızıl-zinyət əşyaları satarkən Anar xəstəsinin olduğunu və həmin əşyaların ailə üzvlərinə məxsus olduğunu bildirdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X12 ibtidai istintaq zamanı göstərmişdir ki, təxminən 1 ildir ki, “Moskva univermağında qızıl alqı-satqısı ilə məşğul olan mağazada satıcı işləyirəm. 24 dekabr 2023-cü il tarixdə işdə olan zaman arıq bədən quruluşlu, təxminən 40-42 yaşlarında bir oğlan vitrinə yaxınlaşdı və qızıl-zinyət əşyalarının qiyməti ilə maraqlandı. Mən həmin şəxsə bu barədə məlumat verdikdən sonra həmin şəxs mənə ailəsinə məxsus qızıl-zinyət əşyalarım satmaq istədiyini bildirdi və 01 ədəd qızıl gözmuncuğu. 01 ədəd göy rəngli qaşları olan qızıl klonu, 02 ədəd qızıl üzüyü və 02 ədəd gümüş boyunbağı və 01 ədəd gümüş klonu mənə göstərdi. Mən bildirdim ki, qızıl alqısatqısı ilə məşğul oluruq, lakin gümüş almaq sərfəli olmadığı üçün gümüş almırıq. Həmin şəxs mənə bildirdi ki, evində xəstə var, vaxt itirməmək üçün gümüş üzükləri və klonu bazar qiymətindən də ucuz satmağa razıdır. Mən razılaşdım və həmin şəxsin təqdim etdiyi qızılzinyət əşyalarını yoxladım və tərəzidə çəkdim. Belə ki, 01 ədəd qızıl gözmuncuğu 585 əyarlı olmaqla, çəkisi 1,93 qram, 01 ədəd qızıl klon 583 əyarlı və üzərində 01 ədəd göy rəngli bəzək daşlan olmaqla çəkisi 4 qram, 01 ədəd qızıl alyans (el arasında boçka üzük də deyilir) üzük 585 əyarlı və üzərində 5 ədəd silikon qaş olmaqla, çəkisi 5,8 qram, 01 ədəd qızıl fantaziya üzük 583 əyarlı olmaqla çəkisi 4,9 qram, 02 ədəd gümüş boyunbağı və 01 ədəd gümüş klon 18,1 qram olmaqla 925 əyarlı idi. Mən ümumilikdə həmin qızıl-zinyət əşyalarına görə 1050 manat pul təklif etdim, lakin həmin şəxs bildirdi ki, qızılın gündəlik qiymətinə görə 1200 manata satır. Biz aramızda 1100 manata razılaşdıq və mən həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etdim. Həmin şəxs mənə şəxsiyyət vəsiqəsini verdi və mən həmin şəxsin Təqsirləndirilən şəxs Eldəniz olduğunu, vəsiqədəki şəkil ilə şəxsiyyət vəsiqəsinin həqiqətən həmin şəxsə aid olduğunu müəyyən etdim və bundan sonra “qızıl- brilyantların alqı-satqı kitabf’nda həmin şəxsin anket məlumatları, telefon nömrəsi, eləcə də aldığım qızıl-zinyət əşyaları barədə məlumatları qeyd etdim. Kitabda qızıl-zinyət əşyalarının özünə məxsus olması barədə qeyd hissədə Təqsirləndirilən şəxs müvafiq qrafam imzaladı və qızıl-zinyət əşyalarının özünə məxsus olmasını təsdiq etdi. Bundan sonra mən Təqsirləndirilən şəxs 1100 manat pul verdim və o çıxıb getdim. Həmin günün sonunda gün ərzində aldığım qızılzinyət əşyalarını lom kimi satdım. Belə ki, hər gün qızıl-zinyət əşyalarının əridilməsi ilə məşğul olan şəxslər gəlib gün ərzində aldığımız qızıl-zinyət əşyalarını bizdən alırlar. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, xidmət etdiyi ərazidə yaşayırdı. Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs3 Qüdrət oğlunun evindən oğurluq etməsi və həmin şəxsin Xırdalan şəhəri, “Kristal Abşeron 1” ünvanının yaxmlığında olması ilə bağlı məlumat daxil olmuşdu. Təqsirləndirilən şəxs Xırdalan şəhəri, “Kristal Abşeron 1” ünvanı yaxınlığında saxlayıb 40-cı PB-yə aparmışlar. Bölmənin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddələri iki-üç gün əvvəl İran vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsində oğurluq törətməsi ilə bağlı sual verildikdə Anar 03 dekabr 2023-cü il tarixdə Sulutəpədə yerləşən fərdi evdən 01 ədəd televizor və miqdarını xatırlamadığı pul vəsaiti oğurladığını bildirdi. Anarın üzərindən narkotik vasitə aşkar olundu. Anarın axırıncı dəfə oğurluq etməsi kameraya düşmüşdü. Anara heç bir zor tətbiq edilməyib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid7 ilə birlikdə Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən S.Vurğun parkın yaxınlığında Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirildi. PBnin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edildi. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirdi. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə tərəfimizdən şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd siqaret qutusunu, digər əşyaları, əynindəki qara rəngli gödəkçənin sol iç hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixunan olan 01 ədəd ağ rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Büküm açıldıqda i ində yaşıl rəngli, kəskin iyə malik kütlə aşkar edilmişdir. Həmin kütlə sellofanla birlikdə 95 qram olmuşdur. Daha soma Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, lakin heç bir əşya yaxud predmet aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilən maddənin narkotik vasitə qurudulmuş marixunan olduğunu, 2023- cü ilin avqust ayında Bakı şəhərindən gələrkən Ağdaş rayonu ərazisində yolun kənarında tapdığını bildirmişdir. Bundan sonra aşkar edilən 01 ədəd büküm boş zərfə qoyularaq Dinin 76 №-li möhürü ilə möhürlənmiş. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edildi və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyıram. Belə ki, 10 il əvvəl Mingəçevir şəhərində yaşayan əmim Asimin evində qonaq olan zaman qonşusu Təqsirləndirilən şəxsla tanış oldum və aramızda dostluq münasibətləri yaranmışdır. Sonradan Anarla dəfələrlə həm Mingəçevir, həm də Bakı şəhərində görüşmüşük. 2023-cü ilin dekabr ayının dəqiq xatırlamadığım tarixində Anarla Sulutəpə qəsəbəsində görüşdük və söhbət əsnasında Anara dedim ki, evdə televizor xarab olub. Bu vaxt Anar dedi ki, onsuz da biz evdə olan televizordan istifadə etmirik, gəl həmin televizoru verim sənə, sən də öz mobil telefonunu ver mənə. Mən razılaşdım və biz birlikdə Anarm Sulutəpə qəsəbəsində yerləşən evinə getdik. Anar evə daxil oldu və mən həmin vaxt taksi fəaliyyəti ilə məşğul olduğum, “BOLT" şirkətinə məxsus KİA RİO markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobildə Anarı gözlədim. Təxminən 5-6 dəqiqə sonra Anar televizorla mənə yaxınlaşdı. Mən baxıdm ki, Samsung markalı qara rəngli televizordur və naqilləri də üzərindədir. Mən televizoru götürüb avtomobilimə qoydum və özümə məxsus “Samsung Galaxy A02” markalı, qara rəngli mobil telefonumun üzərind olan GSM nömrəsini çıxarıb Anara verdim. Bundan sonra Anara mobil telefonu götürüb evə getdi, mən də həmin televizoru götürüb Suraxanı rayonu, Ramana qəsəbəsində kirayə yaşadığım evə apardım və həmin vaxtdan bu günədək qeyd olunan televizoru öz evimdə işlədirəm. Qeyd olunan televizoru sizə təqdim edə bilərəm. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: 24 oktyabr 2023-cü tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat ll:20-də Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhər Polis şöbəsinin inzibati binasında şöbənin əməkdaşları tərəfindən videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan boz rəngli idman gödəkçəsinin sol iç hissəsindən 01 ədəd ağ rəngli polietilen torbada yaşıl rəngli, bitki şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülməsi, zərfdə qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi müəyyən edilmişdir. 25 oktyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 1 l:20-də Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhər Polis şöbəsinin inzibati binasında şöbənin əməkdaşları tərəfindən videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan boz rəngli idman gödəkçəsinin sol iç hissəsindən 01 ədəd ağ rəngli polietilen torbada yaşıl rəngli, bitki şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülməsi, zərfdə qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 17/765 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs olunun üzərinə şəxsi axtarış keçirilib aşkar olundu...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli polietilen torbada, təmiz çəkisi-87,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) daxildir. 27 dekabr 2023-cü tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:40-da Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında bölmənin əməkdaşları tərəfindən videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki tünd yaşıl rəngli gödəkçənin göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aparatını və həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülməsi, 01 ədəd şəffaf rəngli büküm açıldıqda içərisində 08 ədəd bükümlər olduğu, həmin 08 ədəd büküm açıldıqda 1 ədəd bükümün içində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə, 07 ədəd bükümün içində isə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülməsi, zərfdə qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi, sorğu zamanı aşkar edilən 01 ədəd bükümün içində olan maddənin psixotrop maddə metamfetamin, 07 ədəd bükümün içində olan maddənin isə narkotik vasitə heroin olduğunu, həmin maddələri təxminən 2-3 gün əvvəl İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim edən şəxsdən öz istifadəsi üçün aldığını, buna görə 560 manat pul ödəyəcəyini, lakin hələ ödəmədiyini, bundan başqa, Sulutəpə qəsəbəsində fərdi evlərdən birindən oğurluq etdiyini bildirdiyi müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 27 dekabr 2023-cü il tarixli, 3-16-16/1 -6/6560 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №234” dairəvi möhür əksləri olan, “...imza” 3) Təqsirləndirilən şəxs...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 7 (yeddi) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,578 qram, 0,240 qram, 0,246 qram, 0,299 qram, 0,271 qram, 0,202 qram, 0,191 qram, ümumi təmiz çəkisi 2,027 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi ,395 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, baxış üçün ona təqdim olunan 01 ədəd "Marquis” markalı su nasosu və 01 ədəd “Marquis” markalı gidrafor özünə məxsusdur, yaşadığı evdən oğurlanmışdır. Əlavə məhkəmə-kimyəvi ekspertizasının 16 fevral 2024-cü il tarixli, 3-16-16/1-6/310 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində •...imza” 3) Təqsirləndirilən şəxs...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərl'dəki 7 (yeddi) ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,528 qram, 0,190 qram, 0,106 qram, 0.249 qram, 0,221 qram, 0,152 qram, 0,141 qram, ümumi təmiz çəkisi 1,677 qram olan heroin xairi əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024- cü il tarixli, 135 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 aprel 2024-cü il tarixli, 3-16-16/1-9/1456 №-li rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Marquis” markalı MKP70-1 S/N modelli, 550 W su nasosun (gidrafor ilə birlikdə) istifadədə olması nəzərə alnımaqla 2023-cü ilin dekabr ayına olan tarixə orta bazar qiyməti təxminən 100,00 manat müəyyən edilir. O cümlədən: 01 ədəd “Marquis” markalı MKP70-1 S/N modelli, 550 W su nasosu 80,0 manat, 01 ədəd “Marquis” markalı gidrafor 20,0 manat. 12 may 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:40-da Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında bölmənin əməkdaşları tərəfindən videoçəkiiişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki tünd yaşıl rəngli gödəkçənin göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aparatım və həmin şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülməsi, 01 ədəd şəffaf rəngli büküm açıldıqda içərisində 08 ədəd bükümlər olduğu, həmin 08 ədəd büküm açıldıqda 1 ədəd bükümün içində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə, 07 ədəd bükümün içində isə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülməsi, zərfdə qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi, sorğu zamanı aşkar edilən 01 ədəd bükümün içində olan maddənin psixotrop maddə metamfetamin, 07 ədəd bükümün içində olan maddənin isə narkotik vasitə heroin olduğunu, həmin maddələri təxminən 2-3 gün əvvəl İran İslam Respublikası vətəndaşı Hüseyn kimi təqdim edən şəxsdən öz istifadəsi üçün aldığını, buna görə 560 manat pul ödəyəcəyini, lakin hələ ödəmədiyini, bundan başqa, Sulutəpə qəsəbəsində fərdi evlərdən birindən oğurluq etdiyini bildirdiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 bildirmişdir ki, baxış üçün ona təqdim olunan 01 ədəd “Samsung” markalı televizor özünə məxsusdur, yaşadığı evdən oğurlanmışdır. Əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 iyun 2024- eü ii tarixli, 3-16-16/1- 9/4239/2024 rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, UE32N5300AU modelli televizorun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti 180,00 manat müəyyən olunur. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq 2,345 qram psixotrop maddə metamfetamin, 1,327 qram narkotik vasitə heroin, 87,17 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən Mingəçevir ŞPŞ-də və Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişlərin olduğu 02 ədəd DVD formatlı disk, 01 ədəd “Marquis” markalı MKP70-1 S/N modelli, 550 W su nasosu, 01 ədəd “Marquis” markalı gidrafor və 01 ədəd “Samsung” markalı, UE32N5300AU modelli televizor xx.xx.2024-cü il tarixli qərarla maddi sübut qismində tanınmış və 2,345 qram psixotrop maddə metamfetamin, 1,327 qram narkotik vasitə heroin, 87,17 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 02 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmiş və 01 ədəd “Marquis” markalı MKP70-1 S/N modelli, 550 W su nasosu, 01 ədəd “Marquis” markalı gidrafor və 01 ədəd “Samsung” markalı, UE32N5300AU modelli televizor cinayət işi materialları ilə tanışetmə mərhələsindən sonra sahiblərinə qaytarılmışdır. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə qismən təqsirli bilərək, ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan oğurluq əməllərini ehtiyacı olduğundan törətdiyini, 24 dekabr və 25 dekabr tarixlərində Bakı şəhərində olmadığını, Mingəçevir şəhərində işdə olduğunu, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını, narkotik vasitələrin aludəçisi olduğunu və yalnız şəxsi istehlak məqsədi ilə əldə etdiyini, ittihamda Binəqədi rayonu ərazisində saxlanıldığı göstərilən tarixdə, yəni 24 dekabr Mingəçevir şəhərində “Azəriqaz” X7 X17 İdarəsinin Mingəçevir Xidmət Sahəsində işdə olduğunu göstərdi. . Həmin xüsusatların həqiqiliyini yoxlamaq məqsədi ilə məhkəmə tərəfindən “Azəriqaz” X7 X17 İdarəsinin Mingəçevir Xidmət Sahəsinə sorğu ünvanlanmış və həmin sorğuya cavab olaraq göndərilmiş 14-2-211/2-329/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 03 dekabr 2023-cü il, 24 dekabr 2023-cü il və 25 dekabr 2023-cü il tarixlərdə işdə olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, şahidlər Şahid1, Şahid2, X13, Şahid4 və Şahid5 ifadələri, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolları, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi protokolları, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, Məhkəmə-bioloji ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 17/765 №-li, məhkəmə- kimyəvi ekspertizası mərkəzinin 27 dekabr 2023-cü il tarixli, 3-16-16/1-6/6560 №-li və 16 fevral 2024-cü il tarixli 3-16-16/1-6/310 №-li, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1456 №-li və xx.xx.2024-cü il tarixli, 9/4239 №-li rəyləri, xx.xx.2024-cü il tarixli qərarla tanınımış maddi subutlarla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizası üzrə xx.xx.2024- cü il tarixli 135 №-li rəyi və işin faktiki halları ilə sübuta yetirildi. Məhkəmə, ittihamı təsdiq edən yuxarıda təsvir olunan sübutların fonunda Təqsirləndirilən şəxs ifadələrinin ona elan olunmuş ittihamı qismən təkzib etməyə yönələn ifadələrini özünü müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünki onun bu iddiasını təsdiq edən sübut müəyyən olunmadı. Nə ittiham tərəfi, nə də müdafiə tərəfi belə sübut təqdim etmədi. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və onun həmin əməllərə görə təqsirli bilinib əməllərinin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, xüsusən də, onun 1997-ci ildən hazırki dövrə qədər cinayət qanunu ilə təqib olunan hüquqa zidd olan fəaliyyətlə məşğul olub, hazırda da məhkumluğu ödənilmədiyini, az ağır və ağır cinayətlərin törədilməsində təqsirli bilindiyini, onun kriminal fəaliyyətinin nəticələrinin Təqsirləndirilən şəxs belə fəaliyyətə meyilli olmasını təsdiq edən əlamətlər olmasını nəzərə alıb onun barəsində azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin olunmasını mümkün saymır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 265.97 (iki yüz altmış beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) saat hüquqi yardım göstərilməsi, bu səbəbdən də ona 420 (dörd yüz iyirmi) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə müdafiə ilə əlaqədar məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs həmin məbləğləri ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb iş üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,345 qram psixotrop maddə metamfetamin, 1,327 qram narkotik vasitə heroin, 87,17 qram narkotik vasitə qurudulmuş marixuananın sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, 02 ədəd rəqəmsal video disk «DVD» daşıyıcısı cinayət işinin materiallarında saxlanılmasını, 01 ədəd “Marquis” markalı MKP70-1 S/N modelli, 550 W su nasosu, 01 ədəd “Marquis” markalı gidrafor və 01 ədəd “Samsung” markalı, UE32N5300AU modelli televizorun sahiblərinə qaytarılmasının nəzərə alınmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin,narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Məmmədov X11 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. Mhkəmədə elan olunub araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyiynin Mingeçevir Şəhər İcra və Probasiya şöbəsinin 06 fevral 2025-ci il tarixli 272340/3K məktubudan görünün ki, Məmmədov X11 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə az ağır, yəni Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. O, 26 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatda çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinət törətməyə görə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məmmədov X11 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş cəzasını 26 noyağr 2021-ci il tarixdə çəkib qurtarmış, lakin bundan iki il keçməmiş, yni 2023-cü ilin avqust ayında satış məqsədi ilç narkotik vasitə əldə etmişdir. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən cinayət törətmişdir. Bu səbəbdəndə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən sadə residiv olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı törətdiyi əməlləri törədilməsi barəsində tam, məhkəmədə qismən etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi onun əməllərində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinin rəhbər tutulmasını əsaslı sayır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli oluduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işinə birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə 24 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 26 oktyabr 2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, 27 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 28 dekabr 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxtadək həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasının çəkilməsinin başlanğıcı bu iş üzrə həbsdə saxlanmanın əvvəli olan şübhəli şəxs qismində tutulduğu 27 dekabr 2023-cü il tarixdən hesablanmalı olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri baxımından 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddətin ona təyin olunmuş cəza müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlaə edilmiş, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü tarixli, 521 №-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostiniulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 234.4.3-cü maddəsi ilə 6 ( altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 ( səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının müddəti 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərərçəkmiş şəxslərə onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia ilə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə maddi sübut kimi tanınıb Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,345 qram psixotrop maddə metamfetamin, 1,327 qram narkotik vasitə heroin, 87,17 qram narkotik vasitə qurudulmuş marixuana sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, 02 ədəd rəqəmsal video disk «DVD» daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Marquis” markalı MKP70-1 S/N modelli, 550 W su nasosu, 01 ədəd “Marquis” markalı gidrafor və 01 ədəd “Samsung” markalı, UE32N5300AU modelli televizorun sahiblərinə qaytarılması nəzərə alınsın. Ekspertiza xərcini təşkil edən 265 manat 97 qəpik ( iki yüz altmış beş manat doxsan yeddi qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X8 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. Hökmdən onun elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-412/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-412/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver