Məhkəmə qərarları › İş №1(101)-419/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-419/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-419/2020 22.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri X12 və ədliyyə müşaviri X13, hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər Bakı şəhər 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 2020-ci il Bakı şəhərində xx.xx.1981-ci ildə Ermənistan SSRİ-nin Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş,«Dövlət X3» MMC-nin təsisçisi və faktiki sahibi, eyni zamanda həmin Cəmiyyətin Bakı Regional X6 rəisi vəzifəsində işləmiş, Sumqayıt şəhəri, Yataqxana 2, Dostluq küçəsi, məhəllə 18, ev 32-də qeydiyyatda olub, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, ev 11-də yaşamış,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, «Dövlət X3» MMC-nin Bakı Regional X7 nəzarətçi-məsləhətçi vəzifəsində işləmiş, Sumqayıt şəhəri, Yataqxana 2, Dostluq küçəsi, məhəllə 18, ev 32-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağlarında yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı il tarixdə 100 faiz təsis payı ilə təsis etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X9 ********** VÖEN-lə qeydiyyatdan keçirdiyi «Dövlət X3» MMC-nin təsisçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional TexnikiTəhlükəsizlik İdarəsinin 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən ofisdə rəhbərlik etdiyi cəmiyyətə qardaşı Təqsirləndirilən şəxs2 nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyi müqabilində sonuncudan 2019cu ilin iyul ayının əvvəllərində birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini şəxsən, özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-biləyalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə özü arasında 01 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçi-məsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbərlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, bununla əlaqədar «xxxxxxxxxx» MMC-yə 2.000 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə xx xxxx 2019-cu il tarixli ĞĞV Seriya 085351 №-li qəbzi ünvan 2 ünvanında yerləşən ofisdə tərtib edib baş mühasib və rəhbər kimi öz imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbərlik etdiyi Cəmiyyətə Sumqayıt şəhər sakini Nümayəndə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyi müqabilində sonuncudan özü üçün Cəmiyyətin Bakı Regional X7 nəzarətçi-məsləhətçi vəzifəsində işləyən öz qardaşı Təqsirləndirilən şəxs2 vasitəsi ilə, yəni sonuncunun cinayətin törədilməsi üçün, o cümlədən işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməklə özünə çatdırılmasında ifadə olunan köməkçiliyi ilə 2019cu ilin iyul ayının ortalarında özünün tapşırığı əsasında Təqsirləndirilən şəxs2 Nümayəndə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında qəbul etdiyi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən ofisdə birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra xx xxxx 2019-cu il tarixdə Nümayəndə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2019-cu il tarixdə Nümayəndə ilə özü arasında 01 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçi-məsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbərlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, bununla əlaqədar «xxxxxxxxxx» MMC-yə 2.000 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə xx xxxx 2019-cu il tarixli ĞĞV Seriya 085353 №-li qəbzi ünvan 2 ünvanında yerləşən qeyd olunan müəssisədə tərtib edib baş mühasib və rəhbər kimi öz imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbərlik etdiyi Cəmiyyətə Sumqayıt şəhər sakini Şahid3 nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan özü üçün Cəmiyyətin Bakı Regional X7 nəzarətçi-məsləhətçi vəzifəsində işləyən öz qardaşı Təqsirləndirilən şəxs2 vasitəsi ilə, yəni sonuncunun cinayətin törədilməsi üçün, o cümlədən işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməklə özünə çatdırılmasında ifadə olunan köməkçiliyi ilə 2019-cu ilin iyul ayının sonlarında özünün tapşırığı əsasında Təqsirləndirilən şəxs2 Şahid3 ünvan 2 ünvanında yerləşən ofisdə qəbul etdiyi 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini həmin ofisdəki xidməti iş otağında birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra x xxxxxx 2019-cu il tarixdə Şahid3 həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2019cu il tarixdə Şahid3 ilə özü arasında 03 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçiməsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbəlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, «xxxxxxxxxx» MMC-yə 700 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ĞĞV Seriya 085352 №-li qəbzi ünvan 2 ünvanında yerləşən qeyd olunan ofisdə tərtib edib baş mühasib və rəhbər kimi imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə o, həmin vəzifədə işləyərkən qulluq mövqeyinə görə özünə olan inam və etibardan aldatma yolu ilə istifadə etməklə özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə, tanışı Şahid1 2019-cu ilin sentyabr ayının ortalarında Sumqayıt şəhərində görüşləri zamanı yaxın əlaqələrindən istifadə edərək Sumqayıt şəhəri, “Nəsimi” adına X11 müdir vəzifəsinə təyin etdirəcəyi barədə yalan məlumat verərək inandırmaqla dövlət orqanında işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərin edilməsi, yəni qeyd edilən vəzifəyə təyin edilməsindən ötrü qərar qəbul olunması müqabilində özünün vasitəsi ilə birbaşa yolla maddi nemət olan 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsinin zəruri olduğunu bildirib Şahid1lə sövdələşməklə əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini həyata keçirərək 2019-cu ilin sentyabr ayının sonlarında Şahid1 Sumqayıt şəhərində 14 mərtəbə kimi tanınan binanın altında yerləşən “Art” çay evində 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.000 manat, 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən «Qızıl qala» restoranında 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.000 manat, ümumilikdə özgəyə, yəni Şahid1 məxsus xeyli miqdarda təşkil edən 34.000 manat məbləğində pulunu qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə alaraq aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla özünün vasitəsi ilə rüşvət verməyə Şahid1 təhrik etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X15 ********** VÖEN-lə qeydiyyatdan keçmiş «Dövlət X3» MMC-nin təsisçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional X6 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadəsinə götürdüyü ünvan 2 ünvanında yerləşən ofisdə rəhbərlik etdiyi cəmiyyətə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyi müqabilində 2019-cu ilin iyul ayının əvvəllərində birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən Təqsirləndirilən şəxs1 təqdim etməsindən sonra sonuncu tərəfindən xx xxxx 2019-cu il tarixdə qəbul edilən əmrlə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaiti rüşvət qismində vermişdir. Bundan başqa, o, xx xxxx 2019-cu il tarixdən «Dövlət X3» MMC-nin Bakı Regional X7 nəzarətçiməsləhətçi vəzifəsində işləyərkən, həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri, habelə Cəmiyyətin Bakı Regional X6 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək alınması ilə bağlı cinayətinin törədilməsi üçün işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməyi və ona çatdırmağı qabaqcadan vəd etməklə yardım edərək, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadəsinə götürdüyü ünvan 2 ünvanında yerləşən qeyd olunan Cəmiyyətdə Sumqayıt şəhər sakini Nümayəndə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan 2019-cu ilin iyul ayının ortalarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən istəyib alaraq, ünvan 2 ünvanında yerləşən ofisdə həmin tarixdə Təqsirləndirilən şəxs1 təqdim etməsindən sonra sonuncu tərəfindən xx xxxx 2019-cu il tarixdə qəbul edilən əmrlə Nümayəndə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində istənilməklə alınmasında köməkçi qismində iştirak etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri, habelə Cəmiyyətin Bakı Regional X6 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək alınması ilə bağlı cinayətinin törədilməsi üçün işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməyi və ona çatdırmağı qabaqcadan vəd etməklə yardım edərək, qeyd olunan Cəmiyyətdə Sumqayıt şəhər sakini Şahid3 nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan 2019-cu ilin iyul ayının sonlarında ünvan 2 ünvanında yerləşən ofisdə birbaşa yolla maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən istəyib alaraq qeyd olunan ofisdə həmin tarixdə Təqsirləndirilən şəxs1 təqdim etməsindən sonra sonuncu tərəfindən x xxxxxx 2019-cu il tarixdə qəbul edilən əmrlə Şahid3 həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində istənilməklə alınmasında təkrarən köməkçi qismində iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2006-cı ildə Zərərçəkmiş şəxs MMC-ni təsis etmiş, həmin cəmiyyətin direktoru vəzifəsində işləmiş, 2019-cu ilin yay aylarında isə təsisçi kimi həmin Cəmiyyətə baldızı Roza Paşayevanı baş direktor kimi təyin etmişdir. xx.xx.2019-cu ildə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə müraciət edib Zərərçəkmiş şəxs MMC-nin təsərrüfat subyekti kimi Bakı Regional Texniki Təhlükəsizlik İdarəsini qeydiyyata aldırmış, 2019-cu ilin iyun ayında nizamnaməyə əlavə və dəyişiklik edilib 2-ci redaksiyada dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Baş İdarəsinə müraciət etmiş və müraciəti qəbul olunaraq təmin edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin Bakı Regional X6 əsas fəaliyyəti nizamnamənin 8-ci bəndində göstərildiyi kimi qüvvədə olan qanunvericiliyə uyğun olaraq nəzarət, texniki təhlükəsizlik, əməyin mühafizəsi üzrə təlimatların verilməsi və xidmətlərin göstərilməsindən ibarətdir. Rəhbərlik etdiyi cəmiyyətdə özündən başqa 9 işçisi olmuşdur. Nizamnaməyə əsasən işçilər xüsusi geyim formaları, tutduğu vəzifəyə görə fərqlənmə nişanları və xidməti vəsiqə ilə təmin olunmuşlar. Cəmiyyətin mühasibi olmamış, hesabatlar özü tərəfindən tərtib olunmuşdur. İşçilər təhkim olunmuş ərazi üzrə fəaliyyət göstərən təhlükə potensialı və strateji əhəmiyyətli olmayan hüquqi və fiziki şəxslərə məxsus olan iaşə, xidmət, istehsalat və ticarət obyektlərində texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları və qaydaları üzrə onların sifarişi ilə xidmətlər göstərirlər. İşçi obyektə daxil olaraq Zərərçəkmiş şəxs MMC-nin Bakı Regional X6 nizamnaməsində göstərildiyi kimi texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə göstəriləcək pullu xidməti təklif edir, təklifi qəbul edən sahibkarlar ilə xidmət müqaviləsi bağlanılır və müqaviləyə əsasən onlara xidmət göstərilir. Xidmət müqaviləsinə əsasən göstərilən xidmətin dəyəri 120 kv.m qədər olan obyektlərdə sifarişçi ilə razılışdarılmış qaydada illik 50 manat, 120 kv.m-dən 1000 kv.metrə olan obyektlərdə sifarişçi ilə razılışdarılmış qaydada illik xidmət haqqı hər kv.m üçün 0,50 manat, 1000 kv.m-dən yuxarı olan obyektlərdə yenə sifarişçi ilə razılışdarılmış qaydada illik xidmət haqqı 500 manat müəyyən olunur. Sifarişçi ilə bağlanmış müqavilə əsasında sifarişçiyə «X4 qeydiyyat» jurnalı və müqaviləni sübut edən şəhadətnamə verilir. Ödəniş həmin vaxt nağd və ya 5 iş günü ərzində bank hesabına köçürülmə yolu ilə aparılır.Müqavilə bağlandıqdan sonra təhkim olunmuş əməkdaş tərəfindən rübdə bir dəfədən az olmayaraq həmin obyektlərdə il boyu əlavə ödənişsiz texniki təhlükəsizliklə bağlı məsləhətlər və tövsiyyələr verilir. İlk təlimat və tövsiyələr müqavilə bağlandığı günü yerindəcə izah edilir, yəni təlimat və tövsiyələr verildikdən sonra sahibkar ödənişi həyata keçirir. Müəssisə 2019-cu ilin iyul ayından fəaliyyətə başlamış, xx.xx.2019-cu il tarixdə isə Koorupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən iş yerindəki sənədlər götürüdüyü üçün həmin vaxtdan rəsmi qaydada bütün işçiləri işdən azad edilmiş və fəaliyyətlərini müvəqqəti olaraq dayandırmışdır. xx.xx.2019-cu il tarixədək təqribən 200 obyektlə xidmət müqaviləsi bağlanılmış, onların ödədiyi pul vəsaiti müqabilində əvəzli xidmət göstərilmişdir. «Dövlət X3» Bakı Regional X6 yazılışı və ifadə olunması xoşuna gəldiyindən bu adı seçmiş, məqsədi həmin adla idarənin dövlət idarəsi olması görüntüsü yaratmaq olmamışdır. Nümayəndə işə düzəlmək üçün ona pul verməmiş, sonuncu xx.xx.2019-cu il tarixdə ofisdə ona 2000 manat pulu işə girəcəyi halda yay-qış xüsusi geyim formaları verilməsi, işlə bağlı ödənişli əsaslarla ixtisas artırma kurslarına cəlb olunması, işə çıxmamışdan əvvəl ona təlim və təlimatlar keçirilməsi üçün vermiş, bu barədə həmin şəxslə xx.xx.2019-cu il tarixdə müqavilə bağlayaraq aldığı pula görə 085353 №-li kassa mədaxil orderi tərtib edib bir nüsxəsini Elvinə vermiş və həmin məbləğin vergisini də hesablayıb ödəmişdir. Şahid3 da işə düzəlmək üçün ona pul verməmiş, sonuncu xx.xx.2019-cu il tarixdə ofisdə ona 700 manat pulu işə girəcəyi halda xüsusi geyim formaları verilməsi, işlə bağlı ödənişli əsaslarla ixtisas artırma kurslarına cəlb olunması, işə çıxmamışdan əvvəl ona təlim və təlimatlar keçirilməsi üçün vermiş, bu barədə həmin şəxslə xx.xx.2019-cu il tarixdə müqavilə bağlayaraq aldığı pula görə 085352 №-li kassa mədaxil orderi tərtib etmiş və həmin məbləğin vergisini də hesablayıb ödəmişdir. O, Nümayəndə və Şahid3 pul tələb etməmişdir, həmin pulu onlar öz imkanlarına görə ona təklif etmişlər. İdarənin digər işçilərin xüsusi geyim formalarının xərcini şəxsi vəsaiti hesabına ödəmiş, sonradan şəxsi vəsaiti çatmadığından işə adam götürməmiş, digər iki nəfərə, yəni Nümayəndə və ya Şahid3 geyim formasına görə pul ödəməyə imkanının olmadığını izah etmiş, onlar da öz pullarını ödəmişlər. Qardaşı Təqsirləndirilən şəxs2la da müqavilə bağlayaraq rəsmi qaydada kassa mədaxil orderi tərtib edib ondan da 2019-cu ilin yay ayında 2000 manat xüsusi geyim formasına və ixtisas artırmaya görə pul almışdır. Şahid1 ilə 2001-ci ilin yay aylarında 3 saylı İstintaq Təcridxanasında tanış olmuşdur. Həmin ərəfədə Çingiz ona prokurorluq orqanında işləyən yüksək vəzifəli şəxslərlə qohumluğu olmasını, həbsdən azad olunacağını bildirmiş, sonradan məhkəmə qərarı ilə həbsdən azad olunmuşdur, Çingiz həbsdən azad olunduqdan sonra Çingizlə Sumqayıt şəhərində Mədəniyyət evində görüşmüş, Çingiz orada müdir işləmiş, o da qeyd olunan Mədəniyyət evində 3-4 ay karate üzrə müəllim işləmiş, sonra da işdən çıxmış və uzun illər Çingizi görməmişdir. 2019-cu ilin sentyabr ayının axırlarında Çingizlə görüşmüş və söhbət zamanı Çingizə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində barəsində cinayət işi aparıldığını, ondan bu işlə bağlı kömək edə biləcəyi barədə soruşmuş, Çingiz də ona prokurorluq sistemində yüksək vəzifədə işləyən qohumları olmasını demişdir. Çingizdə Korrupsiyadakı işini həll etməyini xahiş etmişdir. Həmin vaxtdan sonra Çingiz ona mütəmadi zəng edib narahat olmamağını, işini həll edəcəyini bildirmişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində Çingizlə Sumqayıt şəhərində 14 mərtəbə kimi tanınan binanın altında yerləşən “Art” çay evində görüşmüş, Çingiz ona işlə maraqlandığını, işi 10.000 manat müqabilində həll edəcəyini demişdir. Bir həftə sonra Çingizlə Sumqayıt şəhərində “Heydər parkı” adlanan yerdə görüşüb ona işinin həll olunması üçün təklikdə 10.000 manat pul vermişdir. Çingiz pulu alandan sonra zəng etməmiş, xx.xx.2019-cu il tarixdə isə həbs olunmuşdur. Şahid1 pul almamış, ona hər hansı bir yerə işə düzəltmək barədə söz verməmiş, əksinə Çingiz işini həll etmək üçün ondan 10.000 manat pul almışdır. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Bakı Regional X6 əməkdaşları Şahid7 Firuddin oğlu və Şahid6 ünvan 4ünvanında yerləşən “Kür-Araz” kafesinə gedib obyektin sahibi Elvin Hacalıyevə texniki təhlükəsizliyin izah olunması ilə bağlı xidmət təklif etmişlər. Sonradan sahibkar xidmətdən etiraz etdiyindən o, müəyyən olunan nöqsanlar barədə aidiyyəti üzrə Gigiyena və Epidimiyalogiya Mərkəzinə müraciət etmiş, müraciətləri adiyyəti üzrə X8 yönəldilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı ildə "Zərərçəkmiş şəxs" MMC-ni təsis etmiş və həmin cəmiyyətin direktoru vəzifəsində işləmişdir. Cəmiyyətin əməkdaşlarının əsas iş funksiyası hüquqi və fiziki şəxslərə məxsus olan iaşə, xidmət, istehsalat və ticarət obyektlərində texniki-təhlükəsizlik, əməyin mühafizəsi normaları və qaydalarının təşkilini izah etməkdən ibarətdir. O, işə qəbul olan zaman qardaşı Təqsirləndirilən şəxs1 2000 manat vermişdir. Sahib idarədə ona qış və yay geyim formaları, eləcə də ixtisas artırma kursları ilə bağlı xərc tələb olunduğunu bildirdiyi üçün Sahiblə danışıb razılığa gələrək ona 2000 manat müqavilə bağlamaqla pul ödəmiş, Sahib də ona idarədə təlim keçdikdən sonra işə başlamışdır. Bundan başqa, Şahid3 və Nümayəndə də onun kimi Sumqayıt şəhərində yaşadıqları üçün Elbəy ondan işlə maraqlanmış, o da Elbəyə işi başa salmış, həmin vaxt Elbəy restoranda işləmiş, bir müddət sonra Elvin işlə bağlı ona zəng etmiş, Elvinlə qardaşı Sahibi tanış etmiş, onlar görüşüb özləri söhbət etmişlər, Elvin də işə başlamamışdan əvvəl müqavilə əsasında qardaşı Sahibə xüsusi geyim forması və ixtisasartırma kursu ilə bağlı olaraq 2000 manat pul vermişdir. Şahid3 da müqavilə əsasında qardaşı Sahibə xüsusi geyim forması və ixtisasartırma kursu ilə bağlı 700 manat pul vermişdir. Elbəy və Elvin ona pul verməmiş, pulu Sahibin özünə vermişlər. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri şahidlərin ifadələri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2019cu ilin iyul ayında dostu Şahid3 Həsərət oğluna işsiz olduğunu, iş olarsa ona xəbər verməsini bildirmiş və bir müddət sonra Şahid3 zəng edərək ona Zərərçəkmiş şəxs adlı yeni yaradılmış dövlət idarəsnin olduğunu, tanışı Ruslanın həmin şirkətdə işlədiyini, sonuncunun qardaşının həmin şirkətin rəhbəri olduğunu, istədiyi halda Ruslanın onu həmin idarədə işə düzəldə biləcəyini bildirmişdir. Şahid3 Ruslanın mobil telefon nömrəsini götürərək ona zəng vurub Dövlət X2 işə düzəlmək istədiyini bildirmiş, Ruslan ona qardaşı Təqsirləndirilən şəxs1 Dövlət X1 rəisi olduğunu və onu həmin şirkətə işə düzəldə biləcəyini lakin bunun üçün 2000 manat müqabilində təlim keçmək və uniforma almaq lazım olduğunu bildirmişdir. O da Ruslanla razılaşıb 2019-cu ilin iyul ayının əvvəllərində Dövlət X1 ofisinə gedərək orada departamentin müdüri Təqsirləndirilən şəxs1la görüşmüş, Sahib ona 2006-ci ildən fəaliyyət göstərdiklərini, 2019-cu ilin iyul ayından həmin departamentin tərkibində Bakı Regional X6 yaradıldığını, əməkdaşların xüsusi geyim forması olduğunu, fəaliyyət istiqamətinin obyektlərə gedib sahibkarlara texniki təhlükəsizliklə bağlı müqavilələr bağlamaq olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 zəng edərək işə düzəlmək üçün lazım olan sənədləri idarəyə gətirməyini bildirmişdir. O, sənədləri toplayıb həmin departamentə gedərək Təqsirləndirilən şəxs1 vermişdir. 1 gün sonra 2000 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, iki gündən sonra onu həmin departamentə təlimə çağırmışlar. Təqsirləndirilən şəxs1 bir həftə ona işlə bağlı xidməti iş otağında şifahi təlim keçmiş, daha sonra Təqsirləndirilən şəxs2 və Şahid3lə obyektlərə gedərək praktiki təlim keçmişdir. 2019-cu ilin iyul ayının axırlarında sərbəst olaraq əməkdaşlarla obyetklərə gedib sahibkarlarla müqavilə bağlamışdır. O, sahibkarlara özünü Dövlət Əmək Müfəttiliyinin əməkdaşı kimi təqdim etməmiş, obyektə daxil olduqda sahibkarlara özünü «Dövlət X3» MMC-nin Bakı Regional X6 əməkdaşı kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının ortalarında Sumqayıt şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 hərbi geyim formasında görüb işlədiyi yer ilə maraqlandıqda, sonuncu ona «Dövlət X3» MMC-nin Bakı regional X7 işlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 həmin yerə hansı yolla işə düzəlmək barədə soruşmuş, Ruslan isə işə düzəlmək üçün 2000 manat məbləğində pul tələb olunduğunu demişdir. Maddi imkanı olmadığı üçün bu işi tanışı Nümayəndə təklif etmişdir. Bir müddət sonra Nümayəndə işin mahiyyəti barədə maraqlaqlandıqda sonuncu işin perespektivli və dövlət işi olduğunu söyləyərək işə qəbul olunmağını məsləhət görmüşdür. O,təlim keçmək və uniforma üçün Təqsirləndirilən şəxs1 700 manat pul vermişdir. xx.xx.2019-cu il tarixdən işə götürülmüşdür. Təqsirləndirilən şəxs1 3-4 gün ərzində ona MMC-nin fəaliyyətinə dair təlim keçmiş, geyim forması ilə təmin etmişdir. O, ticarət obyektlərinə gedərək onların sahiblərinə X10 jurnalı, şəhadətnamə, müqavilə, akt və ödənişin alınmasına dair qəbzi təqdim etmişdir. O, özünü Dövlət Əmək Müfəttiliyinin əməkdaşı kimi təqdim etməmiş, obyektlərə daxil olduqda özünü “Dövlət X3» MMC-nin Bakı Regional X6 əməkdaşı kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Sumqayıt şəhər 28 may Mədəniyyət evinin direktoru olan zaman Təqsirləndirilən şəxs1 həmin mədəniyyət evində karate üzrə dərs keçmiş, onu o vaxtdan tanımış, lakin Sahib bir il işlədikdən sonra işdən ayrılmış və uzun müddət Sahibi görməmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Sahiblə Sumqayıt şəhərində avto yuma yerində qarşılaşmışdır. Sahib ondan nə iş gördüyünü soruşmuş, o da Sahibə artıq müdir vəzifəsində işləmədiyini, Sumqayıt şəhərində yerləşən Dostluq Mədəniyyət evində metodist işlədiyini bildirmişdir. Söhbət əsnasında Sahib telefonunda olan vəzifəli şəxsin şəkilini göstərib ona «bu adamla dostluq edirəm, səni də Sumqayıt şəhəri, Nəsimi adına X11 müdir təyin etdirə bilərəm, bunun üçün 20.000 dollar pul lazımdır» demişdir. Sahib ona həmin şəxsin çox yüksək vəzifədə dövlət işində işlədiyini, yaxşı münasibətdə olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona idarə etdiyi «Mercedes ML» markalı avtomaşınını da göstərmiş, avtomaşının bahalı olduğunu görüb Sahibin cəmiyyətdə özünə yer tutan nüfuzlu bir şəxs olmasını zənn etmişdir. Onlar biri-birilərinə mobil telefon nömrələrini vermiş, Sahibin mobil nömrəsi ***- ***-**-**, özünün nömrəsi isə ***-***-**-** olmuşdur. Bundan sonra, Sahib zəng edib ona «qardaş narahat olma, mən müəllimlə danışmışam, sənin işin tezliklə həll olacaq» demiş, Sahiblə görüşdükdən bir neçə gün sonra yenə sonuncu zəng edib ona «sənin işin təcili alınır, bu həftə artıq alınır» demişdir. 2019-cu ilin sentyabr ayının ortalarında Sahiblə Sumqayıt şəhəri, 14 mərtəbəli bina kimi tanınan yerin yanındakı çay evində görüşmüş, Sahib ondan işinin həll olunması üçün ilkin olaraq 10.000 ABŞ dolları pul almış, Sahibin yanına dostu Baxşeyiş İbrahimovla getmiş, Baxşeyiş bir az kənarda dayanmış, lakin pulu Sahibə verməyi görmüşdür. Baxşeyişin bütün bu olanlardan məlumatı olmuşdur. 4-5 gün sonra Sahiblə Bakı şəhərində 9-cu mikrorayonda yerləşən Zərifə Əliyeva adına parkın yanında yerləşən «Qızıl qala» restoranında görüşmüş və Sahib orada ondan 10.000 ABŞ dolları məbləğində pul almışdır.Pulu verdikdən bir həftə sonra Sahibə zəng edib maraqlandıqda sonuncu ona qısa zamanda işin həll olunacağını bildirmiş, Sahiblə Sumqayıt şəhərində H.Əliyev adına parkda görüşmüş, Sahib yenə də təskinlik verib ona tələsməməyini demiş, bir müddət sonra isə Sahibin telefonuna zəng çatmamış, maraqlandıqda Sahibin başqa şəxsləri də aldatdığı üçün həbs edildiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 ilə dostluq edir. 2019-cu ilin sentyabr ayının axırlarında Çingizlə Sumqayıt şəhərində Sumqayıt Dövlət Universitetinin yaxınlığında yerləşən çayxanada çay içərkən sonuncu ona köhnə işçisi Sahiblə təsədüfən görüşdüyünü, Sahibin onu Sumqayıt şəhərində parka müdir vəzifəsinə təyin etdirə bildiyini, 20.000 ABŞ dolları məbləğində pul istədiyini demişdir. O, Çingizlə olan zaman Sahib zəng edib Çingizə «Sumqayıt şəhərindəyəm, görüşək, pulu 14 mərtəbənin yanında olan «Art» kafeyə gətir» demiş, Çingiz əvvəlcədən Sahiblə danışdığı üçün pulu avtomaşınında saxlamışdır. O, Çingizlə birlikdə avtomaşına mindikdən sonra sonuncu avtomaşında pulu saymış, pulun məbləği 10.000 ABŞ dolları məbləğində olmuş, Çingiz ona «parka müdir təyin olunmaq üçün bu pulu Sahibə verəcəm, Sahibin dövlət orqanında işləyən yüksək vəzifəli tanışı var, Sahib məni Sumqayıt şəhərində parka müdir təyin etdirəcək, qalan 10.000 ABŞ dollarını da sonra verəcəm» demişdir. Bundan sonra, Çingizin avtomaşınında həmin kafeyə getmişlər. O, avtomaşında oturmuş, Çingiz isə Sahiblə görüşmək üçün kafeyə getmişdir. Sahiblə Çingiz çayxanada oturub 5-10 dəqiqə söhbət etdikdən sonra Çingiz qaydıb avtomaşına gəlmiş, sevinə-sevinə ona «işim həll olur, 10.000 dolları Sahibə verdim, 10.000 dollar da verəcəm» demişdir. Bir müddət sonra yenə Çingizdən sonuncunun Bakı şəhərində Sahibə əlavə 10.000 ABŞ dolları məbləğində pul verməsini eşitmişdir. Bundan sonra, mütəmadi olaraq Çingiz onun yanında Sahibə zəng edib danışmış, Sahib də telefonda Çingizə işinin tezliklə düzələcəyini bildirmişdir. Bundan 5-10 gün sonra Çingiz yanında dəfələrlə Sahibə zəng etsə də, sonuncu telefonu açmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin Bakı Regional Texniki Təhlükəsizlik idarəsinə işçi lazım olduğunu bilib, həmin İdarənin Sabunçu rayonu, Balaxanı ŞTQ, Şəfqət 20 ünvanında yerləşən ofisinə gedib, idarənin rəisi Təqsirləndirilən şəxs1la görüşüb iş barəsində danışmış, Sahib ona işin funksiyalarını başa salıb hüquqi və fiziki şəxslərə məxsus olan iaşə, xidmət, istehsalat və ticarət obyektlərində texniki təhlükəsizlik, əməyin mühafizəsi normaları və qaydalarının təşkilindən ibarət olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixdən mütəxəssis kimi işə başlamışdır. İşçilər təhkim olunmuş ərazi üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsus iaşə, xidmət, istehsalat və ticarət obyektlərində texniki təhlükəsizlik, əməyin mühafizəsi normaları və qaydaları üzrə pullu xidməti təklif edib, təklifi qəbul edən sahibkarlar ilə xidmət müqaviləsi bağlayıb və müqaviləyə əsasən onlara xidmət göstərmişlər. Əvvəlki müqavilələrdə əsasən göstərilən xidmətin dəyəri 1 kv.m üçün illik 0,50 manat, sonrakı dəyişikliklərəəsasən 120 kv.m qədər olanobyektlərdə illik 50 manat, 120 kv.m-dən 1000 kv.m-dək olan obyektlərdə 1 kv.m sahəüçün 0,50 manat, 1000 kv.m-dən yuxarı olan obyektlərə kv.m hesablanmadan 500 manat xidmət haqqıödənilir və bundan sonra idarə ilə müqavilə bağlayan şəxslərə «X10»nın qeydiyyat jurnalı və şəhadətnamə verilir, ödəniş də həmin vaxt nəğd qayda aparılır. Dəfələrlə keçirilən iclaslarda Təqsirləndirilən şəxs1 hansı quruma və ya nazirliyə tabe olmaları, Baş idarənin harada yerləşməsi barədə soruşsa da sonuncu müxtəlif bəhanələr gətirərək Başİdarə olduqlarını, idarənin dövlət tərəfindən yaradılmasını, bunun üçün bütün sənədlərin olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 xüsusi geyim formasının ləğv olunması barədə də təkliflər vermiş, lakin sonuncu buna etiraz edərək qanuna əsasən işçilərin xüsusi geyim forması ilə təmin olunduğunu bildirmişdir. O, özünü Dövlət Əmək Müfəttişliyinin əməkdaşı kimi təqdim etməmiş, obyektlərə daxil olduqda özünü Zərərçəkmiş şəxs MMC-nin Bakı Regional X6 əməkdaşı kimi təqdim etmişdir. ünvan 4 ünvanında yerləşən “Kür-Araz” kafesinə iş yoldaşı İlqarla birlikdə xx.xx.2019-cu il tarixdə getmişlər. Onlar obyektə girərək qanunvericiliyə əsasən obyekt sahiblərinin işçiləri əmək mühafizəsi ilə bağlı təlimatlandırmalı olduqlarını, əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı, sahibkara maarifləndirmə ilə bağlı məsləhət verdiklərini bildirib bununla bağlı həmin şəxsə xidmət təklif etmişlər. Elvin Hacalıyev ilə xx.xx.2019-cu il tarixli B 33 nömrəli xidmət müqaviləsi bağlanılmış, müqaviləyə əsasən sahibkara əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və normaları üzrə maarifləndirmə aparılaraq təlimat jurnalı verilmiş, bu barədə tərtib olan aktın doğru olması barədə sahibkar da aktı imzalamışdır. Sonradan sahibkar xidmətdən etiraz etdiyindən və juranalı geri qaytardığından Təqsirləndirilən şəxs1 obyekt sahibi tərəfindən qanunun normalarına əməl edilmədiyini əsas gətirərək aidiyyəti üzrə Gigiyena və Epidimiologiya Mərkəzinə məktubla müraciət etmişdir. Elvin Hacalıyevdən göstəriləcək xidmətə görə ondan obyektin hər kv.m üçün 0,50 manat məbləğində pul tələb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 oğlunun kirvəsidir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin təsisçsi olmaqla həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik idarəsi 2019-cu ilin yay ayından fəaliyyətə başlamış, qeyd olunan idarə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət 20 ünvanında yerləşmişdir. 2019-cu ilin avqust ayının axırlarında Sahib zəng edib ona Zərərçəkmiş şəxs MMC-nin Bakı Regional Texniki Təhlükəsizlik idarəsinə rəis təyin olunmasını təklif etmişdir. Həmin idarə maarifləndirmə işi ilə məşğul olur, texniki təhlükəsizliklə bağlı sahibkarlara xidmət təklif edir, bunun müqabilində də sahibkarlar şirkətə xidmət haqqı ödəyir. O, 2019-cu ilin avqust ayının axırlarında Sahibin ofisinə gedib, cəmiyyətin sənədlərinə baxıb nizamnamənin bir pəncərə qaydasında elektron formatda qeydiyyatdan keçdiyini, nizamnamədə işçilərin xüsusi geyim formaları barədə bəndlərin mövcud olduğunu görüb Sahibə cəmiyyətin sənədləri qaydasında olduğunu demişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Sahib iclas keçirib onu kollektivə təqdim edərək Bakı Regional X6 yeni rəisi olduğunu bildirmişdir. Lakin Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşları ofisə daxil olub baxış keçirərək sənədləri götürmüş və idarənin fəaliyyəti dayandırılımışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli 01 №-li müqavilədən görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs MMC-nin BRTTİ-nin rəisi Təqsirləndirilən şəxs1 arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs2 mövsümə uyğun xüsusi geyim formaları ilə təmin edilməsi, eləcə də ixtisas artırma kurslarına cəlb olunması üçün Zərərçəkmiş şəxs MMCyə 2000 manat məbləğində pul ödəməsini öhdəsinə götürmüşdür; -xx xxxx 2019-cu il tarixli ĞĞV № 085351 Seriya №-li qəbzdən görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 xidmət haqqı kimi Zərərçəkmiş şəxs MMC-nin kassasına 2000 manat məbləğində pul ödəmişdir; -xx.xx.2019-cu il tarixli 01 №-li müqavilədən görünür ki, xx.xx.2019-cu il tarixdə Nümayəndə ilə Zərərçəkmiş şəxs MMC-nin BRTTİ-nin rəisi Təqsirləndirilən şəxs1 arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən Nümayəndə mövsümə uyğun xüsusi geyim formaları ilə təmin edilməsi, eləcə də ixtisas artırma kurslarına cəlb olunması üçün Zərərçəkmiş şəxs MMC-yə 2000 manat məbləğində pul ödəməsini öhdəsinə götürmüşdür; -xx xxxx 2019-cu il tarixli ĞĞV № 085353 Seriya №-li qəbzdən görünür ki, xx.xx.2019-cu il tarixdə Nümayəndə xidmət haqqı kimi Zərərçəkmiş şəxs MMC-nin kassasına 2000 manat məbləğində pul ödəmişdir; -xx.xx.2019-cu il tarixli 03 №-li müqavilədən görünür ki, xx.xx.2019-cu il tarixdə Şahid3 ilə Zərərçəkmiş şəxs MMC-nin BRTTİ-nin rəisi Təqsirləndirilən şəxs1 arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən Şahid3 mövsümə uyğun xüsusi geyim formaları ilə təmin edilməsi, eləcə də ixtisas artırma kurslarına cəlb olunması üçün Zərərçəkmiş şəxs MMC-yə 700 manat məbləğində pul ödəməsini öhdəsinə götürmüşdür; -xx xxxxxx 2019-cu il tarixli ĞĞV № 085352 Seriya №-li qəbzdən görünür ki, xx.xx.2019-cu il tarixdə Şahid3 xidmət haqqı kimi Zərərçəkmiş şəxs MMC-nin kassasına 700 manat məbləğində pul ödəmişdir; -xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair sistemdən çıxarış və Təqsirləndirilən şəxs2 adından yazılmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMCnin Bakı Regional X7 nəzarətçi-məsləhətçi vəzifəsinə qəbul edilmişdir; -xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişin və Nümayəndə adından yazılmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Nümayəndə xx.xx.2019cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Bakı Regional X7 nəzarətçi-məsləhətçi vəzifəsinə qəbul edilmişdir; -xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişin və Şahid3 adından yazılmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Şahid3 xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Bakı Regional X7 nəzarətçi-məsləhətçi vəzifəsinə qəbul edilmişdir; -xx.xx.2019-cu il tarixli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-nin baş direktoru vəzifəsindən azad edilərək Nümayəndə həmin Cəmiyyətin baş direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli kommersiya qurumun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxs1dur, Zərərçəkmiş şəxs MMC-nin nizamnaməsinin və xx.xx.2019-cu il tarixli kommersiya qurumun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, həmin Cəmiyyət xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və təsisçisi Təqsirləndirilən şəxs1dur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Hüseynov X14 şəhər məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 08 ay 09 gün islah işləri cəzasına, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 178.2.2, 178.2.3, 228.1, 308.1, 313-cü maddələri ilə təqsirli bilinib 01 il dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2 bəndinə əsasən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdə cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan 2 il müddət başa çatdığından onun barəsində məhkumluq ödənilmiş hesab edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2019-cu il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Həmçinin məhkəmə şahid qismində dindirilmiş Şahid3 və Nümayəndə məhkəmə iclasında verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki,onlar, bu ifadələri Təqsirləndirilən şəxs2 vəziyyətini yüngülləşdirmək məqsədilə vermişlər. Belə ki, ibtidai istintaq zamanı Şahid3 və Nümayəndə işə düzəlmək üçün pulu Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsi ilə verdiklərini bildirmiş və pul vəsaitinin geri qaytarılmasına köməklik edilməsini xahiş etmişlər.(cild 01. vər.196,202) Məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə düzgün tövsif edilmiş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşaqlarının omasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadığını, himayəsində üç azyaşlı uşaqları olduğunu nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsində nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1.4 və 99-8-ci maddələrinə əsasən Zərərçəkmiş şəxs MMC müstəsna cinayət hüquqi tədbiri kimi ləğv edilməli, Zərərçəkmiş şəxs MMC-nin əmlakı olan və saxlanılması üçün Azərbaycan Respublikası Baş prokurorluğunun Maliyyə Şöbəsinə təhvil verilmiş 2650 manat məbləğində pul müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.(cild 01,vər.155) Maddi sübutlar- Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində saxlanılan Zərərçəkmiş şəxs MMC-yə məxsus iki ədəd möhür hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk və 01 ədəd DVD disk, müqavilələr, pul ödəməsinə dair qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən, əlavə cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən, əlavə cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.1.4 və 99-8-ci maddələrinə əsasən Zərərçəkmiş şəxs MMC müstəsna cinayət hüquqi tədbiri kimi ləğv edilsin, Zərərçəkmiş şəxs MMC-nin əmlakı olan və saxlanılması üçün Azərbaycan Respublikası Baş prokurorluğunun Maliyyə Şöbəsinə təhvil verilmiş 2650 manat məbləğində pul müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Maddi sübutlar- Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində saxlanılan Zərərçəkmiş şəxs MMC-yə məxsus iki ədəd möhür hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD disk və 01 ədəd DVD disk,müqavilələr,pul ödəməsinə dair qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar