Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-417/2021 02.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər-Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri- X23 və X9 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci ildə Balakən rayonu, Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Şərif kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivi 23 saylı küçə ev 14 mənzil 53-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan tanışı İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsdən sonuncunun istintaqla müəyyən edilməmiş şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda-ümumi təmiz çəkisi 1200,545 (bir kiloqram iki yüz tam mində beş yüz qırx beş) qram narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 770,477 (yeddi yüz yetmiş tam mində dörd yüz yetmiş yeddi) qram psixotrop maddə metafetamin, tərkibindəki güclü təsir edən maddə hesab edilən tramadolun təsir maddəsinin ümumi miqdarı külli miqdar təşkil edən 20 (iyirmi) qram çəkidə üzərilərində “T- DOL-200 07 2022” göstəriciləri olan ümumilikdə 100 ədəd qırmızı rəngli dairəvi formalı dərman həbləri və tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq 0,100 (sıfır tam mində yüz) qram təşkil edən açıq qəhvəyi rəngli “F/M40” göstəricili 2 (iki) ədəd bütöv və 1 (bir) ədəd 1/2 hissə dərman həblərini istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib həmin narkotik vasitə heroinin 80,545 (səksən tam mində beş yüz qırx beş) qramını və psixotrop maddə metafetaminin 10,477 (on tam mində dörd yüz yetmiş yeddi) qramını üstündə saxlamaqla, qalan 1120 (bir kiloqram yüz iyirmi) qram çəkidə narkotik vasitə heroini iki ədəd sellofan torbada, 760 (yeddi yüz altmış) qram çəkidə psixotrop maddə metafetamini bir ədəd plastik qabda, hər konvolyutda 10 (on) ədəd üzərilərində “T-DOL-200 07 2022” göstəricili həb olmaqla 10 (on) ədəd dərman konvolyutunda tərkibində güclü təsir edən maddə tramadolun təsir maddəsinin ümumi miqdarı külli miqdar təşkil edən 20 (iyirimi) qram çəkidə ümumilikdə 100 (yüz) ədəd dərman həbləri və üzərində "F/M40” göstəricili tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq 0,100 (sıfır tam mində yüz) qram təşkil edən 2 (iki) ədəd bütöv və 1 (bir) ədəd 1/2 hissə dərman həblərini bir ədəd sellofan torbada, səthində psixotrop maddə metafetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd gümüşü rəngli qaşığı 1 (bir) ədəd sellofan torbada qablaşdırıb faktiki olaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış kompleksi, küçə 23 ünvanda yerləşən 14 saylı binanın 53-cü mənzilinə daşıyıb qanunsuz saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərində satışını təşkil etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi küçə 23 ünvanda yerləşən 14 saylı binanın yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda 80,545 (səksən tam mində beş yüz qırx beş) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda 10,477 (on tam mində dörd yüz yetmiş yeddi) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüş, xx.xx.2020-ci il tarixdə, saat 02:45-də yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış kompleksi küçə 23 ünvanda yerləşən 14 saylı binanın 53-cü mənzilinə baxış keçirilərkən yataq otağındakı kiçik ölçülü divanın altındakı saxlanc yerindən bir ədəd plastik qabda külli miqdrada 760 (yeddi yüz altmış) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 01 (bir) ədəd sellofan torbada külli miqdarda 135 (yüz otuz beş) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd sellofan torbada külli miqdarda 985 (doqquz yüz səksən beş) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd sellofan torbada hər konvolyutda 10 (on) ədəd üzərilərində “T-DOL-200 07 2022” göstəricili qırmızı rəngli dairəvi formalı həb olmaqla 10 (on) ədəd dərman konvolyutunda tərkibində güclü təsir edən maddə tramadolun təsir maddəsinin ümumi miqdarı külli miqdar təşkil edən 20 (iyirmi) qram çəkidə ümumilikdə 100 (yüz) ədəd dərman həbi və üzərində “F/M40” göstəricili tərkibindəki narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq 0,100 (sıfır tam mində yüz) qram təşkil edən 2 (iki) ədəd bütöv və 1 (bir) ədəd 1/2 hissə açıq qəhvəyi rəngli dərman həbləri, 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində səthində psixotrop maddə metafetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi və səthində narkotik vasitə heroinə məxsus izlər olan 1 (bir) ədəd gümüşü rəngli qaşıq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1. 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona verilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilmir. Polis əməkdaşları tərəfindən tutulana qədər valideynləri və azyaşlı övladı ilə birlikdə yaşamışdır. Atası 2-ci qrup əlilidir, anası isə yüksək təzyiqdən əziyyət çəkir. Qardaşı halhazırda Füzuli “N” saylı hərbi hissədə düşmənlə üz-üzə ön cəbhədə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşur. Azyaşlı oğlu isə hazırda məcburiyyətdən xəstə valideynlərinin yanındadır. Tutulmamışdan təxminən 6-7 ay əvvəl “Torqovıy küçəsi” kimi tanınan Bakı şəhəri, “Nizami” küçəsində gəzərkən rəsmi adı “Məmməd” olan və dostları arasında “Seyid” olaraq tanınan İran İslam Respublikasının vətəndaşı olan bir cavan oğlanla təsadüfən tanış olmuş və aralarında münasibət formalaşmışdır. Onlar qeyri-rəsmi olaraq münasibət saxlamağa başlamış, sonradan münasibətləri ciddiləşdiyi üçün ər-arvad kimi kəbin kəsməklə birlikdə yaşamağa başlamışlar. Həmin ərəfədə “Məmməd” üç dəfə Bakıya onun yanına qonaq gəlmiş və müəyyən müddət burada yaşamışdır. Bir neçə dəfə də o, özü İran İslam Respublikasına getmiş və orada Ərdəbil şəhərində “Məmməd”in evində olmuşdur. “Məmməd”in orada başqa bir ailəsi olmamış, yalnız onunla kəbinli ər-arvad münasibətlərində olmuşlar. “Məmməd” ona ilk əvvəl özünün mebel işi ilə məşğul olduğunu bildirsə də, sonradan ona sonuncunun Bakı şəhərində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu məlum olmuşdur. Bu barədə məlumat aldıqdan sonra “Məmməd” onun kəbinli həyat yoldaşı olduğu üçün bu işin təhlükəli olduğunu deyib, sonuncudan bu işdən çəkinməsini dəfələrlə xahiş etmişdir. Lakin “Məmməd” onun xahişlərinə əhəmiyyət verməyib, təkidlə ona bu işdə qorxulu bir şey olmadığını deyərək, həyat yoldaşı olduğu üçün ona bu işdə kömək etməsini və dediklərini icra etməsini xahiş etmişdir. Belə ki, “Məmməd” ona izah etmişdir ki, sonuncu onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ünsiyyət saxlayaraq ona qabaqcadan yerini bilmədiyi Bakı şəhərində gizlədilmiş içərisində müxtəlif növ narkotik vasitə və psixotrop maddələr olan bağlamanın harada olduğunu deyəcək və o da həmin bağlamanı “Məmməd”in dediyi koordinatlarla tapıb götürüb yaşadığı evə aparıb gizlədərək, Məmmədin ona dediyi vaxtlarda həmin maddələrdən lazım olan miqdarda elektron tərəzidə çəkərək “Məmməd”in ona sonradan dediyi yerə aparıb tullayacaq. Bunun müqabilində Məmməd, ona aylıq olaraq müəyyən məbləğdə pul göndərəcəyini də bildirmişdir. O da özü işsiz olduğundan və əlavə gəlir yeri olmadığından, valideynləri və eləcə də xəstə oğlu onun himayəsində olduğundan bu təkliflə razılaşmışdır. Bundan sonra o, ümumilikdə 3 dəfə olmaqla “Məmməd”-in ona dediyi bağlamaları götürüb evinə aparmış onun dediyi kimi hissələrə bölməklə sonradan bildirilən yerlərə aparıb gizlətmişdir. Bu müddət ərzində ödənişi “Məmməd” ona kart vasitəsilə etmiş, bunun üçün də o “xxxx”-da plastik kart hesabı açdırmışdır. Həmin kartları da saxlanılarkən polis əməkdaşlarına təqdim etmişdir. Belə ki, o, “Məmməd"in ona göndərdiyi içərisində narkotik vasitələr olan bağlamaları həmişə eyni ərazidən, konkret olaraq isə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən parkda bitən güllərin dibində gizlədilmiş yerdən götürmüşdür. Sonuncu, yəni 3-cü dəfə də təxminən xx xxxx 2020-ci il tarixdə oradan qeyd edilən bağlamanı götürüb faktiki yaşadığı Xırdalan şəhərində yerləşən mənzilə aparmış və yataq otağında yerləşən kiçik divanın oturacaq hissəsində olan saxlanc yerində gizlətmişdir. Həmin bağlamada bir ədəd plastik qabda kristal şəkildə olan metafetamin kimi tanıdığı maddə, iki ədəd sellofan torbada heroin adlı maddə, bir ədəd sellofan bağlamada 10 yarpaq tramadol və 2-3 ədəd metadon həbləri olmuşdur. xx xxxx 2020-ci il tarixdə “Məmməd” onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona daha əvvəldən götürdüyü bağlamanın içərisində olan maddələrdən 10 qram metafetamin və 80 qram heroin çəkib iki ədəd ayrı bükümlərə qoymağını və həmin iki ədəd bükümü gecə saat 23 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən dayanacaqda ona əlamətləri deyilməli olan maşının arxa tərəfində alt hissəsinə atmalı olduğunu demişdir. Bundan sonra o, deyilən kimi edib həmin maddələri elektron tərəzidə lazım olan qədər çəkib bükümlərə qablaşdırıb əynindəki gödəkçənin sol cibinə qoyub evdən bayıra çıxmışdır ki, bükümləri deyiləcək maşının altına atıb geri qayıtsın. Lakin evdən çölə çıxdıqdan sonra həyətdə olan bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları olduqlarını bildirib, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu və həmin məlumat əsasında barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarının qəbul edildiyini bildirib, onu müvafiq qərarla tanış etmişlər. Bundan sonra onu Baş İdarəyə dəvət etmişlər və orada ona hüquq və vəzifələri izah edildikdən sonra ona Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilərək, həmin siyahıdan özünün seçdiyi müdafiəçi ilə təmin edilmişdir. Daha sonra elə idarədə onun etiraz etməməsi nəzərə alınaraq videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bundan sonra ona üzərində qanunla qadağan olunan hər hansı əşya olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən iki ədəd qara rəngli sellofan bükümdə olan heroin və metafetamin maddələrini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərə baxıldığı zaman, birinin içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik maddə heroin, digərinin içərisində isə ağ kristal formalı maddə metafetaminin olması aşkar edilmişdir. Bundan başqa o əynindəki gödəkçənin sağ yan cibindən ona məxsus olan “Samsung” markalı mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, iki ədəd “xxxx”-a məxsus olan plastik kartı və yaşadığı mənzilə aid olan bir ədəd açarı təqdim etmişdir. Həmin bükümlər tərəziyə qoyularaq çəkilmiş, içərisində metafetamin olan bükümün çəkisinin 11,2 (on bir tam onda iki) qram, heroin olan bükümün çəkisinin isə 82,1 (səksən iki tam onda bir) qram olması müəyyən edildikdən sonra həmin maddələr içi boş olan ağ rəngli zərfə qoyularaq, möhürləndikdən sonra həmin zərfin üzərini imzalamışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi ona izah olunaraq mobil telefonu, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartı da götürülmüş, evin açarı isə özünə qaytarılmışdır. Bundan sonra üzərinə keçirilən axtarış zamanı qanunsuz hər hansı maddə aşkar edilməmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, həmin bükümləri "Məmməd” adlı şəxsin ona dediyi yerdən götürüb evdə saxlayaraq sonradan lazım olan yerə qoymaqla pul əldə etdiyini, yaşadığı ünvanda da qeyd edilən maddələrdən olduğunu bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Bundan sonra o, ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış kompleksi küçə 23 ünvanda yerləşən 14 saylı binanın 53-cü mənzilinə yollanmışlar. Orada videoçəkilişlə mənzilə baxış keçirilmiş və ona təklif olunmuşdur evində saxladığı narkotik vasitələri təqdim etsin. Bundan sonra o, könüllü olaraq “Məmməd”in daha əvvəlcədən göndərdiyi həmin maddələrin olduğu yeri göstərərək, yataq otağında yerləşən kiçik divanın alt saxlanc hissəsində gizlətdiyi iki ədəd biri quru, digəri yaş formada sellofan bağlamada olan heroin, bir ədəd sellofan bağlamada olan 10 ədəd yarpaqda 100 ədəd tramadol, 2 ədəd bütöv və 1 ədəd yarımçıq halda olan metadon həbi, bir ədəd plastik qabda olan metafetamin, həmin maddələrin çəkisini ölçmək üçün elektron tərəzini və həmin maddələri rahat götürmək üçün bir ədəd qaşığı təqdim etmişdir. Həmin maddə və predmetlər götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onlar birlikdə İdarəyə yollanmışlar və orada o, yazılı izahat vermişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Bakı şəhərində təxminən 5 ildir ki, yaşamış, əvvəlcə Nizami rayonu ərazisində yaşamış, daha sonra isə Xırdalana köçmüş və ailə üzvləri ilə orada yaşamışdır. “Məmməd” əvvəlcə ona İran İslam Respublikasında mebel sexi işlətdiyini bildirmiş və bir neçə dəfə onun yanına Bakı şəhərinə gəlib-getmişdir. Bir dəfə “Məmməd” özü İran İslam Respublikasında olan zaman ona zəng edərək Bakı şəhəri, Nizami rayonunda parklardan birində onun üçün bir əşya qoyduğunu və gedib-götürməyini tapşırmış, həmin yerə getdiyi zaman isə, oradakı əşyanın onun narkotik vasitə olduğunu öyrənmişdir. Bundan sonra etdiyi əməlin düzgün olmadığını “Məmməd”ə bildirsə də, sonuncu burada onluq heç nə olmadığını deyib, nəsə problem olsa məsuliyyəti öz üzərinə götürürərək, onu öz əməllərinə alət etmişdir. Ona verilən narkotik vasitələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsindən xəbəri olsa da, həmin maddələrin nəvaxt, hansı üsul və kimin vasitəsilə ölkəyə gətirilməsindən heç vaxt xəbəri olmamışdır. “Məmməd”in cinayət əməllərinə uyub hərəkət etdiyi müdddətdə “Məmməd” ona aylıq 1000-1500 manat pul kartla ödəmiş və bu müddətdə təxminən 4000 mana pul qazanmışdır. Onun üzərinə şəxsi axtarış keçirilərkən bir nəfər qadın cinsindən xanım iştirak etmiş və eləcə də videokamera ilə qeydiyyat aparılmışdır. O, narkotik vasitələri qaçaqmalçılıqla nə özü şəxsən keçirməmiş, nə də ki, keçirilməsində heç vaxt iştirak etməmişdir. Eləcə də həmin maddələrin hansı üsul və kimin vasitəsilə ölkəyə gətirilməsindən heç vaxt xəbəri olmamışdır. Bunların hamısını “Məmməd” özü təşkil etmiş və ona heç bir məlumat verməmişdir. Yalnız artıq narkotik vasitə və psixotrop maddə artıq Bakı şəhərində gizlədildikdən sonra ona “Məmməd” məlumat vermiş və o, da gedərək həmin vasitələri götürüb saxlamış və nə vaxt haraya aparmalı olması barədə təlimat verilməsini gözləmişdir. O həmin maddələrin kim tərəfindən və necə “Neftçilər” metrostansiyası tərəfdə yerləşən parkın içinə qoyulmasından xəbərsizdir, bu barədə ona heç bir zaman məlumat verilməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 “AAAF Park” yaşayış kompleksi küçə 23 ünvanda yerləşən 14 saylı binanın 53-cü mənzilində oğlu, anası, atası və o, yaşamışdır. Hazırda oğlu anası və atasının, yəni oğlunun nənə və babasının himayəsindədirlər. Onun özü heç bir zaman narkotik vasitə satışı ilə də məşğul olmamışdır, onun işi yalnız “Məmməd”in təlimatına əsasən narkotik vasitələri deyilən yerlərə aparıb qoyması və bu barədə “Məmməd”in özünə məlumat verməkdən ibarət olmuşdur. Həmin narkotik vasitələri sonradan kimlərin gəlib götürməsini və eləcə də həmin şəxslərin ad, soyad və ya əlaqə telefonlarını heç bir zaman bilməmişdir. Qazandığı pulların əksər hissəsini valideynlərinin və övladının müalicə və yaşam xərclərinə sərf etmişdir. Həqiqətən də şübhəli şəxs qismində tutulduqdan sonra bir ədəd Samsung» markalı, «A10S» modelli mobil telefon aparatını polis əməkdaşlarına təqdim etmişdir. Həmin telefon aparatının daxilində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmaqla həmin mobil telefon nömrələri onun adına rəsmiləşdirilməklə yalnız onun istifadəsində olmuşdur. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol ona tanışdır. Həmin protokolun məzmununda qeyd olunanları təsdiq edir və bildirir ki, telefonun adlar bölməsində aşkar edilmiş müvafiq qaydada «S», «Seid» «Seid» adları qeyd olunmuş +**********21 saylı, +**********06 saylı, +**********07 saylı İran İslam Respublikasına məxsus nömrələr elə onun “Məmməd” olaraq qeyd etdiyi şəxsə məxsus mobil telefon nömrələridir. Həmin nömrələrlə aralarında olan yazışmaların məzmununu təsdiq edir. “Məmməd” ilə yazışmalarında “torpaq” dedikdə heroin, “ağ”-metafetamin, “dərman” dedikdə isə dərman həblərini nəzərdə tutmuşlar. “Ələsgər”, “Elvin” və “Dayı” olaraq adları yazışmalarda keçən şəxsləri heç vaxt tanımamışdır, həmin şəxsləri yalnız “Məmməd” özü tanımış, o sadəcə həmin şəxslərə çatmalı olan deyilən miqdarda payları evində saxladığı kütlələrdən ayıraraq deyilən yerə atmış və adları qeyd olunan şəxslərlə heç bir kontaktı olmamışdır. Müvafiq məhkəmə qərarı əsasənda xxxx MMC-dən götürülmüş diskə baxış zamanı tərtib olunmuş “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında" xx xxxxxxxx 2020-ci il tarxli protokol da ona tanışdır və həmin protokolun məzmununu da təsdiq edir. Şübhəli şəxs qismində tutulduqdan sonra təqdim etdiyi “xxxx” ASC-yə məxsus **********327605 və **********823831 nömrəli bank hesab kartları müvafiq olaraq anası X10 və dayısı oğlu X3 adına rəsmiləşdirilmiş bank hesab kartları olmaqla, onun istifadəsində olmuş və “Məmməd” gördüyü işlər müqabilində pul vəsaitlərini həmin kartların hesablarına köçürmüşdür. Son olaraq göstərdi ki, etdiyi əmələ görə çox peşmandır, göz xəstəliyindən əziyyət çəkən azyaşlı övladı hazırda məcburiyyətdən xəstə valideynlərinin, daha dəqiq anası X4 yanındadır. Uşağının atası isə daha əvvəldən boşanmış, övladı onun himayəsində qalmaqla, keçmiş əri hazırda ölkə hüdudlarından xaricdədir. Bir daha bildirir ki, törətdiyi əməllərdən peşmandır və bir daha heç bir cinayət əməli törətməyəcəkdir. Bu səbəbdən övladının qayğısız qalmaması üçün məhkəmədən ona himayəsidə olan uşağı 14 yaşına çatanadək cəzasının təxirə salınmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün hadisələrin baş vermə mexanizmi, yeri və ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmin protokolların əyani olaraq əksini tapdığı videogörüntülər, təqsirləndirilən şəxs və qrupun digər üzvü arasında aparılan telefon danışıqları və “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə aparılan yazışmaların məzmunu və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Balakən rayonunda qeydiyyatda olan və ünvan 2 mənzil 53 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərində satışını təşkil etməsi barəddə məlumat daxil olmuş və həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün İdarə rəhbərliyinə raportla məruzə edilib, icazə alındıqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərara əsasən və əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun rəhbərlik edilməsi ona tapşırılmış, əməliyyat qrupunun üzvləri kimi isə həmin idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 təyin edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx xxxx 2020-ci il tarixdə, saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park küçə 23, bina 14-ün yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində daşıması və satmasında şübhəli olduğu bildirilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Saxlanılmış şəxsin hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədi ilə Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı tərəfindən dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Bürosunun vəkili X19 təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilərək, tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axlarış və götürmə aparılması haqqında» xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmiş və üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmasından əvvəl həmin qərarla Təqsirləndirilən şəxs tanış edilmiş və heç bir etirazı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə eyni cinsdən olan Şahid4 prosessual hərəkətdə iştirak etmək üçün dəvət olunmuşdur. Şəxsi axtarış əməliyyat müvəkkili Şahid2 tərəfdən mobil telefon vasitəsilə video çəkilişdən istifadə edilməklə aparılmağa başlamış və bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibində saxladığı iki ədəd qara rəngli sellofan bükümləri təqdim edərək bükümlərin birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibidnən özünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, iki ədəd “xxxx”a məxsus plastik kart və yaşadığı mənzilə aid olan açarları təqdim etmişdir Təqdim olunan iki ədəd sellofan bükümlərə baxış keçirilərkən bükümün birinin içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metafetaminə bənzər kütlə, ikinci bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin bükümlər ayrı-ayrı elektron tərəzinin üzərinə qoyulmaqla çəkildiyi zaman, kristal şəkilli maddənin çəkisinin 11,2 qram, qəhvəyi rəngli maddənin çəkisinin isə 82,1 qram olduğu müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə onunla eyni cinsdən olan Şahid4 tərəfindən keçirilmiş şəxsi axtarış zamanı əlavə heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Daha sonra isə aşkarlanmış həmin maddələr bir ədəd zərfin içərisində qablaşdırılaraq, qeydiyyat aparılmaqla götürülmüşdür. Sorğu zamanı Nigar Qistarova təqdim etmiş olduğu maddələri bir neçə ay öncə Bakı şəhəri “Torqoviy küçəsi” kimi tanınan Bakı şəhəri, Nizami küçəsində gəzişərkən tanış olduğu əslən İran İslam Respublikasından olan “Məmməd” adlı şəxsin ona göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dediyinə görə “Məmməd” adlı şəxs həmin maddələri Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “İrşad Electronics” mağazasının yaxınlığında müəyyən bir gizli yerə qoydurduqdan sonra Nigara həmin yeri izah etmiş və Nigar da həmin maddələri götürüb “Məmməd”in dediyi yerlərə qoymuçdur. Bunun müqabilində də “Məmməd” Nigara məxsus bank kartlarının hesabına pul köçürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda da, həmin maddələrdən olduğunu qeyd edib, evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdiyi üçün, elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park küçə 23, bina 14 saylı ünvanda yerləşən 53 saylı mənzilə Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış təhqiqatçı tərəfindən aparılmaqla, istintaq hərəkətində əməliyyat qrupu, Təqsirləndirilən şəxs, müdafiəçisi də iştirak etmişdir. Baxış zamanı həmin mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs bir qədər öncə evdə saxlamasını bildirdiyi narkotik vasitələri təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs da həmin maddələri yataq otağında saxladığını bildirəndən sonra mənzilin yataq otağına keçmişlər. Orada Təqsirləndirilən şəxs həmin otaqda olan bənövşəyi rəngli kiçik ölçülü divanın alt hissəsində olan saxlanc yerindən iki ədəd şəffaf rəngli sellofan torbanı, bir ədəd sarı rəngli sellofan torbanı, bir ədəd içərisində həblər olan şəffaf sellofan torbanı, bir ədəd plastik qab və bir ədəd içərisi boş olan karton qutunu təqdim edərək yerə qoymuşdur. Bundan sonra boş qutudan başqa bütün təqdim olunan əşyalar masanın üzərinə qoyulmuş, göy rəngli qapağı olan plastik qaba baxış keçirilərkən, həmin plastik qabın içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metafetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Sarı rəngli sellofan paketə baxış keçirilən zaman oradan bir ədəd elektron tərəzi, bir ədəd alışqan, bir ədəd qayçı və bir ədəd üzərində qəhvəyi rəngli maddələr olan gümüşü rəngli qaşıq aşkar edilmişdir. Şəffaf rəngli sellofan paketlərin birinin içərisindən qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə, digər şəffaf sellofanda isə qara rəngli narkotik vasitə olan həşiş qətranına bənzər maddənin olması müəyyən edilmişdir. Sonuncu şəffaf rəngli sellofan paketə baxış keçirilən zaman oradan 10 ədəd konvalyutda ümumi sayı 100 ədəd olan üzərində “Tramadol” sözü yazılmış həb, bundan əlavə paketin içində əlavə olaraq iki ədəd tam, bir ədəd də yarımçıq vəziyyətdə olan üzərində FM-40 yazısı olan həblər aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş bütün maddələr ayrılıqda elektron tərəziyə qoyularaq çəkilmiş və məlum olmuşdur ki, plastik qabda olan ağ rəngli kristal şəkilli maddə 885 qram, heroinə bənzər qəhvəyi rəngli maddə 996 qram, digər qara rəngli kütlənin çəkisi isə 138 qramdır. Qeyd olunan bütün maddələr bir neçə paketdə qablaşdınldıqdan sonra hər bir paket ayrılıqda iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs mənzildə başqa heç bir qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra isə mənzildə saxlanması ehtimal edilən digər maddələri aşkar etmək məqsədi ilə mənzilə baxış keçirilmiş, mənzilin iki yataq otağı, bir qonaq otağı, sanitar qovşağı və bir ədəd dəhlizdən ibarət olması müəyyən edilmişdir. Baxış zamanı sübut əhəmiyyətli heç bir əlavə maddə aşkarlanmamışdır. Aşkar edilərək götürülmüş maddələr barədə sorğu edilərkən Təqsirləndirilən şəxs bütün həmin maddələrin “Məmməd” adlı şəxs tərəfindən satış məqsədi ilə göndərildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş X2 əməliyyat müvəkkilləri X14 və Şahid3 digər Şahid1lə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 01 radələrində Baş X2 yaxınlığından keçən zaman ona özlərini polis əməkdaşları kimi təqdim edib mülki geyimdə olan şəxslər yaxınlaşaraq, Baş Narkotiklərlə Mübarizə İdarəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan bir nəfər qadının saxlanıldığını və üzərinə keçiriləcək şəxsi axtarışda eyni cinsdən olan nümayəndə qismində iştirak etməsini xahiş etmişlər. O, həmin şəxslərə razılığını bildirəndən sonra onlar Baş İdarənin İnzibati Binasında otaqların birinə keçmişlər, orada əvvəllər tanımadığı əynində açıq yaşıl rəngli gödəkçə və hərbi rəngli şalvar olan Təqsirləndirilən şəxs adlı bir cavan qız və onun vəkili ona təqdim olunmuşdur. Həmin vaxt Nigara hüquqları izah olunmuş və üzərinə keçiriləcək şəxsi axtarışın videogörüntü ilə olacağı barədə xəbərdarlıq edilmişdir və Nigar buna etiraz etməmişdir. Polis əməkdaşlarından biri bütün prosesi mobil telefon vasitəsi ilə video lentə alırmış. Bundan sonra Nigara paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkcənin sol yan cibindən iki ədəd qara rəngli sellofan bükümləri təqdim etmişdir. Bükümlərin birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Daha sonra həmin qız gödəkçəsinin sağ yan cibindən özünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsini, iki ədəd “xxxx” tərəfindən verilmiş göy rəngli plastik kartlar və yaşadığı mənzilə aid olan açarı təqdim etmişdir. Təqdim olunan iki ədəd sellofan bükümlərə baxış keçirilmişdir. Bükümün birinin içərisində ağ rəngli, xırda kristal şəkilli kütlə, ikinci bükümdə isə qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyulmaqla çəkilmişdir. Nigar qeyd olunanlardan əlavə üzərində başqa heç bir şeyin olmadığını bildirmişdir. Nigarın üzərindən aşkar edilmiş həmin maddələr zərfdə qablaşdırılmışdır, zərfə imza edildikdən sonra Nigara izah edilmişdir ki, üzərindən götürülmüş telefonla iki ədəd plastik kart və şəxsiyyət vəsiqəsi istintaq əhəmiyyəti kəsb etdiyindən götürülməlidir, lakin mənzilinin açarı özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarışı sənədləşdirən şəxsin işarəsi ilə o, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirməyə başlamışdır. Belə ki, gödəkçəsinin, şalvarının bütün ciblərinə bir-bir baxmış, bundan sonra Nigar əynində olan idman ayaqqabılarını da soyunmuş və o, ayaqqabılarının içinə baxmışdır. Bunlara baxmayaraq Nigarın üzərindən əlavə heç bir maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddələr barədə Nigardan sorğu edilərkən bildirmişdir ki, təqdim etmiş olduğu maddələri bir neçə ay öncə Bakı şəhərinin “Torqovı” deyilən yerdə tanış olduğu əslən İran İslam Respublikasından olan ''Məmməd’' adlı şəxsin göndərişi ilə əldə etmişdir. Belə ki, dediyinə görə həmin "Məmməd'' adlı şəxs qeyd edilən maddələri Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “İrşad Electronics” mağazasının yaxınlığında müəyyən bir gizli yerə qoydurmuş və sonradan Nigara həmin yeri izah etdikdən sonra o, həmin maddələri götürüb “Məməd”in dediyi yerlərə qoymaqla bunun müqabilində sonuncu Nigara məxsus bank kartlarına onun hesabına pul köçürürmüş. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvanda da, həmin maddələrdən vardır və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olundu və onlar hamısı həmin protokola imza etmişlər. (cild 01, iş vər 186-189) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddləri ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. (cild 01, iş vər. 1- 2) xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş X2 İİEƏTŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 İdarənin rəisinə rapotla məruzə edərək, xx.xx.2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatında Balakən rayonunda qeydiyyatda olan Abşeron rayonu, Xırdalan şəhəri AAAF park küçə 23,bina 14, mənzil 53 ünavında yaşayan X6 narkotik vasitəni satış məqsəsi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması, gəzdirməsi və Bakı şəhərində satışını təşkil etməsinin bildirilməsini qeyd edib, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupunun yaradılmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə və əməliyyat məlumatında adı qeyd olunmuş şəxsin saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 01, iş vər 4) “Şübhəli şəxsin tutulması” haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdə, saat 00:30-da Baş X2 inzibati binasında müdafiəçisinin iştirakı ilə tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixi, saat 23:30-dan tutulmuş hesab edilmişdir. (cild 01, iş vər. 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X5 tərəfindən, polis əməkdaşlarının, Şahid4, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında, əlindəki selofan torbada və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimaletməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxx 2020-ci il tarixli qərara əsasən Baş X2 inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı aparılan video çəkilişin Daxili İşlər Nazirliyinin Baş X2 baş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən aparılacağı elan edilmiş, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə prosedurlar həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış 01:00-da başlamışdır. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında, və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkcənin sol yan cibində saxladığı 2(iki) ədəd qara rəngli sellofan bükümü təqdim edərək bükümlərdən birinin içərilərində narkotik vasitə olan heroin, ikinci bükümdə isə psixotrop maddə olan metafetamin olduğunu söyləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd “Samsung" markalı mobil telefon, özünəməxsus 1 (bir) şəxsiyyət vəsiqəsi,“KapitalBank”a məxsus 2(iki) ədəd plastik kartı və yaşadığı mənzilin açarını təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsiyyət vəsiqəsi, mobil telefonu, iki ədəd plastik kartı və mənzilin açarı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra həmin qara rəngli sellofan bükümlərə baxış keçirimiş və baxış zamanı birinci bükümün içərisindən ağ rəngli kristal şəkilli psixotrop maddə metafetaminə bənzər kütlə, ikinci bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş iki bükümdə olan həmin maddələr ayrı ayrılıqda sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, birinci bükümdə olan ağ rəngli kristal şəkilli maddənin çəkisi 11,2 (on bir tam onda iki) qram, içərisində qəhvəyi rəngli maddə olan ikinci bükümün çəkisi isə 82,1 ( səksən iki tam onda bir) qram olması müəyyən edilmişdir. Aşkar olunmuş maddələr 01 ədəd ağ rəngli, içərisi boş olan zərfə qoyularaq üzəri DİN-in “Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Qablaşdırılmış zərfin üzəri Təqsirləndirilən şəxs, vəkil Kərim Bağırov və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı onun əynində olan açıq yaşıl rəngli gödəkcəsinin ciblərindən, əynindəki tünd yaşıl rəngli şalvarının ciblərindən və ayaqqabılarından heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri Bakı şəhəri, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “İrşad Electronics" mağazasının yaxınlığındakı yolun qırağından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni ona təxminən 6-7 ay bundan öncə Bakı şəhəri, "Torqovıy" deyilən ərazidə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi bildiyi "Məmməd" adlı şəxsin göndərdiyini qeyd etmişdir. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs bundan öncə 2-3 dəfə ona deyilən yerdən narkotiki vasitələri götürərək "Məmməd" adlı şəxsin ona dediyi yerlərə qoyduğunu, bunun müqabilində isə ona məxsus karta təxminən 1000-1500 manat pul göndərildiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə saxladığını və həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Müdafiəçi Bağır Kərimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman ona polis əməkdaşları tərəfindən zor tətbiq edilib edilməməsi soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilmədiyini söyləmişdir. Şəxsi axtarış xx xxxx 2020-ci il tarixdə saat 01:11-də yekunlaşmışdır. Aparılan videoçəkiliş 1 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 30-32) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi küçə 23, mənzil 53-ə polis əməkdaşları tərəfindən baxış kçeirilməsinə etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər. 34) “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X5 tərəfindən, polis əməkdaşlarının, Şahid4, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində aşkar edilmiş psixotrop maddə olan metafetaminə və narkotik vasitə heroinə oxşar maddədən yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi küçə 23, bina 4, mənzil 53 ünvanında da saxladığını bildirmiş, bundan sonra onun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi küçə 23, bina 14 mənzil 53 ünvanına ünvana gedilmişdir. Mənzilə baxış mənzilin dəhlizində başlanılaraq, mənzilə baxış keçirilən zaman aparılan video çəkilişin Daxili İşlər Nazirliyinin Baş X2 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 tərəfindən aparılacağı elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 236.4 və 236.8-ci maddələrinin tələblərinə əsasən əməliyyat-axtarış tədbiri videoçəkiliş aparılmaqla keçirildiyinə görə hal şahidləri dəvət olunmamışdır. Bundan sonra iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs həmin ünvanda tək yaşadığını və oğlu və anasını Balakən rayonuna göndərdiyini, həmin ünvanda tək yaşadığını bildirmişdir. Mənzilin dəhlizində olan zaman şəxsi axtarış zamanı yaşadığı mənzilində saxladığını bildirdiyi narkotik vasitələr təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, yaşadığı mənzilin girişdən sağ tərəfdə yerləşən yataq otağında həmin maddələri saxladığını bildirib, saxladığı yeri göstərə biləcəyini söyləmişdir. Bundan sonra yataq otağına daxil olunmuşdur. Orada Təqsirləndirilən şəxs otaqda üzəri bənövşəyi rəng olan kiçik ölçülü divanın altındakı saxlanc yerindən 2(iki) ədəd şəffaf rəngli sellofan torbanı, 1 (bir) ədəd sarı rəngli sellofan torbanı, 1 (bir) ədəd içərisində həblər olan şəffaf sellofan torbanı, 1 (bir) ədəd plastik qabı və 1( bir) ədəd içərisi boş olan karton qutunu təqdim edərək yerə qoymuşdur. Təqdim edilmiş karton qutu boş olduğu üçün təhqiqatçı tərəfindən götürülməmişdir. Yerə qoyulmuş sellofan torbalar və plastik qab isə götürülərək baxış keçirilməsi üçün masanın üzərinə qoyulmuşdur. İlk növbədə təqdim edilmiş açıq göy rəngli qapağı olan plastik qaba baxış keçirilmişdir. Baxış zamanı həmin plastik qabın içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metafetaminə bənzər maddə olması müəyyən edilmişdir. Sarı rəngli sellofan paketə baxış keçirilən zaman oradan 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd qayçı və 1 (bir) ədəd üzərində qəhvəyi rəngli maddələr olan gümüşü rəngli qaşıq aşkar edilmişdir. Şəffaf rəngli sellofan paketlərdən birinin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər maddə, digər şəffaf sellofanda isə qara rəngli narkotik vasitə olan həşiş qətranına bənzər maddə olması müəyyən edilmişdir. Sonuncu şəffaf rəngli sellofan paketə baxan zaman oradan 10 (on) ədəd konvalyutda ümumi sayı 100 (yüz) ədəd olan üzərində "Tramadol” sözü yazılmış həblər aşkar edilmişdir. Həmin sellofan paketə baxış keçirilən zaman bundan başqa oradan 2(iki) ədəd tam halda olan və 1 (bir) ədəd yarısı kəsilmiş halda olan, üzərində “FM-40” yazısı həkk olunmuş həblər aşkar edilmişdir. Aşkar olunmuş həmin maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilməyə başlanılmışdır. İlk növbədə plastik qabda olan kütlə eletron tərəzi ilə çəkilmiş və çəkisinin 885 (səkkiz yüz səksən beş) qram olması müəyyən edilmişdir. Bundan sonra ağ rəngli şəffaf sellofan torbada olan qəhvəyi rəngli maddənin 996 (doqquz yüz doxsan altı) qram olması müəyyən edilmişdir. Digər sellofan torbaya baxış keçirilən zaman isə orada olan kütlənin 138 (yüz otuz səkkiz) qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılmağa başlanılmışdır. İlk növbədə plastik materialdan olan qab içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra şəffaf rəngli sellofan paketdəki qəhvəyi rəngli kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Sonuncu ağ rəngli şəffaf rəngli içərisində həblər olan sellofan paket, narkotik vasitə həşiş qətranına bənzər maddə, eletron tərəzi, üzərində narkotik vasitənin izləri olması güman edilən gümüşü rəngli qaşıq zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış 3 ədəd zərfin üzəri zərflə möhürləndikdən sonra tərəflər imzalamışlar. Təqsirləndirilən şəxs təqdim etdiklərindən başqa yaşadığı ünvanda qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra mənzilin digər otaqlarına da baxış keçirilməyə başlanılmışdır. Mənzilin ümumilikdə iki yataq otağı, bir mətbəx, bir qonaq otağı və bir dəhlizdən ibarət olması müəyyən edilmişdir. Digər otaqlara və həmin otaqlarda yerləşən dolablara təhqiqatçı tərəfindən baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin aşkar edilmiş maddələri ona İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Məmməd” adlı şəxsin satış məqsədilə göndərdiyini söyləmişdir. Aparılan video çəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. (cild 01, iş vər 36-38) Materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1431 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan..2” sözləri yazılmış paketdəki (paket №1) bir ədəd plastik qabda təmiz çəkisi 760,00 qram ola ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir; üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri yazılmış paketdəki (paket №2) bir ədəd sellofan torbada təmiz çəkisi 135,00 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 10 ədəd üzərilərində "T-DOL-200 07 2022” göstəriciləri olan dərman konvolyutunda 100 ədəd (hər konvolyulda 10 ədəd olmaqla) qırmızı rəngli dairəvi formalı dərman həbləri əsas təsiredici maddəsi tramadoldur və həmin həblərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 20,00 qram təşkil edir. 2 ədəd bütöv və 1 ədəd 1/2 hissə açıq-qəhvəyi rəngli "F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,100 qram təşkil edir. Bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metafetaminə və bir ədəd gümüşü rəngli qaşığın səthində narkotik vasitə heroinə məxsus izlər vardır; -üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış paketdəki (paket №3) bir ədəd sellofan torbada təmiz çəkisi 985,00 qram olan qəhvəyi rəgli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış paketdəki (paket №4) bir ədəd sellofan bükümdə təmiz çəkisi 80,545 qram olan qəhvəyi rəgli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 10,477 qram ola ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir. 1№-li kağız paketdəki metafelaminlə 4 №-li kağız paketdəki metafetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 2, 3 və 4 №-li kağız paketdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İz mikrohissəcİkləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Qeyd: 1 №-li zərfdəki metafetaminin təmiz çəkisi - 760,00 qr, tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 759,95 qr. 1№-li zərfdəki heroinin təmiz çəkisi -135 qr, tədqiqata sərf edildi - 0,05 qr, qalıq 134,95 qr. 2№-li zərfdəki tramadol həblərinin ümumi sayı - 100 ədəd həb, tədqiqata sərf edildi - 1 həb, qalıq - 99 həb. 3№-li zərfdəki metadonun həblərinin ümumi sayı - 2,5 ədəd həb, tədqiqata sərf edildi - 1 həb, qalıq - 1,5 həb. 4№-İi zərfdəki heroinin təmiz çəkisi - 985,00 qr.. tədqiqata sərf edildi - 0,05 qr., qalıq 984,95 qr. 5 №-İi zərfdəki heroinin təmiz çəkisi - 80,545 qr., tədqiqata sərt edildi - 0,05 qr., qalıq 80,495 qr. 6 №-li zərfdəki metafetaminin təmiz çəkisi-10,477 qr., tədqiqata sərt edildi- 0,05 qr., qalıq 10,427 qr. (cild 01, iş vər. 47-55) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-896/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarından görünür ki, vəsatət və təqdimata məhkəmə iclasında baxılarkən Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək törədilmiş əməlində özünü təqsirli bildiyini, həmin narkotik vasitələri "Məmməd" adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə etdiyini, həmin şəxsi 6-7 ay müddətində tanıdığını, görəcəyi işin müqabilində pul qazanmaq məqsədi ilə bu işdə Məmmədə kömək etməsini özünün sonuncudan xahiş etdiyini, “Məmməd’in sosial şəbəkə vasitəsilə ona Bakı şəhərində narkotik vasitənin olduğu yeri deməsini, özünün də “Məmməd”-in dediyi koordinatlarla həmin maddələri tapıb götürərək yaşadığı evə apardığını, ona bildirilən zamanlarda bağlamalardan elektron tərəzidə çəkib ayıraraq deyilən yerlərdə sonradan gizlətdiyini və ümumilikdə bu işə görə 4000 manata yaxın pul qazandığını bildirmişdir. Məhkəmənin qərarı ilə vəsatət və təqdimat təmin edilmiş və X6 barəsində həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01. 100-103) “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin müstəntiqi Elxan Tağızadə tərəfindən Təqsirləndirilən şəxs götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş «Samsung» markalı, «A10S» modelli mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır və üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri vardır. Mobil telefonun «Kontaktı» qovluğunda +**********21 saylı, +**********06 saylı, +**********07 saylı İran İslam Respublikasına məxsus nömrələr üzərində müvafiq qaydada «S», «Seid» «Seid» adları qeyd olunmuşdur. Bundan başqa, mobil telefon aparatının "SMS” qovluğuna keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ilə "S” adı ilə qeyd olunmuş +**********21 saylı İran İslam Respublikasına məxsus nömrə istifadəçisi arasında yazışma olduğu məlum olmuşdur. Daha sonra mobil telefon aparatına yüklənmiş "Whatsapp” ünsiyyətmübadilə sosial şəbəkə tətbiqində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi profilinə, daxili yaddaşında olan şəkil və videolara baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs ilə həmin sosial şəbəkədə İran İslam Respublikasına məxsus olan +**********21 saylı nömrə ilə "S” adı ilə qeydiyyatdan keçmiş istifadəçi arasında yazılı və səsli yazışma olduğu məlum olmuşdur. Həmin yazışmalara baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən “S” adlı kontakta xx.xx.2020-ci il tarixdə, saat 23:13-də "223 arxa sağ..maşın var onun duz arxasında...divara tərəf baxsınlar bir az”, həmin tarixdə "S” adlı kontaktın Təqsirləndirilən şəxs "Özün düş bax gör götürüblərmi, keçəndə maşının şəklini çək, uzaqdan bax, yaxına getmə”, xx.xx.2020-ci il tarixdə saat 14:40-da "50 torpaq 5 ag..10 derman..”, xx.xx.2020-ci il tarixdə saat 19:15-də "Ömrüm 10 dene ağdan hazırla... 100 torpaq hazırla qoy...o ağın yekesini qoy” sözlərini yazması, daha sonra, Təqsirləndirilən şəxs ilə həmin sosial şəbəkədə İran İslam Respublikasına məxsus olan +**********07 saylı nömrə ilə "Seid” adı ilə qeydiyyatdan keçmiş istifadəçi arasında yazılı və səsli yazışma olduğu məlum olmuş, həmin yazışmalara baxış keçirilən zaman xx.xx.2020-ci il tarixdə saat 21:06-da "Seid” adlı kontakt Təqsirləndirilən şəxs "25 torpaq 10 ağdan hazırla, birde ağın böyüyünü götürersen”, həmin tarixdə saat 21:29-da "2 dene 100 hazırla, elesgere de 100 torpaq 1 ag...elvine 25 torpaq 10 ag böyük daşdan götür..”, həmin tarixdə saat 21:51-də "ömrüm elesger ordadı, onunkin atarsan, obirisi gelir..elesgerinkini birinci atarsan...” xx.xx.2020-ci il tarixdə saat 22:09-da Təqsirləndirilən şəxs cavab olaraq "223 arxa sag..elesger olan...hamısını ata bilmedin...çox adam var..kişi oturub siqaret cekir orda..abyektimi mesgul edib ogrash....119 qabaq sağ 100 olan...” həmin vaxt "Seid” adlı kontakt "ne rengdi masın..obirisi 100 de at basqa yere..elvininkini axırda atarsan..” sözlərini yazması, xx.xx.2020-ci il tarixdə saat 22:26-da Təqsirləndirilən şəxs həmin kontakta “223 qabaq teker sağ” sözlərini, xx.xx.2020-ci il tarixdə saat 17:38-də “Seid” adlı kontaktın Nigar Qistarovaya “250 bir 1xx xxx 1400 bir 100 bir 200 bir 200 bir...2300 olmalıdır kartda...Öz pulunu götür..950 götür..dayıgilə ondan 8300 vur, qalanı özüvün, sənin” sözlərini, xx.xx.2020-ci il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs “Seid” adlı kontakta “223 arxa sağ teker” sözlərini, xx.xx.2020-ci il tarixdə saat 23:48-də “Seid” adlı kontaktın Təqsirləndirilən şəxs “ömrüm 15 dənə ağ, 20 torpaq hazırla...2 dənə ağ 2 dənə torpaq da bağla onun üstünə qoy” sözlərini yazması müəyyən edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün BMCMİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (cild 01. iş vər. 105-106) Balakən rayon İcra hakimiyyəti Şərif kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 42 nömrəli, xx.xx.2020-ci il tarixli xasiyəytnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə onun barəsində heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. (cild 01, iş vər. 128) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarilxi, 5(005)- 715/2020 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və qohumları X10 və X3 adına “xxxx” ASC-də bank hesabının olub-olmaması və hansı nömrəli bank hesablarının qeydiyyata alınması, həmçinin **********327605 və **********823831 nömrəli bank hesablarına dair məlumatlar, hesabların kimin adına qeydiyyata alınması, həmin bank hesablarına hazırkı vaxtadək hansı elektron mənbələrdən hansı üsulla və hansı məbləğlərdə pul vəsaitlərinin köçürüldüyü, hesablardan bu vaxtadək hansı tarixlərdə, hansı məbləğlərdə pul vəsaitlərinin kimlər tərəfindən çıxarıldığı, ümumilikdə hansı məbləğdə pul vəsaitlərinin hesablardan çıxarıldığına dair maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti barədə şəxsi və kommersiya sirri təşkil edən məlumatlar, eləcə də həmin bank hesabları üzrə bankomatlarda pul əməliyyatları həyata keçirilən zaman qeydə alınmış foto və video görüntülərin “xxxx” ASC-dən götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 142-143) “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında" xx xxxxxxxx 2020-ci il tarxli protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 13744 saylı məktubla müşaiyət olunan 01 ədəd diskə müstəntiq tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələrinin hər ikisi onun öz adına qeydiyyata alınmışdır. Baxış zamanı ***-***-**-** saylı GSM nömrəyə aid zəng və anten məlumatlarının olmaması, SMS bölməsində isə istintaq əhəmiyyəti kəsb etməyən az sayda qısa ismarıcların olması müəyyən edilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinə aid olan məlumatların SMS bölməsinə keçirilən baxış zamanı həmin nömrə ilə İran İslam Respublikasına məxsus **********21 saylı mobil telefon nömrəsinin istifadəçisi ilə yazışmaların olması müəyyən edilmişdir. Qeyd edilən mobil telefon nömrəsinə aid olan ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlardan məlum olmuşdur ki, qeyd edilən nömrəyə aid ötürücü antenalar əsas etibarı ilə Abşeron rayonu Xırdalan şəhəri, Tağıxayev küçəsi, Kristal Abşeron və AAAF Park ərazisində, Təqsirləndirilən şəxs konkret olaraq ifadəsində bildirdiyi kimi xx xxxx 2020-ci il tarixdə isə ünvan 5 ünvanlarda qeydə alınmışdır. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən başqa hal aşkar edilməmişdir. Bu səbəbdən həmin bir ədəd CD disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 01, iş vər 161) “Baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in İAMAS-dan götürülmüş MAPS-uçot xəritəsinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, o, C02661328 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 18:14-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 15:28-də həmin sənəddən istifadə etməklə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 20:33-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 18:05-də həmin sənəddən istifadə etməklə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 18:11-də Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 15:26-da həmin sənəddən istifadə etməklə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 01:50-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarətburaxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 17:57-də həmin sənəddən istifadə etməklə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 22:30-da Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 19:51-də həmin sənəddən istifadə etməklə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 21:55-də Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci i! tarixdə saat 23:47də həmin sənəddən istifadə etməklə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 02:48-də Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 00:02-də həmin sənəddən istifadə etməklə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 23:18-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş. xx.xx.2020-ci il tarixdə saat 01:50-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Sonuncu dəfə də xx.xx.2020-ci il tarixdə saat 01:17-də Azərbaycan Respublikasının dövlət sərhədini Biləsuvar nəzarət-buraxılış məntəqəsindən X18 keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 23:05-də həmin sənəddən istifadə etməklə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. (cild 01, iş vər 174-175) Abşeron Rayon Məhkəməsinin 5(012)-175/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Baş X2 əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir.(cild 01, iş vər 180-181) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 183-184) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2668 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 01, iş vər 199-200) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin məcəllənin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif olunması, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ın 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunması və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əməllərində əvvəllər satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə təkrar əldə etmə və saxlama cinayətinin əlamətləri olmadığından qeyd olunan xüsusat üzrə onun barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, X10 və X11 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə Azərbaycan Respublikası DİN-nin Baş X2 Təhqiqat Qrupunun təhqiqatçı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən “baxış keçirilməsi haqqında” və “şəxsi axtarış və götürülmə aparılması haqqında” protokollar tərtib edilərkən videokamera vasitəsilə aparılmış çəkilişin əlavə olunduğu disklərin maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunması, “xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokolla iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar müəyyən edildiyinə görə həmin protokola əlavə edilmiş CD diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunması, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş 760,00 qram çəkidə psixotrop maddə metafetaminin ekspertiza tədqiqatında sonra qalan 759,95 qram çəkidə psixotrop maddə metafetamin, 135,00 qram çəkidə narkotik vasitə heroiniri ekspertiza tədqiqatından sonra qalan 134,95 qram çəkidə narkotik vasitə heroin, 100 ədəd tramadol həbinin ekspertiza tədqiqatından sonra qalan 99 ədəd tramadol həbi, 2,5 ədəd metadon həbinin ekspertiza tədqiqatında sonra qalan 1,5 ədəd metadon həbi, 985,00 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 984,95 qram çəkidə narkotik vasitə heroin, 80,545 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 80,495 qram çəkidə narkotik vasitə heroin, 10,477 qram çəkidə psixotrop maddə metafetaminin ekspertiza tədqiqatıda sonra qalan 10,427 qram çəkidə psixotrop maddə metafetamin, bir ədəd üzərində psixotrop maddə metafetaminin izləri olan elektron tərəzi və bir ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli qaşığın maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsəsləsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı mobil telefonun maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Məmməd" adlı şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək əldə edilməsi mənbəyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması, “xxxx” ASC-dən daxil olacaq məlumatların aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edildiyi mənbəyə görə ayrıca icraata ayrılacaq cinayət işində qiymət verilməsinin nəzərə alınması, cinayət işi üzrə olan bəzi sənədlərdə Təqsirləndirilən şəxs soyadı “Qistarova” kimi qeyd olunduğundan şəxsiyyət vəsiqəsinə əsasən bütün sənədlərdə təqsirləndirilən şəxsin soyadı “Qıstarova” formasında oxunması və Təqsirləndirilən şəxs yaşadığı mənzildə keçirilmiş baxış zamanı aşkar edilmiş dövriyyəsi qadağan edilmiş maddənin həşiş qətranı” deyil narkotik vasitə “heroin” olmasının nəzərə alınması qərara alınmışdır. (cild 01, iş vər. 201-221) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdarda psixotrop maddə və narkotik vasitələrin mənbə xüsusatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması, ********* nömrəli cinayət işinin materiallarından zəruri sənədlərin surətinin çıxarılmaqla ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (cild 01, iş vər. 248-249) Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında metadonun 1,6 qramdan yuxarı, heroinin 2 qramdan yuxarı, metafetaminin 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli Qanunu ilə təsdiq olunmuş «Güclü təsir edən maddələrin və onların külli miqdarının» Siyahılara əsasən «Tramadol hidroxlorid 100 mq-150 mq-200 mq. və daha artıq miqdarda)» dərman preparatı güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxildir. Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd «DVD» diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı həmin video görüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq video görüntülərdə öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli hesab etməyərək, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etməməsi və bundan xəbərsiz olması barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri özünü müdafiə xarakteri daşımaqla, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CMnin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında sadalanan tövsiyələri, iş materiallarında olan sübutlarla müəyyən edilmiş Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və külli miqdarda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan tanışı İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, qrupun digər üzvü ilə sıx əlaqədar olmaqla yuxarıda qeyd olunan cinayət əməllərini törətməsini, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini bildiyi narkotik vasitələrlə yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi ilə (narkotik vasitələrin əvvəlcədən götürüb saxlamaqla sifarişlərə uyğun olaraq qablaşdırıb yekun olaraq istehlakçılara çatdırılması ilə) istehlakçıların ödənişlərindən əldə olunan gəlirlə faktiki olaraq qaçaqmalçılıq cinayətinin icra edilməsi üçün əlverişli şərait (maddi baxımdan) yaratması, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi nəticəsində özünün də gəlir əldə etməklə cinayətlərin törədilməsində faktiki olaraq marağı və motivinin olması kimi işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi iş materiallarında olan sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Balakən Rayon Məhkəməsinin 2(019)-529/2014 nömrəli xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs və cavabdeh X15 ilə xx xxxxxx 2013-cü il tarixdə Balakən rayon Şərif kənd inzibati ərazi dairəsində 22 sayla qeydə alınmış nikah pozulmuş və azyaşlı xx xxxxxxx 2010-cu il təvəllüdlü Qıstarov Ruslan anası Təqsirləndirilən şəxs yanında qalmışdır. (cild 01, iş vərəqi 192-193) “Lanset klinikası” tərəfindən verilmiş ambulator müayinə kartından görünür ki, Təqsirləndirilən şəxs oğlu Ruslan Qıstarov hər iki gözün akamadasiya spazmı diaqnozlu xəstəlikdən əziyyət çəkir. (cild 01, iş vər. 195) X7 məxsus əlillik vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs atası X12 2-ci qrup əlildir. (cild 01, iş vərəqi 197) İşə əlavə olunmuş Balakən rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş 1085 nömrəli xx xxxxxx 2020-ci il tarixli tibbi arayışdan görünür ki, Balakən rayon sakini 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə həkim ginekoloqun müayinəsi və müalicəsində olmuşdur və nəzarətindədir. Xəstə daxil olan zaman şikayəti disfunksional qanaxmadan (tez-tez təkrarlanan), kəskin ağrılardan olmuşdur. Müayinə zamanı uşaqlıq ölçüləri böyümüşdür. Ginekoloji güzgü ilə müayinə zamanı uşaqlıq boyunun hipertrofiyası (böyüməsi), ödemi (iltihabı) və eroziyası (uşaqlıq boyunun yaraları) müəyyən edilmişdir. Müalicələr aparılmışdır, lakin yaxşılaşma təyin edilməmişdir. Xəstəyə cərrahi müdaxilə təyin olunmuşdur. Həkim ginekoloqun nəzarətində olmalıdır. Diaqnoz: metrroraqiya (qanaxma), uşaqlıq boynunun eroziyası (uşaqlıq boynunun yaraları), ağrı sindromu, uşaqlığın düyünlü fibromioması (uşaqlıq boynunun törəməsi). Məhkəmə istintaqı zamanı X15 barəsində sərhədkeçmə məlumatları sorğu edilmiş və müəyyən edilmişdir ki, X1 dəfə xx xxxxx 2019-cu il tarixdə Xanoba sərhəd nəzarət məntəqəsindən ölkə hüdudlarını tərk etmiş və sorğu olunan tarixədək geri qayıtmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli sərəncamı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli sərəncamlarından görünür ki, X17 Azərbaycan Respublikasının Füzuli rayonunun, Xocavənd rayonunun və Şuşa şəhərinin işğaldan işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidilik və şücayət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçu - əsgər olaraq “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs qadın olmaqla cərrahi müdaxiləyə ehtiyac duyan ginekoloji xəstəlikdən əziyyət çəkməsini, törətdiyi cinayət əməlini saxlandığı andan mahiyyət etibarı ilə səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təkbaşına himayəsində hər iki gözün akamadasiya spazmı diaqnozlu xəstəlikdən əziyyət çəkən yetkinlik yaşına çatmayan uşağının olmasını, atasının ikinci qrup əlil olmasını, qardaşının Vətən müharibəsində iştirak etməklə Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad olunmasına görə (Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasına) Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq medallarla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin olmaqla Təqsirləndirilən şəxs cinayətin törədilməsində hərəkətləri fərdiləşdirilməklə, onun cinayətlərin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətin hadisəsinin başa çatmasında rolu və iştirakının əhəmiyyəti də müəyyən edilməklə Təqsirləndirilən şəxs cəza təyini məsələsi müzakirə edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətlərin törədilməsinin təfərrüatı, yəni fakti olaraq aktiv cinayət əməllərinin əsas etibarı ilə qrupun digər üzvü tərəfindən törədilmiş olmasını, Təqsirləndirilən şəxs qrupun digər üzvünün təlimatları əsasında hərəkət etməsi təqsirləndirilən şəxsə münasibətdə onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik xarakterinin azalmasına dəlalət edən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə yuxarıda qeyd olunan hallarla yanaşı hazırki cinayət işi üzrə törədilmiş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri və mexanizmini də nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində dispozitiv xarakter daşıyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə, təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının himayəsində on dörd yaşına qədər uşağı olması əsası ilə təxirə salınması məqsədəmüvafiq deyildir. Bununla yanaşı Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər qohumları onun uşağını himayəyə götürmə barədə məhkəməyə müraciət etmədiklərinə görə təqsirləndirilən şəxsin himayəsində olan yetkinlik yaşına çatmayan oğlu Ruslan Qıstarovun nənəsi X4 yanında qalması nəzərə alınmalı və xx.xx.2010-cu il tarixdə doğulmuş Ruslan Qıstarovun gələcəkdə himayəyə verilmə məsələsi Balakən rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilməlidir. İş üzrə maddi sübutlar,- DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və cinayət işi üzrə müvafiq kespertiza tədqiqatarından sonra qalıq qalan 753,95 qram çəkidə psixotrop maddə metafetamin, 134,95 qram çəkidə tramadol həbi, 1,5 ədəd metadon həbi, 984,95 qram çəkidə narkotik vasitə heroin, 80,495 qram çəkidə narkotik vasitə heroin, 10,427 qram çəkidə psixotrop maddə metafetamin, bir ədəd üzərində psixotrop maddə metafetaminin izləri olan elektron tərəzi, bir ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli qaşıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd «Samsung» markalı, «A10S» modelli mobil telefonun hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə DİN BMCMİ-də istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirməsinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutun taleyi həmin cinayət işi üzrə həll edilənədək DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılması təmin edilməli, “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokolun qeydə alındığı 02 ədəd DVD disk və “xxxx” MMC-dən təqdim olunmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,-DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və cinayət işi üzrə müvafiq kespertiza tədqiqatarından sonra qalıq qalan 753,95 qram çəkidə psixotrop maddə metafetamin, 134,95 qram çəkidə tramadol həbi, 1,5 ədəd metadon həbi, 984,95 qram çəkidə narkotik vasitə heroin, 80,495 qram çəkidə narkotik vasitə heroin, 10,427 qram çəkidə psixotrop maddə metafetamin, bir ədəd üzərində psixotrop maddə metafetaminin izləri olan elektron tərəzi, bir ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli qaşıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd «Samsung» markalı, «A10S» modelli mobil telefonun hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə DİN BMCMİ-də istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirməsinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutun taleyi həmin cinayət işi üzrə həll edilənədək DİN BMCMİ-nin maddi sübutlar otağında saxlanılması təmin edilsin, cinayət işinə əlavə edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “Baxış keçirilməsi və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokolun qeydə alındığı 02 ədəd DVD disk və “xxxx” MMC-dən təqdim olunmuş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Təqsirləndirilən şəxs övladı xx.xx.2010-cu il tarixdə doğulmuş Ruslan Qıstarovun nənəsi X4 yanında qalması nəzərə alınsın və sonuncunun gələcəkdə himayəyə verilmə məsələsi Balakən rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-417/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-417/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver