Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-419/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X4, X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2001-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası İstanbul Beykent Universitetinin tibb fakültəsinin 3-cü kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 00:15 radələrində idarə etdiyi «AUDİ Q7» markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə maşın bazarı istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və yaşayış məntəqəsi daxilində avtomobili icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanının qarşısında avtomobili 110 km/saat sürətlə idarə etməklə həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində ehtiyyatsızlıqdan «VAZ- 21015» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmin xəsarətlərdən daxili orqanların zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş, bundan başqa, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmin xəsarətlərdən Zərərçəkmiş şəxs3 ölümünə səbəb olmuş, eləcə də “VAZ-21150” markalı ** BU *** dövlət qeydiyyat nişanlı maşının zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 6000 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil anası X2 məxsusdur, o, həmin avtomobili onlayn etibarnamə əsasında idarə edir. O, 25 yanvar 2020-ci il tarixdə AD219282 seriya və nömrəli sürücülük vəsiqəsi almış, 23 sentyabr 2020-ci il tarixdə həmin vəsiqəni AC756479 seriya və nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə dəyişmişdir. İdarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 16 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində yaşadığı ünvandan bəzi işlərini həll etmək üçün idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbayıl rayonu ərazisinə getmişdir. İşlərini bitirdikdən sonra təxminən saat 23:50 radələrində yaşadığı mənzilə getmək qərarına gəlmiş, bundan sonra öz idarə etdiyi avtomobilin sükanı arxasına əyləşmiş və şəhərin mərkəz hissəsindən üzü Suraxanı rayonuna hərəkət etmək üçün Babək prospekti ilə hərəkət etməyə başlamışdır. Yaşadığı ünvana tez çatmaq üçün idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini artıraraq saatda 110 km surət həddinə çatdırmışdır. 17 avqust 2021-ci il tarixdə saat 00-15 radələrində saatda 110 km sürətlə idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanında yerləşən “Arzu Hall” şadlıq sarayının qarşısına çatmağına az qalmış yolun hərəkət hissəsində avtomaşınların çox olduğunu görüb idarə etdiyi avtomaşını yolun avtobuslar üçün nəzərdə tutulmuş hissəsi ilə, yəni sağ hissəsi ilə idarə etməyə davam etmişdir ki, yolun hərəkət hissəsi ilə hərəkətdə olan avtomaşınları ötüb keçsin. Həmin vaxt yolun hərəkət üçün nəzərdə tutulmuş hər üç zolağında avtomaşınlar hərəkət etmiş, yalnız dördüncü zolaq, yəni avtobusların hərəkəti üçün nəzərdə tutulan hərəkət zolağı boş olduğundan o, həmin zolaq ilə hərəkətini eyni sürətlə davam etmişdir. Bu zaman Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanında yerləşən “Arzu Hall” şadlıq sarayının qarşısı ilə yolun hərəkət hissəsinin sağ zolağında hərəkət edən hadisədən sonra ona məlum olan “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşının xəbərdaredici sağ dönmə işıqlarını yandıraraq idarə etdiyi avtomaşınla hərəkətdə olduğu avtobuslar üçün nəzərdə tutulmuş zolağa daxil olduğunu gördükdə o, idarə etdiyi avtomaşını tormozlamışdır. “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşın idarə etdiyi avtomaşınla hərəkətdə olduğu, yəni avtobuslar üçün nəzərdə tutulmuş zolağa daxil olduğu anda aralarında təxminən 25-30 metr məsafə olmuşdur. Həmin vaxt “VAZ 21015” markalı **-BU- *** dövlət nömrə nişanlı avtomaşın təxminən saatda 40 km sürətlə hərəkət edirmiş. O, “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşın ilə toqquşmamaq üçün idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili tormozlasa da hadisədən yan qaça bilməmiş və idarə etdiyi avtomaşının qabaq orta hissəsi ilə “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşının arxa yük hissəsindən dəymiş və zərbənin təsirindən “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşın yolun sağ tərəfinə hərəkət edərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanında yerləşən “Arzu Hall” şadlıq sarayı ilə eyni ünvanda yerləşən “Şahzadə” şadlıq sarayının daş hasarına çırpılmışdır. Bundan sonra o, dərhal idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ kənarına tərəf sürmüş və “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşından təxminən 100-130 metr aralıda saxlamışdır. Hadisə baş verən zaman heç bir xəsarət almamış, idarə etdiyi avtomaşında tək olmuş və avtomaşın yüksüz olmuşdur. Hadisədən sonra idarə etdiyi avtomaşını saxladıqdan sonra dərhal avtomaşından enmiş və toqquşduğu “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşına yaxınlaşmışdır. Həmin avtomaşında iki nəfər şəxsin, yəni avtomaşının sürücüsü və avtomaşında qabaq sağ oturacaqda əyləşən sərnişinin xəsarət aldığını görüb dərhal TTYS-na zəng edərək həkim çağırmış, təxminən 15 dəqiqə sonra hadisə yerinə TTYS-nın həkim briqadası gəlmiş və “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsünü və yanında olan sərnişini xəstəxanaya aparmışlar. Bundan sonra o, hadisə yerinə gələn polis əməkdaşlarına yaxınlaşaraq özünü təqdim etmiş və həm özünə, həm də idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid sənədləri polis əməkdaşlarına vermişdir. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi “Audi Q7 minik” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğu “VAZ 21015” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs2 və həmin avtomaşının sərnişini Zərərçəkmiş şəxs3 hadisə nəticəsində aldıqları xəsarətlərdən xəstəxanada ölmüşlər. Törətdiyi əməldən çox peşmandır, baş vermiş hadisə nəticəsində ciddi psixoloji sarsıntı keçirmişdir. Hazırda zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslə barışmış, ona qarşı hər hansı şikayət, tələb yoxdur. Əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslə barışaraq onlara vurulmuş maddi, mənəvi zərəri ödəməsinin, hər zaman nümunəvi davranışlarıyla seçilən gənc olmasının, Türkiyə Respublikasında tibb fakultəsində təhsil almasının və təhsilini bitirdikdən sonra yüksək ixtisaslı həkim kimi ölkəmiz üçün faydalı şəxs olmaq arzusunda olmasının nəzərə alınaraq cəmiyyətdən təcrid edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs3 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşamışlar. 17 avqust 2021-ci il tarixdə əvvəllər tanımadığı bir nəfər şəxs onun mobil telefonuna zəng vuraraq Su tikinti xəstəxanasından olduğunu bildırib, qardaşı Həmidin Nizami rayonu Babək prospektində yol nəqliyyat hadisəsi zamanı xəsarət almasını və aldığı xəsarətlərdən dünyasını dəyişməsini bildirmişdir. Bundan sonra o, həmin şəxslərin dediyi yerə yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Nizami rayon şöbəsinə gedərək qardaşının həqiqətəndə yol nəqliyyatı zamanı aldığı xəsarətlərdən dünyasını dəyişdiyini bilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onlara vurulmuş maddi və mənəvi zərər tam olaraq ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs2 onunla birlikdə yaşamışdır. 17 avqust 2021-ci il tarixdə əvvəllər tanımadığı bir nəfər şəxs onun mobil telefonuma zəng vuraraq adının Seymur olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs ona qardaşı Babanın tanışı olduğunu bildirib, Babanın Nizami rayonu Babək prospektində yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirmişdir. Sonra o, həmin şəxsin qardaşı X1 aparıldığını bildirdiyindən o, Tramatologiya İnsititutuna getmişdir. Orada ona məlum olmuşdur ki qardaşı Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən orada dünyasını dəyişmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onlara vurulmuş maddi və mənəvi zərər onlara tam olaraq ödənilmiş, ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Vaz 21015 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili o, X6 6000 manata 2019-cu ilin noyabr ayının əvvəllərində almışdır. Həmin avtomobili baş etibarnamə ilə idarə edirmiş. Zərərçəkmiş şəxs2 onun övladı, Həmid adlı şəxs isə sonuncunun yaxın dostu olmuşdur. Sonuncular birlikdə avtomobil təmiri ilə məşğul olurmuşlar. 17 avqust 2021-ci ildə o, övladlarına baş çəkmək üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində yaşayan övladlarına baş çəkdikdən sonra o, həmin gün axşam saatlarında yaşadığı Sabirabad rayonu Axısxa kəndində getmək qərarına gəlmiş və bu qərarını oğlu Babaya bildirmişdir. Həmin vaxt Baba ona bildirmişdir ki, dostu Həmidlə birlikdə onunla kəndə gedəcək və səhəri gün dostu ilə Bakı şəhərinə qayıdacaqdır. Həmin gün axşam saat 23 radələrində o, digər oğlu Elçinlə Günəşli qəsəbəsində sağollaşaraq qızı ilə sağollaşmaq üçün yaşadığı Babək prospektinə gəlmişdir. Həmin vaxt o, özünə məxsus Vaz 21015 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş, oğlu Baba avtomobilin sağ ön oturacağında, dostu Həmid isə arxa oturacaqda əyləşmişlər. Onlar birlikdə Babək prospektinə gəlmiş, o, yolun sağ tərəfində üzü şəhər istiqamətində dayandırıb sonunculara təklif etmişdir ki, birlikdə getsinlər. Oğlu və Həmid onu avtomobildə gözləyəcəklərini bildirmişlər. Bundan sonra o, sonunculara bildirmişdir ki, 5-10 dəqiqəyə qızı ilə sağollaşıb gəlir. Bundan sonra avtomobildən enərək Arzu şadlıq sarayının arxasında yerləşən məhəlləyə getmişdir. Təxminən iki saat qızının yaşadığı mənzildə vaxt keçirmişdir. Sonra sonuncularla sağollaşıb avtomobilini dayandırdığı yerə gəlmişdir. Avtomobili və oğlu orada olmamışlar. Bir qədər sonra digər oğlu Elşad onunla əlaqə saxlayaraq bildirmişdir ki, Baba onun avtomobili ilə Babək prospektində baş vermiş qəza nəticəsində dünyasını dəyişmişdir. Oğlu Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsinin olub olmamasından o, məlumatsız olmuş, Vaz 21015 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtmobili idarə etmək hüququ olmamışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi X3 X13 Şəxsinin 17.08.2021-ci il tarixli, 115 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyidi məhkəmətibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: ağciyər və qara ciyərlərin travmatik cırılması, soldan İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların qapalı, yerdəyişmiş, yayılmış sınıqları, sağ bazu və sağ budun qapalı, çoxqəlpəli, yerdəyişmiş sınıqları, bədənin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az əvvəl, yəni 17.08.2021-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən sürücü qismində olarkən yol-nəqliyyat hadisə nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs2 ölümünə qabırğaların çoxsaylı sınıqları və daxili orqanların zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 6-12 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş vərəqə: 142-147) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi X3 X13 Şəxsinin 17.08.2021-ci il tarixli, 116 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 meyidi məhkəmətibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına qədər davam edən çox qəlpəli basılmış sınıqları, bədənin hematomaları, əzilmiş cırılmış yaraları, qançırları və sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl, yəni 17.08.2021-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən sərnişin qismində olarkən yol-nəqliyyat hadisə nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs3 ölümünə başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da 17.08.2021-ci il tarixdə saat 00.40-da baş vermişdir, hansı ki, meyidin məhkəmə tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 5,6%o-dir. Bu miqdar canlı şəxslərdə həyat üçün təhlükəli ağır alkoqol intoksikasiyasına uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. ( iş vərəqə: 148- 153) AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1978 saylı 19 avqust 2021-ci il tarixli rəyindən görünür ki, «VAZ-21015» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində «Yol hərəkəti» haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Audi Q7» markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti» haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsi və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində Yol hərəkəti» haqqında Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş vərəqə: 73-77) «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 17 may 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanında yerləşir.(iş vərəqə: 04-20) İş materiallarında olan «CD diskə baxış keçirilməsi haqqında» 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, CD diskdə «TŞ4-010 2-2021-08-17_00h14min00s000ms» və CD diskdə «TŞ4-010 3-2021-08-17_00h14min00s000ms» adlı 2 ədəd fayl vardır. CD diskdə «TŞ4-010 2-2021-08-17_00h14min00s000ms» fayl açıldıqda faylın 06:01 dəqiqə davamlı olması və görüntünün 17.08.2021-ci il tarixdə saat 00:15-i göstərən 01.14-cü saniyəsində eyni istiqamətdə hərəkətdə olan VAZ-21150 markalı avtomaşının sağa hərəkət etdiyi ikinci zolaqdan sağa doğru birinci zolağa keçmə əməliyyatı aparması anında ondan arxada eyni istiqamətdə hərəkətdə olan «Audi» markalı avtomaşının həmin avtomaşın ilə toqquşması, VAZ-2115 markalı avtomaşının yol kənarında dayanması və «Audi» markalı avtomaşının isə qarşıya doğru hərəkət edərək yolun kənarında dayanması müşahidə olunur. (iş vərəqə: 134) İş materiallarında olan 17 avqust 2021-ci il tarixli 2/23516 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. (iş vərəqə: 30) Azərbaycan Respublikası DİN-in DYPŞ-nin 25.08.2021-ci il tarixli 016-98385-1221 məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2020-ci il tarixdə AC 756479 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (iş vərəqə: 132) "xxxx" MMC-dən alınmış 20.09.2021-ci il tarixli 17 nömrəli arayışdan görünür ki, VAZ- 21150 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşına 6000 manat maddi ziyan dəymişdir. (iş vərəqə: 172) "xxxx" MMC-dən alınmış 27.09.2021-ci il tarixli 84 nömrəli arayışdan görünür ki, Audi Q7 markalı ** VS *** dövlət qeydiyyat nişanlı avtomaşına 2050 manat maddi ziyan dəymişdir.(iş vərəqə: 190-191) İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət təqibi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, “Vaz- 21015” markalı, **-BU-*** nömrəli avtomobilin sürücüsü, sürücülük hüququ olmadan avtomobili idarə edən Zərərçəkmiş şəxs2 barəsində AR CM-in 263-1.4-cü maddəsi ilə cinayət işi başlanmış və AR CPM-in 39.1.5-ci maddəsinə əsasən onun ölməsi ilə əlaqədar onun barəsində cinayət təqibinə xitam verilmişdir. (iş vərəqə 202-208) Beləliklə Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 25.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 135) İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş notarial qaydada təsdiq edilən 23.08.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, ondan heç bir şikayəti, tələbi yoxdur. (iş vərəqə 130) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş notarial qaydada təsdiq edilən 23.08.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, ondan heç bir şikayəti, tələbi yoxdur. (iş vərəqə 131) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş notarial qaydada təsdiq edilən 06.09.2021-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. (iş vərəqə 186) İş materiallarında olan «Audi Q7» markalı, **-VS-*** nömrəli avtomaşının mülkiyyətçisi, Təqsirləndirilən şəxs anası X7 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş 27.09.2021-ci il tarixli ərizədən görünür ki, onun heç bir şikayəti, iddiası və tələbi yoxdur. (iş vərəqə 189) İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq edilən 23.12.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq edilən 23.12.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq edilən 20.12.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan Qaraçuxur qəsəbə İƏD nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 157) İş materiallarında olan Kaspi Liseyi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2018-2019-cu tədris ilində liseyi müvəffəqiyyətlə başa vurmuş, oxuduğu müddətdə hər hansı xəbərdarlıq almamış, yoldaşları ilə səmimi, mehriban olmuş, müxtəlif bilik və idman yarışlarında nailiyyətlər əldə etmişdir. (iş vərəqə 157-a) İş materiallarında olan diplom və təltiflərdən görünür ki, Təqsirləndirilən şəxs “dama”, “mini futbol” yarışlarında mükafatçılar sırasında yer almış, eyni zamanda Beynəlxalq Ana dili Gününə həsr edilmiş tədbirdə, “Kimya-biologiya həftəsi” layihəsi üzrə aparılan təcrübələrdə fərqlənmiş, “2016 Kaspi-Qax yay məktəbi” proqramında təşkil olunan “ən yaxşı layihə” müsabiqəsinin qalibi olmuş və digər tədris nailiyyətləri əldə etmişdir. (iş vərəqə 159-170) İş materiallarında olan ********** nömrəli vəsiqədən və 18.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu “İstanbul Beykent” Universitetinin “Tibb fakultəsi”-nin 3-cü kurs tələbəsidir. İş materiallarında olan Türkiyə Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş D seriyalı 421497 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında tələbə kimi qalmaq icazəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Təhsil Müşaviri tərəfindən verilmiş təşəkkürnamədən görünür ki, Türkiyə Respublikası Beykent Universitetinin tələbəsi Təqsirləndirilən şəxs Qanlı Yanvar həqiqətlərinin Türkiyə, eləcə də dünya ictimaiyyətinə çatdırılması yönündə gördüyü işlərə, eyni zamanda nümunəvi davranışıyla təhsil aldığı universitetdə ölkəni layiqincə təmsil etdiyinə görə təşəkkür edilmişdir. (iş vərəqə 158) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsini, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X8 və Zərərçəkmiş şəxs1 ilə barışmasını, onlara vurulmuş maddi və mənəvi zərəri ödəməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələblərinin, iddialarının olmamasını, hadisə baş verdikdən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün onlara yaxınlaşaraq X14 zəng edib, onların həyatda qalmaları üçün cəhd göstərməsini, nümunəvi tələbə olmaqla ölkə xaricində ölkəni layiqincə təmsil etməsini, tibb fakültəsi tələbəsi kimi cəmiyyət üçün gələcəkdə lazımlı şəxs olmasını, gənc olmasını, yol-nəqliyyat hadisəsinin baş verməsində Vaz-21015” markalı, **-BU-*** nömrəli avtomobilin sürücüsü sürücülük hüququ olmadan avtomobili idarə edən Zərərçəkmiş şəxs2 da təqsirinin müəyyən olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 4(007)-243/2021 nömrəli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 47; 100-103) AR Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlanılma müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-419/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-419/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver