Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-413/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- fərdi fəaliyyət göstərən Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Neftçala rayonu, Xol Qarabucaq ərazi dairəsi, Xol Qarabucaq kəndində qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2024- cü il tarixdə istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,356 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,878 qram olan ağ rəngli kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixorop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin NMB-nin və 31-ci PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 00.00-da Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Yeni Ramana qəsəbəsi, S.Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasına aparılaraq, inzibati binanın otaqlarının birində üzəridə şəxsi axtarış həyata keçirilən zaman üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,356 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,878 qram olan ağ rəngli kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixorop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Suraxanı RPİ-nin 31-ci PŞ-nin rəisi polis polkovniki cənab Ülvi Məmmədovdan əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş “Xəyal” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsindən ötrü görtəriş verməsini xahiş etmişdir.
4. 06 mart 2024-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 06 mart 2024-cü il tarixdə saat 01:30 dəqiqədə Suraxanı RPİ-nin, 31-ci PŞ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə tutulmuşdur. 06 mart 2024-cu il tarixdə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin, 31-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma əməllərini törətməkdə şübhəli bilinmişdir. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 06 mart 2024-cu il tarixdə saat 00:00 dəqiqədən tutulmuş hesab edilmişdir
5. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən (cild 01, iş vərəqə 33) görünür ki, üzərinə şəxsi axtarış və götürmədə müdafiəçi X4 iştirakını məqsədə müvafiq hesab etməmiş və onun iştirakı olmadan üzərinə şəxsi axtarışın keçirilməsini xahiş etmişdir.
6. 06 mart 2024-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34-35) görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Suraxanı RPİ-nin 31-ci PŞ-ə gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasında əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən xidməti iş otağında video çəkilişdən istifadə edilməklə aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd şəffaf selafana bükülmüş içərisində kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər büküm və qəhvəyi rəngli maddə olan heroin təqdim etmişdir.
7. xx.xx.2024-cü il tarixli mənzilə baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 38-43) görünür ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan əşya və dəlil aşkar olunmamışdır.
8. 06 mart 2024-cu il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1344 saylı 06 mart 2024-cü il tarixli rəyindən (cild 1, iş vərəqə 47) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Arayışlar üçün 195” dairəvi möhür əksi, “..3) (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 2,356 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroinidr; 01 ədəd bükümdə təmiz çəkisi 0,878 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir.
9. 07 mart 2024-cu il tarixli 5(010)-210/2024 nömrəli Suraxanı rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 61-62) görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 “əməliyyat tədbirinin keçirilməsi haqqında” 05 mart 2024-cu il tarixli qərarı qanuni sayılmışdır.
10. xx.xx.2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan (cild 1, iş vərəqə 63) görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir.
11. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə ittiham elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 65) görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə qismində cəlb edilmiş və ona yenidən ittiham elan olunmuşdur.
12. xx.xx.2024-cü il tarixli, 4(010)-84/2024 nömrəli Bakı şəhəri Suraxanı rayon Məhkəməsi qərarından (cild 1, iş vərəqə 88-90) görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmışdır.
13. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi İstintaq zamanı alınmış tələbnamədən (cild 1, iş vərəqə 101) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.
14. 22.05.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X12 məktubundan (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixatriya Xəstəxanası”da müalicədə olmayıb
15. 19.04.2024-cü il tarixli 2512 №li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 rəyindən (cild 1, iş vərəqə 122-123) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür
16. 20.06.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin birinin içərisində metamfetamin, digər bükümün içərisində isə heroin olduğunu, narkotik maddələri həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Ramana yolu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşı olan şəxsdən onlayn qaydada zaklatka yolu ilə öz şəxsi istifadəsi üçün alaraq əldə edib üzərində saxladığını bildirməsi, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olunmuşdur.
17. 20.06.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 133) görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa danisda onla bir onnugda sene qalır” və “Qaqa xeber çıxmadı. Gör hec olmasa iksin alındır qalanin axsam özumuzden götrub vererik ise getmelidi xeber gözduyur menden buda çixmasin elimden” məzmununda sms mətni yazılması müəyyən olunmuşdur
18. 20.06.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 135-144) görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 mart 2024cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılsın və barəsində seçilmiş "həbs" qismində qətimkan tədbiri nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs və şahidlər Şahid2 və Şahid1 ifadələri, şəxsi axtarış və götürmə protokolu, mənzilə baxış protokolu, diskə baxış protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/1344 saylı 06 mart 2024-cü il tarixli rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin verdiyi 2512 saylı 19 aprel 2024-cü il tarixli rəyi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 206.3.2-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilsin və bununla bağlı sənədlərin surəti çıxarılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi, CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasların olmaması nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış cəmi 2,356 qram narkotik vasitə heroin və cəmi 0,878 qram psixotrop maddə metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınsın və ekspertiza tədqiqatından sonrakı aaliq 2,306 qram narkotik vasitə heroin və 0,828 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun ararı qəbul olunanadək saxlanılması üçün Suraxam RPİ-nin maddi sübutların saxlanc yerine təhvil verilməsi, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diski və 01ədəd CD diski is üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınması, təqsirləndirilən şəxs X1 ona Azərbaycan Respublikası təqsirli bilməsi, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsi və ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etməsi onun vəsatəti kimi qiymətləndirilməsi və əsassız olduğu üçün rədd edilməsi, Təqsirləndirilən şəxs cəmi 2,356 qram narkotik vasitə heroin və cəmi 0,878 qram psixorop maddə metamfetamini əldə etdiyi naməlum şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca 'icraata material ayrılsın və araşdırma aparılması üçün Suraxanı RPİ-nin 31-ci PŞ-nə göndərilməsi, qəbul edilmiş qərar barədə iş üzrə maraqlı tərəflərə məlumat verilsin və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır.
19. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində material üzrə araşdırma aparılaraq xx.xx.2025-ci il tarixə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
20. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşı Şahid1 ifadəsindən görünür ki, hadisənin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün, hadisəni tam təfsilatı ilə xatırlamamış və hazırki dövrdə hadisə ilə əlaqədar əlavə deyə biləcəyi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi təxminən xatırlamışdır. Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs həmin ərazidən narkotik maddə götürmək məqsədilə gəlmişdir. Təqsirləndirilən şəxs ərazidə yerləşən bokslardan birindən narkotik maddə götürərkən tərəflərindən saxlanılmışdır. Onlar dərhal təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirmişlər və bu zaman sonuncunun həqiqətən də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması faktı təsdiqlənmişdir. Təqsirləndirilən şəxs yazışmaları sonuncunun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması faktını təsdiqləmişdir. Təqsirləndirilən şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə tərəflərindən daha əvvəldən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində onlara daha əvvəllər də əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsin Qaraçuxur və Bakıxanov qəsəbəsi ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olmuşdur.
21. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşı Şahid2 ifadəsindən görünür ki, hadisənin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün baş verənləri hazırda xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsı hansı ərazidə saxladıqlarını xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır. O təqsirləndirilən şəxsin zahiri əlamətlərini xatırlamışdır. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunub-olunmadığını xatırlamır. Bu hadisə barədə heç nə xatırlamır. Əvvəlcədən apardığı araşdırma nəticəsində şübhəli şəxsin Təqsirləndirilən şəxs olduğunu qət etmişlər. O videoçəkilişdə iştirak etmişdir Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
22. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o özü narkotik vasitə istifadəçisidir. Bir tanışı vasitəsilə narkotik vasitənin satışı ilə məşğul olan şəxs ilə tanış olmuşdur və həmin şəxsdən narkotik vasitə almaq üçün telefonla əlaqə saxlamış və onun bank kartına 50 manat pul köçürmüşdür. Bundan sonra həmin şəxs ona narkotik vasitəni qoyacağı yeri demiş, yəni Yeni Raman qəsəbəsində 2-ci “Boks” un içərisinə qoyacağını bildirmişdir. O həmin yerə gedib narkotik vasitəni axtarsa da tapa bilməmişdir. Həmin yerdən çıxarkən polis əməkdaşları içəri daxil olub, əllərini qandallayaraq ondan narkotik vasitəni soruşmuşlar, o isə onda narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşlarından biri orada yerdəki daşı göstərək daşı qaldırmağı və oradakı narkotik vasitəni götürməyini demişlər, o daşı qaldırıb, altındakı narkotik vasitəni götürmüş və sonra isə onu polis əməkdaşları avtomobillərinə əyləşdirmişlər, ondan haralı olduğunu soruşmuşlar, o isə Neftçala rayonundan oduğunu demiş. Polis əməkdaşları ondan sonunculara Neftçala rayonundan narkotik vasitə satan adam verə bilib-biməyəcəyini soruşmuşlar, o isə Bakı şəhərində yaşadığını, rayonda heç kimi tanımadığın demişdir. Bundan sonra ona çərşənbə axşamı olduğunu, bayram olduğunu, onu buraxmaq istədiklərini, pul verdiyi halda onu buraxacaqlarını demişlər, o kasıb adam olduğunu, cəmi 500 manat tapıb verə biləcəyini demiş, onlar isə razılaşmamışlar, 1000 manat verməli olduğunu demişlər, sonra isə 800 manat verdiyi halda da razılaşacaqlarını demişlər.O bir dostuna zəng edib sonuncudan evinə xəbər verməsini xahiş etmişdir, sonra o atası ilə danışmış, atası gəlib özü polsi əməkdaşları ilə söhbət edəcəyini dedi, lakin polis əməkdaşları atasının Bayıl qəsəbəsindən gec gələcəyini, artıq gözləyə bilməyəcəklərini dedilər. O artıq bir saat yarım polis əməkdaşlarının avtomobilində gözləmişdir. Bundan sonra onu Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə aparmışlar, orada ona 2 büküm narkotik vasitə verib videoçəkiliş zamanı təqdim etməsini demişlər. O polis əməkdaşlarına cəmi 1 qram narkotik vasitə üçün gəldiyini, onu saxladıqları zaman üzərində narkotik vasitə olmadığını demişdir, lakin polis əməkdaşları ona hədə-qorxu gələrək razılaşmadığı təqdirdə gedib evindən narkotik vasitə çıxaracaqlarını demişlər. O da bu səbəbdən polis əməkdaşlarının dedikləri ilə razlaşıb videoçəkiliş zamanı narkotik vasitəni çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdri ki, narkotik vasitəni götürmək üçün Yeni Ramana qəsəbəsinə getmişdir, o narkotik vasitənin pulunu satan şəxsin kartına göndərmişdir, o 1 qram narkoik vasitənin arxasınca getmişdir, 1 qram heroin alacaqdır, o heroindən istfiadə etmişdir, metamfetamin və başqa maddələrdən istifadə etməmişdir. O ona deyilmiş yerə getmiş, lakin orada narkotik vasitəni tapa bilməmişdir. Polis əməkdaşı göstərdiyi daşı qaldırdığı vaxt orada narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni oraya kim qoyduğunu görməmişdir. Daşın altında 1 büküm narkotik vasitə olmuş, lakin polis bölməsində polis əməkdaşları ona 2 büküm vermişlər. O heç kə silə narkotik vasitələrins atılması, verilməsi ilə bağlı yazışma aparmamış, bu barədə onun SMS-ləri olmamışdır. Onun ümumiyyətlə narkotik vasitə satmağa ehtiyacı olmamış, çünki işləmişdir. O «motorist» (mühərrik ustası) işləmişdir. Narkotik vasitə üçün karta pul ödəməsi ilə narkotik vasitənin olduğu yerə getməsi arasında təxminən 1-2 saat vaxt keçmişdir. Narokotik vasitə satan şəxsə axşam saat 21 radələrində zəng etmişdir,sim nömrə vasitəsilə karta ödəniş etmişdir. Həmin nömrə onun yadında qalmamışdır. Həmin yerə saat təxminən 22-yə qalmış gedib çıxmışdır. O boksa daxil olub narkotik vasitəni axtarmış, lakin tapa bilməmişdir. Oradan çıxmaq istəyərkən polis əməkdaşlan içəri daxil olub on saxlamışlar. Onu polis əməkdaşlan saxlayanda bir dəfə vurub əlinə qandal vurmuşlar. Polis əməkdaşları onu döyməmişlər. Bədəni üzərində xəsarət izləri qalmamışdır. Saxlanıldıqdan sonra müvəqqəti saxlama yerinə gedərkən bədəni üzərində xəsarət izləri olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
23. Maddə 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
28. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
30. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
31. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
33. Maddə 139. cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
34. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
35. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
45. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
46. Qərarın 9-cu bəndi. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
47. Qərarın 10-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
48. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
49. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Qərarı
50. cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
51. cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa Məhkəməsinin presedent hüququ:
52. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:
53. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və heroin əldə edib saxlamış və daşımışdır.
54. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroin əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.
55. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş psixotrop maddənin və narkotik vasitə heroinin polis əməkdaşlarının ona verdiklərini, polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmamasını, polis əməkdaşlarının psixoloji təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.
56. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərində müdafiəçi olmadan baxış keçirilməsi özünün razılığı ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni və narkotik vasitə heroini üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.
57. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir.
58. Həmçinin məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr satdığı və ya satmaq niyyətində olduğu şəxslərin dairəsini müəyyən etməmiş bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılarkən o, peşman olduğunu bildirmişdir.
59. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.
60. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 31,32,33,34,35-ci bəndləri ) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
61. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
62. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq əldə edərək üzərində saxlamışdır.
63. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 30-cı bəndi).
64. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 23-ci bəndi)
65. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 24,25,26,28-ci bəndləri).
66. Məhkəmədə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
67. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
68. Təqsirləndirilən şəxs ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi)
69. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 29,36,37-ci bəndləri).
70. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
71. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
72. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,306 qram çəkidə olan narkotik vasitə heroin və cəmi 0,878 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübut şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk və sms mətnlərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (qərarın 38-ci bəndi).
73. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
74. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 39-cu bəndi).
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs barəsində narkomnaiyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonrakı qalıq 2,306 qram narkotik vasitə heroin və 0,828 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk və sms mətnlərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov