Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-415/2023 06.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçilər X1 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 2 aprel 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi, 1-ci keçid, döngə 1, ev 4-də qeydiyyatda olub, Xocasən qəsəbəsi, Həmid Sultanov küçəsi, fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: XXX Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan İran İR-nin vətəndaşı «Abbas» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə saat 00 radələrində sonuncu tərəfindən gizlədilmiş Bakı şəhəri Binəqədi rayonu, «Mərkəz» adlanan yerdən Mehdiabad qəsəbəsi istiqamətindəki yolun sağ hissəsində yerdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1.015 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və bir qədər aralıda yerləşən 156 reklam lövhəsinin dibində beton parçasının alt hissəsində təmiz çəkisi 12,781 qram olan kustar üsulla hazırlanmış külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini vahid niyyətlə əhatə olunan qəsdlə əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:30-da Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu Xocasən qəsəbəsi, «Elnur» inşaat materialları dükanının qarşısında saxlanılıb oradan ünvan 1 ünvanda yerləşən 40-cı Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki torbanın içərisindəki plastik qabda bir bükümdə təmiz çəkisi 1.015 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin», digər bükümdə təmiz çəkisi 12,781 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə «metamfetamin» və üzərində heroinin izləri olan 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş XXX Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən il yarımdır ki, narkotik vasitələrdən istifadə edir. Ötən il narkomaniya xəstəliyinə görə müalicə də almışdır. Tutulanadək usta işləmişdir. Xocahəsən qəsəbəsi Həmid Sultanov küçəsində fərdi evdə anası ilə birlikdə kirayədə yaşamışdır. Həmin ərəfədə kirayə yaşadığı evi təmir etməklə məşğul olmuşdur. 2022-ci ilin yay aylarında «Whatsapp» tətbiqində «Abbas» adlı tanımadığı İİR vətəndaşı ona mesaj yazıb, tanışlıq münasibətləri qurmaq istədiyini bildirmiş və o, sonuncunun təklifini qəbul etmişdir. Bundan sonra sonuncu ilə yazışmağa başlamışdır. Bir neçə gündən sonra Abbas ondan narkotik vasitə qəbul edibetmədiyi barədə soruşmuş, sonuncuya narkotik vasitə aludəçisi olduğunu demişdir. Bundan sonra «Abbas» narkotik vasitə və psixotrop maddələri Bakıya göndərəcəyini deyib, onları şəhərin müxtəlif yerlərinə yerləşdirməsini xahiş etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Abbasın diktəsi ilə müxtəlif ünvanlardan narkotik vasitələri götürüb, sonuncunun dediyi yerlərə yerləşdirmiş, hər qrama görə Abbas onun kartına 1 manat göndərmişdir. Bu hal 10-12 dəfə təkrarlanmış, ümumilikdə təxminən yarım kilo heroin əldə etmiş, 16 qramını özünə götürmüş, qalanlarını isə müxtəlif ünvanlara yerləşdirmişdir. Abbasın vasitəsilə həm özü qəbul etmək üçün narkotik vasitə, həm də pul əldə etmişdir. Sonuncu dəfə 27 iyun 2022-ci il tarixdə axşam saatlarında Abbas onunla «Whatsapp» vasitəsilə əlaqə saxlayıb, narkotik maddənin gizlədildiyi yerin şəklini göndərərək oradan götürməsini tapşırmışdır. 28 iyun 2022-ci il tarixdə axşam saat 00 radələrində yaşadığı ünvandan çıxıb ona deyilən Binəqədi rayonu «Mərkəz» adlanan yerdən Mehdiabad qəsəbəsi istiqamətində yolun kənarına yollanmış, içərisində narkotik maddə olan sellofan bükümü götürmüşdür. 29 iyun 2022-ci il tarixdə gecə yarısı Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi, «Elnur» inşaat materialları dükanından bir qədər uzaqda olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və 40-cı PB-nə aparılmışdır. Həmin vaxt narkotik vasitənin təsiri altında olsa da, üzərində narkotik vasitə olmamışdır. Yaşadığı evdən cəmi 5 qram heroin aşkar edilmişdir. 12 saat ərzində bölmədə təzyiqlərə məruz qalmışdır. Bundan sonra məcbur qalıb üzərində videoçəkilişlə axtarış aparılarkən polis əməkdaşlarının diktəsi ilə etirafedici məzmunda danışmışdır. Əslində isə həmin vaxt əlində tutduğu bağlamada narkotik vasitə heroin yox, adi torpaq olmuşdur. Özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİnin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkilidir. Bölməyə XXX Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məqsədlə əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək, onun və bölmənin digər əməkdaşı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən 30 iyun 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi, «Elnur» inşaat materialları dükanının qarşısında XXX Təqsirləndirilən şəxs saxlanılaraq 40-cı PB-nə aparılmış və bölmənin təhqiqatçısı Samir Hacıyevə təhvil verilmişdir. Təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. XXX Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı, əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən ona məxsus olan 1 ədəd «Samsung Galaxy A20s» markalı mobil telefonu və həmin cins şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsini, 4169 7385 6168 6209 nömrəli «KapitalBanka» aid plastik kartı, 4169 7413 9404 4315 nömrəli Fatima Həsənovaya məxsus «KapitalBanka» aid plastik kartı, **********670614 nömrəli, Fatima Həsənovaya məxsus «KapitalBanka» aid plastik kartı, 4098 5844 6053 2060 nömrəli, «LeoBanka» aid plastik kartı, 3 (üç) ədəd BNA-nə aid üzərində «BakıKart» yazısı olan platik kartı, bir ədəd **********29 nömrəli «UniBanka» aid Elnurə Aliyevaya məxsus Albalı plastik kartı, **********7 nömrəli üzərində «Umico» yazısı olan platik kartı, «Aplus» marketə məxsus bonus plastik kartı, «Araz» marketə məxsus **********844758 nömrəli bonus plastik kart olan pul kisəsini masanın üzərinə qoymuşdur. Sonuncunun üzərindən başqa heç nə aşkar olunmamışdır. XXX Təqsirləndirilən şəxs əlindəki sellofan torbanı açıb, içərisindən 1 büküm şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin və 1 büküm psixotrop maddə metamfetamini, həmçinin 2 ədəd elektron tərəzini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı XXX Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə saat 00:00 radələrində Binəqədi rayonu «Mərkəz» adlanan ərazidən üzü Mehdiabad qəsəbəsi istiqamətinə getdikdə yolun sağ hissəsində və həmin yerdən bir qədər aralıda yerləşən «156» reklam lövhəsinin dibində beton parçasının alt hissəsindən gizlədilmiş həmin narkotik maddəni və psixotrop maddəni «Abbas» adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə, sonuncu ilə «Whatsapp»da əlaqə saxladıqdan sonra əldə etdiyini bildirmişdir. XXX Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə və psixotrop maddəyə görə pul ödəmədiyini, onları Abbasın diktəsi ilə bükümlərə bölərək sonuncunun dediyi ünvanlara aparıb qoyduğunu, hər bir qrama görə Abbasın ona 1 manat göndərdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddə elektron tərəzi ilə birlikdə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Sonda əməliyyat tədbirinin nəticəsini özündə əks etdirən protokol tərtib edilmiş, bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. XXX Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olarkən ona qarşı təzyiq göstərilməmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 30-36-cı vərəqlərindəki 30 iyun 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 13:30 radələrində XXX Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi, «Elnur» inşaat materialları mağazasının yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşya və ya maddə varsa, təqdim etməsi təklif olunduqda o, əlində olan sellofan torbanı, əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən ona məxsus olan 1 ədəd «Samsung Galaxy A20s» markalı mobil telefonu və həmin cins şalvarın sol yan cibindən içərisində AA-3646594 nömrəli XXX Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 4169 7385 6168 6209 nömrəli «KapitalBanka» məxsus plastik kartı, 4169 7413 9404 4315 nömrəli Fatima Həsənovaya məxsus «KapitalBanka» aid plastik kartı, **********670614 nömrəli Fatima Həsənovaya məxsus «KapitalBanka» aid plastik kartı, 4098 5844 6053 2060 nömrəli, «LeoBanka» aid platik kartı, 3 ədəd BNA-nə aid üzərində «BakıKart» yazısı olan platik kartı, bir ədəd 5243 7544 1029 nömrəli «UniBanka» aid Elnurə Aliyevaya məxsus Albalı plastik kartı, ******* 8977 nömrəli üzərində «Umico» yazısı olan platik kartı, «Aplus» marketə məxsus bonus plastik kartı, «Araz» marketə məxsus 2915 0000 0084 4758 nömrəli bonus plastik kart olan pul kisəsini masanın üzərinə qoymuşdur. XXX Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra ona əlindəki sellofan torbanı açmaq təklif olunmuşdur. O, həmin torbanı açıb içərisindən 1 büküm şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin və 1 büküm psixotrop maddə metamfetamin, həmçinin də 2 ədəd elektron tərəzini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində mobil nömrəsi +98 914 *** **** olan, «Abbas» adlı İran İslam Respublikası vətəndaşından aldığını qeyd etmişdir. O, özünü ona «Abbas» adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsi görmədiyini, sonuncu ilə yalnız «Watsapp» vasitəsilə danışdığını və «Abbas» adlı İran İslam Respublikasının vətəndaşı həmin narkotik vasitə olan heroini Binəqədi rayonu «Mərkəz» adlanan ərazidən üzü Mehdiabad qəsəbəsi istiqamətə getdikdə yolun sağ hissəsində olduğunu və həmin ünvanın şəklini çəkib mobil telefona göndərdikdən sonra, 2-ci bükümü isə həmin yerdən bir qədər aralıda yerləşən «156» reklam lövhəsinin dibində beton parçasının alt hissəsindən psixotrop maddə olan metamfetamini götürdüyünü qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəyə pul vermədiyini, həmin narkotik vasitəni və psixotrop maddəni «Abbas» adlı İran İslam Respublikasının vətəndaşının qeyd etdiyi çəkidə bükümlərə bölərək bildirdiyi ünvanlara aparıb qoyduğunu, gördüyü işin müqabilində «Abbas» adlı şəxsin ona hər 1 qram üçün 1 manat pul verdiyini bildirmişdir. Həmçinin o, bildirmişdir ki, 2 ədəd tərəzidən ağ rəngli böyük tərəzi ilə narkotik vasitə və psixotrop maddənin çəkisini, digər kiçik tərəzi ilə isə narkotik vasitə və psixotrop maddəni «Abbas» adlı şəxsin bildirdiyi ünvanlara aparıb qoyan zaman həmin maddələri çəkdiyini qeyd etmişdir. Plastik qabı isə böyük tərəzidə narkotik vasitəni və psixotrop maddəni onun içərisinə qoyaraq çəkdiyini bildirmişdir. XXX Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. İşin 167-168-ci vərəqlərindəki diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 1 ədəd videofayl vardır. Həmin videofaylda olan videogörüntü 30 iyun 2022-ci il tarixdə lentə alınmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda özünü Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı polis baş leytenantı Sair Hacıyev kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Binəqədi RPİ- nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 olduqlarını bildirir. Sonra otaqda olan XXX Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman XXX Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı, əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən ona məxsus olan 01 ədəd «Samsung Galaxy A20s» markalı mobil telefonu və həmin cins şalvarın sol yan cibindən içərisində AA-3646594 nömrəli XXX Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 4169 7385 6168 6209 nömrəli «KapitalBanka» məxsus plastik kartı, 4169 7413 9404 4315 nömrəli Fatima Həsənovaya məxsus «KapitalBanka» aid plastik kartı, **********670614 nömrəli, Fatima Həsənovaya məxsus «KapitalBanka» aid plastik kartı, 4098 5844 6053 2060 nömrəli «LeoBanka» aid platik kartı, 3 ədəd BNA-nə aid üzərində «BakıKart» yazısı olan platik kartı, bir ədəd 5243 7544 1029 nömrəli «UniBanka» aid Elnurə Aliyevaya məxsus Albalı plastik kartı, ******* 8977 nömrəli üzərində «Umico» yazısı olan platik kartı, «Aplus» marketə məxsus bonus plastik kartı, «Araz» marketə məxsus 2915 0000 0084 4758 nömrəli bonus plastik kart olan pul kisəsini masanın üzərinə qoymuşdur. XXX Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra ona əlindəki sellofan torbanı açmaq təklif olunmuşdur. O, həmin torbanı açıb içərisindən 1 büküm şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin və 1 büküm psixotrop maddə metamfetamin, həmçinin də 2 ədəd elektron tərəzini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində mobil nömrəsi +98 914 *** **** olan, «Abbas» adlı İran İslam Respublikası vətəndaşından aldığını qeyd etmişdir. O, özünü «Abbas» adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsi görmədiyini, sonuncu ilə yalnız «Whatsapp» vasitəsilə danışdığını, «Abbas» adlı şəxsin həmin narkotik vasitə heroini Binəqədi rayonu «Mərkəz» adlanan ərazidən üzü Mehdiabad qəsəbəsi istiqamətinə getdikdə yolun sağ hissəsində olduğunu dediyini və həmin ünvanın şəklini çəkib mobil telefona göndərdikdən sonra gedib götürdüyünü, içərisində psixotrop maddə metamfetamin olan 2-ci bükümü isə həmin yerdən bir qədər aralıda yerləşən «156» reklam lövhəsinin dibində beton parçasının alt hissəsindən götürdüyünü qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəyə pul vermədiyini, onları «Abbas» adlı şəxsin qeyd etdiyi çəkidə bükümlərə bölərək bildirdiyi ünvanlara aparıb qoyduğunu, gördüyü işin müqabilində «Abbas» adlı şəxsin ona hər 1 qram üçün 1 manat pul verdiyini, ağ rəngli böyük tərəzi ilə narkotik vasitə və psixotrop maddəni çəkdiyini, digər kiçik tərəzi ilə isə narkotik vasitə və psixotrop maddəni «Abbas» adlı şəxsin tapşırdığı ünvanlara aparıb qoyan zaman onları çəkdiyini qeyd etmişdir. Plastik qabı isə böyük tərəzidə narkotik vasitəni və psixotrop maddəni onun içərisinə qoyaraq çəkdiyini bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq baş təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır. İşin 222-223-cü vərəqlərindəki protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus sim-kart nömrəyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və həmin nömrədən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antennlər cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnləri köçürülmüş və "xxxx" MMC-dən götürülmüş 01 ədəd «CD» diskə keçirilən baxış zamanı müəyyən edilmişdir bir ədəd «CD» fomatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 04 ədəd fayllar aşkar olunmuşdur. Birinci fayl açıldıqda, ***-***-**-** "xxxx" MMC-yə məxsus kart nömrəsinin «X2»na məxsus olması göstərilmişdir. İkinci və üçüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs istifadəsində olan 050-642- 43-57 saylı mobil telefon nömrədən müxtəlif vaxtlarda müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda, faylın içərisində XXX Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. İşin 54-60-cı vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/3629 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 234» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs aşkar edilmiş....» yazısı və imzalar olan bağlamada 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1015 qram (1 kq 15 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 12,781 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 2 (iki) ədəd tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci İİ 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in İ siyahısına daxildirlər. İşin 226-228-ci vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 2503 saylı rəyindən görünür ki, XXX Təqsirləndirilən şəxs hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. XXX Təqsirləndirilən şəxs hazırda da, hər hansı psixi xəstəliklər aşkar edilmir. XXX Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, XXX Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. XXX Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 224-225-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 5108 saylı rəyindən görünür ki, müayinə zamanı XXX Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 218-221-ci vərəqlərindəki protokoldan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd «Samsung Galaxy A20s» markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd «Samsung Galaxy A20s» markalı mobil telefon aparatı, nisbi dördbucaqlı formalı olmaqla, uzunluğu 13.7 sm, eni 4,5 sm-dir, hər iki səthi qara rəngli plastmastandır, bir səthi sensorlu (həssas) ekran, ekranda çat yoxdur, digər səthi qapalıdır. Mobil telefon apparatı üzərində 01 ədəd sensorlu düymə, aşağı hissəsində enerji doldurma yarığı, yuxan tərəfində söndürüb-yandırma tuşları müşahidə olunur. «Samsung Galaxy A20s» markalı mobil telefon aparatında «Whatsapp» tətbiqetmə proqramına daxil olduqda açıldıqda, içərisindən müxtəlif vaxtlarda müxtəlif mobil nömrələr ilə sübut əhəmiyyəti kəsb edən mesajlar və danışıq səsləri, həmçinin də mobil telefonun «Foto Galery» olan bölümünə daxil olan zaman narkotik maddəyə bənzər maddənin elektron tərəzidə çəkisini, həmçinin də narkotik maddələrin gizlədildiyi yerləri əks etdirən fotoşəkillər aşkar edilmişdir. İşin 243-255-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1015 (qalıq 1014,8 qr) qram narkotik vasitə «heroin» və ümumi təmiz çəkisi 12,781 (qalıq 12,681) qram psixotrop maddə «metamfetamin» və 02 ədəd elektron tərəzi, 02 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 01 ədəd CD disk və 01 ədəd «Samsung Galaxy A20s» markalı mobil telefon maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə olunmuş, digərləri isə saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşin 108-109-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 21-ci vərəqindəki protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs 30 iyun 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, həmin hissədə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1.015 (qalıq 1014,8 qr) qram narkotik vasitə «heroin» və ümumi təmiz çəkisi 12,781 (qalıq 12,681) qram psixotrop maddə «metamfetamin» və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd «Samsung Galaxy A20s» markalı mobil telefon XXX Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalı, iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat XXX Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. XXX Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2022-ci il tarixdən hesablansın. XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. XXX Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1.015 (qalıq 1014,8 qr) qram narkotik vasitə «heroin» və ümumi təmiz çəkisi 12,781 (qalıq 12,681) qram psixotrop maddə «metamfetamin» və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd «Samsung Galaxy A20s» markalı mobil telefon XXX Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın, iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat XXX Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (XXX Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-415/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-415/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver