Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-418/2024 30.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1977-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,277 qram, 0,480 qram, 0,381 qram, 1,163 qram, 0,376 qram, 0,880 qram, 1,556 qram, ümumi təmiz çəkisi 7,113 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,159 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış, əldə etdiyi narkotik vasitə heroinin 1,556 qramını Şahid2, 0,159 qram psixotrop maddə metamfetamini isə Şahid1 vermiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 10 fevral 2023-cü il tarixdə saat 23:50 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 18 ünvanın qarşısında saxlanılıb ünvan 26-cı PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sarı rəngli dəmir qutunun içərisində 6 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,277 qram, 0,480 qram, 0,381 qram, 1,163 qram, 0,376 qram, 0,880 qram ümumi təmiz çəkisi 5,557 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarının sağ yan cibindən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü ona verilmiş ittihamda təqsirli bilmir. Belə ki, o heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Özü barəsində bildirir ki, o narkomandır. Narkoloji dispanserdə 2017-ci ildə müalicə almış, lakin bir faydası olmamışdır. Onu 10 fevral 2023-cü il tarixdə gecə vaxtı Xətai rayonu Əbilov küçəsində polis əməkdaşları saxladıqları zamanı üzrəində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi 0.5 qram heroin olmuşdur. Həmin vaxt onun yanında dostları Şahid2 və Şahid1 olmuşdur. Onların üçünüdə Xətai RPİ-nin 36-cu PB-nə aparmışlar və orada onun üzərində 0.5 qram heroin aşkar edilmiş, Samirin üzərindən heç bir şey çıxmamış, Əlidən isə nəşə, yəni marixuana çıxmışdır. Samirlə Əli ondan cavandırlar, onun məhəllə uşaqlarıdır. Onlarla sadəcə birlikdə narkotik qəbul edirdi.Onlara heç bir şey satmamışdır. Qeyd etmək istəyir ki, 30 ilə yaxın müddətdir ki, narkotik istifadəçisidir. 2 oğlu var, oğlunun biri “X5” iştirakçısıdır, buna dair sənədləri təqdim edəcəkdir. Yoldaşından boşansada bir məhəllədə yaşayırlar. Uşaqları yoldaşı ilə yaşayır. Onu yaşadığı evə gözləri düşən qaynanası X6 və bacısı Paşayeva Məhbubənin yoldaşı tutdurmuşlar. Belə ki, hər ikisi polisə onun narkotik istifadə etməsinə dair çox saylı ərizələr vermişlər. Polislərdə onu tutmağa məcbur qalmışdır. Hazırda bildiyi qədər Şahid2 həbsdədir. Barəsində istintaq gedir. Ondan baxış zamanı psixotrop maddə və elektron tərəzi olmamışdır. Üzərində ittihamda göstərildiyi kimi 6 ədəd bükümdə 5,557 qram heroin olmamışdır. Göstərdiyi kimi üzərində yalnız 0.5 qram heroin olmuşdur. Ona fiziki və psixoloji zor tətbiq olunmuşdur, belə ki, ona söz vermişlər ki ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək və o 3 il cəza alacaqdır.O da bununla razılaşmışdır, çünki onun üzərində həqiqətən 0.5 qram heroin olan bir büküm olmuş, həmin heroini də şəxsi istifadəsi üçün əldə etmişdir. Ona görə üzərinə baxış zamanı qeyd olunan əşyaların ona məxsus olmasını, o bükümləri Xətai rayonu Həzi Aslanov metrosunun yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə etməsini göstərmişdir. Həqiqətdə isə o üzərində olan 0.5 qram heroini tanıdığı narkotik alverçilərindən əldə etmişdir. O Əliyə sonuncu lomkada olduğu üçün və metamfetamini əldə etməyə pulu olmadığı üçün bir büküm metamfetamini vermişdir, bunun əvəzində Əli axşam görüşərək ona nəşə verəcəyini demişdir. Özünü narkotik vasitələrin satılmasında təqsirli bilmir, yalnız özünü narkotik vasitələrin istifadəçisi kimi qəbul edir. Ona üzərinə baxış keçirilməsinə dair protokol təqdim edildi, orada olan imzalar ona aiddir. Ona qarşı fiziki zor tətbiq edən, onun idman şalvarının bir cibinə 06 ədəd büküm heroini, digər cibinə isə elektron tərəzini qoyan polis əməkdaşlarını adlarını bilmir, onları gördüyü təqdirdə ola bilsin ki, tanıya bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 10 fevral 2023-cü il tarixdə həmkarı Şahid3 əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs onların xidməti ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və satışı ilə məşğuldur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və Şahid3 ibarət əməliyyyat qrupu yaradılmış və həmin gün saat 23:50 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, Əbilov küçəsindəki ünvanın qarşısında sonuncunu saxlayıb Xətai RPİ-nin 36-cı PB-nə gətirmişlər. Bölmədə raport yazıb Təqsirləndirilən şəxs təhqiqatçı polis mayoru Vüqar Həsənova təqdim etmişlər. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs könüllü və sərbəst olaraq əynindəki idman şalvarının cibindən bir ədəd dəmir qutunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin qutunu açıldıqda içində 6 büküm olması müəyyən edilmiş, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bu bükümlərdəki kakosdur, onu həmin gün səhər saatlarında Həzi Aslanov metrosunun yaxınlığında tanımadığı şəxsdən 120 manata əldə etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Təqsirləndirilən şəxs qarşı saxlanılan və bölməyə gətirilən zaman hər hansı fiziki zor və psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, v Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs inzibati ərazi olan Xətai rayonda qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsi, satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, ondan və həmkarı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, Şahid4 ilə birlikdə həmin gün saat 23:50 dəqiqədə ünvan 7 ünvanın qarşısından piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, tədbirin keçirilməsinə dair qərarla onu tanış edərək onu polis bölməsinə getməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nə getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər, sonuncu vəkil dəvət edərək müvafiq prosessual hərəkətlər etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı və videoçəkiliş keçirməklə baxış keçirmişdir. O və həmkarı Şahid4 həmin baxışda iştirak etmişlər. Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü və sərbəst olaraq üzərində olan dəmir qutunu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin qutu açıldıqda içindən 6 ədəd sellofan bükümü aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərin içindəki “kakos” kimi tanıdığı narkotik vasitələrdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələri 10 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığından tanımadığı şəxsdən 120 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd büküm və elektron tərəzi qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən həmin zərf imzalanmış, həmçinin baxışla bağlı tərtib olunmuş protokol da təhqiqatçı tərəfindən oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də bölməyə gətirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və təzyiqlər olunmamış, onun üzərinə qanunsuz əşyalar qoyulmamışdır. Şahid3 ifadəsi ilə əlaqədar olaraq əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, onu tanışları Şahid1 və Şahid2la birlikdə polislər saxlamış, həmin şəxslərdən də narkotik vasitələr aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, bir il olar ki, psixotrop maddələrdən yandıraraq tüstüsün çəkmək yolu ilə istifadə etmişdir. Bir il demək olar ki, hər gün psixotrop maddə olan metamfetamin qəbul etdiyinə görə alüdəçisi olmuş və psixotrop maddə metamfetamini qəbul etmədikdə bədənində müxtəlif ağırlar əmələ gəlmiş, ona görə də hər gün tanımadığı şəxslərdən psixotrop maddə alaraq qəbul etmişdir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmuşdur. 10 fevral 2022-ci il tarixdə günorta saat 14:30 radələrində əvvəllər narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olan Zakir kimi tanıdığı şəxs ilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində görüşmüş və sonuncu ilə danışaraq bildirmişdir ki, narkotik vasitə marixuana vardır. Zakirə təklif etmişdir ki, həmin marixuana əvəvzinə ona metamfetamin versin. Zakir də razılaşmış və dərhal bir bükümdə psixotrop maddə metamfetamin vermişdir. Həmin “Metamfetamini” götürərək əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuş və oradan yaşadığı evə getmişdir. Həmin gün saat 21:50 dəqiqədə yaşadığı evdən çıxmış, bir bükümdə olan narkotik vasitə marixuana əynində olan qara rəngli şalvarın sağ yan cibində olmuş və Zakirə vermək üçün Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 18 ünvanına gəlmişdir. Orada dayanıb Zakiri gözləyən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxslərə öz adı, soyadı və digər anket məlumatlarını bildirdikdən sonra onlar narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 36-cı PB-nin inziabti binasına dəvət etmişlər. Onlara öz razılığını bildirmiş və onlar onu əllərini ciblərinə salmağa imkan verməyərək 36-cı PB-nin inzibati binasına aparmışlar. Orada xidməti otaqların birinə dəvət edilmiş vəkiln iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərinə şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. Sonra videoçəkiliş ilə dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Başlamazdan əvvəl üzərində dövriyyəsi qadağan edilmiş hər-hansı bir əşya və ya maddənin olması barədə sual verilmiş və olduğu halda təqdim etməyi xahiş edilmişdir. Əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd selofan büküm çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin bükümün birində psixotrop maddə olan metamfetamindir, digər bükümdə isə narkotik vasitə marixuanadır. Həmin bükümlər açılmış və bükümün birində ağ rəngli, kristal şəkilli kütlə, digərinin içşində isə ot şəkilli, spesifik iyə malik yaşıl rəngli kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, içərisində metamfetaminə bənzər maddə olan bükümün çəkisi 0,20 qram, digər bükümünü isə çəkisi 4,55 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükümlər ağ rəngli zərfə qablaşdırılmış və zərf o, vəkil, iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir irad və düzəliş daxil olmamış, o , vəkil və iştirakçılar tərəfindən izamalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 2016-cı ildən narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitələri tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələri əsasən inyeksiya yolu ilə qəbul etmişdir. Əsasən də narkotik vasitələri Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən almışdır. 08 fevral 2023-cü il axşam saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığında əvvəllər də bir neçə dəfə narkotik vasitəni adlığı üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün bir büküm “kakos” kimi tanıdığı heroini 35 manat pul müqabilində əldə etmiş və üzərində gəzdirmişdir. 08 fevral 2023-cü il tarixdə saat 21:30 dəqiqədə ünvan 8 ünvanın yaxınlığında olan vaxtı iki nəfər mülki geyimdə olan polis əməkdaşı yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün saxalayaraq onlarla birgə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə getməyini izah etmişlər. Polislərlə birgə 35-ci polis bölməsinə gəlmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilməklə təqdim olunmuş vəkilərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri qanuni və digər əşyaları masanın üzərinə qoymağ təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızına bükülmüş, həmin bükülünün içərisində qəhvəyi rəngli daş şəkilli maddəni təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisində nə olması soruşulduqda bir ədəd bükümdəki kütlənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin bükülünun çəkisi 1,77 qramdır. Həmin narkotik maddəni nə vaxt və haradan almağını soruşduqda demişdir ki, bu gün, yəni xx.xx.2023-cü il tarixdə Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında tanımadığı şəxsdən 35 manata almış və özü istifadə etməyi üçün üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdir. 09 fevral 2023-cü il tarixdə barəsində cinayət işi başlanıb istintaqa təqsirləndirilən şəxs qismində 10 fevral 2023-cü il tarixdə cəlb olunduqdan sonra yaşadığı ünvan və əvvəllər cinayət törətməməyi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. Narkotik aludəçisi olduğundan və 2 gün ərzində istifadə etmədiyi üçün artıq narkotikə olan tələbatı yaranmış və özünü narahat hiss etmişdir. Bu səbəbdən özünə narkotik vasitə axtarmağı qərara almış və tanışlarından olan Xətai rayonu, Əbilov küçəsində yaşayan Zakirin yanına getmişdir. Zakirdən özü üçün narkotik vasitə olan heroini qara rəngli sellofana bükülmüş şəkildə 10 fevral 2022-ci il tarixdə saat 20 radələrində pulsuz əldə edib şalvarının sağ yan cibinə qoymuş və sonra istifadə edə bilməyi üçün Zakirlə sağollaşmışdır. 10 fevral 2023-cü il tarixdə saat 22:00 dəqiqədə Xətai rayonu, Əbilov küçəsi 18 ünvanın yaxınlığında olan vaxtı iki nəfər mülki geyimdə olan polis əməkdaşı yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün saxalayaraq onlarla birgə Xətai rayon 36-cı Polis bölməsinə getməyini izah etmişlər. Onlarla birgə 36-ci polis bölməsinə gəlmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilməklə təqdim olunmuş vəkilərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkiliş ilə üzərində şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri qanuni və digər əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. Bu təklifdən sonra əynimdəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş, həmin bükülünün içərisində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisində nə olması məndən soruşulduqda, həmin bir ədəd bükümdəki kütlənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin bükümün çəkisi 0,54 qramdır. Həmin narkotik maddəni nə vaxt və haradan almağı barədə sual verilmişdir. Bu zaman bildirmişdir ki, 10 fevral 2023-cü il tarixdə Xətai rayonu, Əbilov küçəsində tanışı olan Zakir adlı şəxsdən pulsuz alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 18/5-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Xətai RPİ-nin əməkdaşları olan Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və xx.xx.2023-cü il tarixdə, saat 23.50-də ünvan 10 ünvanın qarşısında məhz bu əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sarı dəmir qutunu çıxararaq masanın üzərinə qoyub həmin qutunun içərisində olan sellofan bükümdə olan 6 ədəd bükümü təqdim edərək bu bükümlərin içində kakos olduğunu, bükümləri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 120 manata əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs idman şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzini də təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd büküm elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisi 6.02 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər və elektron tərəzi bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və proses iştirakçılarının imzaları ilə təsdiq edilmişdir.Baxışla bağlı tərtib edilmiş protokol da təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10.02. 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş 10.02. 2023-ciü il tarixli “şəxsi axtarış və götürmə aparılmasına dair” CD diskdə olan görüntülərdən müəyyən olunur ki, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sarı dəmir qutunu çıxararaq masanın üzərinə qoyub həmin qutunun içərisində olan sellofan bükümdə olan 6 ədəd bükümü təqdim edərək bu bükümlərin içində kakos olduğunu, bükümləri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 120 manata əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs idman şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzini də təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd büküm elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisi 6.02 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər və elektron tərəzi bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və proses iştirakçılarının imzaları ilə təsdiq edilmişdir.Baxışla bağlı tərtib edilmiş protokol da təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 11 fevral 2023-cü il tarixli 6/851 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş möhür əksi “(İmza) Paşayev” yazısı və imzalar olan zərfdəki 6(altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,277 qr, 0,480 qr, 0,381 qr, 1,163 qr, 0,376 qr, 0,880 qr, ümumi təmiz çəkisi 5,557 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə- kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 09 fevral 2023-cü il tarixli 6/262 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şahid2 O.imza...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-1,556 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 11 fevral 2023-cü il tarixli 6/852 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 152”- dairəvi möhür əksi, “Şahid1 (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) bükümdə təmiz çəkisi 0,159 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 X8 X9 Komissiyasının 09 mart 2023-cü il tarixli 1375 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmlərin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 15 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad olunduğuna görə qeydiyyatdan çıxarılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs məhkum edilmiş şəxs hesab edilməməli və əvvəlki cəzası residiv kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin xx.xx.2023-cü il tarixli ********** saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olmuş, onun narkotik vasitəni satdığı şəxslər Şahid1 və Şahid2 Oqtay oğlu müəyyən edilərək istintaqa təhvil verilmişlər. Məhkəmədə elan edilib araşdırılmış ”Baksell” MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı telefona daxil olan və çıxan zənglərə dair məlumatları əks edən CD diskə baxış keçirilmiş, lakin maraq doğuran məlumatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,257 qram qalan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmışlar. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd DVD disk sübut kimi tanınmış, cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs satmış mənbə barəsində cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ilkin xx.xx.2023-cü il tarixli izahatından və müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli ifadələrindən müəyyən olunur ki, üzərindən aşkar olunmuş 1 ədəd sarı dəmir qutunun içərisində olan sellofan bükümdə olan 6 ədəd bükümlərdəki kakosu xx.xx.2023-cü il tarixdə səhər saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 120 manata əldə etmiş və tanışları Şahid1 və Şahid2 Oqtay oğluna həmin gün istifadə etmələri üçün vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə yanaşı kiçik elektron tərəzinin aşkar olunması ona dəlalət edir ki, bu tərəzi qanunsuz əşyaların bükümlərə yerləşdirərək satışa yönəldilməsinə xidmət etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 10.02 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,257 qram heroin və 01 ədəd tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış manat) pul “Presedent” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,257 qram heroin və 01 ədəd tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul “Presedent” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-418/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-418/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver