Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-413/2020 12.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1-liyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxx 1977-ci il tarixdə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, dalan 15, fərdi evdə yaşayan, xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, xx xxxxxxx 2019-cu il tarixdə, saat 11:40-da Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən tunelin üzərindəki parkda vətəndaşların nərd oynadıqları yerdə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs başındakı papağına əl vuraraq sataşması və sonuncunun bu hərəkətə etdiyi iradına görə ona «istəsəm sənin papağını götürüb öz başıma qoyaram» dediyi sözə etiraz olaraq onu söyüb təhqir etməsi səbəbindən yaranmış mübahisəyə aydınlıq gətirmək məqsədi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsi, 43 saylı binanın yan tərəfinə gəlmiş, orada onun ünvanına nəlayiq sözlər işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona sol saidin arxa bayır səthinin bir ədəd, üzün sağ yarısını və boyun nahiyəsini əhatə edən bir ədəd və sağ dirsək oynağı nahiyəsinin bir ədəd kəsilmiş yaraları ilə nəticələnən qəsdən yüngül dərəcədə, döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən və pnevmotoroksla müşayiət olunan bir ədəd insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma əməlini CM-nin 36.1-ci maddəsinin tələblərinə uyğun, yəni zəruri müdafiə vəziyyətində törətdiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, hadisə ərəfəsində, həmçinin cinayət hadisəsinin baş verdiyi xx xxxxxxx 2019-cu il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində bir-birinə yaxın məsafədə yerləşən fərdi evlərdə kirayə yaşamış, lakin bir-birini tanımamış və hadisə gününədək aralarında hər hansı formada münasibət olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-biri ilə ilk dəfə hadisə günü, yəni xx xxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində yaşadıqları evlərin yaxınlığında - Binəqədi rayonunun Xutor qəsəbəsi ərazisində, Ziya Bünyadov prospektində yerləşən yolötrücü tunelin üzərində salınmış parkda vətəndaşların nərd oynadıqları yerdə nərd oynamaq məqsədilə gedərkən rastlaşmış, orada bir-biri ilə ünsiyyət zamanı şəxsi münasibətlərin pozulması zəminində (Zərərçəkmiş şəxs deməsinə görə Təqsirləndirilən şəxs əli ilə onun papağına toxunmasını özünə təhqir kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs deməsinə görə Zərərçəkmiş şəxs onun mənsub olduğu regionun - Naxçıvan MR-sı əhalisinin ləhcəsinə lağ etməsini özünə təhqir kimi qəbul etmişdir.) aralarında mübahisə yaranmış, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rədd olub ərazini tərk etməsini tələb etmiş, əks təqdirdə onun çənəsini sındıra biləcəyi ilə sonuncunu hədələmiş və bundan sonra Zərərçəkmiş şəxs ərazini tərk edib yaşadığı ünvana getmişdir. Daha sonra müəyyən edildi ki, Zərərçəkmiş şəxs qeyrisinin onun papağına toxunmasını özünə təhqir kimi qəbul etmiş və özünə qarşı edilmiş hədəni özünə sığışdıra bilməyib, yaşadığı evə getdikdən sonra Təqsirləndirilən şəxs qisas alıb onu cəzalandırmaq məqsədi ilə evdən ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 125 mm olan, qatlanmayan, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı bir ədəd mətbəx bıçağını götürüb sağ qolunda, geyindiyi paltarların altında gizlədib Təqsirləndirilən şəxs da olduğu nərd oynanılan yerə getmiş, sonuncunu bir kənara çəkərək onunla təklikdə, heç kimin olmadığı bir yerdə söhbət etmək istədiyini bildirmiş və bu zaman Təqsirləndirilən şəxs edilən təklifə etiraz etməyib Zərərçəkmiş şəxslə birlikdə sonradan cinayət hadisəsinin baş verəcəyi Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 43 ünvanının yaxınlığına getmişlər. Onlar cinayət hadisəsinin baş verdiyi ünvanda olarkən Zərərçəkmiş şəxs az əvvəl nərd oynanılan yerdə aralarında baş vermiş mübahisəyə aydınlıq gətirilməsi müstəvisində mübahisəni davam etdirib Təqsirləndirilən şəxs “səni deşəcəyəm” deyib hədələməklə sonuncuya sağ qolunda, paltarların altında gizlətdiyi, perimetrləri yuxarıda qeyd olunan bıçaqla hücum edib ona döş qəfəsinin ön səthinin sağ yarısının iki ədəd və sol bazunun iki ədəd kəsilmiş, başın alın nahiyəsinin, üzün sol yarısının isə səthi kəsilmiş yaraları kimi həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vurmaya aid olan və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs isə özünün həyatını və sağlamlığını Zərərçəkmiş şəxs tərəfindən yönəlmiş real ictimai təhlükəli qəsddən qorumağa başlayıb əvvəlcə yerdən götürdüyü daş parçası ilə, sonra isə üzərində gəzdirdiyi, ümumi uzunluğu 185 mm, tiyəsinin uzunluğu 85 mm olan, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış bir ədəd məişət təyinatlı açılıb-qatlanan cib bıçağı ilə, zəruri müdafiə vəziyyətində, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona sol saidin arxa bayır səthinin bir ədəd, üzün sağ yarısını və boyun nahiyəsini əhatə edən bir ədəd və sağ dirsək oynağı nahiyəsinin bir ədəd kəsilmiş yaraları ilə nəticələnən qəsdən yüngül dərəcədə, döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən və pnevmotoroksla müşayiət olunan bir ədəd insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuş və bu zaman zəruri müdafiə həddini aşmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, əslən Naxçıvan şəhərindən olmuş, orada doğulmuş, orada yaşamışdır. Lakin iş problemi ilə bağlı müvəqqəti Bakı şəhərinə gəlmiş və Binəqədi rayonu ərazisində, “Xutor qəsəbəsi” adlanan ərazidə kirayədə yaşamış, fərdi işlərdə işləmişdir. Lakin “Xutor qəsəbəsi”-ndə daimi yaşayan insanlarla, o cümlədən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə tanışlığı, heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat təxminən 9-10 radələrində səhər yeməyi zamanı 100-150 qram spirtli içki qəbul etmiş, təxminən saat 11 radələrində evdə tək olduğundan Xutor qəsəbəsində, yaşadığı evin qarşısında yerləşən avtomaşın tunelinin üzərində olan parkda tanımadığı şəxslərin toplaşıb nərd oynadıqlarını görmüş, əvvəllər olduğu kimi, Yaşar adlı tanışının da orada ola biləcəyini fikirləşib nərd oynamaq istəmiş və bu məqsədlə nərd oynayanların yanına getmişdir. Evi ilə nərd oynayanlar arasında məsafə az olduğundan yaşadığı evin həyət qapısını bağlamamışdır. O, ümumi salam verib bir-iki kəlmə söhbət etmiş, Yaşar adlı tanışına nərd oynamaq istəyini bildirmiş, heç bir etirazla rastlaşmamış, tanımadığı bir şəxslə üzbəüz əyləşib söhbət edə-edə nərd oynamağa başlamışdır. Həmin vaxt əvvəllər tanımadığı, hətta adını belə istintaq zamanı öyrəndiyi zərər çəkmiş Zərərçəkmiş şəxs onun ləhcəsindən naxçıvanlı olduğunu hiss edib söhbətə müdaxilə etmiş, ondan özünə aid olmayan ləhcədə, təhqiramiz formada «ə, Naxçıvanlısan?» deyə soruşmuşdur. O, Sərrafa “o nə cür danışıqdır ə, edirsən?” dedikdə, Sərraf dodaqaltı naxçıvanlıların ləhcəsinə sataşası lağlağı sözlər deməyə başlamışdır. O, Sərrafın bu hərəkətlərini özünə təhqir kimi qəbul etmiş, ona «durub sənin çənəni sındıraram ha» demiş, hətta Sərrafdan rədd olub oradan çıxıb getməsini tələb etmişdir. Elə həmin vaxt bir nəfər adını unutduğu tanışı onun yanına gəlmiş və onlar nərd oynaya-oynaya söhbət etməyə başlamışlar. Sərraf isə bundan sonra ona cavab qaytarmamış və oradan uzaqlaşmışdır. Lakin o, orada olan şəxslərdən Sərrafın kimliyi, harada yaşaması və onun hara getməsi ilə maraqlanmamışdır. Təxminən beş dəqiqə sonra Zərərçəkmiş şəxs qayıdıb təkrarən ora gəlmiş və ona yaxınlaşaraq təklikdə söhbət etməyi təklif etmişdir. O, etiraz etməmiş, lakin əvvəlcə yaşadığı evin açıq qalmış giriş qapısını bağlamaq istədiyini Sərrafa demiş, daha sonra söhbət etməyə gedəcəyini bildirmişdir. Bundan sonra o, Sərrafla birlikdə yaşadığı evin qarşısına getmiş, o, evin giriş qapısını qıfılla bağlamış və Sərrafın təklifi ilə birlikdə, “Xutor qəsəbəsi”ndə, «Omid» mağazasının qarşısında olan yolötürücü qurğunun, yəni avtomobil körpüsünün altına getmişlər. Orada Sərrafdan nə istədiyini soruşduqda Sərraf ona «sən mənə demisən ki, sənin çənəni qıraram» sözlərini demiş, o isə Sərrafa onun da naxçıvanlıları təhqir etdiyini bildirmişdir. Ətrafda tək-tək adamlar olduğundan Sərraf ona heç kim olmayan yerə keçməyi təklif etmişdir. Təklifi qəbul etmiş və ikisi birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 43 saylı binanın yan tərəfinə keçmişlər. Orada o, gözləmədiyi halda Sərraf əynindəki gödəkçəsinin sağ qolunun altında, köynəyinin içəri tərəfində gizlətdiyi böyük ölçülü bıçağı çıxarıb nümayiş etdirmiş və onu həmin bıçaqla deşəcəyini bildirmişdir. O, Sərrafa belə şeylərin gərəksiz olduğunu bildirib bıçağı yığışdırmasını demiş, Sərrafın onu vura biləcəyini ağlına gətirməmiş, sonuncunun onu qorxutmaq istədiyini fikirləşmişdir. Lakin Sərraf gözlənilmədən sağ əli ilə tutduğu bıçaqla əvvəlcə onun qarnının sağ tərəfinə, ikinci dəfə onun sinəsinin sağ tərəfinə zərbə endirmiş, üçüncü dəfə isə üzünü cızmışdır. İstər-istəməz o, zərbələrdən yayınmaqla müdafiə olunmağa başlamış, sağa-sola hərəkət etmiş, geriyə çəkilmiş, bıçağın onun bədəninə girməsinə imkan verməməyə çalışmışdır. Həmin vaxt o, Sərrafa sillə atmaq istəmiş, bu zaman Sərraf bıçaqla iki dəfə onun qoluna da xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, Sərrafın hücumlarından yayınan zaman çox qorxu və həyəcən içində olduğundan o, özünün də cibində bıçaq olduğunu unutmuş və odur ki, üçüncü hücumdan sonra özünü müdafiə edib Sərrafın hücumlarını dəf etmək məqsədilə əyilib yerdən daş götürmüşdür. O, əyilmiş vəziyyətdə olarkən Sərraf bıçaqla onun başınıa zərbə atmış, lakin o, cəld kənara sıçradığından bıçaq yalnız onun başını cızmışdır. Bundan sonra o, yerdən götürdüyü tünd rəngli kərpic qırığı ilə Sərrafın boynuna yaxın sinə nahiyəsindən vurmuş və kərpic parçası onun əlindən yerə düşmüşdür. Həmin vaxt Sərraf yenə ona tərəf bıçaq atmış və bu dəfə bıçaq onun üzünü cızmış və naxçıvanlıların ünvanına ümumi söyüş söymüşdür. Elə həmin vaxt əynində olan şalvarının cibində qatlanan cib bıçağı olduğunu xatırlamış, imkan tapıb həmin bıçağı cibindən çıxarıb açmış və sağ əlində tutaraq sağa, sola yellədib özünü müdafiə etmək istəmiş, Sərraf əl çəkmədikdə imkan tapıb onu bıçaqla vurmuşdur. Lakin həmin vaxt gərgin, həyəcanlı və hətta içkili vəziyyətdə olduğu üçün Sərrafa neçə bıçaq zərbəsi dəydiyini bilməmişdir. Sərraf vurulduğunu hiss etdikdə o, (t/ş Təqsirləndirilən şəxs) geri çəkilmiş, lakin buna baxmayaraq Sərraf ona qarşı hücumlarını davam etdirmiş, bıçaqla ona tərəf gəlmiş, onu yenə vurmaq istəmişdir. Lakin o, Sərrafdan müdafiə olunmaq üçün bıçaqdan təkrar istifadə etmək istəməmiş, yaxınlaşacağı təqdirdə onu vura bilməsi üçün əyilib yerdən daş götürmək istəmişdir. Sərraf onun daş götürəcəyini görüb hadisə yerindən qaçıb getmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, Sərraf getdikdən sonra o, yaralı vəziyyətdə xəstəxanaya getməsi üçün avtomaşınların hərəkət yoluna tərəf getmiş, orada markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi maşınına minmək istəmiş, lakin sürücü onu yaralı görüb aparmaqdan imtina etmişdir. Həmin vaxt 2-3 metr aralıda Dövlət Yol Polisinə məxsus xidməti avtomaşın dayanmış, polislər onun yaralı olduğunu görüb avtomobilə əyləşdirib onu X8 aparmışlar. Tibbi Mərkəzdə olarkən Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı özü könüllü olaraq çıxarıb tanımadığı həkimlərdən birinə təhvil vermiş, sonradan isə həmin bıçaq həkimlərin vasitəsi ilə istintaqa təhvil verilmiş və ondan götürülmüş kimi protokollaşdırılmışdır. Orada 3-4 saat müddətində ona ilkin tibbi yardım edilmiş, yaralarına tikiş qoyulmuş, sarınmışdır. X9 məlumatına əsasən polis əməkdaşları gəlib onu aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, onun yaşadığı evin qapısının açarı brelokun üstündə olmuş, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi həmin bıçaq da açarla birlikdə brelokun üstündə olmuşdur. O, həmin bıçağı Nəsimi rayonu ərazisində səyyar ticarətlə məşğul olan tanımadığı birindən 3 manata alıb əldə etmiş, məişət məqsədləri üçün açarla birlikdə üzərində gəzdirmişdir. Sərrafın isə, onu təklikdə söhbət üçün çağırarkən özü ilə bıçaq götürməsini, onu vura biləcəyini ağlına belə gətirməmişdir. Onun Sərrafı öldürmək və ya ona xəsarət yetirmək kimi nə məqsədi və nə də planı olmuş, Sərrafın bıçaqlı hücumlarından qorunmaq üçün özünü müdafiə məqsədilə daşla, sonra isə bıçaqla Sərrafa xəsarət yetirmişdir. İstintaq orqanı isə ona verilən ittihama Sərrafın bıçaqlı hücumları, ona yetirdiyi xəsarətlərlə əlaqədar ümumiyyətlə heç nə daxil etməmiş, sanki o, Zərərçəkmiş şəxs əsassız olaraq xəsarət yetirmişdir. İttihamda göstərildiyi kimi o, Sərrafın papağı ilə bağlı heç bir hərəkət etməmiş, əksinə onun özünün başında “beysbolka” papaq olmuş, Sərrafın başında papaq olduğunu görməmişdir. Sərrafla qonşu olduğunu o, hadisədən bir müddət sonra öyrənmiş və hazırda Sərrafla barışmışlar. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, istintaq zamanı müstəntiq onu hadisədən sonra X8 aparmış DYP əməkdaşlarını bu işə qatmamağı xahiş etdiyindən o, izahat və ifadələrində xəstəxanaya markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi maşını ilə getdiyini göstərmişdir. Lakin əsl həqiqətdə onu xəstəxanaya aparmış DYP əməkdaşlarının kimliyi ilə maraqlanmamış, onların istifadəsində olan xidməti avtomaşının dövlət nömrə nişanını isə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu sərbəst ifadəsi hadisə yerində yoxlanılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları yenə də təsdiq edərək analoji ifadə vermiş, hadisə yerini - Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi, sonuncu tərəfindən bıçaqlı hücuma məruz qaldığı, özünün xəsarətləndirildiyi, zərər çəkmiş Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyi yeri, həmçinin Zərərçəkmiş şəxs vurduğu daş parçasını əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması prosesində müvafiq fotoşəkillər çəkilmiş və tərtib olunan protokola əlavə edilmişdir (iş vərəqə: səh. 28-29). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, İsmayıllı rayonunun Basqal qəsəbəsindəndir və orada daimi qeydiyyatdadır. Rayondan Bakıya alma gətirib satmaqla məşğul olduğundan Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində, nömrəsiz bir evdə yaşamışdır. Gətirdiyi almaları taxta yeşiklərdə yaşadığı evin həyətinə yığmış və oradan satış üçün bazarlara və obyektlərə paylamışdır. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında aparmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs baş vermiş hadisənin mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat təxminən 11 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yaşadığı evin yaxınlığında yerləşən tunelin üzərində olan parkda tanımadığı yaşlı şəxslərin toplaşıb nərd oynadıqlarını görüb ora getmiş, nərd oynamaq istəmişdir. Adam çox olduğundan o, baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan əvvəl və ya sonra ora gəlməsinə fikir verməmişdir. O, Ramini əvvəllər görməmiş, onu tanımamış və aralarında hər hansı münasibət olmamışdır. Ramin orada nərd oynayan, Yaşar kimi tanıdığı şəxsdən oynamaq üçün nərd istəyərkən onun ləhcəsindən naxçıvanlı olduğunu təqribi bilmiş və Ramindən naxçıvanlı olub-olmamasını soruşmuşdur. Həmin vaxt o özü içkili olduğundan əhval-ruhiyyəsi yüksək olmuş, Raminin də spirtli içki içdiyi hiss olunmuşdur. Ramin naxçıvanlı olduğunu təsdiqləmiş və bunu nəyə görə soruşduğunu ona demişdir. O, X6 Respublikasında hərbi xidmətdə olduğunu demişdir. Həmin vaxt onun başında papaq olduğundan və üzü tüklü olduğundan o, yaşlı görünmüşdür. Lakin Ramin ona inanmamış, onun yaşlı olduğunu güman edib bəlkə də onu aldatdığını fikirləşmiş və onun yaşını müəyyən etmək məqsədilə əlini uzadıb onun papağını çıxarmaq istəmişdir. Lakin o, Raminə papağıyla işi olmamasını bildirmişdir. Ramin isə, ona «istəsəm papağını götürüb öz başıma qoyaram» ifadəsini işlətmişdir. Raminin bu ifadəsi onun xoşuna gəlmədiyindən o, sonuncu ilə mübahisə etməyə başladıqda Ramin onun ünvanına təhqirli sözlər demiş, pis formada çıxıb oradan getməsini ondan tələb etmiş, vurub çənəsini sındıracağı ilə onu hədələmişdir. Raminin onu təhqir etməsini özünə sığışdırmamış, oradan özünün yaşadığı həyətə getmiş, satmağa gətirdiyi alma yeşiklərinin üstündə olan və yeşiklərin bağlı skoçlarını (burada: yapışqanlı lent) kəsmək üçün istifadə etdiyi mətbəx bıçağını götürüb gödəkçəsinin altından sağ qoluna keçirib əlində tutmuş, Raminlə aralarında yaranmış məsələyə aydınlıq gətirmək istəmişdir. Məqsədi Ramini öldürmək və ya ona ağır xəsarət yetirmək olmamış, onu təhqir etdiyindən və hədələdiyindən yalnız onu cəzalandırmaq məqsədi ilə özü ilə bıçaq götürmüşdür. Yenidən Ramingilin nərd oynadıqları yerə getmiş, Raminə az öncə etdiyi hərəkətin düz hərəkət olmadığını demiş və bir kənara çəkilib söhbət etməyi təklif etmişdir. Ramin etiraz etməmiş və ikisi birlikdə ünvan 4 saylı binanın yan tərəfinə getmiş və orada qarşılıqlı mübahisə etmişlər. Onun məqsədi Ramini cəzalandırmaq olduğundan o, özü ilə götürdüyü və gödəkçəsinin sağ qolunda əlinin içində saxladığı mətbəx bıçağının Raminin bədəninə çox batıb ağır xəsarət yetirməməsi üçün, barmaqları ilə tiyəsindən tutaraq Raminin bədəninə batırmağa başlamış, lakin Raminə neçə bıçaq vurmasını yadında saxlamamışdır. Ramin bıçaq zərbələrindən yayınmağa başlamış, onlar qarşılıqlı bir-birini söyüb təhqir etmişlər. Həmin vaxt Ramin də bıçaq çıxarıb ona hücüm etmiş və qarşılıqlı olaraq bıçaqla bir-birinin bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Ramin onu vurduqdan sonra hər ikisi hücumlarını dayandırmış, Ramin yol tərəfə, o isə Raminin atdığı bıçaq zərbələrindən birinin ciddi olduğunu dərk edib hadisə yerindən qaçıb yaşadığı evə getmişdir. Həmin vaxtı evdə olan qaynı Şahid1 ona köməklik edərək onu X7 aparmışdır. O, 6 gün xəstəxanada qalıb müalicə almış, həmin müddətdə Təqsirləndirilən şəxs qardaşı gəlib ona baş çəkmişdir. Lakin xəstəxana xərclərini o, özü çəkmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxsla qonşu olduqlarını bilməmişdir. Raminlə barışmış, ona qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Təqsirləndirilən şəxs vurub xəsarət yetirdiyi bıçağı onun qardaşı istintaq orqanuna təqdim etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə vermiş olduğu ifadəsindən fərqli, qeyri-səmimi bir ifadə vermiş, hadisənin baş vermə səbəblərini ümumilikdə göstərsə də, hadisənin gedişatını detalları ilə, ardıcıl göstərməmiş, Təqsirləndirilən şəxsla mübahisə etdiyini və hər ikisinin qarşılıqlı olaraq bıçaqla bir-birinin bədəninin müxtəlif nahiyələrinə vurduqlarını göstərmiş, Təqsirləndirilən şəxs sonuncunun onu nalayiq sözlərlə təhqir etməsi və ona bıçaq çıxarması səbəbindən vurduğunu qeyd etmiş, evdən iri ölçülü mətbəx bıçağı götürdükdən sonra Təqsirləndirilən şəxs təklikdə söhbət etmək məqsədilə heç kəsin olmadığı yerə dəvət etməsini, ilk olaraq Təqsirləndirilən şəxs bıçaqla vurduğunu etiraf etməmiş, üzərində kiçik ölçülü bıçaq olduğunu bildirmişdir (iş vərəqə: səh. 77-79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında məhkəməyədək icraat mərhələsində keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı hər iki şəxs sərbəst ifadələrində göstərmiş olduqları xüsusatları bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: səh. 195-198). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 12 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 15-ci sıra, ev 1A/2-də olub balkondan həyətə baxarkən bacısının həyat yoldaşı, baxılan iş üzrə Zərərçəkmiş şəxs yerdə uzanılı vəziyyətdə olduğunu görüb aşağı düşmüş, üz, qarın və paltarının müxtəlif yerlərinin qanlı vəziyyətdə olduğunu görüb onun bıçaqlandığını başa düşmüşdür. Odur ki, onu maşına qoyub, dərhal Sərrafı X8 aparmışdır. Təlaş içində olduğundan, Sərrafı xəstəxanaya tez çatdırmaq üçün çalışdığından o, sonuncunu xəstəxanaya apararkən hadisə ilə bağlı ondan heç nə soruşmamışdır. O, hadisə yerində olmamış, hadisənin necə baş verməsini görməmiş, Sərrafı kimin vurmasını bilməmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 oğlunun ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Şahid2 tədqiq olunan həmin ifadəsində Zərərçəkmiş şəxs təxminən son 3- 4 il, olar ki, Təqsirləndirilən şəxs isə 1-2 il ərzində tanıdığını qeyd etmiş, mahiyyəti üzrə göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 11 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən tunelin üzərində olan parkda nərd oynanılan yerə gəlmiş, orada Sərrafı, Ramini və tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Həmin vaxtı Raminlə Sərraf arasında artıq mübahisə olduğunun şahidi olmuşdur. Mübahisənin gedişində Sərraf Raminə «tanımadığın şəxsin papağına əl vurmaq olmaz» demişdir. Bundan sonra o, Sərrafla Ramin arasında papaq məsələsi olmasını öyrənmişdir. Sərraf ilə Ramin arasında mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, lakin sonra əvvəlcə Sərraf, sonra isə Ramin oradan uzaqlaşıb çıxıb getmişdir. O da öz şəxsi işləri ilə əlaqədar olaraq oradan çıxıb getmişdir. Həmin gün axşam saatlarında isə Sərrafla Ramin arasında olan sözlü mübahisənin sonradan davaya çevrildiyini və onların biri-birini bıçaqla vuraraq xəsarət yetirdiklərini eşitmişdir (iş vərəqə: səh. 129-130). Daha sonra, məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid3 da məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid2 oğlu ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: səh. 154-155). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 1010 nömrəli rəyindən görünür ki, aparılmış tibbi tədqiqat zamanı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədən səthi üzərində döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən və pnevmotoroksla müşayiət olunan 1 ədəd, sol saidin arxa bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş, üzün sağ yarısını və boyun nahiyəsini əhatə edən 1 ədəd və sağ dirsək oynağı nahiyəsinin 1 ədəd kəsilmiş yaraları kimi bədən xəsarətləri olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin rəyə əsasən müəyyən edilmiş döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən və pnevmotoroksla müşayiət olunan 1 ədəd, sol saidin arxa bayır səthinin 1 ədəd yaraları deşici-kəsici əşyanın təsirindən, üzün sağ yarısını və boyun nahiyəsini əhatə edən 1 ədəd və sağ dirsək oynağı nahiyəsinin 1 ədəd kəsilmiş yaraları isə iti kənarlı əşyanın təsirindən xx xxxxxxx 2019-cu il tarixdə əmələ gəlmişdir, döş qəfəsin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən və pnevmotoroksla müşayiət olunan 1 ədəd deşilmiş kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, digər xəsarətlər isə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər(iş vərəqə: səh. 175-178). İşdə olmaqla məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-tibbi və tibbi-kriminalistik ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 588/2019 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sağ döş nahiyəsində bir ədəd, köynəyin sol qolunun aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Həmin zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədələri törədən alətin daxil olma səviyyəsində eni 1,7 sm-ə qədər olmuşdur. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqat obyekti olmuş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sağ döş nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında olan, köynəyin sol qolunun aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun bədəninin sol saidin arxa-bayır səthində olan, köynəyin sağ qolunun orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ dirsək oynağı nahiyəsində olan eyni xarakterli xəsarətlərlə nisbi olaraq üst-üstə düşürlər. Tədqiq olunan rəydən, həmçinin görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus olub, tədqiqat obyekti olmuş bir ədəd şalvar üzərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, ekspertlər tədqiqat üçün təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi- bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmişlər: a) köynəyin və maykanın demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən qeyri müəyyən formalı, kənarları və konturları qeyri düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşdur; b) şalvarın hər iki ayağının ön səthində, sol cib ətrafında və sol ayağın arxa səthində fasilələrlə yerləşən qan ləkələrinin bəziləri qan mənbəyindən səthə hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəziləri isə yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs götürülmüş və tədqiqat üçün təqdim edilmiş ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 125 mm, əsasında eni 21 mm, orta hissədə eni 20 mm, ucundan 10 mm məsafədə eni 7 mm, küpünün qalınlığı isə 1 mm olan bir ədəd qatlanmayan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir(iş vərəqə: səh. 231-236). Cinayət işi üzrə hüquqi qiymət verilməsi zəruri olan, ibtidai istintaq orqanı tərəfindən qiymətləndirilməmiş, iş üzrə tərtib edilmiş ittiham aktına belə, əlavə edilməmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 972 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs bədən səthində döş qəfəsinin ön səthinin sağ yarısının 2 (iki) ədəd və sol bazunun 2 (iki) ədəd kəsilmiş yaraları, başın alın nahiyəsinin, üzün sol yarısının, səthi kəsilmiş yaraları kimi bədən xəsarətləri aşkar edilmişdir: Tədqiq olunan eyni rəydən görünür ki, ekspertlər müəyyən olunan həmin xəsarətlərin iti kənarlı əşyanın (alətin) təsirindən xx xxxxxxx 2019-cu il tarixdə aparılan müayinədən 3-4 gün əvvəl, onun tibbi yardım üçün Bakı şəhər X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx xxxxxxx 2019- cu il tarixdə, yəni hadisənin baş verdiyi xx xxxxxxx 2019-cu il tarixdə əmələ gəlməsinin mümkünlüyünü, qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilə bilməsinin az inandırıcı olmasını təsdiq etmişlər. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, müəyyən olunan döş qəfəsinin ön səthinin sağ yarısının 2 ədəd və sol bazunun 2 ədəd kəsilmiş yaraları dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Məhkəmə-tibbi tədqiqat zamanı Təqsirləndirilən şəxs bədən səthində, həmçinin sol said nahiyəsinin səthi kəsilmiş yaraları olması müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı sol said nahiyəsində müəyyən olunan həmin xəsarətlərin müayinədən 7-10 gün əvvəl təqsirləndirilən şəxsin özü tərəfindən iti kənarlı əşya ilə (alətlə) yetirildiyi, xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş hadisə ilə səbəbli əlaqəsinin olmadığı müəyyən edilmişdir (iş vərəqə: səh. 231-236). Məhkəmə istintaqı zamanı tədqiq olunan kompleks məhkəmə-tibbi və tibbikriminalistik ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 588/2019 nömrəli eyni rəylə, həmçinin müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı zamanı təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin və maykanın sağ çiyin nahiyəsində bir ədəd, köynəyin və maykanın sağ döş nahiyəsində bir ədəd, köynəyin sol qolunun arxa-yuxarı nahiyəsində iki ədəd dəlib keçən, jiletin ön hissəsinin sağ orta nahiyəsində iki ədəd, jiletin ön hissəsinin sol-orta nahiyəsində üç ədəd, jiletin arxa səthinin sol aşağı nahiyəsində bir ədəd və jiletin arxa hissəsinin sağ aşağı nahiyəsində beş ədəd jiletin yalnız üst qatını əhatə edən dəlib keçməyən deşilmiş kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələri törədən daxil olma səviyyəsində eni 1,8 sm-ə qədər olmuşdur. Tədqiq olunan bu rəylə həmçinin müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin və maykanın sağ çiyin nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş kəsilmiş zədə onun bədəninin döş qəfəsin ön səthinin sağ yarısında olan bir ədəd, köynəyin və maykanın sağ döş nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında olan bir ədəd köynəyin sol qolunun arxa yuxarı nahiyəsində iki ədəd deşilmiş kəsilmiş zədə onun bədəninin sol bazu nahiyəsində olan iki ədəd eyni xarakterli xəsarətlərlə nisbi olaraq üst-üstə düşürlər. Lakin Təqsirləndirilən şəxs bədənində olan digər xəsarətlər-başın alın nahiyəsinin və üzün sol yarısının səthi kəsilmiş yaraları ona məxsus olan paltarlarda öz əksini tapmamışdır ki, bu da həmin nahiyələrin paltarla örtülməməsi ilə izah oluna bilər. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs məxsus jiletin sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmə aşkar olunmuşdur. Həmin sökülmə küt yaranma mexanizminə malik olmuş, jiletin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Qeyd olunanlardan başqa, tədqiq olunan rəydə ekspertlər ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi-bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmişlər: a) köynəyin ön hissəsində və sol qolunun üzərində maykanın ön hissəsində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə statik və az dinamik kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, aparılmış ekspertiza tədqiqatı ilə Təqsirləndirilən şəxs götürülməklə ekspertizaya təqdim edilmiş ümumi uzunluğu 185 mm, tiyəsinin uzunluğu 85 mm, əsasında eni 19 mm, orta hissədə eni 17 mm, ucundan 10 mm məsafədə eni 5 mm, küpünün qalınlığı əsasında 2 mm olan bir ədəd qatlanan bıçağın məhkəmə-tibbi-bioloji tədqiqatı zamanı tiyəsinin üzərində aşkar edilmiş qan ləkələrinin fasilələrlə yerləşən qan ləkələrinin yaxma xarakterli olması və qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəldiyi, ekspertizaya təqdim olunmuş həmin bıçağın zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağına aid olması və soyuq silah hesab olunmaması müəyyən edilmişdir (iş vərəqə: səh. 231-236). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 878/2019-MTBŞ nömrəli rəyi ilə müəyyən edilmişdir: Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qruppu : B /İİİ/-dir. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qruppu A /İİ/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bozumtul rəngli açılıb qatlanan Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, mayka və Təqsirləndirilən şəxs məxsus köynək, mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bozumtul rəngli açılıb qatlanan bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, mayka üzərində olan ləkələrdə ABO sistemi üzrə qrup tədqiq edildikdə yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A /İİ/ qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus köynək, mayka üzərində olan ləkələrdə ABO sistemi üzrə bir qrup tədqiq edildikdə yalnız B antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə B /İİİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Ən nəhayət, aparılan tədqiqatla təqdim olunmuş dəstəyi göy və ağ rəngli bıçaq (zərərçəkmiş Zərərçəkmiş şəxs götürülmüş) üzərində qan, həmçinin Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadığı müəyyən edilmişdir (iş vərəqə: səh. 217-222). Məhkəməyədək icraat mərhələsində ünvan 4 saylı ünvanda yerləşən tikinti materialları mağazasının arxasında quraşdırılmış müşahidə kamerasından götürülmüş xx xxxxxxx 2019-cu il tarixə, yəni hadisənin baş verdiyi tarixdə qeydə alınmış videogörüntülər «DVD-R» formatlı diskə köçürülmüş, diskə baxış keçirilməklə protokollaşdırılmış və «DVD- R» formatlı həmin disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı nümayiş olunan «DVD-R» formatlı diskə və diskə baxış keçirilməsi haqqında protokola baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 143 Mb həcmdə olan «20191005_12139» adlı, «mp4» formatlı fayl mövcuddur, həmin fayl 01 dəqiqə 10 saniyə davam etmişdir. Fayl üzrə görüntülərdən müəyyən olunur ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 11:40:00-da kişi cinsindən olan iki nəfər (burada: zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs) şəxsin ön planda əllərində tutduqları görüntülər üzrə müəyyənləşdirilməsi mümkün olmayan predmetlərlə 10 saniyə ərzində biri-birinə qarşılıqlı hücum edir və saat 11:40:10-da arxa plana, hadisə yerində olan minik avtomaşınına aid kuzovun arxasından önünə, görüntüsü mümkün olmayan yerə keçirlər. 14 saniyə ərzində hadisə arxa planda davam etdiyindən hadisənin gedişatını müşahidə etmək mümkün olmamışdır. Lakin saat 11:40:24-də hər iki şəxs yenə ön plana qayıdır, münaqişə iştirakçılarından zərərçəkmiş Zərərçəkmiş şəxs əlindəki predmetlə Təqsirləndirilən şəxs qarşı hücumu, sonuncunun iki dəfə yerə əyilib nə isə götürmək istəməsi və bundan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs arxa plana çəkildiyi, 11:40:38-də Təqsirləndirilən şəxs avtomobil yolu istiqamətinə getməyə başladığı görünür. Bundan sonra videokameranın görüntülərinin əhatə dairəsində qeyri-hüquqi hərəkət və ya hərəkətsizlik müşahidə olunmur (iş vərəqə: səh. 142, 256, «DVD-R» formatlı disk). Tədqiq olunan sənədlərlə müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində zərərçəkmiş Zərərçəkmiş şəxs götürülmüş zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bir ədəd mətbəx bıçağı və Təqsirləndirilən şəxs götürülmüş zavod üsulu ilə hazırlanmış bir ədəd məişət təyinatlı cib bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus köynək, mayka və şalvar, Təqsirləndirilən şəxs məxsus köynək, mayka və jilet maddi sübut kimi tanınmış, hər iki bıçaq maddi sübut olaraq saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, təqsirləndirilən və zərərçəkmiş şəxslərə məxsus paltarlar isə sonuncuların özlərinə qaytarılmışdır(iş vərəqə: səh. 256). Təqsirləndirilən şəxs şəxsiyyəti ətrafında aparılan araşdırmalarla müəyyən edilir ki, o, xx xxxxx 2009-cu il tarixdən «Emosional davamsız şəxsiyyət pozuntusu» diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR-nın X3 ictimai təhlükəli xəstə kimi dispanser qeydiyyatda dayanır (iş vərəqə: səh. 156, 157-165). Lakin iş üzrə mövcud olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2318 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır, hadisə dövründə sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür, müayinə zamanı da anlaqlı olmuşdur və onun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 183-184). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 2567 nömrəli rəyindən görünür ki, tədqiqat zamanı iş üzrə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamışdır, o, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 185-186). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünün həyatını və sağlamlığını Zərərçəkmiş şəxs tərəfindən yönəlmiş real ictimai təhlükəli qəsddən qoruyarkən zəruri müdafiə vəziyyətində üzərində gəzdirdiyi, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı cib bıçağı ilə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq ona insan həyatı üçün təhlükəli olan xəsarət yetirib zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasında ehtiva olunan hərəkətləri, zəruri müdafiə həddini aşmadığından cinayət sayılmamalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Cinayət hüququ elminin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə və s. hüquq mənbələrinə əsaslanmışdır. Azərbaycan Respublikasının CM-də beş hal «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında xüsusi fəsildə müəyyən edilmişdir ki, belə hallardan biri də həmin Məcəllənin 36-cı maddəsində nəzərdə tutulan zəruri müdafiə halıdır. Zəruri müdafiə vətəndaşlara verilmiş ictimai təhlükəli qəsdlərdən qorunmağa imkan verən hüquqlardır. Azərbaycan Respublikasının CM-nin 36-cı maddəsində zəruri müdafiəyə aşağıdakı məzmunda anlayış verilir: «Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır». Zəruri müdafiə – hücum edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorunma vətəndaşların subyektiv hüququdur və cinayətkarlıqla mübarizənin təsirli vasitələrindəndir. Bu yolla təhlükənin qarşısı alınarkən yol verilən hərəkət, zəruri müdafiə həddini aşmırsa, cinayət sayılmır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Cinayət hüquq elminə görə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli hücumun qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: a) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; b) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri. Qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi aşağıdakı şərtləri tələb olunur: - əməl ictimai təhlükəli olmalıdır, əməl şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; - qəsd mövcud olmalıdır, kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır. Bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır; - qəsd real olmalıdır, yəni varlıqda obyektiv olaraq baş verməlidir. Qəsd müdafiə edənin yanlış təsəvvürü ilə uydurulmamalıdır. Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri isə bunlardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır. Baxılan iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün, zəruri müdafiə institutuna xarakterik olan bütün şərtlər mövcuddur. Belə ki, cinayət hadisəsinin baş verdiyi xx xxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində baxılan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Binəqədi rayonunun Xutor qəsəbəsi ərazisində, Ziya Bünyadov prospektində yerləşən yolötürücü tunelin üzərində salınmış parkda vətəndaşların nərd oynadıqları yerdə Təqsirləndirilən şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisədən sonra yaşadığı evə gedərək Təqsirləndirilən şəxs qisas alıb onu cəzalandırmaq məqsədi ilə evdən məişət təyinatlı bir ədəd mətbəx bıçağını götürüb sağ qolunda, geyindiyi paltarların altında gizlətməsi, nərd oynanılan yerə gedib Təqsirləndirilən şəxs bir kənara çəkərək onunla təklikdə, heç kimin olmadığı bir yerdə söhbət etmək istədiyini bildirməsi və buna nail olması, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 43 ünvanın yaxınlığına Təqsirləndirilən şəxsla təklikdə olarkən az əvvəl nərd oynanılan yerdə aralarında baş vermiş mübahisəyə aydınlıq gətirilməsi müstəvisində mübahisəni davam etdirib Təqsirləndirilən şəxs sağ qolunda, paltarların altında gizlətdiyi bıçaqla hücum edib ona döş qəfəsinin ön səthinin sağ yarısının iki ədəd və sol bazunun iki ədəd kəsilmiş, başın alın nahiyəsinin, üzün sol yarısının isə səthi kəsilmiş yaraları kimi həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vurmaya aid olan və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməsi və yalnız bundan sonra Təqsirləndirilən şəxs özünün həyatını və sağlamlığını real ictimai təhlükəli qəsddən qoruyarkən üzərində gəzdirdiyi məişət təyinatlı cib bıçağı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına qəsdən ağır zərər vurması zəruri müdafiənin hüquqi şərtlərinin hamısını özündə ehtiva edir. Baxılan işdə qəsd əməli ilə bağlı zəruri müdafiənin yuxarıda sadalanan hüquqi şərtlərinin mövcudluğu məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində gizlədib saxladığı məişət təyinatlı bıçağı çıxarmaqla Təqsirləndirilən şəxs hücum etdiyi andan təqsirləndirilən şəxsin həyat və sağlamlığına yönələn ictimai təhlükəli qəsd real müstəviyə çevrilmişdir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrində özünümüdafiə xarakterli ifadələr verib özünü müdafiə etmək məqsədilə Təqsirləndirilən şəxs bıçaqla vurub xəsarət yetirdiyini göstərsə də, məhkəmə baxışı zamanı dindirilərkən əməlini tam etiraf etmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri öyrənilərkən müəyyən olundu ki, Zərərçəkmiş şəxs ibidai istintaqı aparan müstəntiq tərəfindən tam, hərtərəfli dindirilməmiş, hadisənin motivləri, mahiyyəti, dinamikası və nəticəsi dindirmə protokolunda öz əksini tapmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərara, iş üzrə tərtib olunan ittiham aktına zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla vurub xəsarət yetirməsi faktı ümumiyyətlə daxil edilməmiş, sonuncunun barəsində olan tibbi rəy ittiham aktında öz qiymətini almamışdır. Hansı ki, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə qəbul edilmiş bir çox qərarlarda, o cümlədən məhkəmə-tibb, məhkəmə psixiatrik ekspertizaları təyin etmək və s. barədə qərarlarda məhz zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi, qərəzli xuliqanlıq hərəkətləri etməklə üzərində gəzdirdiyi bıçaqla sonuncunu qəsdən vuraraq bədən xəsarətləri yetirməsi və yalnız bundan sonra Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla vurararq xəsarətləndirməsi yer almışdır. Azərbaycan Respublikası CM-nin 42.2-ci və 42.2.2-ci maddələrinin tələbinə görə əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının CM-nin Vİİİ fəslinə əsasən həmin Məcəllənin 36-cı maddəsində nəzərdə tutulan zəruri müdafiə əməlin cinayət olmasını aradan qaldıran hallardan biridir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş xx xxxxxx 2020-ci il tarixli “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş zavod üsulu ilə hazırlanmış bir ədəd məişət təyinatlı mətbəx bıçağı və Təqsirləndirilən şəxs götürülmüş zavod üsulu ilə hazırlanmış bir ədəd məişət təyinatlı cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin, bir ədəd maykanın və bir ədəd şalvarın, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyin, bir ədəd maykanın və bir ədəd jiletin məhkəməyədək icraat mərhələsində özlərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.2 və 42.2.2-ci, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran zəruri müdafiə halı mövcud olduğundan ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx xxxxxx 2020-ci il tarixli “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş zavod üsulu ilə hazırlanmış bir ədəd məişət təyinatlı mətbəx bıçağı və Təqsirləndirilən şəxs götürülmüş zavod üsulu ilə hazırlanmış bir ədəd məişət təyinatlı cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin, bir ədəd maykanın və bir ədəd şalvarın, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyin, bir ədəd maykanın və bir ədəd jiletin məhkəməyədək icraat mərhələsində özlərinə qaytarılması nəzərə alınsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-413/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-413/2020
12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver