Məhkəmə qərarları › İş №1(101)-413/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-413/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-413/2023 17.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmməovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən “Fides” vəkil burosunun vəkili X5 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1962-ci ildə Masallı rayonu, Badalan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs məxsus əmlakın 3/12 hissəsinin satılması və lazımi sənədləşmə işlərinin aparılmasında köməklik göstərəcəyinə dair vəd verib onu inandırmış, bu məqsədlə qeyd edilən yaşayış evinin özəlləşdirilməsi ilə əlaqədar onu dövlət orqanlarında təmsil etməyi, adından lazımi sənədləşmə işləri aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi, hazır sənədləri götürməyi, ona çatası çıxarışı və texniki pasportu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün əməliyyatları icra etməyi etibar etməsinə dair 01 oktyabr 2014-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş etibarnamə əsasında müvafiq sənədləşmə işlərinin aparılmasında köməklik edərək onun inamını qazanmış, 01 iyun 2019-cu il tarixdə "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin Zərərçəkmiş şəxs məxsus 3/12 hissəsinin əvəzinə kompensasiya verilməsi şərti ilə boşaldılaraq sökülməsi və daşınmaz əmlakın dövlət reyestrindəki müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılıq əldə edildikdən sonra həmin gün ünvan 3 ünvanında yerləşən 50 saylı Notariat Kontorunda "xxxx" tərəfindən Zərərçəkmiş şəxs ödənilmiş 450.000 manat məbləğində pulu təhlükəsiz şəraitdə saxlayacağı və sonradan ona təhvil verəcəyi vədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, X18 otuz il olar ki tanıyır. Qonşu olmuşlar. Nisə Xanım evini satıb, başqa yerdə yaşamışdır, lakin yenə də onların əlaqələri olmuşdur. X15 imkanı olmayanda ondan pul istəyirdi. Bir müddət onun evlərində xadimə işləmişdi. Sonra isə iki il müddətində hər ilin altı ayını onun atasina xidmət etmişdir. Nisə Xanım onun atasına altı ay xidmət etsə də ona bir ilin xidmət pulu verilmişdir. 2007- ci ildə X13 mülkünün sənədlərini düzəltmək lazım olduğunu dedi. Onunla aralarında olan razılığa görə evə onun xərc qoymağı qarşılığında ev satılandan sonra evin satıldığı qiymətin üçdə birini Nisə Xanım ona verməli idi. Sonra evin sənədlərinin düzəlməsi üçün Elman adlı vəkillə Nisə Xanım razılaşdı, lakin vəkilin ödənişini də Nisə Xanım deyil o, etmişdi. Bir müddət sonra Cavid Cəfərov adlı vəkillə razılaşmış, həmin vəkilin də ödənişini o ödəmişdi. X8 etibarnamə vermişdi. Həmin etibarnamə ilə o, Cavid Cəfərov vasitəsilə on min dollar pulu Nisə Xanımın qardaşının yoldaşı Solmaz adına keçirtmişdi. Bu hadisələr 2010-cu ildə baş vermişdir. 2010-cu ildən sonra o, Nisə Xanımın evini təmir etdirmək üçün material göndərmiş, Nisəxanım ehtiyacı olanda ondan 2000 dollar almışdır. O, Nisə Xanımın qızına toy etmiş, toyda yığılan pul zərfləri Nisəxanımın iştirakı ilə açılıb, toyun xərci həmi pulla ödənilmişdir. 2019-cu il iyun ayının 1-də firma ilə Nisəxanım özü danışaraq evi dör yüz əlli min manata satdı. Ona isə razılaşdıqları kimi həmin puldan yüz əll min manat manat pul və özünə qalan üç yüz min manatdan da ona borc olaraq 47000 manat vermişdi. Bundan bir ay sonra o, qırx min manat pulu Nisə Xanımın bacısına vermiş, qalan pulu isə biznesinə qoymuşdur, lakin biznesi alınmadığına görə pulu batmışdır. Bundan sonra o, evini girov qoyaraq həm biznesini yenidən qurmaq, həm də borcları odəmək şərtilə yenidən bankdan pul götürmüşdür. O da alınmadığına görə borclu qalmışdır. Hal-hazırda səkkiz ay həbsdə olduğuna görə borclarını ödəmək qabiliyyətində olmadığından X19 yüz yetmiş üç min manat borcunu ödəyə bilməmişdir. Onlar evin pulunu X22 ilə birlikdə almışlır. Pulu Nisəxanıma vermişlər. Orada pulu saymışlar. Orada da Nisə Xanım ona həmin puldan qırx yeddi min manat verərək “ işlərini qaydaya sal qayatararsan” dedi, bundan bir ay keçəndən sonra Nisə Xanım bacısına ev alacağını deyib ondan qırx min manat pulu geri istədi. O, Nisə Xanım yüz əlli mindən əlavə iki yüz əlli üç min manat pul vermişdir. Onun bacısına qırx min manat vermişdir, Nisə Xanıma ödəmək üçün qırx min manat pulu depozitə qoymuşdur. Onun hazırda Nisə Xanıma cəmi yüz yetmiş üç min manat borcu qalmışdır. Həmin məbləği də evini satıb ona ödəyəcəkdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərmişdir ki, təxminən otuz ildir Zərərçəkmiş şəxs tanıyır, əvvəllər onunla Bakı şəhəri, Nəsimi rayonu ərazisində qonşu olmuşlar, sonradan hər ikisi yaşayış yerlərini dəyişsələr də münasibətləri qalmış, buna görə də Nisa Xanımın işi olduqda o da ona köməklik etmişdir. Təxminən 2009-cu ildə onun yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin yeni binaların inşa edilməsi ilə əlaqədar plana düşmək ehtimalı yarandı. Həmin evdə Nisa Xanımdan başqa onun ölən qardaşının arvadı Solmaz adlı qadında qeydiyyatda idi. Ev plana düşüb söküldüyü təqdirdə alınan pulun yarı hissəsi Solmaz adlı qadına çatmalı idi. Nisa Xanım ondan kömək etməyi xahiş etdi. Nisa Xanım bu məsələdə ona köməklik edəcəyi təqdirdə plana düşən zaman evə verilən pulun 3/1 hissəsini ona verəcəyinə söz verdi. Bundan sonra o, Nisa Xanıma köməklik edib məhkəmə yolu ilə qardaşı arvadı Solmazın onun evindən qeydiyyatdan çıxarılması məsələsini həll etmişdir. 2019-cu ilin yay ayında həmin evin “BQ Rezidens" MMC-yə 450.000 manata satılması barədə razılıq əldə olundu. 01 iyun 2019-cu il tarixdə o, Nisa Xanım ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Sevinc” kinoteatrının yaxınlığındakı 50 saylı notariat kontoruna gedib orada Nisə Xanımla BQ Rezidens" MMC-arasında evin alqı-satqısı barəsində müqavilə bağlandıqdan sonra orada Nisa Xanıma 450.000 manat verildi. Onlar Notariat kontorundan çıxdıqdan sonra avtomobildə Nisa Xanım həmin pulu ona verərək, həmin məbləğdən 150.000 manat pulunun təmənnasız ona çatacağını, qalan 300.000 manatı isə borclarını bağlamaq üçün ona verdiyini demişdir. Bunlan bir neçə ay əvvəl o, Nisə Xanımdan 47.000 manat borc almışdır. Nisa Xanımın ona verdiyi 150.000 manatdan 47.000 manatı elə onun özünə qaytarmışdır. Bundan sonra 2019-cu ilin iyul-avqust ayları ərzində hissə-hissə olmaqla Nisa Xanıma ümumilikdə 43.000 manat pul qaytarmış, qalan pulları isə öz borclarına vermişdir. Bir müddət sonra isə Nisa Xanım onunla əlaqə saxlayıb pulunu istədikdə hazırda maddi vəziyyətinin yaxşı olmadığını deyərək ondan vaxt istəmiş, bununla bağlı yaşadığı mənzili onun adına keçirməyi də təklif etmişdir, lakin Nisa Xanım ona inandığını deyərək buna ehtiyac olmadığını bildirdi. X20 ümumilikdə 143.000 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, təxminən otuz ildir Təqsirləndirilən şəxs tanıyır, əvvəllər onunla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşadıqları evlərdə qonşu olmuşlar. Sonradan hər ikisi başqa ünvanlara köçmələrinə baxmayaraq münasibətləri davam etmişdir. 2014-cü ilin əvvəllərində qeydiyyatda olduğu ünvan 6 ünvan "xxxx" MMC tərəfindən sökülərək onlara pul verilməli idi. Nəriman bundan xəbərdar olub evlə maraqlanaraq evin sənədləşmə işləri ilə bağlı ona köməklik göstərmək istədiyiyni dedi. O da yalnız sənədləşmə işləri ilə bağlı Nərimana etibarnamə vermişdir. Bundan sonra 2019-cu ilin may ayında yaşadığı ev plana düşdü. 01 iyun 2019-cu il tarixdə Nəriman zəng edib sənədi imzalamaq üçün onu notariusa dəvət etdi. O da Nərimanla birlikdə “Q.Qarayev” metrosunun yaxınlığında yerləşən 50 saylı notariat kontoruna getmişdir. Onlar orada olan zaman bir nəfər tanımadığı oğlan notariat kontoruna girib əlində olan torbanı kassaya qoyub Nərimanla danışmağa başladı, sonra həmin oğlan torbanın içində olan pulları çıxardıb kassaya qoydu. Bir qədər sonra onlara sənəd təqdim edildi. Nəriman da ona həmin sənədi imza etməli olduğunu dedi, lakin sənədin nə ilə bağlı olması barədə heç nə demədi. O da Nərimana inandığı üçün sənədi oxumadan imzalamışdır. O, sənədi imzaladıqdan az sonra kassadan Nərimana dəstələnmiş vəziyyətdə pullar təqdim edildi. Nəriman aldığı pulları qara rəngli sellofan torbaya qoyduqdan sonra notariat kontorundan çıxıb sonuncunun avtomobilinə əyləşən zaman Nəriman ona aldığı pulların onun mülkünün pulları olduğunu dedi. O da həmin vaxtı avtomobildə şirkət tərəfindən evinin pulunun ödənildiyini bilib hansı məbləğdə pul verildiyini soruşduqda, Nəriman ona 450.000 manat pul verildiyini dedi. Onlar təxminən on beş dəqiqə yol getdikdən sonra Nəriman avtomobili saxladı, içərisində pul olan sellofan torbanın içindən bir bağlama pul götürdü, lakin nə qədər götürdüyünü demədi. O da hansı məbləğdə pul götürdüyünü bilmir, qalan pulların olduğu torbanı avtomobilin pəncərəsini açıb onlara yaxınlaşan bir nəfər tanımadığı şəxsə verib təhlükəsizlik baxımından pulu verdiyini və pulu həmin günü axşam vaxtı götürəcəyini dedi. Bundan sonra Nəriman onu gətirib evə düşürmüş və həmin vaxtı avtomobildə ona 47.000 manat pul verərək həmin pulu baldızı Rəhiməyə olan borcunu ödədiyini və pulu sonuncuya verməyi xahiş etdi. Nəriman 2018-ci ilin ortalarında baldızı Rəhimədən 47.000 manat borc pul almışdı. Nəriman Rəhiməyə olan borcunu qaytardığı üçün özü sözü gedən 47.000 manat pulu həmin günü bir neçə saatdan sonra Rəhimənin özünə vermişdir. Həmin axşam Nəriman evin pulunu gətirib ona vermədi. O da onunla əlaqə saxladıqda Nəriman pulu bir ay ərzində verəcəyini bildirdi. Deyilən müddət də tamam olduqdan sonra Nərimanla əlaqə saxlamış, sonuncu qısa müddət ərzində məsələnin həll edəcəyinə söz verdi. O, həmin pulla özünə ev almalı olmuşdur. Nəriman pulunu vermədiyi üçün ev ala bilməmişdir. Sonrakı müddətdə hər dəfə Nərimanla əlaqə saxlayıb pulun verilməsi ilə bağlı maraqlansa da Nəriman hər dəfə bir bəhanə gətirib məsələnin həllini uzatmağa başladı. Beləliklə Nəriman təxminən bir il yarım müxtəlif bəhanələr gətirib onun pulunu qaytarmadı. Ayda iki-üç dəfə Nərimanın işlədiyi ofisə gedib onunla görüşmüş, söhbət edib kirayədə qaldığını və pulunu qaytarmasını xahiş etmişdir. Nəriman kirayə pulunu özünün ödədiyini bildirib onunla minnətli və kobud şəkildə danışıb vaxtı uzadırdı. O isə Nərimanla mehriban şəkildə danışmış və pulunu verməsini, həmin pulla qızlarına ev almaq istədiyini demişdir. Nərimanın məsələni həll etmədiyi üçün aralarında narazılıqlar yaramağa başladı, bundan sonra tez-tez ofisinə gedib onunla görüşüb pulunun qaytarılmasını tələb etmişdir. Nəriman isə ondan aldığı pullarla öz borclarını verdiyini və hazırda pulu olmadığı üçün pulunu qaytara bilmədiyini deyirdi. Özü də çətin vəziyyətdə qalıb Nəriman barəsində şikayət etmək qərarına gəlmişdir. Nərimandan şikayət etməmişdən əvvəl mobil telefonla Nərimana zəng edib ondan 450.000 manat pulunu tələb etdikdə, sonuncu ona 450000 manat pulunu qaytarıb onu Allaha tapşıracağını dedi. O da bundan sonra Nəriman barəsində şikayət edib, onunla bağlı səsini və video görüntülərini müstəntiqə vermişdir. Nəriman ondan aldığı puldan ona heç nə qaytarmayıb. Onun pul qaytarması barəsindəki, evin satılması nəticəsində alacağı pulun üçdə birinin ona çatması barəsindəki ifadələrinin hamısı yalandır. Heç kimi yoxdur. İki qızı vardır. Dövlətə inanır. Nərimandan onun pulunun tutulub ona verilməsini xahiş edir. Şahid1 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs keçmiş qonşuları və anasını aldadan şəxs kimi tanıyır. Onların qeydiyyatda olduqlan ünvan 7 ünvanında yerləşən evləri "xxxx" MMC tərəfindən alınması məsələsi gündəmə gəlmişdi. Həmin vaxt o və bacısı Şahid2 da həmin ünvanda qeydiyyatda olmuşlar. Təqsirləndirilən şəxs anasına yaxınlaşaraq evlərinin sənədləşmə işlərinin aparılması məqsədilə ondan etibarnamə almışdı. Səbəb kimi onun yaşlı qadın olmasını göstərmişdir. X23 Nərimana inanıb ona etibarnamə vermişdir. 31 may 2019-cu il tarixdə anası ona və bacısına zəng edərək, onların evdə qeydiyyatları olduğu üçün evin satılması üçün onlardan notarial qaydada ərizə verməli olduqlarını deyərək onları notariusa dəvət etdi. Onlar da anasının təklifi ilə 50 saylı notariat kontoruna getmişlər. Orada mənzilin satılmasına etirazlarının olmamasına dair ərizə yazmışlar. Ərizə verən zaman Nəriman da orada idi, lakin onlara bu işlərlə bağlı heç bir məlumat verməyərək şifahi formada evin satılması üçün evdə qeydiyyatda olan hər bir şəxsin razılıq ərizəsi verməli olduğunu dedi. Nəriman bundan sonra anasını aldadaraq notariat kontoruna aparmış və oradada evin pulunu şirkətdən almışdır. Nəriman əvvəlcə müxtəlif bəhanələr gətirib evə verilən pulu anasına ödəmədi, sonradan isə ümumiyyətlə ödəməkdən imtina etdi. Onlar, hazırda kirayədə yaşayırlar. Nəriman isə anasının etibarından sui-istifadə edərək əldə etdiyi 450.000 manat pulu ödəməkdən imtina edir. Onlar heç bir günahları olmadan küçələrdə qalmışlar. Xahiş edir ki, məhkəmə onların vəziyyətlərini nəzərə alsın. Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadələr verib Şahid1 ifadələrində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan edilib araşdrılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi halları Təqsirləndirilən şəxs yanında təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdrılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəməfonoskopik ekspertizasının 08 fevral 2022-ci il tarixli 4/212 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd işlək olmayan üzü ağ rəngli kompakt (CD) diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd İşlək olmayan üzü ağ rəngli CD diskdə mübahisəli fonoqramlardakı danışıqlarda 01 nəfər kişi və 03 nəfər qadın cinsinə məxsus şəxslər iştirak etmişlər. Məhkəmədə elan edilib araşdrılmış cinayət işinin materiallarınadan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 iyun 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxs aldığı 450.000 manat məbləğində pulun 40.000 manatını özünə qaytarmış, qalan məbləği də qaytaracaqdır. Məhkəmədə elan edilib araşdrılmış cinayət işinin materiallarından görünür Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etmədiyini, onlar arasında yaranmış öhdəliyin mülki xarakterli olduğunu və sonuncuya ümumilikdə 173.000 manat borcunun qaldığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrini iş üzrə araşdırılmış ittihamı təsdiq edən sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun həmin ifadələrini özünün müdafiəsinə yönələn əsası olmayan ifadələr kimi qiymətləndirilməlidir. Çünki onun inkar edici ifadələri işin faktiki halları və ittihamı təsdiq edən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspert rəyi ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təkzib edildi. Bu səbəbdən də məhkəmə onun ittihamı inkar edilməsinə yönələn ifadələrini özünün müdafiəsinə yönlən ifadələr kimi qimətləndirir. Məhkəmə, göstərilənlərlə bərabər qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərərin miqdarı barəsində istər istintaq zamanı, istərsə də məhkəmədə qeyri ardıcıl olub dəfələrlə həmin məbləği gah 143000 manat, gah 400000 manat, gah 450000 manat, gah da 173000 manat kimi göstərmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərərin miqdarı barəsində ziddiyyətli ifadələrini onun vurduğu zərəri ödəməkdən boyun qaçırmağa və barəsində qəbul ediləcək qərarın yubadılmasına yönələn cəhdi kimi qiymətləndirir. Çünkü o, hər dəfə zərərin məbləğini dəyişdirməklə iş üzrə əsassız və araşdırılmaların aparılmasına cəhd göstərib və zərərin miqdarı barəsində qeyri müəyyənlik görüntüsü yaratmaqla vurduğu zərəri ödəməkdən yayınmağa cəhd etməsi müəyyən olundu. Məhkəmə, məhkəmədə araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb onun 450000 (dörd yüz əlli min) manat pulunu ələ keçirdiyinin sübuta yetirdiyi qənəaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini qəsdən, anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli qəsdən törətməsi qənaətinə gəlib onun təqsirli bilinib bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəza növünü müəyyən edərkən onun ittiham olunduğu cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin törədilmə şəraitini, hallarını, səbəblərini nəzərə alıb onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs məhkumluğunun olmaması, vurduğu zərərin 40000 (qırx min) manat hissəsini zərərçəkmiş şəxsə ödəmək məqsədi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabına depozitə qoyması, qeydiyyatda olduğu yer üzrə verilən xasiyyətnamədə müsbət xarakterizə olunması müəyyən olundu. Məhkəmə, həmin halları Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxsı oğlunun cinayət əməlinin xarakterini, onun ittiham olunduğu əməlin törədilmə şəraitini, hallarını, səbəblərini, təqsirləndirilən şəxsin törətdiyi əməlin nəticələrinə münasibətini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini nəzərə alıb onun barəsində təyin edələcək azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkmədə iş üzrə ekspertizalın keçirilməsinə 300 (üç yüz) manat sərf olunması müəyyən olundu. Məhkəmə həmin məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Çünkü onu həmin ödəmədən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı ona vurduğu 450000 (dörd yüz əlli min) manat manat pulun, mülkü iddia vermək üçün ödədiyi 743 (yeddi yüz qırx üç ) manat dövlət rüsumunun və bu əməl nəticəsində ona pul vəsaitini ələ keçirməklə istifadə olunmasına görə hər il üçün 10 faiz olmaqla faiz məbləğinin otuz faizinin, yəni 135 manat pulun, həmin əməl nəticəsində, həmin pul vəsaitini ələ keçirməklə istifadə e dilməsinə görə əlavə olaraq üç il müddətində hər il üçün 5 (beş) faizi hesablamaqla məbləğin on beş faizinin, yəni 67500 (altmış yeddi min beş yüz) manat pulun Təqsirləndirilən şəxs alınıb, ona verilməsini xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qızna 450000 (dörd yüz əlli min) manat zərər vurması sübuta yetirildi. Bu səbəbdən də məhkəmə, Zərərçəkmiş şəxs iddasının ona maddi zərər qismində dəymiş 450000 (dörd yüz əlli min) manat və onun mülkü iddia vermək üçün ödədyi 743 (yeddi yüz qırx üç ) manat dövlət rüsumunun ödənilməsi hissəsində təmin edilib həmin məbələqlərin Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilməsini əsaslı sayır. Məhkəmə, Zərərçəkmiş şəxs mülkü iddiasının ona 450000 (dörd yüz əlli min) manat maddi zərər dəyməsi nəticəsində onun pulunun ələ keçirməklə istifadə olunmasına görə hər il üçün on faiz olmaqla faiz məbləqinin otuz faizinin, yəni 135000 (yüz otuz beş min) manat pulun, həmin pul vəsiitini ələ keçirməklə istifadə dilməsinə görə əlavə olaraq üç il müddətəndə hər il il üçün 5beş faiz olmaqla faizi hesablamaqla məbləğin on beş faizinin,yəni 67500 (altımış yeddi min beş yüz) manat pulun Təqsirləndirilən şəxs alınıb, ona verilməsi hissəsi müzakirə edilərkən zərərçəkmiş şəxs tərəfindən ona bu zərərlərin dəyməsini təsdiq edən sübut təqdim etmədi. Bu səbəbdən də məhkəmə onun mülkü iddiasının baxılmamış saxlanılmasını və ona mülkü iddianın bu hissəsi ilə bağlı mülkü icraat qaydasında iddia qaldıra bilmək hüququnun izah olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs vurduğu zərərin ödənilməsi məqsədi ilə Azərbacan Resbublikası DİN-nin Baş Mütəşəkkil Cinaytkarlıqla Mübarizə İdarsininin hesabına depzitdə saxladığı 40000 (qırx min) manat pulun dəymiş zərərin hissəsi kimi Zərərçəkmiş şəxs ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs iş üzrə barəsində 16 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 18 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bunlarn nəzərə alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası təyin etmək qənaətinə gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülkü iddiası qismən təmin edlsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızna vurduğu 450000 (dörd yüz əlli min) manat, mülkü iddia vermək üçün zərərçəkmişin ödədiyi 743 (yeddi yüz qırx üç) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilsin. Məhkəmə, Zərərçəkmiş şəxs mülkü iddiasının ona 450000 (dörd yüz əlli min) manat maddi zərər dəyməsi nəticəsində onun pulunun ələ keçirməklə istifadə olunmasına görə hər il üçün on faiz olmaqla faiz məbləğinin otuz faizinin, yəni 135000 (yüz otuz beş min) manat pulun, həmin pul vəsitini ələ keçirməklə istifadə edilməsinə görə əlavə olaraq üç il müddətində hər il üçün 5 (beş) faiz olmaqla faizi hesablamaqla məbləğin on beş faizinin, yəni 67500 (altımış yeddi min beş yüz) manat pulun Təqsirləndirilən şəxs alınıb, ona verilməsi hissəsi baxılmamış saxlanılsın və ona mülki iddianın bu hissəsi ilə bağlı mülkü icraat qaydasında müstəqil şəkildə mülkü iddia qaldıra bilmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs vurduğu zərərin ödənilməsi məqsədi ilə Azərbacan Resbublikası DİNnin Baş Mütəşəkkil Cinaytkarlıqla Mübarizə İdarsininin depozit hesabında saxladığı 40000 (qırx min) manat dəymiş zərərin hissəsi kimi Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs 300 (üç yüz) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş bir əddəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar