Məhkəmə qərarları › İş №1(101)-413/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-413/2019

08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-413/2019 08.05.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2018-ci aprel ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, 16 aprel 2018-ci il tarixdə Tehran şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən külli miqdarda, 1020 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edərək, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 ədəd üzərinə “Kalleh Cream” sözləri yazılmış qaymaq və 1 ədəd üzərinə “X4 Cheese” sözləri yazılmış pendir qutularında daşımış və həmin gün, saat 03 radələrində J2 9006 saylı Tehran-Bakı aviareysi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıdarkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid7 birlikdə karqo işi ilə məşğul olmuşlar. 13 aprel 2018-ci il tarixdə Elçin onun evinə gəlmiş və Təqsirləndirilən şəxs1la birlikdə İran İslam Respublikasına gedib mal gətirməyi təkli fetmişdir. Arif həmin vaxt Yaşma qəsəbəsində olduğu üçün onlar birlikdə Yaşma qəsəbəsinə gedib, Ariflə görüşmüş və elə həmin gecə yola çıxmaq qərarına gəlmişlər. O, internet vasitəsi ilə iki ədəd bilet sifariş vermiş,onlar 14 aprel 2018-ci iltarixdə Tehran şəhərinə çatmış, həmin gün Tehran da qeyri-iş günü olduğundan heç bir mal tapmamış və səhəri gün satmaq üçün bəzi mallar alıb Bakıya yola salmaq barədə razılığa gəlmişlər. Səhər o, mal almaq fikrindən daşınmış və Ariflə birlikdə bazara getməkdən imtina etmişdir. Lakin Arif onunla birlikdə bazaragetməyi xahiş etmiş, o da razılaşaraq onunla birlikdə bazara getmişdir. Bazarda onlara lazım olan malı tapmışlar, lakin mal sahibi yerində olmadığına görə Arif bazarda qalıb mal sahibini gözləmiş, o isə otelə getmişdir. Həmin gün saat 12:30-da onun təyyarəyə bileti olmuş, lakin təyyarəyə gecikmişdir. O, həmin vaxt artıq gecə saatlarına yeni təyyarə bileti almış,daha sonra Elçinlə telefonla danışdıqda Elçin ona Arifə də online təyyarə bilet ialmağı tapşırmışdır. Bundan sonra o, Arifə də bilet almışdır. Daha sonra onlar otelin qarşısındakı çayxanada oturub çay içmişlər.O, siqaret çəkmək üçün küçəyə çıxdıqda orada Hüseyn adlı köhnə tanışı ilə rastlaşmışdır. Onlar bir qədər söhbət edib ayrılmışlar. Ayrılarkən Hüseyn ona şəffaf paketdə ərzaq sovqatı vermidir. Həmin paketin içərisində peçenye, qaymaq və s. ərzaq məhsulları olmuşdur. O, Hüseyndən paketi götürüb otelə getmişdir. Arif ondan əlində nə olduğunu soruşmuş, o isə paketdəkinin qaymaq olduğunu demiş və Arifdən istəyib-istəmədiyini soruşmuşdur. Arif isə istəmədiyini demişdir. O, otağa daxil olduqdan sonra əşyalarını toplayıb yoladüşmüşlər. Onun əlində rentgen kağızı olmuş, o, həmin kağızı da Hüseynin verdiyi şəffaf paketin içərisinə qoymuşdur. Tehran hava limanında o, sərhəd nəzarətindən keçmiş, həmin vaxt çantası onun əlində olmuş,heç bir monitoronun çantasında qeyri-qanuni əşya olmasını göstərməmişdir. Bakıya çatdıqda o, əlindəki həmin paketi kömək etməsi üçün Arifə vermişdir. Arif sərhəd nəzarətində olan vaxt, o Arifin yanından keçərək bayıra çıxmışdır. O, bayırda oğlu ilə maşında oturub Arifi gözləmiş, lakin Arif gəlməmişdir. Bir qədər sonra Arif ona zəng edib həyəcanlı şəkildə “Rauf, məni tutdular, niyə tutdular?” demiş, həmin vaxt onun telefonunun enerjisi bitdiyi üçün sönmüşdür. O, Arifin nömrəsini əzbər bilmədiyi üçün oğlunun telefonundan Elçinə zəng edib, olanları danışaraq Arifin nömrəsini soruşmuşdur. Elçin onlara qarşı əməliyyat qurulduğunu deyib, ona hava limanından çıxmağını məsləhət görmüşdür. Bundan sonra o, hava limanından çıxıb Elçinlə görüşmüşdür. O, Elçindən Arifin məsələsinin necə olacağını soruşmuş, Elçin isə “səhər açılsın,baxaq görək nə edirik” demişdir. Səhər açılanda olanlar barədə Arifin ailəsinə xəbər vermək üçün Çingiz adlı taksi sürücüsü ilə birlikdə Arifin evinə getmişdir. O, Arifin həyat yoldaşına Arifin narkotik vasitə ilə tutulduğunu, çantanın ona məxsus olduğunu, içərisində nə olmasından Arifin xəbəri olmadığını demişdir. Təxminən dörd-beş gün sonra Arifin arvadı ona zəng edib, pula ehtiyacları olduğunu demiş, buna görə də o, Arifgilə gedib onun arvadına 1.500 ABŞ dollar pul vermişdir. Həmin vaxt orada əməliyyatçılar onu tutmuşlar. O, çantada narkotik vasitə olduğunu bilməmişdir. Onun çantası Tehranda iki dəfə monitordan keçmiş,həmin vaxt çanta onun əlində olmuşdur. Əgər o, çantada narkotik vasitə olduğunu bilsəydi, çantanı Tehranda olarkən Arifə verərdi. Bununla belə, Təqsirləndirilən şəxs2 təkrarən proses iştirakçılarının suallarını cavablandırarkən bildirmişdir ki, İranda Hüseyn adlı şəxs ona bir paket verib, paketin içərisində qaymaq və şirniyyat olduğunu deyərək, ondan həmin paketi Arifə çatdırmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində də iranlı Hüseyn adlı şəxsin içərisində qaymaq və şirniyyat olan paketi Arifə çatdırması üçün ona verdiyini göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə təxminən ikiil əvvəl Yasamal rayonunda çayxanaların birində tanış olmuşdur. 13 aprel 2018-ci il tarix də, Raufla birlikdə İran İslam Respublikasına mal gətirməyə getmiş, 14 aprel 2018-ci il tarixdə Tehran şəhərinə çatmışlar.Həmin gün Tehranda qeyri-iş günü olduğundan onlar mal ala bilməmişlər. Səhər onlar bazara gedib bəzi mallar almışlar.Daha sonra Rauf ona günorta saatlarına bilet aldığını, buna görə də otelə qayıtmalı olduğunu demişdir. O, Raufa pulunun az qaldığını demiş, buna görə də Rauf ona yol pulu kimi 50 manat vermişdir. Rauf otelə getmiş, o isə bazarda qalıb aldıqları malları götürüb otelə getmişdir. Otelə getdikdə otelin işçisindən Raufun gedib-getmədiyini soruşmuş, həmin şəxs Raufun namaz otağında namaz qıldığını bildirmişdir. O, çayxanada oturmuş, az sonra Rauf gəlmiş və o, Raufdan nə üçün getmədiyini soruşmuşdur. Rauf ona təyyarəyə gecikdiyini bildirmiş, o da Raufa axşam birlikdə avtobusla qayıtmağı təklif etmişdir. Lakin Rauf hər ikisinə təyyarəyə bilet sifariş verdiyini bildirmişdir. O, Raufa təyyarə ilə getmək istəmədiyini, hava limanından yaşadığı Qobustan qəsəbəsinə getməyin çətin olduğunu demişdir. Lakin Rauf oğlunun onları qarşılayacağını və onu Lökbatan dairəsinə qədər aparacağını demişdir. Buna görə də o, Raufun 50 manat pulunu özünə qaytarmışdır. Həmin vaxt Rauf artıq öz otağını təhvil vermiş və çantalarını onun otağına qoymuşdu. O, çayxanada oturmuş, Rauf isə bazarlıq etmək üçün aşağı düşmüşdür. Rauf yuxarı qalxanda əlində bir paketlə qayıtmış, o, Raufdan həmin paketdə nə olmasını soruşmuş, o isə paketdə şirniyyat və qaymaq olduğunu,bazardan aldığını demişdir. Rauf paketi otağa qoyub yenidən onun yanına çayxanaya qayıtmışdır. Raufun həmin paketi arvadının rentgen kağızı olan paketə qoymasından onun xəbəri olmamışdır. Sonra onlar oteldən çıxıb hava limanına getmişlər. Azərbaycana çatıb təyyarədən düşəndə Rauf ondan çantasını aparmağa kömək etməsini xahiş etmiş, o da yol yoldaşı kimi onun əlindən çantasını alıb daşımışdır. Gömrük postunda monitorda çantaya baxış keçiriləndə gömrük əməkdaşı ondan çantada nə olduğunu soruşmuş, o isə çantada qaymaq və pendir olduğunu bildirmişdir.Çantada olan əşyalara baxdıqdan sonra onu başqa bir otağa aparmışlar və yoxlama zamanı qaymağın içərisində narkotik maddə olduğu aşkar edilmişdir. Yoxlama keçirilməmişdən əvvəl o, çantanın ona məxsus olmadığını demiş, lakin həmin vaxt artıq Rauf gömrükdən keçib getmişdir. O, Raufa məxsus paketdə narkotik vasitə olmasını bilməmişdir, həmçinin Hüseyn adlı şəxsi tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 tanımamış, əri Arif onunla birlikdə İrana mal gətirməyə getmişdir. Hadisə baş verən gün əri Arif ona zəng edib “məni saxlayıblar, amma narahat olmayın, malın yiyəsini tanıyıram, özü gələcək bura, məndə evə gələcəyəm” demişdir. Təxminən bir neçə saat sonra Təqsirləndirilən şəxs2 bir nəfər Çingiz adlı taksi sürücüsü ilə onun evinə gəlmişdir. O, özünü təqdim edərək, evə keçməyə icazə istəmişdir. Rauf evə keçdikdən sonra Arifin əlində paketlə tutulduğunu, Arifin bu işdən xəbəri olmadığını, onun Arifi aldatdığını demişdir. Rauf ona “Kişi kimi gəlmişəm qapına, nə problemin varsa mən həll edəcəyəm. Amma səndən xahiş edirəm heç kimə bir söz demə. Mənim yaxşı imkanım var, Arifi qurtaracağam” demişdir. Rauf bu sözləri sürücü Çingizin yanında demişdir. O, Raufdan onların yaşadığı evi necə tapdığını soruşmuş, Rauf isə “evin ünvanını patronumuz Şahid7 almışam, Çingizidə Elçin mənə qoşub sizə göndərib” demişdir. Bir neçə gün sonra Arif ona zəng etmiş və təcridxanaya aparıldığını bildirmişdir. O, Arifə olanlar barədə məlumat vermiş, Arif isə bu barədə müstəntiq Elnur Vəliyevə məlumat verməyini tapşırmışdır. O, müstəntiqə bu barədə dedikdə, müstəntiq onun sözünə inanmamışdır. O, Raufun ona pul təklif etdiyini dedikdə, müstəntiq ona həmin pulu götürməyə razılaşmağı tapşırmışdır. O razılaşmış və Rauf pulu onun evinə gətirdikdə gömrük əməkdaşları onu saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Rafiq oğlu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin baş inspektoru vəzifəsində işləyir. 16 aprel 2018-ciil tarixdə iş bölgüsünə əsasən Heydər Əliyev adına Beynəlxalq Aeroportun T1 terminalının gəliş zalında olan “X-ray” aparatında xidməti vəzifəsini yerinə yetirərkən, təxminən saat 03 radələrində J2 9006 saylı Tehran-Bakı aviareysi ilə gələn, şəxsiyyəti ona sonradan məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi əl yüklərini rentgen aparatına qoymuşdur. O, rentgen aparatında üzərində “X3 SİNCE 1942” sözləri yazılmış ağ rəngli sellofan paketə baxış keçirərkən orada olan ərzaq məhsulları arasındakı şübhəli cizgilər diqqətini çəkmişdir. O, həmin sellofan paketə vizual baxış keçirmək qərarına gəlmiş və sellofan torbanın içərisində olan üç ədəd üzərində “Kalleh Cream” və bir ədəd “X4 Cheese” sözləri yazılmış qutu olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 həmin qutularda nə olduğunu soruşduqda o, qutularda dondurulmuş qaymaq olduğunu bildirmişdir. Lakin çəhrayı rəngli qutunun sarındığı skoçun bir hissəsini açmaq istəyərkən qutudan gələn narkotik vasitə heroinin iyinə bənzər iy onda şübhə oyatdığından o, həmin qutulara baxış keçirmək qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs1 yoxlama otağına dəvət edilmişdir. Orada video çəkilişdən istifadə etməklə qutulara baxış keçirilmişdir. Baxış zamanı üç ədəd üzərində “Kalleh Cream” vəbirədəd “X4 Cheese” sözləri yazılmış qutuların hər birində kəskin iyə malik, qəhvəyi rəngli, islanmış vəziyyətdə olan narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yükün ona məxsus olmadığını və Rauf adlı şəxsin ona verdiyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 üzərində şəxsi yoxlama aparmış, lakin qeyri-qanuni hər hansı predmet aşkar etməmişdir. Üç ədəd üzərində “Kalleh Cream” və bir ədəd “X4 Cheese” sözləri yazılmış qutulardan aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılması ilə birlikdə ümumi çəkisinin 1222,6 qram olduğu müəyyən edilmişdir. Sonda aşkar edilmiş predmet qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1la eyniməzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, yükdaşıma ilə məşğul olmuş, müştərilərə məxsus yüklərin İran İslam Respublikasından Bakıya gətirilməsini təşkil etmişdir. Təqsirləndirilən şəxs1 təxminən 7-8 il əvvəl tanımış, Təqsirləndirilən şəxs1 onun işçisi olmuş, ona məxsus avtobusu Tehran-Bakı-Tehran xətti ilə idarə etmişdir. Təqsirləndirilən şəxs1 sonradan da yükdaşımada ona köməklik etmişdir. Təqsirləndirilən şəxs2 onun qonşusu olmuş, aralarında normal münasibətlər var. Rauf evini təmir etdirdikdən sonra ona evinə bazarlıq etmək üçün İrana getmək istədiyini deyib, onun işçilərindən İrana kim getməli olsa ona xəbər verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onun karqo işləri ilə bağlı İrana getdikdə o, bu barədə Raufa xəbər vermiş, bundan sonra Arif və Rauf birlikdə Tehrana getmişlər. Onların İrana getdikləri gün orada qeyri-iş günü olduğundan Arifgil Tehranda yubanmış, daha sonra isə birlikdə təyyarə ilə Bakıya qayıtmışlar. Qayıtdıqdan sonra Rauf ona zəng edib, “Arifi tutdular, mən isə qaçıb canımı qurtardım” demişdir. O, Raufdan Arifin niyə tutulduğunu soruşmuş, Rauf isə bildirmişdir ki, “çantada mal olub, Arifi mala görə tutublar”. Həmin gün gecə o, Raufla görüşmüş və gecəni onun bağında qalmışlar. Səhəri gün məlum olmuşdur ki, çantanın içərisində narkotik vasitə olmuş, həmin çantanı Arifə Rauf vermiş, Arif çantanı Azərbaycan tərəfə keçirəndə tutulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs2 15 aprel 2018-ci il tarixdə İran İslam Respublikasından Azərbaycana qayıtmalı olmuş, o, atasını qarşılamaq üçün 15 aprel 2018-ci il tarixdən 16 aprel 2018-ci il tarixə keçən gecə, saat 03:10 radələrində Heydər Əliyev hava limanına getmişdir. O, hava limanının dayanacağına daxil olanda atasının avtomobilə əl elədiyini görmüşdür. O, avtomobili saxlamış, atasını götürdükdən sonra şəhər istiqamətində hərəkət etmişdir. Bir neçə dəqiqə sonra atası öz telefonunun enerjisi bitdiyindən onun mobil telefonundan Şahid7 zəng etmiş, “Buta Palace” restoranının yaxınlığında atası ondan avtomobili saxlamağını xahiş etmişdir. O, avtomobili yolun kənarında saxladıqdan sonra atası ona evə getməyini demiş, o, atasından nə baş verdiyini soruşanda atası “sənlik deyil, sən get evə, gələcəm” demişdir. Bundan sonra o, evə qayıtmışdır. Həmin gün atası evə gəlməmiş, bir neçə dəfə atasına zəng vursa da, atasının telefonu bağlı olmuşdur. Səhəri gün, yəni 17 aprel 2018-ci il tarixdə yaşadıqları evə gələrkən, evdə bir nəfər qadın olduğunu görmüş, anasından həmin qadının kim olduğunu soruşsa da, anası ona cavab verməmiş, sonradan o, həmin xanımın Arif İskəndərovun həyat yoldaşı Gülnar olduğunu bilmişdir. Həmin gün o, Biləcəridə yaşayan bibisigilə getmiş, bibisinin yaşadığı binanın qarşısında atasını görmüş, atası avtomobilin ona lazım olduğunu deyib, ondan açarı istəmişdir. O, maşının açarını atasına vermişdir. 18 aprel 2018-ci il tarixdə evə qayıtdıqda, bir neçə nəfər ona yaxınlaşıb, gömrük əməkdaşları olduqlarını və atasını axtardıqlarını bildirmişlər. O, atasının harada olduğunu bilmədiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid7 məxsus Yaşma bağ evləri yaxınlığındakı istixanada təsərrüfat işlərində çalışmışdır. 14 aprel 2018-ci il tarixdə, saat 18 radələrində istixanada yetişdirilən bitkilər üçün nəzərdə tutulan gübrələri Yaşmada yerləşən istixanaya aparmış, istixananın həyətinə daxil olanda Təqsirləndirilən şəxs1 orda olduğunu görmüşdür. Həmin gün saat 20 radələrində Şahid7 ona zəng edib, Arifi H.Əliyev hava limanına aparmağını tapşırmışdır. Bundan sonra o, Arifi idarə etdiyi avtomaşınla H.Əliyev hava limanına aparmışdır. Bir neçə gün sonra o, Arifin tutulduğunu eşitmişdir. 16 aprel 2018-ci il tarixdə Elçin ona zəng edib yanına çağırmış və Raufu Arifgilin evinə aparmağını tapşırmışdır. O, Raufu Arifin evinə apararkən söhbət zamanı Rauf “biabırçılıq oldu, biabır olmuşam, Arifi zibilə salmışam, mənim malıma görə günahsız yerə tutulub” sözlərini demişdir. Arifin həyat yoldaşı Gülnarla söhbət eləyəndə Rauf Gülnara “hamısı mənlik idi, mən özüm hamısını həll edəcəm” demişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan video müşahidə kameralarının görüntülərinə baxış keçirilmiş, həmin görüntülərdə Beynəlxalq aeroportun gömrük buraxılış postunda Təqsirləndirilən şəxs1 təqdim etdiyi əl yükünün içərisindəki malların gömrük əməkdaşları tərəfindən bir-bir çıxarılaraq yoxlanılması, həmçinin orada olan Təqsirləndirilən şəxs2 narahatçılıq keçirməyə başlayaraq, gömrük əməkdaşının diqqətini yayındırmaq məqsədilə öz əl yükünü gömrükçüyə tərəf uzatması, sonra isə oranı tərk etməsi müşahidə olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə bioloji ekspertizasının 25 aprel 2018ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi AR vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində...” yazısı yazılmış DGK-nə məxsus polietilen paketdə, üç ədəd çərayı rəngli qutularda, ayrı-ayrılıqda təmiz çəkiləri: 179,97 qram, 184,97 qram, 224,97 qram, bir ədəd mavi rəngli qutuda təmiz çəkisi 429,97 qram, ümumi təmiz çəkisi 1019,88 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,12 qram sərf edilmiş, 1019,76 qram qalıq qalmışdır (Heroinin ilkin təmiz çəkisi 1020 qram olmuşdur). Məhkəməyədək icraat zamanı keşirilmiş 17 iyul 2018-ci il tarixli məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda o, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat zamanı keçirilmiş 24 iyul 2018-ci il tarixli məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı çətənə bitkisi preparatlarından istifadə hallarının olduğu, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığı, hal-hazırda narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur, onlara həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 “Hüseyn adlı şəxsin içərisində qaymaq olan paketi Təqsirləndirilən şəxs1 çatdırması üçün ona verməsi”nə dair ifadəsi, hava limanında əl yükü gömrük nəzarətindən keçərkən, çantada şübhəli cizgilər aşkar olunduğu vaxt Təqsirləndirilən şəxs2 narahatlıq keçirərək gömrük əməkdaşının diqqətini yayındırmağa çalışması, eləcə də Təqsirləndirilən şəxs1 həmin vaxt onun yanında dayanmış Təqsirləndirilən şəxs2 şübhəli çanta ilə bağlı heç nə deməməsi və elə oradaca həmin çantanın sonuncuya məxsus olduğunu bildirməməsi, Təqsirləndirilən şəxs2 sakitcə onun yanından keçib getməsi, Təqsirləndirilən şəxs1 gömrük əməkdaşlarına çantanın ona məxsus olmadığını çantada olan əşyalar gömrük postunda bir-bir çıxarılaraq yoxlanılarkən deyil, yalnız digər otağa aparılıb narkotik vasitə aşkar edildikdən sonra bildirməsi həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 əvvəldən həmin paketin içərisində narkotik vasitə olmasını bildiklərini təsdiq edir. Bu hal iş üzrə toplanmış digər sübutların məcmusu ilə də təsdiq olunur. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini özünümüdafiə xarakterli ifadələr və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Zəqulu oğlu və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmətəqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1, 234.4.3-cü maddələri ilə ayrıayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla onlara cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 16 aprel 2018-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli isə 27 aprel 2018-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi X2 Baş İdarəsinin Əməliyyat-istintaq idarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1019,76 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınıb X2 Baş İdarəsinin Əməliyyatistintaq idarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1600 ABŞ dolları onun ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 85, 66 (səksən beş manat altmış altı qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi X2 Baş İdarəsinin Əməliyyat-istintaq idarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1019,76 qram olan narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınıb X2 Baş İdarəsinin Əməliyyat-istintaq idarəsində saxlanılan Təqsirləndirilən şəxs2 məxsus 1600 ABŞ dolları onun ailə üzvlərinə qaytarılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev

2. Əhməd Quliyev

3. İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar