Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-413/2024 15.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X6 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Qarabucaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, üzərində saxlamış, daşımış, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından cəzasının sonu ilə azad olmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 0,575 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2023-cü il tarixdə saat 19:00da Bakı şəhəri, Suraxanı rayonu, X7 ünvanında saxlanılıb Suraxanı RPİ-nin 33-cü PB-nə aparılaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan açıq-qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,575 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ondan 2500 manat dəyərində narkotik vasitə heroini əldə edib, sataraq birgə gəlir əldə qazanacaqlarına dair razılığa gəldikdən sonra sonuncunun müvafiq bank hesabına ilkin olaraq 500 manat pul köçürərək 27 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində qoyulmuş yerdən satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 1028,713 qram narkotik vasitə-heroini götürərək yaşadığı ünvan 1 ünvanında saxlamış, ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,945 qram, 0,704 qram, 1,212 qram və 0,972 qram olmaqla, ümumi təmiz çəkisi 5,213 qram hissəsini beş ədəd bükümlərə bölərək satış məqsədilə üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 33cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 29 yanvar 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən “Atilla" fitnes mərkəzinin inzibati binasının arxasında saxlanılıb Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən kimyəvi tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,945 qram, 0,704 qram, 1,212 qram və 0,972 qram olmaqla ümumi təmiz çəkisi 5,213 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı çarpayının döşəyinin arasından bir ədəd sellofan bükümdə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi tərkibinə görə eyni olan təmiz çəkisi 1023,5 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulan vaxta qədər narkotik vasitələrin istifadəçisi olmuş, CM-nin 234.1-ci maddəsi ilə həbs olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman cibində 12 manat pul olmuş, polis əməkdaşları onu 31-ci polis bölməsinə aparmış, daha sonra isə 33-cü polis bölməsinə göndərmişlər. 33-cü polis bölməsində ona sənədlərə imza atması üçün təzyiq göstərmişlər. Polis əməkdaşları bölmədə evin açarını cibindən götürüb, evinə gedib anasının yastığının altına narkotik qoymuş, daha sonra video-çəkiliş etmişlər. Onu döyüb bütün sənədlərə imza çəkdirmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, subaydır və telefon ustası kimi işləmişdir. Lakin əsəbi olduğu üçün özü telefon işlətmir. Tutulmamışdan 3 ay öncə azadlığa çıxmışdır. İlk dəfə tutulanda özü bölməyə gedib narkomaniyadan əziyyət çəkdiyini demiş, onu CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirib müalicəyə göndərəcəklərini demişlər. Azadlığa çıxandan sonra bir müddət narkotik vasitədən istifadə etməmiş, lakin sonra pul tapıb yenidən narkotik vasitə almağa başlamışdır. Lakin ittiham aktında göstərilən qədər narkotik vasitə almağa pulu olmamışdır. 12 mart tarixində tutulan zaman evdən çıxıb Suraxanı rayonuna getmiş, polis maşını yanında dayanmış, 3-4 nəfər polis əməkdaşı onu Suraxanı rayonu 31-ci polis bölməsinə aparmışlar. Sonra onu bağlayıb təpikləməyə başlamış, orada onun dişləri sınmış, məcbur qalıb sənədləri imzalamışdır. Həmin zaman prokuror onu həbsdən buraxmışdır. Narkotiki onun cibinə 31-ci polis bölməsinin Anar adlı əməkdaşı qoymuşdur. O, çəkiliş zamanı narkotik vasitəni şəxsi istifasi üçün əldə etdiyini demişdir. Sonuncu epizod üzrə isə günorta evdən çıxanda polis əməkdaşları onu tutaraq 31-ci polis bölməsinə, oradan da 33-cü polis bölməsinə aparmışlar. Həmin şəxslər onu əvvəl tutan şəxslər olmuşdur. Polis əməkdaşları onun başına stol ilə vurub partlatmış, təcridxanaya gedəndə xəsarətini qeydə almışlar. Hətta dizində sınıq olmuş, onu da qeydə almışlar. Müayinə zamanı onu 31-ci polis bölməsində döydüklərini demiş, lakin başındakı xəsarətlə bağlı heç bir araşdırma aparılmamışdır. Onu döyəndən sonra video çəkiliş olmuş, çəkiliş zamanı narkotik vasitə istifadəçisi olduğunu və narkotiki vasitəni tapdığını demişdir. Tərəzi və narkotik vasitəni onun cibinə polis əməkdaşları qoymuşdur. Polis əməkdaşları Əli adlı şəxsin kartına 500 manat göndərdiyini, əlavə 2000 manat da göndərəcəyini deməsini istəmiş, həqiqətdə isə belə bir hal olmamışdır. Çünki o, qum daşıyıb, günə 18-20 manat qazanan fəhlədir, ondan bu qədər pul heç vaxt olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, Əli adlı şəxsi tanımır. Şəxsi axtarış zamanı üzərindən telefon aşkar olunmamış, belə ki, o, telefon işlədən olmamışdır. Ondan aşkar olunmuş kağızın üzərindəki telefon nömrələrini 33-cü polis bölməsində rəis müavini yazıb ona vermiş və çəkiliş zamanı həmin nömrələrlə əlaqə saxmadığını deməsini istəmişdir. Aşkar olunan bükümləri polislər onun üzərinə qoymuşdur. Polis əməkdaşları ona müalicəyə ehtiyacı olduğunu, onu müalicəyə göndərəcəklərini demişlər. Polis əməkdaşları videoçəkilişdən əvvəl onu döymüş, onun başı yarılmış, sol dizi sınmışdır. Başına tikiş qoyulmasına ehtiyac olmamış, dizi də öz-özünə sağalmışdır. O, əvvəllər də məhkum olunduğu üçün onu həbs etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 33-cü PB-nin sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yanvar ayında əməliyyat müvəkkili Şahid1 Fuad adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. “V” yaşayış sahəsindəki “Atilla” fitnesin arxasında xidməti gəzinti apararkən şəxsi görmüş və ona yaxınlaşmışlar. Özlərini təqdim edərək onlarla birlikdə bölməyə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə bölməyə gəlmiş, bölmədə şəxsə üzərində qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Şəxsin cibindən 5 büküm heroin aşkar edilmiş, həmçinin onun üzərindən içində nömrələr olan kağız da tapılmışdır. Şəxs həmin narkotik vasitəni Əli adlı İran vətəndaşından həm istifadə etmək, həm də satmaq üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 16 yanvar 2023-cü il tarixdə Fuad adlı şəxsin narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün axşam Günəşli qəsəbəsi ərazisində xidmət apararkən zahiri əlamətlərindən bir şəxsi Fuada bənzətmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs olduğunu bildirib onlarla birlikdə 33-cü polis bölməsinə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə 33-cü polis bölməsinə gəlmiş, bölmədə təhqiqatçının otağında video çəkiliş vasitəsilə şəxsin üzərinə axtarış keçirilən zaman üzərində olan qanunsuz maddə varsa tədim edilməsi təklif edilmişdir. Şəxs könüllü olaraq 1 bükümdə “kakos” adı ilə tanıdığı maddəni təqdim etmiş və Suraxanı rayonu ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 33-cü PB-nin sahə müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, 16 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:00-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qsəbəsi, Günəşli yaylası adlanan yerdə xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikdən sonra sonuncunun şəxsiyyətini dəqiqləşdirək həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu, bu səbəbdən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zərurətinin yarandığını bildirib Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nə aparmışlar. Polis bölməsində xidməti otaqda Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı polis kapitanı, Elməddin Əhmədov tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə başlanmış, təhqiqatçı Elməddin Əhmədov şəxsin üzərinə axtarış keçirməmişdən qabaq onu keçiriləcək istintaq hərəkəti barədə məlumatlandırılmış və ona hüquq və vəzifələri izah edilmişdir. Sonra ona üzərində əldə olunması, istifadəsi və ya istifadəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, təhqiqatçı Elməddin Əhmədov həmin sellofan bükümü açdıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu müəyyən olunmuşdur. X5 Qafarovdan həmin bükümdə nə olması haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda o, bildirmişdir ki, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddə vardır. Həmin narkotik maddəni 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində üzdən tanıdığı lakin adını və yaşadığı ünvanı tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da qanunla saxlanılması və daşınması qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq və ya pxisoloji təsir edilməmişdir. (cild İ, i/v: 221-223) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin «kokos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, heroini 16 yanvar 2023-cü il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. (cild İ, i/v:167-168). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 18 yanvar 2023-cü tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin «kokos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, heroini 16 yanvar 2023-cü il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (i/v: cild İ səh. 212). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında», habelə «diskə baxış keçirilməsi haqqında» protokolların məzmunu ilə eynilik təşkil edir (i/v: cild İ səh. 169). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 29 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində tünd göy qəhvəyi rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellofan bükümləri və bir ədəd elektron tərəzini, sol yan cibindən isə 14 manat pul əskinazını və üzərində mobil nömrələr yazılmış ağ kağızı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlənin «kokos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, bundan başqa həmin maddədən bir kiloqram da yaşadığı mənzildə saxladığını, narkotik vasitəni Əli adlı şəxsin bank hesabına ilkin olaraq 500 manat ödədiyini, qalan 2000 manatını isə heroinin satışından sonra ödəyəcəyinə dair razılıq əldə etdikdən sonra heroini Abşeron rayonu, Masazır qəsəbəsində ona bildirilən yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd şəffaf sellofan bükümlər, bir ədəd elektron tərəzi, 14 manat pul əskinazı və üzərində mobil nömrələr ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. (cild İ, i/v: 31-32). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 01 fevral 2023-cü tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində tünd göy qəhvəyi rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellofan bükümləri və bir ədəd elektron tərəzini, sol yan cibindən isə 14 manat pul əskinazını və üzərində mobil nömrələr yazılmış ağ kağızı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlənin «kokos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, bundan başqa həmin maddədən bir kiloqram da yaşadığı mənzildə saxladığını, narkotik vasitəni Əli adlı şəxsin bank hesabına ilkin olaraq 500 manat ödədiyini, qalan 2000 manatını isə heroinin satışından sonra ödəyəcəyinə dair razılıq əldə etdikdən sonra heroini Abşeron rayonu, Masazır qəsəbəsində ona bildirilən yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd şəffaf sellofan bükümlər, bir ədəd elektron tərəzi, 14 manat pul əskinazı və üzərində mobil nömrələr ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. (cild İ, i/v: 97-98). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında», habelə «diskə baxış keçirilməsi haqqında» protokolların məzmunu ilə eynilik təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «mənzilə baxış və götürmə aparılması» 29 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs mənzilin yataq otağındakı çarpayının üzərində olan yataq dəstini altından bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükümə baxış keçdidikdə içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüşdür. (cild İ, i/v: 34) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, əvvəlcə Təqsirləndirilən şəxs mənzilində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağındakı çarpayının üzərində olan yataq dəstinin altından bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin «kokos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, İran vətəndaşı Əli adlı şəxsin bank hesabına ilkin olaraq 500 manat ödədiyini, qalan 2000 manatını isə heroinin satışından sonra ödəyəcəyinə dair razılıq əldə etdikdən sonra heroini Abşeron rayonu, Masazır qəsəbəsində ona bildirilən yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs mənzilinə baxış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofan büküm qablaşdırılaraq götürülmüşdür. (cild İ, i/v: 97-98) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə 17 yanvar 2023-cü il tarixli 6/256 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №171» dairəvi möhür əksi, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,575 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 0,575 qram heroinin cəmi 0,050 qramı tədqiqata sərf edildikdən sonra ümumilikdə qalıq 0,525 qram heroin qalmışdır (cild İ, i/v: 176-180). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə 30 yanvar 2023-cü il tarixli 6/545 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «....Təqsirləndirilən şəxs üzərindən...» sözləri oolan 1 №-li zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qr, 0,0945 qr, 0,704 qr, 1,212 qr, 0,972 qr, ümumi təmiz çəkisi 5,213 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində norkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)... » sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1023,5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İİ) daxildir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 1023,5/5,213 qram heroinin cəmi 0,1/0,100 qramı tədqiqata sərf edildikdən sonra ümumilikdə qalıq 1023,4/5,113 qram heroin qalmışdır (cild İ, i/v: 40-45). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 1770 saylı 31 mart 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 234-235). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psxiatrik X2 hüquqi şəxsin 445 saylı 18 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvələr psixiatrik müəssisələrə müraciət etməmiş, ondan hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona istintad edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Bunda görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 231-233). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 23 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin mənzilə baxış istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1029,288 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatından sonra ümumilikdə qalan 1029,038 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (cild İ, iş vərəqə: 246-259). Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bildiyini qeyd etsə də, faktiki olaraq hər iki epizod üzrə özünü təqsirli bilməyərək, hər iki epizod üzrə polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması səbəbindən polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi narkotik vasitəni və tərəzini boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, narkotik vasitələrin «kokos» kimi tanıdığı növündən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manat ödəməklə bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə almış, daha sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. 16 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli yaylası ünvanında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən üzərində axtarış keçiriləcəyini bildirib onu Suraxanı RPİ-nin 33-cü PB-nə aparmışlar. Polis Bölməsində otaqlardan birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə ilə müraciət edərək üzərində keçiriləcək şəxsi axtarış zamanı vəkilin iştirakından imtina etmiş, bundan sonra onu saxlayaraq polis bölməsinə aparmış polis əməkdaşlarının da iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı ona üzərində qanunsuz olaraq əldə olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş, o da əynində olan açıq-qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində təxminən yarım qram “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Üzərində axtarış keçirilmiş və qanunla saxlanılması, daşınması qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş, bükümdə olan həmin maddənin çəkisi və tərkibinin müəyyən edilməsi üçün ekpertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmış, özü isə izahat verdikdən sonra saxlanılması üçün Suraxanı RPİ-nin MSY-nə göndərilmişdir. 17 yanvar 2023-cü il tarixdə təhqiqatçı tərəfindən həmin ekspert rəyi ilə tanış edilmiş və təqdim etdiyi bir ədəd bükümdə olan maddənin təmiz çəkisi 0,575 qram olan narkotik vasitə heroin olması ona məlum olmuşdur. Bundan sonra barəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi istintaq şöbəsinə göndərilmiş, müstəntiq tərəfindən 18 yanvar 2023-cü il tarixdə həmin maddə ilə ona ittiham elan olunduqdan sonra barəsində qətimkan seçilərək müvəqqəti saxlama yerindən azad olunmuşdur. Bundan sonra o, yenidən narkotik vasitə heroindən istifadə etməyə davam etmişdir. Belə ki, sonuncu dəfə narkotik vasitə heroini sosial şəbəkədə tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşından onlayn şəkildə əldə etmişdir. Belə ki, 27 yanvar 2023-cü il tarixdə Əli adlı şəxsin onda olan mobil nömrəsi ilə əlaqə saxlayaraq ona həm şəxsi istifadəsi, həm də satış üçün narkotik vasitə heroin göndərməsini istəmişdir. Aralarında razılıq əldə olunduqdan sonra “Whatsapp” danışığı zaman o, həmin şəxsin bank hesabına ilkin olaraq 500 manat göndərəcəyini, əldə etdiyi heroini satdıqdan sonra isə 2000 manat verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Əlinin onda olan və hazırda xatırlamadığı bank hesabına ödəniş terminalı vasitəsilə 500 manat göndərmişdir. Daha sonra Əlinin bildirməsi ilə Abşeron rayonu, Masazır qəsəbəsinə gedərək orada hazırda dəqiq xatırlamadığı yerdən bir kiloqramdan bir qədər artıq çəkidə heroin götürmüş və yaşadığı ünvan 1 ünvanına aparmışdır. Bundan sonra heroinin bir hissəsini ayırmış və özünə məxsus elektron tərəzi ilə çəkərək müxtəlif çəkilərdə beş ədəd büküm hazırlamışdır. Heroindən az miqdarda özü istifadə etdikdən sonra qalan hissəsini evində saxlamışdır. 29 yanvar 2023-cü il tarixdə səhər saatlarında əvvəlcədən hazırladığı beş ədəd bükümü və bir ədəd elektron tərəzini özü ilə götürmüşdür, həmin heroini satmaq üçün Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən «Atilla» fitnesin yaxınlığına getmişdir. Bir müddət sonra təxminən saat 12 radələrində ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib ondan özünü təqdim etməsini tələb etmişlər. O, həmin şəxslərə özünü təqdim etdikdən sonra ona narkotik vasitlərin istifadəsində və satışında şübhəli olduğu, bu məqsədlə üzərində axtarış keçiriləcəyini bildirib onu yaxınlıqda olan Suraxanı RPİ-nin 33-cü polis bölməsinə aparmışlar. Orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı olmadan üzərinə axtarış keçirilməsinə etirazı olmadığına dair ərizə yazmışdır. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli cins şalvarının sağ cibindən beş ədəd sellofan bükümü və bir ədəd elektron tərəzini, şalvarının sol cibindən isə 14 manat pul və üzərində “Əli +98 ***-***-**-**, +98 936- 608- 16-70, Keşlə İran +98 939- 2866-82-08” yazıları və mobil nömrələr olan olan kağız parçasını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi bükümlərdəki maddələrin «kokos» kimi tanınan narkotik vasitə heroin olduğunu, heroini həm şəxsi istifadəsi həm də, satış məqsədilə Əli adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, narkotik vasitəni Masazır qəsəbəsindən hazırda xatırlamadığı yerdən götürdüyünü, bunun üçün ilkin olaraq Əli adlı şəxsin bank hesabına 500 manat pul göndərdiyini, heroini satdıqdan sonra daha 2000 manat göndərəcəyini, kağız parçasındakı mobil nömrələrin Əliyə məxsus olduğunu, yaşadığı ünvanda da daha bir kiloqram narkotik vasitə heroin saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə axtarış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər və bir ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. 14 manat pul və üzərində mobil nömrə olan kağız isə digər zərfə qoyularaq götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və onun da tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı ünvan 7 ünvanına getmiş, orada videoçəkilişlə bir daha ondan mənzilinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o, etiraz etmədiyini bildirdikdən sonra mənzilinin qapısını açarla özü açmış və birlikdə içəri daxil olmuşlar. O, yataq otağına keçərək çarpayının üzərindəki döşəyin altında saxladığı bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilərək ondan həmin bükümdə nə olması, onu haradan və nə məqsədlə əldə etməsi soruşulduqda o, həmin büküm içərində narkotik vasitə heroin olduğunu onu da, Əli adlı şəxsdən satış məqsədilə əldə etdiyini bildirmiş, təhqiqatçı tərəfindən bükümün bıçaqla kəsilərək içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli narkotik vasitə olduğu görülmüşdür. Sonra həmin büküm yapışqan lentlə bağlanmış, bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzərini iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Daha sonra bununla bağlı tərtib edilmiş protokol onun da, tərəfindən imzalanmışdır. (cild İ, i.v: 68-71; 199-200). Bundan başqa, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı ifadəsinin yoxlanılması məqsədi ilə təqsirləndirilən şəxsin saxlanıldığı İstintaq Təcridxanasından onun adına açılmış şəxsi iş və tibbi kitabça məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman onun üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bundan əlavə tədqiq edilmiş həmin şəxsi işdən görünür ki, təqsirləndirilən şəxs istintaq təcridxanasında daxili qaydaları pozması ilə əlaqədar barəsində tənbeh tədbiri görülmüşdür. Qeyd olunan məsələ ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tibbi müayinə zamanı üzərində xəsarətlər aşkar olunduğunu və həmin xəsarətlərin qeydə alındığını bildirsə də, məhkəməyə təqdim olunmuş tibbi kitabçanın tədqiq edilməsi ilə müəyyən edilmişdir ki, müayinə zamanı onun üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntü məhkəmə iclasında tədqiq edilən zaman onun başında və ya üzündə hər hansı bir xəsarətin olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən 16 yanvar 2023-cü il tarixdə bir bükümdə aşkar edilərək götürülmüş narkotik vasitə heroinin miqdarı 0,575 qram, 29 yanvar 2023-cü il tarixdə aşkar edilərək götürülmüş 5 bükümdə narkotik vasitənin ümumi təmiz çəkisi isə 5,213 qram, mənzilindən aşkar edilmiş narkotik vasitənin ümumi təmiz çəkisi isə 1023,5 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən birinci halda şəxsi istehlak miqdarından artıq, ikinci halda isə külli miqdar təşkil edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hərəkətlərində (əməllərində) onun şəxsi istehlak miqdarından artıq və külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlaması faktı öz təsdini tapmışdır. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri, yəni külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edib daşımaqla saxlamasında niyyəti və məqsədinin nədən ibarət olmasını müəyyən etməkdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Ayhan İsayevin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlaması, üzərində narkotik vasitələri çəkib bükümlərə bölmək üçün üzərində saxladığı elektron tərəzinin olması, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallan nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin 5 bükümdə olması, üzərindən narkotik vasitə ilə yanaşı elektron tərəzinin də aşkar edilməsi, bundan başqa mənzilindən külli miqdarda təmiz çəkisi 1023,5 qram narkotik vasitə olan heroinin aşkar edilməsi, üzərindən aşkar edilmiş heroinlə mənzilindən aşkar edilmiş heroinin eyni tərkibli olması və işin digər halları nəzərə alınmaqla, sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə deyil, satış məqsədilə əldə edərək üzərində saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, toplanmış şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və götürmə protokolu, mənzilə baxış və götürmə protokolu, ekspert rəyləri və digər istintaq sənədləri, həmçinin maddi sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olması tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yaxa qurtarmağa nail olmağa yönəlmişdir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən çəkilməmiş cəzadan azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 93.1.2 və 93-1-ci maddələri tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. (cild İ, i.v: 99-101) Cinayət işində olan Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)- 320/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmışdır. (cild İ, i.v: 109-112) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini törədərkən Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)- 320/2021 nömrəli hökmü ilə təqsirli bilindiyi az ağır cinayət əməlini törətməyə görə üzərində yaranmış məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cinayətlərin məcmusu nəzərə alınmaqla şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün ona təyin edilmiş qəti cəzadan çıxılmalı, cəza çəkməsinin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 156), 18 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad olunmuş (cild İ, i/v: 190-192) və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v: cild İ, səh. 208-209). Cinayət işinin materialları ilə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v:20), Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild İ, i/v: 83-86). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 yanvar 2023cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli 1770 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1029,038 qram təşkil edən narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə baxışı zamanı iş üzrə məhkəmə məsrəfləri olaraq 195 (bir yüz doxsan beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 294 (iki yüz doxsan dörd) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - ümumi təmiz çəkisi 1029,288 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına edildikdən sonra ümumilikdə qalan 1029,038 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 195 (yüz doxsan beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 294 (iki yüz doxsan dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-413/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-413/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver