Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-413/2022 11.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə hər hansı hərəkətin edilməsi müqabilində birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi neməti rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2020ci ilin avqust-oktyabr ayları ərzində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Bakı şəhər sakini Şahid1 İsgəndər oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib tikinti-quraşdırma işlərinin sifarişi ilə bağlı ümumi məzmunlu danışıqlar apardıqdan sonra özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsi rəisinin xalası oğlu olmaqla, həmin idarənin “Rövşən” adlı əməkdaşı kimi təqdim edərək özü barəsində geniş əlaqələrindən istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin rəhbərliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər vəzifəli şəxslərinin vasitəsi ilə müxtəlif dövlət orqanlarında işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə 2020-ci ilin avqust ayında bununla bağlı müraciət etmiş Şahid1 İsgəndər oğlunda özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun qardaşı X4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu prokurorluq orqanlarında texniki vəzifəyə qəbul etdirməyə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 32.000 (otuz iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Cavid Mehraliyevin razılığını almaqla, onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2020-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Z.Bünyadov prospektində yerləşən «Hyundai» servisin qarşısında istintaqa məlum olmayan cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsilə Şahid1 almaqla, daha sonra cinayətkar niyyətini davam etdirərək həmin işin həll olunması üçün rüşvət qismində verilməsindən ötrü əlavə olaraq 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid1lə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Mərkəzi Univermağın” yaxınlığında 17.000 (on yeddi min) manat, eyni niyyətlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Z.Bünyadov prospektində yerləşən «Hyundai» servisin qarşısında 10.000 (on min) manat olmaqla, ümumilikdə 59.000 (əlli doqquz min) manat məbləğində pul vəsaitini istintaqa məlum olmayan cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsilə Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 59.000 (əlli doqquz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yaşar Mehralıyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsi rəisinin xalası oğlu olmaqla, həmin idarənin “Rövşən” adlı əməkdaşı kimi təqdim etməklə özü barəsində geniş əlaqələrindən istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin rəhbərliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin digər vəzifəli şəxslərinin vasitəsi ilə müxtəlif dövlət orqanlarında işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, bununla bağlı özünə 2020-ci ilin avqust ayında müraciət etmiş X5 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun Hərbi Həkim Komissiyasının 21.04.2018-ci il tarixli qərarı ilə hərbi xidmətə yararsız hesab olunmasına baxmayaraq, əlaqələrindən istifadə edərək guya onun hərbi xidmətə yararlı hesab edilməsinə dair vəsiqə ilə təmin edilməsi və Bakı şəhəri Xətai rayon Polis İdarəsinə çavuş rütbəsində polis nəfəri kimi qəbul edilməsi müqabilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində tanışları olan vəzifəli şəxslərin vasitəsilə hərbi xidmətə yararlı hesab edilməsinə dair vəsiqə ilə təmin edilməsi üçün 6.000 (altı min) manat, Bakı şəhəri Xətai rayon Polis İdarəsinə çavuş rütbəsində polis nəfəri kimi işə düzəltmək üçün 75.000 (yetmiş beş min) manat müqabilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə sonuncudan 25.08.2020-ci il tarixdə sifariş verdiyi *2111* «Maksim» taksi xidmətində işləyən Şahid7 adlı cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Z.Bünyadov prospektində yerləşən «Hyundai» servisin qarşısında hərbi biletinin surətini və 5000 (beş min) manat pulu taksi sürücüsündən Alatava qəsəbəsinin mərkəzində almış, həmin niyyətlə 17.09.2020-ci il tarixdə sifariş verdiyi *2111* «Maksim» taksi xidmətində işləyən cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Ə.Rəcəbli prospektində yerləşən “Elit” ticarət mərkəzinin qarşısında 1.000 ( birmin) manat olmaqla, ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaitini hərbi xidmətə yararlı hesab edilməsinə dair vəsiqə ilə təmin edilməsi adı ilə almaqla, eyni niyyətlə 2020-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Mərkəzi Univermağın” yaxınlığında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə 50.000 (əlli min) manat, daha sonra 30.10.2020-ci il tarixdə göstərilən ünvanda sonuncu vasitəsilə alınaraq tərəfindən sifariş verilmiş taksi fəaliyyəti ilə məşğul olan Şahid8 adlı cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən yolunda yerləşən Gömrük İdarəsinin qarşısında 25.000 (iyirmi beş min) manat pulu ələ keçirməklə, Cavid Mehraliyevə məxsus cəmi 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaitini Bakı şəhəri Xətai rayon Polis idarəsinə çavuş rütbəsində polis nəfəri vəzifəsinə qəbul edilməsi adı ilə, ümumilikdə qeyd edilən formada cəmi 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavid Mehraliyevə məxsus cəmi 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona küili miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 təkrarən təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamda bir neçə epizod vardır ki, həmin epizodlar üzrə ibtidai istintaq zamanı bir neçə şəxs şahid qismində cəlb edilmiş, həmin şahidlər də onun əleyhinə ifadə vermişlər. O, həmin şahidlərin heç birini tanımır, həmin şəxslərlə heç vaxt heç bir şəraitdə təmasda olmamış və bu səbəbdən də onun həmin şəxslərdən bu və ya digər şəkildə pul almağı mümkün olmamışdır. O, məhkəmə istintaqında ifadə vermiş şahidləri ilk dəfə məhkəmədə görmüşdür. O, ibtidai istintaq zamanı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından onun əleyhinə ifadə vermiş şahidlərlə üzləşdirilməsini tələb etmiş, lakin heç kim onu şahidlərlə üzləşdirməmişdir. O, ibtidai istintaq zamanı müstəntiqə demişdir ki, “əgər üzləşdirmədə şahidlər məni tanıdıqlarını bildirsələr, bu zaman mən hər bir cəzaya razı olacam”. Lakin ibtidai istintaq zamanı onunla şahidlər arasında üzləşdirmə keçirilməmişdir. O, ittiham üzrə ibtidai istintaq zamanı heç bir sənədi imzalamamışdır. Çünki heç bir şahid çağırılaraq onunla üzləşdirilməmişdir. O, günahsız yerə həbs olunmuşdur. O, irəli sürülmüş ittiham üzrə heç bir cinayət əməlini törətməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, özünə məxsus avtomobillə Bakı şəhərində yerləşən “MUM” Mərkəzi Univermağın yanında fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 30 oktyabr 2020-ci il tarixdə, saat 15:00 radələrində onun tanımadığı bir şəxs ona yaxınlaşaraq təxminən 20.000 (iyirmi min) manatdan çox olan pulu və həmin pulu ondan alacaq şəxsin mobil nömrəsini ona verərək həmin pulu Bakı şəhəri, Babək prospektində yerləşən maşın bazarında olan şəxsə çatdırmağını xahiş etmişdir. Bu pulu ona verən şəxs pulu çatdırmağına görə 20 manat pul da ona vermişdir. O da həmin şəxslə razılaşaraq 20.000 (iyirmi min) manat pulu almış və maşın bazarına yola düşmüşdür. O, yolda olarkən, təxminən “Kukla” teatrının yaxınlığına çatdığı vaxt ona tanımadığı bir şəxsdən zəng gəlmiş və zəng edən şəxs pulu ondan götürməli olan şəxs olduğunu bildirmişdir. Ona zəng edən şəxs artıq maşın bazarından çıxdığını, Xocəsən yolunda yerləşən Gömrük İdarəsinin yanında onu gözlədiyini bildirmişdir. O da istiqamətini dəyişərək həmin şəxsin dediyi yerə yola düşmüşdür. O, Xocəsən yolunda həmin şəxslə zəngləşib görüşmüşdür. Görüş zamanı dəqiqləşdirmək üçün o, 20.000 manatdan çox olan pulu ona verən şəxsə zəng etmiş və həmin şəxs də pulu qəbul edən şəxslə danışdıqdan sonra pulu Xocasən yolunda onun görüşdüyü şəxsə verməli olduğunu bildirmişdir. Bundan sonra o, 20.000 (iyirmi min) manatdan çox olan pulu onu Xocasən yolunda gözləyən şəxsə vermişdir. Pulu ondan alan şəxs də taksi xidməti üçün ona 50 manat pul vermişdir. O, 20.000 (iyirmi min) manatdan çox olan pulu ona verən şəxsi və bu pulu ondan alan şəxsi əvvəllər tanımamışdır. O, heç həmin şəxslərin adlarını da bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 2020-ci ilin noyabr ayından hazıradək “Bolt” taksi şirkətində taksi sürücüsü işləyir. O, Təqsirləndirilən şəxs şəxsən tanımır. O, taksi faəliyyəti ilə məşğul olduğu üçün müştərilər ilə taksi sürücüsü kimi münasibətləri olmuşdur. Günlərin birində o, Nərimanov rayonu ərazisində yerləşən Vergilər Departamentinin yanında dayandığı zaman bir nəfər onun avtomobilinin qapısını açaraq ona 500 manat pul verərək həmin pulu Nərimanov rayon Polis İdarəsinin yanına aparmağını və orada onu gözləyən şəxsə verməyini xahiş etmişdir. O, həmin şəxslə razılaşaraq 500 manat pulu alaraq Nərimanov rayon Polis İdarəsinin yanına getmiş və orada onu gözləyən, tanımadığı bir şəxsə həmin pulu vermişdir. Həmin şəxs isə ona bir neçə sənəd verərək həmin sənədləri Ziya Bünyatov prospektində yerləşən “Hyundai” servisin qarşısında olan bir şəxsə verməyini xahiş etmişdir. O da həmin şəxsdən sənədləri alaraq “Hyundai” servisin qarşısına getmişdir. O, həmin yerə çatdıqda, bir cavan oğlan ona yaxınlaşaraq verilmiş sənədləri ondan götürmüş, eləcə də taksi pulunu da ona ödəmişdir. O, həmin şəxsin üz cizgilərini dəqiq olaraq xatırlamır. Ona yalnız orada gözlədiyinə görə 7 manat xidmət haqqı verilmişdir. O, əvvəllər həmin şəxsləri, yəni sənədi göndərən və sənədi alan şəxsi tanımamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 İsgəndər oğlu ifadəsində göstərdi ki, o, tikinti işləri ilə məşğul olur. X31 də tikinti işləri ilə məşğul olduğu üçün 2020ci ilin avqust ayında atasının istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs özünü onun atasına Rövşən kimi təqdim etmişdir. Sonradan isə o, atasına Rövşən adı ilə zəng edən şəxsin əsl adının Bəxtiyar olduğunu bilmişdir. Belə ki, Bəxtiyar “Rövşən” adı ilə onun atasına zəng edərək atasının tikinti işləri ilə məşğul olduğunu bildirərək sonuncudan mişar daşı almaq istədiyini bildirmişdir. Bəxtiyar onun atasına nömrəsini Hacı adlı bir şəxsdən aldığını demişdir. Atası da Rövşənə, yəni daha doğrusu, özünü Rövşən kimi təqdim edən şəxsə onun mobil telefon nömrəsini verərək onunla danışmasını demişdir. Hacı adlı şəxs tikinti işləri ilə məşğul olduğundan onlar Hacını tanımışlar. Sonra Bəxtiyar onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək Novxanı və Bilgəh qəsəbələrində bağ tikdirdiyini və ona görə də mişar daşı lazım olduğunu demişdir. O da Bəxtiyardan nə qədər daş lazım olduğunu soruşmuşdur. Bəxtiyar da dəqiqləşdirib ona deyəcəyini bildirmişdir. Bir gündən sonra Bəxtiyar ona zəng edərək Göygöl rayonu ərazisində istirahət mərkəzinin tikintisinə də başlayacağını bildirmişdir. O da Bəxtiyara Tovuz rayonunda onlara məxsus tikinti materialları mağazalarının olduğunu və həmin mağaza Göygöl rayonuna daha yaxın olduğundan həmin mağazadan daha ucuz qiymətə mal ala biləcəyini demişdir. Bundan sonra onlar bir neçə dəfə telefonla danışmışlar. Telefonla danışdıqları zaman Bəxtiyar ona Tovuz rayonunun sakini olduğunu, eləcə də onların həmyerlisi olduğunu bildirmişdir. Sonra Bəxtiyar ona “Votsap” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək özünün Baş X52 İdarəsinin rəisi, əslən Tovuz rayonundan olan Ramiz Zeynalovun xalası oğlu olduğunu demişdir. Rövşən ona, həmçinin Ramiz Zeynalovla çox yaxın münasibətlərinin olduğunu və DYP ilə hər hansı bir problemi olduğu halda müraciət etməyini onabildirmişdir. O da Rövşənin belə yaxşı qohumunun olmasına sevinmişdir. Sonra onunla Bəxtiyar arasında yaxşı münasibətlər yaranmışdır. Onlar tez-tez “Votsap” vasitəsi ilə danışmışlar. Lakin onlar heç vaxt görüşməmişlər. O, heç vaxt Bəxtiyarı həyatda görməmişdir. Hətta bir neçə dəfə ona məxsus yük avtomobilləri yol polisi tərəfindən saxlanıldıqda, o, bu barədə Bəxtiyara məlumat vermiş və Bəxtiyar da həmin avtomobilləri buraxdırmışdır. Bəxtiyarın bu hərəkətləri onun Bəxtiyara olan inamını və etibarını daha da artırmışdır. Bundan sonra o, Bəxtiyarın işgüzar və əhatəsinin geniş olmasını düşünmüşdür. O, Bəxtiyarla telefonda söhbət edən zaman qardaşı ilə birlikdə polisə işə düzəlmək arzusunun olduğunu Bəxtiyara bildirmişdir. Lakin onun hərbi biletində hərbi xidmətə yararsız olması barədə qeyd olduğundan bu işin alınmağına ümidinin olmadığını da Bəxtiyara demişdir. Bundan sonra özünü ona Rövşən kimi təqdim edən Təqsirləndirilən şəxs onu polisə işə düzəldə biləcəyini bildirmişdir. O, həmin vaxt Bəxtiyara qardaşı Yaşar Mehralıyevin də polisə işə düzəlməsini istədiyini demişdir. Təqsirləndirilən şəxs da ona Polis Akademiyasında tanışının olduğunu, qardaşının işini də həll edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Yaşarın işə düzəlməsi üçün 35.000 manat pul lazım olacağını, həmin pulun “müəllim” kimi təqdim etdiyi bir şəxsə çatacağını bildimişdiri. Bəxtiyar “müəllim” dedikdə, Ramiz Zeynalovu nəzərdə tutaraq sonuncu ilə həmkəndli olmasını bildirmişdir. Bir neçə gün ərzində ailəlikcə qardaşının özünü Rövşən kimi təqdim edən şəxsin sonradan adının Təqsirləndirilən şəxs olan şəxsin vasitəsi ilə Polis Akademiyasına qəbul edilməsi təklifini və bu işin müqabilində 32.000 manat verməli olduqlarını müzakirə etmişlər. Ailə üzvləri bu təkliflə razı olduqları üçün o, ilk dəfə 2020-ci ilin avqust ayında 32.000 manat pulu Bakı şəhəri, Ziya Bünyadov prospekti, “Hyundai” servisin qarşısında Bəxtiyarın göndərdiyi tanımadığı taksi sürücüsünə vermişdir. Həmin gün Bəxtiyar ona pulu götürdüyünü və bir müddət gözləməli olduğunu bildirmişdir. Təxminən 4-5 gün sonra Bəxtiyar yenidən ona zəng edərək qardaşının Polis Akademiyasına gedib 5 ilə yaxın müddətə ali təhsil alması əvəzinə Nərimanov rayon prokurorluğunda texniki işçi yeri boşaldığından elə birbaşa ora işə düzəltməyi təklif etmiş və bunun üçün da əlavə olaraq 17.000 manat pul verməli olduğunu, yaxın günlərdə qardaşının şəxsiyyət vəsiqəsinin surətini, fotoşəklini, sağlamlıq və yaşayış yeri üzrə arayışların hazırlamısının da vacib olduğunu bildirmişdir. O da Bəxtiyarın bu təklifini müzakirə etmiş və qardaşı bu işə razı olduğundan Bəxtiyara zəng edərək qardaşının prokurorluğa işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra o, 17.000 manat pulu, qardaşının topladığı arayışı və digər sənədlərlə birlikdə 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Nigar Rəfibəyli küçəsində, Daxili İşlər Nazirliyinin inzibati binasının yanında saat təxminən 12:00 radələrində Bəxtiyarın göndərdiyi tanımadığı taksi sürücüsü ilə zəngləşmiş və pulu da, sənədləri də həmin sürücüyə vermişdir. Həmin vaxt Bəxtiyar ona qardaşı ilə orada gözləməyini və əmr imzalanacağı üçün onları içəri çağıracaqlarını bildirmişdir. O da qardaşı ilə birlikdə axşam saat 19:00dək DİN-nin izibati binasının qarşısında gözləsə də, Bəxtiyar telefona cavab verməmiş və buna görə də oradan çıxıb getmişlər. Növbəti gün o, Bəxtiyara zəng edərək saatlarla orada gözlədiklərini və hansı səbəbdən telefona cavab vermədiyini soruşmuşdur. Bəxtiyar da ona “müəllimin”, yəni Ramiz Zeynalovun yanında olduğunu, buna görə də telefona cavab verə bilmədiyini, qardaşının işi ilə bağlı yalnışlıq olduğunu və işə düzəlmə prosesinin təxminən 2-3 ay çəkəcəyini, həmçinin bununla bağlı test imtahanından keçməli oluğunu və 10.000 manat pul müqabilində bu işi də həll edə biləcəyini bildirmişdir. O da atası və qardaşı ilə məsləhətləşmiş və həmin məbləği də verməyə razı olmuşlar. Bundan sonra, yəni 04 sentyabr 2020-ci il tarixdə o, Bakı şəhəri, Ziya Bünyadov prospekti, “Hyundai” servisin qarşısında Bəxtiyarın göndərdiyi tanımadığı taksi sürücüsünə 10.000 manat verərək həmin pulu Bəxtiyara göndərmişdir. Sonra Bəxtiyar 10.000 manatı götürdüyünü və Yaşarın işinin 2-3 aya həll olunacağına dair ona vəd vermişdir. Daha sonra Rövşən onu Xətai rayon Polis İdarəsinə serjant kimi işə düzəltməyi təklif etmişdir. O da hərbi biletində hərbi xidmətə yararsız yazıldığını Bəxtiyara demişdir. Lakin Bəxtiyar onun hərbi biletində yararsız yazısını yararlı yazdıra biləcəyini və hərbi biletin dəyişdirilməsi üçün 6.000 manat pul istəmişdir. O da sentyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, “Elit” ticarət mərkəzinin yanında 4.000 manat, 17 sentyabr 2020-ci il tarixdə isə Bakı şəhəri, Nərimanov rayonu, “Neptun” marketin qarşısında 2.000 manat pulu Bəxtiyarın göndərdiyi tanımadığı taksi sürücüsü ilə Bəxtiyara çatdırılması üçün göndərmişdir. Bəxtiyar həmin məbləğləri taksi sürücülərindən alması barədə ona məlumat vermişdir. Bir neçə gündən sonra Bəxtiyar ona zəng edərək hərbi bilet məsələsinin həll olunduğunu və Xətai rayon Polis İdarəsinə serjant, yəni çavuş kimi işə düzəlməyi üçün 75.000 manat pul tələb olunduğunu bildirmişdir. Bəxtiyar həmin məbləği də Ramiz Zeynalova verməklə işinin tapşırılacağını bildirmişdir. O da atası ilə məsləhətləşmiş və bu işə atası da, o da razılıq vermişdir. Bununla bağlı 2020-ci ilin sentyabr ayında o, Bəxtiyarla telefonla danışıb razı oldulqarını və 50.000 manatın hazır olduğunu bildirmişdir. Bəxtiyar ona pulu köməkçisi Elkin kimi özünü təqdim edən şəxsə verməsini tapşırmışdır. O, sonradan həmin şəxsin Tovuz rayonundan olan Şahid2 olduğunu bilmişdir. O da Bakı şəhərində Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Elkinlə görüşüb 50.000 manat pulu sonuncuya vermişdir. Elkin də pulu Rövşənə çatdıracağını demişdir. Bundan sonra, yəni 06 oktyabr 2020-ci il tarixdə o, qalan 25.000 manat pulun hazır olduğunu Bəxtiyara xəbər vermiş, Bəxtiyar da həmin pulu da göndərməyini ona bildirmişdir. Yenə də o, Elkin adlı şəxsə 25.000 manat pulu Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında vermişdir. Bəxtiyar pulu aldıqdan sonra onun Daxili İşlər Nazirliyində müayinədən keçməli olduğunu bildirmişdir. O, Elkinə pulu verdikdən sonra Bəxtiyar telefonda ona orada gözləməsini, onu Daxili İşlər Nazirliyinə çağıracaqlarını bildirmişdir. Elkin pulu aldıqdan sonra 5-10 dəqiqəlik ondan uzaqlaşaraq, pulu Bəxtiyarın göndərdiyi adama verdiyini desə də, o, həmin adamı görməmişdir. O, orada Elkinlə birlikdə axşama kimi gözləsə də, onu Daxili İşlər Nazirliyinə çağıran olmamış və Bəxtiyar da onun telefon zənglərinə cavab verməmişdir. Növbəti gün Bəxtiyar özü ona zəng edərək Ramiz Zeynalovun yanında olduğu üçün cavab verə bilmədiyini, səbrli olmağını və 15 günə guya onu Daxili İşlər Nazirliyinə dəvət edəcəklərini bildirmişdir. Lakin hazırki vaxtadək Bəxtiyarın dediklərinin heç bir nəticəsi olmamışdır. Sonradan isə o, özünü ona Rövşən kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olmasını, Tovuz rayonunun Aşağı-Öysüzlü kəndində qeydiyyatda olmasını öyrənmişdir. Onun qardaşı Yaşarın prokurorluğa, onun isə polis orqanlarına işə düzəlməyi müqabilində və müvafiq sənədlərin hazırlanması üçün o, ümumilikdə 140.000 manat pulu Bəxtiyara vermiş və hazırkı vaxta qədər Bəxtiyar həmin məbləği ona geri qaytarmamışdır. O, heç vaxt Bəxtiyarla görüşməmiş, sonuncunun anket məlumatlarını öz əlaqələri vasitəsi ilə tapmışdır. O, Bəxtiyarla sonuncunun istifadəsində olan mobil telefon nömrələri, yəni ***-***-**-** və ***-***-**-** (“Votsap” nömrələri) nömrələri ilə əlaqə saxlamışdır. Sonradan o, təsadüfən yol polisi bölməsində olarkən ona məxsus yük avtomobilini cərimə meydançasından çıxarılmasının Təqsirləndirilən şəxs adlı şəxsin xahiş etdiyini öyrənmişdir. O, həmin vaxt Rövşənin əslində Bəxtiyar adlı şəxs ola biləcəyindən şübhələnmişdir. Çünki həmin vaxt onun maşınının cərimə meydançasından çıxarılması üçün Bəxtiyar ona öz tanışları ilə əlaqə yaratdığını bildirmişdir. O, Elkinin də əslində Şahid2 olduğunu ibtidai araşdırma zamanı bilmişdir. O, Elkini Bəxtiyarın köməkçisi kimi tanımışdır. Bəxtiyar ondan aldığı pulları DİN-nin vəzifəli şəxsi olan qohumu vasitəsi ilə həll etdiyini, pulları da həmin qohumunun köməkçisi vasitəsi ilə çatdırdığını bildirmişdir. Şahid2 ona Rövşən adlı şəxslə tanış olduğunu və Rövşənin, yəni Bəxtiyarın əlaqələrinin geniş olduğunu bildirmişdir. Bəxiyar özünü ona Rövşən kimi təqdim edərək aldatmış və pullarını ələ keçimirşdir. Rövşən adlı şəxs elə Bəxtiyarın özüdür, telefon danışıqları və səs yazılarından da bu müəyyən edilmişdir. Belə ki, Bəxtiyar həmişə ona özünü Rövşən deyə təqdim etdiyindən, o da sonuncuya elə müraciət etmişdir. Elkin özü ona dəfələrlə sənədlərinin müəyyən hissəsinin çatdığını, işinin düzələcəyini, buna görə Rövşənə, yəni Bəxtiyara köməklik etdiyini, özünün də iş düzəltdiyini demişdir. Buna görə o, həm Bəxtiyara, həm də Elkinə inanmışdır. Elkin həm də sonradan telefon danışıqlarında ona Rövşənin əslində kim olduğunu bildiyini, lazım olduğu halda hər şeyi danışacağını bildirmişdir. Bu hal onun Elkinlə telefon danışıqlarında da təsdiq olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 2020-ci ilin avqust ayından etibarən taksi şirkətinin birində idarə etdiyi **-TA-*** dövlət nömrə nişanlı, “London” taksisi ilə taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Hazırda o, “Bakı taksi” şirkətində taksi sürücüsü işləyir. O, ***-***-**-** saylı mobil nömrəsini istifadə edir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Bəxtiyar ilə cəmi 1 (bir) dəfə telefonla zəngləşib danışmışdır. Zəngləşmənin səbəbi isə onunbtaksi fəaliyyəti ilə məşğul olması olmuşdur. Belə ki, o, taksi sürücüsü kimi müştəriləri sifariş əsasında gedəcəkləri yerə aparmış və bunun müqabilində ona ödəniş olunmuşdur. Hadisənin baş verdiyi tarixdə ona bir sifariş gəlmişdir. X46 prospektində yerləşən «Hyundai» servisin qarşısından Müdafiə Nazirliyinə verilmişdir. O da həmin əraziyə yaxın olduğundan verilən sifarişi qəbul etmiş və «Hyundai» servisin qarşısına gedərək sifarişçi ilə əlaqə saxlamışdır. Bir qədər sonra isə qara rəngli “Range Rover” markalı avtomobilin sürücüsü ona yaxınlaşaraq 5.000 manat pul, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini vermiş və həmin pulu sənədlərlə birlikdə Müdafiə Nazirliyinin qarşısına aparmağını və orada onu gözləyən şəxsə verməyini xahiş etmişdir. Həmin şəxs onun mobil telefon nömrəsini də götürmüş, həm də öz mobil nömrəsini ona vermişdir. Həmçinin pulla sənədləri verən şəxs taksi ödənişi kimi ona 8 manat vermişdir. O da Müdafiə Nazirliyinin yanına getmişdir. O,oraya çatdıqda, 5-10 dəqiqə gözləmişdir. Sonra ondan pulu və sənədləri almalı olan şəxs ona zəng edərək Alatava qəsəbəsinin mərkəzi hesab olunan yerdə yerləşən avtobus dayanacağının yanında gözləməyini tapşırmışdır. O da deyilən ünvana gedərək orada təxminən 15-20 dəqiqə gözləmişdir. Sonra bir nəfər şəxs telefonla ona zəng edərək yaxınlaşmışdır. Həmin şəxs ona yaxınlaşdıqda onun vasitəsi ilə özünə pul və sənədlər göndərildiyini demiş və həmin əşyaları ondan tələb etmişdir. Bundan sonra o, pulu və sənədləri verən şəxsə zəng edərək ona yaxınlaşan şəxsə göndərdiyi sənədləri və pulu verib-verməməyini soruşmuşdur. Pulu və sənədləri göndərən şəxs də göndərdiyi pulu və sənədləri həmin şəxsə verməyini ona bildirmişdir. O da 5.000 manat pulu və sənədləri həmin şəxsə vermişdir. Pulu və sənədləri ondan alan şəxs hazırda təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs cəmi 1 (bir) dəfə görmüş, görməyinin səbəbi isə 5.000 manat pulu və sənədləri sonuncuya çatdırmağı ilə bağlı olmuşdur. Şahid qismində çıxış edən Şahid2, Şahid3 Elimağa oğlu, Şahid5 Elimağa və Şahid4 dəfələrlə məhkəmə iclaslarına dəvət olunsalar da, hətta onların məcburi qaydada məhkəmə iclasına gətirilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilib icra edilməsi üçün səlahiyyətli polis orqanlarına göndərilsə də, məhkəmədən asılı olmayan səbəblərdən qeyd edilən şəxslərin məhkəmə iclasında iştirak etməsini və dindirilməsini təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə sözügedən şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə istintaqında tədqiq etmək məcburiyətində qalmışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2014-2016-cı illərdə “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, 2017-2018-ci illərdə Moskva şəhərində taksi sürücüsü, 2019-2021-ci ilin yanvar ayınadək «166» yük daşıma xidmətində Bakı şəhəri üzrə sürücü vəzifəsində işləmişdir. Hazırda isə o, heç bir yerdə işləmir. Atası X1 rayonunda yaşayaraq onun kimi eyni müddətdə “166” yük daşıma şirkətində Gəncə şəhəri üzrə sürücü işləmişdir. Hazırda onun atası da işdən çıxmış və işsizdir. 2020-ci ildə, yəni onun işlədiyi müddətdə istifadəsində şirkətin ***-***-**- ** nömrəsi olmuş, atasının isə istifadəsində həmin şirkətin ***-***-**-** nömrəsi olmuşdur. O, işlədiyi müddətdə təxminən 18 avqust 2020-ci il tarixdə atası ona səhər saatlarında zəng edərək Rövşən adlı müştərisi olduğunu və Bakıda bir nəfərdən pulunu götürməsini xahiş etdiyini bildirmişdir. Həmin vaxt Rövşənin Göygöl rayonunda olmasını və bu səbəbdən də atasından xahiş edərək Bakıda bir nəfərin həmin pulu götürüb çatdırmasını xahiş etdiyini bildirmişdir. Həmçinin atası ona həmin şəxsi yük daşıma şirkəti vasitəsi ilə tanıdığını və Rövşənin sifarişi ilə Tovuz rayonu ərazisində 1-2 dəfə sement daşınması sifarişini yerinə yetirməsi ilə bağlı olaraq müştəri kimi tanıdığını bildirmişdir. Atası ona həmin gün Rövşən adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəsini verərək əlaqə saxlamasını və Bakı şəhərində sonuncuya məxsus pulu götürməsini və göndərməsini xahiş etmişdir. Bundan sonra təxminən saat 11:00 radələrində o, sonradan əsl adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Rövşən adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəyə həmin vaxt öz istifadəsində olmuş ***-***-**-** nömrə ilə zəng edərək danışmışdır. Bəxtiyar ona “Bakı şəhərində, Mərkəzi Univermağın (MUM) yaxınlığında Cavid adlı bir nəfərin qara rəngli 002 nömrəli “Range Rover” markalı avtomobilində gözlədiyini, həmin şəxsdən bir bağlamanı götürərək 3-cü mikrorayon dairəsinə gəlməyi və onun yanına göndərəcəyi şəxsə həmin bağlamanı verməyi və taksi ilə gedib-gəlməsini xahiş etmişdir. O da Bəxtiyarın atasının müştərisi olduğundan sonuncunun xahişinə əsasən 3-cü mikrorayon dairəsinə yaxın bir yerdə taksi sifariş vermiş və həmin taksi ilə Mərkəzi Univermağın yaxınlığına gedərək 002 nömrəli qara rəngli “Range Rover” markalı avtomobili görüb yaxınlaşdıqda, kənardan bir nəfərin ona yaxınlaşdığını və Rövşən müəllimin göndərib-göndərmədiyini soruşmuşdur. O, həmin şəxsə Rövşənin göndərdiyini bildirdikdə, ona yaxınlaşan şəxs avtomaşının qabaq sağ qapısını açaraq 1 (bir) ədəd sellofan bağlamanı ona verərək Rövşən müəllimə çatdırmasını bildirmişdir. O, bağlamanı verən şəxsin Cavid olduğunu bilib elə həmin taksi ilə 3-cü mikrorayon dairəsinə qayıtmışdır. Yolda o, Bəxtiyara zəng edərək bağlamanı götürdüyünü demiş, taksi pulunu istəmişdir. Həmin vaxt Bəxtiyar ona bağlamada 50.000 manat pul olduğunu və həmin puldan 50 manatını özünə götürərək taksi pulunu verməsini tapşırmış və bir qədər sonra «20 Yanvar» metro stansiyası yaxınlığında «Bravo» marketin anbarının qarşısına bir nəfərin göndərəcəyini və həmin pulu verməsini ondan xahiş etmişdir. O da taksi ilə «Bravo» marketin anbarının qarşısına getmiş, lakin Bəxtiyar zəng etmədiyindən idarə etdiyi avtomobili yaxınlıqda olan qarajda təmirdə olduğu üçün avtomobilinin yanına getmişdir. Orada da Cavid adlı şəxsdən 50.000 manat pulu aldığından ehtiyat edərək avtomobilə əyləşərək həmin pulları istifadəsində olan mobil telefonla lentə almış və bir neçə fotoşəkili gələcəkdə pulda əksik gəldiyi halda sübut etməyə əlində əsası olması üçün çəkmişdir. Bəxtiyar ona pulun təhvil alınması zamanı saymağa ehtiyac olmadığını bildirmişdir. O, pulların fotoşəkillərini çəkdikdən sonra «Bravo» marketin anbarının qarşısına getmiş, Bəxtiyarın deməyinə uyğun olaraq “Bravo” marketin qarşısından qalxan yolda qara rəng “Panorama Mersedes” avtomobili ona yaxınlaşmışdır. O, həmin avtomobilin sürücüsünə yaxınlaşmış və Bəxtiyarın göndərib-göndərmədiyini sonruşmuşdur. Həmin sürücü orta yaşlı, tünd saçları olan, bığı olmayan orta bədən quruluşlu bir şəxs olmuş və Bəxtiyarın göndərdiyi şəxs olduğunu ona bildirmişdir. Bundan sonra, o, Bəxtiyara zəng etmiş və telefonu sürücüyə uzatmışdır. O, Bəxtiyardan həmin şəxsin olduğunu dəqiqləşdirdikdən sonra bağlamada olan pulu həmin şəxsə vermişdir. O da bir qədər sonra Bəxtiyara zəng edərək pulun çatdığını dəqiqləşdirmişdir. Təxminən 5- 10 gündən sonra ona evin kirayə pulunu ödəməyi üçün təcili olaraq 250 manat pul lazım olduğu üçün o, atasına zəng edərək pul istəmişdir. Atası da pulu tapmağa çalışacağını ona bildirmiş, daha sonra isə ona zəng edərək Bəxtiyar adlı şəxsdən borc istədiyini və 250 manat pulu alıb əmək haqqını aldıqdan sonra geri qaytarmağı ona tapşırmışdır. O da Bəxtiyara zəng edən zaman sonuncu ona «20 Yanvar» metro stansiyası yaxınlığında fəaliyyət göstərən «Həcinin gülü» adlı gül dükanına yaxınlaşmağı və həmin məbləğdə pulu orada işləyən işçiyə verəcəyini, gedib ordan pulu götürməsini tapşırmışdır. O da həmin dükana yaxınlaşaraq Rövşən müəllimin dükana ona çatası 250 manat pul qoyduğunu bildirdikdə, satıcı da pulu dükana verildiyini demiş və Rövşənə zəng etmişdir. Satıcı Rövşən ilə danışdıqdan sonra 250 manat pulu ona vermişdir. Bundan təxminən 2 ay sonra, atası Aqil ona Bəxtiyarın xahiş etdiyinə görə xırda buynuzlu heyvan almaq üçün Gəncədə sonuncuya 800 manat beh verdiyini, amma Bəxtiyarın pulu ona qaytarmadığını bildirmişdir. O da Bəxtiyara zəng edərək hansı səbəbdən atasının pulunu qaytarmadığını soruşmuşdur. Bəxtiyar müxtəlif bəhanələrlə pulu qaytarmağı uzatmışdır. 06 oktyabr 2020ci il tarixdə o, Bəxtiyarla telefonla danışarkən daha əvvəl də görüşüb pul götürdüyü Şahid1 Daxili İşlər Nazirliyinə işə düzəltmək üçün pul alacağını və həmin pulu Cavidlə görüşüb almasını, elə həmin puldan atasına çatacaq 800 manatı verəcəyini, ona isə həmin puldan 1.000 manat pul verəcəyini bildirmişdir. Daha sonra Bəxtiyar Cavidin onu “20 Yanvar” dairəsinin yanından götürəcəyini, Daxili İşlər Nazirliyinin yanına getmələrini, orada Cavidin ona 25.000 manat pul verəcəyini bildirmişdir. O da Cavidlə görüşmüş və həmin gün Caviddən 25.000 manat pul almışdır. X38 İşlər Nazirliyinə işə düzəltmək üçün sonuncudan pul aldığını bildirmişdir. Bəxtiyar ona BDYPİ-nin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qohumu olduğunu, pulu “ağsaqqala”, yəni Ramiz müəllimə verməklə sonuncunun vasitəsi ilə Cavidi işə düzəldəcəyini demişdir. Bəxtiyar ona həmin puldan atasına borclu olduğu 800 manat pulu və özünə əlavə olaraq 1.000 manat pul götürməsini demişdir. O da Caviddən pulu götürüb bir az uzaqlaşmışdır. Daha sonra o, qalan pulu təxminən saat 16:00-17:00 radələrində Rövşənin göndərdiyi qara rəngli “BMW” markalı avtomobildə nazirliyin qarşı tərəfinə gələrək onu gözləyən 2 (iki) nəfər iş adamlarına verməyi tapşırmış, o da həmin vaxt Caviddən kənarlaşaraq Daxili İşlər Nazirliyinin qarşı tərəfində yeraltı keçidin yaxınlığında qara rəngli orta yaşlı, dolu bədən quruluşlu, tünd saçlı, səliqəli geyimdə olan şəxslərin əyləşdiyi maşına yaxınlaşmış və Bəxtiyarın göndərdiyi adam olduğunu dəqiqləşdirdikdən sonra onda qalan 23.200 manat məbləğində pulu həmin şəxsə vermişdir. Həmin vaxt o, Cavidə pulun Rövşənin göndərdiyi iş adamı zənn etdiyi şəxsə verdiyini bildirmişdir. Cavid də Bəxtiyara zəng edərək verdiyi pulu sonuncun göndərdiyi şəxslərə verdiyini bildirmişdir. Bəxtiyar da onlara orada gözləməyi və az sonra içəri çağırılacağını bildirdiyi üçün Cavidlə orada saat 18:00-dək gözləmişdir. Cavid içəri çağırılmadığını görüb dəfələrlə Bəxtiyarın istifadəsində olan 050- ***-**-** nömrəyə zəng etmiş, lakin Bəxtiyar Cavidin telefon zənglərinə cavab verməmişdir. O da Cavidə işə getməli olduğunu deyərək oradan uzaqlaşmışdır. Bir müddət sonra Cavid ona zəng edərək dəfələrlə Bəxtiyara zəng etdiyini, lakin Bəxtiyarın onun zənglərinə cavab vermədiyi üçün Bəxtiyarı tapmasını ondan xahiş etmiş, eləcə də hələ də işə qəbul olunmadığını və hər hansı bir qurum tərəfindən çağırılmadığını bildirmişdir. Görüş zamanı Cavid ona Bəxtiyarın 140.000 manat pul alması qarşılığında özünü Xətai RPİ-nə çavuş kimi, hərbi xidmətə yararlı olması ilə bağlı hərbi biletində düzəliş etməyə, qardaşını prokurorluğa işə düzəltməyə və Cavidə məxsus yük avtomobillərinin şəhərdə sərbəst hərəkət etməsinə icəzə almasına dair vəd verdiyini demişdir. Cavid Bəxtiyara dəfələrlə zəng edib işinin nə yerdə olduğunu soruşmuş, lakin Bəxtiyar heç bir iş həll etmədiyini və zənglərinə də cavab vermədiyini Cavidə bildirmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Rövşən, yəni Bəxtiyar adlı şəxsi qiyabi tanımış, heç vaxt Bəxtiyarla görüşməmiş, şəklini Cavid onun telefonuna göndərdikdə, üzdən görmüşdür. O, həmin vaxt özünü onlara Rövşən kimi tanıdan şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğunu və Tovuz rayonundan olduğunu öyrənmişdir. Həmçinin həmin şəkildə olan şəxsi o, “20 Yanvar” dairəsi yaxınlığında gül dükanından 250 manat pulu götürdükdə, satıcıya təqdim edilən zaman həmin satıcı da şəkildə olan şəxsi üzdən tanıdığını, yaxınlıqda kirayədə yaşadığını və Rövşən adlı şəxs kimi tanıdığının şahidi olmuşdur. O, Caviddən birinci dəfə 50.000 manat, ikinci dəfə isə 25.000 manat olmaqla, ümumilikdə 75.000 manat pul almışdır. Sonradan isə o, özünü Rövşən kimi tanıdan, əslində isə Bəxtiyar olan şəxsin Caviddən ümumilikdə 140.000 manat məbləğində pulu Cavidi Xətai RPİ-nə çavuş kimi vəzifəyə, hərbi xidmətə yararlı olması ilə bağlı hərbi biletində düzəliş etməyə, cavidin qardaşını prokurorluğa işə düzəltməyə və Cavidə məxsus yük avtomobillərinin şəhərdə sərbəst hərəkət etməsinə icəzə almağı müqabilində aldığını öyrənmişdir. O, Rövşənin, yəni Bəxtiyarın xahişi ilə birinci dəfə görüşüb 50.000 manat pulu Caviddən alanda bu barədə hər hansı bir məlumatı olmamış, lakin ikinci dəfə Rövşənin, yəni Bəxtiyarın polisə işə düzəldəcəyi üçün Cavidlə görüşüb 25.000 manat pul götürməyi tapşırdığı zaman pulu nə üçün aldığı barədə məlumatı olmuşdur. O, Rövşəndən, yəni Bəxtiyardan atasının xahişi ilə ona 250 manat pulu gül dükanına qoyduğu üçün oradan götürmüş, daha sonra isə Caviddən aldığı 25.000 manat məbləğdən 800 manat pulu atasına olan borcuna görə almış, 1.000 manat pulu isə Cavidlə görüşüb sonuncudan pulu alıb sonra isə həmin pulu digər şəxslərə verməsi müqabilində almışdır. Həmin pulları o, Bəxtiyarın göndərdiyi adamlara vermiş, amma həmin adamların telefon nömrələri və avtomobillərinin nömrələrini xatırlamır. O, Şahid1lə danışarkən Bəxtiyarın pulları qaytarmadığı halda özünün hər şeyi bildiyini, Bəxtiyarı üzdən tanıdığını və Rövşəni qorxudub pulu ala biləcəyini demişdir. Bəxtiyarın şəklini ona Cavid telefonla göndərmiş və o, həmin vaxt Rövşən kimi tanıdığı şəxsin adının əslində Bəxtiyar olduğunu öyrənmişdir. O da Bəxtiyarın telefonuna şəklini əslində adının Rövşən olmadığını sübut etməsi üçün göndərmişdir. Rövşən, yəni Bəxtiyar Cavidin zənglərinə cavab vermədiyi üçün sonuncu ona zəng edərək hər hansı bir quruma çağırılmadığını bildirərək bu barədə Rövşəni, yəni Bəxtiyarı tapıb maraqlanmağı ondan xahiş etmişdir. O da Rövşənin, yəni Bəxtiyarın istifadəsində olan nömrəyə zəng edərək və sms yazaraq Cavidin onu tez-tez yığdığını və işinin nə vaxt həll olunacağını soruşduğunu Bəxtiyara dedikdə, Bəxtiyar ona yaxın günlərdə işin həll olunacağını, bir qədər səbr etməsini bildirmişdir. O da aralarında baş tutan danışıqlar barədə Cavidə məlumat verərək bir qədər gözləməyi bildirmişdir. Cavidi işinin alınacağına inandırmaq üçün telefon danışıqlarında sonuncuya adını BDYPİ-də yoxlatdırdığını, Cavidin adının sənədlərin içində olduğunu, amma digər sənədlər gəlmədiyi üçün işin alınmadığını demişdir. Ona Rövşən hərbi bileti Daxili İşlər Nazirliyinə çatdığı barədə sonuncu ilə tez-tez danışdığını demiş, ona görə də o, Cavidə işinin yoluna qoyulacağını bildirmişdir. O, Cavidin işini düzələcəyinə inanması üçün sənədlərinin hazır olan kimi xəbər edəcəklərini, birlikdə həmin idarəyə gedib məsələni yoluna qoyacaqlarını demişdir. Bu kimi halları sonuncuya öz adından deməkdə, onun məqsədi Cavidin işinin düzələcəyinə inanması olmuşdur. O, Cavid Mehraliyevdən 25.000 manat pulu aldıqda, puldan 800 manatı Rövşənin atası Aqilə olan borcunu, 1.000 manat isə özünə götürmüş, bunu Rövşən də bilmişdir. O, Cavidə əslində əvvəldən dediyi halda bu işi daha ucuz görə biləcəyini demişdir. Çünki o, BDYPPİ-nin rəisi Ramiz Zeynalovla həmkəndli və ata tərəfdən qohumluğu çatır, Rövşənin polisə serjant vəzifəsinə düzəlməsi müqabilində aldığı pulun məbləği çox olduğunu və qohumlarının vasitəsi ilə həmin məbləğə 2-3 nəfər də işə düzəlməyin mümkün olduğunu düşünmüşdür. Rövşən, yəni Bəxtiyar ona X37 vasitəsi ilə polisə işə düzəldəcəyini bildirmiş, aldığı pulları isə «ağsaqqala», yəni Ramiz Zeynalova verdiyini bildirsə də, Cavidin pulunun geri qaytarılması ilə bağlı o, dəfələrlə Ramiz Zeynalovla qohum olduğunu və pulu geri ala bilmədiyi halda öz qohumları vasitəsi ilə pulun geri qaytarılmasında köməklik edə biləcəyini desə də, sonuncu ona hər dəfə müxtəlif bəhanələr gətirərək dəqiq olaraq hər hansı bir şəraitdə və şəxsə pulu verməsi barədə ona bir söz demədiyi üçün, həmçinin yalançı olduğu üçün, həmin məbləğləri özünün mənimsədiyni düşünmüşdür. Daha sonra Bəxtiyar Caviddən aldığı pulu qaytaracağını vəd versə də, hazırki vaxtadək nə görüşlərə, nə də ki, zənglərə cavab verməmişdir. Habelə o, Rövşənin, yəni Bəxtiyarın izahatında Caviddən həqiqətən də ümumilikdə 140.000 manat pulu özünü və qardaşını işə düzəltmək üçün alması, Rövşən müəllim adlı bir şəxsə verdiyini bildirməsi ilə bağlı göstərmişdir ki, Bəxtiyar yalan danışır, sonuncu ona və digərlərinə özünü Rövşən kimi tanıtmış, daha sonra yalançı olması müəyyən edilmiş, Ramiz Zeynalovun BDYPİ-də işləyən Rövşən adlı qohumunun olduğunu eşitməmişdir. Onun bildiyinə görə sonuncunun Rövşən adlı yaxın qohumu yoxdur. Şahid3 Elimağa oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2020-ci il ərzində Bakı şəhəri, Yasamal rayonu ərazisində “20 Yanvar” dairəsi yaxınlığında “Gül dünyası” gül dükanını işlətmiş, hazırda isə Bakı şəhəri, Moskva prospekti 85 ünvanında, “Alov" zavodunun yaxınlığında yer icarəyə götürərək “Həcinin gülü” adlı gül dükanını işlədir. O, araşdırma ilə bağlı ona fotoşəkili təqdim olunan şəxsin adını əvvəllər dəqiq bilməsə də, həmin şəxsi üzü yanıq şəxs kimi tanımışdır. İlk dəfə o, həmin şəxsi təxminən 5-6 il bundan əvvəl işlətdiyi gül dükanına müştəri kimi görmüşdür. Elə həmin vaxtdan sonra onun həmin şəxslə daimi və köhnə müştəri kimi münasibətləri normal olmuş, sonuncunun əvvəllər işlədiyi dükanın yaxınlığında kirayədə yaşadığını özündən eşitmiş, lakin dəqiq ünvanı bilməmişdir. O, həmin şəxsi əlində həmişə qovluq ilə gəzdiyini gördüyündən işgüzar şəxs olduğunu düşünmüşdür. O, həmin şəxsin üz dərisində yanıq ləkələrinə bənzər izlərin olmasını görən kimi tanımış, istifadəsində olan telefon nömrələrinin ***-***-**-** və ***-***-**-** olmasını xatırlamış, gül almaq üçün dəfələrlə gül dükanına gəlib-gedən müştəri olmuşdur. 2020-ci il ərzində dəqiq xatırlamadığı tarixdə Bəxtiyar əvvəllər onun istifadəsində olan və dükanda istifadə olunan ***-***-**-** nömrəsinə zəng edərək dükana 250 manat pul qoyacağını və həmin pulu Elkin adlı şəxsin gəlib götürəcəyini həmin gün dükanda işləyən qardaşı Şahid5 demiş, qardaşı da razılıq verdiyi üçün gəlib həmin məbləği sonuncuya vermiş, daha sonra Elkin adlı şəxsin gəlib dükandan pul götürdüyünü qardaşı ona demişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Bəxtiyarın adını araşdırma zamanı dəqiq bilmiş, telefonla danışanda belə nömrəsinin əvvəllər ad hissəsinə üzü yanıq yazdığı üçün ünsiyyətdə olduğu zaman qardaş deyə müraciət etmiş, sonuncu isə ona Həci deyə müraciət etmişdir. Bəxtiyar adlı şəxs pulu qardaşına verdiyi üçün Elkin adlı şəxs gedib dükandan pulu götürmüşdür. Şahid5 Elimağa oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində “20 Yanvar” dairəsi yaxınlığında qardaşı Ehtiramın “Gül dünyası” gül dükanını işlətmişdir. Hazırda isə o, Bakı şəhəri, Moskva prospekti, 85 ünvanında yerləşən “Alov” zavodunun yaxınlığında “Həcinin gülü” adlı gül dükanında işləyir. O, araşdırma ilə bağlı ona fotoşəkili təqdim olunmuş şəxsin adını xatırlamadığı şəxsi üzündə yanıq ləkələri olan müştərisi kimi tanımışdır. Həmin şəxsi onun qardaşı Ehtiram da tanıyır. O, həmin şəxsi təxminən 5-6 il bundan əvvəl işlədiyi “Gül dünyası” gül dükanına müştəri kimi gəldiyi vaxt gül alarkən tanımışdır. Həmin şəxs gül sifariş vermək üçün əvvəllər qardaşının istifadəsində olan, lakin sonradan dükanda istifadə edilən ***-***-**-** nömrəli mobil telefona zəng etmişdir. Həmin şəxs onların daimi və köhnə müştərisi olduğundan onların münasibətləri normal olmuşdur. O, həmin şəxsin əvvəllər onun işlədiyi dükanın yaxınlığında kirayədə yaşadığını özündən eşitmiş, lakin dəqiq ünvanını bilməmiş, anket məlumatları barədə heç bir məlumatı olmamışdır. O, həmin şəxsin istifadəsində telefon nömrələrin ***-***-**-** və ***-***-**-** olmasını istifadə etdiyi telefonun yaddaşına üzü yanıq kimi qeyd olunmuşdur. Təxminən 2020-ci ilin ortalarında üzü yanıq kimi tanıdığı və fotoşəkil ona təqdim olunandan sonra adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun işlədiyi dükana zəng edərək ora pul qoyacağını və tanışının gəlib həmin pulu götürəcəyini bildirmişdir. O da razılıq vermişdir. Bir qədər sonra üzü yanıq kimi tanıdığı şəxs dükana gələrək ona 250 manat pul vermiş və həmin pulu Elkin adlı şəxsin gəlib götürəcəyini demişdir. Bir neçə saatdan sonra telefonla danışaraq dükana gəlmiş şəxs 250 manat pulu götürməyə gəldiyini bildirərək istifadəsində olan telefonu danışmaq üçün ona vermişdir. O da danışan şəxsin səsinin Bəxtiyar olduğunu dəqiqləşdirdikdən sonra həmin məbləği Elkinə vermişdir. Araşdırma zamanı pulu götürən Elkin adlı şəxs də dükana gəlmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, ona fotoşəkili təqdim olunan şəxsi üzü yanıq kimi tanımış, dəqiq adını bilməsə də Bəxtiyar olmasını araşdırma ilə bağlı dükana gələn əməkdaşların göstərdikləri fotoşəkildə görüb bilmişdir. Onun Təqsirləndirilən şəxs harada yaşaması və işləməsi, eləcə də sonuncunun Şahid1 DİN-nə işə düzəltmək adı ilə pul alması barədə məlumatı olmamışdır. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2008-ci ildən əvvəllər «Azərkörpü» adlanan, daha sonra "xxxx" ASC-də və həmin ASCdən törənmə olan «X21» MMC-də baş mexanik vəzifəsində işləyir. O, ona təqdim olunan fotoşəkildəki Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ilk dəfə 05 aprel 2021-ci il tarixdə onun işlədiyi idarəyə gələrək guya İsgəndərin oğlu Cavid adlı şəxsdən onun Rövşən adlı tanışı olan şəxsin işə düzəltmək adı ilə pul aldığını və onun adını hüquq mühafizə orqanlarına verdiyini bildirmişdir. Həmçinin özünün də əvvəllər «Azərkörpüdə» fəhlə işlədiyini bildirmişdir. Həmin şəxs ona 04 aprel 2021-ci il tarixdə istifadəsində olan nömrəyə ***-***-**-** nömrəsi ilə yığmışdır. O, uzun müddət adı çəkilən müəssisədə baş mexanik vəzifəsində işləmiş, iş sahəsi isə əsasən qazma işlərinin aparılması, texnikaların idarə olunması və təmiri işləri ilə məşğul olduğu üçün ölkə ərazisində bir çox dövlət layihələrinin yerinə yetirilməsində iştirak etmişdir. Bütün texnikaları olan sahibkarlarla əlaqəli işlədiklərindən İsgəndər adlı şəxsi də bir neçə il əvvəl qazma işlərinin aparılması və daşınması işlərini yerinə yetirən bir sahibkar kimi tanımışdır. Ona sifariş verildiyi halda, həmin sifarişi yetirmək üçün tələb olunan texniki vasitələr olmadığından, sifarişçiləri tələb olunan texnikası olan sahibkarlara yönəltməklə qarşılıqlı işlər yerinə yetirmişlər. O, İsgəndərin oğlu Cavidi tanımamışdır. Təxminən iyul-avqust aylarında onun istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng gələrək özünü şəhər yol polis idarəsində işləyən Rövşən müəllim kimi təqdim edən bir şəxsin onun nömrəsini «Azərkörpüdə» əvvəllər işləmiş tanışından aldığını bildirərək katlavan qazıntısı aparılması və daşınması ilə bağlı sifariş vermək istədiyini bildirmişdir. O da həmin sifarişi yerinə yetirməyə texnika olmadığını bildirdiyi zaman ona zəng edən şəxs həmin textikanın kimlərdə olub-olmamasını maraqlanmağı ondan xahiş etmişdir. O da maraqlanıb xəbər edəcəyini bildirmişdir. O, həmin işləri İsgəndərin apara biləcəyini düşündüyü üçün ona zəng edib belə ağır təklif olduğunu və sifarişi yerinə yetiribyetirməməyini soruşduqda sonuncu sifarişi yerinə yetirə biləcəyini bildirdiyi üçün nömrəsini sms-lə Rövşən müəllimə göndərib həmin şəxslə əlaqə saxlamasını bildirmişdir. Daha sonra onların görüşüb-görüşmədiklərini və ya həmin sifarişin yerinə yetirilib yetirilmədiyi ona maraqlı olmadığı üçün maraqlanmamışdır. Bir neçə gün sonra Rövşən müəllim ona ***-***-**-** nömrəsindən zəng edərək mişar daşı və çınqıl daş almaq istədiyini bildirdiyi zaman o, bu cür satışla məşğul olmadığını demişdir. O, İsgəndərə sifarişi yönəldikdən sonra bir neçə gün sonra İsgəndər ona zəng edərək Rövşənin kim olduğunu və haradan tanıdığını soruşmuşdur. O da Rövşənin bir müştəri kimi ona zəng etdiyini, özünün şəhər DYPİ-də işləyən şəxs kimi təqdim etdiyini lakin, həmin şəxslə əvvəllər tanışlığının olmadığını bildirmişdir. Onun istifadəsində olan telefona adını Rövşən müəllim kimi qeyd etdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrələrin sahibi 05aprel 2021-ci il tarixdə yanına gələrək özünü Bəxtiyar kimi təqdim etmiş şəxsə, yəni, təqdim olunmuş fotoşəkildəki şəxsə məxsus olmasını, daha sonra Rövşən adlı şəxsin nömrələri ilə maşın bazarının qarşısında onunla əlaqə saxladığını bildirmişdir. Lakin o, həmin şəxsin yalan danışdığını və ünsiyyətdə olduğu zaman özünü ona Rövşən kimi təqdim etmiş şəxsin səsinə oxşadığını ehtimal edir. Onun Rövşən adlı şəxs tərəfindən İsgəndərin oğlu Cavidi polis orqanına, digər oğlunu isə prokurorluq orqanlarına işə düzəldəcəyinə dair vəd verərək ümumilikdə 140.000 manat pul alınması ilə bağlı heç bir məlumatı olmamış, heç bu barədə İsgəndər də ona bir məlumat verməmişdir. Özünü Rövşən adlı şəxs kimi təqdim edən və şəhər BDYP-də işləyən şəxsin anket məlumatları barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2021ci il tarixli raportdan (cild 1, iş vərəqə 11) görünür ki, Şahid1 İsgəndər oğlu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək “Rövşən” adlı şəxsin 2020-ci ilin avqust ayında özünün əlaqələrindən istifadə edərək onun hərbi xidmətə yararsız olması ilə bağlı hərbi xidmətə yararlılığına dair müvafiq sənədlər düzəldərək onu Bakı şəhəri Xətai rayon Polis İdarəsində çavuş vəzifəsinə, qardaşı X9 isə prokurorluq orqanlarında texniki işə qəbul etdirəcəyini vəd edərək, bunun üçün aidiyyəti vəzifəli şəxslərə pul verəcəyini bildirib 2020-ci ilin avqust-oktyabr ayları ərzində “İlkin” adlı şəxsin vasitəsi ilə hissə-hissə olmaqla, ümumilikdə 140.000 manat məbləğində pul alması barədə şikayət etmiş və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 53) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunmuş, həmçinin 25 noyabr 2019-cu il tarixdə yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin məhkəmədən yayındığına görə barəsində olan cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 7(012)-39/2021 saylı qərarından (cild 2, iş vərəqə 250-252) görünür ki, həmin gün Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə 2.000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 mart 2021-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 7(012)-39/2021 saylı qərarından (cild 2, iş vərəqə 253-254) görünür ki, Abşeron Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 7(012)-39/2021 saylı qərarının nəticə hissəsində Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 1 (012)-75/2018 saylı hökmü ilə 2.000 (iki min) manat cərimə cəzasına məhkum edilmiş “Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi” cümləsi “Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 1(001)-82/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 01 il 08 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 2.000 manat cərimə cəzası saxlanılmış Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi” kimi oxunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 126-128) görünür ki, həmin diskdə 4 ədəd qovluq (1.CAVİD ZƏNGLƏR, 2.ŞƏKİLLƏR ELKİN, 3.YAZİŞMA BEXTİYAR CAVİD, 4.YAZİŞMA BEXTİYAR ELKİN SMS) və 2 ədəd video fayl (FAXR5311, İMG_1350) vardır. 1.CAVİD ZƏNGLƏR qovluğuna daxil olduqda, 7 ədəd “WhatsApp” Audio 2021-02- 18at 12.40.45, “WhatsApp” Audio 2021-02-18at 12.40.51, “WhatsApp” Audio 2021-02- 18at 12.40.56 (1), “WhatsApp” Audio 2021-02-18at 12.40.56, “WhatsApp” Audio 2021-02- 18at 12.41.01, “WhatsApp” Audio 2021-02-18at 12.41.03 nömrəli fayllar vardır. Həmin fayllara daxil olduqda, müəyyən edildi ki, həmin fayllarda Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs öz aralarında bir-biriləri ilə danışıqlar aparırlar, həmin danışıqlarda - Cavidin polis orqanlarına işə düzəldilməsi, hərbi biletində hərbi xidmətə yararlılıq məsələsinin qeyd olunması və qardaşı Yaşarın prokurorluq orqanlarına işə düzəldilməsi müqabilində Rövşən kimi tanıdığı Bəxtiyara ümumilikdə 140.000 manat pul verməsi və həmin pulun müqabilində hər hansı bir orqan tərəfindən işə düzəlmələri ilə bağlı çağırılmadığını, həmin məbləğlərin 75.000 manat və 25.000 manat pulları Elkin adlı şəxsin vasitəsi ilə Bəxtiyara (Rövşənə) verməsi, daha sonra telefonlara cavab vermədiyi üçün Elkinlə danışması, pulun necə geri qaytarılması, Bəxtiyarın onu bir neçə dəfə pulun bir hissəsini 50.000 manat məbləği pul şəklində qaytarılacağını, digər qisminin isə əvəzinə bağ evi veriləcəyinə inandırması, dəfələrlə görüşlərdən yayınması, pulun qaytarılmasına görüş və vaxt təyin edilsə də, dəfələrlə Cavidi gözlətməsi, daha sonra Cavidin özünü Rövşən kimi tanıdan şəxsin həqiqətdə Təqsirləndirilən şəxs olmasını öyrənməsi və bununla bağlı Elkinə məlumat verməsi, danışıqlar zamanı X22 tapşırığı ilə aldığı 75.000 manat məbləğində pulu sonuncunun göndərdiyi əvvəllər tanımadığı şəxslərə verməsi məzmununda danışıqların aparılması müəyyən olunmuşdur. 2.ŞƏKİLLƏR ELKİN qovluğuna daxil olduqda, həmin qovluğun içərisində 9 ədəd Şahid2 özü tərəfindən şəxsi istifadəsində olan mobil telefonla çəkdiyi fotolar vardır. Həmin fotolarda Elkin idarə etdiyi avtomobilin salonunda əyləşərək Caviddən götürərək Bəxtiyara verdiyi 50.000 manat pulun fotoşəkilləri çəkilmiş, həmin şəkillərdə Elkinin özünü və əlində olan 50 manatlıq üç, 100 manatlıq iki əskinazlar olan 5 bağlamanın onun əlində olması müəyyən olundu. 3.YAZİŞMA BEXTİYAR CAVİD qovluğuna daxil olduqda, 9 ədəd Cavidin istifadəsində olan mobil telefonun ekranından şəkli çəkilmiş (skrin edilmiş) “WhatsApp” İmage faylları vardır. Həmin fayllarda Cavidlə Bəxtiyar arasında olan yazışmaların fotoşəkilləri vardır, həmin yazışma fayllarında Yaşar Mehralıyevə, İsgəndər Mehralıyevə və Şahid1 məxsus şəxsiyyət vəsiqələrinin şəkillərinin, **-CR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə aid texniki pasportun şəkli, tərcümeyi-hal barədə sənəd, Cavidə məxsus hərbi biletin şəkli, Elsever SİM adlı şəxsin kontakt nömrəsinin Bəxtiyarın istifadəsində olan “WhatsApp” nömrəyə göndərilməsi, yazışmalarında isə Cavidin Təqsirləndirilən şəxs “Rövşən” kimi müraciət edərək sənədlərin göndərilməsini və qardaşının işinin həll olunması məzmununda yazışmalar aparılması müəyyən edildi. 4.YAZİŞMA BEXTİYAR ELKİN SMS qovluğuna daxil olduqda, 11 ədəd Elkinin istifadəsində olan mobil telefonun ekranından Bəxtiyarın istifadəsində olan telefonla aparılmış sms yazışmaların ekrandan şəkli çəkilmiş faylları vardır. Həmin fayllarda Elkinin Bəxtiyarın istifadəsində olan mobil nömrə ilə aralarında SMS yazışmalar vardır, həmin yazışmaların Elkinin Təqsirləndirilən şəxs “Rövşən” kimi müraciət edərək Caviddən aldığı pulların ya geri qaytarılmasını, ya da işlərini həll etməsini, Rövşəndən bir neçə dəfə 20, 50, 100 və 200 məbləğlərində pul istəməsi, kirayə pulunu vermədiyi halda evdən çıxarılacağını, dəfələrlə zənglərinə cavab verməməsi ilə bağlı narazılığını bildirdiyi və sonda onun əslində Rövşən yox Bəxtiyar olduğunu bildiyini, Cavidə deyəcəyi məzmunundan yazışmalar aparılması müəyyən edildi. FAXR5311 adlı videoyazıya baxdıqda, həmin videoyazıda Cavidin istifadəsində olan mobil telefonu selektor rejimə qoyaraq Rövşen Maşannik adı kimi qeyd etdiyi abonentə zəng edərək Rövşən kimi müraciət edərək ona ümumilikdə 140.000 manat pul verdiyini və avqust ayından artıq 4 ay keçməsinə baxmayaraq nə işə düzəldiyini nə də ki, pulunun qaytarılmamasını irad olaraq Bəxtiyara (Rövşənə) bildirdiyini və bir gün gözləyəcəyi barədə xəbərdarlıq etdiyini deməsi, Bəxtiyarın isə ona nə qədər pul verdiyini soruşduqda, Cavid ona ümumilikdə 140.000 manat pul verdiyini bildirir, Bəxtiyar isə həmin faktı təstiq edir, lakin danışıqları uzatmamaq üçün Elkinə zəng etməyi bəhanə gətirərək danışıqlardan yayınması məzmununda danışıqlar aparılması müəyyən edildi. İMG_1350 adlı videoyazıya baxdıqda həmin videoyazıda Cavidin istifadəsində olan mobil telefonu selektor rejimə qoyaraq X39 adı kimi qeyd etdiyi abonentə zəng edərək İlkin kimi müraciət edərək danışıqlar aparmış, həmin danışıqlar zamanı Elkinin Bəxtiyarla daşıqları eşidilir, həmin danışıqlar zamanı X40 deyə müraciət edərək Cavidin ya pulunu yada işini düzəltməyi bildirir, Caviddən alıb ona pul verdiyini və bu işlərdə heç bir marağının olmadığını bildirir, Bəxtiyar onu dinlədikdən sonra boğazında qaşınma olmasını bəhanə gətirərək danışıqlardan yayınaraq əlaqəni kəsir, daha sonra Elkinlə Cavid danışıqlar aparır Elkin bir daha Bəxtiyarın (Rövşənin) xahişi ilə Cavidlə görüşüb işə düzəlməsi müqabilində pulları alaraq sonuncunun göndərdiyi şəxslərə verdiyini bildirərək Caviddən alınmış pulun ona heç bir aidiyyətinin olmadığını bildirməsi məzmununda danışıqlar aparılması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 140) görünür ki, Təqsirləndirilən şəxs adında 06.10.2020-ci il tarixdən “PORSCHE CAYENNE” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin cavab məktubundan (cild 1, iş vərəqə 147) görünür ki, Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyət hüquqi ilə adına Tovuz rayonu, Aşağı Öysüzlü kəndində 0,90 ha kənd təsərrüfatı torpaq sahəsi qeydiyyata alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 160-189) görünür ki, həmin diskdə **********10.sms, **********10txt, **********58.sms, **********58.txt, **********81.sms, **********81txt, **********90.sms, **********90txt, **********78.sms, **********78txt, **********60.sms, **********60txt, abuneciler.xisx, antenna-2020.xlsx və antenna-2021.xlsx adında 15 qovluq vardır. **********10.txt adlı qovluğa daxil olarkən müəyyən edildi ki, həmin qovluqda sms-lər var, həmin sms-lərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********10 nömrəsi ilə uzun müddət ərzində aparılmış yazışmalar əsasında müəyyən edilmişdir ki, X3 istifadəsində olmuş **********11 nömrəli və Şahid2 istifadəsində olmuş **********78 nömrəli, Şahid1 İsgəndər oğlunun istifadəsində olmuş **********44 nömrəli abunəçilər arasında müxtəlif məzmunda yazışmalar aparılmışdır. X3 istifadəsində olmuş **********11 nömrəli mobil operatorla Təqsirləndirilən şəxs istifadəsində olmuş **********10 nömrəli mobil operator arasında qeydə alınmış yazışmaların mətnindən görünür ki, Təqsirləndirilən şəxs heyvan alınması üçün Aqil İbrahimova müraciət etmiş, sonuncu heyvanın alınması üçün beh vermiş və həmin behin məbləğini Təqsirləndirilən şəxs tələb edir. Bundan başqa, Şahid2 istifadəsində olmuş **********78 nömrəli mobil operatorla Təqsirləndirilən şəxs istifadəsində olmuş **********10 nömrəli mobil operator arasında qeydə alınmış yazışmaların mətnindən görünür ki, Şahid2, Təqsirləndirilən şəxs heyvan alınması üçün atası Aqil İbrahimova müraciət etməsi nəticəsində sonuncu tərəfindən heyvanın alınması üçün beh vermiş və həmin behin məbləğini Elkin atasına qaytarılmasını Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə sms yazaraq ona Rövşən deyə müraciət edir, həmçinin, Rövşənin xahişi ilə Cavidlə görüşür, ondan pul aldığını, Rövşənə göndərdiyini, daha sonra Rövşənin Caviddən onu işə düzəlməsi adı ilə pul aldığını öyrənir, Cavidin Rövşəni tapa bilmədiyi üçün ona müraciət etdiyini, Elkinin hansısa texnikanın alınmasında və xeyr qazanmaqlarını Rövşənə təklif etdiyini, daha sonra Rövşəndən borc istədiyini, sonuncu tərəfindən aldadıldığını, zənglərinə cavab verilmədiyi üçün iradlarını bildirir. Qeydə alınmış bütün yazışmalarda Şahid2 Təqsirləndirilən şəxs Rövşən adı ilə müraciət etsə də, Təqsirləndirilən şəxs özünün həqiqi adı barədə Elkinə məlumat vermir. Bundan başqa, Şahid1 İsgəndər oğlunun istifadəsində olmuş **********44 nömrəli mobil operatorla Təqsirləndirilən şəxs istifadəsində olmuş **********10 nömrəli mobil operator arasında qeydə alınmış yazışmaların mətnindən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə sms yazışmalar aparır, yazışmalarda Təqsirləndirilən şəxs Rövşən adı ilə müraciət edərək, işə düzəlməsi üçün pulu göndərdiyi taksi sürücülərinə verdiyini, mütəmadi olaraq işinin nə vaxt düzələcəyini, forma ilə vəsiqənin kimin tərəfindən və nə vaxt veriləcəyini, qardışının adını, soyadını və ali təhsil aldığı universitetin adını ona göndərməsi, işini düzəldə bilmədiyi üçün pulunun geri qaytarılması tələb etməsi, daha sonra bir neçə dəfə avtommobillərin DYP tərəfindən saxlanılması ilə bağlı Rövşəndən həmin maşınları buraxdırması ilə bağlı yazışmalar aparılmışdır. Bütün yazışmalarda X41 deyə müraciət etsə də Bəxtiyar özünün həqiqi adı barədə Cavidə məlumat verməmişdir. Baxış keçirilən diskə daxil olarkən müəyyən edildi ki, diskdə, **********58.txt, zənglər aparılmış, həmin zənglər arasında **********11, **********44 və **********78 nömrələri və həmçinin istintaq üçün əhəmiyyət kəsb edən zənglər arasında Şahid7 istifadənizdə olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 25.08.2020-ci il tarixdə saat 15:50-də zəng olunaraq 55 saniyə, daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən saat 16:50-dək davam etmiş, Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə və Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 30.10.2020-ci il tarixdə saat 15-16 radələrində zənglər olmuş, Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 11.09.2020-ci il tarixdə saat 17:16-da zəng olunaraq 43 saniyə, daha sonra Bəxtiyarın istifadəsində olan nömrədən zənglər olunmuşdur. Həmin zənglər ara-sıra olmaqla ümumilikdə 11.09.2020-ci il tarixdə saat 18:18-dək davam etmişdir. Bundan başqa **********78.sms, **********78txt qovluqlarında da eyni qayda da **********10 nömrəsi arasında eyni məzmunlu yazışmalar **********78 nömrə ilə ***-***-**-**, **********10 və **********44 nömərələri arasında zənglər mövcud olmuşdur. Baxış zamanı **********81.sms, **********81txt, **********90.sms, **********90txt, **********60.sms, **********60txt, nömrələr arasında aparılmış yazışmalar və zənglərdə iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Bundan başqa, abuneciler.xlsx, qovuğuna daxil olduqda müəyyən edildi ki, X13 adına **********10 və **********58 saylı, Təqsirləndirilən şəxs adına **********90 saylı, X18 adına **********81 saylı, "xxxx" MMC-nin adına **********78 saylı, Şahid2 adına **********60 saylı, "xxxx" MMC-nin adına **********11 saylı, X6 adına **********44 saylı, Şahid7 adına ***-***-**-** saylı, Şahid6 adına ***-***-**-** saylı, Şahid8 adına ***-***-**-** saylı mobil nömrələr vardır, abuneciler.xlsx qovluğunda, həmçinin adları çəkilən şəxslərin qeydiyyatda olduğu yer, təvəllüdləri və şəxsiyyət vəsiqələrinin seriya nömrələri də göstərilmişdir. Bundan başqa baxış zamanı, antenna-2020.xlsx qovluğuna daxil olarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid7 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 25.08.2020-ci il tarixdə saat 15:50-də 55 saniyə, saat 15:51-da 41 saniyə, saat 15:53-də 14 və 13 saniyə, saat 16:26-da 19 saniyə, saat 16:29-da 15 və 30 saniyə, saat 16:47-də 36 saniyə, saat 16:48- də 15 saniyə, saat 16:50-də 23 və 11 saniyə danışıq aparılmışdır. Müəyyən edilmişdir ki, qeyd olunan ərəfədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X7 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə paralel danışıqlar aparılmışdır. Bundan başqa baxış zamanı, antenna-2020.xlsx qovluğuna daxil olarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 11.09.2020-ci il tarixdə saat 17:16-da 43 saniyə, saat 17:18-də 22 saniyə, saat 17:31-də 22 saniyə, saat 17:36-da 27 saniyə, saat 17:38-də 22 saniyə, saat 17:43-də 247 saniyə, saat 18:07-də 48 saniyə, saat 18:11də 13 saniyə, saat 18:17-də 12 saniyə, saat 18:18-də 14 saniyə danışıq aparılmışdır. Müəyyən edilmişdir ki, qeyd olunan ərəfədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə X7 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə paralel danışıqlar aparılmışdır. Bundan başqa baxış zamanı, antenna-2020.xlsx qovluğuna daxil olarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid8 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 30.10.2020-ci il tarixdə saat 15:16-da 62 saniyə, saat 15:30-da isə 36 saniyə, saat 15:54-da isə 34 saniyə, saat 15:56-da isə 13 saniyə, saat 15:59-da isə 9 saniyə, saat 16:00-da isə 19 saniyə danışıq aparılmışdır. Bundan sonra, antenna-2020.xlsx qovluğuna daxil olarkən müəyyən edildi ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid8 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 30.10.2020-ci il tarixdə saat 15:32-də 24 saniyə, saat 16:02-də isə 26 saniyə, saat 16:03-də isə 24 saniyə danışıq aparılmışdır. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 30.10.2020-ci il tarixdə saat 09:03-də 134 saniyə, saat 10:35-də 144 saniyə, saat 10:40-da 109 saniyə, saat 11:13-də 20 saniyə, saat 11:15- də 58 saniyə, saat 11:19-da 32 saniyə, saat 11:21-də 35 saniyə, saat 11:30-da 14 saniyə, saat 11:32-də 37 saniyə, saat 11:34-də 56 saniyə, saat 11:38-də 76 saniyə, saat 11:50-də 21 saniyə, saat 12:17-də 10 saniyə, saat 14:03-də 100 saniyə, saat 14:09-də 51 saniyə,saat 14:17-də 93 saniyə, saat 14:27-də 15 saniyə, saat 15:04-də 29 və 34 saniyə, saat 15:05-də 242 saniyə,saat 15:12-də 45 saniyə, saat 15:14-də 43 saniyə, saat 15:21də 27 saniyə, saat 15:41-də 15 saniyə, saat 16:01-də 23 saniyə, saat 17:35-də 15 saniyə, saat 17:59-da 128 saniyə, saat 18:04-də 29 saniyə danışıq aparılmışdır. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 30.10.2020-ci il tarixdə saat 10:38-də 31 saniyə, saat 11:02-də 30 saniyə, saat 11:04-də 10 saniyə, saat 11:21-də 14 saniyə, saat 11:34-də 15 saniyə, saat 15:13-də 23 saniyə, saat 15:26-da 21 saniyə, saat 17:25-də 28 saniyə, saat 18:25-də 45 saniyə,saat 18:26-da 40 saniyə danışıq aparılmışdır. Eyni ilə 30.10.2020-ci il tarixdə Mehralıyev X15 Elkin Aqil oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə paralel olaraq danışıqlar aparılmışdır. Şahid1 İsgəndər oğlunun istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 30.10.2020-ci il tarixdə saat 09:03-də 1 saniyə, saat 09:06-də 192 saniyə, saat 10:27-də 80 saniyə, saat 10:37-də 17 saniyə,saat 10:47-də 34 saniyə, saat 11:14-də 23 saniyə, saat 11:24-də 302 saniyə, saat 11:40-da 11 və 25 saniyə, saat 12:53-də 16 saniyə, saat 13:28-də 31 saniyə, saat 13:38-də 10 saniyə, saat 13:53-də 361 saniyə, saat 14:11də 147 saniyə,saat 14:49-də 15 saniyə,saat 14:56-də 30 saniyə,saat 14:57-də 58 saniyə,saat 15:11-də 32 saniyə, saat 15:22-də 38 saniyə,saat 15:37-də 18 saniyə, saat 15:58-də 9 saniyə,saat 16:22-də 24 saniyə, saat 16:55-də 19 saniyə, saat 17:24-də 46 saniyə danışıq aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 aprel 2021-ci il tarixli fotoşəkil üzrə tanınma keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 205-207) görünür ki, Şahid7 ona tanınmalı olan şəxs Təqsirləndirilən şəxs fotoşəklini xarici görünüşünə görə kəskin fərqlənməyən kişi cinsindən olan müxtəlif şəxslərin foto surətindən ibarət 5 ədəd fotoşəklin arasında «4» nömrə altında göstərilməklə, tanınma üçün Şahid7 təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs fotocədvəldə «4» nömrəli şəkildə görünən şəxs olduğunu, şəxsi saç formasına, üz quruluşuna, üzündə yanıq izlərinə bənzər ləkələrin mövcud olmasına və ümümi sifət cizgilərinə əsasən tanımışdır. O, taksi sifarişi yerinə yetirərək Z.Bünyadov prospektində yerləşən «Hyundai» servisin qarşısında qara rəngli «Rang-Rover» markalı, 002 nömrəli avtomobilə yaxınlaşaraq ona verilmiş 5.000 manat pulu və sənədləri sifarişçiyə çatdırmağı tapşırmış, o, da həmin məbləği və sənədləri götürərək Alatava qəsəbəsinə gedərək orada fotoşəkildə göstərib tanıdığı şəxslə görüşüb həmin məbləği ona verdiyini göstərmişdir. O, fotocədvəldə şəkilləri əks edilmiş digər şəxsləri əvvəllər heç vaxt görməmiş və onları tanımamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 aprel 2021-ci il tarixli fotoşəkil üzrə tanınma keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 208-210) görünür ki, Şahid7 ona tanınmalı olan şəxs X7 fotoşəklini xarici görünüşünə görə kəskin fərqlənməyən kişi cinsindən olan müxtəlif şəxslərin foto surətindən ibarət 5 ədəd fotoşəkilin arasında «5» nömrə altında göstərilməklə tanınma üçün Şahid7 təqdim edilmiş, sonuncu Cavid Mehraliyev adlı şəxsin fotocədvəldə «5» nömrəli şəkildə görünən şəxs olduğunu, həmin şəxsi saç formasına, üz quruluşuna və ümümi sifət cizgilərinə əsasən tanımışdır. Onun həmin şəxslə Bəxtiyar adlı şəxs tərəfindən taksi sifarişi yerinə yetirərək Z.Bünyadov prospektində yerləşən «Hyundai» servisin qarşısında görüşmüş, Cavidin qara rəngli «Rang-Rover» markalı, 002 nömrəli avtomobillə ona yaxınlaşaraq 5.000 manat pulu sifarişçiyə aparmaq üçün ona verməsini, həmin məbləği ondan götürərək fotoşəkildə göstərdiyi Bəxtiyar adlı sifarişçinin tapşırığı ilə Alatava qəsəbəsinə gedərək həmin şəxslə görüşüb pulu ona verdiyini göstərmişdir. O, fotocədvəldə şəkilləri əks edilmiş digər şəxsləri əvvəllər heç vaxt gürməmiş və onları tanımamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 aprel 2021-ci il tarixli fotoşəkil üzrə tanınma keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 214-216) görünür ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid8 ona təqdim edilən fotoşəkilləri nəzərdən keçirərərək Təqsirləndirilən şəxs tanımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 2, iş vərəqə 3-6) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/405-4/406 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 22-28) görünür ki, ekspertizaya təqdim olunmuş CD disklərdə olan Təqsirləndirilən şəxs götürülmüş səs nümunəsi və mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarət olmuş, mübahisəli fonoqramlardakı danışıqlarda 3 (üç) nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Belə ki, fayllar üzrə “WhatsApp Audio 2021-02-18 at 12.40.45” 00 dəq 00 san-dən 01 dəq 02 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: K1-Alo K2- Nə var nə yox, İlkin?Nətərsən, qaqa? K1- Sağ ol qaqa, sən nətərsən? K2- Sağ ol. İşdər-gücdər nətərdi? K1- Yavaş-yavaş K2- Qaqa, sənnən bir söz soruşum. Bu İlkin maa, Rövşən maa zəng elədi, bu pul məsələsinə görə də. Deyir ki, sabahları guya ağsaqqal natariusnan verəcək. Bu ağsaqqal kimdi? Nə notarius? K1-Ağsaqqal natariusdan keçəcək? K2- Deyir ağsaqqal natariusdan sənədnən saa pul verəcək sabah K1- Sənə natariusnan pul veriləcək? K2- Hə K1- Denən sənə natariusnan vermişdim mən pulu, mənə natarisunan verirsən mənim pulumu? K2- İndi 140 minnən, cəmi 140 minnən deyir 50 mini sabah natariusnan verəcək. Sonra elə bil 2 həftə sonra bir də veriləcək, 3 dəfəyə bağlanacaq K1- Olsun da, nə fərqi var ki? 04 dəq 08 san-dən 04 dəq 44 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: K2- Bilirsən nə maraqlıdı mənə, İlkin? 140 min pul vermişəm də. Vayenni bileti İlkin, söz verdi, onu eləmədi. Mənim polisdiyimi söz verdi eləmədi. Qardaşımın prokurorluq işini dedi, heç birini eləmədi. Da noldu bu 140 minnən noldu nujenli birini eliyərdin, deyərdin a Cavid, belə oldu, elə oldu bu boyda pul batırmışam ala bu boyda pul. Allaha and olsun, mən deyərdim hə də, kişinin oğlu heç olmasa bir işimi aşırdıb, o birisinə də göz yumum K1- Mən ona dedim ki, gəl mənim o adamıma mən perevod eliyim sənə ... ad, familyasın de, mən onu ona perevod eliyim o düzəltsin 09 dəq 17 san-dən 01 dəq 02 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: K2- Evdə də kişi məni bilsən nətər eliyib? Təmiz biyabır olmuşam da, əmimin yanında, dədəmin yanında. Üzünə çıxa bilmirəm dədəmin qabağına K1- Bax, hər şeyi ba Allaha and olsun, Cavid, deyirəm, bax, Qurana and olsun, deyirəm ə, bunu belə... bir belə şeylər eliyibsən də. Gəl “WhatsApp Audio 2021-02-18 at 12.40.51” 00 dəq 00 san-dən 01 dəq 28 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: K1 - Hər cürə demişəm K2 - Heç nə onda qaqa, qoy şey eliyək. Görək sabah nə çıxır e cavabı K1 - Hə, şey olsa, o pulu verib eləsə notariusnan, yenə də götür. Nağayrassan? K2 - Ə yox e, götürəsiyəm, təbii ki, nə verilirsə götürəsiyəm. Götürüm e, yavaşyavaş K1 - Hə, nə versə, götür K2 - Heç nə, qardaş K1 - Yenə də o şey eləsən Quran haqqı, mən o vayennidən məsələni həll elətdirərəm K2 - Bir alım bunnan sora deyim, hə K1 - Onnan hamısın həll elə K2 - Gəl qardaş, oturaq, bu işi məsələni həll eliyək K1 - Problem döyül qaqa, nə vaxt şey eləsən, al təki bunnan pulu, görək nətər olur K2 - Heç nə qardaş, yaxşı onda K1 - Mən də onun özünə də şey eliyirəm, Allaha and olsun, deyirəm, Qurana and olsun K2 - İlkin, bunu nə bilim sən çağırsan, sənnən görüşürmü? K1 - Görüşmür də mənnən, mənnən görüşür ki. Ona hər cürə söz demişəm ki, gəl görüşək görək nədi, nə döyül. Görüşmür, mənnən də görüşmür. Amma sənə bir dənə söz deyim, qulaq asırsan? Gəl, belə bir şey eliyək. Ona zəng vur, zəng vuranda, danışanda. Denən ki, yanı İlkin bütün hər şeyini bilir, belə də denən da. Denən İlkin bütün hər şeyini bilir, səni də tanıyır. Əgər mənim haqq-hesabım çatası olmasa, denən yəni batıbsan da, başa düşdün? 03 dəq 00 san-dən 04 dəq 03 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: K2 - İlkin görüm, indi bunu ala bilirəmsə, alacam. İndi alanmasam da, sən mənə köməklik eiiyərsən, inşallah. Allaha and olsun, sənin hörmətini də eliyəcəm/// K1 - Qaqa, mənə heç bir hörmətin lazım döyül Allaha and olsun, yanı mənim üçün bez problemdi K2 - Yox, yox, onu saa eliyərəm, çünki maa bu boyda köməklik eliyirsən, əziyyət vermişəm sənə. Təki bunnan alım, mən də problemlərimi həll eliyim K1 - Hə, həll elə qaqa, həll elə. Ə o məni Allaha and olsun, neçə gündü süründürüb, Qurana and olsun, da bezar olmuşam e, Allaha and olsun Deyirəm ə mən Cavidə zəng vurub deyəcəm, Caviddən istəyəcəm, hə. Deyir ki, vallah mənim yoxumdu. 200 manat... K2 - Şərəfsizdi də, şərəfsiz. Heç nə qadan alım, danışarıq, görək neynirik də onda K1 - Yaxşı K2 - Oldu qadası, İlkin, çox sağ ol WhatsApp Audio 2021-02-18 at 12.40.56 (1).mp4 КЗ - Hunday servisin qabağına demişəm, ora da çatacaq K2 - Dünənnəri çatdırmalıydı, noldu? КЗ -Ayə, dünən dedim, dedim hazırdı, götürüllər. Olar da götürüb. Köməkçisi gedib götürüb. İndi də sənə çatdıracaqlar. Pataloku 1 saata, saat yarıma sənə Hundayın qabağına verəcəklər K2 - Bir az tez olsun da, bir az tez olsun. Uje mən evdən çıxmışam e, dədəm evdən qovubdu КЗ - Aya, narahat olma. Gəlib Hundayın qabağına götürəndə, deyəcəksən ki, çox sağol K2 - Gözdüyürəm, yaxşı, gözdüyürəm WhatsApp Audio 2021-02-18 at 12.40.56.mp4 Eyni WhatsApp Audio 2021-02-18 at 12.41.01.mp4 КЗ - Çıx Sumun yanına da K2 - Hansı Sum? Şamaxinkada? КЗ - Ayə, Sum e, Sum, şəhərdə. İcra hakimiyyətinin yanı. Bakı şəhər İcra hakimiyyəti tərəfdə K2-Saat 1-də? КЗ - Hə, 1-də orda ol. Bir 10 dəyqə zad qabaq maa zəng elə, gəl onnan görüşüb, vsyo pulunu götür. Yanı, o dediyini götür də, başa düşdünmü? K2 - Bildim. Yaxşı, yaxşı КЗ - Birə 10 dəyqə, 20 dəyqə qalmış, məni yığ K2 - 50 verəcəklər? 50 min? КЗ -Hə, hə. Qalanın da deyir yavaş-yavaş verəcəm də, nağarım indi mən? Özünə də sənin nömrəni verəcəm, özün də əlaqə saxla da, yaxşı? denən qardaş, 5 günnən sora. Bir 10 gün keçdi, yığ denən, maa pul lazımdı. Başa düşdünmü? K2 - Yaxşı qardaş, yaxşı КЗ - Yaxşı WhatsApp Audio 2021-02-18 at 12.41.03.mp4 K2 - Salam yaxşıyam, sən necəsən? КЗ - Narahat eləmədim səni? Gördüm yığıblar məni, məni yığdılar deyin səni yığdım, məcbur qaldım. Sən dedin da zəng eliyəcəm, gördüm bular uje üstə qoyur, yığıllar, ona görə səni narahat elədim K2 - Yox, buyur, buyur КЗ - Cavid, bular bilirsən nə deyir? O, 50 min pul var e, onu verirlər. Qalanını ev vermək istiyiliər. Ağlın nə kəsir bağda? K2 - Versinlər. Ada keçirdirlər? Alo. Rövşən КЗ - Hə? K2 - Versinlər. Ada keçirdirlərmi? КЗ - Hə. Deyirəm onu deyirəm də, zəng gəldi, ona görə adboy verdim. Deyirəm uşaq döyülsən a, camaat qulağının dibinə çörək yemir a, özün uşaqsan. Tem bolee də Allaha şükür, pisinə gəlməsin, gözün görəcək, vsyo adına aformit eliyəcəklər K2 - Olsun, mən razı КЗ - Həə, bağlarda verirlər də. Bağlar indi hər cürə var. Novxanı bağlarından danışıram a mən K2- Olsun qardaş, olsun. Əsas pulum dirilsin КЗ - Ay sağol, ay malades, mən də onu istiyərəm. İndi bular bilmirəm neçiyə hesablıyacaqlar, evin şəklin çəkim istiyirsən, bax K2 - At, hə КЗ - Yanı bilirsən hardadı? Bu bağlar var e, bağlar. X51 zad qalan yer tərəf K2 - Bildim e, Rövşən, onsuz da mən onu dirildim pulumu satım təzədən pulumu dirildəcəm КЗ - Hə də ay sağol, yəni fərqi yoxdu, istiyir Balaxanıda olsun, yanı satıb pulunu diriltmək üçün deyirəm K2 - Hə, hə КЗ - Yaxşı, qoy bir dənə mən çəkib sənə göndərərm, bax K2 - Yaxşı, yaxşı WhatsApp Audio 2021-03-01 at 19.20.49.mp4 00 dəq 15 san-dən 01 dəq 18 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: КЗ - Alo K2 - Necəsən, Rövşən? КЗ - Sağ ol, qaqa, sən nətərsən? K2 - Şükür, salamatçılıqdı. Danışa bilirsən bir 5 dəyqə? КЗ - Buyur K2 - Bu Rövşən, bax belə baxıram, bilmirəm sən ala biləssən, ala bilməyəssən olardan pulu? Nə deyirsən? Bəlkə ağsaqqalları yolluyaq məllimin, kimdisə. O işi düzəldən kimiydi? КЗ - De görüm nə deyirsən? Ağsaqqalları yolluyaq, nağayraq ki? K2 - Deyirəm bir ağsaqqal getsin, danışsınlar, bir ortaq məxrəcə gəlsinlər deyirəm КЗ - Ayə, sabahı da gözlə, mən onsuz mənim elə ürəyimi oxuyubsan da. Bir dənə sabahı da gözlə, sabah verəcəklər də. Verməsə, sənin atannan, ya bir nəfər ağsaqqal, ya iki nəfər, gedər, sən nə deyirsən ürək sözlərini deyərsən. Burda nə var ki. Amma sabah verəcəklər da. Burda nə var ki K2 - Bu düzəldən kimdi? Adı nədi? Bir soruşaq biz də bəlkə, maraqlanaq. İndi dostlar, tanışlar var da, Rövşən КЗ - Ə indi səbirli ol da qadan alım, nolar, xahiş eliyirəm 07 dəq 00 san-dən 08 dəq 04 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: КЗ - Canın sağ olsun, bizdən artıq döy ha nəysə K2 - Düzdü, düzdü, düzdü КЗ - Amma mən səni qoymaram ki, bir məmmədin bata. Fikrim çatdı? Nə də o batası yerdə də döyül ha, yanı biləsən. Prosto adam dingildətmək istəmir da, nətər dingildətmək istəmir? Sən mən 200 dəfə yığarsan e, amma mən oları yığa bilmirəm də. Yığa bilmirəm, deyirəm ki, ağsaqqal, ay filankəs, ay məllim K2 - Ay Rövşən, bə Ramiz məllim nə deyir? Alındırammadımı? Nə deyir e o? КЗ - Ayə, bilirsən nətərdi? Onun yanına girən yanı bismillahnan girir. İndi o nəyi görür . Nə bilirsən, heç bəlkə məsələm, ora çatmıyıb sənin verdiklərin, başa düşdün? K2 - Bə sən deyirsən ki, qohumam da. Bə soruşmursan ki КЗ - Ayə, mən səni başa düşürəm e A mən ona pul verəsiyəm? O pul alasıdı? O kimnən pul alar? K2 - Bə verdiyin kimdi? Etibarlı adamdı? КЗ - Həə, Etibarlı adamdı, etibarlı adamdı. Sən səbirli ol, sabah üzbəüz danışarıq 13 dəq 50 san-dən 14 dəq 53 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: КЗ - Amma mən saa gənə deyirəm, sənin orda nə qədər veribsənsə, indi sən bəyaq deyirsən, bayaq hesablıyırdın ki, nə bilim mən ora vermişəm, bura vermişəm. Heç mən ona demirəm, heç deyə bilmərəm də. Ona insana bir dəfə deyəliər də. İndi mən ona getdim dedim ki, bu qədər verilib, bu qədər verilib, hə, o yazıbdı. Nə yazıb, nə yazmıyıb, deyəmmərəm, sən yazıbsanmı? K2 - Mən yazmışam, hə КЗ - Vsyo. Sən orda demirsən ki, sən gədə döyülsən ki, orda min manatı artıq yazasan K2 - Ayə, yox e ay Rövşən, nəyi yazasıyam? КЗ - Gənə də sən kişi oğlusan. Əmmə söhbət onnan gedir ki, yanı sənin orda nə qədər pulun varsa, nə qədər məmmədin varsa, o hamısı veriləcək, narahat olma K2 - Heç nə Rövşən, yaxşı onda КЗ - Cavid, mən deyirəm ki, sənin... bil. Keçən səfər gedib orda kiməsə yuxarıdan kimsə nə bilim prokurorluqmu, nəysəmi, söz deyəcək, olar itirə də bilər. Yanı bilirsən nətər itirə bilər? yanı uzada bilər. Amma bunu mən su axarınnan alacam da. Olarmı? K2 - Olar, olar FAXR5311.MP4 K2 - Hə, Rövşən Bax, dediyim kimi, sabah axşam saat 6-ya kimi mən gözdüyürəm. Mən nə КЗ - Yox, bildim də K2 - Mən nə İlkinə pul verməmişəm, ay Rövşən. Mən 140 min manat КЗ - İlkinə nə qədər veribsən? K2 - İlkinə mən bilmirəm nə qədər vermişəm. Mən sənə yollamışam КЗ - Nə qədər verdin? Bir dənə maa de. İlkinə nə qədər veribsən? K2 - Mən İlkinə 25 min vermişəm КЗ - Bə bir dəfə? K2 - O birsi dəfə 10 min vermişəm КЗ - Gözdə bircə dəyqa K2 - İndi eşidirsən məni? КЗ - Hə, fikrim səndədi. İndiyənə kimi səni eşitməmişəm? De K2 - Bax, gör ayın 8-ci aydan 4 aydı səni gözdüyürəm. Ortada heç bir iş yoxdu. Toplam 140 mindi. Sözümə qulaq as da, bircə dəyqa. Toplam 140 mindi. Sabaha kimi mən gözdüyürəm, Rövşən. İlkindi, filankəsdi, mən onları tanımıram. İlkinə deyirəm, İlkin maa deyir ki, mən aparıb pulu Rövşənə vermişəm КЗ - Kim deyir onu? K2 - İlkinin özü. КЗ - indi gözdə bircə dəyqa İMG_1350.MOV 00 dəq 00 san-dən 01 dəq 41 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: КЗ - İlkin, hə K1 - Neynirsən? КЗ - Sağlığın, de K1 - Ay Rövşən, axırıncı pulu sən maa veribsən? КЗ - Hansı axırıncı? K1 - O axırıncı 25 mini КЗ - Ayə, elə deməmişəm e. Kişi deyirəm ki, Cavid yanında? K1 - Yox, yox. Sən Cavidə deyibsən ki, axırıncı pulu КЗ - Ayə, o deyir ki, eşidirsən məni? Sabah saat 6-ya kimi pulu ver. Deyirəm İlkin sənnən nə danışdı? İlkin saa nə dedi? K1 - Mən dedim ki, Rövşən deyir ki, yanı bu məsələ ayın 7-nə kimi həll olacaq. Düzdü? КЗ - Hə, vsyo də K1 - Ay sağol. Bə axırıncı pulu get İlkinnən al nəydi, ay Rövşən? КЗ - Ayə, havax deyilib o söz, kim deyib o sözü? K1 - Onu Cavid maa dedi ki КЗ - Ayə, deyirəm ki, axırıncı pul nə qədər veribsən? Camaat hesabını bilməlidi də, ay İlkin. Ay sağol, indi bu deyir ki, 140 mindi obşi K1 - A onun mənə nə dəxli var? КЗ - Ayə, sənnik yox e.Ayə, elə demirəm a kişi, sən niyə başa düşmürsən? Deyir ki, İlkin maa heç nə demiyib. O da maa dedi ki, İlkin maa heç nə demədi K1 - Qardaş, mənim bu işdə alıb-verəcəyim varmı sənnən? Mən bu işdə saa şərikəmmi nəyəsə? Maa deyilibdi ki, get ordan al, orya ver, mən də alıb vermişəm o adama. Mənim burda bir qəpik götürmüşəmmi ki, kiminsə КЗ - Ayə, sənin başın xarabdı. Mənim boğazım acışır. Sabah danışarıq, olarmı, qadan alım 04 dəq 16 san-dən 04 dəq 55 san-ə qədər olan hissədə qeydə alınan danışıqların yazılı mətni: K2 - Heç nə İlkin, mən gözdüyürəm də. Sabah axşam 6-ya kimi gözdüyürəm. Mənə pul çatmasa, heç nə K1 - Bilmirəm, qadan alım. Bax, mən də saa deyirəm ki, mən saa köməkliyi belə eliyirəm. Yerdə qalan şeyi də Allaha and olsun ki, yanı ha. Sən mənim üstümə düş, tutaq ki, eləmi? Min dəfə düş, səndədi pul. Amma yenə var-yoxuna lənət, bu gecənin sahibi haqqı, mən saa yəni. Məni tutdursan belə, eləmi? Bir qəpik də mənnən çıxan döyül. Çünki Allah göydən baxır, mənim bir qəpiyim də yoxdu ki, mən götürəm onu saa verəm. Amma mənim saa bir dənə köməkliyim budu ki, görürsənmi, ona da deyirəm, saa da deyirəm. Qaldı ki, nəysə, maa problem yoxdu K2 - Heç nə İlkin, yaxşı K1 – Yaxşı. Ekspertizaya təqdim olunmuş mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «KЗ» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Digər mübahisəli fonoqramlardakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 1(012)-287/2021 saylı qərarından (cild 2, iş vərəqə 246- 248) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində axtarış elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2021-ci il tarixli protokoldan (cild 2, iş vərəqə 43) görünür ki, həmin gün Yusifov X20 rayonu, Qaramurad kəndində yaşayan qayınatası X17 evində aşkar edilərək Gədəbəy rayon Polis şöbəsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1145/2021 saylı qərarından (cild 2, iş vərəqə 79-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 89-120) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə elan olunmuş ittihamın qüvvədə saxlanılması, Şahid2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanmasının rədd edilməsi, X7 əməlində cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, X7 zərərçəkmiş şəxs qismində tanınmasının rədd edilməsi, X14 və Şahid2 təqdim etdikləri 1 (bir) ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının olduğu 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2021-ci il tarixli arayışdan (cild 2, iş vərəqə 231) görünür ki, Təqsirləndirilən şəxs arvadı Yeganə Quliyeva hamilədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli Sumqayıt şəhər Probasiya İdarəsinin 724 saylı məktubundan (cild 2, iş vərəqə 249) görünür ki, Abşeron Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 7(012)-39/2021 saylı qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 1(001)- 82/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək 01 il 08 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 1(012)-75/2018 nömrəli hökmü ilə 2.000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası 20 noyabr 2019-cu il tarixdə tam ödəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 101) görünür ki, 17 oktyabr 2017-ci il tarixdə X24 doğulmuş, onun anası X25, atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 100) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ilə X25 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 101) görünür ki, 31 oktyabr 2018-ci il tarixdə X28 doğulmuş, onun anası X26, atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-82/2019 saylı hökmündən (cild 1, iş vərəqə 36-49) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hhər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X23 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər, sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust-oktyabr ayları ərzində Bakı şəhər sakini Şahid1 İsgəndər oğlunun istifadəsində olan mobil nömrəyə zəng edərək özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsi rəisinin xalası oğlu olmaqla, həmin İdarənin “Rövşən” adlı əməkdaşı kimi təqdim etmiş və Şahid1 yalan vədlər verərək sonuncunun qardaşı X10 Nəsimi rayon prokurorluğunda texniki vəzifəyə işə düzəlməsinə köməklik edə biləcəyinə dair yalan məlumatlar verərək inandırmışdır. Təqsirləndirilən şəxs verdiyi yalan vədlərin müqabilində Şahid1 32.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirmişdir. Təqsirləndirilən şəxs 32.000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsilə Şahid1 almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yenidən Şahid1 vahid niyyətlə aldadaraq 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirmiş və 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermağın yaxınlığında 17.000 (on yeddi min) manat, Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Z.Bünyadov prospektində yerləşən «Hyundai» servisin qarşısında 10.000 (on min) manat pul vəsaitinin Şahid1 cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsilə almışdır. Yusifov X12 Cavid İsgəndər oğlunun qardaşı X35 rayon prokurorluğunda texniki vəzifəyə işə düzəltməkdə köməklik edə biləcəyinə dair yalan məlumatlar verərək ümumilikdə 59.000 (əlli doqquz min) manat məbləğində pul vəsaitini Şahid1 İsgəndər oğlundan alaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 59.000 (əlli doqquz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək Şahid1 külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş, eyni zamanda vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Yaşar Mehralıyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Şahid1 vahid niyyətlə təhrik etmişdir. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesaba edir ki, Təqsirləndirilən şəxs ifşa olunmaması üçün əvvəlcədən düşünülmüş plan əsasında hərəkət edərək pul vəsaitini qanunsuz şəkildə ələ keçirdiyi şəxslərə özünü “Rövşən” kimi təqdim etmiş və buna səlahiyyəti olmadığı halda Şahid1 qardaşı Yaşarı Nəsimi rayon prokurorluğunda texniki vəzifəyə işə düzəldəcəyi barədə yalan vəd verərək 59.000 (əlli doqquz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, eyni zamanda özünü BDYPİ-nin rəhbər şəxsinin yaxın qohumu kimi təqdim edərək ələ keçirdiyi pulu həmin rəhbər şəxsə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 59.000 (əlli doqquz min) manat məbləğində pul vəsaitini qanunsuz şəkildə ələ keçirsə də, Şahid1 verdiyi vədi yerinə yetirməmiş, əksinə ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarına işə qəbulla bağlı imkanlarının olduğuna Şahid1 yenidən inandıraraq sonuncunun hərbi xidmətə yararsız hesab olunmasına baxmayaraq, əlaqələrindən istifadə edərək guya Şahid1 hərbi xidmətə yararlı hesab edilməsinə dair vəsiqə ilə təmin etmək və Xətai rayon Polis İdarəsində çavuş rütbəsində polis nəfəri kimi işə düzəltmək adı ilə təkrarən ümumilikdə 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinin zəruri olduğunu bildirmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs sözlərinə aldanaraq 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs cinayətdən xəbərsiz taksi sürücüsü vasitəsi ilə vermişdir. Bununla da Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən Şahid1 məxsus ümumilikdə 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eləcə də vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Şahid1 təkrarən təhrik etmişdir. Başqa sözlə, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif üsullarla Şahid1 geniş əlaqələrinin olmasına inandırmış və nəticədə Şahid1 qardaşı Yaşarı prokurorluq orqanında texniki işçi kimi işə düzəldəcəyi adı ilə ümumilikdə 59.000 (əlli doqquz min) manat, Şahid1 hərbi xidmətə yararsız hesab edildiyindən onun hərbi biletində yararsız qeydinin yararlı qeydi ilə əvəz etmək və Xətai rayon Polis İdarəsində polis nəfəri kimi işə düzəltmək adı ilə ümumilikdə 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə qanunsuz şəkildə ələ keçirmişdir. Nəticədə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Şahid1 ümumilikdə 140.000 (yüz qırx min) manat məbləğində pulu qanunsuz şəkildə ələ keçirmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ələ keçirdiyi 140.000 (yüz qırx min) manat məbləğində pulu ələ keçirməmişdən əvvəl, habelə ələ keçirdiyi vaxt və ələ keçirdikdən sonra həmin pulu BDYPİ-nin rəhbər şəxsinə verəcəyini və sonuncunun tapşırığı və köməkliyi ilə Şahid1 və sonuncunun qardaşı Yaşar Mehralıyevin işini həll edəcəyini Şahid1 bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Şahid1 qarşı cinayət əməllərini çox peşəkarcasına törətmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş şahidlər (taksi sürücüləri) bu və ya digər məbləğlərdə pul vəsaitlərini Şahid1 alaraq “Rövşən” kimi tanıdıqları, ibtidai istintaq zamanı isə əsl adının Təqsirləndirilən şəxs olduğu şəxsə verdiklərini bildirmişlər. Lakin məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə eyni cinayət əməlini (dələduzluq) törətdiyindən daha peşəkar olmuş və bu səbəbdən də birbaşa Şahid1lə təmasa girmədən sonuncunun ümumilikdə 140.000 (yüz qırx min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə hər hansı hərəkətin edilməsi müqabilində birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi neməti rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs Şahid1 ümumilikdə 140.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə baxmayaraq, o, dələduzluq cinayətini törətdiyi vaxtdan etibarən bircə dəfə də olsun vurulmuş ziyanın ödənilməsi, başqa sözlə, törətdiyi cinayətlərin ağır nəticələrini aradan qaldırmaq istiqamətində heç bir cəhd etməmişdir. Bütün bu hallar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olan şəxsdir. Belə ki, o, əvvəllərdə dələduzluq cinayətini törətməsinə və bir neçə dəfə həmin cinayətə görə məhkum olunmasına baxmayaraq, törətdiyi cinayət əməllərindən peşman olmamış, eləcə də törətdiyi cinayətlərin ağır nəticələrini aradan qaldırmağa cəhd belə etməmişdir. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs başqa şəxslərin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsini özünə həyat tərzi kimi seçmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək cinayət əməli törətmədiyini, onun qeyd edilən cinayətlərin törədilməsində heç bir iştirakının olmadığını, həmin cinayət əməllərinin “Rövşən” adlı şəxs tərəfindən törədildiyini, onun isə “Rövşən” adlı şəxsə aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə cinayət işinin materiallarını tam və hərtərəfli araşdıraraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi həqiqəti əks etdirmədiyindən həmin ifadə yalan ifadədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə heç olmasa cəzasını yüngülləşdirmək məqsədi güdmüşdür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət hüququ nəzəriyyəsinə görə: təhrikçi öz fəaliyyəti ilə başqasında cinayət törətmək qətiyyəti yaradan şəxsdir. Təhrikçilik başqa şəxsdən cinayət törətməyə sövq edən hərəkətlərin bilavasitə edilməsini tələb edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır və onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə tövsif olunmalıdır. Eyni zamanda həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin qeyd edilən cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, hazırda arvadının hamilə olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə və cəzalandırılsa da, 15 fevral 2022-ci il tarixli Sumqayıt şəhər Probasiya İdarəsinin 724 saylı məktubundan görünür ki, o, Abşeron Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 7(012)-39/2021 saylı qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 1(001)-82/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək 01 il 08 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 1(012)-75/2018 nömrəli hökmü ilə 2.000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası 20 noyabr 2019-cu il tarixdə tam ödəmişdir. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal və çəkilməmiş cəzası yoxdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd edilənləri, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin birinin (Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi) birbaşa ədalət mühakiməsinə qarşı yönəldiyini, sözügedən cinayət əməlinin yüksək ictimai təhlükəli olduğunu və həmin cinayətin insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərlik və sosial ədalət prinsiplərini kobud şəkildə pozduğunu, habelə Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunduğunu, ona təyin edilmiş cəzaların onu islah etməsi üçün kifayət etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri üzrə həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 312.2-ci maddələrində göstərilən cinayətlər ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən Şahid1 İsgəndər oğlu və Şahid2 təqdim etdikləri 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının olduğu 1 (bir) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti əsas cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində çıxış edən Şahid1 İsgəndər oğlu və Şahid2 təqdim etdikləri 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının olduğu 1 (bir) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-413/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-413/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver