Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-416/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Qazax rayonunun Canallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsi, nömrəsiz evdə yaşamış, 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilərək azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,344 qram və 4,448 qram, ümumi təmiz çəkisi külli miqdarda 7,792 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini alaraq əldə edib daşımaqla üzərində saxlamış, Bakı şəhəri Suraxanı RPİ-in 33-cü PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 iyul 2022-ci il tarixdə saat 14:00 radələrində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək ünvan 1 ünvanın qarşısnda saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PBnin inzibati binasına aparılmış, PB-də üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrıayrılıqda çəkiləri külli miqdarda 3,344 qram və 4,448 qram, ümumi təmiz çəkisi külli miqdarda 7,792 qram olan kimyəvi komponent tərkiblərinə və xarici ələmətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,344 qram və 4,448 qram, ümumi təmiz çəkisi külli miqdarda 7,792 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini alaraq əldə edib daşımaqla üzərində saxlamış, Bakı şəhəri Suraxanı RPİ-in 33-cü PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 iyul 2022-ci il tarixdə, saat 14:00 radələrində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək ünvan 1 ünvanın qarşısnda saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış massivi 25 ünvanda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına aparılmış, PB-də üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə çəkiləri ayrı-ayrılıqda külli miqdarda olan 3,344 qram və 4,448 qram, ümumi təmiz çəkisi külli miqdar təşkil etməklə 7,792 qram olan, kimyəvi komponent tərkiblərinə və xarici ələmətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Yeni Günəşlidə AB yaşayış massivi, ev 50 ünvanda yer kirayə götürüb, aylıq 150 manat ödəməklə meyvətərəvəz satışı ilə məşğul olmuşdur. 2015-ci ildən İslam birliyinin üzvü olmuşdur. O, “facebook” sosial şəbəkəsi vasitəsi iəl dövlət əleyhinə etirazlar etməmiş, lakin sosial şəbəkələrdə İİ Qarabağ müharibəsi qazilərinin hüquqlarının taptalandığını görüb buna etirazlarını bildirmişdir. Bir dəfə “facebook” sosial şəbəkəsində Daşkəsənin İcra başçısı Əhət Abıyevin şəhid anasını döyməsi barədə yazılmış məlumatı oxumuş və həmin məlumata “şəhid anasını döyən bütün milləti döyümüş kimi biridir”, “bizdən ötrü qanını tökmüş şəhidin anasını döymək bizim mənəviyyatımıza sığmır” kimi şərhlər yazmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 20 iyul 2022-ci il tarixdə, saat təxminən 14:00-da Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 50 ünvanın olub özünün biznesi ilə məşğul olarkən özlərini polis əməkdaşı kimi təqdim edən 6-7 nəfər onun iş yerinə gəlib, ondan Samaxı qarpızı olub-olmamasını soruşduqda o, Sabirabad qarpızı olduğunu bildirmişdir. Bundan sonra onlar alış-veriş etməmiş, onlarla polis bölməsinə getməli olduğunu bildirmişlər. O, səbəbini soruşduqda onu maşına basıb əllərini qandallamış və onu Polis Bölməsinə aparmışlar. Tutulduğu yerdən bölməyə təqribən 5 dəqiqəyə aparılmışdır. Onu aparan əməliyyatçılar onu öz otaqlarına aparmış, Bölməyə girən kimi ona hədə-qorxu gəlinmiş, ona Daşkəsənin İcra başçısı Əhət Abıyevlə şəhid anası barədə olan məsələ xatırladılmış və belə bir iş görüb-görmədiyi soruşulmuşdur. O da onlara şəhid anasının haqqını tələb etdiyini bildirmişdir. Bundan sonra ondan müsəlman birliyinin üzvlüyündən çıxması tələb edilmiş, ona “əks təqdirdə boynuna narkotik götürməlisən” kimi bir fikir bildirilmişdir. O, “biz qardaşlarımıza xəyanət etmərik” kimi bir cavab vermişdir. Bundan sonra əvvəlcə vəkil kimi bildiyi bir şəxs gəlmiş, polislərə onun əllərinin açılmasını tələb etmişdir. Həmin şəxsin vəkil olub-olmaması ona elan edilməmişdir. Belə ki, həmin şəxs özünü vəkil kimi aparmışdır. Vəkil kimi bildiyi həmin şəxs özünə və ona “Pepsi” içkisi və lahmacun yeməyi gətirmiş, özü yeyib-içmiş, ona da bir “Pepsi” içkisi və lahmacun yeməyi vermişdir. Ac olduğundan “Pepsi”ni özü açıb içmiş, lahmacunu isə yemişdir. Pepsi acı dadmışdır. Ona lahmacun və “Pepsi” verən şəxsin vəkil deyil, köhnə hərbçi olduğunu öyrənmişdir. Bundan sonra telefon və 2 bükümdə narkotik onun cibinə qoyulmuş və boynuna götürməyi tələb olunmuşdur. Polislər narkotikin adını desələr də, tam yadında qalmamışdır. Narkotiki boynuna götürməyəcəyi təqdirdə o, şərəf və ləyaqətinin alçaldılması ilə hədələnmişdir. Lakin onu hədələyən şəxsləri tanımamış, adlarını bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, “Pepsi” içkisi içdikdən təqribən 20 dəqiqə sonra videoçəkilişlə şəxsi axtarış başlamışdır. Yadında qaldığı qədər, video çəkilişi ərazi rəisi Nazim Əzimov aparmışdır. Təhqiqatçı Elşən müəllim adlı biri olmuşdur. Təhqiqatçı Elşən onu tutan əməliyyatçılarla birlikdə də olmuşdur. Həmin təhqiqatçı ona müsəlman birliyin üzvü olduğu üçün iradlarını bildirmiş, ona “sən qudurmusan” demişdir. O isə təhqiqatçıya İİ Qarabağ müharibəsində ilk könüllülərdən olduğunu, şəhid də verdiklərini bildirmişdir. Çəkilişdə onu tutan 3 əməliyyatçı və təhqiqatçı orada olmuş, vəkil sonradan gəlmiş, özünü təqdim edib dövlət tərəfindən təyin olunduğunu, onun vəkili olduğunu bildirmişdir. O, vəkilə etiraz etməmiş və həmin vəkil sanksiyaya qədər onu müdafiə etmişdir. O, çəkilişdən əvvəl içdiyi “Pepsi”nin ona pis təsir etməsindən şübhələnmiş, onun ürək döyüntüləri artmış, 3-4 gün özündə olmamışdır. Çəkilişdən sonra o, X6 (MSY) aparılmışdır. Tutulub saxlanılması ilə bağlı ailə üzvlərinə heç bir məlumat verilməmişdir. O, şahid Ruslan Rüstəmlvu nə saxlanılarkən, nə də bölmədə görməmişdir. Şəxsi axtarış zamanı çəkilişdə də orada olmamışdır. O, çəkiliş zamanı yalnız Şahid2 orada görmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında, həmçinin göstərdi ki, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün əvvəlcə prokurorun yanına aparılmış, orada ona təzyiq və təsir olduğunu, pepsi içdiyini və lahmacun yediyini deməmişdir. Lakin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı işə baxan hakim Elnur Rəfiyevə onu təsir və təzyiqlə götürdüklərini, narkortik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmadığını demiş, vəkili onun narkoman olmadığını demiş, hakim də onun narkomana oxşamadığını bildirmiş və onu buraxmışdır. Əsil həqiqətdə də o, narkotikin nə istifadəsi və nə də satışı mlə məşğul olmamışdır. Real həqiqət hazırda ifadəsində göstərdiyi kimi olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamianı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 21 və 22 iyul 2022-ci il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə, saat təxminən 14:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 50 ünvanın qarşısında olan zaman özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan elmiş, üzərində narkotik vasitə, psixotrop maddə, əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Suraxanı qəsəbəsində adını bilmədiyi şəxsdən qramını 20 manata alaraq öz istifadəsi üçün üzərində saxlayıb daşıdığı psixotrop maddə olan metamfetamini əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd bükümdə içərisində kristal şəkilli, şəffaf rəngli maddəni, şalvarının sol yan cibindən 1 (bir) ədəd mobil telefonu və 267 (iki yüz altmış yeddi) manat pulu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları onun təqddim etdyi psixotrop maddə metamfetamini bir ədəd zərfə, mobil telefon və pulu başqa bir zərfdə qablaşdırılıb möhürləmiş, bu barədə protokol tərtib etmişlər. Protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzərini imzalmışdır (iş vərəqə: 50-51, 63-64). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təzyiq altında yazmışdır. O, psixotrop maddə istifadəçisi olması və ya satışı ilə məşğul olması ilə bağlı müstəntiqə heç bir söz deməmişdir. Təzyiq altında olduğundan ilk mərhələdə ona təqdim olunan sənədləri imzalamışdır. Vəkilin onun üzərində şəxsi axtarış aparılması zamanı iştirak etməməsi ilə əlaqədar tərtib olunan ərizəni də təzyiq altında imzalamışdır. Məhkəmə-narkoloji ekspertizadan keçərkən o, narkotik istifadəçisi olduğunu ekspertlərə deməmiş, həmçinin ekspertin 01 sentyabr 2022-ci il tarixli, 4882 nömrəli rəyini oxumamış, həmin rəylə tanış olma barədə 31 oktyabr 2022-ci il tarixli protokolu da oxumadan imzalamışdır. O, müsəlman birliyinin üzvü olduğu və sosial şəbəkələrdə qaziləri müdafiə etdiyi üçün şərlənərək tutulmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilçn Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, vəzifəsində xidmət edən Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini qeyd edib ifadəsində göstərdi ki, 20 iyul 2022-ci il tarixdə xidmətdə olarkən ona “Mahir” adlı şəxsin narkotik maddələr əldə edib saxlamaqla və istifadə etməklə məşğul olması barədə günorta saatlarında məlumat daxil olduğundan xidmət etdiyi bölməyə gettmiş, bölmədə məlumat barədə raport tərtib edib rəhbərliyə məruzə etmişdir. Məruzədən sonra onun rəhbərliyi ilə sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və “Mahir” adlı şəxsin yaxalanması isiqamətində tədbirlər keçirmişlər. Belə ki, tədbirdən əvvəl “Mahir” adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş, onun baxılan iş üzrə Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində sonuncu onlar tərəfindən 20 iyul 2022-ci il tarixdə saat 14:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq 33-cü PB-nə gətirilmişdir. Mahir saxlanılarkən onun əlləri qandallanmamış, əlləri açıq formada bölməyə gətirilmişdir. Lakin üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predimet olduğu təqdirdə, atmaq imkanının qarşısını almaq məqsədilə onun üzərindən nəzarəti çəkməmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra rəhbərliyə onu saxlaması ilə bağlı məruzə olunmuş və yalnız bundan sonra proseslər davam etdirilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində zamanı üzərindən 2 bükümdə kristal formada narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. Həmin maddəni Təqsirləndirilən şəxs özü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələri Suraxanıda tanımadığı şəxsdən 20 manata aldığını, özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların içərisində 1 (bir) ədəd mobil telefon və məbləğini unutduğu miqdarda pul da olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd polietilen büküm zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Həm zərfin üzəri və həm də protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi proseslərində şəxsən iştirak etmişdir ki, bu faktı şəxsi axtarış aparılmasının videogörüntüləri də təsdiq edə bilər. O, şəxsi axtarış keçirildikdən sonra heç bir prosessual hərəkətlərdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında saxlanılıb bölməyə təhvil verilmiş, lakin onun barəsində onda başqa məlumat olmamışdır. Təqsirləndirilən şəxs hansısa dini qurumun üzvü olması, onun meyvə satışı ilə məşğul olub-olmaması barədə məlumatı olmamışdır. Əməliyyat tədbiri keçirilərkən onun üzərində telefon olmamışdır. Təqsirləndirilən şəxs qarşı polis və yaxud başqa şəxslər tərəfindən təsir və təzyiqlər edilməmişdir. Bölmədə Təqsirləndirilən şəxs kiminsə lahmacun və yaxud “Pepsi” verməsini o, görməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin sahə rəisi Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi, həmçinin göstərdi ki, o, Təqsirləndirilən şəxs hansısa dini qrumun üzvü olmasından, həmin qurumda aktiv iştirakçı olmasından və ya sosial şəbəkədə bloqer kimi iştirak etməsindən məlumatsız olmuş, onun yanında təqsirləndirilən şəxsə yemək, «Pepsi» verilməmişdir. Təqsirləndirilən şəxsə vəkil kimi təqdim edilən şəxsin yemək və ya «Pepsi» verməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya Polis Bölməsində ona təsir və təzyiq olmamışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olsa da, əməliyyat zamanı onlar mobil telefondan istifadə etməmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər - Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid1 və sahə rəisi polis mayoru Şahid2 ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat mərhələsində sərbəst ifadələrində göstərdikləri və məhkəmə baxışı zamanı bir daha təsdiq etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişlər. Tədqiq olunan üzləşmədə dindirmə protokollarından görünür ki, hər iki istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əməlini etiraf etməmiş, etirafedici ifadələrində göstərdiyi xüsusatları, yəni polis əməkdaşları tərəfindən saxlanılması, üzərində şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı şəxsi istifadəsi üçün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində iki ədəd bükümdə aldığı psixotrop maddələri çıxarıb təqdim etməsi barədə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 21 və 22 iyul 2022-ci il tarixli ifadələrində göstərdiyi xüsusatları inkar edib məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə vermişdir (iş vərəqə: 93-100). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Elşən İsmayılov tərəfindən baxılan iş üzrə narkotik vasitələrin qanunsuz istifadəsində, satışında və üzərində gəzdirməsində şübhəli bilinməklə saxlanılmış Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarışda Təqsirləndirilən şəxs özü, Bakı şəhəri Suraxanı RPİ-nin 33cü PB-nin əməliyyat müvəkkili Şahid1 və eyni bölmənin sahə rəisi Şahid2 iştirak etmişlər. Şəxsi axtarış və götürmə videolentə alınmaqla aparılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçısı Elşən İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan qanunsuz predmetləri, o cümlədən narkotik vasitələri təqdim etməsi təklif edildikdən sonra sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümü, sol yan cibindən isə bir ədəd mobil telefonu və 267 (iki yüz altımş yeddi) manat pulu çıxarıb təqdim etmişdir. Təqdim olunun bükümlər açılıb baxılmış, bükümlərin içərisində kristall şəkilli, şəffaf maddə olduğu myəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən qramını 20 manata alaraq özünün istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd bükümdə təqdim etdiyi metamfetamin psixotrop maddəsinə şübhəli predmetlər bir ədəd zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 171 sayı ilə möhürlənib götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesi «Samsunq» markalı mobil telefondan istifadə olunmaqla video lentə alınmışdır (iş vərəqə: 30-31). Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Diskə baxış keçirilməsi haqqında» 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümü, sol yan cibindən isə bir ədəd mobil telefonu və 267 (iki yüz altımş yeddi) manat pulu çıxarıb təqdim etməsi prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış nəticəsində videogörüntülərin «Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 iyul 2022-ci il tarixli protokolun məzmununda qeyd olunanlarla uyğun olduğu müəyyən edilmişdir (iş vərəqə: 49). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış və götürmə prosesini özündə əks etdirən bir ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümü, sol yan cibindən isə bir ədəd mobil telefonu və 267 (iki yüz altımş yeddi) manat pulu çıxarıb təqdim etməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin olmasını, həmin metamfetamini Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən qramını 20 manata alaraq özünün istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirməsi təsdiq olunur. Videogörüntülərin nümayişi zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun təqdim etdiyi iki ədəd bükümlərdə olan şübhəli maddələr təhqiqatçı tərəfindən açılıb numayiş olunarkən həmin bükümlərin içərisində olan maddələrin kristall şəkilli, şəffaf maddə olduğu müəyyən edilmişdir (cinayət işinin materialları). Cinayət işinə məhkəmə baxışı zamanıiş üzrə elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2022-ci il tarixli, 6/3939 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 171» dəirəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən …» yazısı və imzalar olan zərfdəki 2(iki) ədəd bükümdə müəyyən olunan ayrı-ayrılıqda təmiz çəkisi 3,344 qr. və 4,448 qr., ümumi təmiz çəkisi 7,792 qram təşkil edən ağ rəngli kristallardan ibarəd maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi 7,792 qr. olmuş, ümumi olaraq 0,10 qr., tədqiqata sərf edilmiş,7,692 qr. isə qalıq qalmışdır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 37-40). Cinayət işinə məhkəmə baxışı zamanıiş üzrə elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 4882 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir (iş vərəqə: 135-136). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 25 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş iki ədəd bükümdə ümumi təmiz çəkisi 7,792 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,692 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmin qərardan, həmçinin görünür ki, 20 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 137-144). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən psixotrop maddənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: 146-147). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin pesixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş olan əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən Suraxanı RPİ-nin 33-cü PB-nin CA xətti üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib olunan 20 iyul 2022-ci il tarixli raportla, eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 20 iyul 2022-ci il tarixli qərarla, Təqsirləndirilən şəxs saxlanılıb 33-cü PB-nə gətirilməsi barədə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və həmin bölmənin sahə rəisi Şahid2 tərəfindən birgə tərtib olunan eyni tarixli daha bir protokolla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs konkret olaraq satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etməsi, saxlaması və daşımasında deyil, onun qanunsuz olaraq narkotik vasitələri saxlaması, istifadəsi və qanunsuz dövriyyəsində şübhəli olması barədə olmuşdur (iş vərəqə: 3, 4, 5). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən sonrakı ifadələrində ondan psixotrop maddə aşkar edilib götürülməsini ümumiyyətlə inkar etsə də, ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 21 və 22 iyul 2022-ci il tarixli ifadələrində ondan aşkar edilib iki bükümdə götürülən psixotrop maddəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, təqdim etdiyi bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən qramını 20 manata alaraq özünün istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı msüəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülən psixotrop maddənin əldə olunma mənbəyinin, Təqsirləndirilən şəxs özünün və onun ailə üzvlərinin və yaxın ətrafının narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi üçün 23 iyul 2022-ci il tarixli əməliyyat tapşırığı verilmiş, lakin əməliyyat xidməti tərəfindən ibtidai istintaq orqanının həmin əməliyyat tapşırığına ümumiyyəilə cavab verilməmiş və bununla da ibtidai istintaq orqanını işin halları ilə bağlı sualları cavablandırılmamışdır (iş vərəqə: 84). Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən psixotrop maddənin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus, üzərində ***- ***-**-** mobil nömrəsi olan “Samsunq” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış nəticəsində iş üçün əhəmiyyətli ola biləcək, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokollar, həmçinin şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin nümayişi ilə Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılıb 33-cü PB-nə gətirilən gün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqda və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və hətta toplanmış materiallar üzrə eyni maddə ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun 02 ədəd bükümdə aşkar edilib götürülmüş metafetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, məhkəmə dinləmələri zamanı Təqsirləndirilən şəxs ondan psixotrop maddə aşkar edilib götürülmədiyini, ona qarşı fiziki təsirlər göstərildiyini göstərsə də, psixotrop maddə aludəçisi olduğunu etiraf etmiş, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni təqsirləndirilən şəxs Nizami Mahmudovdan götürülən 2 ədəd bükümdəki metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 7,792 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 20 iyul 2022-ci il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən psixotrop maddənin 7,792 qram olmaqla külli miqdar təşkil etməsi, həmin psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsi aşkar edilib götürülməməsi, ona qarşı fiziki və mənəvi təzyiqlər göstəriləcəyi ilə hədələnməsi, sahə müvəkkili Şahid2 onun saxlanılmasında və üzərində şəxsi axtarış aparılması prosesində iştirak etməməsi, şəxsi axtarış və götürmədən əvvəl ona tərkibi şübhəli olan “Pepsi” içkisi içirdilməsi və bununla bağlı 3-4 gün ərzində özünə gələ bilməməsi və onun dini əqidəsi, İİ Qarabağ müharibəsi qazilərini sosial şəbəkələrdə müdafiə etməsi ilə əlaqədar tutulması ilə bağlı göstərdiklərini cinayət məsuliyyətindən və təyin olunmalı olan daha sərt cəzadan azad olunmasına nail ola bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmə baxışı zamanı bu xüsusatla bağlı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra polis tərəfindən ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciət etdiyi şikayət ərizələri ətrafında Bakı şəhəri Suraxanı rayon Prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış və Təqsirləndirilən şəxs ərizə və izahatlarında qanunsuzluqlarla bağlı göstərdiyi faktlar təstiqini tapmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında 02 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Suraxanı RPİ-nin sahə rəisi, baxılan iş üzrə Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra Suraxanı RPİ-nin 33-cü PB-də üzərinə şəxsi axtarış keçirilərkən iştirak etməməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən irəli sürülən xüsusatı yoxlanılmış, lakin təstiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Suraxanı RPİnin sahə rəisi, baxılan iş üzrə Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 20 iyul 2023-cü il, saat 00:00-dan 21 iyul 2023-cü il saat 00:00-dək olan müddət ərzində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı gün əhatə (anten) dairəsi mobil operator vasitəsi ilə müəyyənləşdirilmiş, sorğu olunan müddət ərzində Şahid2 Təqsirləndirilən şəxs saxlanıldığı yerdə - ünvan 1 ünvanın əhatəsində olmadığı müəyyən olunmuşdur. Şahid2 isə məhkəmədə dindirilərkən ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı keçirilən əməliyyat tədbiri prosesində mobil telefondan istifadə olunmamışdır. Ən nəhayət, məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə prosesini özündə əks etdirən videogörüntülərlə müəyyən olundu ki, Suraxanı RPİ-nin sahə rəisi, baxılan iş üzrə Şahid2 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesində əvvəldən axıradək iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 108). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəlidir, saxlanılarkən himayəsində iki nəfər yaşına çatmayan uşağı olmuşdur (iş vərəqə: 130-131). Lakin cinayət işinə məhkəmə baxışının gedişatında Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan bir oğlu 03 iyun 2023-cü ildə çimərlikdə boğulmaqla ölmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, məhkəmə baxışının gedişatında yetkinlik yaşına çatmayan övladının ölümü ilə ailə faciəsi yaşamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsi məqsədilə prosessual qanunvericiliyə uyğun vəsatət qaldırılmış və müvafiq təqdimat verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilməsindən imtina olunmuş və həmin tarixədək Təqsirləndirilən şəxs iki gün həbsdə saxlanılmışdır. Bundan sonra Bakı Apeliyasiya Məhkəməsi 27 iyul 2022-i il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 27 iyul 2022-i il tarixdən hesablanmış və bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs fasiləsiz olaraq (oğlunun ölümü ilə əlaqədar 3 gün müddətində konvoy nəzarəti altında evə buraxıldığı müddət də daxil olmaqla) həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün və 27 iyul 2022-ci il tarixdən başlayaraq fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,692 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 22 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Bakı Apeliyasiya Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçildiyi 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7,692 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-416/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-416/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver