Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-418/2021 10.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri: X6 və X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1953-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 11A, mənzil 16-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2019-cu il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 37 ünvanında yerləşən “Cehizlik qab-qacaq” mağazasının qarşısında Zərərçəkmiş şəxs ona olan pul borcunun bir hissəsini qaytarmamasına görə əlində olan bıçaqla Zərərçəkmiş şəxs 1 ədəd həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ittiham olunur ona görə ki, o, silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 19 radələrində ictimai yer olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 37 ünvanında yerləşən ev alqı-satqı ofisinin qarşısında heç bir əsaslı səbəb olmadan cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, adət-ənənələrlə və əxlaq normaları ilə qorunan davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, cəmiyyətdə mövcud olan əxlaq və mənəviyyat normalarına açıqca hörmətsizlik ifadə edib, aralarında olan pul borcunun vəd edilmiş vaxtdan gec ödənilməsini səbəb kimi göstərib əsassız olaraq Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, silah qismində istifadə etdiyi fişəngdən qəsdən atəş açaraq onu boğaz nahiyəsindən bir dəfə vurub ona boyunun ön səthinin qançırı və alt çənənin səthi sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 37 ünvanında yerləşən “Cehizlik qab-qacaq” mağazasının qarşısında Zərərçəkmiş şəxs ona olan pul borcunun bir hissəsini qaytarmasına baxmayaraq sonuncunun borcunu qaytarmamasını cüzi səbəb kimi bəhanə edərək, əsassız yerə münaqişə yaradıb ictimai qaydanı, habelə insanlar arasında təşəkkül tapmış davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, Zərərçəkmiş şəxs vurmaq məqsədilə arxasınca qaçaraq ona silah qismində istifadə etdiyi fişəngdən bir dəfə atəş açsa da, həmin atəş hədəfə dəymədiyi üçün qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, yenidən Zərərçəkmiş şəxs arxasınca qaçıb, onun qarşısını kəsərək xuliqanlıq niyyəti ilə əlində olan bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə döş qəfəsindən vurub ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edən, ürək-diafraqma bağı və diafraqmanı deşib-keçən, sol tərəfli hemopnevmotoraks və daxili qanaxma ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 25 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs yaşadığı Yasamal rayonu, Hüseyn Cavid prospekti 37 ünvanında yerləşən evinin qarşısında tikinti materialları mağazasını işlətmiş, bir neçə dəfə Rövşənin işlətdiyi tikinti materialları mağzasından nağd pulla tikinti materialları almış və həmin vaxtdan münasibəti yaranmışdır. 2012-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ondan 22.000 manat borc pul almış, borcundan 6000 manatını qaytarmış, qalıq 16000 manat pul borcunu bu günədək qaytarmamışdır. 2012-ci ilin iyun ayında Rövşən barəsində Yasamal RPİ-nə Rövşənin borcunun qaytarılması barədə ərizə ilə müraciət etmiş, lakin cinayət işi başlanılmayaraq ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Yasamal rayon Məhkəməsinə müraciət etmiş məhkəmə Rövşənin ona 6000 manat pul borcunun ödənilməsi barədə qərar çıxarmışdır. Məhkəmənin qərarından narazı qalsa da, apelyasiya şikayəti verməmişdir. Rövşəndən 16000 manat pul borcunun ödəməyini tələb etdiyinə görə aralarıdan bu zəmində dəfələrlə mübahisə olmuşdur. xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində Yasamal rayonu, H.Cavid prospektindəki ovçuluq mağzasından aldığı siqnal verici fişəng atan apartı götürüb içərisinə iki ədəd fişəng patronu qoyaraq borcunu istəmək üçün Rövşənin yaşadığı evin həyətinə bitişik olan ev alqı-satqı ofisinə getmişdir. Rövşən ofisdən çıxan kimi onu görüb qaçmaq istəyəndə əlində olan fişəng aparatı ilə Rövşəni bir dəfə vurmuş, həmin vaxt Rövşən qaçaraq ara küçələrə doğru getmişdir. Rövşənin ofisinə qayıdıb ofisdə oturan oğlana demişdir ki, “zəng elə Rövşənə gəlsin bura”, həmin oğlan da Rövşənə zəng edib onu gözlədiyini bildirəndə Rövşən telefonda onun ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra evə getmişdir. xx.xx.2019-cu il tarixdə, 17:30 radələrində fişəng atan aparatı içərisində olan 1 ədəd fişənglə birlikdə, həmçinin evin mətbəxindən götürdüyü qəhvəyi rəngli taxta dəstəyi olan bıçağı götürüb kəmərlə şalvarının arasında gizlədərək yenidən borcunu istəmək üçün Rövşənin yaşadığı evə getmişdir. Həmin vaxt Rövşən onu görən kimi özünə məxsus ofisə girmiş, təxminən 1-2 dəqiqədən sonra ofisdən çıxaraq ona daş atmağa başlamışdır, daşlardan biri sol qoluna, digəri isə sağ dizinə dəymişdir. Əlində olan fişəng atan aparatdan Rövşənə doğru bir dəfə fişəng atmış, lakin həmin fişəng Rövşənə dəyməmişdir. Rövşən qaçaraq yanından keçib evinin qabağındakı mağazanın qarşısına tərəf getmiş, onun ardınca gedən zaman görmüşdür ki, Rövşən mağzanın qarşısında dayanmış avtomobilin yanı ilə gedir, maşının arxa hissəsində Rövşənlə qarşılaşmış, əlbəyaxa olmuşlar, həmin vaxt əynində olan şalvarla kəmərinin alt hissəsində gizlətdiyi mətəbəx bıçağını çıxarıb Rövşənin sol döş qəfəsi nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Rövşən qaçaraq ofisinin qarşısından təsadüfən keçən avtomobili saxladıb oradan uzaqlaşmışdır. Evinə getdikdən sonra Yasamal RPİ-nin 28-ci polis bölməsinə gedərək Rövşəni bıçaqla vurmağı barədə məlumat verib mətbəx bıçağını könüllü polisə təhvil vermişdir. Baş vermiş münaqişəyə səbəb Rövşənin ona olan borcunu qaytarmaması olmuş, son illər Rövşən aldığı borcu qaytarmadığı üçün bir neçə dəfə mübahisələri olmuş, Zərərçəkmiş şəxs ailəsini telefonda söyməsinə və borcunu istəməyə gedərkən onu daşla vurub xəsarət yetirməsinə görə bıçaqla vurmuş, mübahisə 3-4 dəqiqə olmuş və həmin vaxtı ev alqı-satqısı ofisinin qarşısında onlardan başqa kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs 1 ədəd həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsindən ibarət olan törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2012-ci ildən tanıyır. O, 2012-ci ildə yaşadığı evin qarşısında tikinti materialları satan zaman Nadir gəlib bir neçə dəfə ondan tikinti materialları almışdır. Həmin vaxtdan onun Nadirlə tanışlığı yaranmışdır. Həmin ərəfələrdə Nadir ona demişdir ki, “gəl sənə 6000 manat borc pul verim işlərini qaydasına sal sonra qaytararsan.“ O da Nadirdən 6000 manat pulu almışdır ki, 2015-ci ildə qaytarcaq. Həmin pulla evini təmir etdirsə də, sonradan imkanı yaxşı olmadığı üçün Nadirdən aldığı borcu qaytara bilməmişdir. Bundan sonra onunla Nadir arasında münasibətlər pozulmuşdur. Nadir ona olan borcunu qaytarmamaqla bağlı ondan polisə və məhkəməyə şikayət etmişdir. xx.xx.2016-cı il tarixdə Yasamal rayon məhkəməsində onların işinə baxılaraq onun Nadirə olan 6000 manat borcunu qayatarmağı ilə bağlı qərar çıxarılmışdır. Həmin məhkəmə qərarına əsasən o, hər ay 200 və ya 300 manat olmaqla Nadirə poçt vasitəsilə borcunu ödəmişdir. Nadirin ağlı yerində olmadığı üçün o, pulların hamısını rəsmi qaydada Nadirə qəyyum təyin edilmiş Nadirin arvadı olan Şahid3 adına ödəmişdir. O, sonuncu dəfə Nadirə olan borcundan 2019-cu ilin may ayının 20-də 200 manat məbləğində yenə də poçt vasitəsilə ödəmişdir. Nadir ona olan borcu ilə bağlı ilk dəfə onun qapısına 2018-ci ilin oktyabr ayında gələrək pulunu istəmişdir. Həmin vaxt o, Nadirə bildirmişdir ki, ona olan borcunu hər ay poçt vasitəsilə arvadı Şahid3 adına ödəyir. Bundan sonra Nadir sakitləşərək çıxıb getmişdir. xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində o, yaşadığı Yasamal rayonu, H.Cavid prospekti 37 ünvanında yerləşən evinə bitişik olan icarəyə verdiyi “Ev alqı satqısı” ofisindən küçəyə çıxan zaman ofisin qarşısında Nadirlə üzbəüz gəlmişdir. Həmin vaxt Nadir onu görən kimi nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Nadirin onu təhqir edərək yaratdığı səs-küyə ətraf obyektlərdən olan çoxlu sayda tanımadığı şəxslər də küçəyə çıxaraq Nadirə irad bildirmişdirlər ki, söyüş söyməsin. Nadir həmin şəxslərin iradlarına məhəl qoymayaraq ağzına gələn küçə söyüşləri ilə onu təhqir etməkdə davam edərək əlində olan fişənglə onu bir dəfə boğaz nahiyəsindən vurmuşdur. Bu zaman onun boğazı qanadığı üçün o, qaçaraq Nadirdən uzaqlaşmışdır. Nadir yenə onu və ailəsini nalayiq söyüş ifadələri ilə təhqir edərək bir qədər onun arxasınca qaçsa da, ona çata bilməyib geri qayıtmışdır. O, dərhal tibbi müayinədən keçmək üçün Yasamal rayon məhkəmə tibbi ekspertiza şöbəsinə getsə də, axşam olduğu üçün orada heç kim olmadığından oradan yaşadığı evə qayıtmışdır. Nadirin fişənglə onun boğazına yetirdiyi xəsarətə görə fiziki ağrı çəkdiyi üçün həyat yoldaşı Əzimə Mirəyeva ona ilkin tibbi yardım göstərmişdir. Düşünmüşdür ki, Nadir əsəbi adamdır gedib ondan şikayət edərək münaqişəni daha da böyütməsin. Ona görə də o, xx.xx.2019-cu il tarixdə Nadirin onun boğazına yetirdiyi xəsarətlə bağlı şikayət etməmişdir. Bundan sonra həmin gün, yəni xx.xx.2019-cu il tarixdə, saat 17:30 radəsində o, bacanağıgilə getmək üçün evinə bitişik olan “Ev alqı satqısı” ofisindən küçəyə çıxan zaman görmüşdür ki, Nadir ona doğru gəlir. Həmin vaxt o, düşünmüşdür ki, Nadir dünən etdiyi kimi yenə ona yaxınlaşıb xəsarət yetirə bilər, bu səbəbdən yerdən bir neçə daş götürərək Nadirin ayaq hissəsinə doğru atmışdır ki, Nadir qorxub üzərinə gəlməsin. Lakin Nadir heç nəyə məhəl qoymaraq onu görən kimi nalayiq ifadələrlə onu ətrafda olan tanımadığı şəxslərin gözü qarşısında təhqir edib alçaldaraq üzərinə doğru gəlməyə başlamışdır. O isə Nadirə fikir vermədən oradan qaçaraq uzaqlaşmağa çalışmışdır ki, Nadir də çıxıb getsin. Bu məqsədlə o, Nadirin yanından qaçaraq evinin qabağında yerləşən “Cehizlik qab-qacaq” mağazasının qarşısına gəlmişdir. Bu zaman Nadir onu təhqir edib ardınca gedərək ona çatmağa çalışmışdır. Həmin vaxt o, “Cehizlik qabqacaq” mağazasının qarşısında səkidən avtomobil yoluna düşərək yolun kənarında dayanmış avtomobilin yanı ilə gedən zaman Nadir qəflətən həmin avtomobilin arxa hissəsində onun qarşısına çıxmışdır. Nadir onun qarşısına çıxan kimi bir əli ilə onun yaxasından tutub ağzına gələn söyüşlərlə onu təhqir edib özünə çəkən zaman o, sol döş qəfəsinin isindiyini hiss etmişdir. Həmin vaxt o, əlini sol döş qəfəsinə vuranda görmüşdür ki, döş qəfəsindən qan axır. Bu zaman Nadir yerində donub qalmışdır. O, Nadirə baxanda sonuncunun əlində bıçaq və həmin bıçağın tiyəsində qan ləkəsi görmüşdür. Başa düşmüşdür ki, Nadir onu bıçaqla sol döş qəfəsindən vurmuşdur. Bundan sonra o, dərhal oradan qaçıb uzaqlaşaraq təsadüfən yoldan keçən bir avtomobili saxlatdırıb əyləşərək X11 xəsatəxanasına getmişdir. Orada həkimlər ona ilkin tibii yardım göstrərək əməliyyat otağına aparmışlar. Bundan sonra o, özündə olmadığı üçün olanları xatırlamır. Daha sonra o, özünə gəldikdə onu xəstəxanada otağa yerləşdirmişlər. Bir daha bildirir ki, onun Nadirə 6000 manat borcu olmuş və Yasamal rayon məhkəməsinin qərarına əsasən həmin borcu Nadirə aybaay ödəmişdir. Nadir borcu bəhanə edərək ona xəsarət yetirmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs həmin vaxt onu heç bir əsaslı səbəb olmadan görən kimi anidən fişənglə boğaz nahiyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. O, almış olduğu xəsarətin yaratdığı ağrıdan dərhal qaçaraq oradan uzaqlaşadığı üçün ətrafda kimin olmasını və Nadirin ona xəsarət yetirməsinin kimlərin görməsini bilməmişdir. Nadir onu xx.xx.2019-cu il tarixdə Yasamal rayonu, H.Cavid prospekti 37 ünvanında yerləşən evinin qarşı hissəsinə bitişik “Cehizlik qab-qacaq” mağazasının qarşısından keçən avtomobil yolunun səki ilə birləşən hissəsində bir dəfə əlində olan bıçaqla sol döş qəfəsindən vuraraq xəsarət yetirmişdir. Həmin münaqişə zamanı Təqsirləndirilən şəxs onu bir dəfə əlində olan bıçaqla sol döş qəfəsindən vurduqdan sonra Nadir onun bədənindən qan axmasını görüb donub qalmışdır. Həmin vaxt Nadir istəsə ona daha ağır bədən xəsarətləri yetirə bilərdi. Lakin Nadir onun bədənindən qan axmasını görərək qorxub bir qədər arxaya çəkilmiş, o da qaçıb yoldan keçən avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Həmin münaqişə zamanı o, Nadiri görən zaman Nadir bir gün öncədən ona xəsarət yetiməsi səbəbindən Nadirin ona yaxınlaşmaması üçün ayağına doğru Nadiri çəkindirmək üçün daş atsa da, həmin daşların Nadirin hər hansı bir bədən nahiyəsinə dəyib-dəyməməsini görməmişdir. Həmin münaqişənin səbəbi Nadirlə arasında olan borc münasibətləri olmuşdur. Onların arasındakı münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt orada o, Nadir, “Ev alqı satqı ofisində” işləyən Raminin orada olmasını görmüşdür. Həmin vaxt başqa kimlərin onları görməsini bilmir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, lakin müalicə xərclərinin ödənilməsini tələb edir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci il tarixdən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 37 ünvanında yerləşən sonuncunun evinə bitişik “ev alqısatqı” ofisini icarəyə götürərək işlədir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adlı şəxslə arasında münaqişə olmasını 2018-ci ilin oktyabr ayında bilmişdir. Həmin vaxt o, Rövşən və hazırda xatırlamadığı şəxslər onun işlətdiyi “ev alqı-satqı” ofisinin qarşısında olan zaman həmin Nadir adlı şəxs oraya gələrək, Rövşənlə münaqişə edib borcunu tələb edən zaman Rövşən evindən qəbzlər gətirib göstərərək Nadirə olan borcunu hər ay ödədiyini bildirmişdir. Bundan sonra o, xeyli müddət Nadiri görməmişdir. xx.xx.2019-cu il tarixdə, 19 radələrində o, icarə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti 37 ünvanında yerləşən “Ev alqı satqısı” ofisində olan zaman Rövşən evindən gələrək ofisdən küçəyə çıxarkən o, partlayış səsi eşitmişdir. Həmin səsə o, dərhal ofisdən küçəyə çıxan zaman görmüşdür ki, Rövşən qaçaraq yolu keçir, Nadir də Rövşənin arxasınca qaçır. Həmin vaxt o, yerdə bir ədəd köz parçasının olduğunu görmüşdür. Həmin ərəfələr Ramazan ayı olduğu üçün o, iftara gedib geri qayıdanda görmüşdür ki, Rövşənin boğazı qanayıb. Nə baş verdiyini soruşduqda Rövşən bildirmişdir ki, ofisdən bayıra çıxan zaman Nadir əlində olan fişəngi partladaraq onun boğazına xəsarət yetirmişdir. xx.xx.2019-cu il tarixdə o, “ev alqı-satqı” ofisində olan zaman saat 17:30 radələrində Rövşən ona bildirmişdir ki, birazdan çıxıb gedəcək. O da Rövşənin ailəsi ilə birlikdə çıxacağını düşündüyü üçün narahat olmasınlar deyə iftar üçün özünə su almaq məqsədilə marketə getmişdir. Marketdən geri qayıdarkən görmüşdür ki, Rövşən onun işlətdiyi ofis tərəfdən durub dünən ona xəsarət yetirmiş Nadirə tərəf daş atır. Onların münaqişəsinə qoşulmamaq üçün Nadirin yanından keçib ofisə tərəf getmişdir. Həmin vaxt Nadir qaçaraq Rövşənin üzərinə gedəndə Rövşən onun yanından qaçıb evinin qarşısında yerləşən “Cehizlik qab-qacaq” mağzasına doğru getmişdir. Nadir də Rövşənin arxasınca həmin istiqamətdə qaçmışdır. Bir neçə dəqiqə keçməmiş görmüşdür ki, Rövşən əli ilə sol döş qəfəsini tutaraq ofisə tərəf gələrək, Nadirin onu bıçaqla vurmasını bildirib kömək istəyir. O da oradan keçən avtomobili saxlatdıraraq Rövşəni həmin avtomobilə oturdub xəstəxanaya yola salmışdır. Bundan bir qədər sonra hadisə yerinə polis əmkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmağa başlamışlar. Onun Nadirlə Rövşən arasında borc söhbətinin olmasından 2018-ci ilin oktyabr ayında məlumatı olmuşdur. Həmin münaqişə zamanı o, Rövşənin Nadirə doğru daş atmasını görsə də, həmin daşların Nadirə dəyib-dəyməməsini görməmişdir. Həmin münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt orada o, Rövşən, Nadir və tanımadığı şəxslər olmuşdur. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli evin birinci mərtəbəsini icarəyə götürüb saç ustası işləyib. Zərərçəkmiş şəxs təxminən 1 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs onun icarəyə işlətdiyi yerin ikinci mərtəbəsində yaşayır. xx xxx 2019-cu il tarixdə, saat 19 radələrində bayırdan səs-küy gəldiyini eşidib küçəyə çıxmışdır. Həmin vaxt Rövşən qaçaraq qarşısından keçib orada yerləşən “şərab evi”nin arxasına keçmişdir. Nadir də Rövşənin arxasınca qaçmışdır. Həmin vaxt Nadirin əlində qələmdən biraz qalın formada nəsə olmuş və onun içərisindən Rövşənə tərəf fişəng ataraq ucadan nalayiq söyüşlərlə Rövşəni söymüşdür. Rövşən qaçıb oradan uzaqlaşdığı üçün Nadir Rövşənə çata bilməmiş, Nadir öz-özünə danışa-danışa geri qayıtmış və Rövşənin ona borclu olduğunu, pulunu qaytarmadığını deyib danışmağa başlamışdır. Nadir əsəbi halda Rövşənin ünvanına nalayiq söyüşlər söyərək, sabah yenə gələcəyini deyərək getmişdir. Həmin gün axşam o, Rövşənlə həyətdə qarşılaşmış və Rövşənin boğazının altının yanaraq xəsarət almasını görmüşdür. Rövşəndən boğazındakı yaranı hansı şəraitdə almasını soruşduqda Rövşən ona Nadirin onu yaşadığı evin qarşısında aralarında olan borc məsələsinə görə fişənglə vurub xəsarət yetirməsini bildirmişdir. Səhəri gün yəni xx xxx 2019-cu il tarixdə, saat 17 radələrində o, işdə olan zaman yenə də həyətdən səs-küy gəldiyini eşidib küçəyə çıxarkən Rövşənin əlində daşlarla Nadirə tərəf daş atmasını, Nadirin də bir gün əvvəl əlində olan qələmə oxşar əşya ilə Rövşənə fişəng atmasını görmüşdür. Nadirlə Rövşən bir-birlərini nalayiq söyüşlərlə söymüşlər. Həmin vaxt Rövşənin əlində olan daşlar qurtarmış, Nadirin də atdığı fişənglər qurtarmışdır. Nadir Rövşənin üstünə gedib Rövşəni qovalamağa başlamışdır. Rövşən Nadirin yanından qaçaraq “Cehizlik qab-qacaq” mağazasının qabağında saxlanılmış avtomobilin arxasına qaçmışdır. Nadir də digər tərəfdən gedib Rövşəni tutmuşdur. Həmin vaxt Nadir üzərində olan bıçaqla Rövşənin döş qəfəsindən vurmuşdur. Rövşən qışqırıb Nadirin yanından qaçaraq onlara tərəf gəlmişdir. Rövşən əli ilə sinəsinin sol tərəfini tutaraq Nadirin onu bıçaqla vurmasını demişdir. Həmin vaxt Rövşən oradan təsadüfən keçən avtomobillərin birinə əyləşib xəstəxanaya getmişdir. Nadir isə Rövşəni vurduğu bıçağı cibinə qoyaraq Rövşəni söyə-söyə oradan uzaqlaşıb getmişdir. xx.xx.2019-cu il tarixdə, saat 17:30 radələrində Rövşənin atdığı daşlardan biri Nadirin sağ ayağına dəymiş, həmin vaxt o, Nadirin əlində olan fişəngə fikir verdiyi üçün digər daşların Nadirə dəyib dəyməməsini görməmişdir. Həmin vaxt Nadirin yenidən Rövşəni vurmaq imkanı olsa da, onu vurmamışdır. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, 1979-cu il tarixdə Nadirlə rəsmi qaydada nikaha daxil olmuş və həmin vaxtdan Nadir həbs olunduğu tarixə kimi onlar bir yerdə yaşamışlar. Nadir əvvəllər yaxşı olsa da, təxminən 2011-ci ildən etibarən psixi xəstəliyə düçar olmuşdur. Bundan sonra get-gedə Nadirin vəziyyəti ağırlaşmışdır. Nadir tez-tez evdə səbəbsiz yerə söz söhbətlər yaratmışdır. Zərərçəkmiş şəxs Nadirdən aldığı 22.000 manat borcunu qaytarmaması səbəbindən Nadirin psixi vəziyyəti daha da pozulmuşdur. Nadir psixi vəziyyəti ilə bağlı dəfələrlə bir və iki saylı X3 müalicə almışdır. Nadirin getdikcə halı pisləşdiyindən 2015-ci ildə onu məhkəmə psixiatrik ekspertizasından keçirmişlər və xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs 1000 saylı ekspertiza rəyinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Bundan sonra o, Bakı şəhəri, Yasmal rayonu, İcra Hakimiyyətinin Başçısının 327 nömrəli sərəncamı ilə Nadirə qəyyum təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə, saat 20 radələrində evdə olan zaman Yasamal RPİ-dən ona zəng edilib məlumat verilmişlər ki, Təqsirləndirilən şəxs ona borcu olan Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurub xəsarət yetirdiyinə görə şübhəli şəxs qismində həbs olunmuşdur. Rövşən əri Nadirdən aldığı 22.000 manat borcunu qaytarmaması səbəbindən onlar arasında münaqişələr olmuşdur. Bu barədə Yasamal rayon məhkəməsində işləri olsa da, orada Rövşən borcun hamısını yox 6000 manatını qaytarmağa söz vermişdir. Lakin buna baxmayaraq Rövşən onlara olan borcunu ödəməmişdir. Məhkəmədə dindirilmiş Şahid4 Xoşbəxt qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Əvnər oğlu onun əridir. Rövşənlə Təqsirləndirilən şəxs arasında pul borcuna görə münaqişə olmasından xəbəri vardır. xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində Rövşən çörək almaq üçün evdən bayıra çıxanda o, çöldə partlama səsi eşitmişdir. Lakin həmin səsə fikir verməyərək öz işlərinə davam etmişdir. Bundan bir saat sonra Rövşən evə qayıdanda Rövşənin boğazının qanadığını görmüşdür. Rövşən bildirmişdir ki, çörək almaq üçün çıxan zaman ev alqı-satqısı ofisinin qarşısında Nadir onu təhqir edrək, fişənglə boğazından vurmuşdur. Həmin vaxt evdə olan tibbi ləvazimatlarla Rövşənə ilkin tibbi yardım göstərsə də, səhərə qədər Rövşənin boğazı ağrımışdır. xx.xx.2019-cu il tarixdə, saat 17:30 radələrində onlar evdən çıxan zaman Rövşən bildirmişdir ki, Nadir gəlir, siz içəri keçin. Onlar evə girdikdən sonra Rövşən bayıra çıxmışdır. Həmin vaxt bayırda partlama səsi eşidib qapıdan bayıra çıxan zaman görmüşdür ki, evlərinin qarşısında çoxlu sayda şəxslər toplaşmışdır, lakin Rövşən yoxdur. Bir qədər sonra görmüşdür ki, Rövşən əlini ürəyinin üstünə qoyaraq Nadirin onu bıçaqla vurduğunu bildirib yoldan keçən avtomobili saxladıb həmin avtomobilə əyləşərək getmişdir. Nadir də Rövşəni təhqir edərək küçə ilə çıxıb getmişdir. Şahid5 cinayət işinin 1-ci cildinin 196-197-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, “2013-cü ildən Yasamal rayonu, S.İmanov küçəsi ilə H.Cavid prospektinin kəsişməsində yerləşən avtomobillərin saxlanıldığı dayanacaqda nəzarətçi işləyir. Zərərçəkmiş şəxs onun qonşusudur. O, bir neçə ildir ki, Rövşənlə Nadir adlı şəxsin arasında olan pul borcuna görə münaqişə etmələrindən xəbərdardır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində o, küçədə olan avtomobillərin saxlanılmasına nəzarət edən zaman Rövşənin ev alqı-satqısı ofisinin qarşısında Nadirlə münaqişə etməsini görmüşdür. Həmin vaxt Nadir Rövşəndən pulunu tələb etmişdir. Rövşən isə Nadirə borcunu ödədiyini demişdir. Həmin vaxt o, çay içmək üçün evinə getmişdir. Bir qədər sonra o, yenidən bayıra çıxanda eşitmişdir ki, Nadir Rövşəni həmin vaxt fişənglə vurmuşdur. Həmin gün saat 20-21 radələrində küçədə Rövşənin boğazının bint ilə bağlandığını görüb nə baş verməsini soruşarkən, Rövşən ona bildirmişdir ki, bir-iki saat bundan qabaq Nadirlə münaqişə edən zaman Nadir onu fişənglə boğaz nahiyəsindən vurmuşdur. Bu hadisənin səhərisi günü, yəni xx.xx.2019-cu il tarixdə o, xəstəxanada yataraq müalicə almışdır. Bir müddət müalicə aldıqdan sonra yenidən məhəlləyə gələn zaman eşitmişdir ki, o, xəstəxanaya getdiyi günü Rövşən Nadirlə evinin qarşısında münaqişə edərkən sonuncu Rövşəni bıçaqla bir dəfə sol döş qəfəsindən vurmuşdur.” Cinayət işinin 1-ci cildinin 242-246-cı vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs bir daha ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiqləmiş, Təqsirləndirilən şəxs da onun dediklərini qismən təsdiqləyərək Zərərçəkmiş şəxs ondan 22000 manat borc pul aldığını, həmin puldan 6000 manatını qaytarsa da, qalan 16000 manatını qaytarmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqində olan xx.xx.2019-cu il tarixli “könüllü gəlmə və maddi sübutu könüllü təqdim etmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 01 ədəd bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin 201-202-ci vərəqlərində olan əşyanın tanınmaya təqdim edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə zamanı istifadə etdiyi 01 ədəd mətbəx bıçağı tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu ona təqdim edilmiş bıçaqlardan üçüncü sırada yerləşdirilmiş tünd qəhvəyi rəngli dəstəyi olan bıçağı tanımışdır. Cinayət işinin 1-ci cildinin 88-89-cu vərəqlərində olan məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2019-cu il tarixli, 1000 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. Onda Üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Bunu təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri - anamnestik məlumatlara görə son illər onda əsəbiliyin meydana gəlməsi səbəbi ilə əlaqədar AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması, həmin xəstəxananın arxivindən əldə edilən məlumata görə xx.xx.2016- cı il tarixdən 01,07.2017-ci il tarixə kimi, xx.xx.2018-ci il tarixdən, xx.xx.2018-ci il tarixə kimi “MSS-nin üzvi xəstəliyi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə stasionar müalicələrdə olması, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı, astenizasiya əlamətləri büruzə verməsi və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, onu, baş verən hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 163-166-cı vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 491 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sol yarısının daxilə nüfuz edən, ürək-diafraqma bağı və diafraqmanı deşib-keçən, sol tərəfli hemopnevmotoraks və daxili qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (bıçağın) təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər aiddir. Yuxarıda qeyd olunan xəsarətin şəxsin özü tərəfindən yetirilməsi və yıxılması nəticəsində törənməsi inkar olunur. Cinayət işinin 1-ci cildinin 232-234-cü vərəqlərində olan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 24/491 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sol yarısının daxilə nüfuz edən, ürək-diafraqma bağı və diafraqmanı deşib-keçən, sol tərəfli hemopnevmotoraks və daxili qanaxma ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (bıçağın) təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, xx.xx.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən yetirilməsi və yıxılması nəticəsində törənməsi inkar olunur. Qeyd olunan xəsarəti X8 daxil olarkən özünün dediyi tanımadığı kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində törənə bilərdi. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xəstəlik tarixində qeyd olunan boyunun ön səthində qançırın və alt çənədə köhnə səthi sıyrıqların üzərində olmuş qartmağın xarakteri (rəngi) qeyd olunmadığından onların törənmə müddəti barədə dəqiq fikir söyləmək mümkün deyil, lakin onların törənmə müddətinin xx.xx.2019-cu il tarixə uyğun gələ bilməsi inkar olunmur, fişənglə vurulma nəticəsində törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 1-ci cildinin 167-171-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019cu il tarixli, 482/2019-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Abeta/İİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, bir cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin 1-ci cildinin 172-177-ci vərəqlərində olan məhkəmə-trasoloji ekspertizasının 02 avqust 2019-cu il tarixli, 329/2019-MTKŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin solorta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan xəsarətin eyni alətlə törədilməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd, köynəyin İİİ, İV və V düymələrə müvafiq ilgəklərinin aşağı uclarında üç ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin öndən bağlandığı Vİ, Vİİ və şalvarın sol-arxa cibinin bağlandığı düymələr yerində yoxdur. Bu düymənin yerində olmaması onlara küt qüvvə tətbiq etməklə onların qopub-düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin 1-ci cildinin 229-230-cu vərəqlərində olan komision ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1579 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi sayıqlama pozuntusu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosional-labil (astenik) pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubklikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosional-labil (astenik) pozuntu onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddənin təsiri altına düşür. Yoxlanılıan şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda prosesual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə də, məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2019-cu il tarixli, 1000 saylı rəyi və komision ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 1579 saylı rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb, onun əməli Azərbaycan Respubklikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 2-ci cildinin 1-14-cü vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 01 ədəd mətbəx bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar, 01 cüt qara rəngli ayaqqabı maddi sübut kimi tanınmışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə aşağıdakı qənaətə gəlmişdir. CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqsirləndirilən şəxs irəli sürülmüş CM-nin 126.2.4-cü maddəsinin dispozisiyasında xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığa ağır zərər vurma kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 221.3-cü maddəsinin dispozisiyasında isə xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə ibtidai araşdırma orqanının gəldiyi nəticə CM-nin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004- cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-nin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. CM-nin 126.2.4-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına ağır zərərin vurulması çıxış edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndinə görə də, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında yaxın münasibət olmuş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə pul borc vermiş, pulun qaytarılması ilə bağlı aralarında dəfələrlə mübahisə olmuş, münaqişə hüquqi müstəvidə də aydınlaşdırılmış, borcun olması məhkəmə qərarı ilə də təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs borcu təqsirləndirilən şəxsin arvadı Şahid3 qaytardığını bildirsə də, həmin fakt sonuncunun ifadəsi ilə təkzib olunmuşdur. İşin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, Zərərçəkmiş şəxs ona borclu olduğu pulu qaytarmamaqla əlaqədar şəxsi münasibətlərinin pozulmasında yaranan və bu zəmində dəfələrlə mübahisələrinin olması ilə özünü biruzə verməsi ilə (təqsirləndirilən şəxsin dəfələrlə zərərçəkmiş şəxsdən pul tələb etməsi şahidlərin ifadələri ilə tam təsdiq olunur) yanaşı sonuncun mobil telefonda onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə, hadisə günü də özünü göstərən münaqişəli vəziyyətlə şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Təqsirləndirilən şəxs qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin baş verdiyi yerlərdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda Təqsirləndirilən şəxs istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və formal olaraq xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. İttiham tərəfinin bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən (Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərin vurulduğunu göstərən) məhkəmə-tibbi ekspertzasının xx.xx.2019-cu il tarixli, 491 saylı rəyi ilə məhdudlaşır. Bundan əlavə, iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 17.30 radələrində ünvan 4 ünvanının qarşısında yerləşən ev alqı-satqı ofisinin qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı sonuncu daş parçaları ilə N.Hüseyovun sol qol və sağ diz nahiyələrindən vuraraq ona sol saidin və sağ diz oynaqlarının qançırları ilə müşayiət olunun dərəcəsi təyin edilməyən xəsarət yetirdiyinə görə Zərərçəkmiş şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib hissisi olduğundan sonuncunun barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı sonuncu fişənglə Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirdiyinə görə isə istintaq orqanı Nadir Hüsenova qarşı CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Beləliklə də istintaq orqanı mahiyyət etibarı ilə eyni olan hadisəyə istintaq orqanı ikili münasibət sərgiləmişdir. Təqsirləndirilən şəxs bu əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi onun da bu epizod üzrə cinayət təqibini istisna edir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar bazası, mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-nin 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Bundan əlavə, yuxarıda göstərildiyi kimi, Ali Məhkəmənin müvafiq Plenum qərarında və uzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də müəyyən olunur ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq iş materiallarını araşdıraraq Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliyini dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Qeyd olunanlara əsaslanan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu xuliqanlıq cinayət əməli üzrə təqsirliliyi əsaslı hesab oluna bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmadığından CPM-nin 41.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməli, Nadir Hüseyovun əməlində xuliqanlıq niyyəti istisna olunduğundan ittiham olunduğu CM-nin 126.2.4-cü maddəsi həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il, 3 nömrəli Bülletenində qeyd olunan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsi haqqında iş üzrə göstərilmiş hüquqi mövqeyə əsasən gəldiyi nəticəni vahid məhkəmə təcürbəsi baxımından da əsaslı hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edir və hesab edir ki, o, həmin cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin-qəsdən sağlamlığa ağır zərər vurma-əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 26-27-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 68-69-cu vərəqlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 167-172-ci vərəqlərində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 2-ci cildinin 186-188-ci vərəqlərində olan Yasamal RPİ-nin İstintaq şöbəsinin xx xxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 111-112-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şəxsin könüllü gəlib təqsirini boynuna alması və əvvəllər məhkum olunmaması Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda təqsirləndirilən şəxslərin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Təqsirləndirilən şəxs xx xxx 2019cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablanmaqla CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərci yoxdur. Cinayət işinin 2-ci cildinin 253-cü vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Yasamal RPİnin İstintaq şöbəsindən ona məxsus olan 01 ədəd köynəyi, 01 ədəd şalvarı və 01 ədəd cüt qara rəngli ayaqqabıları istifadəyə yararlı şəkildə təhvil almışdır. Maddi sübut olaraq Yasamal RPİ-də saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı təyinatla Bakı şəhəri “Mərkəz” Vəkil bürosunda fəaliyyət göstərən vəkil X7, məhkəmə iclaslarında təyinatla Bakı şəhəri 2 saylı Vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçi X4 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 200 (iki yüz) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 1200 (bir min iki yüz) manat təşkil edir. Müdafiəçi isə dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 82 (səksən iki) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 492 (dörd yüz doxsan iki) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X7 üçün 1200 AZN (bir min iki yüz manat) fəaliyyət göstərdiyi “Mərkəz” Vəkil Bürosunun nəfinə, Müdafiəçi üçün 492 (dörd yüz doxsan iki) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə, ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Calal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, xx xxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutularaq həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham üzrə Təqsirləndirilən şəxsa bəraət verilsin. Maddi sübut olaraq Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin. Göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X7 üçün 1200 (bir min iki yüz) manat fəaliyyət göstərdiyi “Mərkəz” Vəkil Bürosunun nəfinə, Müdafiəçi üçün 492 (dörd yüz doxsan iki) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-418/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-418/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver