Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-415/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X13 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir), məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, H.Əliyev prospekti ev 289-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, keçid 14/10, bina 15, mənzil 52-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə edib daşımış və saxlamışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Şahmar” adlı şəxslə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz olaraq satışını təşkil etmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2021-ci ilin avqust ayının əvvəllərində Cəlilabad şəhərində naməlum yerdən sonuncu tərəfindən göndərilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda 45,0 və 1.155,0 qram ümumi 1200,0 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və bir bükümdə 100,0 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, keçid 14/10, bina 15, mənzil 52 ünvanında saxlamış, orada içərisində 1155,0 qram çəkidə heroin olan bükümü elektron tərəzidə çəkərək 795,0 və 360,0 qramlara böldükdən sonra 2 ədəd bükümü və 1 bükümdə olan 100,0 qram metafetamini soyuducuda gizlətmiş və 5 avqust 2021-ci il tarixdə 45,0 qram çəkidə üzərində saxlayıb daşıyarkən saat 10:30-da Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o yaşadığı ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib orada saat 12:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 bükümdə 45,0 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra həmin gün saat 13:15-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, keçid 14/10, bina 15, mənzil 52 ünvanında baxış keçirilərkən mənzilin girişindən sol tərəfdə mətbəxdəki soyuducuda gizlətdiyi 1 ədəd torbanın içindən 2 bükümdə ayrı-ayrılıqda 795,0 və 360,0 qram, ümumi təmiz çəkisi 1155,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 100,0 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin və 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən ilk dəfə 2004-cü ildə istifadə etmişdir. Narkotik vasitənin yalnız heroin növündən bədənində ağrılar olan zaman falqada və yaxud bir əşya üzərində yandırıb tüstüsünü nəfəsinə çəkməklə və ya iynə vurmaqla istifadə etmişdir. Tutulmazdan əvvəl ayağında ağrı olduğu üçün Bakı şəhərində “kubinka” adlanan yerdə tanımadığı şəxsdən gündəlik istifadəsi üçün 1 qram narkotik vasitə olan heroin almışdır. Daha sonra Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mirmahmud Kazimovski küçəsində yerləşən kirayə yaşadığı evə gəlib heroinin bir qədərini istifadə etməyə başlamışdır. Həmin vaxt 2 nəfər qohumu da onunla birlikdə olmuşdur. Bundan sonra qapı döyülmüş və açdıqda 8 nəfər polis əməkdaşı evinə daxil olmuşlar. Polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdikdə onlara etiraz etmişdir. Polis əməkdaşları 1 kiloqram 200 qram heroin və 100 qram metafetamini göstərib onun ona aid olduğunu bildirməyini, əks halda evində olan 2 qohumunun hərəsinin cibinə 5 qram narkotik vasitə qoyacaqlarını bildirmişlər. O da məcbur olub onlarla Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməyə razılaşmışdır. İdarədə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman təzyiq altında olduğu üçün bükümlərin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmişdir. Heç vaxt metafetamindən istifadə etməmişdir. “Şahmar” adlı şəxsi tanımır. Ümumiyyətlə, İran İslam Respublikasından heç kimlə əlaqəsi olmamışdır. Tutulmazdan əvvəl istifadəsində olan nömrəni xatırlamır. Tutulan zaman onda 1 qram narkotik vasitə olan heroin olmuşdur. Heroindən ayda 1 dəfə ayağında ağrı olan zaman istifadə etmişdir. Ona məxsus mobil telefonda “WhatsApp” proqramı olmuşdur. Üzərinə şəxsi axtarış və yaşadığı evə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Polis əməkdaşları onların göstərdiyi bükümlərin ona aid olduğunu bildirmədiyi təqdirdə qohumlarının hərəsinin cibinə 5 qram narkotik vasitə qoyacaqlarını demişlər. Videoçəkiliş zamanı təzyiq altında olduğu üçün bükümlərin ona məxsus olduğunu bildirmişdir. Evində olan 2 qohumundan heç biri əvəllər məhkum olunmamışdır. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitədən falqada yandırıb tüstüsünü nəfəsinə çəkməklə və ya iynə vurmaqla istifadə etmişdir. Əvvəllər törətdiyi cinayətə görə 2018-ci ildə cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da ağrıları davam etdiyi üçün yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, dəqiq tarix yadında deyil 2021-ci ilin avqust ayının ilk günlərində mobil telefonunun “WhatsApp” proqramı vasitəsi ilə istifadəsində olan mobil telefonu ilə ***-***-**-** saylı mobil nömrə ilə İran İslam Respublikasının vətəndaşı “Şahmar” adlı şəxsin xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək ondan özünün istifadəsi üçün narkotik vasitə olan bir-iki büküm heroin istəmişdir. O isə ona təklif etmişdir ki, narkotik vasitə heroin və metafetamin göndərsin, o isə onları Bakı şəhərində o deyən yerlərə qoysun, həmin yerlərin şəklini çəkib ona göndərsin və əvəzində həmin narkotikdən və heroindən onun özü də istifadə etsin. Eyni zamanda ona bildirmişdir ki, o, alıcı ilə görüşməyəcək. O, “Şahmar”ın təklifini ona sərf etdiyi üçün qəbul etmiş və “Şahmar”a demişdir ki, Cəlilabad şəhərində hazırda xatırlamadığı yerdə 1 kiloqram 200 qram heroin və 100 qram metafetamin qoymuş və onları gedib götürməyini özündə bir yerdə saxlamağını, sonra ona deyəcəyi miqdarda ünvanlara hissə-hissə aparıb qoycağını bildirmişdir. Sonra o həmin narkotik vasitəni və psixotrop maddəni Cəlilabad şəhərində xatırlamadığı yerdən 1 ədəd selofan torbanı götürmüş, həmin torbanın içərisində heroin, metafetamin və 1 ədəd elektron tərəzi olduğunu görmüş və sonra Bakıya gəlib yaşadığı evdə onları soyuducuya qoymuşdur. 4 avqust 2021-ci ildə Şahmar “Whatsapp” vasitəsi ilə onunla əlaqə saxlamış və bildirmişdir ki, ona düşən 45,0 qram heroini ayrı bükümdə qoymuşdur və heroindən 2 büküm 360,0 və 795,0 qram tərəzidə çəkərək ona deyəcəyi yerə qoymağını bildirmişdir. 5 avqust 2021-ci il tarixdə bükümlərdən 45,0 qram bükümü götürmüş və evdən çıxmışdır. Təxminən saat 10:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən Mirmahmud Kazımovski küçəsi ilə piyada hərəkət edərkən əvvəllər tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada onun xahiş ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, könüllü surətdə əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, ona məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd açar aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə, yəni büküm bütov halda çəkisi 48 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, polis əməkdaşları, müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. Mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, 3 ədəd açar ona geri qaytarılmışdır. O, sorğu zamanı aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Şahmar” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Şahmar” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində narkotik maddə əldə etdiyini, narkotik maddələrdən istifadə etdiyini, həmçinin yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı o, ərizə yazmışdır. Bundan sonra o, müdafiəçi və polis əməkdaşları iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, keçid 14/10, bina 15, mənzil 52 ünvanına getmişdir. Həmin mənzilin girişindən sol tərəfdə olan mətbəxdəki soyuducuda gizlətdiyi 1 ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən 2 bükümdə narkotik vasitə heroin, 1 bükümdə isə psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metafetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 103 qram olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 162 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və onlar üçün əhəmiyyətli əşya, predmet və maddə aşkar olunmamışdır. Şahmar adlı şəxsin anket məlumatlarını bilmir, onunla bir-iki dəfə əlaqəsi olmuş və mobil telefon nömrəsini bilməmişdir. O, 3 ildir ki, narkotik vasitə heroini və psixotrop maddə metafetamini falqada və yaxud bir əşya üzərində yandırıb tüstüsünü nəfəsinə çəkməklə və ya iynə vurub istifadə etmişdir. O kiməsə narkotik vasitə olan heroin və yaxud metafetamin satmamış və bundan pul əldə etməmişdir. Polislər tərəfindən saxlanılarkən, üzərinə şəxsi axtarış keçirilərkən və evinə baxış keçirilərkən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir (cild 1, iş vərəqə 64-65 və 75-77). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 5 avqust 2021-ci il tarixdə DİN-nin BNMİ-nə etibarlı, etimad doğuran və qərəzsiz mənbədən xx.xx.1968-ci il ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 6cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, keçid 14/10, bina 15, mənzil 52 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bildirildiyindən tərəfindən 4 avqust 2021-ci il tarixdə DİN-nin BNMİ-nin rəhbərliyinə raportla məruzə edilmiş və həmin gün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 5 avqust 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmasına dair əmr verilmiş və həmin qrupa o, DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid3, baş əməliyyat müvəkkili Şahid2 daxil edilmişlər. 5 avqust 2021-ci il tarixdə tərəflərindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Təxminən saat 10:30 dəqiqədə Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra hüquq və vəzifələrini izah etmiş, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirdikdən sonra BNMİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində, avtomobilində, evində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi barədə baş idarənin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra onunla müvafiq araşdırmanın aparılması DİNnin BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı Nəcəf Aburşuya həvalə edilmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosundan vəkili X2 dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun üzərində şəxsi-axtarış keçiriləcəyinə dair qərarla tanış olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş maddələri və əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 5 avqust 2021-ci il tarixli qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürməyə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 büküm, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı sonuncun əynində olan qara rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxsa məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd açar aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 48 qram olmuşdur. Həmin kütlə qablaşdırılmış, onlar, şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi də götürülmüşdür. 3 ədəd açar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Şahmar” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Şahmar” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracağını, müəyyən qismindən özü üçün istifadə edəcəyini, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında olan xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunulmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunduqdan sonra iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlərin daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 5 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun baş təhqiqatçısı X8 tərəfindən təhqiqat araşdırması zamanı videokamera vasitəsi ilə DİN-nin BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid3, baş əməliyyat müvəkkili Şahid2, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X2, onun və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, keçidi 4/10, bina 15, mənzil 52 ünvanında onun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair məlumatın yoxlanılması məqsədi ilə mənzilə videoçəkilişlə baxış keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş və Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməyib bu barədə yazılı formada ərizə təqdim etmişdir. 5 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, keçid 14/10, bina: 15 mənzil 52 ünvanına gəlmişlər. Bundan sonra baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin girişindən sol tərəfdə olan mətbəxdəki soyuducuda gizlətdiyi 1 ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən 2 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələr və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra mefafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 103 qram olmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 162 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra tərəflərindən evin digər otağına və hissələrinə baxış keçirilmiş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən və üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Şahmar” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Şahmar” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracağını və müəyyən qismini istifadə etdiyini, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, “SONY” markalı videokamera vasitəsi ilə BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmış, protokol oxunulmuş, əlavələr olmadığından protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi-axtarış və götürmə, eləcə də onun mənzilinə baxış keçirilərkən aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddə təqdim edilmiş bükümlərlə, yəni qablaşdırılmış vəziyyətdə çəkildiyindən ekspertiza rəyində göstərilən təmiz çəkilərlə fərqlər yaranmışdır. Belə ki, ekspert tərəfindən həmin maddə və vasitələr qabları ilə birlikdə deyil, xalis çəkiləri elektron tərəzidə qramlarla çəkilmiş və bu barədə ekspertiza mərkəzində müvafiq akt tərtib edilmişdir. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 129-133 və 134- 138). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 avqust 2021-ci il tarixli 6/3321 saylı məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi 2 ədəd kağız paketdə olan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 45,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evindən...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 795,0 qram, 360,0 qram ümumi təmiz çəkisi 1.155,0 qram olan tünd qəhvəyi rəngli axıcı kütlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bükümdə təmiz çəkisi 100,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin ilə onun yaşadığı evdən aşkar edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil etmir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1200 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 1.199,85 qram, metafetaminin ümumi təmiz çəkisi 100 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 99,95 qram, cild 1, iş vərəqə 56-59). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli 5/885 saylı məhkəmə-ekspertizası rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz edilmiş “Samsung Galaxy A10” markalı ”SM-A105F” modelli “**********89754. **********89752” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı ”SM-A105F” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş 2 ədəd DVD-R diskə, cild 1, iş vərəqə 142- 146). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 21 sentyabr 2021-ci il tarixli 2213 saylı məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini dərk etmiş və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 148-149). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 6 noyabr 2021-ci il tarixli 4356 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 217-218). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 1199,85 qram narkotik vasitə olan heroin, 99,95 qram psixotrop maddə metafetamin və üzərində narkotik vasitə heroinin izləri qalmış 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİnin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 182- 200). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 100-109). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 avqust 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 7 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 avqust 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 96-98). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 5 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 118,65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra qalıq çəkisi 1.199,85 qram olan narkotik vasitə heroin, 99,95 qram olan psixotrop maddə metafetamin; -üzərində narkotik vasitə heroinin izləri qalmış 1 ədəd elektron tərəzi məhv edilməli; -şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 5 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 118,65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra qalıq çəkisi 1.199,85 qram olan narkotik vasitə heroin, 99,95 qram olan psixotrop maddə metafetamin; -üzərində narkotik vasitə heroinin izləri qalmış 1 ədəd elektron tərəzi məhv edilsin; -şəxsi axtarış və götürmə istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-415/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-415/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver