Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-415/2024 23.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi «Mərkəz» Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1976-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 33,3 qram olmaqla külli miqdar təşkil edən «Preqabalin Krka 150 mq» göstəricili 222 ədəd və güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qramtəşkil edən «...kpka 300 mq» göstəricili 01 ədəd dərman kapsullarını əldə edib özündə saxlamaqla daşımış,«Preqabalin Krka 150 mq» göstəricili dərman kapsullarının 14 ədədini 23 fevral 2023-cüil tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev 97 ünvanında tanışı Şahid3 25 manat müqabilində satmış, 24 fevral 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:05-də Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi 97 ünvanının qarşısında saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantasının içərisindən güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 31,2 qram olmaqla külli miqdar təşkil edən «PreqabalinKrka150mq» göstəricili 208 ədəd həmin dərman kapsulları və güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən «...kpka 300 mq» göstəricili 01 ədəd həmin dərman kapsulu aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onu fevral ayının 23-ü evin qabağında axşam saxlamışlar. Həmin vaxt əlində çanta filan olmamışdır. Dərmanı gedib evdən, çaydanın içindən götürmüşlər. Həmin vaxt anası evdə olmuşdur. Anası xəstə olduğu üçün polis əməkdaşlarına evə yavaş girmələrini demişdir. Girib götürmüşlər. O, dərmanları aptekdən reseptlə almışdır. Özü 2-ci qrup əlildir. Metadon qəbulu proqramına qoşulmuşdur ki, narkotiki tərgitsin. Resept cibində olmuşdur. Onu Nəsimi rayon 22-ci polis şöbəsinə aparıb 1 gecə orada saxlamışlar. Səhər çəkiliş aparmışlar. Üstündən nəsə çıxmamışdır. Çəkilişdə resept olmamışdır. Resepti polislər yox etmişlər. Müstəntiq ona külli miqdarda narkotiklə qol çəkdirmişdir. O, satışla məşğul olmamış, ola da bilməz. Resepti vasmoydaki klinikadan əldə etmiş, adı Qarmoniya olmuş, həkimin adını xatırlamır, resepti həmin həkim ona vermişdir. Reseptdə 4 qutu olmuşdur. Hər qutuda 4 kapsul olmaqla cəmi 16 list olmuş, həmin gün artıq ikisini də qəbul etmişdir. Qalanını da evdə saxlayırmış. Həmin dərman qramla deyil kapsul ilə satılırmış. Fuadı Metadon programından tanıyırmış. Həmçinin məhəllədən də tanış imiş. Onu tanısa da ona heç nə verməmişdir. 2017-ci ildən Semaşqada qeydiyyatda olmuşdur. Həmin proqram Semaşqa xəstəxanasında keçirilmiş, orada narkomaniyadan əziyyət çəkənlərə su verirlərmiş ki, müalicə alsınlar. Hər gün saat 09:00-dan 15:00-a qədər metadon programına gedirmiş. Su təxminən 40 qram olmuşdur. Adı metadon suyudur, siyahıda adı var, hər gün müalicə alırmış. Metadon suyu da narkotik kimi birşeydir, atdığı dərmanlar metadondan daha zəifdir, ona görə də həmin dərmanları qəbul etmək istəyirmiş. Narkotikdən asılığı yoxdur, metadonu ona görə qəbul edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsi hadisə zamanı tanımışdır. Təqsirləndirilən şəxs 22-ci polis şöbəsi ərazisində yaşayır. Əməliyyat məlumatı fevral ayında daxil olmuşdur. Ələkbərin yerini müyyən etmək üçün şəxsin yaşadığı yerin yaxınlığında baxış keçirilmişdir. Şübhəli şəxsi saxlayıb, üzərinə baxış keçirmişlər. Ələkbərin üzərindən 150 və 300-lük preqabalin həbləri aşkar olunmuşdur. Psixotrop maddənin qramını xatırlamır. Əməliyyat məlumatı 24 fevralda daxil olmuşdur. Onlara Ələkbərli bağlı bir məlumat daxil olmuşdur. Satış ilə bağlı başqa məlumat daxil olmamışdır. Sakinlərdən onlara Ələkbərlə bağlı şikayət daxil olmamışdır. Ələkbər özü narkotik istifadəçisi olduğunu demişdir. Ələkbər maddədən nə üçün istifadə etdiyini deməmişdir. O da bilməmişdir. Müqavimət və zor tətbiqi olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məmməd oğlu digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Heç bir işlə məşğul olmur. Narkomaniyadan əziyyət çəkdiyi üçün AR Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi X3 iştirakçısı olduğunu, gündəlik olaraq 1 saylı KTM-in arxasında yerləşən məntəqədən metadon suyu qəbul etdiyini, 3 ildir ki narkotik vasitələrdən və güclü təsiredən dərman preparatlarından istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 19.00 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşdıqlarını, həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasında otaqlardan birinə dəvət etdiklərini, xidməti otaqda təhqiqatçı tərəfindən ona vəkil siyahısı təqdim edildiyini, siyahıda olan vəkillərdən hər hansı birinin hüquqlarının müdafiə etməsinə etiraz etmədiyini, daha sonra ona dövlət hesabına vəkil təyin edildiyini, vəkilin şəxsi axtarışda iştirak etməyəcəyinə dair ərizəsinə əsasən o da vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini və bununla bağlı ərizə verdiyini, xidməti otaqda olarkən videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanıldığını və ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edildiyini, o, ilk öncə əynində olan gödəkçənin sol yan cibindən 1 list, 14 ədəd olmaqla ağ və sarı rəgli, arxasında preqabalin sözləri yazılmış həbləri təqdim etdiyini, həmin həblərin “Preqabalin” olduğunu bildirdiyini, həmin həbləri xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan yarım saat qabaq metodon suyu içdiyi 1 saylı KTM-in arxasında yerləşən məntəqədən tanıdığı Ələkbər adlı şəxsdən 25 manata aldığını bildirdiyini, daha sonra əynində olan paltarlara baxış keçirildiyini, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmadığını, üzərindən aşkar edilmiş həblər boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq, qablaşdırıldığını və DİN-in 190 saylı möhürü ilə möhürləndiyini və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandığını, bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldığını bildirmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində təsiredici maddəsinin olmamasına və satmamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir. Cinayət işində olan 24 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli 6/1130 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr: Üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan qutudakı 5 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 70 ədəd üzərlərində “P150” yazısı olan ağ-sarı rəngli kapsul, Üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan qutudakı 5 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 70 ədəd üzərlərində “Pİ50” yazısı olan ağsarı rəngli kapsul, Üzərində “Preqabalin Krka 150mq” markalanma göstəricisi olan qutudakı 4 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd və 2 ədəd kəsilmiş konvalyutda 12 ədəd, ümumilikdə isə 68 ədəd üzərlərində “Pİ50” yazısı olan ağ-sarı rəngli kapsul prqabalin tərkibli dərman preparatıdır. 3 ədəd qutuda olan ümumi 208 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 31,2 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla);- Üzərində “...kpka 300 mq” yazısı olan 1 ədəd üzərində “P300” yazısı olan ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və həmin kapsulda preqabalin təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla);Tədqiqata təqdim edilmiş preqabalinin ümumi miqdarı 31,5 qramdır. Preqabalin tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxildir. Qeyd: 208 ədəd kapsuldan 6 ədəd kapsul tədqiqata sərf edildi qalıq 202 ədəd, 1 ədəd kapsul 1\2 hissəsi tədqiqata sərf edildi qalıq 1\2 kapsula hissəsi (Ekspertizaya tədqiqatının dəyəri 114(yüz on dörd) manat) Cinayət işi materiallarında olan 24 fevral 2023-cü il tarixli 6/1117 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, Şahid3 aşkar edilmiş maddələr tədqiqata təqdim edilmiş üzərində “Şahid3 (imza)...” sözləri olan bir ədəd zərfdəki üzərində «Preqacalin 150 mq 02 2025» göstəriciləri olan blisterdə 14 ədəd ağ-sarı rəngli dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 2,1 qram təşkil edir.Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxildir. Qeyd: preqabalin kapsulun ümumi sayı 14 ədəd kapsuldan 2 ədəd kapsul tədqiqata sərf edildi qalıq 12 ədəd (Ekspertizaya tədqiqatının dəyəri 81(səksən bir) manat) Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opıoıdlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur. azərbaycan respublikası nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 2 dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq ediməsi mümkün deyildir, ərazı narkolojı dıspanserındə qeydıyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli 20/l-2939m nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə sorğu edilən tarixlərdə çox saylı telefon danışıqları aparılmış və sms mətni daxil olmuşdur. Sms mətnlərinə baxış zamanı orada “Salam brat suyu maraglanda haish edirem?”, “Bu ne tuxta weydilüolmadiki”, “Brat pul para indi duzub qowdum,imkan var o dediyimi alindirmaga?”, “Qaqaw patinin ici butun duzdu”, “Necesen brat Hidayetdi Heyrani gönderim 5dene derman verde ona geti”, “/qeyri-etik ifadə/ salam necen veziyyet necedi “/qeyri etik ifadə/” varml seni yaxwl yaxwl yoxdusa hele gel yanlma icivi daqldlm mene bax kola varml pulunnan 0.5 goturek sen ol ser”, “yaradaram nizami qorxusundan darmanda vermaz metida talpani yiqacam sandan darman alanin anasini /qeyri- etik ifadə/ soyacam ujaqlarada diyacam samir burda olacaq dar”, “Nizami hara gedib su icir bilirsan yenada nizami yaxji qurtardi safıni baja dujdu yanimizdadi yenada biznan yaxjidi darmani yenada satilir pitrablemi ela” sms yazılarma cavab verilmədiyi, “Bunu duz elamadin manidaeladin metadon alan ojaq kimi ! Ujaq. Anasini “/qeyrietik ifadə/ imkan vermaram divijeni eliyasan anasini “/qeyri-etik ifadə/ butun biratvanida sandan goru” , “ sms yazışma “Gonqerecem malisnan derman” deyə cavab verildiyi müəyyən edildi. Bu sms mətinin açıqlaması barədə Təqsirləndirilən şəxs sual verildikdə, qeyd olunan yazışma ilə bağlı heç bir şey xatırlamadığım bildirərək güclü təsiredici vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Ramil Sadıqov tərəfindən tərtib olunmuş “şəxsi axtarış və götürmə barədə” protokolu və 01 ədəd videogörüntüləri özündə əks etdirən CD disk ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əlində olan özünə məxsus göy-qara rəngli, üzərində “Umix” sözləri yazılmış çantasının içərisindən 3 ədəd üzərində “Preqabaln Krka 150mq” sözləri yazılan qutudan ümumilikdə 208 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 31,2 qram təşkil edən və üzərində “...kpka 300 mq” yazısı olan 1 ədəd kəsilmiş konvalyutada bir ədəd üzərində “P300” yazısı olan ağ-qəhvəyi rəngli kapsul preqabalin təsir maddəsi 0,3 qram təşkil edən preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən tюrədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-65/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 11 ay 26 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 24 fevral 2023-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində onun 2ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ümumilikdə 208 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 31,2 qram təşkil edən preqabalin tərkibli dərman preparatı və üzərində ..kpka 300 mq yazısı olan 1 ədəd kəsilmiş konvalyutda bir ədəd üzərində “P300” yazısı olan ağ-qəhvəyi rəngli preqabalin təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən preqabalin tərkibli dərman preparatı tədqiqata sərf edildikdən sonra qalıq 202 ədəd kapsul və 1\2 hissə, üzərində ..kpka 300 mq yazısı olan preqabalin tərkibli dərman preparatı, həmçinin Şahid3 aşkar olunub götürülmüş ümumilikdə 14 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram təşkil edən preqabalin tərkibli dərman preparatı tədqiqata sərf edildikdən sonra qalıq 12 ədəd kapsul preqabalin tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs və Şahid3 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 195 (yüz doxsan beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-65/2023 saylı hökmü ilə təyin eilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 11 ay 26 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün bərabər tutulmaqla, həmin 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 24 fevral 2023cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 195 (yüz doxsan beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş qalıq 202 ədəd kapsul və 1\2 hissə üzərində ..kpka 300 mq yazısı olan preqabalin tərkibli dərman preparatı, həmçinin Şahid3 aşkar olunub götürülmüş qalıq 12 ədəd kapsul preqabalin tərkibli dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs və Şahid3 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-415/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-415/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver