Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-414/2021 03.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(011)-14/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxx 2017-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 04 il 06 aya endirilmiş; xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərək sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə internet üzərindən oynadığı oyunun mesaj bölməsində tanımadığı Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisəni həll etmək üçün həmin gün saat təxminən 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 60 saylı binanın qarşısında görüş təyin edib, həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə görüşərək aralarında olan sözlü mübahisəni həll edən zaman sonuncunun onun sinəsindən itələyərək yerə yıxması səbəbindən ondan qisas almaq niyyəti ilə özündə olan, istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinin sol tərəfindən qəsdən bir dəfə vuraraq ona qarının ön divarının daxilə nüfuz edən və böyük piyliyi zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs bıçağı əlindən almaq istədiyini görüb yenidən qəsdən bir dəfə bıçaq zərbəsi ilə Zərərçəkmiş şəxs sol əlindən vuraraq ona sol əlin V barmağının bükücü vətərini zədələyən və həmin barmağın proksimal falanqanın açıq sınığı ilə nəticələnən 1 ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olmuş, cəzaçəkmə müəssisəsindən çıxandan sonra internet vasitəsilə onlayn formada oyun oynamağı xoşlamışdır. Həmin oyunun ümumi və şəxsi çat bölməsi var. Həmin çat bölməsində oyunda onlayn olan şəxslərlə yazışmaq mümkündür. xx xxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında həmin oyunda oyun oynayarkən ümumi çat bölməsində əvvəllər tanımadığı, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs oyun zamanı ona söyüş işlətdiyi üçün aralarında sözlə mübahisə yaranmışdır. Onlar söhbətlərini davam etmək üçün şəxsi çat bölməsində bir-birilərinə mobil telefon nömrələrini verib, telefon əlaqəsi yaratmışlar. Nurlan onu “20 Yanvar” metrostansiyasına yaxın yerləşən “Şamaxinka” kimi tanınan əraziyə çağırmışdır. O da aralarında olan məsələni danışıb həll emək üçün Nurlanın dediyi əraziyə getmişdir. Həmin şəxsin çox insanla gələ biləcəyindən ehtiyat edərək hər zaman özünü qorumaq üçün və meyvə soymaq üçün üzərində gəzdirdiyi bıçaq da cibində olmuşdur. Saat təxminən 18 radələrində “Şamaxinka” ərazisində görüşmüşlər. O, Nurlanla salamlaşdıqdan sonra onlara iki nəfər də tanımadığı oğlan yaxınlaşmış və Nurlan adlı şəxs həmin şəxsləri kənara apararaq geri qayıtmışdır. Orada başa düşmüşdür ki, Nurlan adlı şəxs həmin şəxsləri də yanında gətirmişdir. Həmin iki nəfər şəxs təxminən 10 metrdən çox məsafədə onlardan kənarda dayanmışlar. O, Nurlandan nə üçün onun barəsində çat bölməsində söyüş söydüyünün səbəbini soruşmuşdur. Nurlan yaxşı etdiyini deyərək ani anda onun sinəsindən əli ilə itələdikdə, o, müvazinətini itərərək arxa-arxaya gedib yerə yıxılmışdır. O, yerə yıxıldıqda Nurlanın yenidən onun üzərinə gəldiyini, həmçinin, Nurlanla birlikdə olan digər iki nəfər şəxsin də onlara yaxınlaşdıqlarını görüb, onların da birlikdə ona xəsarət yetirəcəklərindən qorxaraq cibində olan açılıb-qatlanan bıçağı çıxarıb bir dəfə Nurlanın qarın nahiyəsindən zərbə vurub geriyə çəkilmişdir. Bu zaman Nurlan üzərinə hücum edərək bıçağı əlindən almağa cəhd göstərmişdir. Nurlan bıçağı onun əlindən zorla alaraq bıçaqla onun sol qabırğa altı nahiyəsindən bir dəfə yavaşca zərbə vurmuşdur. Həmin vaxt Nurlanın yanında olan iki nəfər oğlan dərhal yaxınlaşaraq bıçağı Nurlanın əlindən almışdır. Nurlan bıçağı onun əlindən alan zaman bıçaqla əlini də kəsmişdir. Həmin bıçaqla başqa heç bir hadisə törətməmişdir. Nurlanla gələn oğlanlardan biri ona yaxınlaşıb çıxıb getməyini bildirmişdir. O da yolüstü 1 manatlıq taksi ilə Sumqayıt şəhərinə qayıtmışdır. Xəsarətləri olduğu üçün Sumqayıt şəhərində yerləşən xəstəxanaya müraciət etmiş və orada həkimlərə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Bundan sonra Sumqayıt polisindən polis əməkdaşı gələrək ondan izahat almışlar. Təxminən 2-3 gün xəstəxanada qalmışdır. Hadisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada Nurlanın yanında gələn 2 nəfər tanımadığı şəxsdən başqa heç kim olmamışdır. Hadisə zamanı bıçağın aqibəti barədə məlumatı olmamışdır. Əməlindən peşmandır. O, istəsə Nurlana daha bir neçə bıçaq zərbəsi vura bilərmiş, lakin, onun belə bir fikri olmamış, əksinə Nurlan bıçağı onun əlindən alaraq ona xəsarət yetirmişdir. Onun ailəsi zərərçəkmiş şəxsin müalicəsinə maddi köməklik göstərmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Hadisədən bir neçə müddət əvvəl internet vasitəsilə onlayn formada oyun oynaymışdır. Həmin oyunun ümumi və şəxsi çat bölməsi vardır. Həmin çat bölməsində oyunda onlayn olan şəxslərlə yazışmaq mümkündür. xx xxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında həmin oyunda oyun oynayarkən ümumi çat bölməsində əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxslə aralarında söz mübahisəsi yaranmışdır. Onlar söhbətlərini davam etmək üçün bir-birilərinə mobil telefon nömrələrini verib, telefon əlaqəsi yaratmışlar. Aralarında olan anlaşılmazlığı həll etmək üçün o Əhmədi “20 Yanvar” metrostansiyasna yaxın yerləşən “Şamaxinka” kimi tanınan əraziyə dəvət etmişdir. Əgər həmin şəxs çox adamla gələrsə və yaxud orada hər hansı bir hadisə baş verərsə qarşısını almaları üçün dostları İlkin və Orxana zəng vuraraq onlara onunla getmələrini xahiş etmişdir. Onlar razılaşdıqdan sonra əvvəlcədən danışdıqları yerdə görüşmüşlər. İlkin və Orxan onlardan bir az aralıda dayanmışlar. O, təqsirləndirilən şəxslə bir qədər gəzə-gəzə onlardan aralaşıb, heç kimin olmadığı orada olan su çənlərinin yanına getmişlər. O, təqsirləndirilən şəxsə çat bölməsində nə üçün onunla yekə-yekə danışmasının səbəbini soruşduqda Əhməd də ondan nə üçün ona söyüş söyməyini dedikdə, o, Əhmədə yaxşı etdiyini deyib, əli ilə sinəsindən itələyəndə Təqsirləndirilən şəxs müvazinətini itirib arxa-arxaya gedərək yerə yıxılmışdır. Orxanla İlkin onlara yaxınlaşmağa az qalmış həmin Əhməd dərhal ayağa duraraq cibindən bıçaq çıxarıb onun sol yan hissəsinə bir dəfə zərbə vurmuşdur. O, Əhmədin onu bıçaqla vurduğunu görüb dərhal bıçağı Əhmədin əlindən almaq üçün əlini bıçağın qarşısına verən zaman bıçaq sol əlinə girmiş və əlindən də xəsarət almışdır. Lakin, bıçağı Əhmədin əlindən aldığı üçün və Əhmədin onu bıçaqla vurmasına görə əsəbləşdiyindən bıçaqla bir dəfə Əhmədin bədəninə yavaşca vurmuşdur. Bu vaxt kənarda dayanan dostları İlkin və Orxan onlara yaxınlaşaraq bıçağı onun əlindən alıb kənara çəkmişlər. Onun bıçağı nə etməsini bilməmişdir. Hadisənin başlanmasına səbəb onun Əhmədi əli ilə sinəsindən itələməyi olmuşdur. Onun müalicə xərlərinə təqsirləndirilən şəxsin valideynləri maddi köməklik göstərmişlər. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs oğludur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 22 radalarində qaynı Tofiq ona zəng edədərək oğlu Əhmədin tanımadığı bir nəfər şəxs tərəfindən bıçaqlandığını bildirmiş və təcili onun Sumqayıt şəhərində yerləşən “Ülvi” şadlıq sarayının yanına gəlməyini bildirmişdir. O, dərhal həmin yerə gəlmişdir. Həmin vaxt Əhməd əli ilə sinəsini tutmuşdur. Əhməddən nə baş verdiyini soruşduqda Əhməd Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxs tərəfindən bıçaqla vurulduğunu bildirmişdir. Bundan sonra onlar Əhmədi tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhəri TTYX-ya aparmışlar. Orada Əhmədə tibbi yardım göstərilmişdir. Sonra ona məlum olmuşdur ki, Əhməd Nurlan adlı şəxslə mübahisə etmiş və hər ikisi bir-birini bıçaqla vuraraq xəsarət yetirmişlər. Sonradan oğlunun deməsinə görə bilmişdir ki, oğlu Əhmədlə zərərçəkmiş şəxs arasında onlayn oyun zmanı zərərçəkmiş şəxs oğlunu söymüş və sonra da oğlunu söhbət etmək üçün “Şamaxinka” deyilən yerə çağırmış, orada oğlunu itələyərək yerə yıxandan sonra da aralarında belə bir hadisə baş vermişdir. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğludur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində o, işdə olan zaman Əhməd ona zəng edərək Bakı şəhərindən gəldiyini və onunla təcili işi olduğunu bildirərək, Sumqayıt şəhərində 47-ci məhəlləyə gəlməyini istəmişdir. O, həmin vaxt nə baş verdiyini bilməmiş və nə isə problem olduğunu düşünüb Əhmədin atası Vəliyə zəng vuraraq onu da Əhmədin olduğu ünvana çağırmışdır. O, özü də Əhmədin dediyi ünvana getmişdir. Orada Əhmədin tanımadığı 2-3 nəfər şəxslə birlikdə dayandıqlarını görmüşdür. Həmin vaxt Əhmədin sinəsini tutmuş vəziyyətdə olduğunu görüb ondan nə baş verdiyini soruşduqda Əhməd Bakı şəhərində bir nəfər şəxslə aralarında olan mübahisə nəticəsində bıçaqlandığını bildirmişdir. Lakin, Əhmədin köynəyində heç bir xəsarət izi görməmişdir. Əhməddən bunu soruşduqda bildirmişdir ki, köynəyi qanlı olduğu üçün evə gedərək köynəyini dəyişib, qanlı köynəyini isə tullamışdır. Əhmədin atası Vəli də oraya gəlmişdir. Bundan sonra Əhmədi tibbi yardım göstərilməsi üçün atası Vəli ilə birlikdə Sumqayıt şəhəri TTYX-ya aparmışlar. Orada Əhmədə tibbi yardım göstərilmişdir. Sonra ona məlum olmuşdur ki, Əhməd Nurlan adlı şəxslə mübahisə etmiş və hər ikisi bir-birini bıçaqla vuraraq xəsarət yetirmişlər. Sonradan ona məlum olmuşdur ki, Əhmədlə zərərçəkmiş şəxs arasında onlayn oyun zamanı zərərçəkmiş şəxs Əhmədə söyüş söymüş və sonra onlar görüşərkən də aralarında mübahisə baş verən zaman bu hadisə olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, X5 təxminən 2-3 ildir ki, tanıyır, onunla münasibəti normal olmuş, dostluq etmişlər. Tez-tez görüşür, birlikdə çay içir və söhbət edirlər. Boş vaxtlarında sosial şəbəkədə oyunlar oynayırlar. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində Nurlan ona və dostu Orxana zəng edərək, “20 Yanvar” metrostansiyasının yaxınlığında bir nəfər şəxslə görüşəcəyini, onunla mübahisəsinin olduğunu deyərək onların da saat 18 radələrində oraya gəlmələrini istəmişdir. O, Orxanla danışmış və onlar razılaşaraq saat 18 radələrində Nurlan ilə “Şamaxinka” deyilən ərazidə görüşmüşlər. Həmin vaxt Nurlanın yanında tanımadığı bir nəfər şəxs də olmuşdur. Moskva prospektində yerləşən “Huqqa” restoranının yaxınlığında onlar söhbət etmək məqsədilə kənara, yəni heç kimin olmadığı yerə çəkilmişlər. Özü isə Orxanla kənarda dayanıb söhbət edirmiş. Təxminən 2-3 dəqiqə keçdikdən sonra Nurlan və yanındakı şəxslə arasında mübahisə yaranmış, mübahisə zamanı Nurlan əli ilə mübahisə etdiyi şəxsin sinəsindən itələdikdə həmin şəxs arxa-arxaya gedərək yerə yıxılmışdır. Həmin vaxt Orxanla o, onlara yaxınlaşaraq onları ayırmaq istədikdə həmin şəxs ayağa qalxaraq onların yaxınlaşdıqlarını görüb cibindən bıçaq çıxararaq Nurlanın qarın nahiyəsindən bir dəfə zərbə vurub dayanmışdır. Bu zaman Nurlan bıçaqla vurulduğunu görüb bıçağı həmin şəxsin əlindən almağa cəhd göstərib ala bilmişdir. Həmin vaxt onlar onların mübahisəsində bıçağın olduğunu görüb yaxınlaşmağa çəkinmişlər. Lakin, həmin bıçaqla da Nurlanın həmin şəxsi vurmaq istəməsini gördükdə onlar dərhal Nurlana yaxınlaşmışlar və o, bıçağı dərhal Nurlanın əlindən alaraq qatlayıb cibinə qoymuşdur. Orxan Nurlanı, o isə Nurlanı bıçaqla vuran şəxsi oradan uzaqlaşdıraraq hadisə yerindən kənarlaşdırmışlar. Nurlanın qarın nahiyəsində və bıçağı həmin şəxsin əlindən almaq istəyən zaman əlindən xəsarət aldığı üçün Orxan Nurlanın atasına zəng edərək Nurlanın xəsarət aldığını demiş və “Şamaxinka” adlanan yerə gəlməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra Nurlanın atası gəlmiş və onlar hamısı taksi ilə Nurlanı “Respublika” xəstəxanasına aparmışlar. Yolda olan zaman Nurlanın əynində olan köynəyini çıxararaq onun əli və qarınında olan yarasının üstünə sıxmışlar ki, qan gəlməsinin qarşısını alsınlar. Artıq xəstəxanaya çatan zaman həkimlər onun yarasını tutub xəstəxanaya apardıqları üçün onun köynəyi avtomobildə qalmış və o, köynəyi götürərək xəstəxananın yaxınlığında olan zibil qabına tullamışdır. O, Nurlanın həmin şəxslə nəyə görə söhbət etdiyini, onların arasında nə baş verdiyini əvvəlcədən bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Nurlanın sosial şəbəkə vasitəsilə tanıdığı Əhməd adlı şəxslə aralarında mübahisə düşmüş, mübahisə zamanı Nurlan Əhmədə söyüş söyərək həmin gün saat 18 radələrində “20 Yanvar” metrostansiyasınm yaxınlığında görüşə çağırmışdır. Onların arasında olan mübahisə və dava-dalaşları təxminən 2-3 dəqiqə davam etmiş, hadisəni o və Orxan görmüşlər, orada onlardan başqa heç kim olmamışdır. Nurlan onlara zəng vuraraq demişdir ki, birdən həmin şəxs mübahisəyə çox adamla gələr. Ona görə hər ehtimala qarşı onları da çağırmışdır ki, əgər həmin şəxs tək gələrsə kənarda gözləyərlər. Həmin şəxs də tək gəldiyi üçün onlar kənarda dayanıb onların arasında olan mübahisənin başa çatmasını gözləmişlər. O, gördüyü qədəriylə ilkin olaraq Nurlan həmin şəxsin sinəsindən itələmiş və həmin şəxs arxa-arxaya gedərək yerə yıxıldıqdan sonra Orxanla onun onlara yaxınlaşdıqlarını görüb dərhal ayağa qalxaraq cibindən bıçaq çıxarıb Nurlanın qarın nahiyəsinə zərbə vurmuşdur. Belə düşünür ki, yəqin ki, həmin şəxs onların onları aralamaq üçün yaxınlaşmaq istəməsindən çəkinərək bıçaqla Nurlanı vurmuşdur. Nurlanın bıçağı həmin şəxsin əlindən almasını və ona tərəf getməsini görmüşdür. Lakin, həmin şəxsə bıçaqla xəsarət yetirməsini dəqiq görməmişdir. Lakin, onlar onları aralaşdıran zaman həmin şəxs əli ilə sinəsini tutmuşdur. Həmin vaxt düşünmüşdür ki, həmin şəxs də xəsarət almışdır. Hadisə zamanı onların arasında nalayiq ifadələr işlədilməmiş, elə görüş zamanı da kənara, heç kimin olmadığı hissəyə getmişlər ki, mübahisələrini və səslərini eşidən olmasın. Aralarında olan dava-dalaş da demək olar ki, ani anda Nurlanın həmin şəxsin sinəsindən itələməsi ilə yaranmışdır. Nə o, nə də ki, Orxan Əhmədə heç bir xəsarət yetirməmişlər, Əhməd də onlara hər hansı xəsarət yetirməmişdir. O, bıçağı Nurlanın əlindən aldıqdan sonra cibinə qoymuş və Nurlanı xəstəxanaya aparan zaman həyəcanlı olduğu üçün yeri yadında qalmayan kolluğa tullamışdır. Onlar dərhal Nurlanın atasına zəng vuraraq məlumat vermişlər və düşünmüşlər ki, onsuz da Nurlanı xəstəxanaya apardıqdan sonra xəstəxanadan polisə məlumat verəcəklər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin məsul növbətçisi S.Ağayevin xx xxxx 2020-ci il tarixli HK-1-1345 №-li raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:15 radələrində Respublika xəstəxanasından tibb bacısı Əliyeva 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qarın boşluğunun sol tərəfi kəsilmiş-deşilmiş yara xəsarəti aldığı barədə məlumat vermişdir. Cinayət işinin 9-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Nəsimi rayonu, Moskva prospekti 60 saylı ünvanda yerləşən binanın qarşısıdır. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən predmet, qanabənzər ləkələr aşkar edilməmişdir. Hadisə yerini görən müşahidə kameraları müəyyən edilməmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan Sumqayıt ŞPİ 1-ci PB-nin məsul növbətçisi, polis mayoru Ə.Məmmədovun xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020ci il tarixdə saat 00:50-də Sumqayıt TTYX-nin tibb bacısı Rəcəbova telefonla 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs döş qəfəsinin sol yarısının arxa səthinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə cərrahiyyə şöbəsinə daxil olması barədə məlumat vermişdir. Cinayət işinin 74-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx xxxxxx 2020-ci il tarixli, 528 №-li sağlamlığa zərər vurmanın təyini ilə bağlı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət – döş qəfəsinin sol yarısının kənarları hamar yarası aşkar edilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, 087-7418-1220 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı istifadə edilmiş bıçağın tapılması istiqamətində axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin 144-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli, 745 №-li sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qarının ön divarının daxilə nüfuz edən və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin V barmağının bükücü vətərini zədələyən və həmin barmağın proksimal falanqanın açıq sınığı ilə nəticələnən 1 (bir) ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 148-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X7-təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 28528 №-li sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən, Təqsirləndirilən şəxs tibbi yardım üçün Sumqayıt Şəhər Təcili X3 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin 163-173-cü vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin 2 nömrəli şəhər poliklinikasından daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 457 №-li məktubdan görünür ki, Yəhyayev X6 şəhər 2 nömrəli poliklinikasının psixiatrik kabinetində “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi. Davranış pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 151-152-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx xxxxxx 2020-ci il tarixli, 2040 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda yüngül debillik dərəcəsində oliqofreniya əlamətləri aşkar olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (erkən psixi inkişafda yaşıdlarına nəzərən bir qədər geri qalması, əqli geriliklə əlaqədar hərbi çağırış zamanı psixiatrik müayinə edilərək hərbi xidmətdən azad edilməsi, “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi. Davranış pozuntusu” diaqnozu ilə Sumqayıt şəhər 2 saylı şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda olması, hazırki müayinə zamanı bilik ehtiyatının nisbətən məhdud olması, maraq dairəsinin nisbətən enməsi, təfəkkürün konkretliyi, intellektual imkanlarının nisbətən aşağı olması və.s) təsdiq edir. Bununla birlikdə yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək, istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 131-142-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(011)-14/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxx 2017-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 04 il 06 aya endirilmiş; xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 114-cü vərəqəsində olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2 saylı Mənzil-Kommunal sahəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 126-cı vərəqəsində olan Zərərçəkmiş şəxs xx xxxxxxx 2020-ci il tarixli istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxslə barışmış və sonuncunun ailəsi tərəfindən onun müalicəsi üçün sərf edilən tibbi xərclər tamamilə ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə və müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməllərində residiv olduğu üçün həmin maddədə göstərilən hallar ona şamil olunmur. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cinayətlərin residivi zamanı, qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq, onun faktiki tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 56-cı vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 100-101-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(006)-367/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsdə olmanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-414/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-414/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver