Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-416/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Nəbiyev Mahmud Yusif oğlunun sədrliyi ilə, Hacıyev Əfqan Niyətulla oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 3 Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu il tarixdə Qazaxıstan Respublikasının Karaqanda vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 4,812 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, özünü şübhəli apardığı üçün 14 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofan bükülüdə ümumi təmiz çəkisi 4,812 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, heroindən istifadə edir. Ehtiyacı olan narkotik vasitələri üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi müxtəlif şəxslərdən alır. Tutumamışdan 7 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Rövşən adlı şəxsə 100 manat ödəməklə iki bükümdə narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitə heroinin bir bükümünü istifadə etmişdir. Qalan bir bükümünü isə üzərində saxlamış və ehtiyacı olduğu halda istifadə etməyi planlaşdırmışdır. 14.09.2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən dükanın qarşısına gəlmişdir. Orada iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Üzərinə narkotik vasitə heroin olduğundan onlardan yayınmağı düşünüb suallarına dağınıq cavab verərək qaçmağa cəhd etmişdir. Bu zaman yerə yıxılmış və polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşlarından qaçdığı üçün onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Şöbədə təhqiqatçı tərəfindən ideoçəkilişliə üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Təhqiqatçı bundan sonra şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub- olmamasını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. O, bu təklifdən sonra əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən ağ sellofanda olan narkotik vasitə heroini onlara təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə heroin qablaşdırılmış, qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 sentyabr 2021-ci İİ tarixində, saat 21 radələrində PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində xidmət etdikləri zaman bir nəfər şəxsin dayandığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman Təqsirləndirilən şəxs həyəcanlı vəziyyətdə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirərək onlardan yayınmaq istəmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Lakin Təqsirləndirilən şəxs onlardan yayınmağa çalışaraq getmək istədiyini görüb onu saxlamışlar və bundan sonra həmin şəxs onlarla birlikdə Şöbəyə gəlməyə razılaşmışdır. Şöbəyə gəldikdən sonra onun şəxsiyyətini dəqiqləşdirmişlər. Şəxsiyyəti müəyyən etdikdən sonra müvafiq raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Raportun araşdırılması Şöbənin təhqiqatçısı, polis mayoru Hüseyn Nağıyevə həvalə edilmişdir. Hüseyn Nağıyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması İlə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X1 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofan bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən qanuna zidd əşya və ya dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğu soruşulduğu zaman o, maddənin narkotik vasitə “kokos” olduğunu, onu təqribən yeddi gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Şahid2 cinayət işinin 89-91-ci vərəqlərində olan, məhkəmədə araşdırılan ifadəsindən görünür ki, o da Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 37-41-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 15.09.2021-ci il tarixli, 6/4063 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi olan “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,812 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının 15.09.2021-ci il tarixli, 6/4063 sayh rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin 104-105-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 01.10.2021ci il tarixli, 3716 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işinin 71-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparıİmazdan əvvəl təhqiqatçı, polis mayoru Hüseyn Nağıyev tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan saxlanılmasının səbəblərinin ona aydın olub- olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkiiişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşular. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ sellofan bükülünü masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs bükülünün içərisində olan maddənin nə olduğu soruşulduqda o, maddənin narkotik vasitə “kokos” olduğunu deyir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşulduğu zaman o, həmin narkotik vasitəni yeddi gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata aldığını deyir. Cinayət işinin 93-101-ci vərəqlərində olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 *** ** ** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər, sms mətinlərinə baxış zamanı aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə 050 *** ** ** mobil telefon nömrəsindən “Elnur iynə sap birdə bir az duz yadından çıxmasın”, 070 *** ** ** mobil telefon nömrəsindən “Anannan pulu götür get 4 dənə götür qalsın səndə”, “Elnur hazırla 1 dənə çatıram çəkməyə” məzmunlu smslər yazıldığı görünür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri, mobil telefonunda olan sms mətnləri və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun ifadəsi ilə yanaşı yuxarıda sadalananları ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməklə daşımasından ibarət olan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CMnin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, o, bu maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 12 və 60-67-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 84-85-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18.12.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09.07.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir və bu hökm onlar üçün heç bir hüquqi nəticə aratmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə nəzərdə tutulan cəzanı yüngülləşdirən, habelə CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, cinayəti səmimi etirafını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 14 sentyabr 2021-ci ildən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının 01.10.2021-ci il tarixli, 3716 saylı rəyinə müvafiq olaraq CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut – Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 4,762 qram çəkidə narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 02 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirakı ilə əlaqədar 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhər 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 49,351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 14 sentyabr 2021-ci il tarixdən hesablansın, ona narkomaniydan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut – Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 4,762 qram çəkidə narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhər 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Mahmud Nəbiyev Hakimlər Əfqan Hacıyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-416/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-416/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver