Məhkəmə qərarları › İş №1(101)-418/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-418/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-418/2022 26.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli irfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, həmin şöbənin böyük prokuroru X6, müdafiəçi: Bakı Şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Mikayıl oğlu, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1987-ci ildə Tərtər rayonunun Köçərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, həmçinin xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 01 iyul 2021-ci il tarixdə, gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs yaşadığı evə gələrək sonuncunun başqa kişilərlə münasibətinin olmasından şübhələndiyi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə vuraraq Zərərçəkmiş şəxs sol bazunun, sağ diz oynağının sağ dizin qançırları kimi sağlamlığa zərərvurmayan dərəcələri təyin olunmayan və hər iki gözün konyuktiv qişası altına qansızma, göz qapaqlarının ödemi və daralması kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, o, 01 iyul 2021-ci il tarixdə, saat 10:30 radələrində ünvan 2 ünvanında qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun başqa kişi ilə mobil telefonla danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə yumruq zərbələri ilə vuraraq qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin alının sol yan səthinin, hər iki göz ətrafının alt çənənin sol yarısının şişkinli hematomaları, üst dodağın sol yarısının, alt dodağın sol yarısının iç selikli qişasının əzilmiş-cırılmış yaraları, alının və sol göz bucağı nahiyəsinin sıyrılmış yaraları kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, 17 iyul 2021-ci il tarixdə, saat 23 radələrində, qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs işlədiyi, ünvan 3 ünvanında yerləşən “Kainat” şadlıq sarayına gələrək, orada Zərərçəkmiş şəxs onunla ayrılmaq qərarına gəldiyi və danışmaqdan imtina etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan şadlıq sarayının birinci mərtəbəsində, foyedə Zərərçəkmiş şəxs azyaşlı qızı, xx.xx.2008-ci il təvəllüdlü Şahid5 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirərək üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə iki dəfə vuraraq sol əlin V barmağının və sağ əlin V barmağının, sağ əlin ön səthinin səthi kəsilmiş yaraları kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən, sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası və sol əlin İV barmağının kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid və döş qəfəsinin sağ yan səthinin Vİ qabırğanı kəsərək daxilə nüfuz edən pnevmohemotoraksla müşayiət olunan deşilmişkəsilmiş yarası ilə nəticələnən yetirildiyi andan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gülçöhrə ilə iki İlə yaxındır ki, tanış olmuşdur. Gülçöhrəni səhvən mobil telefonla yığmış və bundan sonra tanış olmuşlar. Üzərindən bir həftə keçdikdən sonra ona votsapda yazaraq kim olduğunu soruşmuş, bundan sonra votsapda yazışışmağa başlamışlar. Təxminən on gün yazışmışlar, sonra da 28 Mayda kirayə götürdüyü bina evində görüşmüşlər. İlk görüşləri onun ad günü ərəfəsində, 17 noyabr 2019-cu il tarixdə olmuş, həmin evdə görüşüb yaxından tanış olaraq cinsi əlaqədə olmuşlar. Gülçöhrə subay olduğunu, ərindən boşandığını demişdir. 2020-ci ilin mart-aprel aylarına qədər görüşmüşlər. Respublikada olan pandemiya şəraiti ilə bağlı Gülçöhrə həmişə onun yanına üç saatlıq icazə sistemindən istifadə edib gəlmişdir. Onlar Gülçöhrə ilə bir-iki günlük icarəyə götürdüyü evdə və onun kirayədə yaşadığı Neftçilər metrostansiyasının yanındakı evdə, eləcə də Zabrat qəsəbəsindəki kirayə yaşadığı evində görüşmüşlər. Bir gün Gülçöhrə onun yanına gələndə vacib bir söz deyəcəyini bildirmiş və ona evli olmasını demişdir. O, bunu eşidəndə çox təəccüblənmiş və nəyə görə bunu ondan neçə vaxtdır gizlətməsinin səbəbini soruşmuşdur. Gülçöhrə ona demişdir ki, onu itirməmək üçün ailəli olmasını ondan gizlətmişdir. Onun ailəli olmasını biləndən sonra da onlar tez-tez görüşmüşlər. Onu işlədiyi “Kainat” restoranından axşam işdən çıxanda qarşılayıb evlərinə aparmışdır. Bəzən evlərində heç kim olmayanda Gülçöhrənin yaşadığı evə gedib orada qalmışdır. Həmin vaxt onun əri Rusiya Federasiyasına getmişdir. Təxminən 7-8 ay əvvəl Gülçöhrə ilə birlikdə olarkən onun mobil telefonuna bir nəfər kişidən zəng gəlmiş, Gülçöhrə özünü qəribə aparmış, ondan zəng edən şəxsin kim olmasını soruşanda Gülçöhrə ona zəng edən şəxsin səhv düşdüyünü demişdir. Lakin buna inanmamışdır və həmin şəxsə zəng vurmuşdur. Ondan bir neçə saat əvvəl zəng etdiyi qadını tanıyıb tanımadığını soruşmuş, həmin şəxs cavabında Gülçöhrəni tanıdığını onunla münasibəti olmasını demişdir, Əlavə etmişdir ki, Gülçöhrə ona zəng edib deyib ki, guya o, Gülçöhrənin dayısı oğludur. O da tam əmin olmuşdur ki, Gülçöhrə onu aldadır , xayanət edir. Bundan sonra Gülçöhrə ilə aralarında soyuqluq yaranmışdır. Bu hadisədən sonra o, öz adına Gülçöhrəyə ***-***-**-** və ***-***-**-** nar və cin nömlərini almışdır. Son vaxtlar Gülçöhrə ona tez-tez zəng edərək onu narahat etmiş, qısqanmışdır. 2021-ci ilin iyul ayının əvvəllərində o, Neftçilər metrostansiyasının yanında olarkən Gülçöhrə ona zəng edib evlərinə çağırmış, o da getmişdir. Gülçöhrənin həyətində hamamda cinsi əlaqədə olmuşlar. Bir neçə dəqiqə sonra Gülçöhrənin gəlini Nərgiz həyətə çıxmışdır. Gülçöhrə yalandan gəlininə demişdir ki, guya o, Gülçöhrənin bacısı oğludur. Onlarda qalmağa gəlmişdir. O, isə həmin gecəni orada qalmaq istəməmişdir. Gülçöhrənin gəlini ondan şübhələnmiş və ona suallar verməyə başlamışdır. O, evdən çıxarkən Gülçöhrənin mobil telefonunu onun razılığı ilə özü ilə götürmüşdür ki, gəlib-gedən zənglərə nəzarət etsin. O, evdən çıxandan sonra Gülçöhrə ona zəng edib telefonunu istəmiş, demişdir ki, əri ona zəng etsə danışa bilməyəcək. O da demişdir ki, sabah qaytaracaq. Növbəti günü Gülçöhrə ilə onun yaşadığı Nərimanov rayonu “Xutor” adlanan ərazidə görüşmək qərarına gəlmişlər. Həmin vaxt Gülçöhrə öz telefonu onda olduğu üçün qızının telefonu ilə onunla danışmışdır. Gülçöhrə ona yaxınlaşanda onun telefonla kiminləsə danışdığını eşidib əli ilə onun sifətinə vurmuş, Gülçöhrə yerə yıxılmışdır. Ona kömək edib yerdən qaldırmış və dükandan su almışdır. Həmin günü onu 16-cı polis bölməsindən çağırmışlar. Bilmişdir ki, Gülçöhrə onun barəsində şikayət ərizəsi yazmışdır. 16-cı polis bölməsində izahat yazmışdır. Bu hadisədən sonra bir neçə gün telefonla danışmışlar. 17 iyul 2021 -ci il tarixdə saat 23 radələrində o, Gülçöhrənin işlədiyi Binəqədi rayonu ərazisindəki Kainat şadlıq sarayına gedərək görüşüb aralarında olan münaqişəni və problemləri həll etmək istəmişdir. Gülçöhrəni çağıranda sonuncu ona söyüb onunla barışmaq istəmədiyini demişdir. O, ikinci dəfə bir daha təklif etmişdir ki, danışıb bu işi yoluna qoysunlar. Gülçöhrə onunla danışmaqdan imtina etmişdir. O da üzərində olan qara dəstəkli bıçaqla Gülçöhrəni vurmuşdur. Həmin vaxt bir nəfər qız onun qolundan tutub kənara çəkmişdir. Köynəyi cırılmışdır. Restorandan çıxıb köynəyini və bıçağı yaxın əraziyə atmışdır. Həmin hadisənin səhəri günü 16-cı polis bölməsinə gedib cinayətini etiraf etmişdir. Gülçöhrəni bir dəfə bıçaqla vurmuşdur. Onu vurmaqda məqsədi cəzalandırmaq və qorxutmaq olmuşdur. Bıçaqla vurarkən restoranda olan bir iki nəfər onlara yaxınlaşmışdır. Gülçöhrə onu döydüyü üçün 16-cı PB-nə ərizə yazmışdır. O da onunla barışmaq və ərizəsini geri götürməsi üçün işlədiyi restorana getmişdir. O isə ona söyüb danışmaqdan imtina etdiyi üçün əsəbiləşib onu bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev ev 42-də yaşayır. Əvvəllər “Kainat” restoranında mətbəxdə işləmişdir. Məlum hadisələrdən sonra oradan işdən çıxmışdır. Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır. Tanış olduqdan sonra bir dəfə Səbuhi ilə Neftçilər metro stansiyasının yanında görüşüb onun qızıllarını satmağa getmişlər. Qızılı satandan sonra o, özünə mobil telefon almışdır. Səbuhi ilə sağollaşıb ayrılmışlar. Bundan sonra Səbuhi ona zəng etməyə davam etmişdir. Həmin ərəfədə o, Binəqədi rayonu ərazisində yerləşən Kainat şadlıq sarayına işə düzəlmişdir. Səbuhi işə düzələndən sonra da ona yazmaqda davam etmiş, onu qısqanmış, nə üçün telefonlarına cavab vermədiyini, onun işlədiyi yerdə kişilərlə yaxın münasibətinin olmasını demişdir. Səbuhi ona subay olduğunu demişdir, o, isə Səbuhinin ailəli olmağını bilmişdir. Sonuncu dəfə 01 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində evdə olduğu zaman həyətdən səs eşidib həyətə çıxmış, görmüşdür ki, Səbuhi evin hasarından həyətə düşmüşdür. Görmüşdür ki, Səbuhi evə daxil olacaq və gəlini Nərgizlə qızı Nərmini yuxudan oyadıb onlara yalandan demişdir ki, guya Səbuhi onun iş yoldaşının bacısı oğludur, bir az həyətdə oturub gedəcək. Səbuhi qızına və gəlininə onunla yaxın münasibətlərinin olmasını demişdir. Bundan başqa əlavə etmişdir ki, guya onun iş yerində müdirlə yaxın münasibətləri var. O, məsələnin böyüməməsi üçün Səbuhiyə evindən getməsini desə də sonuncu onun “Redmi Note-9” markalı telefonunu yoxlamaq üçün əlindən almışdır. O, telefonu çəkib onun əlindən almaq istəyərkən Səbuhi yumruqla onun gözümün altına, təpiklə isə ayağına vurub qaçmışdır. Səbuhinin arxasınca yola kimi qaçsa da ona çata bilməmişdir. Bir qədər sonra qonşular polis bölməsinə zəng etmişlər və Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları onların məhəlləsinə gəlmişlər. 01 iyul saat 10:30 radələrində Səbuhi onun qızı Nərminə votsapda mesaj yazaraq telefonu gəlib götürməyi demişdir. O da telefonu götürmək üçün Səbuhi ilə görüşməyə getmişdir. Evlərinin yanındakı Şimal Şitilliyi küçəsində Səbuhi ilə rastlaşmışdır. O, həmin vaxt telefonla danışmışdır. Səbuhi onun qarşısına gəlib kiminlə danışmağımı demişdir və ağız nahiyəsindən yumruqla vurmuş, o, xəsarət almış və onu polis əməkdaşları gəlib 3 saylı şəhər xəstəxanasına aparmışlar. Bundan sonra o, Nərimanov rayon polis idarəsinin 16-cı PB-nə ərizə yazmışdır. Belə olduqda, xəstəxanadan çıxandan sonra nömrəsini dəyişmişdir ki, Səbuhi onu tapa bilməsin. 17 iyul 2021-ci il tarixdə saat 23 radələrində o, “Kainat” restoranında ikinci mərtəbədə olarkən, Səbuhinin restorana gəldiyini görmüşdür. Birinci mərtəbəyə düşəndə onu görüb geri qayıtmış, qaçmaq istədikdə Səbuhi onun saçından tutub pilləkandan aşağı sürümüşdür. O, qışqırıb köməyə adam çağıranda onunla iş yerinə gələn qızı Şahid5 yaxına gəlib ona kömək etmək istəmişdir. Həmin vaxt Səbuhi bıçaq çıxarıb onun sol bud nahiyəsindən və sağ kürək nahiyəsindən bıçaqla vurmuşdur. Qızı Səbuhini itələmiş, onun əynindəki köynəyi dartmış, köynəyin qolu cırılmışdır. Səbuhi səsküyə başqa adamların gəldiyini görüb qaçmışdır. Onu restoranın sahibi Nurşən və Elnarə adlı qadınla taksi ilə xəstəxanaya aparmışlar. Bir gün 20 Yanvar metrosunun yanındakı xəstəxanada qalmışdır, Səhəri günü onu evə buraxmışlar. Həmin günü səhər yaralarında qanaxma başlamış və onu təcili-tibbi yardımla 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. O, Səbuhinin əlində bıçaq görməmiş, onun saçından tutub vurmağa başlayanda bıçaq olduğunu hiss etmişdir. Səbuhi ona sonradan bilmişdir ki, 2 ya 3 bıçaq zərbəsi vurmuşdur. O bıçağı sağ əlində tutub ona bir neçə dəfə möhkəm vurmağa başlamışdır. Qızı Nərmin gəldiyi üçün, Səbuhi onu daha vurmamışdır. Səbuhi onu bıçaqla vurarkən yanlarında adam olmamışdır. Lakin onun səsinə qızı Nərmin gəlmişdir. Sonra isə işçilər gəlmişlər. Bu zaman ərzində Səbuhi artıq qaçmışdır. Əynində qara şalvar və qısaqol kofta olmuşdur. Təqsirləndirilən şəxslə barışmamışdır, xahiş edir ki, ona qanunun müəyyən etdiyi həddə cəza verilsin. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs anasıdır. O, anası, qardaşı Səbuhi və qardaşının həyat yoldaşı Nərgizlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 01 iyul 2021-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı evdə olarkən anası gəlib onu və gəlinləri Nərgizi yuxudan oyadıb demişdir ki, onun iş yoldaşının qohumu gəlib bir neçə saat bizdə oturub gedəcəkdir. Onlar yuxudan oyanıb həyətə çıxanda Səbuhi pilləkanla ev qalxmışdır. Səbuhi ona və gəlinləri Nərgizə anası ilə münasibətinin olmasını, onun sevgilisi olmasını demişdir. Anası ilə Səbuhinin arasında mübahisə olmuş, o, anasından telefonunu istəmiş, anası vermədikdə isə telefonu əlindən almışdır. Anasının üzünə yumruq vurmuş, eyni zamanda, təpiklə də vurmuşdur. O da onun üstünə cumub köynəyindən tutub dartmışdır ki, anasını döyməsin. Səbuhi anasının “Redmi Note-9” markalı telefonunu götürüb pilləkandan düşüb qaça-qaça həyət darvazasından çıxıb getmişdir. O və anası onun arxasınca qaçmışlar, səslərinə qonşular da gəlmişlər. Lakin Səbuhiyə çata bilməmişlər, o qaçmışdır. Həmin günün səhəri anası onun telefonundan Səbuhi ilə yazışıb telefonu istəmişdir. 01 iyul 2021-ci il tarixdə saat 11 radələrində anası onun telefonunu götütüb evdən çıxmışdır ki, Səbuhi ilə görüşüb telefonu ondan götürsün. Aradan bir neçə saat keçmiş, anası evə qayıtmamışdır. Bir qədər sonra onlara zəng edib anasının xəstəxanada olduğunu demişlər. Onlar bilmişlər ki, anası telefonu Səbuhidən götürməyə gedəndə evlərinin yanında Səbuhi anasının sifətinə yumruqla vurub onu döymüşdür. Anası bu barədə Nərimanov RPİ-nin 16-cı PB-nə ərizə yazmışdır. 17 iyul 2021-ci il tarixdə o, anası ilə onun işlədiyi Binəqədi rayonundakı, “Kainat” şadlıq evinə getmişdir. Anası orada işlədiyi müddət ərzində o, restoranda onu gözləmişdir. Axşam saat 23 radələrində anası şadlıq evinin ikinci mərtəbəsində, o, isə birinci mərtəbədə girişdən sağ tərəfdəki zalda olmuşdur. Çıxmağa hazırlaşarkən görmüşdür ki, Səbuhinin əlində qara rəngli bıçaqla anasının üzərinə gedir. Səbuhi anasını yerə yıxıb təpiklə vurmağa başlamış və əlindəki bıçaqla bədəninə vurmuşdur. O, Səbuhinin qolundan tutub kənara çəkmiş, bu zaman Səbuhi dayanmış və oradan uzaqlaşmışdır. Səbuhinin qollarından tutub kənara dartanda onun əynindəki köynəyin qolu cırılmışdır. Təqsirləndirilən şəxs onu vurmamış, lakin anasını qorumaq üçün onların arasına girəndə Səbuhinin əlində olan bıçaq onu sol qoluna dəymiş, qolu cızılmışdır. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi E.Babayev küçəsi 42-də yaşayır. Zərərçəkmiş şəxs onun anasıdır. Gülçöhrə Binəqədi rayonu ərazisində “Kainat” restoranında işləmişdir. Təqsirləndirilən şəxs anası ilə münasibəti olmasını evdə bacısından eşitmişdir. O, 02 iyul 2021-ci il tarixdə hərbi xidmətdən qayıdıb Bakı şəhərinə gəlmişdir. Baş vermiş hadisə ilə əlaqədar deyə bilər ki, 17 iyul 2021-ci il tarixdə yaşadığı evdə olarkən anasının işlədiyi restoranın müdiri Şahid1 onun mobil telefonuna zəng edərək anasının restoranda Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulmasını demişdir. O da evdən çıxıb anasının aparıldığı Respublika xəstəxanasına getmişdir. Xəstəxanada bilmişdir ki, anası Gülçöhrəni aralarında yaranmış münaqişə zamanı tanışı Təqsirləndirilən şəxs vurmuşdur. Bacısı Nərmin də orada olmuşdur. Hadisədən sonra orada anasına ilkin tibbi yardım göstərmişlər və həmin günü anası xəstəxanada qalmışdır. Səhəri günü isə anasını evə buraxmışlar. Anası evə gəldikdən sonra halı pisləşmiş, yenidən təcili tibbi yardım çağırmışlar və anasını 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. O, hadisənin nə səbəbə baş verməsini dəqiq bilmir. Onu deyə bilər ki, bacısı Nərmin də həmin vaxt restoranda olmuş və Səbuhinin anasını bıçaqla vurmasını o da görmüşdür. Bundan başqa o, hərbi xidmətdən qayıdandan sonra anasının sifət nahiyəsində xəsarət olmasını görüb bilmişdir ki, anası xəstəxanadan yenicə çıxmışdır. Əvvəlcə bu barədə anası və bacısı ona heç nə deməsələr də, sonradan onlarla danışıb soruşanda anasının Səbuhinin döydüyünü və bununla bağlı Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsində araşdırma aparıldığını bilmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonuda “Kainat” restoranını işlədir. Zərərçəkmiş şəxs tanıyır. Gülçöhrə 2021-ci ildən Kainat restoranında xadimə işləmişdir. Pandemiya ilə əlaqədar iş dayandığı üçün o da restorana gəlməmişdir. Karantin rejimi yumşaldığı üçün toylar başladığından Gülçğhrə də yenidən restorana işə gəlməyə başlamışdır. 17 iyul 2021-ci il tarixdə restoranda keçirilən toy məclisi yekunlaşmış, qonaqlar çıxmağa başlamışdır. O, restoranın birinci mərtəbəsində olarkən foyedən qışqırtı səsləri eşitmişdir. Otaqdan çıxanda Gülçöhrənin yerə uzandığını və onun başına adamların toplaşdığını görmüşdür. Gülçöhrənin yanında 13-14 yaşlı qız uşağı da olmuşdur. Gülçöhrədən eşitmişdir ki, onu tanıdığı şəxs vurmuşdur. O restoranda işləyən Elnarə adlı qadın və başqa şəxslərin köməkliyi ilə Gülçöhrəni restoranın qarşısında dayanmış taksilərdən birinə mindirib 20 Yanvar dairəsinə yaxın yerləşən Respublikası xəstəxanasına aparmışlar. Gülçöhrənin kimin tərəfindən bıçaqlanmasını görməmişdir. Lakin Gülçöhrə özü onlara onu Səbuhi adlı tanışının vurmasını demişdir. Məhkəmədə dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin halları özünə aid hissədə bir daha təsdiq etdi. Şahid2 cinayət işinin 156-157-ci vərəqlərində olan və məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Binəqədi rayonu, Musabəyov küçəsində yerləşən Kainat restoranında qabyuyan işləyir. Zərərçəkmiş şəxs həmin restoranda tanımışdır. O, 17 iyul 2021 -ci il tarixdə Kainat restoranında keçirilən toy mərasimi ilə əlaqədar işə gəlmişdir. Axşam saat 23 radələrində restoranın ikinci mərtəbəsində təmizlik işləri apararkən birinci mətrəbədən qışqırtı səsləri eşitmişdir. Onunla birlikdə başqa adamlar da aşağıya düşmüşlər. O, birinci mərtəbəyə düşəndə foyedə restoranın işçisi Gülçöhrənin yerdə uzandığını görmüşdür. Yerdə və Gülçöhrənin paltarında qan izləri olmuşdur. Gülçöhrə özü həyəcanlı şəkildə bıçaqla vurulduğunu demişdir. Orada olan qısa söhbət zamanı o, və restoranın digər işçiləri bilmişlər ki, Gülçöhrəni tanışı Səbuhi adlı şəxs vurmuşdur. Həmin vaxt Gülçöhrənin azyaşlı qızı da onun yanında olmuşdur. Restoranın müdiri Şahid1 və o, başqa şəxslərin də köməkliyi ilə Gülçöhrəni restoranın qarşısında dayanmış taksilərdən birinə mindirib 20 Yanvar dairəsinə yaxın yerləşən Respublikası xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Gülçöhrəyə ilkin tibbi yardım göstərmişlər. O, Gülçöhrənin kimin tərəfindən bıçaqlanmasını görməmişdir. Lakin Gülçöhrə özü onlara onu Səbuhi adlı tanışının vurmasını demişdir. Cinayət işinin 69-70-ci vərəqlərində olan protokoldan görünür ki, ifadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə “Kainat” şadlıq sarayında Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və ifadələrin yerində yoxlanılması keçirilərkən Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qara rəngli köynəyin sol qolunun bir hissəsi sökülmüş halda götürülmüş və Təqsirləndirilən şəxs hadisə zamanı həmin köynəyin onun əynində olmasını və cırılmasını bildirmişdir. Cinayət işinin 147-150-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 27.07.2021-ci il tarixli, 1127 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sağ yan səthinin Vİ qabırğanı kəsərək daxilə nüfuz edən pnevmohemotoraksla müşayiət olunan kəsilmiş-deşilmiş yarası, sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sol əlin İV barmağının kəsilmiş yarası, sol əlin V barmağının, sağ əlin ön səthinin və sağ əlin V barmağının səthi kəsilmiş yarası. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ yan səthinin Vİ qabırğanı kəsərək daxilə nüfuz edən pnevmohemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid, sol bud nahiyəsinin deşilmişkəsilmiş yarası və sol əlin İV barmağının kəsilmiş yarası dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol əlin V barmağının və sağ əlin V barmağının, sağ əlin ön səthinin səthi kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı-ayrıİıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Cinayət işinin 126-128-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 13.07.2021-ci il tarixli, 485 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- hər iki gözün konyuktiva qişası altına qansızma, göz qapaqlarının ödemi və daralması, qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin alının sol yan səthinin, hər iki göz ətrafının alt çənənin sol yarısının şişkinli hematomaları, üst dodağın sol yarısının, alt dodağın sol yarısının iç selikli qişasının əzilmiş-cırılmış yaraları, sol alının və sol göz bucağı nahiyəsinin sıyrılmış yaraları, sol bazunun, sağ diz oynağının, sağ budun qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 210-212-ci vərəqlərində olan əlavə məhkəmə-tibbi ekspertizasının 19.11.2021-ci il tarixli, 29/485 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi, təpə nahiyəsinin alının sol yan səthinin, hər iki göz ətrafının alt çənənin sol yarısının şişkinli hematomaları, hər iki gözün konyuktiva qişası altına qansızma, göz qapaqlarının ödemi və daralması, üst dodağın sol yarısının, alt dodağın sol yarısının iç selikli qişasının əzilmişcırılmış yaraları, sol bazunun, sağ diz oynağının, sağ budun qançırları, alının və sol göz bucağı nahiyəsinin sıyrılmış yaraları küt bərk əşyanın təsirindən törənmişdir, 01.07.2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan, alının və sol göz buçağı nahiyəsinin sıyrılmış yaralan, təpə nahiyəsinin alının sol yan səthinin hər iki göz ətrafının alt çənənin sol yarısının şişkinli hematomaları, hər iki gözün konyuktiva qişası altına qansızma, göz qapaqlarının ödemi və daralması, üst dodağın sol yarısının, alt dodağın sol yarısının iç selikli qişasının əzilmişcırılmış yaraları ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol bazunun, sağ diz oynağının sağ dizin qançırları isə ümumilikdə və ayrı- ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Cinayət işinin 166-168-ci vərəqlərində olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 29.10.2021-ci il tarixli, 526/2021 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli kəsici-deşici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. Ekspretizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yan səthində olan bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspretizaya təqdim edilmiş Zərərçəkmiş şəxs bədəninin sol bud nahəyisində olan bir ədəd yara, onun paltarı (şalvar) üzərində öz əksini tapmamışdır. Bu da yalnız bədənin zədələnməsi ilə izah oluna bilər. Ekspretizaya təqdim edilmiş Zərərçəkmiş şəxs bədəninin sol əlin İV, V barmaqlarının, sağ əlin ön səthinin kəsilmiş yaraları onun paltarları (şalvar və köynək) üzərində öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. Cinayət işinin 162-165-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 30.09.2021-ci il tarixli, 65/2025 MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 /İ/. Ekspertizaya təqdim edilən bir ədəd süfrə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda ləkələrdə yalnız «H» antigeni alındı. Buq an ləkələri ABO sistemi üzrə 0/İ/ qruplu şəxsə,o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 159-161-ci vərəqlərində olan məhkəmə-psixiatrik ekspertizasının 31.08.2021-ci il tarixli, 1979 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ttiham elan olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işinin 199-206-cı vərəqlərində olan qərardan görünür ki, cinayət işi üzrə götürülmüş bir ədəd maykanın, bir ədəd şalvarın və bir ədəd köynəyin sol qol hissəsi maddi sübut kimi tanınaraq Binəqədi RPl-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, məhkəmə ekspertiza rəylərini və maddi sübutu, eləcə də, iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o, CM-in 126.2.3, 126.2.4 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 23-24-cü vərəqlərində olan protokoldan və 50-54-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 18 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-101-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 12.11.2009-cu il tarixdə Xətai RPl-də CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək cinayət işinin icraatına CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 130-cu vərəqində olan şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağı var. Himayəsində bir nəfər azyaşlı uşağı olması CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Cinayətlərin təkrar törədilməsi CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini, yəni heç bir əsaslı səbəb olmadan sağlamlığa xəsarət yetirməsini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, eləcə də, törədilmiş cinayətin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını, habelə təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə oluna bilər. CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 18 iyul 2021-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfi yoxdur. İş üzrə maddi sübut – Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd süfrə və bir ədəd qara rəngli köynəyin sol qolunun bir hissəsi təsərrüfat təyinatını itirdiyindən və dəyəri olmadığından CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhər 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 həyata keçirərək cinayət prosesi zamanı təqsirləndirilən şəxsin hüquqlarıın müdafiəsi ilə bağlı 70 saat iştirak etmişdir. Məhkəmədə isə təqsirləndirilən şəxsin hüquqlarını Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 həyata keçirərək cinayət prosesi zamanı təqsirləndirilən şəxsin hüquqlarıın müdafiəsi ilə bağlı 30 saat iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislər və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 üçün 420 (dörd yüz iyirmi) manat Bakı şəhər 11 saylı Vəkil Bürosunun nəfinə, X2 üçün 180 (bir yüz səksən) manat Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CMnin 126.2.3 və 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, cəza çəkmə müddətinin başlanğıcı 18 iyul 2021-ci il tarixdən hesablansın. Maddi sübut – Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd süfrə və bir ədəd qara rəngli köynəyin sol qolunun bir hissəsi məhv edilsin. Göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsi hesabından vəkil X1 üçün 420 (dörd yüz iyirmi) manat Bakı şəhər 11 saylı Vəkil Bürosunun nəfinə, X2 üçün 180 (bir yüz səksən) manat Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər, apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar