Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-419/2023 25.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri, Zabrat qəsəbəsi Mədəniyyət Evin-də bədii rəhbər vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq naməlum mənbədən, naməlum vaxtda külli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qram, 2,894 qram və 10,528 qram olmaqla, ümumi təmiz çəkisi 16,73 qram kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin əldə edib, həmin psixotrop maddə metamfetaminin 3,308 qram və 2,894 qram hissəsini 02 ədəd bükümdə olmaqla üstündə, psixotrop maddə metamfetaminin qalan 10,528 qramını 01 ədəd bükümdə olmaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 17 nömrəli evin 3 saylı mənzilinə daşıyaraq, mənzilin yataq otağındakı qara rəngli piano alətinin üzərindəki dərman qutusunun içərisində gizlədərək qanunsuz saxlamış, onun qanunsuz hərəkətləri barədə Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək video çəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qram, 2,894 qram ağ rəngli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 19 iyul 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 17 nömrəli evin 3 saylı mənzilində aparılan axtarış və götürmə zamanı mənzilin yataq otağındakı qara rəngli piano alətin üzərindəki dərman qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 10,528 qram ağ rəngli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, incəsənət adamıdır. İlahi musiqilər bəstələyir. Azərbaycan Televiziyasında Amil adlı bir xəstə uşağın müalicəsinə pulun yığılmasında da onun çox böyük dəstəyi olmuşdur. Onun sosial şəbəkədə olan bir neçə paylaşımıyla bağlı onu tutmuşlar. Narkotiklə bağlı, Bərdə işi ilə bağlı mahiyyətini başa düşmədiyi paylaşımlar olmuşdur. O, narkotik vasitədən uzaq bir adamdır. O, toya gedirmiş. Polis əməkdaşları ona yaxınlaşaraq onu öz avtomobilində tutub aparmışlar. Polis idarəsində onu döymüşlər, ona büküm verib demişlər ki, videoçəkiliş zamanı həmin bükümün ona məxsus olmasını etiraf etməlidir. Bildirmişlər ki, əgər özünə hörmət edirsə, etiraf etməlidir. Bundan sonra ona müstəntiq bütün sənədlərə imza etdirmişdir. Müstəntiqin ona imza etdirdiyi sənədin birində 10 rəqəmini görmüş və nə rəqəm olduğunu soruşduqda, müstəntiq ona bildirmişdir ki, onun evindən də 10 qram narkotik vasitə aşkar olunmuşdur. O, evində heç bir nakrotiik vasitənin olmadığını bildirmişdir. Ona bildirmişlər ki, narkotik vasitəni etiraf etməsə, arvadını, anasını da gəlib aparacaqlar. O da ailəsini bu işlərə qarışdırmamaq üçün sənədləri imzalamışdır. Həm də onu döymüşlər. Onu döyən polis əməkdaşlarının adlarını bilmir, onları görsə tanıya bilməz. Onun nə üzərində, nə də evində narkotik vasitə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə narkotik vasitənin ona məxsus olmadığını demişdir. Onun evinə gedib axtarış aparılmasından onun məlumatı olmamışdır. Sonra onu İstintaq Təcridxanasından MSY-nə gətirib müstəntiq hansısa sənədə imza etdirəndə 10 rəqəmini görüb nə olduğunu soruşanda demişdir ki, evindən 10 qram narkotik vasitə tapılmışdır. Evindən tapılan narkotik vasitə ilə onun heç bir əlaqəsi olmamışdır. Narkotik vasitəni özləri bölmədə üzərinə qoymuşlar və bildirmişlər ki, əgər etiraf etməsə, həmin narkotiki onun başqa yerindən çıxaracaqlar. Onu döyüb, başınabaşına vurmuşlar. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasəm Təqsirləndirilən şəxs bildirmişdir ki, protokolu təsdiq etmir. Protokolda olan imza onun imzasıdır. Onu döymüşlər, ona görə məcbur olub imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 38-39-cu vərəqələrində olan izahatında, 51-53 və 64-66-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Təxminən bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişəm. Narkotik vasitələri adı və anket məlumatları mənə məlum olmayan şəxslərdən müxtəlif yerlərdən əldə edirdim. 16 iyul 2022-ci il tarixdə səhər saatlarında yaşadığım Xətai rayonu, Zığ yolu küçəsi 17 saylı binanın yaxınlığında hərəkət edirdim. Bu vaxt qeyd edilən binanın yaxınlığında yerləşən zibil qablarının yanında yerdə olan 02 ədəd şəffaf sellofan büküm mənim diqqətimi çəkdi. Mən onları yerdən götürüb baxdıqda, mənə aydın oldu ki, bu 02 ədəd sellofan bükümdəki maddə qanunla dövriyyəsi qadağan olunan psixotrop maddə olan metamfetamindir. Həmin bükümləri əynimdə olan ağ rəngli cins şalvarın sağ yan cibinə qoyaraq daha sonra istifadə etmək məqsədilə oradan uzaqlaşdım. ...Şəxsi axtarış zamanı mən ağ rəngli cinas şalvarımın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etdim. Daha sonra təqdim etdiyim psixotrop maddə elektron tərəzidə çəkildi və metamfetaminin 6,59 qram çəkidə olması müəyyən edildi. ...Polis əməkdaşları tərəfindən mənə heç bir təzyiq göstərilməyib. ...» Proses iştirakçıalrının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. Onu döymüşlər, ona görə izahatı və protokolları təsdiq etmir. Onu döydüklərinə görə o, məcbur olub protokolları imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 36-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotiki qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 36-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Natiqlə birlikdə saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 17 ünvanının yaxınlığına getmişlər. Xarici görkəminə görə Vüqarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsi görmüşlər. Həmin şəxs özünü şübhəli apardığına görə həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra həmin şəxsə də özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Vüqara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Vüqar etiraz etməyərək onlarla PB-nə gəlmişdir. Araşdırma aparılması üçün təhqiqatçı Aslan Rəhimova təhvil vermişlər. X15 Rəsulovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Vüqara üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Vüqar əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Xətai rayonu, Zığ yolu küçəsində olan zibil qablarının yanından yerdən tapdığını bildirmişdir. Vüqarın üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol da iştirakçılar və Vüqar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, narkotik vasitə ona məxsusdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Əvvəllər təqsirləndirilən şəxsin barəsində heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsində o da iştirak etmiş, vəkili də iştirak etmişdir. Üzərinə baxışı təhqiqatçı keçirmişdir. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən Şahid1 bildirmişdir ki, protokolu təsdiq edir, həmin protokolu o da imzalamışdır. Təqsirləndirilən şəxsin narkotik vasitəni kiməsə satması, kiminləsə əlaqəsinin olub-olmamasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxsdən evində narkotik vasitə olub-olmamasını soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin CAŞ-nin rəis müavini vəzifəsində işləyir. 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli olduğuna görə Xətai RPİ-nin 36cı polis bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 iyul 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi ev 17 ünvanının yaxınlığında saxlanılaraq 36-cı PB-nə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən 02 büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında narkotik vasitə və ya iş üzrə maraq kəsb edə biləcək hər hansı əşyanı saxlaya biləcəyinə görə 19 iyul 2022-ci il tarixdə Xətai RPİ-nin İŞ-nin müstəntiqi Kənan Bayramlı tərəfindən ünvan 1 ünvanına axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də, o, Xətai RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid4, müstəntiq Kənan Bayramlı birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısına getmişlər. Həmin vaxt mənzildə yaşayan Təqsirləndirilən şəxs arvadı X2 mənzilə axtarış keçirilməsinə etirazının olub-olmadığını soruşulmıış, Pəri yaşadığı mənzilə axtarış aparılmasına etirazının olmadığını bildirmiş və bu barədə ondan ərizə alınmışdır. Bundan sonra mənzilə keçiriləcək axtarışda iştirak etmək üçün 2 nəfər hal şahidi dəvət edilmiş və hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra onlar Pəri Rəsulovanın iştirakı ilə ünvan 1 ünvanına daxil olaraq axtarış keçirilmişdir. Pəri Rəsulovanın yaşadığı ev iki mərtəbəli binanın 1-ci mərtəbəsində olmaqla 2 otaqdan ibarət olmuşdur. Axtarış zamanı Pəri Rəsulova hal şahidlərinin iştirakı ilə mənzilə daxil olmuşdur. Pəri Rəsulovadan yaşadığı mənzildə hər hansı qanunla qadağan olunan əşyaların olub-olmaması barədə soruşulduqda, o, mənzildə heç bır qanunla qadağan olunan əşya olmadığını və mənzildə axtarışın keçirilməsinə etirazı olmadığını bildirmişdir. Mənzildə axtarış aparılan zamanı yataq otağında olan qara rəngli pianonun üstündəki qutuya baxış keçirilən zaman qutunun içərisində müxtəlif dərman preparatları və 01 ədəd gümüşü rəngli büküm aşkar olunmuşdur. Həmin bükümü açdıqda içində 01 ədəd sellofan bükümdə içərisində ağ rəngli kristal şəkilli maddə olması aşkar edilmişdir. Bu barədə axtarışda iştirak edən Pəri Rəsulovaya həmin maddənin tərkibi barədə sual verildikdə, Pəri Rəsulova bükümün həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin maddənin tərkibi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə aşkar olunandan sonra gedib yaşadığı evə baxış keçirmişlər. Evdə axtarış keçirilərkən gərək ki, videoçəkiliş olmamışdır. O, şəxsən təqsirləndirilən şəxsdən evində narkotik vasitə olub-olmamasını soruşmamışdır. Evə axtarış aparılandan sonra protokola Pəri Rəsulova səbəb göstərmədən imza etməmişdir. Hesab edir ki, Pəri Rəsulova ərini müdafiə etmək üçün həmin protokolu imza etməmişdir. Təqsirləndirilən şəxsin iştirakı olmadan onun yaşadığı evə baxış keçirilməsini müstəntiq həll edir. O, təqsirləndiilən şəxs saxlanılarkən və PB-də üzərinə baxış keçirilərkən iştirak etməmişdir. Təqsirləndirilən şəxsə qarşı PB-də hər hanıs bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin CAŞ-nin əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək, Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 19 iyul 2022-cı il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu adlanan küçə ilə gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb xidməti vəsiqəsini təqdim edərək Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları olduğunu bildirib, yaxınlıqda yerləşən mənzilə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O, etiraz etməyib onlarla birlikdə ünvan 7 ünvanında yerləşən bir yaşayış evinin qarşısına getmişlər. Həmin ünvana getdikdə orada bir neçə polis əməkdaşının və tanımadığı bir şəxsin də hal şahidi kimi dəvət olunduğunu görmüşdür. Onlar evə daxil olduqda, polis əməkdaşları evə baxış keçirməyə başlamışlar. Ev iki mərtəbəli binanın 1-ci mərtəbəsində olmaqla 2 otaqdan ibarət imiş. Baxış zamanı həmin evdə olan Pəri adlı xanımdan yaşadığı mənzildə har hansı qanunla qadağan olunan əşyaların olub-olmamsı barədə soruşulmuşdur. Həmin qadın evdə qanunla qadağan olunan aşya olmadığını bildirmişdir. Bundan sonra dəhlizdə olan dolaba, sonra mətbəxə daha sonra da mənzilin qonaq otağında axtarış aparılmışdır. Bundan sonra mənzilin yataq otağında axtarış aparılarkən yataq otağında olan qara rəngli pianinonun üzərində qutuya baxış keçirilən zaman qutunun içərisində müxtəlif dərman preparatları və 01 ədəd gümüşü rəngli büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içindən 1 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə var imiş. Evdə olan xanıma həmin maddənin tərkibi barədə sual verildikdə dərman qutusu və içərisində olan dərman preparatlarının həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin maddənin tərkibi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra evin digər otaqlarına da baxış keçirilmişdir. Lakin, baxış zamanı evdən digər qanunla qadağan edilmiş nə isə tapılmamışdır. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənib götürülmüşdür. Sonra birgə Xətai RPİ-yə gəlmişlər. RPİ-də evdə keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, həmin protokol orada iştirak edən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, onu hal şahidi kimi dəvət edən polis əməkdaşlarını əvvəllər tanımamışdır. Birinci dəfə imiş o hal şahidi kimi iştirak etmişdir. Evdə olan xanımın protokolu imza edib-etməməsini xatırlamır. Təqsirləndirilən şəxsin arvadı evdə imiş, həmin qadın başı bağlı qadın imiş. Bükümün tapılmasını o görmüşdür. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı telefonlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, Vüqarı cəmi bir dəfə Xətai Rayon Polis İdarəsində MSY-də görmüşdür. Qeyd etmək istəyir ki, o təqribən 2022-ci ilin sentyabroktyabr aylarında Xətai RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və onu X10 saxlamışlar. Həmin vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs İstintaq Təcridxanasından etap edərək onun saxlandığı kameraya gətirmişlər. Orada o Vüqarla tanış olmuşdur. Ondan başqa onun Vüqarla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslə bir gün bir kamerada olmuşlar. O, iyul ayında dindirilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, o, öz işiylə bağlı hansısa sənədlərə oxumadan imza etmişdir. Onun savadı yoxdur, nəyə imza etməyini bilməmişdir. Ona elə gəlmişdir ki, öz işinə aid sənədlərə imza etmişdir. O, narkotiklə bağlı həbs olunmuş, 17 saylı CÇM-də cəza çəkir. Təqsirləndirilən şəxs tanımamış, onu Vüqarın yaşadığı mənzilə aparmamışlar və evdə baxışda olmamışdır. Kənan adlı müstəntiq tanımır. Ona demişlər ki, onun müstəntiqi dəyişilmiş, indi bu müstəntiq onun işini aparır, ona hansısa sənədlərə imza etdirmişdir. Şahid5 adlı şəxs tanımır. Elan olunmuş cinayət işinin 86-91-ci vərəqələrində olan axtarış aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Şahid6 bildirmişdir ki, imza onun imzasıdır. Ona imza etdirmişlər, nəyə imza etməyini bilməmişdir. O, bilmir nədən ötrü onun ad və soyadını həmin protokola yazmışlar. Şahid6 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 107-109-cu vərəqələrində olan ifadəsində Şahid6 aşağıdakıları göstərmişdir: «... 19 iyul 2022-cı il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu adlanan küçə ilə öz şəxsi işləri ilə əlaqədar hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb xidməti vəsiqəsini təqdim edərək Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları olduğunu bildirib, yaxınlıqda yerləşən mənzilə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Polis əməkdaşına etiraz elməyib sonuncu ilə birlikdə ünvan 8 ünvanında yerləşən bir fərdi yaşayış evinin qarşısına getmişlər. Həmin ünvana getdikdə orada bir neçə polis əməkdaşının və tanımadığı bir şəxsin də hal şahidi kimi dəvət olunduğunu görmüşdür. Onlara orada hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları X5 onlara təqdim edərək sonuncunun razılığı əsasında yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra onlar hamısı birgə Pəri Rəsulovanın dəvəti əsasında yaşadığı evə daxil olmuşlar. Evə daxil olduqda polis əməkdaşları onların iştirakı ilə evə baxış keçirməyə başlamışlar. Baxış zamanı Pəri Rəsulova onların iştirakı ilə mənzilə daxil olmuşdur. Pəri Rəsulovuya yaşadığı mənzildə har hansı qanunla qadağan olunan əşyaların olub-olmamsı barədə sual verilmişdir. Pəri Rəsulova isə evində heç bir qanunla qadağan olunan əşya olmadığını va mənzildə axtarışın keçirilməsinə etirazı olmadığını bildirmişdir. Pəri Rəsulovanın iştirakı ilə ilkin olaraq dəhlizdə olan dolaba daha sonra isə mətbəxdə axtarış keçirilmişdir. Sonra mənzilin qonaq otağına daxil olmuşlar və orada da axtarış keçirilmişdir. Son olaraq Pəri Rəsulova mənzilin yataq otağına keçid etmişdir. Orada axtarış aparılan zaman yataq otağında olan qara rəngli pianonun üstündəki qutuya baxış keçirilən zaman qutunun içərisində müxtəlif dərman preparatları və 01 ədəd gümüşü rəngli büküm axtarış iştirakçılarının diqqətini çəkmişdir. Həmin gümüşü rəngli bükümü açdıqda içində 01 ədəd sellofan kəsiyi olan büküm aşkar edilmişdir. Həmin sellofan kəsiyinin içərisində ağ rəngli kristal şəkilli maddə olmuşdur. Axtarış iştirakçıları tərəfindən Pəri Rəsulovaya bəmin maddənin tərkibi barədə sual verilmişdir. Pəri Rəsulova isə cavabında həmin dərman qutusu və içərisində olan dərman preparatlarının həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin maddənin tərkibi barədə heç bir fikri olmamışdır. Baxış zamanı evdən digər qanunla qadağan edilmiş hər hansı predmet və ya aşkar edilməmişdir. Baxış bitdikdən sonra polis əməkdaşları hamısının iştirakları ilə aşkar edilən içərisində ağ rəngli kristal şəkilli maddə olan 01 ədəd sellofan kəsiyi qablaşdırıb möhürləyərək götürmüşlər. Bundan sonra onlar hamısı birgə Xətai RPİ-yə gəlmişlər. RPİ-də keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra, hamı tərəfindən imzalanmışdır. O əvvəllər Pəri Rəsulovanı tanımamış, 19 iyul 2022-ci il tarixdə görmüşdür. Pəri Rəsulovanın yaşadığı mənzilə keçirilən baxış zamanı sonuncuya polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamış, təzyiq göstərilməmişdir. …» Elan olunmuş ifadəsinə əsasən Şahid6 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin, o, həmin mənzildə baxışda olmamış, ona hansısa sənədə imza etdirmişlər. 19 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs Vüqarın evində olmamış, həmin vaxt o Zığ tərəfdə olmamışdır. 19 iyul 2022-ci ildə o Əhmədli metrosunun yaxınlığında olmuş, zibil qablarından plasmas qablar yığmışdır. Vüqarın yoldaşını da tanımır. Onu müstəntiq Təqsirləndirilən şəxs evinə aparmamışdır. Onun telefonu olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 36-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 16 iyul 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 36-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyevin 16 iyul 2022-ci il tarixli, 1509 nömrəli Əmrindən görünür ki, “Vüqar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin 36-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 16 iyul 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin büklünün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı binanın yaxlınlığında yerdən taparaq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümündə ağ rəngli, kristal quruluşa malik psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin, heç bir qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Təqdim edilmiş bir ədəd bükümdəki psixotrop maddəyə bənzər maddə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Xioami” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 42-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 17 iyul 2022-ci il tarixli, 6/3852 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "... Təqsirləndirilən şəxs (imza)..." sözləri olan zərfdəki iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,308 qr, 2,894 qr. ümumi təmiz çəkisi 6,202 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop rnaddələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 67-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqına protokoldan görünür ki, 16 iyul 2022-ci ildə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan ağ rəngli cins şalvarın sağ yan cidindən 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etməsi, şifahi sorğu zamanı həmin maddəni yerdən tapıb götürdüyünü bildirməsi müəyyən edilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X4 19 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 7 ünvanına axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 86-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 iyul 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında axtarış keçirilmişdir. Axtarış zamanı mənzilin yataq otağında yerləşən qara rəngli pianonun üzərində içərisində müxtəlif dərman preparatları olan qutuya baxış keçirilməsi zamanı içərisində 01 ədəd gümüşü rəngli olan büküm aşkar edilmişdir. Həmin 01 ədəd gümüşü büküm açıldıqda 01 ədəd şəffaf sellofan kəsiyinin içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən olunmuşdur. Axtarışda iştirak edən Pəri Rəsulova qeyd edilən dərman qutusundakı dərman preparatlarının həyat yoldaşı Təqsirləndirilən şəxs aid olduğunu və qutudan aşkar edilən maddə barədə heç bir fikri olmadığını bildirmişdir. Aşkar edilən ağ rəngli kristal şəkilli maddə qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 111-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2022-ci tarixli, 6/3915 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün № 155” dairəvi möhür əksi olan,” Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, Zığ yolu küçəsi 17, mənzil 3 ünvanına keçirilmiş axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,528 qram olan ağ rəngli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 143-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2022-ci tarixli, 6/4095 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 6,102 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...X9 yaşadığı...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,478 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin 172-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 228-233-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 oktyabr 2022-ci il tarixli üzləşmə istintaq hərəkətindən imtina edilmə barədə protokollardan görünür ki, istintaq dövründə Təqsirləndirilən şəxs iş üzrə şahidlər Şahid2, Şahid4, Şahid5, Şahid1, Şahid3, Şahid6 ilə üzləşdirmə aparılması təklif edilsə də, Təqsirləndirilən şəxs üzləşmə aparılmasından imtina etmişdir. Cinayət işinin 191-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-dən daxil olmuş 26 sentyabr 2022-ci il tarixli, 104- 4374-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 253-254-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 24 oktaybr 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********** saylı cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, daşıması və özündə saxlaması öz təsdiqini tapmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə və saxlamaya tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Dindirilmiş polis əməkdaşlarının şahid ifadələrindən görünür ki, ilkin əməliyyat məlumatı «Təqsirləndirilən şəxs narkotik vasitələri daşıması və saxlaması» ilə bağlı olmuşdur. Belə ki, iş üzrə şahidlər Xətai RPİ-nin 36-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində göstərmişlər ki, o, Təqsirləndirilən şəxs narkotiki qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əvvəllər təqsirləndirilən şəxsin barəsində heç bir məlumat daxil olmamışdır. Həmçinin cinayət işinin başlanma əsası da «satış məqsədi» ilə əlaqəli olmamışdır. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan Xətai RPİ-nin 36-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 16 iyul 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə məlumat daxil olmuşdur. Həmçinin, cinayət işinin 6-cı vərəqəsində olan Xətai RPİ-nin 36-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyevin 16 iyul 2022-ci il tarixli, 1509 nömrəli Əmrindən görünür ki, “Vüqar” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 16 iyul 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, X6 cinayət işinin 38-39-cu vərəqələrində olan izahatında, 51-53 və 64-66-cı vərəqələrində olan ifadələrində aşağıdakıları göstərmişdir: «...Təxminən bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişəm. Narkotik vasitələri adı və anket məlumatları mənə məlum olmayan şəxslərdən müxtəlif yerlərdən əldə edirdim. 16 iyul 2022-ci il tarixdə səhər saatlarında yaşadığım Xətai rayonu, Zığ yolu küçəsi 17 saylı binanın yaxınlığında hərəkət edirdim. Bu vaxt qeyd edilən binanın yaxınlığında yerləşən zibil qablarının yanında yerdə olan 02 ədəd şəffaf sellofan büküm mənim diqqətimi çəkdi. Mən onları yerdən götürüb baxdıqda, mənə aydın oldu ki, bu 02 ədəd sellofan bükümdəki maddə qanunla dövriyyəsi qadağan olunan psixotrop maddə olan metamfetamindir. Həmin bükümləri əynimdə olan ağ rəngli cins şalvarın sağ yan cibinə qoyaraq daha sonra istifadə etmək məqsədilə oradan uzaqlaşdım. ...Şəxsi axtarış zamanı mən ağ rəngli cinas şalvarımın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etdim. Daha sonra təqdim etdiyim psixotrop maddə elektron tərəzidə çəkildi və metamfetaminin 6,59 qram çəkidə olması müəyyən edildi. ...Polis əməkdaşları tərəfindən mənə heç bir təzyiq göstərilməyib. Mən psixotrop maddəni şəxsi istifadəm üçün əldə etmişəm. Həmin psixotrop maddələrin satışı ilə məşğul olmamışam. ...» . Məhkəmə baxışında dindirilərkən isə Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, o, satış məqsədilə narkotik vasitəni əldə etməmiş, saxlamamış, daşımamış və onun üzərində və yaşadığı evdə psixotrop maddə olmamış, ibtidai istintaq vaxtı ona təzyiq olunduğuna görə o psixotrop maddənin ona məxsus olmasını demişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istinatq dövründə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olan və çıxan zəng və sms məlumatları "xxxx" MMC-dən götürülmüş, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, cinayət işinin 191-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-dən daxil olmuş 26 sentyabr 2022-ci il tarixli, 104-4374-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı müsbət nəticə əldə edilməmişdir. Habelə cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin 04 avqust 2022-ci il tarixli 4273 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 214-215) İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 02 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metmafetamin» olan maddələrin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda iki qram və ondan artıq miqdarda «metamfetamin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan psixotrop maddənin miqdarının həmin psixotrop maddə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ifadələrində göstərmişdir ki, onun üzərindən psixotrop maddə aşkar edilməmişdir və qeyd etmişdir ki, onun üzərində və evində psixotrop maddə olmamış, ibtidai istintaq vaxtı yanlış ifadələrini təzyiq altında vermişdir. Həmçinin qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixi təsirlərə məruz qalmışdır. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Xətai rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Prokurorluğundan 05 yanvar 2023-cü il tarixli, 595-C-22 saylı məktubla daxil olmuş, Xətai Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X7 05 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət hadisəsi olmadığından 595-C-22 nömrəli material üzrə cinayə işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 istintaq dövründə Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş axtarışda iştirak etmədiyini, Təqsirləndirilən şəxsı ancaq bir dəfə Xətai RPİ-nin X10 gördüyünü bildirmişdir. Bununla bağlı, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə sorğu göndərilmiş, həmin sorğuyla əlaqədar olaraq, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 19 yanvar 2023-cü il tarixli, 55/2-2133/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid6 13 oktyabr 2022-ci ildə Xətai RPİ-nin MSY-də birlikdə eyni kamerada olmuşlar. Məhkəmə kollegiyası belə hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclasında verdiyi ifadəsi yalnız, Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək xarakteri daşıyır.Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Şahid6 13 oktyabr 2022-ci ildə Xətai RPİ-nin MSY-də birlikdə eyni kamerada olmuşlar. Məhkəmə, Şahid6 məhkəmədə istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verməsini sonuncunun Xətai RPİ-nin MSY-də birlikdə eyni kamerada saxlandığlarını, həmçinin istintaq altında olan şəxslərin «üzünə durması», onların arasında namərdcasına yanaşma kimi qarşılandığını və müəyyən olunmuş «yazılmamış qaydalar»a zidd olmasını nəzərə alır. Məhkəmə kollegiyası, Şahid6 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 137-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 136-cı vərəqəsində olan Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 28 iyul 2022-ci il tarixli, 6835 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 124-125-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 iyul 2007-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan və 13 aprel 2011-ci il təvəllüdlü bir azyaşlı uşaq vardır. Cinayət işinin 126-cı vərəqəsində olan 133 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət qiymətləndirilir. Cinayət işinin 200-cü vərəqəsində olan Əvəz Paşayev adına Mədəniyyət Evindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yerindən müsbət qiymətləndirilir. Cinayət işinin 214-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin 04 avqust 2022-ci il tarixli 4273 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 16 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 22-ci vərəqəsində olan 16 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 77-82-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 4(011)- 388/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 16,430 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 217 (iki yüz on yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 16,430 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsınr. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 217 (iki yüz on yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-419/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-419/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver