Məhkəmə qərarları › İş №1(101)-414/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-414/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-414/2022 11.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştiraklar ilə, Təqsirləndirilən şəxs (xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Suraxanı rayon məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 4-də qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1079,052 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 3,613 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və istehlak miqdarından artıq, yəni 0,436 qram narkotik vasitə metadonu əldə edərək üzərində saxlamaqla ünvan 1 ünvanda yerləşən evinə daşımış, daha sonra 20 avqust 2021-ci il tarixdə evində saxladığı 01 büküm təmiz çəkisi 0, 273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 büküm təmiz çəkisi 0,436 qram olan narkotik vasitə metadonu əynində olan göy rəngli cins şalvarın zəncirbəndlə bağlanan hissəsinə yerləşdirməklə gizlətmiş, həmin gün saat 15:45 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 33cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış və həmin gün saat 17:10-dan saat 17:50-ə kimi olan müddət ərzində Suraxanı RPİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanda yerləşən evində videoçəkiliş ilə axtarış aparılarkən yaşadığı evin yataq otağında olan dəmir çarpayının üstünə yığılmış döşəklərin altında 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 1012 qram olan külli miqdarda narkotik vasitə heroin, otaqdakı tumbuçkanın içərisindən 08 ədəd sellofan bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 13,141 qram, 10,171 qram, 10,071 qram, 4,629 qram, 4,613 qram, 7,216 qram, 9,048 qram, 7,890 qram olmaqla bir-birləri ilə və çarpayının üstünə yığılmış döşəklərin altından aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 1012 qram olan narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən, ümumi təmiz çəkisi 66,779 qram, yəni külli miqdarda narkotik vasitə heroin və 04 ədəd sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,758 qram, 0,487 qram, 1,516 qram, 0,852 qram olmaqla xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 3,613 qram, yəni külli miqdarda psixotrop maddə metamfetamin, həmçinin üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, fakt əsasında Suraxanı RPİ-də başlanmış cinayət işi ilə bağlı barəsində Suraxanı rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Suraxanı RPİ-nin MSY-də olarkən əynində olan göy rəngli cins şalvarın zəncirbəndlə bağlanan hissəsində gizlətdiyi 01 büküm təmiz çəkisi 0,273 qram olan heroini və 01 büküm təmiz çəkisi 0,436 qram olan metadonu qara rəngli cins şalvarının zəncirbəndlə bağlanan hissəsində yerləşdirərək gizlətməklə həmin şalvarı əyninə geyinmiş, 23 avqust 2021-ci il tarixdə saat 12:40 radələrində Suraxanı RPİ-nin MSY-nin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş, təcridxananın axtarış-baxış otağında təcridxananın əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə üzərinə axtarış-baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın zəncirbəndlə bağlanan hissəsində gizlətdiyi 01 büküm təmiz çəkisi 0,273 qram olan və 20 avqust 2021-ci il tarixdə yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1078,779 qram olan narkotik vasitə herionlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə fərqli olan narkotik vasitə heroin və 01 büküm təmiz çəkisi 0,436 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə onu xatırlamadığı vaxt cəza çəkdiyi Ədliyyə Nazirliyi Pentitensiar Xidmətinin 2 saylı məntəqə tipli cəza çəkmə müəssisəsinin qarşısından polis əməkdaşları saxlamışlar. Həmin vaxt onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. İttihamda göstərildiyi kimi onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi ev-32 ünvanından da narkotik vasitə aşkar olunmamışdır. Yaşadığı evə narkotik vasitəni polislər özləri qoymuşlar. O, narkotik vasitədən istifadə edən olmuş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 23 avqust 2021-ci ildə saat 12:40 radələrində Suraxanı RPİ-nin MSY-nin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verildiyi zaman üzərindən aşkar olunmuş 01 büküm heroin və 01 büküm metadon ona məxsus olmuşdur. Həmin bükümlər təcridxananın əməkdaşları tərəfindən müəyyən olunub götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin iyul ayının ortalarında “İnstagram” vasitəsi ilə tanış olduğu Bakı şəhərində yaşayan özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən haqqında başqa heçnə bilmədiyi şəxsin nömrəsini xatırlamadığı bank hesabına ona narkotik və psixotrop maddələr verməsi üçün 800 manat pul göndərmişdir. Daha sonra həmin şəxs onunla “İnstagram” vasitəsi ilə əlaqə yaradaraq sifariş verdiyi narkotik və psixotrop maddələri Bakışəhəri, Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəbiristanlığında qəbirlərin birinin yanına qoyduğunu bildirmiş və həmin yerin şəkilini “İnstagram” vasitəsi ilə ona göndərmişdir. Bundan sonra o, həmin şəxsin qeyd etdiyi ünvana getmiş və orada olan qara rəngli sellofana qoyulmuş narkotik və psixotrop maddələri götürmüşdür. Həmin narkotik və psixotrop maddələri yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gətirmiş, evdə olarkən özünə məxsus elektron tərəzi ilə narkotik və psixotrop maddələrin bir hissəsini çəkib hissələrə bölüb bükümlərə ayırmışdır. O, bükümlərin bir hissəsini müxtəlif qiymətlərə tanımadığı şəxslərə satmışdır. 20 avqust 2021-ci il tarixdə evdə saxladığı narkotik vasitələrdən 01 büküm heroin və 01 büküm metadonu daha sonra istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarın zəncirbəndlə bağlanan hissəsində gizlətmiş, həmin gün saat 15:45 radələrində yaşadığı ünvanın yaxınlığında Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları onu saxlayıb narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib 33-cü PB-yə aparmışlar. Burada ona hüquq və vəzifələri izah edilmiş və öz xahişi əsasında dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər-hansı maddə, predmet, o cümlədən şalvarının zəncirbəndlə bağlanan hissəsində gizlətdiyi 02 büküm aşkar edilməmişdir. Sorğu zamanı o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi 32-də yerləşən evində narkotik və psixotrop maddələr saxladığını səmimi şəkildə etiraf etmişdir. Bundan sonra vəkilin də iştirakı ilə polis əməkdaşları videoçəkiliş ilə evində axtarış keçirməyə başlamışlar. O, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana daxil olduqdan sonra dəhlizdən sol tərəfdə yerləşən otağına daxil olmuş və orada olan dəmir çarpayını göstərib bildirmişdir ki, çarpayının altında narkotik vasitə heroin vardır. Polislər çarpayının üstündəki döşəkləri götürmüş və qara rəngli sellofan torbaya büküb skoçla bağladığı narkotik vasitə heroini aşkar edib götürmüşlər. Bundan başqa həmin otaqda çarpayının baş tərəfində olan tumbuçkanın içərisindən ona məxsus olan 08 ədəd sellofan bükümdə heroin və 04 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş 01 ədəd içərisində narkotik vasitə heroin olan bağlama, 08 ədəd heroin bükümləri, 04 ədəd metamfetamin bükümləri və 01 ədəd elektron tərəzi müstəntiq tərəfindən ayrı-ayrı zərflərə qoyulmuş və həmin zərflərin ağzı bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Bundan sonra o, Suraxanı RPİ-nin əməkdaşları ilə birlikdə polis idarəsinə gedərkən özü ilə birlikdə geyinmək üçün geyim əşyaları, o cümlədən qara rəngli cins şalvarını da götürmüşdür. Suraxanı RPİ-də müvafiq istintaq hərəkətləri keçirilmiş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş, o, həmin ittiham üzrə özünü tam təqsirli bildiyini bildirmiş və müvafiq ifadə vermiş, həmin ifadəni də tam şəkildə təsdiq etmişdir. Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Daha sonra o, Suraxanı RPİ-nin MSY-də olarkən əynində olan göy rəngli cins şalvarın zəncirbəndlə bağlanan hissəsində gizlətdiyi 02 büküm narkotik vasitəni qara rəngli cins şalvarının zəncirbəndlə bağlanan hissəsində gizlətmiş və həmin şalvarı əyninə geyinmişdir. 23 avqust 2021-ci ildə saat 12:40 radələrində Suraxanı RPİ-nin MSY-nin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. O, təcridxana tərəfindən qəbul edilərkən təcridxananın axtarış-baxış otağında təcridxananın əməkdaşları 2 nəfər hal şahidin iştirakı ilə üzərini axtarmağa başlamışlar. Bu zaman əynində olan qara rəngli cins şalvarın zəncirbəndlə bağlanan hissəsində gizlətdiyi 01 büküm heroin və 01 büküm metadon aşkar edilmişdir, həmin bükümlər açılaraq baxış keçirilmiş, sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Həmin bükümlər təcridxananın əməkdaşı tərəfindən zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu, ibtidai istintaq zamanı təzyiqlərə məruz qaldığı üçün ifadələri oxumadan imzaladığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Suraxanı rayon Pİ-nin 33-cü Polis Bölməsində əməliyyat müvəkkili işləyir. 20 avqust 2021-ci il tarixdə işlədiyi Polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində «Tural» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq və «Tural» adlı şəxsin hərəkətlərini ifşa etmək məqsədi ilə 20 avqust 2021-ci il tarixdə ondan və işlədiyi PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 15:45-də onlar tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 4 ünvanın yaxınlığında sonradan tanıdıqları Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün PB-yə müdafiəçi dəvət olunmuş, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra isə ona onun hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra inzibati binanın xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarışın və götürmənin keçiriləcəyi bildirilmiş, videoçəkiliş sonradan diskə köçürülməsi üçün «İphone 8» markalı mobil telefon vasitəsi ilə aparılmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz dövriyyəsi qadağan olunmuş əşya olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin olduğunu, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə yazılı ərizə vermişdir. Təqsirləndirilən şəxs 20.08.2021-ci il tarixli ərizəsi və toplanmış material üzrə 20.08.2021-ci il tarixdə qəbul edilmiş qərar əsasında, sonuncunun, həmçinin onun müdafiəçisinin iştirakı ilə onun yaşadığı ünvan 4 ünvanda videoçəkilişdən istifadə edilməklə axtarış və götürülmə aparılmışdır. Axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs evdə yaşadığı otağında olan dəmir çarpayının üstünə yığılmış döşəklərin altından 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə heroin, 08 ədəd sellofan kəsiyi bükümlərində narkotik vasitə heroin, 04 ədəd sellofan bükümlərində psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülüb zərfə qoyularaq qablaşdırılmışdır. Vedeoçəkiliş sonradan diskə köçürülməsi üçün «İphone 8» markalı mobil telefon vasitəsi ilə aparılmışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evindən aşkar edilərək götürülmüş qara sellofan bağlamada olan narkotik vasitə heroini, 08 bükümdə olan narkotik vasitə heroini və 04 bükümdə olan psixotrop maddə matemfetamini bir ay əvvəl «İran» vətəndaşı kimi bildiyi, lakin tanımadığı və heç bir vaxt görmədiyi şəxsdən onlayın ödəmə vasitəsi ilə satış məqsədi ilə ümumilikdə 800 manata almışdır. Məhkəmədəşahid qismində ifadə vermiş Şahid2 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasının Əməliyyat bölməsinin rəisi işləyir. 23.08.2021-ci il tarixdə saat 12:40 radələrində xidməti vəzifəsi ilə əlaqdar təcridxananın axtarış-baxış otağında olarkən Suraxanı RPİ-nin MSY-nin əməkdaşları tərəfindən təcridxanaya gətirilən Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış otağında Şahid4, Şahid5 və hal şahidləri Şahid6 və Şahid7 iştirakı ilə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın bağlanan (zamok) hissəsində gizlətdiyi 02 ədəd bükümdə narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin birinin içindəki maddə heroin, digərinin içindəki maddə isə metadondur, həmin maddələr onun özünə məxsusdur, bu maddələri azadlıqda olarkən dar günlər üçün üzərində gəzdirirmiş. Aşkar edilmiş maddələr yuxarıda qeyd etdiyi şəxslərin iştirakı ilə onun tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş bu barədə protokol tərtib etmiş və iştirakçılara ucadan oxunmuş və doğru olduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuş şahidlər Şahid5, Şahid4, Şahid6 və Şahid7 ifadələrində Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işində olan 20 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi nəticəsində üzərində qanunla qadağan edilmiş hər-hansı maddə, predmet və.s aşkar edilməmişdir. Sorğu zamanı bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi ev 32-də narkotik və psixotrop maddələr saxlayır. Cinayət işində olan 20 avqust 2021-ci il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanda olan yataq otağında çarpayıda olan döşəklərin altında 01 ədəd qara rəngli sellofanda skoçla bağlanmış büküm, həmin çarpayının baş tərəfində yerləşən taxta tumbuçkanın içərisindən isə 12 ədəd şəffaf sellofan kəsiyində bükümlər və 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2021-ci il tarixli, 6/3630 saylı rəyində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan 04 ədəd zərfdə: -1 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 1012 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -8 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 13,141 qram, 10,171 qram, 10,071 qram, 4,629 qram, 7,216 qram, 9,048 qram, 7,890 qram, ümumi təmiz çəkisi 66,779 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -4 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,759 qram, 0,487 qram, 1,516 qram, 0,852 qram, ümumi təmiz çəkisi 2,613 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -Bir ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəkilində olduğu üçün, heroinin çəkisi və bükümlərdəki heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. -Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1078,779 qram (1 kq 78,779) qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə tərkibindəki komponenmtlərə görə eynidirlər. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 6/3649 nömrəli 23 avqust 2021-ci il tarixli arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası zərflər üçün...” dairəvi möhür əksi, “23.08.2021-ci il tarixdə ...Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,273 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,436 qram boz rəngli maddə sintetik narkotik vasitə metadondur. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2021-ci il tarixli 6\4642 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,386 qram olan maddə narkotik vasitə heroindir. Cinayət işində olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş üzərində ƏN MEM-in “Tədqiqat obyekti №67” ştamp əksi olan paketdəki heroin, üzərində AR ƏN-in MEM-in “Tədqiqat obyekti №59” şatamp əksi olan paketdəki heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 05.10.2021-ci il tarixli, 3784 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəitcəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 avqust 2021-ci il tarixli 4(010)-416/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və Bakı şəhər Suraxanı rayon məhkəməsinin hökmünün surətindən və arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 19 dekabr 2018-ci il tarixdən hesablanmış, cəzasının çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir, 01.12.2020-ci il tarixdə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün 12 saylı MTCM-dən 2 saylı MTCM-yə keçirilmişdir, cəzasının sonu 19.09.2022-ci il tarixdə başa çatır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasını tam, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini ona hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti cəza müəyyən edilməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, yaşadığı mənzildə olan narkotik vasitələrin polislər tərəfindən evə qoyulması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həmdə başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış zamanı və yaşadığı ünvan 1-də aparılan axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1079,052 qram narkotik vasitə heroin, 3,613 qram psixotrop maddə metamfetamin və 0,436 qram narkotik vasitə metadon və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi, maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalan 1078,392 qram narkotik vasitə heroin, 3,533 qram psixotrop maddə metamfetamin və 0,336 qram narkotik vasitə metadon və 01 ədəd elektron tərəzi məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə uyğun olaraqistintaq zamanı maddi sübut olaraq DİN Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1079,052 qram narkotik vasitə heroin, 3,613 qram psixotrop maddə metamfetamin və 0,436 qram narkotik vasitə metadon və tədqiqata sərf edildikdən sonra qalıq qalan 1078,392 qram narkotik vasitə heroin, 3,533 qram psixotrop maddə metamfetamin və 0,336 qram narkotik vasitə metadon və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, onun üzərinə şəxsi axtarış zamanı və yaşadığı evdə aparılmış axtarış və götürmə zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 20 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 398 manat 52 qəpik (üç yüz doxsan səkkiz manat əlli iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Suraxanı rayon məhkəməsinin 17.04.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 29 (iyirmi doqquz) gün hissəsi ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq o, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 20 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq DİN Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1079,052 qram narkotik vasitə heroin, 3,613 qram psixotrop maddə metamfetamin və 0,436 qram narkotik vasitə metadon və tədqiqata sərf edildikdən sonra qalıq qalan 1078,392 qram narkotik vasitə heroin, 3,533 qram psixotrop maddə metamfetamin və 0,336 qram narkotik vasitə metadon və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, onun üzərinə şəxsi axtarış zamanı və yaşadığı evdə aparılmış axtarış və götürmə zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 398 manat 52 qəpik (üç yüz doxsan səkkiz manat əlli iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar