Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-415/2025 10.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X6 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin nümayəndəsi: Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Nümayəndə, Müdafiəçilər: Bakı şəhəri Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Alfa” Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cina yət açıq məkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi təqdim edərək ünvan 2 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yeni yaşayış binasında iki mənzil alıb təmir etdirib satacağına və əldə olunacaq yüksək qazanca şərik edəcəyinə dair yalandan vəd verib aldadaraq, 2016-cı ilin mart ayından həmin ilin avqust ayınadək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhərinin müxtəlif yerlərində- mart ayında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Dostluq» kinoteatrının yanında 48100 ABŞ dolları, aprel ayında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 91 saylı binanın yanında 25000 ABŞ dolları, may ayında 16200 ABŞ dolları, iyun ayında 10200 ABŞ dolları, iyul ayında 32500 ABŞ dolları, sonuncu dəfə isə 15 avqust 2016-cı il tarixdə Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Ekspress” bankın qarşısında 32500 ABŞ dolları pulu alaraq ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 164500 ABŞ dolları ekvivalentində 279650 (iki yüz yetmiş doqquz min altı yüz əlli) manat məbləğində pul vəsaitini almış və verdiyi vədə əməl etməyərək həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyərkən tamah niyyəti ilə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə icraatında olan ********* nömrəli cinayət işi üzrə şikayətçi Zərərçəkmiş şəxs2 müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə sonuncuya vurulmuş maddi ziyanın tam ödənilməsini təmin edəcəyini yalandan vəd edərək, bu məsələnin həlli ilə bağlı pul vəsaitinin verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2018-ci ilin aprel-may aylarında hissəhissə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasındakı iş otağında 6000 ABŞ dolları ekvivalentində 10200 manat və sonuncu dəfə ünvan 6 ünvanının qarşısında 940 manat olmaqla, ümumilikdə 11140 (on bir min yüz qırx) manat məbləğində pul vəsaitlərini Zərərçəkmiş şəxs2 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolları, həmçinin işdə olan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 2012-2013-cü ildən etibarən tanıyır, onunla ortaq dostları Cəlal vasitəsilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs1 ilkin olaraq 2015-ci ilin dekabr ayında onun üçün kredit təşkil edilməsini xahiş etmiş, Emin də bankın ona istədiyi məbləği 20-25 faizlə verəcəyini bildirib, özünün ona 10 faizlə istədiyi pul məbləğini verməyi təklif etmişdir. O da Eminin təklifi ilə razılaşmış, 2015-ci ilin dekabr ayında ondan 7000 ABŞ dolları götürmüş, 7700 ABŞ dolları qaytarmış, daha sonra isə yanvar ayında 10.000 ABŞ dolları götürüb, 11000 ABŞ dolları qaytarmışdır. Xeyli müddətdən sonra o, Eminə ev məsələsi ilə bağlı müraciət etmiş və ev almaq üçün Emindən 25.000 ABŞ dollar pul almış, lakin sonradan MTK ilə şərtləri uyğun gəlmədiyinə görə o, evi qaytarmış, Emin hətta evdə təmir işləri getdiyini də görmüşdür. Belə ki, Emin həmin evə 1 dəfə onunla birlikdə getmişdir. O, aldığı pulun üstünü düzəldib 25.000 ABŞ dollarını Eminə geri qaytarmışdır. Müəyyən müddədən sonra o, öz ehtiyacları üçün Emindən 25.000 ABŞ dolları pul götürmüş, lakin 22.000 ABŞ dolları qaytarmış və 3000 ABŞ dolları borclu qalmışdır. Daha sonra o, başqa yerdən ev almaq üçün Emindən daha 25.000 ABŞ dolları pul götürmüş, sonra yenidən Emindən 25000 ABŞ dolları alaraq, qeyriiaşə obyektinin içini abadlaşdırmaq istəmişdir. Lakin Eminin bundan xəbəri olmamış, çünki o, pulun üzərində alacağı faizlə maraqlanırdı. Onun sonuncu aldığı mənzil “Lido” restoranının arxasında olmuş, o, həm borcu qaytarmaq üçün, həm də yeni mənzilin ödənişini etmək üçün öz yaşadığı köhnə mənzili satmalı olmuşdur. Sonra Eminlə oturub onun nə qədər borcunun qalmasını müzakirə etdikdə, Emin dəftərini açaraq onun verdiyi pulları faizə sildiyini və pulları aylıq 10 faizlə verdiyini bildirmişdir. O, Emindən sonuncu götürdüyü məbləği Eminin onu aldatması, faizi illik deyil, aylıq hesablaması ilə əlaqədar ona qaytarmamışdır. Emin də ondan yalnız Nəsimi RPİ-nin rəhbərliyinə, BBPİ-ə şikayət edib, rəhbərlik vasitəsilə onu sıxışdırmağa başlamışdır. O, öz rəhbərliyimə məlumat verəndə ona narahat olmamasını bildirmişlər. 2019-cu ildə rəhbərlik dəyişəndə Zərərçəkmiş şəxs1 yenidən DİN-ə müraciət etmiş, onu qanunsuz sahibkarlıqla məşğul olduğuna görə DİO-dan kənarlaşdırmışlar. O, Emindən bu məsələni soruşanda Emin ona sahibkarlıqla bağlı şikayətində heç bir qeyd aparmadığını bildirmişdir. Digər epizod üzrə Zərərçəkmiş şəxs2 şikayəti üzrə başlanmış cinayət ilə bağlı istintaq aparmış, daha sonra dəymiş ziyanın ödənilməsi ilə bağlı cinayət işinə xitam vermişdir. Zərərçəkmiş şəxs2 Malik Heydərovla özü danışıb razılaşmış, onun bu prosesdə heç bir iştirakı olmamışdır. Ümumiyyətlə rəhbərliyin göstərişi olmuş, ziyanın ödənişinin müstəntiqin yanında həyata keçirilməsi qadağan edilmişdir. O da zərərçəkmiş şəxsin ərizəsinə əsasən cinayət işinə xitam vermişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, o, Nəsimi RPİ-də 2009-cu il tarixdən işləmiş, 2019-cu ildə DİO-dan xaric edilmişdir. O, işlədiyi dövrdə qeyri-rəsmi ölkəyə maşın gətirib satmış, biznesi ö, şəxsən özü idarə etməmiş, tanışlarına maliyyə dəstəyi vermiş, həmin şəxslər də maşınları gətirib satışını təşkil etmişlər. O, Emindən ilk dəfə öz ehtiyacı üçün pul istəmişdir. Həmin vaxt o, Emindən 7000 ABŞ dolları almış, daha sonra avtomobil üçün 10000 ABŞ dolları götürmüşdür. Emin 7000 ABŞ dollarını ona illik 10 faizlə vermişdir. O, 7000 ABŞ dollarının qarşılığında 7700 ABŞ dolları qaytarmışdır. O, bu işin Eminə sərfəli olub-olmadığını bilmir. O, Emindən aldığı 25.000 ABŞ dollarını qaytarmış, lakin faizini verməmişdir. O, 25.000 ABŞ dollarını 1 aydan da qısa müddətdə qaytarmışdır. O, "xxxx" MTK-dan ev almış, evi geri qaytaran kimi Eminə də pulu qaytarmışdır. Daha sonra o, Emindən bir dəfə avtomobil, bir dəfə də yenidən ev almaq üçün pul götürmüşdür. Onun ümumilikdə faizsiz olaraq Eminə 45.000 ABŞ dolları borcu qalmışdır. Zərərçəkmiş şəxs1 qeyd etdiyi 164.000 ABŞ dolları məbləği yalandır. O, köhnə evi satılan zaman Eminlə haqq-hesab etməyə başlamış, orada Eminin bu vaxta qədər verilmiş pulları faizdən silinməsini öyrənmiş, ona görə də pulun geri qalanını qaytarmaqdan imtina etmişdir. O, avtomobil gətirmək, ehtiyyat hissəsi gətirmək və ev təmiri ilə bağlı Eminlə hər hansı bir əməkdaşlıq etməmişdir. Digər epizod üzrə X3 Ağamalıyevə 100.000 ABŞ dollarına yaxın ziyan vurması ilə cinayət işinin araşdırması ona həvalə edilmiş, o, həmin cinayət işi üzrə 4 ay müddətində istintaq aparmışdır. İstintaq dövründə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 48.000 manat pul qaytarmış, o, xitam qərarı qəbul edəndə tərəfləri həmin qərarla tanış etmişdir. Tərəflər öz aralarında danışıb razılaşmış, ona ziyanın ödənilməsi ilə bağlı ərizə təqdim etmişlər, o da qanunvericiliyə uyğun olaraq cinayət işinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Xitam qərarından şikayət verilməsi mərhələsində o, artıq işdən çıxmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, cinayət yolu ilə pul əldə etmədiyinə və heç kimi aldatmadığına görə özünü təqsirli bilmir, o, yalnız borc niyyəti ilə pul almış və geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 ona ən çox 25.000 ABŞ dolları vermiş, limitin o qədər olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 şərtlərdə onu aldatdığına görə aralarında narazılıq olmuşdur. Emin onu birinci dəfə başqa şərtlərlə cəlb etmiş, pulu illik 10 faizlə verdiyini demişdir. Razılaşmaya görə o, vaxtından asılı olmayaraq pulu nə vaxt qaytarsa 10 faiz ödənilməli olmuşdur. O, Emindən 4-5 dəfə 25.000 ABŞ dolları götürmüş, ümumilikdə təxminən 130000 ABŞ dolları pul götürmüşdür. O, ilk dəfə Emindən 2016-cı ilin fevral ayında pul götürmüşdür. 7000 ABŞ dollarını 2015-ci ilin dekabr ayında almışdır. 10.000 ABŞ dollarını 2016-cı ilin yanvar ayında götürmüşdür. O, götürdüyü məbləği 1 il ərzində istədiyi vaxt qaytara bilərdi və 1 il ərzində məbləğin üzərinə sadəcə 10 faiz pul gəlmişdir. 2016-cı ilin yay ayında sonuncu məbləğ götürmüş, bu məbləği götürəndə Eminə faizlərdən əlavə 35000-40000 ABŞ dolları borcu olmuşdur. O, mənzili almağı 180000 manata razılaşmış, lakin evin ödənişini tam şəkildə etməmişdir. Mənzil “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşmişdir. Emin həmin mənzildə 1 dəfə olmuş, həmin mənzilə pullar alınandan sonra getmişdir. O, mənzili MTKya geri qaytarıb pulunu geri alandan sonra Eminə olan borcunu qaytarmışdır. O, mənzilə görə 40.000 manatdan az pul almışdır. 2-ci 25.000 ABŞ dollarını özünə maşın almaq üçün götürmüşdür. Faizin hesablanması pulu aldığı müddətdən 1 il müddətində hesablanmışdır. 3-cü 25.000 ABŞ dollarını yaydan əvvəl almış, həmin pulu qaytarmamışdır. 3-cü və 4-cü 25.000 ABŞ dolları məbləğlərini səsləndirmək istəmədiyi ehtiyacı üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 onun maddi vəziyyətini, onun sürdüyü avtomobili, nə qədər pul xərclədiyini bildiyi üçü ona pul vermişdir. O, özündə olan səs yazısını Nərimanov RPİ-nin müstəntiqinə vermiş, lakin müstəntiq həmin səs yazısını gizlətmişdir. Daha sonra Nəsimi rayon prokurorluğunun müstəntiqinə təqdim etmişdir. O, səs yazısını vəkilinə göndərmiş, səs yazısı 2 fayldan ibarət olmuşdur. O, faiz kimi ümumilikdə 700 və 1000 ABŞ dolları ödəmişəm, digər məbləğlərdə faiz ödəməmişdir. O, Eminlə maşında görüşmüş, pul alışverişi ilə bağlı Eminin dəftərində həır ikisi imza atmışlar. Faizlərin hesablanması məsələsi ilin sonunda olmuşdur. 1 il müddətində vaxtından asılı olmayaraq 10 faiz pul ödənilməli olmuşdur. Ümumilikdə faizsiz olaraq onun Eminə 45.000 ABŞ dolları borcu qalmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, X2 adlı şəxsə 105413 ABŞ dolları pul vermiş, məhkəmə vasitəsilə həmin məbləğdən 37000 ABŞ dollarını geri almış, lakin 68413 ABŞ dolları qaytarılmamış məbləğ qalmışdır. Həmin məbləği geri almaq üçün o, 22-ci PB-ə müraciət etmiş, iş Nəsimi RPİ-ə göndərilmiş, Nəsimi RPİ-də Təqsirləndirilən şəxs icraatına verilmişdir. İlqar cinayət işini apardığı müddətdə xx.xx.2017-ci il tarixdə 20000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 3000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 5000 manat, xx.xx.2017-ci il tarixdə 2900 manat məbləğində pulu Malik Heydərovdan alaraq ona vermişdir. Ödənilməmiş 45413 ABŞ dolları pul qalmış, qalan pulu almaqla bağlı dəfələrlə ona müraciət etmişdir. X1rşısına şərtlər qoymuş, pulu birbaşa verəcəyini, bunun qarşılığında da onun notarial qaydada borcun olmamasına dair ərizə verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs məsləhəti ilə Malik Heydərova guya ona borcunun olmaması ilə bağlı notarial qaydada ərizə vermiş, lakin sonradan qalan pulu qaytarılmamış, nə də o, Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 6000 ABŞ dolları və 940 manat pul vermişdir. O, həmin pulu qaytarılmayan məbləğin qaytarılmasına köməklik etməsi üçün vermişdir. Təqsirləndirilən şəxs həmin məbləği özü üçün istəmişdir. 45413 ABŞ dolları məbləğdən ona həeç bir məbləğ qaytarılmamışdır. O, Təqsirləndirilən şəxs əməli ilə bağlı DİN və Baş Prokurorluğa müraciət etmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin həmçinin bildirmişdir ki, o, notarial ərizəni X5 Həşimovun sözünə əsasən vermişdir. Həmin ərizədə Malik Heydərovun ona heç bir borcunun olmadığı qeyd olunmuş, halbuki onun 45413 ABŞ dolları borcu qalmışdır. Təqsirləndirilən şəxs işin həll olması üçün notariusda həmin ərizənin yazılmalı olduğunu bildirmişdir. Əvvəlcə pulların qaytarılması üçün İlqar ondan pul istəməmiş, pullar qaytarılanda İlqara pul vermişdir. O, İlqara 3 dəfə - “Amor” şadlıq sarayının qarşısında, avtomobilində və kabinetində pul vermişdir. O, İlqara pulunun qaytarılması üçün pul vermişdir. İlqar 2018-ci ildə ondan 6000 ABŞ dolları almışdır. O, İlqardan 2019-cu ildə şikayət etməyə başlamışdır. Həmin şikayətdə İlqarın onun işinə düzgün baxmadığını bildirmiş, ona pul verməsi ilə bağlı şikayət etməmişdir. Pulu verən zaman yalnız ikisi olmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2012-2013-cü ildən tanıyır, onlar əvvəlcə “BMW” markalı avtomaşınlara olan maraqları ilə əlaqədar tanış olmuş, həmin vaxt o, "xxxx"ASC-də risklərin dəyərləndirilməsi şöbəsində direktor vəzifəsində işləmişdir. İlqar ondan kredit götürməsi üçün köməklik etməsini xahiş etmiş, o da müəyyən köməklik göstərmiş və İlqar bankdan kredit götürmüşdür. Daha sonra İlqar ondan 2015-ci ildə əlavə pul istəmiş, o, səbəbin soruşanda Moskva şəhərindən xarici markalı və “Niva” markalı maşınlar üçün ehtiyyat hissələri gətirmək istədiyini bildirmişdir. Daha sonra İlqar onunla bu işdə şərik olmağı təklif etmiş, o da fikiləşəcəyini demişdir. İlqar 2016-cı ilin ortalarında bu işi başlamaq istəmiş və ilk dəfə ondan 2000 ABŞ dolları pul almışdır. Fevral ayının əvvəlində əlavə 7000 ABŞ dolları da istəmiş, sonradan Nəsimi rayonu, Dostluq kinoteatrı yaxınlığında 3300 ABŞ dolları da pul almışdır. İlqar həmin məbləğləri anbar götürmək və ehtiyyat hissələri gətirmək məaqsədi ilə istəmiş, o da həmin məbləğləri İlqara vermişdir. O, İlqara ümumilikdə 20.300 ABŞ dolları pul vermiş, mart ayının ortalarında İlqar ondan daha 30.000 ABŞ dolları pul istəmiş, o isə 27.800 ABŞ dolları ödəniş etmişdir. Onun İlqara verdiyi ümumi məbləğ 48.100 ABŞ dolları təşkil etmişdir. O, anbar və ehtiyyat hissələrlə maraqlanan zaman İlqarbu işdən aralanmaq istədiyini bildirmiş, o da pulunu geri tələb etmişdir. Həmin vaxtdan 2-3 gün sonra İlqar 40.000 ABŞ dolları pulu ona qaytarmış, sonra da mənzillərin alışı və təmiri işinə keçmək istədiyini bildirmişdir. İlqar 2-3 gün sonra ona aldığı mənzili göstərmiş, o, yenidən İlqara inanmış və 40.000 ABŞ dolları pulu İlqara vermişdir. Beləliklə İlqar ondan ümumilikdə 164.500 ABŞ dolları pul almış və geri qaytarmamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, onlar tanış olan zaman İlqar polis müstəntiqi işləmiş, onlar tez-tez çayxana və kafelərdə görüşmüşlər. İlqar ondan kredit götürmək üçün köməklik xahiş edəndə onlar daha yaxın münasibət qurmuşlar, aralarında dostluq münasibəti yaranmışdır. O, İlqarın həmin vaxt onun işlədiyi bankdan hansı məbləğdə kredit götürdüyünü bilmir. İlqar ilk olaraq iş üçün ondan 10.000 ABŞ dolları pul istəmiş, o da 2016-cı ilin yanvar ayında “Malakan” bağında İlqara 10.000 ABŞ dolları məbləğində pulu İlqara vermişdir. İlqar həmin məbləği avtomobil ehtiyyat hissələrinin ölkəyə gətirilməsi və satışını həyata keçirmək üçün istəmişdir. Ehtiyyat hissələr ölkəyə gətirilmiş, maşın bazarı və müxtəlif mağazalara verilmişdir. Ehtiyyat hissələr satılmış və qazanılan məbləğ İlqarda qalmışdır. İlqar aldığı 10.000 ABŞ dollarını ona qaytarmamış, 2016-cı ilin yanvar ayının sonunda daha 7000 ABŞ dolları pul almışdır. Həmin məbləği də avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə bağlı almışdır. İlqarın dediyinə görə o, ehtiyyat hissələri Moskva şəhərindən gətizdirmişdir. Üçüncü dəfə həmin ilin fevral ayının ortalarında İlqar daha 3.300 ABŞ dolları pul almış, həmin məbləğlə anbar tutmalı və xırda işlərini həll etməli olduğunu demişdir. İlqar 2016-cı ilin martın ortalarında ehtiyyat hissələri üçün ondan 30.000 ABŞ dolları istəmiş, lakin o, İlqara 27.800 ABŞ dolları pul vermişdir. İlqar həmin işdən ayrılmaq istədiyini bildirib verdiyi pulları geri qaytarmış, daha sonra isə mənzillərin təmiri və satışı ilə məşğul olmaq istədiyini bildirmişdir. O da İlqarın təklifi üzrə iki mənzilin alışı, üç mənzilin isə təmiri ilə əlaqədar İlqara pul vermişdir. Həmin mənzillər 4-cü mikrorayon dairəsinin yanında "xxxx" MTK-nin binasında yerləşmişdir. O, "xxxx" MTK-nın binasının yerləşdiyi yerin Yasamal rayonu və ya Nəsimi rayonunun ərazisi olmasını dəqiq bilməmişdir. O, gedib mənzillərə baxmış, istintaq zamanı mənzillərin yerini də göstəmişdir. O, evin yerləşdiyi yerin hansı rayonun ərazisi olduğunu bilməsə də binanın ətrafında “Moskva” Univermağı, “McDonalds” restoranı və “Yeganə” şadlıq sarayı yerləşmişdir. Onlar evə baxmağa gedən zaman 3 otaqlı mənzilin pulu İlqar tərəfindən tam olaraq ödənilmiş, evin təmiri başlanmış, lakin hələ bitməmişdir. Ona görə o, İlqarla evin satışı barədə danışmamışdır. O, ifadəsində qeyd etdiyi məbləğdə pulu İlqara tam şəkildə vermiş, hissə-hissə verməmişdir. Onun İlqara ayrı-ayrı vaxtlarda pul verməsinin səbəbi, onların İlqarla aralarında olan ehtiyat hissələrinin biznesinin hesabatının aylıq aparılması olmuşdur. Digər səbəb isə, onun başqa yerlərdə gördüyü işlərdən aylıq qazanc götürməsi olmuş, ona görə də pulları İlqara aylıq vermişdir. Pulun İlqara verilməsinin dəqiq tarixi olmamış, bəzən bir ayda iki dəfə pul vermişdir. Onların İlqarla ümumi biznesləri avtomobil hissələrinin xaricdən gətirilib satılmasından ibarət olmuşdur. O, Nərimanov rayon polis idarəsində ifadə verən zaman avtomobil hissələrinin gətirilib satılması ilə bağlı İlqarla aralarında olan sövdələşmə birmiş, pullar geri qaytarılmışdır, ona görə də o, həmin hissəni ifadəsində qeyd etməmişdir. Avtomobil hissələrinin gətirilib satılması ilə bağlı, həmin işdə investisiya artırmaq məqsədilə gəlir götürməmiş, qazancı yenidən dövriyyəni artırmaq məqsədilə işdə saxlamışlar. Avtomobil hissələrinin alverinə görə İlqara verdiyi məbləğ 48.100 ABŞ dolları təşkil etmiş, həmin məbləğin üzərinə 3.900 dollara yaxın qazanc gəlmiş, lakin o, həmin qazancı İlqardan tələb etməmişdir. O, İlqardan sadəcə verdiyi pulu tələb etmiş, qazancı istəməmişdir. Dövriyyədə olan pullar İlqarda qalmışdır. O, İlqara verdiyi əsas pulları ala bilmədiyi üçün qazancı ondan tələb etməmişdir. O, Nərimanov polis idarəsində ümumilikdə üç dəfə olmuşdur. Təqsirləndirilən şəxs evlərin pullarını hissə -hissə ödədiyi üçün pulları da ondan hissəhissə istəmiş, o da pulları hissə-hissə vermişdir. Təqsirləndirilən şəxs birinci mənzilin pulunu tam ödəmiş, ondan isə əlavə iki evin alınması və birlikdə üç evin təmiri üçün pul almışdır. Evin ödənişləri bitəndən sonra İlqar ona müqavilə göstərmişdir. İlqarın ona göstərdiyi müqavilələr MTK ilə İlqarın arasında bağlanan alqı-satqı müqavilələri olmuşdur. İlqar evlərə dair məbləğin tam ödənilməsinə dair ona payçı müqavilələrini göstərmişdir. Mənzillərin çıxarışı olmamış, lakin müqavilədə evin İlqara aid olması göstərilmişdir. İlkin alınan evin müqaviləsinin əsli, digər evlərin isə sənədlərinin surətləri onda olmuş, mənzillər İlqarın adına olmuşdur. Hazırda həmin mənzillər satılmışdır. Üç otaqlı olan mənzil avqust ayında satılmalı olmuş, İlqara verdiyi pulun bir hissəsi həmin mənzilin satışından ona qaytarılmalı olmuşdur. O, həmin evi satıb öz pulunu götürmək istədiyi üçün mənzillərin sənədlərini maşınında gəzdirmişdir. Bir dəfə İlqar ona xaricdən bir nəfərin gəldiyini, evi ona göstərəcəyini, lakin evin sənədlərinin yanında olmadığını demiş və müştəriyə göstərməsi üçün onda olan sənədləri istəmişdir. Bu yolla da onda olan sənədləri ondan almışdır. O, payçı müqaviləsini görmüş, mənzillərə dair maliyyə arayışının olub-olmamasını bilmir, 3 otaqlı mənzil avqust ayında satılmalı, həmin pullardan bir hissəsi ona verilməli olmuş, lakin Təqsirləndirilən şəxs üxtəlif yollarla görüşləri uzatmışdır. O da mənzili sata bilmirsə, özünün sata biləcəyini demişdir. 3 otaqlı mənzilə onlar birinci dəfə gedəndə evdə ustalar işləmiş və həmin ustalar İlqarı tanımışlar. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, ehtiyyat hissələrinin biznesinə görə İlqara ümumilikdə 48.100 ABŞ dolları pul vermiş, qalan pulları mənzillərin alınması ilə bağlı vermişdir. 40.000 ABŞ dolları alanda İlqar qalan pulları da ödəyəcəyinə söz vermişdir. İlqar qalan pulları da qaytara biləcəyini, lakin yeni bir bizneslə məşğul olacağını bildirmişdir. Həmin biznes mənzillərin alışı və təmirindən ibarət olmuşdur. İlqar ona həmin biznesinə şərik olmağı təklif etmiş, o da İlqara inandığı üçün onun təklifini qəbul etmişdir. O, ehtiyyat hissələrinin alveri ilə bağlı istintaqda ifadə vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxsla həmişə yaxşı münasibəti olmuş və onların arasındakı söhbəti o, iki il sonra bilmişdir. O, pulun alınmasında və verilməsində iştirak etməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Eminin İlqara pul verməsindən sonradan məlumatı olmuş, lakin nə qədər pul verməsini bilməmişdir. Emin ilə İlqar arasında hansısa narazılıq olması barədə məlumatı olmamışdır. İlqar Emindən borc alması barədə ona heç nə deməmişdir. O, İlqarı polis əməkdaşı kimi tanımış, Emin isə bank işçisi olmuşdur. Onun İlqarın xaricdən mal gətirib satması barədə məlumatı olmamışdır. Onun həm Təqsirləndirilən şəxsla, həm də Zərərçəkmiş şəxs1la dostluq münasibəti olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Nəsimi RPİ-də Təqsirləndirilən şəxs yanında köməkçi kimi işləmiş, İlqarın bir neçə dəfə faizə pul götürdüyünü bilmişdir. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Nəsimi RPİ-də Təqsirləndirilən şəxs yanında köməkçi olmuş, Təqsirləndirilən şəxs başqa bir bizneslə məşğul olmamışdır. İlqar özü üçün mənzil almış, lakin sonradan satmışdır. Onun İlqarın faizə pul götürdüyündən məlumatı olmuş, pulu maşın və mənzil almaq üçün götürmüşdür. O, İlqarın hansı maşını alacağını və maşının qiymətini bilməmiş, lakin İlqarın “BMW M5” markalı avtomobil almaq istədiyini bilmişdir. O, İlqarla Eminin dost olduğunu bilmiş, Eminin arada gəlib-getməyindən onların arasında pul söhbətləri olduğunu bilmişdir. İlqar 30.000 ABŞ dolları pul götürmüş, həmin pulu hansı faizlə götürdüyünü bilməmişdir. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, təxminən 1 il Təqsirləndirilən şəxs yanında işləmiş, iş vaxtı ərzində daim İlqarın yanında olmuşdur. İlqar səhər gəlib onu evdən götürüb, gün sonunda da evə aparmışdır. O, Zərərçəkmiş şəxs1 3- 4 dəfədən çox görmüş, 1 dəfə otaqda, digər hallarda idarənin həyətində görmüşdür. O, İlqarın avtomobilinin alışında iştirak etmişdir. İlqar Emindən faizə pul götürmüş, o, faizin məbləğinin nə qədər olduğunu bilməmiş, yadında qalmamışdır. İlqar onun yanında işləməsi ilə əlaqədar ona köməklik etmişdir. O, İlqardan əmək haqqı kimi pul almamış, ehtiyacı olanda İlqar ona dəstək olmuşdur. O, İlqarın orta aylıq əmək haqqının nə qədər olduğunu bilməmişdir. O, Zərərçəkmiş şəxs1 başqa bir adama faizə pul verməsini görməmişdir. İlqar ona Eminin başqalarına da faizə pul verdiyini demişdir. O, İlqarın hansısa biznes fəaliyyəti ilə bağlı heç nə eşitməmişdir. O, İlqarın hansısa banka müraciət etməsi, imtina alması barədə məlumat eşitməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 “Atatürk” prospektində yerləşən "xxxx" ASC-nin binasını göstərib sonuncu dəfə Təqsirləndirilən şəxs pul verdiyi yeri göstərmişdir. (cild İ, i/v: 89-92) - İfadənin yerində yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona "xxxx" MTK-dan biznes məqsədi ilə aldığı mənzili və digər mənzili göstərdiyi ünvanı göstərmişdir. (cild İİ, i/v: 90-94) - İfadənin yerində yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pulları verdiyi Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanda yerləşən ünvan 8vanını göstərmişdir. (cild İİ, i/v: 82-88) - Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs aralarındakı səs yazısına və whatsapp yazışmalarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 götürdüyü pulu qaytarmaqla bağlı vədlər vermişsə də onlara əməl etməmişdir. (cild İ, i/v: 9-19, 155-158, 192-195) - Eləcə də Təqsirləndirilən şəxs müdafiəçisinin istintaqa təqdim etdiyi səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 164500 ABŞ dolları götürdüyünü, lakin Eminin bu pulu ona faizə verdiyini desə də, Zərərçəkmiş şəxs1 pulu gəlir əldə etmək üçün verdiyni demişdir. (cild İİ, i/v: 165-168) - İş üzrə keçirilmiş məhkəmə-fonoskopik ekspetizanın xx.xx.2024-cü il tarixli 3-16- 16/2- 4/336-4/338 saylı rəyindən görünür ki, Müdafiəçi3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında baş vermiş dialoqun səs yazısı sonuncular arasında aparılmış eyni bir danışığın tam olmayan hissələridir. (cild İİİ, i/v: l-8) - İstintaq zamanı telefon danışıqlarına dair Bakcell və Azercell mobil operatorlarından daxil olmuş məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la 2016-cı ildə mütəmadi telefon əlaqəsi aşkar edilmişdir. (cild İİİ, i/v: 129-131) - Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasındakı votsap yazışmalarına dair protokoldan görünür ki, yazışmalarda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun işinin necə olduğunu, onun məsələsinin İlqarın özünün həll etməsini xahiş etməsi, Təqsirləndirilən şəxs isə ona məsələnin həllini tapmasına söz verməsi müəyyən olunmuşdur. (cild İİ, i/v: 47-54) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3342 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, o, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İİ, i/v: l-2) - Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7730 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, i/v: 3-4) - Telefon danışıqlarına dair götürülmüş disklərə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinin Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə 2016-cı ildə telefon danışıqları aparması müəyyən edilmişdir. (cild İİ, i/v: l31) - DİN-nin Baş Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-21/2-xx-xx/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2002-ci il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul olunması və 09 iyul 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi vəzifəsindən “DİO-da xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 4-cü və 9-cu bəndinə (DİO-da xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna və DİO-nın əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən xidmətdən xaric edilmişdir. (cild İ, i/v: 121) - Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild İ, i/v: 26-27) Bununla belə, cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-266/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 müəyyən məbləğdə pul aldığını, lakin həmin pulu öz şəxsi işləri üçün faizə götürdüyünü, zərərçəkmiş şəxslə illik 10 faiz üçün razılaşdıqlarını, lakin sonradan Zərərçəkmiş şəxs1 illik deyil, aylıq 10 faiz tələb etdiyini, buna görə də pulu ödəməkdən imtina etdiyini bildirməsi ilə bağlı ifadəsindəki xüsusatlara dair məhkəmə qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin yalnız öz şəxsi ehtiyacları üçün qısa müddət ərzində dəfələrlə faizə pul götürməsini, üstəlik həmin məbləği aylıq deyil, illik 10 faizlə götürməsini inandırıcı hesab etmir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş yazışmalardan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs axtarması, ona dəfələrlə yazması, pulunu tələb etməsi, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələrlə məşğul olduğunu bildirməsi müəyyən edilir ki, məhkəmə bunu təqsirləndirilən şəxsin qeyd olunan məbləği məhz dələduzluq niyyəti ilə, zərərçəkmiş şəxsin pulunu mənimsəmək məqsədi ilə əldə etməsinin göstəricisi kimi qəbul edir. Bundan başqa təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 faizə pul götürdüyünü, bəzən əsas borcu qaytarıb, faiz məbləğini ödəmədiyini, faizin illik hesablandığını, il ərzində istədiyi vaxt həmin faizi ödəməyə haqlı olduğunu bildirsə də, aldığı və geri ödədiyi məbləğlərlə bağlı özündə heç bir qeyd aparmadığını, yalnız Zərərçəkmiş şəxs1 öz dəftərində qeyd apardığını, onun da həmin dəftərə imza atdığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, müstəntiq kimi fəaliyyət göstərən ali təhsilli hüquqşünasın uzun müddətli bir ödəmə sistemi ilə aldığı və geri ödədiyi məbləğlərlə bağlı özündə heç bir qeyd aparmamasını, bu mövzuda faizə pul götürdüyü şəxsə güvənərək yalnız onun qeyd tutmasına razı olmasını da ağlabatan hesab etmir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatlarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi məhkəməni zərərçəkmiş şəxslə aralarında olan mübahisənin mülki xarakterli mübahisə olmasına inandırmağa çalışmaq, bununla da təqsirləndirildiyi maddə üzrə məsuliyyətdən yayınmaq məqsədi güdür. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını onun barəsində cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini öz qulluq mövqeyindən istifadə etməklə törətməsini nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxslərin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 07 noyabr 2023-cü il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy J1» markalı telefon cihazı hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilməli, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında olmuş danışığın səs yazısı, eləcə də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 eksperimental səs nümunələri olan 3 ədəd CD disk, habelə «Bakcell» və «Azercell» mobil operatorlarından daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunmuş məhkəmə məsrəfləri – 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 144500 (bir yüz qırx dörd min beş yüz) ABŞ dolları, mənəvi ziyanın əvəzi kimi 50.000 (əlli min) manat, həmçinin ödənilmiş 590 (beş yüz doxsan) manat dövlət rüsumu mülki caavbdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslandığını müzakirə edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cinayət işinin sübuta yetirilmiş hallarına əsasən təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 164500 ABŞ dolları ekvivalentində 279650 (iki yüz yetmiş doqquz min altı yüz əlli) manat məbləğində məbləğində külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmiş və vurulmuş ziyandan hazırkı vaxtadək 20000 ABŞ dolları, manat ekvivalentində 34000 manat zərərçəkmiş şəxsə ödənilmişdir. Bununla əlaqədar məkhəmə hesab edir ki, iddia tələbi cinayət əməli nəticəsidə vurulmuş ziyanla bağlı hissədə və ödənilmiş dövlət rüsumuna aid hissədə təmin edilməli, qalan hissədə mülki iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. Digər Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy J1» markalı telefon cihazı hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilsin, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında olmuş danışığın səs yazısı, eləcə də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 eksperimental səs nümunələri olan 3 ədəd CD disk, habelə «Bakcell» və «Azercell» mobil operatorlarından daxil olmuş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- 150 (bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsi qismən təmin olunsun, 144500 (bir yüz qırx dörd min beş yüz) ABŞ dolları (manat ekvivalentində) maddi ziyan və 590 (beş yüz doxsan) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia ərizəsi qalan hissədə təmin olunmasın. İş üzrə digər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Roman Ələkbərli Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-415/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-415/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver