Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-417/2020 05.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və x1 ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Cəbrayıl oğlunun, Zərərçəkmiş şəxs oğu və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə qapalı məhkəmə iclasında xx.xx.1972-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 3 A, mənzil 9-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirkar olaraq onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs barəsində zor tədbiq etmək hədəsi ilə və zor tədbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13.10.2019-cu il tarixdə, saat 23 radələrində cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə qəsdən alkoqollu içkinin təsiri altına saldığı, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs evə getməmişdən əvvəl onun satıcılıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 saylı ünvanında yerləşən «3003» adlanan mağazadan isti üst paltarını götürmək üçün birlikdə mağazaya getməsini təklif edib aldatmaqla razı salıb həmin mağazanın giriş qapısının kilitini özündə olan açarla açaraq içəri dəvət etdiyi Zərərçəkmiş şəxs həmin mağazaya daxil olmasına nail olub, mağazanın işığını yandırmadan həmin mağazanın giriş qapısını içəridən örtüb kilitini açarla bağlayaraq yalnız mobil telefon aparatı ilə cüzi işıqlandırdığı qaranlıq məkanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tədbiq etmək hədəsi ilə sakit qalmasını, səsini çıxarmamasını tələb edib Zərərçəkmiş şəxs iradəsinə zidd şəkildə hər iki qolunun bazu nahiyələrindən əlləri ilə tutub sıxaraq ona hər iki bazunun hər birində 4 ədəd olmaqla qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərlə müşahidə olunan fiziki ağrı yetirməklə özünə tərəf yaxınlaşdırıb fiziki zor tədbiq etməklə müqavimətini qırıb zərər çəkmiş Zərərçəkmiş şəxs həssas yerləri olan boyun, boğaz və yanaq nahiyyələrinin sağ və sol tərəflərindən yalayıb, dodaqları ilə ehtirasla ardıcıl öpüb sormaqla Zərərçəkmiş şəxs sağ və sol yanaq nahiyəsinin 3 ədəd, boynun sol yan səthinin 1 ədəd qansızması (qançırı) ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərlə müşahidə olunan seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxsi hadisədən az müddət əvvəl tanımışdır. Belə ki, o, qardaşı Ələddinin istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən «3003» adlanan mağazada qeyri-rəsmi satıcılıq fəaliyyəti ilə məşğul olur. Yaxınlıqda yerləşən «Delikates» adlanan kafedən yemək sifariş edirdi. Sifarişlə yeməkləri gətirən Zərərçəkmiş şəxs olmuşdur. Məhz bu səbəbə görə aralarında yaxşı münasibətlər yaranmış, sifarişləri birbaşa İsmayıla vermək məqsədilə Zərərçəkmiş şəxs mobil telefon nömrəsini götürmüş, Zərərçəkmiş şəxs sifarişləri velosipedlə gətirib ona təhvil verirdi. 13 oktyabr 2019-cu il saat 19 radələrində o, başqa ünvana sifariş aparan Zərərçəkmiş şəxs “3003” adlanan mağazanın qarşısında təsadüfən görmüş və ondan hal-əhval tutaraq birlikdə çay içməyi təklif etmişdir. İsmayılın litseyin tələbəsi olmasını onun sözlərindən bilirdi, lakin düşünürdü ki, onun artıq 18 yaşı olmuşdur. Özünün isə 48 yaşı vardır. İkisi birlikdə saat 21 radələrində piyada x12 kənarı ilə yuxarı qalxıb Təbriz küçəsində yerləşən kafeyə çatmışlar. Həmin kafedə o özünə pivə sifariş vermiş, Zərərçəkmiş şəxs də pivə içmək istədiyini bildirmişdir. O, ofisiantı yanına çağıraraq İsmayıla pivə gətirməsini xahiş etmişdir. Lakin ofisiant bildirmişdir ki, İsmayıl zahiri görkəminə görə balacadır, ona pivə verə bilməz. Bu vaxt İsmayıl ofisianta bildirmişdir ki, onun 19 yaşı var. Bundan sonra ofisiant İsmayıla da pivə vermişdir. Onlar hərəyə noxudla iki bakal pivə içib yüngül sərxoş olmuşlar. Pivənin pulunu o ödəmiş və saat 22:45 radələrində durub birlikdə kafedən çıxmışlar. Yolları üst-üstə düşdüyündən onlar elə birlikdə mağazaya doğru gəlmişlər. Həmin vaxt hava soyuq olduğundan qərara gəlmişdir ki, işlədiyi mağazadan qalın gödəkcəsini götürüb geyinsin. Ona görə Zərərçəkmiş şəxs mağazaya girib gödəkcəsini dəyişəcəyini söyləmişdir. O, yolu keçən vaxtı Zərərçəkmiş şəxs əvvəl qabağa mağazaya doğru qaçaraq mağazanın qapısını özündə olan açarla açmış və ondan sonra mağazaya çatan Zərərçəkmiş şəxs də içəri dəvət etmişdir. Onun dəvəti ilə Zərərçəkmiş şəxs mağazaya daxil olmuş və o mağazanın giriş qapısını açarla bağlamadan içəridən örtüb, mağazanın işığını yandırmadan qaranlıqda, yalnız özündəki mobil telefon aparatının işığı ilə gödəkcəsini götürmək istəmişdir. İşığı ona görə yandırmamışdır ki, işığın ümumi yandırılma yeri qapıdan aralı idi. Həmin vaxtı mağazanın içərisində Zərərçəkmiş şəxs ona demişdir ki, boğazından öpüb sorsun, bundan xoşu gəlir. O, da Zərərçəkmiş şəxs xahişi və razılığı ilə Zərərçəkmiş şəxs qollarından əlləri ilə tutub rahat olsun deyə onu özünə tərəf çəkərək dodaqları ilə Zərərçəkmiş şəxs boğazının, yəni boynunun əvvəlcə solundan, ardınca da sağından, daha sonra Zərərçəkmiş şəxs yanaqlarından öpüb sormuşdur. Həmin vaxtı birdən Zərərçəkmiş şəxs onu əli ilə arxaya doğru asta itələyib mağazanın qapısını açaraq mağazanı tərk edib getmişdir. Bundan sonra o, mağazanın qapısını açarla bağlayaraq evinə getmişdir. Bundan sonrakı gün polisə aparılmış və hadisəni olduğu kimi polisə danışmışdır. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs qarşı zor tədbiq etməmiş, hədələməmiş, hər hansı bir əşya, bıçaq tədbiq etməmişdir. O, Zərərçəkmiş şəxs ilə mağazada qaranlıq vəziyyətdə mobil telefon işığında təxminən 10 dəqiqə qalmışdır. Zərərçəkmiş şəxs də öpüb soranda işığı yanan mobil telefon aparatını yerə qoymuşdur ki, ona maneə törətməsin. Zərərçəkmiş şəxs boğazından öpüb soran zaman özünə rahat olsun deyə Zərərçəkmiş şəxs qollarından tutub özünə tərəf çəkmiş, Zərərçəkmiş şəxs qollarını tutmaqla Zərərçəkmiş şəxs müqavimətini qırmaq fikri olmamış, niyyəti Zərərçəkmiş şəxs xəsarət yetirmək olmamışdır. O, Zərərçəkmiş şəxs könüllü razılığı əsasında mağazanın içərisində Zərərçəkmiş şəxs boynundan, yanaqlarından öpüb sormuşdur. O, elə zənn etmişdir ki, Zərərçəkmiş şəxs artıq orta məktəbin 11-ci sinfini bitirib, 18 yaşı tamam olmuşdur. Zərərçəkmiş şəxs polisə şikayət edəndən sonra bilmişdir ki, Zərərçəkmiş şəxs 15 yaşı var. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisədən təxminən 2 həftə əvvəl tanımışdır. Belə ki, o, Peşə litseyində oxumaqla yanaşı şənbə-bazar günləri Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Deliakates» kafesində sifarişləri ünvanlara aparırmış. Təqsirləndirilən şəxs həmin kafenin yaxınlığında yerləşən «3003» adlanan xırdavat mallarının satışı mağazasında satıcısı kimi tanımış, Əflatun «Delikates» kafesindən sifarişlər edirmiş, o da, həmin mağazaya sifarişlər apardıqda Təqsirləndirilən şəxs onu görüb tanımışdır. Təqsirləndirilən şəxslə onun arasında heç vaxtı yaxın münasibət olmamış, Təqsirləndirilən şəxs sifarişləri çatdırdıqda Təqsirləndirilən şəxs onun telefon nömrəsini götürüb onun özünə də zəng edib sifarişlər verməyə başlamışdır. Əflatunla söhbət edən zaman Peşə Litseyinin tələbəsi olmasını demişdir. 13 oktyabr 2019-cu il həftənin bazar günü olduğundan o, «Deliakates» kafesində işdə olmuş, həmin günü günorta saatlarında o, kafedən çıxıb velosipedlə «3003» adlanan xırdavat mallarının satışı mağazasının yaxınlığındakı «№32» adlanan mağazaya sifariş apardıqda «3003» adlanan xırdavat mallarının satışı mağazasının qarşısından keçərkən təsadüfən Təqsirləndirilən şəxs görmüşdür. Əftalun Mehrəliyevin özü onu yanına çağırıb salamlaşaraq hal-əhval tutub birlikdə pivə içməyi təkif etmişdir. O, həmin vaxtı Təqsirləndirilən şəxs inandığından, Əflatunun ona təhlükə törədəcəyini ağlına belə gətirmədiyi üçün ona bildirmişdir ki, vaxtı olsa gələr. Bundan sonra o, «№32» mağazasına sifarişi çatdırıb işə qayıtmış və daha sonra saat 19 radələrində evinə getmişdir. Həmin günü saat 21 radələrində Təqsirləndirilən şəxs ona zəng edib onu pivə içməyə çağırmış və o, Təqsirləndirilən şəxs təklifinə razılıq verib Təqsirləndirilən şəxslə 13 oktyabr 2019-cu il tarixdə saat 21:15 radələrində «3003» adlanan xırdavat mallarının satışı mağazasının qarşısında görüşüb Təqsirləndirilən şəxs təklif etdiyi yerdə pivə içmək üçün avtomobil yolunu Bakı Dəmir Yol Vağzalına tərəf keçmişlər və Mirəli Qaşqay küçəsi ilə yuxarı qalxıb Şamil Əzizbəyov küçəsi ilə üzü Təbriz küçəsinə doğru gedib orada yerləşən “Parus” kafesinə çatmışlar. Saat 22:50 radələrinə qədər Təqsirləndirilən şəxslə o, həmin “Parus” kafesində hərəyə iki bakal pivə içərək yüngül sərxoş olduqdan sonra kafedən durub evə getmək qərarına gəlmişlər və evə olan yolları eyni olduğundan bərabər eyni yolla geri qayıtmağa başlamışlar. Həmin günü saat 22:58 radələrində Bakı x10rşısındakı avtomobil yolunu Təqsirləndirilən şəxslə bərabər «3003» adlanan xırdavat mallarının satışı mağazasına doğru keçərkən Təqsirləndirilən şəxs yolun ortasına çatan vaxtı ona demişdir ki, jileti mağazada qalıb və ona təklif etmişdir ki, mağazaya girib jileti götürsünlər. O, da Təqsirləndirilən şəxs inanıb razılaşmış və Təqsirləndirilən şəxs mağazanı açmaq üçün avtomobil yolunu keçən vaxtı qabağa doğru qaçmağa başlayaraq ona demişdir ki, ardınca mağazaya gəlsin. O da Təqsirləndirilən şəxs ardınca onun işlədiyi “3003” adlanan mağazaya doğru addımlayaraq getməyə başlamış,mağazaya çatdıqda artıq Təqsirləndirilən şəxs mağazanın giriş qapısını açarla açmış və mağazanın qapısında “gəl keç içəri” deyərək onu mağazaya dəvət etmişdir. O da Təqsirləndirilən şəxs dəvəti ilə mağazaya daxil olmuşdur. Təqsirləndirilən şəxs mağazanın işığını yandırmamış, yalnız əlində tutduğu mobil telefonunun işığı yanırmış. O, elə zənn etmişdir ki, Təqsirləndirilən şəxs mağazadan jileti götürəcək və onlar çıxıb gedəcəklər. Mağazanın içərisində Təqsirləndirilən şəxs birinci mağazanın giriş qapısını açarla içəridən bağlasa da, açarı giriş qapısının kilitinin üzərində qoymuşdur. Ardınca Təqsirləndirilən şəxs əlindəki işığı yanan mobil telefon aparatını yerə böyük salfet qutularının üstünə işığı yuxarı vəziyyətdə qoymuş və əynindəki qəhvəyi rəngli nazik gödəkcəsini çıxartmışdır. Təqsirləndirilən şəxs əynində yalnız qəhvəyi rəngində uzunqol jaket qalmışdır. Təqsirləndirilən şəxs əynindəki gödəkcəsini çıxarandan sonra mağazada yerə qoyduğu telefon işığında ona demişdir ki, səsini çıxartma və ardınca onun qollarından tutub sıxaraq özünə tərəf çəkərək əvvəlcə dodaqları ilə onun boğazının boyun nahiyəsinin sağ, ardınca sol tərəfindən, ardınca da, sifətinin sağ və sol yanaqlarından öpüb sormağa başlamışdır. Bunları edərkən Təqsirləndirilən şəxs onun qollarını əlləri ilə tutub sıxmış və ondan sakit qalmasını tələb etmişdir. O, Təqsirləndirilən şəxs etdiyi hərəkətlərindən şoka düşmüş, sonra Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin mahiyyətini anladıqdan sonra əli ilə onu itələyib yerə yıxmışdır. Təqsirləndirilən şəxs yıxılmasından istifadə edərək qapının kilitini açarla açıb çölə qaçmışdır. O, evə qayıdanda görmüşdür ki, boynunda, yanağında öpüb sorulmadan qançır izləri əmələ gəlmişdir. O, elə zənn etmişdir ki, həmin izlər keçib gedər və utandığından hadisə barədə heç kəsə məlumat verməmişdir. Lakin səhər yuxudan durduqda görmüşdür ki, boynunda və yanaqlarında Təqsirləndirilən şəxs onu öpüb sormasından əmələ gəlmiş qançır izləri hələ də qalmışdır. Anası onun üzündəki izləri görərək onu sorğu-sual etmiş, o da anasına həqiqəti deməyərək guya savaşdığını və döyüldüyünü bildirmişdir. Anası dərhal DİN-nin 102 xidmətinə zəng etmiş, oradan anasını və onu polisə dəvət etmişlər. Polisə getdiyi zaman da anasına həqiqəti deməmişdir. Yalnız polislər onu anasının iştirakı olmadan sorğu-sual etdikdən sonra hadisəni olduğu kimi bildirmiş, bundan sonra anasına da həqiqəti söyləmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə razı deyil. Əflatuna heç vaxt onu öpüb sormasını, dişləməsini təklif etməmişdir. Ağlına belə gəlməmişdir ki, kişilər arasında belə bir şey mümkün ola bilər. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs doğma oğludur. Təqsirləndirilən şəxsi isə ümumiyyətlə tanımamışdır, onu ilk dəfə polisdə görmüşdür. Həyat yoldaşı məhkum olduğu üçün cəzaçəkmə müəssisəsində cəza çəkir. O, 2 fevral 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və 14.06.2002-ci il təvəllüdlü x8 ilə birlikdə yaşayır. İsmayıl tələbədir, boş vaxtlarında, yəni həftənin şənbə və bazar günləri «Delikates» adlanan kafedə paket daşıyan işləyirdi. 13 oktyabr 2019-cu il tarixdə o, Astara rayonunda olmuş, övladları Elşənlə İsmayıl evdə tək qalmışlar. 13 oktyabr 2019-cu il həftənin bazar günü olduğundan İsmayıl «Delikates» adlanan kafeyə işə getmişdir. 14 oktyabr 2019-cu il tarixdə səhər saat 07:30 radələrində o, yol maşını ilə Astaradan Bakı şəhərinə gəlib evə çatdıqda İsmayıl evdən çıxıb liseyə gedirmiş, həmin vaxtı o, İsmayılın yanaqlarında və boynunda qançırlar, qansızmalar olduğunu görüb səbəbini soruşarkən İsmayıl ona bildirmişdir ki, guya dünən, yəni 13 oktyabr 2019-cu il tarixdə axşam saatlarında onu tanımadığı 2-3 nəfər döymüşdür. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə polisə məlumat vermişdir. Polisə gedən zaman da İsmayıl ona həqiqəti deməmiş, yalnız polislər İsmayılı sorğu-sual etdikdə oğlu onlara həqiqəti etiraf etmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə layiqli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun doğma qardaşıdır, zərər çəkmiş şəxsi isə ümumiyyətlə tanımır. O, 2-ci qrup Çernobıl əlilidir, habelə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs kiçik qardaşıdır. O, ünvan 3 ünvanında yerləşən 35 m2 ərazini icarə müqaviləsi ilə icarəyə götürüb orada təsərrüfat mallarını satır. Mağazanı «3003» adlandırmışdır. Özü qeyd etdiyi kimi əlil olduğundan qardaşı Təqsirləndirilən şəxs həmişə ona dəstək olmuşdur. Əflatun bir müddət olardı ki, onun istifadəsində olan «3003» adlanan mağazada qeyri-rəsmi satıcılıq fəaliyyəti ilə məşğul olmuş, yəni o olmadıqda onun yerinə mağazada dayanır, o ağrıyanda mağazanı qardaşı Əflatuna tapşırırdı. Mağazanın giriş qapısının açarı həm onda, həmçinin də Əflatunda olurdu, mağazanı o və ya Əflatun səhər saat 10 radələrində açıb axşam saat 20 radələrində bağlayıb evə gedirdilər. O, mağazanı Əflatuna etibar edirdi. Hadisədən əvvəl o, Əflatunu sonuncu dəfə 12 oktyabr 2019cu il tarixdə mağazada görmüşdür, 13 oktyabr 2019-cu il tarixdə, yəni bazar günü o, mağazaya getməmişdir, evdə qalmışdır. 14 oktyabr 2019-cu il tarixdə səhər tezdən də mağazanı Əflatun açmış və ona hadisə ilə bağlı Əflatun heç nə deməmişdir. Sonra eşitmişdir ki, Əflatunu 22-ci Polis Şöbəsinə aparmışlar. Hadisə ilə bağlı o, Əflatun saxlanandan sonra 14 oktyabr 2019-cu il tarixdə bilmişdir. Ona aydın olmuşdur ki, 13 oktyabr 2019-cu il tarixdə axşam saatlarında Əflatun cavan bir uşağı içkili halda mağazaya dəvət etmiş və orada aralarında nə isə baş vermişdir. Qardaşı Əflatunun hər hansı əxlaqsız hərəkətlər etməsinə inanmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxsi tanıyır, təqsirləndirilən şəxsi isə işlətdiyi «Delikates» kafesinin müştərisi kimi tanıyır. Əvvəllər Zərərçəkmiş şəxs nənəsi onun kafesində qab-yuyan işləmişdir. Nənəsinin xahişi ilə Zərərçəkmiş şəxs şənbə-bazar günləri sifarişləri ünvanlara çatdırmaqla pul qazanmağa şərait yaratmışdır. 13 oktyabr 2019-cu il tarixdə həftənin bazar günü olduğundan İsmayıl kafeyə gəlmiş və unvanlara bir- iki sifariş aparmışdır. Axşam saat 19 radələrində İsmayıl kafedən getmişdir. Sonradan o, İsmayılın boğazında və yanaqlarında qançırlar görmüşdür, ondan uşaqlar nə baş verdiyi soruşduqda deyirmiş ki, kimsə onu boğmaq istəmişdir. Sonradan hamı kimi o da bilmişdir ki, İsmayılı kafenin yaxınlığındakı «3003» adlanan mağazada işləyən yaşlı bir kişi pivəyə qonaq etmiş və sonra mağazaya gətirib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, boynundan, yanaqlarından öpüb sormuşdur. İsmayıl da onun əlindən qaçmışdır. Əlavə etmək istəyir ki, Əmək Mühafizəsi idarəsi tərəfindən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanunsuz işlətdiyi üçün 3000 manat məbləğində cərimə cəzası ilə cəzalandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş x5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin ekspert rentgenoloqudur. İş stajı 1987-ci ildəndir. Bu iş üzrə Zərərçəkmiş şəxs hazırkı yaş həddinin şəxsiyyətini təsdiq edən sənəddə göstərildiyi xx.xx.2004-cü il tarixinə uyğun gəlib-gəlmədiyi, xarici görünüş, fiziki inkişaf göstəricilərini, inkişaf əlamətlərinin yaşına uyğun olub-olmaması, yetkinlik yaşına, həddi-buluğa çatmayan şəxsə oxşar və uyğun olub-olmaması müəyyənləşdirilməsi ibtidai araşdırma orqanının qərarı ilə üzərinə qoyulmuşdur. Zərərçəkmiş şəxs onun müayinəsində olmuş, müayinə zamanı İsmayılın cinsi əlamətlərinin yaxşı ifadə olunması, üz, qoltuqaltı çuxurda və qasıq nahiyyələrində tüklərin yaxşı inkişaf etməsi, qıtlağın aydın görünməsi müəyyən edilmişdir. Hər bir insanın bioloji və fizioloji inkişaf meyarları vardır. Yəni, insanın doğulduğu gündən mövcud olan yaşına qədərki vəziyyəti bioloji meyardır. Lakin onun xəstəliklərlə, qidalanması ilə bağlı inkişaf meyarı fizioloji meyardır. Bioloji meyarla fizioloji meyar üst-üstə düşməyə bilər. Hal-hazırkı vəziyyətdə, yəni Zərərçəkmiş şəxs bu meyarlar üst-üstə düşməmişdir. Onun müayinə zamanına yaşının 16 olmasına baxmayaraq fizioloji meyarlara görə görkəmi 17-18,6 yaşa uyğundur. Yaşın müəyyən edilməsinin radioloji metodu mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs hər iki əl-bilək hissəsinin rentgen görüntüləri çıxarılmış və Birliyin ekspert-radioloqunun müayinəsinə göndərilmişdir. Radioloqun 12.12.2019-cu il tarixli 1346 saylı radioloji rəyindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs adına radioloqa təqdim olunmuş, 03.12.2019-cu il tarixdə çəkilmiş hər iki əlin mil bilək oynaqları əhatə olunmaqla düz proyeksiyalı R-qrammasında uzun borulu sümüklərin boyatma zonaları qapanma üzrədir, daralmışdır. Başqa sözlərlə əl barmaqlarının ikinci falanqasında boyatma zonaları qapanmış, sinastoz kölgəliyi izlənir, bilək sümüklərinin sümükləşmə nüvələrinin inkişafı tam başa çatmışdır. Bu hal isə kişi cinsindən olan şəxsin 17-18,6 yaşa müvafiqdir. Qadın cinsindən olan şəxslərin isə sümükləşmə nüvələrinin inkişafının tam başa çatması daha erkən yaşa təsadüf edir. Bu səbəbdən Təqsirləndirilən şəxs zahiri görkəminə görə, yəni fizioloji inkişafına görə zərər çəkmiş şəxsi yetkinlik yaşına çatmış şəxsə oxşada bilərdi. x6 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 18-19 yaşında olmasını bilirdi. O, elə bilirdi ki, İsmayıl orta məktəbi bitirib sonra litseyə gedib. Litseydə oxumasını isə ona İsmayılın özü demişdir. Lakin İsmayıl ona neçə yaşı olmasını deməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinində təqsirliliyi zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisinə ünvanladığı 14 oktyabr 2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, 13.10.2019-cu il tarixdə, saat 23 radələrində əvvəldən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxs onu işlədiyi dükandan gödəkcəsini götürmək adı ilə oraya aparmış və orada qapını bağlayaraq ona təcavüz etməyə çalışmışdır. Onun əlində bıçaq olduğuna görə qorxaraq səsini çıxarmamışdır. Həmin şəxs onun sifət, üz nahiyyələrindən zorla öpmüş və boğazından da əli ilə tutub sıxmışdır. Məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə Bakı şəhər Nəsimi RPİ-nin İŞ-nin rəisinə ünvanladığı 14.10.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, 13.10.2019-cu il tarixdə, saat 23:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşlən “3003” adlanan mağazanda Təqsirləndirilən şəxs adlı yaşlı şəxs onun 15 yaşında xx.xx.2004-cü il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs aldadıb həmin mağazaya salaraq orada oğlunun boğazından və yanaqlarından bərk qaydada öpərək sovurub xəsarətlər yetirərək ona qarşı seksual hərəkətlər etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 14.10.2019-cu il tarixli protokoldan müəyyən olunmuşdur ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşlən “3003” adlanan mağazanın içərisində baş vermişdir. Mağaza binanın 1-ci mərtəbəsində yerləşir, giriş qapısının kiliti açarla açılıb-bağlanılır, mağazaya pilləkanlarla qalxıb daxil olursan, mağazada yuyucu toz, sabunlar, salfetlər kimi xırdavat mallar satılır. Mağazada siqnalizasiya, videomüşahidə kameraları yoxdur. Baxış zamanı mağazada hər hansı bir maddi sübut olan əşya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə» 14.10.2019-cu il tarixli, 1/5808 saylı aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol əlamətləri aşkar olunmamış, habelə sərxoşluq əlamətləri olmadan narkotik və ya digər maddələrin bioloji obyektlərindən müəyyən edilməsi faktı da aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış 14 oktyabr 2019-cu il tarixli «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 oktyabr 2019-cu il tarixdən hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 23.10.2019-cu il tarixli, 1023 saylı rəyindən müəyyən olunur ki, 1. 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinə zamanı aşağıdakı xəsarətlər aşkar edildi: -sağ və sol yanaq nahiyəsinin 3 ədəd, boynun sol yan səthinin 1 ədəd qansızması (qançırı), - hər iki bazunun hər birində 4 ədəd olmaqla qançırı. 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 1-2 gün əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 13.10.2019-cu tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterini, lokalizasıyasını, əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, üz və boyun nahiyəsində olan qançırlar küt təsir mexanizminə malik sorulma xarakterli əşya ilə, hər iki bazu nahiyəsinin qançırları isə fiziki qüvvə təbdiq etməklə “seksual xarakterli” hərəkətlər etməyə cəhd edərkən yarana bilərdilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 21.10.2019-cu il tarixli, 1026 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 28.10.2019-cu il tarixli, 621 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-lifli materialların kriminalistik tədqiqi və trassoloji eksperizasının 22.11.2019-cu il tarixli, 26973 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları üzərində hər-hansı bir mexaniki zədə yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-lifli materialların kriminalistik tədqiqi və trassoloji eksperizasının 28.11.2019-cu il tarixli, 26946 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Mehrəliyev Əftalun Zöhrab oğlunun geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında, -Zərərçəkmiş şəxs jaketinin üzərindən tapılmış qəhvəyi rənjli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs jaketinin tərkib liflərinə uyğun gəlirlər: Təqsirləndirilən şəxs jaketinin üzərindən tapılmış göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs jaketinin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 30.12.2019-cu il tarixli, 679 saylı rəyindən müəyyən olunur ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi ekspertizasına, tibbi sənədlərə əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsində xx xxxxxx 2004-cü il tarixdə anadan doğulması qeyd edilmişdir. Zərərçəkmiş şəxs fizioloji inkişaf göstəriciləri onun sümük yaşına, yəni 17-18 ilə uyğun gəlir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 03.12.2019-cu il tarixli, 26953 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs hafizəsi, ilk növbədə ixtiyarı yaddasaxlaması normal səviyyədədir. Zərərçəkmiş şəxs fərdi - psixi xüsusiyyətlərinə görə introvertə (insanın psixi fəaliyyətinin daxili aləminə yönəlməsi) daha yaxındır. Zərərçəkmiş şəxs fərdi- psixi xüsusiyyətlərində sakitlilik, narahatçılıq və təmkinlik kimi əlamətlər müşahidə olunur. Zərərçəkmiş şəxs yaş, əqli və psixi inkişafına görə ona qarşı edilən hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs öz hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12.11.2019-cu il tarixli, 2321 saylı rəyindən müəyyən olunur ki, məhkəməpsixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal- hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkəmə - psixoloji ekspertizası üzrə: Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intelektual-mnestik imkanları normaya uyğun olmaqla, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Emosional-iradi sferasında, hərəkət və davranışını tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Eqosentrizm, kobudluluq, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdirdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri qavramaq, onları yadda saxlamaq və yada salmaq, mahiyyətini anlamaq, öz hərəkətlərini ölçüb- biçməklə idarə etmək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən uydurmağa patoloji meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri və intellektual imkanları nəzərə alınmaqla istintaq hərəkətlərində iştirak edə bilər. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması baprədə” 23.10.2019cu il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs iştirakı ilə ifadəsi yerində yoxlanılmış, o, bildirmişdir ki, 13 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs təklifi ilə pivə içmək üçün bərabər «3003» adlanan mağaza tərəfdən Bakı şəhəri, Bakı Dəmir Yol Vağzalına doğru yolu keçmişlər və həmin vağzalın arxa tərəfinə keçib yuxarı qalxaraq orada yerləşən kafelərin birində pivə içmişlər və eyni qaydada geri qayıtdıqda saat 23 radələrində Təqsirləndirilən şəxs mağazadan jaket götürmək bəhanəsi ilə onu “3003” adlanan mağazaya dəvət edərək qapını içəridən bağlayıb ona səsini çıxartmamasını bildirib qollarından tutaraq özünə tərəf çəkib boynundan və yanaqlarından öpüb soraraq, yalayaraq ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. O da bundan sonra Təqsirləndirilən şəxs özündən itələyib mağazanın qapısını açıb qaçaraq mağazanı tərk etmişdir. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməsi həmçinin məhkəmədə tədqiq edilmiş hadisə yerində və onun ətrafında quraşdırılmış videomüşahidə kameralarındakı görüntüləri də sübuta yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun 2001-ci və 2003-cü il il təvəllüdlü iki uşağı vardır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillərə, yəni yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmədiyi, ona zor tədbiq etmək hədəsi ilə sakit qalmasını, səsini çıxarmamasını tələb etmədiyi, onun qollarından özünə rahat olsun deyə tutduğu, sonuncunun müqavimətini qırmaq üçün zor tədbiq etməklə qollarından tutub sıxmadığı, fiziki ağrı yetirmədiyi, Zərərçəkmiş şəxs xahişi, könüllü razılığı ilə zor tədbiq etmədən boynundan və yanaqlarından öpüb sorduğu ifadələrin həqiqətə uyğun olmadığı qənaətinə gəlmişdir. Belə ki, məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs əməlinin törədilməsini yüngülləşdirmək üçün hadisədən qabaq özündən 31 yaş kiçik olan az tanıdığı zərərçəkmiş şəxsi şirnikdirib kafeyə aparmış, orada pivə sifariş verərək zərərçəkmiş şəxsi içizdirmimş, hətta ofisiantın Zərərçəkmiş şəxs yetkinlik yaşına çatıb-çatmaması sualına sonuncunun yetkinlik yaşına çatmış olduğunu inandırmaqla zərərçəkmiş şəxsə də pivə verilməsinə nail olmuşdur. Həmçinin təqsirləndirilən şəxs guya zərər çəkmiş şəxsin yetkinlik yaşına çatmadığını iddia etsə belə, sonuncunun 16 yaşda olması yaşın müəyyən edilməsi ilə bağlı ekspert rəyi və ekspertin məhkəmədə verdiyi ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, təqsitrləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə 28.02.2020-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərmişlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan x4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən CM-nin 150.2.3-cü maddəsi ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş 14.10.2019-cu il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin NH-nə təhvil verilmiş Təqsirləndirilən şəxs əynində olmuş qəhvəyi rəngli jaket, Zərərçəkmiş şəxs əynində olmuş göy rəngli jaket və ağ rəngli cins şalvar məhv edilməli, cinayət işinin materiallarında saxlanılan CD disklər həmin işin materiallarında da saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 299 (iki yüz doxsan doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “14” oktyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut Bakı şəhəri Nəsimi RPİ-nin NH-nə təhvil verilmiş Təqsirləndirilən şəxs əynində olmuş qəhvəyi rəngli jaket, Zərərçəkmiş şəxs əynində olmuş göy rəngli jaket və ağ rəngli cins şalvar məhv edilsin, cinayət işinin materiallarında olan CD disklər həmin işin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri olan 299 (iki yüz doxsan doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-417/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-417/2020
05.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver