Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-419/2024 15.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X22 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, döngə 2, ev 4-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, 2023-cü ilin yanvar ayının ortalarında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və həmin şəxslərin vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri 22 yanvar 2023-cü il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 (üç) sellofan paketdə qablaşdıraraq onlardan 2 (iki) ədədini üzərində “Softlan” yazısı olan 2 (iki) ədəd yuyucu toz qutusunun, 1 (bir) ədədini isə 1 (bir) ədəd qırmızı rəngli yuyucu vasitə qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 785 qram, 785 qram və 490 qram olan külli miqdar təşkil edən 2.060 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini, 7 (yeddi) sellofan paketdə qablaşdıraraq onlardan 1 (bir) ədədini üzərində “Home Plus’" yazısı olan 1 (bir) ədəd yuyucu vasitə qutusunun, 1 (bir) ədədini üzərində “Vitray” yazısı olan 1 (bir) ədəd şirniyyat qutusunun, 5 (beş) ədədini isə üzərində “Classic" yazısı olan 5 (beş) ədəd şirniyyat qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 445 qram, 675 qram, 483 qram, 565 qram, 585 qram, 620 qram və 955 qram olan külli miqdar təşkil edən 4.328 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 2 (iki) sellofan paketdə yerləşdirilmiş şəkildə 1.500 manat müqabilində cinayətkar qrupun Azərbaycan Respublikasında olan digər üzvü Təqsirləndirilən şəxs2 çatdırması üçün 22 yanvar 2023cü il tarixdə, saat 00:30 radələrində İran İslam Respublikasının "yeddi bulaq"' adlanan ərazisində ona vermiş, o isə qeyd olunan 2 (iki) sellofan paketi qəbul etməklə külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 04:00 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar" gömrük postundan Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 cinayətkar qrupun Azərbaycan Respublikasındakı üzvü kimi 22 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi “Nissan Tiida" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə onun yaşadığı ünvan 2 ünvanına gələrək külli miqdarda qeyd olunan narkotik vasitə və psixotrop maddələri satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə edərkən saxlanılmışdır. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən qəsdən 2023-cü ilin yanvar ayının ortalarında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və həmin şəxslərin vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri 22 yanvar 2023-cü il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 (üç) sellofan paketdə qablaşdıraraq onlardan 2 (iki) ədədini üzərində “Softlan” yazısı olan 2 (iki) ədəd yuyucu toz qutusunun, 1 (bir) ədədini isə 1 (bir) ədəd qırmızı rəngli yuyucu vasitə qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 785 qram, 785 qram və 490 qram olan külli miqdar təşkil edən 2.060 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini, 7 (yeddi) sellofan paketdə qablaşdıraraq onlardan 1 (bir) ədədini üzərində “Home Plus’" yazısı olan 1 (bir) ədəd yuyucu vasitə qutusunun, 1 (bir) ədədini üzərində “Vitray" yazısı olan 1 (bir) ədəd şirniyyat qutusunun, 5 (beş) ədədini isə üzərində "Classic” yazısı olan 5 (beş) ədəd şirniyyat qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 445 qram, 675 qram, 483 qram, 565 qram, 585 qram, 620 qram və 955 qram olan külli miqdar təşkil edən 4.328 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 2 (iki) sellofan paketdə yerləşdirilmiş şəkildə 1.500 manat müqabilində cinayətkar qrupun Azərbaycan Respublikasında üzvü olan ona (Təqsirləndirilən şəxs2) çatdırılması üçün 22 yanvar 2023cü il tarixdə, saat 00:30 radələrində İran İslam Respublikasının "yeddi bulaq” adlanan ərazisində qrupun digər üzvü Təqsirləndirilən şəxs1 vermiş, sonuncu qeyd olunan 2 (iki) sellofan paketi qəbul etməklə külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə edib saxlayaraq İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 04:00 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən "Biləsuvar” gömrük postundan Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində o, cinayətkar qrupun Azərbaycan Respublikasındakı üzvü kimi 22 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi "Nissan Tiida” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına gələrək külli miqdarda qeyd olunan narkotik vasitə və psixotrop maddələri satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə edərkən saxlanılmışdır. Bundan başqa, o, 22 yanvar 2023-cü il tarixdək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 1,082 qram çəkidə kustar üsulla hazırlanmış tiryəki qanunsuz olaraq əldə etmiş, idarə etdiyi "Nissan Tiida” markalı, **-PC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan 1 (bir) ədəd zəncirbəndli qara rəngli kiçik ölçülü saxlanc qabında saxlamış, daşımış, 22 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində qeyd edilən nəqliyyat vasitəsinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin qarşısında keçirilmiş baxış zamanı qeyd olunan narkotik vasitə, eləcə də, şəxsi istehlak miqdarında narkotik vasitə hesab edilən 1,640 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və üzərində metamfetamin psixotrop maddəsinin izləri olan 2 (iki) ədəd metal boru aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1974-cü ildə Gəncə şəhərində anadan olmuş, ali təhsillidir, keçmiş hərbçidir. O, Naxçıvan şəhərinə getmiş və Naxçıvan şəhərindən qayıdarkən İran İslam Respublikası vətəndaşı ilə telefon vasitəsilə əlaqə saxlayıb İran İslam Respublikası ərazisində yerləşən “Yeddi bulaq” adlı ərazidə olan narkotik vasitəni götürmüşdür. O, İran-Azərbaycan sərhəddində gömrük buraxılış məntəqəsində yoxlanışdan keçən zaman həmin narkotik vasitə gömrük əməkdaşları tərəfindən aşkar edilmişdir. O, üzərindən tapılan narkotik vasitənin ittiham aktında hansı miqdarda göstərildiyini bilmir. Belə ki, o, narkotik vasitəni “Yeddi bulaqdan” götürən zaman həmin narkotik vasitələr çantanın içində olmuşdur. Həmin vaxt onun üzərində tərəzi olmadığı üçün həmin narkotik vasitənin dəqiq olaraq hansı miqdarda olduğunu bilməmişdir. O, İran vətəndaşı ilə danışan zaman keçirəcəyi narkotik vasitənin miqdarı ilə bağlı heç bir söhbət aparmamışlar. O, sadəcə İran vətəndaşından aldığı narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə keçirməli olmuşdur. O, narkotik vasitələri Bakı şəhərinə gətirdikdən sonra tanımadığı şəxslər gəlib həmin narkotik vasitələri ondan götürməli idilər. O, digər Təqsirləndirilən şəxs2 tanımır, sonuncu ilə heç bir əlaqəsi yoxdur. İran vətəndaşı telefon vasitəsilə onunla əlaqə saxlayaraq 1 (bir) nəfərin gələcəyini və həmin şəxsə 1-2 qram miqdarda narkotik vasitə verməli olduğunu demişdir. O, həmin şəxs haqqında məlumatları təxmini bilmiş və həmin şəxs Təqsirləndirilən şəxs2 olmuşdur. O, 1-2 qram narkotik vasitəni Təqsirləndirilən şəxs2 verdikdən sonra başqa bir nəfər gəlib qalan narkotik vasitələri ondan götürməli olmuşdur. O, narkotik vasitənin çəkisini dəqiq bilməmiş, lakin narkotik vasitələri çantada əlində saxladığı və çəkisinin ağır olduğunu bildiyi üçün narkotik vasitələrin çəkisinin bir neçə kiloqram olduğunu təxmin etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən Dövlət Gömrük Komitəsinin “Biləsuvar” sərhəd-keçid məntəqəsində saxlanılmış, həmin vaxt Naxçıvan şəhərindən İran İslam Respublikasının ərazisindən tranzitlə keçməklə gəlmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman üstündə narkotik vasitə olmuş, narkotik vasitəni verən şəxs həmin vasitənin çəkisini ona deməmiş, narkotik vasitəni ona verən şəxs ona demişdir ki, “bir nəfər gəlib səndən narkotik vasitəni götürəcək, həmin şəxs sənə özü zəng edəcək”, narkotik vasitənin çəkisi təxminən 3-4 kiloqram olmuş, iranlı ona demişdir ki, “bir nəfər gələcək, o, ağrıyır, ona 1 qram narkotik ver, qalanını da başqa bir nəfər gəlib götürəcək”, Təqsirləndirilən şəxs2 iranlının dediyi, yəni 1 qram narkotik vasitə üçün gələn şəxs olmuş, narkotik vasitə üçün Təqsirləndirilən şəxs2 Bakı şəhərində onun yaşadığı ünvana gəlmiş, lakin Təqsirləndirilən şəxs2 narkotik vasitə verməyə çatdırmamış, polis əməkdaşları Təqsirləndirilən şəxs2 qapının ağzında saxlamışlar, ona demişlər ki, narkotik vasitə elə qablaşdırılmışdır ki, sərhəd məntəqəsində aparatdan keçdikdə görsənmir, onun pula ehtiyacı olduğundan bu işə əl atmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini, eləcə də Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-1-ci maddələri ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Şahbaz” adlı şəxslə əlaqə saxlayaraq sonuncudan narkotik vasitə almağa getmişdir. “Şahbaz” narkotik vasitə götürəcəyi yerin ünvanını “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərmişdir. O da, Fuadın yaşadığı mənzilin qarşısına gəlmişdir. Lakin o, əvvəlcədən Fuadın orada olacağını və sonuncu ilə görüşəcəyini bilməmişdir. Həmin vaxt onun üzərində 30 manat məbləğində pul olmuşdur. O, həmin ünvana çatdıqdan sonra “Şahbazla” əlaqə saxlayaraq sonuncunun ona bildirdiyi ünvana çatdığını demişdir. O, əvvəlcə narkotik vasitəni yerə atdıqlarını və həmin narkotik vasitəni gizli bir yerdən götürəcəyini düşünmüşdür. O, narkotik vasitələri Fuadın verəcəyini bilməmişdir. O, “Şahbazın” dediyi ünvanın qarşısında avtomobildə əyləşmişdir. Bu zaman bir evin qapısı açılmış və Fuad onu içəri dəvət etmişdir. O, daxil olan kimi içəridə əməliyyatçıların olduğunu görmüşdür. O, içəri daxil olan kimi əməliyyatçılar onu döyməyə başlamışlar. Bu zaman onun yanında Aysel adlı xanım da olmuşdur. Sonra əməliyyatçılar onları avtomobillərə əyləşdirərək Gömrük İdarəsinə aparmışlar. Gömrük İdarəsində ondan Fuadın evinə nə üçün gəldiyini soruşmuşlar. O da, narkotik vasitə almaq üçün Fuadın evinə getdiyini bildirmişdir. Onu bir müddət sorğu-sual etmişlər. Həmçinin onun yanında olan Aysel adlı xanım barəsində də, cinayət işi başlamaq istəmişlər. O, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman narkotik vasitələri indi gördüyünü bildirmişdir. Çünki onun üzərində narkotik vasitə olmamışdır. Lakin onun idarə etdiyi avtomobildə “nəşə” adı ilə tanınan marixuana olmuşdur. O, hadisə yerinə “kakos” kimi tanıdığı narkotik vasitə götürmək üçün getmişdir. Çünki o, “kakos” istifadəçisidir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, “Şahbazdan” 1 qram narkotik vasitə almalı imiş, lakin istintaq materiallarında onun almaq istədiyi narkotik vasitənin çəkisi 1 kiloqramdan çox olaraq göstərilmiş, Fuadı əvvəllər tanımamış, Fuadı hadisə günü tanımış, “Şahbazın” hansı ölkənin vətəndaşı olduğunu bilmir, lakin “Şahbaz” onunla həm Azərbaycan nömrəsi, həm də İran nömrəsi ilə əlaqə saxlamış, narkotik vasitə alarkən dəyərini bank kartı ilə ödəmiş, Ayselin baş verən hadisədən ümumiyyətlə xəbəri olmamış, 1-2 dəfə Ayselə istifadə etməsi üçün narkotik vasitə vermiş, “Şahbazın” narkotik vasitələri haradan əldə etdiyini bilmir, əməliyyatçılara 1 qram narkotik vasitə götürməyə gəldiyini demiş, bundan sonra polis əməkdaşları tərəfindən döyülmüş, həmçinin ona qarşı psixoloji təsir edilmiş, narkotik vasitələri “Şahbaz” adlı şəxsdən alırmış, Fuaddan götürəcəyi narkotik vasitənin dəyərini “Şahbaza” ödəməmiş, “Şahbazla” onun arasında olan razılığa əsasən narkotik vasitəni götürdükdən sonra pulunu “Şahbaza” ödəyəcəkdi, “Şahbazla” əvvəllər görüşməsə də, onlar “Whatsapp” mobil tətbiqi vasitəsilə görüntülü danışmışlar, “Şahbaz” ortayaşlı olmuş və onunla İran ləhcəsi ilə danışmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ayrı-ayrılıqda verdikləri inkaredici ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və onların məhkəmədə verdikləri inkaredici ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadələr verərək törətdikləri cinayətlərin üsulu və mexanizmi barədə ətraflı şəkildə məlumat versələr də, məhkəmədə inkaredici ifadələr verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, “Biləsuvar” gömrük postuna yaxın ərazidə fəhlə olaraq insanların yüklərini ödəniş qarşılığında daşımaqla fərdi əməklə məşğul olur. Cinayət hadisəsi baş verən gün səhərə yaxın saat 04:00-05:00 radələrində o, “Biləsuvar” gömrük postunun ərazisində yük daşıyan zaman “Biləsuvar” gömrük postunda xidmət edən gömrük əməkdaşı ona yaxınlaşaraq bir nəfər Azərbaycan Respublikası vətəndaşının əl çantasına baxış keçiriləcəyini və onun həmin baxışda hal şahidi kimi iştirak etməli olduğunu bildirmişdir. O, baxışda iştirak edən zaman həmin şəxsin əl çantasından içərisində böyük ölçülü sellofan bağlamalar olmaqla, çoxlu sayda yuyucu toz və şokolad qutuları aşkar edilmişdir. Baxışı həyata keçirən gömrük əməkdaşı həmin bağlamaların içərisində qeyri-qanuni bir vasitənin olmasında şübhəli olduğunu söyləmişdir. Daha sonra gömrük əməkdaşı bağlamaları və qutuları parçalayaraq bağlam və qutulardan olan bütün qeyri-qanuni vasitələri yerə düzmüş və həmin əşyalara baxış keçirmişdir. Bundan sonra gömrük əməkdaşı həmin bağlamaların içərisindən aşkar edilmiş əşyaların qanunla qadağan olunmuş əşyalar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyri-qanuni əşyalara dair gömrük əməkdaşının verdiyi suala cavab olaraq həmin qeyri-qanuni əşyalardan xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 22 yanvar 2023-cü il tarixdə, səhər saat 04:00-05:00 radələrində “Biləsuvar” gömrük postunda Naxçıvan-İran-Bakı quru marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sərnişini Təqsirləndirilən şəxs1 qara rəngli əl çantasına Dövlət Gömrük Komitəsinin gömrük əməkdaşları tərəfindən “X-RAY” cihazı vasitəsilə yoxlama keçirilmişdir. Yoxlama zamanı gömrük əməkdaşları tərəfindən əl çantasının içərisində şübhəli predmetin olduğu müşahidə edilmişdir. Bu şübhəni yoxlamaq məqsədilə gömrük əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 əl çantasına baxış keçirilməsi qərara alınmışdır. O, bu zaman orada olmamışdır. Onu yalnız Təqsirləndirilən şəxs1 əl çantasına baxış keçirmək üçün hal şahidi kimi dəvət etmişlər. O, hal şahidi kimi cəlb edilmiş və sonra əl çantasına baxış keçirilmişdir. Baxışda Təqsirləndirilən şəxs1 da, iştirak etmişdir. Baxış başlayarkən gömrük əməkddaşı Təqsirləndirilən şəxs1 əl çantasında qeyri-qanuni predmetin olub-olmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs1 isə, gömrük əməkdaşının sualına cavab olaraq əl çantasında qeyri-qanuni predmetin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs1 məxsus olan əl çantasının içərisindən 2 (iki) ədəd şəffaf sellofan paket çıxarmış, həmin paketlərin içərisində isə 2 (iki) ədəd yuyucu toz qutusu və 5-6 ədəd şirniyyat qutusu olmuşdur. Sonra gömrük əməkdaşı yuyucu toz qutusunun içərisindən narkotik vasitə aşkar etmişdir. Digər şokalad qutuları da, gömrük əməkdaşı tərəfindən açılmış, həmin şokalad qutularının da içindən narkotik vasitələr aşkar edilmişdir. Həmin predmetlərin narkotik vasitə olması ehtimalını gömrük əməkdaşı bildirmişdir. Fuad isə, aşkar edilmiş qeyri-qanuni əşyalara dair gömrük əməkdaşının verdiyi suala cavab olaraq həmin əşyalardan xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 22 yanvar 2023-cü il tarixdə xidmətdə olan zaman Naxçıvan-İran-Bakı quru marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sərnişini Təqsirləndirilən şəxs1 “Biləsuvar” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə keçən zaman sonuncuya məxsus əl çantası “X-RAY” cihazı vasitəsilə yoxlanılmışdır. Yoxlanış zamanı cihaz opetatoru yoxlamaya cəlb edilmiş əl çantasında şübhəli bir predmetin olduğunu ona bildirmişdir. Bu vaxt həmin əl çantası cihazdan çıxarılaraq yerə qoyulmuş və həmin əl çantasına baxış keçirilməsi ilə əlaqədar hal şahidləri çağırılmışdır. Sonra Təqsirləndirilən şəxs1 sözügedən çantada qeyri-qanuni hansısa bir predmetin olub-olmaması barədə sual vermişdir. Təqsirləndirilən şəxs1 əl çantasında qeyri-qanuni heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, onun və hal şahidlərinin iştirakı ilə əl çantasına baxış keçirilmişdir. Həmin vaxt skan qurğusuna nəzarət edən əməkdaş ona əl çantasında olan qutunun içərisində fərqli görüntülərin aşkar edildiyini bildirmişdir. Buna görə də onlar həmin əl çantasına baxış keçirmişlər. Baxış zamanı əl çantasının içərisindən 2 (iki) ədəd şəffaf sellofan paket, həmin paketlərin içərisindən isə bir hissəsi yuyucu vasitə qutusu, bir hissəsi şirniyyat qutusu olmaqla, 7-8 ədəd qutu aşkar edilmişdir. Həmin 7-8 ədəd qutunun içərisindən isə narkotik vasitələr aşkar edilmişdir. İçərisində narkotik vasitələr olan qutular yapışqan lentlə və yapışqan maddə ilə bağlanmışdır. Əl çantasının içərisində əsl yuyucu vasitə də olmuşdur. O, özü “X-RAY” cihazının operatoru deyil, amma xidmətə daim nəzarət edən bir şəxsdir. O, Təqsirləndirilən şəxs1 aşkar edilmiş vasitələrin nə olduğunu soruşmuş, Fuad isə cavabında aşkar edilmiş predmetlərin qadağan olunmuş əşyalar olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, onda soyuducu olmuş və o, həmin soyuducunu Təqsirləndirilən şəxs2 vermişdir. Bundan 1-2 gün sonra həmin soyuducuya görə aralarında yaranmış pul söhbətinə görə Təqsirləndirilən şəxs2 ona təxmini olaraq “qurbandır sənə” məzmunda bir ismarıc gəlmişdir. Onunla Təqsirləndirilən şəxs2 arasında heç vaxt narkotik vasitələrə dair söhbət olmamışdır. O, özü 17 dəfə ağır atletika üzrə Azərbaycan çempionu, həmçinin də Avropa çempionu olmuşdur. O, idmanla məşğul olan adamdır və ona görə də heç vaxt narkotik vasitələrlə bağlı işi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Dövlət Gömrük Komitəsinin əməkdaşıdır və “X-RAY” rentgen-nəzarət qurğusundan istifadəyə görə cavabdeh olan şəxsdir. Təqsirləndirilən şəxslərdən biri piyada xətti ilə rejimə daxil olmuş və bütün vətəndaşlar kimi əl çantasını “X-RAY” rentgen-nəzarət qurğusuna qoymuşdur. O, orada şübhəli maddə görmüşdür. Bu səbəbdən də o, gömrük baxışı keçirilməsi üçün dərhal vətəndaşın çantasını kənara qoymasını xahiş etmişdir. O, gömrük baxışı keçirən zaman vətəndaşın çantasında yuyucu tozlar, qutuda olan uşaq yeməkləri və narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs də, öz növbəsində aşkar edilən narkotik vasitəyə bənzər maddəni çox normal və sakit qarşılayaraq onlara heç bir etiraz etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 22 yanvar 2023-cü il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə Bakı şəhərinə gələn avtobusda Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılmışdır. Saxlanıldığı zaman Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əl yükünə baxış keçirilmiş və 2 (iki) kiloqram narkotik maddə metamfetamin və təxminən 4400 qram narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əl yükündə aşkar edilən narkotik vasitələri əvvəllər tanıdığı İran İslam Respublikası vətəndaşı “Şahbaz” adlı şəxsdən aldığını və 1.500 manat pulun müqabilində narkotik vasitələri Bakı şəhərində yaşayan alıcısına təhvil verməyi planlaşdırdığını bildirmişdir. Bu barədə tərəflərindən rəhbərliyə məruzə edilmiş və sonra əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərində istifadə etmək məqsədi ilə aşkar edilən narkotik vasitələr yenidən qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı “Şahbaz” adlı şəxs ilə telefon ilə əlaqə qurması üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs1 göstərilən narkotik vasitələri yaşadığı evdə alıcısına təhvil verməli olduğunu, İran İslam Respublikası vətəndaşı “Şahbaz” adlı şəxs ilə belə razılığa gəldiyini onlara bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı “Şahbaz” adlı şəxsə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ünvanını göndərmiş və həmin ərazi tərəflərindən nəzarət altına alınmışdır. Həmin gün təxminən saat 16:00 radələrində “Nissan Tiida” markalı avtomobil ilə Təqsirləndirilən şəxs1 olan narkotik vasitələri təhvil almaq üçün gələn Təqsirləndirilən şəxs2 avtomobildən düşürərək qeyd edilən narkotik vasitələri qəbul edən zaman tərəflərindən saxlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Xanbala oğlu ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunun şirniyyat adlanan hissəsində Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə aşkar edilmişdir. Bundan sonra Əməliyyat-İstintaq Baş İdarəsində əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs1 ilə razılığa gəlinmişdir ki, onlar evdə gözləyəcəklər və narkotik vasitəni götürməyə gələn şəxsi orada saxlayacaqlar. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürmək məqsədilə Təqsirləndirilən şəxs1 çağırdığı evə gəlmiş və narkotik vasitələri qəbul edən zaman tərəflərindən Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 olan və içində təxminən 6000 qrama yaxın narkotik vasitə olan çantanı götürmüşdür. Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı ilə mobil telefon ilə əlaqə saxlamış və sonuncuya canlı ünvanlar göndərmişdir. O, Təqsirləndirilən şəxs2 nə qədər miqdarda narkotik vasitənin arxasınca gəldiyini xatırlamır. Lakin onun bildiyi qədəri ilə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 olan və içində təxminən 6000 qrama yaxın narkotik vasitələr olan çantanı götürmək məqsədilə gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verməklə Şahid4 Xanbala oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, hadisənin baş verdiyi tarixi dəqiq olaraq xatırlamır. İşlədiyi Cənub Ərazi Baş Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinin sərnişini Təqsirləndirilən şəxs1 əl yükünə baxış keçirilmişdir. Həmin əl yükünə baxış keçirilən zamanı əl yükündən narkotik vasitələr heroin və metamfetamin aşkar edilmişdir. Daha sonra Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri davam etdirilmişdir. Həmin əməliyyat tədbirində Təqsirləndirilən şəxs2 də “Nissan Tiida” nəqliyyat vasitəsilə yaxınlaşaraq evdən narkotik vasitəni götürən zaman tərəflərindən saxlanılaraq Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanıldığı zaman artıq qeyd edilən narktok vasitələri götürmüşdür. Əməliyyat-İstintaq Baş İdarəsində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçiriləndə üzərindən 2 kiloqram 900 neçəsə qram metamfetamin, 4 kiloqramdan da artıq çəkidə heroin aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 22 yanvar 2023-cü ildə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi üzrə Biləsuvar rayonu keçid məntəqəsində Naxçıvan Muxtar Respublikasından gələn Fuad adlı şəxsin əl çantasından 2 kiloqramdan çox metamfetamin və 4 kiloqramdan çox heroin aşkar edilmişdir. Fuad həmin narkotik vasitəni İranda tanıdığı “Şahbaz” adlı şəxsin vasitəsilə əldə etdiyini və həmin narkotik vasitəni “Şahbaz” adlı şəxsin vasitəsilə Bakıda başqa bir şəxsə verəcəyini, bunun əvəzində isə 15.00 manata yaxın pul alacağını bildirmişdir. Fuad saxlanıldıqdan sonra gömrük və polis əməkdaşlarına qarşı tərəfin, yəni həmin narkotik vasitəni əldə etməyə gələcək şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasına köməklik göstərəcəyini bildirmişdir. Bu səbəbdən də onlar ünvan 2 ünvanında yerləşən Fuadın evində Fuadın yazılı razılıq ərizəsinə əsasən gözləmişlər. Həmin vaxt Fuadın telefonu da, açıq vəziyyətdə olmuşdur. “Votsap” vasitəsilə İran vətəndaşı “Şahbaz” adlı şəxs Fuada zəng etmiş və Fuaddan evin yerləşdiyi ərazinin ünvanını (konumunu) istəmişdir. Bir qədər gözlədikdən sonra Fuadın evinin yaxınlığına “Nissan Tiida” markalı avtomobil yaxınlaşmış və həmin maşında bir nəfər xanım da olmuşdur. Həmin maşından bir nəfər kişi düşərək Fuadın evinə yaxınlaşmışdır. Azər evə yaxınlaşıb çantanı götürdükdən sonra tərəflərindən saxlanılmışdır. Onlar Azəri saxladıqdan sonra maşında əyləşən Aysel adlı xanımı da saxlamışlar. Onlar hər iki şəxsi Dövlət Gömrük Komitəsinə aparmışlar. Bu zaman tərəflərindən Azərin maşınından 2 qram marixuana, 1 qrama yaxın tiryək aşkar edilərək istintaqa təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü o, yaşadığı məhəllədə Təqsirləndirilən şəxs2 maşınla harasa getdiyini görmüşdür. Bu vaxt o, Azərdən maşınla onun da gedəcəyi yerə onu apara bilibbilmiyəcəyini soruşmuşdur. Azər də, ona razılıq vermiş və o, Azərin maşınına oturmuşdur. O, maşında oturduğu zaman əlində şirniyyat olmuş, daha doğrusu həmin şirniyyatı yemişdir. Bu vaxt Azər ona bir yerə girib-çıxacağını demişdir. Azər maşından düşərək bir evə girmişdir. Azər həmin evə getdikdən bir qədər sonra bir neçə nəfərin onun üzərinə qaçaraq gəldiklərini görmüşdür. O, nə edəcəyini bilməmişdir. Həmin şəxslər ondan dayanmasını tələb emtişlər. O da, ağlamağa başlamışdır. Bundan sonra o, Azərin da saxlanılaraq çıxarıldığını görmüşdür. Azər həmin evdən əli bağlı çıxarılmışdır. Bundan sonra onu və Azəri Gömrük İdarəsinə aparmışlar. Gömrük İdarəsində əvvəlcə onu və Azəri eyni otağa salmışlar, sonra isə hər birini ayrı-ayrılıqda başqa otaqlara aparıbgətirmişlər. Şahid1 ibtidai istintaq zamanı vermiş və məhkəmədə tədqiq edilməklə araşdırılmış ifadəsindən görünür ki, o, rəsmi olaraq heç yerdə işləmir. 4 il olar ki, narkotik vasitələrdən istifadə edir. Əsasən də “kakos” adlı narkotik vasitədən istifadə edir. Narkotik vasitə istifadə etməyi həyat yoldaşı Kənandan öyrənmişdir. Kənan heroin istifadə etmişdir. Kənan iynə vasitəsi ilə onun damarına heroin vurmuş və həmin vaxtdan o, narkotik istifadə etməyə başlamışdır. Sonralar o, “patı” deyilən maddədən də istifadə etməyə başlamışdır. O, təxminən 1 ay olar ki, Azər adlı şəxslə tanış olmuşdur. O, Azərin qardaşı Ələkbəri əvvəlcədən tanımışdır. Ələkbər də, Azər kimi iranlılardan narkotik alıb satmışdır. O, Ələkbər vasitəsi ilə Azərlə tanış olmuşdur. Azər ona narkotik vasitələr vermiş və qarşılığında ondan pul almamışdır. Sadəcə olaraq Azər səmimi münasibətlər qarşılığında ona narkotik təşkil etmişdir. 22 yanvar 2023-cü il tarixdə günorta saatlarında o, Azərlə Binəqədi rayonunda olan bir kafedə olmuşdur. Azərin iranlı “əmi” dediyi bir tanışı olmuş, Azər həmişə “əmidən” narkotik vasitələr almışdır. Onlar kafedə olanda “əmi” Azərə zəng vurub demişdir ki, “sənə ünvan deyəcəm, ora get”, Azər də razılaşmışdır. Təxminən 1 saat sonra yenidən Azəri yığıb demişdir ki, “sənə ünvanı “WhatsApp"la göndərmişəm, get ora", Azər də həmin ünvana hansı səbəbdən getdiyini soruşmuşdur. “Əmi” də, Azərə telefonda nə demişdirsə o, eşitməmişdir. Azər ona demişdir ki, “gəl bir yer var, ora gedək sənə pul verəcəm, gedib uşaqlarını görərsən, həm də getdiyimiz ünvanda “metadon” olsa verəcəm sənə istifadə edərsən, ağrıların keçər”. O da, razılaşmış və Azərin maşını ilə iranlı “əmi” dediyi şəxsin verdiyi ünvana getmişlər. Orada Azər maşında iranlı ilə danışmış, sonra maşından düşüb bir evə girmişdir. Sonra o, görmüşdür ki, Azəri tutublar və ona görə də həyəcanlanmışdır. Bu vaxt əməliyyatçılar ona da yaxınlaşmışıb onu saxlamışlar. Onları birlikdə gömrük idarəsinə gətirmişlər. Orada iranlı “əminin” göndərdiyi, Azərin qəbul etdiyi çantaya onun da iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı əİ çantasında 3 ədəd bağlamada metamfetamin və 7 ədəd bağlamada isə heroinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və metamfetaminin ümumi təqribi çəkisinin 2101 qram, heroinin ümumi təqribi çəkisinin isə 44387 qram olduğu müəyyən edilmişdir. O, "əmi" adlı iranlını tanımır, sadəcə Azərin və sonuncunun qardaşı Əkbərin tanışı olduğunu bilir. O, Təqsirləndirilən şəxs1 tanımır. Azərlə birlikdə “əminin” verdiyi ünvana getməyi Azərə "əmi" demiş, Azər də, onun da getməyini istəmişdir. Lakin o, hansı səbəbdən Azərin bunu istəməsini bilməmişdir. Sadəcə Azər demişdir ki, "gedəkgələk pul verərəm uşaqlarını gedib görərsən və həmin ünvanda "metadon" adlı dərman olmalıdır, götürüb sənə verərəm ki, ağrıların keçər". O, əvvəllər Azərlə birlikdə heç yerdən narkotik götürməmişdir. Onun Tural adlı bir tanışı olmuş və o, Turaldan narkotik almışdır. Azər də, arada ona narkotik gətirmişdir. İranlı “əmi” adlı şəxs Azərə göndərdiyi ünvana “get” deyərkən o, Azərin həmin ünvandan narkotik vasitə götürəcəyini düşünmüşdür. Ona da deyəndə ki, "dərman olsa sənə də verəcəm”, bilmişdir ki, narkotik götürməyə gedirlər. Ağrıları çox olduğundan Azərdən ətraflı soruşmamışdır. Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Tiida” markalı, **-PC-*** nömrə nişanlı avtomobilindən təqribi çəkisi 2 qram olan marixuanaya oxşar maddə və təqribi çəkisi 1 qram olan tiryəkə oxşar maddə barədə heç bir məlumatı yoxdur. Saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməmiş, sağlamlığına zərər yetirilməmiş, maddi ziyan vurulmamışdır. Şahid9 ibtidai istintaq zamanı vermiş və məhkəmədə tədqiq edilməklə araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır, hazırda müalicə olunmaq məqsədilə “Yaşam” Reabilitasiya Mərkəzində yaşayır. O, əvvəllər 2 dəfə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamış, sonuncu dəfə 2019-cu ildə azadlığa çıxdıqdan sonra narkotik vasitələrdən istifadə etməyə davam etmişdir. xx.xx.2023-cü il tarixdən etibarən o, ailəsinin müraciəti əsasında “Yaşam” Reabilitasiya Mərkəzinə yerləşdirdərək müalicə almağa başlamışdır. Ailəlidir, 2 uşağı vardır. O, 2009-cu ildən etibarən narkotik vasitələrdən istifadə edir. Əsasən “kakos”, “heroin”, “ot”, “patı” və sair narkotik vasitələrdən istifadə etmişdir. O, həmin narkotik vasitələri tanımadığı şəxslərdən əldə etmişdir. Təqsirləndirilən şəxs2 onunla məhlə uşağıdır və sonuncu ilə bir qonşu kimi münasibəti yaxşı olmuşdur. O, istifadə etdiyi narkotik vasitə və psixotrop maddələrin əksəriyyətini Azərdən almış, Azərlə bir qonşu kimi münasibəti yaxşı olduğundan Azər onun lomkası gələndə pulunun olub-olmamasından asılı olmayaraq onu narkotiklə təmin etmişdir. Azər “kakosun” 0,5 qramını 10 manata, patının 0,5 qramını 20- 25 manata ona satmış, amma bəzi hallarda pulu olmayanda həmin narkotikləri ona pulsuz da vermişdir. Narkotik vasitələri o, Azərlə görüşüb şəxsən özündən təhvil almışdır. Onlar əsasən öz yaşadıqları məhəllədə görüşmüşlər və o, narkotik vasitəni orada Azərdən almışdır. Azərin özü də, narkotik vasitələrdən istifadə edən şəxs olmuşdur. Lakin Azərin həm öz istifadəsi, həm də satması üçün narkotik vasitələri haradan əldə etməsi barədə onun heç bir məlumatı yoxdur. Onun Təqsirləndirilən şəxs2 narkotik vasitələr alması barədə heç kimin məlumatı yoxdur. Çünki Azər bir neçə dəfə ona bildirmişdir ki, narkotiki ondan almasını heç kimə bildirməsin. Bununla da Azər özünün narkotik satmasını ətrafdakıların bilməməsinə nail olmaq istəmişdir. O, Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitələri heç kimə satmamış, həmin narkotik vasitələri şəxsən özü istifadə etmişdir. Seymur da, onlarla eyni məhəllədə kirayədə yaşayır, evlidir, arıq bədən quruluşlu, sarışın, 34 yaşlı oğlandır, atasının adı Səməndərdir, soyadı isə İsayev və ya Paşayev olmalıdır, Novxanı qəsəbəsində təkər təmiri sexində işləyir, telefon nömrəsi ***-***-**-**-dir. Seymurla Azər eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşamışlar. Seymur da, Azərdən narkotik vasitələr əldə etmiş, eyni zamanda Seymur da bilmişdir ki, o da, Azərdən “patı”, “kakos” və sair alır. X23 Respublikası ilə əlaqəsi yoxdur. Azər ona 1 dəfə bildirmişdir ki, narkotik vasitələri iranlı bir nəfərlə əlaqə saxlayıb Bakı şəhərinin müxtəlif yerlərinə “zaklatka” etdirmək yolu ilə əldə edir və bundan sonra həmin vasitələrin satışını həyata keçirir. Lakin o, Azərin konkret olaraq narkotik vasitələri kimdən və necə əldə etməsini bilmir, bunun birbaşa şahidi olmamışdır. O, Təqsirləndirilən şəxs1 tanımır, lakin Şahid1 bir neçə dəfə Təqsirləndirilən şəxs2 yanında görmüşdür. Belə ki o, Azərin maşınında sonuncudan narkotik alan zaman bəzi hallarda Aysel də, Azərin maşınında olmuş və Azərin ona narkotik vasitə satmasını Aysel görmüşdür. Şahid1 narkotik vasitə istifadəçisi olsa da, Aysel şəxsən ona heç vaxt narkotik vasitə satmamış, eləcə də o, Ayselin kiməsə narkotik vasitə satmasını görməmiş və eşitməmişdir. Aysel narkotik vasitə istifadəçisi olduğundan əvvəllər Azərin qardaşı Ələkbərin yanında, son zamanlar isə Azərin ətrafında olmuşdur ki, Azərlə Ələkbərin əldə etdikləri narkotik vasitələrdən istifadə etsin. O, “Şahbaz” adlı iranlını tanımır və sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Onun ümumiyyətlə İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 7-8) görünür ki, həmin gün saat 04:00 radələrındə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan MR-Bakı marşrutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 piyada keçid xəttində gömrük nəzarətindən keçən zaman ozü ilə gətirdiyi əl yüklərini “Heiman X-Ray" markalı rentgen yük yoxlama qurğusuna qoymuş, Təqsirləndirilən şəxs1 yoxlanılması üçün rentgen qurğusuna qoyduğu yüklərdən içərisində müxtəlif ərzaq malları olan 1 ədəd yük çantasında şübhəli predmetlərin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Bundan sonra onunla şifahi-sorğu sual aparılmışdır. Onun əl yüklərində qadağan olunmuş predmetlərin və narkotik vasitələrin, psixotrop maddələrin olub-olmaması soruşulmuş və varsa təqdim etməyi təklif edilmişdir. O isə, öz növbəsində əl yüklərində heç bir qadağan olunmuş predmetin olmadığını bildirmişdir. Sonra hal şahidləri dəvət edilməklə Təqsirləndirilən şəxs1 əl yükləri yoxlanılmışdır. Yoxlama zamanı onun əl yüklərinə daxil olan 1 ədəd yük çantasındakı 2 ədəd şəffaf sellofan torbalara yığılmış müxtəlif şirniyyat və yuyucu vasitələr əsaslı yoxlanılmışdır. Yoxlama zamanı birinci sellofan torbada olan üzərində “Softlan” sözləri yazılmış 2 ədəd yuyucu toz qutularının hər birinin içərisinə yerləşdirilmiş vəziyyətdə, gomruk nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış, çəkiləri müvafiq olaraq 797 qram və 800 qram, üzərində farsca yazıları olan 1 ədəd qırmızı rəngli yuyucu vasitə qutusunun içərisindən isə, çəkisi 500 qram olmaqla, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 2097 (iki min doxsan yeddi) qram təşkil edən ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddə, üzərində '”Home Plus" sözləri yazılmış 1 ədəd yuyucu vasitə qutusunun içərisindən polietilen torbada qablaşdırılmış çəkisi 483 qram, üzərində “Vitray” sözləri yazılmış 1 ədəd şirniyyat qutusunun içərisindən polietilen torbada qablaşdırılmış çəkisi 683 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 1166 (min yüz altmış altı) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra digər sellofan torbadakı mallar yoxlanılmış və torbada olan üzərində “Classic” sözləri yazılmış 5 ədəd şirniyyat qutusunun hər birinin içərisinə yerləşdirilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış çəkilən müvafiq olaraq 491 qram, 576 qram, 601 qram, 620 qram və 989 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 3277 (üç min iki yüz yetmiş yeddi) qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cu maddəsinə uyğun olaraq hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi yoxlama aparılmış və şəxsi yoxlama zamanı onun üzərindən əynində olan üst və alt paltarlarından hər hansı predmet aşkar edilməmişdir. Sonda Təqsirləndirilən şəxs1 əl yükündən aşkar edilmiş gomruk nəzarətindən gizlədilmiş 3 ədəd polıetılen torbalarda qablaşdırılmış qablaşdırmalar ilə birlikdə ümumi çəkisi 2097 (iki min doxsan yeddi) qram təşkil edən ağ rəngli kristallik halda olan metamfetaminə oxşar maddə və 7 ədəd polietilen torbalarda qablaşdırılmış qablaşdırmalar ilə birlikdə ümumi çəkisi 4443 (dörd min dörd yüz qırx üç) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Fakt üzrə yazılı izahat verən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ondan aşkar edilən maddələrin metamfetamin və heroin adlı narkotik vasitələr olduğunu, ümumilikdə çəkisi 2097 qram təşkil edən metamfetamini və ümumilikdə çəkisi 4443 qram təşkil edən heroini əvvəlcədən tanıdığı İran İslam Respublikası vətəndaşı “Şahbaz” adlı şəxsdən əldə etdiyini, narkotik vasitələri aparıb ünvana çatdıracağı təqdirdə kart hesabına 1.500 manat məbləğində pul vəsaiti yükləyəcəklərini bildirərək izahatında etdiyi əmələ görə peşman olduğunu, bundan sonra ona şərait yaradılsa işin gedişatı üzrə mümkün köməklik göstərə biləcəyini, narkotik vasitələri qəbul edəcək şəxslərin ifşa olunmasında əlindən gələni etməyə hazır olduğunu qeyd etmişdir. xx.xx.2023-cü il tarixli malların yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 16-18) görünür ki, Təqsirləndirilən şəxs1 əl yüklərinə daxil olan 1 ədəd yük çantasının zəncirbəndi açılmış və çantadakı 2 ədəd şəffaf sellofan torbalara yığılmış müxtəlif şirniyyat və yuyucu vasitələr əsaslı yoxlanılmışdır. Yoxlama zamanı birinci sellofan torbada olan üzərində “Softlan” sözləri yazılmış 2 ədəd yuyucu toz qutularının, üzərində farsca yazıları olan 1 ədəd qırmızı rəngli yuyucu vasitə qutusunun hər birinin içərisinə yerləşdirilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddə, üzərində "Home Plus” sözləri yazılmış 1 ədəd yuyucu vasitə qutusunun və üzərində "Vitray“ sözləri yazılmış 1 ədəd şirniyyat qutusunun içərisindən isə polietilen torbada qablaşdırılmış açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra digər sellofan torbadakı mallar yoxlanılmış və torbada olan üzərində “Classic” sözləri yazılmış 5 ədəd şirniyyat qutusunun hər birinin içərisinə yerləşdirilmiş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş, polietilen torbalarda qablaşdırılmış açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Cəmi 10 ədəd polietilen torbalarda olan maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, birinci sellofan torbada olan üzərində “Softlan” sözləri yazılmış 2 ədəd yuyucu toz qutularının hər birinin içərisindəki ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddənin çəkilərinin müvafiq olaraq 797 qram və 800 qram, üzərində farsca yazıları olan 1 ədəd qırmızı rəngli yuyucu vasitə qutusunun içərisindəki ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddənin isə çəkisinin 500 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisinin 2097 qram təşkil etdiyi, üzərində “Home Plus” sözləri yazılmış 1 ədəd yuyucu vasitə qutusundan aşkar edilən narkotik vasitə heroinə oxşar maddənin çəkisinin 483 qram, üzərində “Vitray” sözləri yazılmış 1 ədəd şirniyyat qutusunun içərisindən aşkar edilən narkotik vasitə heroinə oxşar maddənin çəkisinin isə 683 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisinin 1166 qram təşkil etdiyi, digər sellofan torbadakı üzərində “Classic” sözləri yazılmış 5 ədəd şirniyyat qutusunun hər birinin içərisindən aşkar edilən narkotik vasitə heroinə oxşar maddənin çəkisinin müvafiq olaraq 491 qram, 576 qram, 601 qram, 620 qram və 989 qram olmaqla qablaşdırmaları ilə birlikdə ümumi çəkisinin 3277 qram təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 əl yükündən aşkar edilmiş gömrük nəzarətindən gizlədilmiş 3 ədəd polietilen torbalarda qablaşdırılmış qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 2097 qram təşkil edən ağ rəngli, kristallik halda olan metamfetaminə oxşar maddə və 7 ədəd polietilen torbalarda qablaşdırılmış qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 4443 qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. xx.xx.2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli aşkar edilmiş predmetlərin yerləşdirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 32-33) görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitələri qəbul edəcək şəxsi, həmin maddələrin kimə məxsus olmasını, habelə cinayət əlaqəsində olan digər şəxsləri müəyyənləşdirilərək ifşa edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri davam etdirilmiş, əməliyyat tədbirində istifadə edilməsi məqsədilə aşkar edilmiş metamfetamin və heroinə oxşar maddələr aşkar edildiyi 1 (bir) ədəd çantanın içərisinə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat tədbirlərinin davam etdirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 34) görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı içərisində ayrı-ayrılıqda sellofan torbalarda qablaşdırılmış 7 ədəd bağlamada heroinə oxşar maddəyə və ayrı-ayrılıqda sellofan torbalarda qablaşdırılmış 3 ədəd bağlamada metamfetaminə oxşar maddənin olduğu 1 ədəd çantanı Təqsirləndirilən şəxs2 22 yanvar 2023-cü il, saat 16:10-da Təqsirləndirilən şəxs1 təhvil alarkən saxlanılaraq Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə aparılmışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 36-38) görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş və keçirilmiş əməliyyat tədbirlərində istifadə edilmiş predmetlərə baxış zamanı həmin maddələr elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda sellofan torbalarda qablaşdırılmış 3 ədəd bağlamada ağ rəngli, kristallik formada psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin ümumi təqribi çəkisi 2101 qram və ayrı-ayrılıqda sellofan torbalarda qablaşdırılmış 7 ədəd bağlamada narkotik vasitə sayılan heroinə oxşar maddənin isə ümumi təqribi çəkisi 4438 qram təşkil etməklə tamlıqlarının və təqribi miqdarlarının pozulmadıqları müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 36-38) görünür ki, baxış zamanı 77-PC758 dövlət nömrə nişanlı “Nissan Tiida” markalı minik avtomobilində olan 1 ədəd zəncirbəndli qara rəngli kiçik ölçülü saxlanc qabının daxilindən 1 ədəd bükümdə narkotik vasitə sayılan marixuanaya oxşar maddə və 1 ədəd bükümdə narkotik vasitə tiryəkə oxşar maddə, eyni zamanda nəqliyyat vasitəsindən narkotik vasitələrin istifadə olunmasında ehtimal edilən 2 ədəd metal boru aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürülmə haqqında protokoldan (cild 1, iş vərəqə 89) görünür ki, **-PC-*** dövlət nömrə nişanlı, “Nissan Tiida" markalı minik avtomobildən aşkar edilərək götürülmüş predmetlərə keçirilmiş baxış zamanı 1 (bir) ədəd bükümdə marixuanaya oxşar maddə, digər 1 (bir) ədəd bükümdə isə tiryəkə oxşar maddənin olduğu müəyyən edilmiş, hər iki büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək 1 ədəd bükümdə olan marixuanaya oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin təqribən 2 qram, 1 ədəd bükümdə tiryəkə oxşar maddənin qablaşdırılması ilə birgə çəkisinin isə təqribən 1 qram olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 114) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən (cild 1, iş vərəqə 147-151) görünür ki, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin hüquqpozmalar alt bölməsindəki “xidməti məlumatlar” siyahı sorğusu əsasında Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildə, saat 23:38-də “Biləsuvar” gömrük postundan keçməklə İran İslam Respublikasına getdiyi, xx.xx.2023-cü ildə, saat 07:52-də Culfa gömrük postundan ölkə ərazisinə daxil olduğu, həmin gün saat 19:27-də Culfa gömrük postundan keçməklə İran İslam Respublikasına getdiyi, xx.xx.2023-cü ildə, saat 04:45-də “Biləsuvar” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olduğu, xx.xx.2023-cü ildə saat 23:45-də “Biləsuvar” gömrük postundan keçməklə İran İslam Respublikasına getdiyi, xx.xx.2023-cü ildə, saat 08:09-da Culfa gömrük postundan ölkə ərazisinə daxil olduğu, həmin gün saat 20:22-də Culfa gömrük postundan keçməklə İran İslam Respublikasına getdiyi, xx.xx.2023-cü ildə, saat 03:51-də Biləsuvar gömrük postundan keçməklə ölkə ərazisinə daxil olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 və Şahid1 sərhədkeçmə məlumatlarının olmadığı məlum olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/419 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 137-141) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Məlumat və Qeydiyyat şöbəsi Zərflər üçün” dairəvi möhür əksi olan, bir ədəd DGK-ya məxsus sintetik torbanın içərisində 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 490 qram, 785 qram, 785 qram, ümumi təmiz çəkisi 2060 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 7 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 483 qram, 445 qram, 620 qram, 675 qram, 565 qram, 585 qram, 955 qram, ümumi təmiz çəkisi 4328 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd sellofanın içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,082 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 2 ədəd borucuq formalı predmetin içərisində psixotrop maddə metamfetaminə məxsus izlər var. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyil. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/89 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 143-145) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Məlumat və Qeydiyyat şöbəsi Zərflər üçün” dairəvi möhür əksi olan, bir ədəd DGK-ya məxsus ağ rəngli sintetik torbada 1 ədəd qara rəngli sellofan kəsiyində təmiz çəkisi 1,640 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 161-163) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 182-184) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-78/2023 saylı qərarından (cild 1, iş vərəqə 236-238) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-77/2023 saylı qərarından (cild 1, iş vərəqə 239-241) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 28-29) görünür ki, Təqsirləndirilən şəxs1 məxsus "Samsung Galaxy J7” markalı mobil telefona baxış keçirilmiş və həmin vaxt əhəmiyyətli məlumatlar aşkar edilmişdir: telefonun üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələri var. Telefonda mövcud olan “WhatsApp” tətbiqindən ***-***-**-** nömrəsi ilə qeydiyyatdan keçilmişdir. Telefonda mövcud olan “WhatsApp” tətbiqində “Шахбаз” adı ilə qeyd edilmiş +**********75 mobil nömrə əsasında yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. 22 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: “Шахбаз”: Sal. (1 cavabsız zəng) Aloo (5 cavabsız zəng), Aloo, Aloo, Aloo, Aloo. Alo, Aloo, Orakimiz partadr e Acda, Oldok biz (1 cavabsız zəng) ***-***-**-** (Fuad): (Leobanka məxsus 4098 5844 6702 3980 nömrəli kartın şəklini göndərir) “Шахбаз”: (2 cavabsız görüntülü zəng), (son 4 rəqəmi 3980 olan karta 1000 manat köçürülməsinə dair şəkil göndərir) ***-***-**-** (Fuad): (ünvan 2 ünvanının konumunu göndərir). “Шахбаз”: (1 cavabsız görüntülü zəng), Aloo, (1 cavabsız görüntülü zəng). xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 30-31) görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş və həmin vaxt əhəmiyyətli məlumatlar aşkar edilmişdir: telefonun üzərində ***-***-**-** mobil nömrəsi var və telefonda mövcud olan “WhatsApp” tətbiqindən həmin nömrə ilə qeydiyyatdan keçilmişdir. Telefonda mövcud olan “WhatsApp” tətbiqində “Шахбаз” adı ilə qeyd edilmiş +**********75 mobil nömrə əsasında yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. 22 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: “Шахбаз”: Zang ela, Aloo. Aye. Foade, Sani, Kodoram, Bir, Javab, Yazarsan, Kirdin, Seta (1 cavabsız zəng) ***-***-**-** (Fuad): (15 saniyəlik video göndərir və danışıq zamanı bildirir): A qalmışam mən soyuqda a kişi, nə qədər gözləmək olar?, gəlsin dənə. “Шахбаз”: Okey (səsli mesaj) gəlir ее qadaam gəlir, bunun maşını qızdırıb beenəva (günahsız), xarab olub, beenəva düz deyir. Gəlir. (3 cavabsız zəng), Aloo, Foad qaqaw korordo kedi, (2 cavabsız zəng), Aloo, (3 cavabsız zəng), Aloo, (1 cavabsız zəng). xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən (cild 2, iş vərəqə 40-60) görünür ki, Təqsirləndirilən şəxs2 məxsus "Samsung Galaxy A3” markalı mobil telefona baxış keçirilmiş və həmin vaxt əhəmiyyətli məlumatlar aşkar edilmişdir: telefonun üzərində ***-***-**-** mobil nömrəsi var. Telefonda mövcud olan “WhatsApp” tətbiqindən ***-***-**-**, “WhatsApp Business” tətbiqindən isə 055-908- 40-29 nömrəsi ilə qeydiyyat aparılmışdır. Telefonda mövcud olan “WhatsApp” tətbiqində “Xaledenik Temiri” adı ilə qeyd edilmiş +**********75 nömrəsi əsasında yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. 16 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ***-***-**-** (Azər): Ay emi bide he yox dide mene komeyliy ede bilirsen yoxsa yox bide heyox di ebelfese and olsunki birde bu seye gore narahat elemerm elemerem seni “Xaledenik Temiri”: Kimsan ***-***-**-** (Azər): (səsli mesaj) Mənəm əmi, mənəm, Azərdi. Belə də eliyə bilərik əmi, aparım qoyum maşını sənin adamın var burda, aparım qoyum onun həyətinə, bağlıyım qapılarına, qalsın onda, mal ver mənə hərəkət eləyim, pulunu verərəm, maşını gedib götürərəm da. “Xaledenik Temiri”: (səsli mesaj) Qaqaş səbr elə, zəng eliyəcəm, səbr elə. Neçə nömrədən yazırsan?, mən baş tapmadım axı. ***-***-**-** (Azər): (səsli mesaj) 2-si də mənim “WhatsApp”-ımdı əmi, 2-si də mənimdi, öz telefonumdadı, 2 dənə “WhatsApp”-ım var. 19 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: “Xaledenik Temiri”: Aloo 21 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ***-***-**-** (Azər): Oldi "Xaledenik Temiri”: Aloo, Salam. Bordasan. Zang ela. (4 cavabsız zəng) ***-***-**-** (Azər): (səsli mesaj) Neynirsən əmi? Axşamın xeyir. Canun-başun? Salamtçılıqdı? Neynirsən-neynəmirsən ay əmi? Fikir verməmişəm ее, səssizdəydi telefon, indi biraz var idi gördüm zəng eləmisən, işim var idi, işimi aşırdıb gəldim yığdım səni. Neynirsən? Salamatçıhqdı?. Dünən nə olmuşdu əmi? Nə qədər şeylədim xəbər çıxmadı səndən, nə olmuşdu? Salamatçılıq idi? Getmişdim evə girmişdim gəldim xaloğlu dedi ki zəng gəlib əmi zəng eliyib. Nə olmuşdi? Bundan əlavə “WhatsApp” tətbiqinin zənglər bölməsindən görünür ki, Təqsirləndirilən şəxs2 “WhatsApp” vasitəsilə "Xaledenik Temiri” adı ilə qeyd edilmiş nömrəyə xx.xx.2023cü ildə saat 14:53-də zəng etmiş, “Xaledenik Temiri” adı ilə qeyd edilmiş nömrə isə həmin gün saat 14:57-də Təqsirləndirilən şəxs2 zəng etmişdir. “Xaledenik Temiri” adı ilə qeyd edilmiş nömrə xx.xx.2023-cü il tarixdə saat 18:48-də 3, 19:06-da isə 1 dəfə zəng etmiş, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 20:52-də “Xaledenik Temiri” adı ilə qeyd edilmiş nömrəyə 1 dəfə zəng etmişdir. “Xaledenik Temiri” adı ilə qeyd edilmiş nömrə xx.xx.2023-cü il tarixdə saat 14:03-də Təqsirləndirilən şəxs2 zəng etmiş və aralarında 59 saniyə danışıq aparılmışdır. Telefonda mövcud olan “WhatsApp Business” tətbiqində “Xaledenik Temiri” adı ilə qeyd edilmiş +**********75 nömrəsi əsasında yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. 16 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ***-***-**-** (Azər): Emi salam axsamun xeyirli olsun (səsli mesaj) Axşamun xeyir əmi, Necəsən?, neynirsən?, Canun-başun?, Salamatçıhqdı? Əmisi sənə bidəənə işim düşüb ее, mən maşınımın arendasını verə bilməmişəm bu ay, bidənə p..sərin birinə vermişdim mal, c..dır balası yidi dağıtdı pulu, indi elə sabaha, sabaha, sabaha, fırladır hələ o gündəndi, sənə də elə ona görədi borclu qalmışam, mənə nə köməklik eliyə bilərsən əmi? Maşın çıxır əlimdən. 8000-9000 pul vermişəm uje ona xırda-xırda, bidənə bu ay verə bilmirəm. Çətinlik çəkirəm, o da olacey ее 15 günə yığıcam, düzüb-qoşacam, prosta vaxt çatmır da bildun?, köməklik eliyə bilərsən mənə əmi? “Xaledenik Temiri”: Salam sağ ol, sən necəsən? Yaxşısan başıva dönüm?. Nə mənə lazımdı de görüm?, pulu verirəm vermirsən, mən də məcbur oluram da ordanburdan nisyə götürürəm mən də. ***-***-**-** (Azər): Əmisi nə qədər verə bilərsən verginən, Allahımıza and olsun yəni sən özün bilirsən ki, sənin pulun məndə batmaz, mən sənə yəni belə kruqom ziyan vurmamışam da əmi sənin başuva dönərəm, Allah sənin canıvu sağ eləsin ее. eləsən də köməklik sağ ol, eləməsən də sağ ol. Allaha and olsun sən mənə çox köməkliklər eləmisən, onu itirən pramoy bişərəf olar, and olsun Allahımıza, Allah sənin köməyin olsun, əlimdə heç nə yoxdu da, patı, kola, nə verə bilirsən ver, hərəkət eliyim, arendam da verim, maşın heyifdi da 8-9 minə yaxın pul vermişəm ona xırda-xırda, şərəfsiz məni sabaha, sabaha, sabaha, fırladır b..bala neçə gündür. Nə köməklik eliyə bilirsən elə əmi, belə mal atginən mənim üçün hərəkət eliyim, həm sənin puluvu atım, həm öz işimi görüm. Emisi yaxşi ot olsa otda isdiyirler direnibler nese cekenner. Emi bir xeber diyirsen mene yoxsaki yox? .... Əmisi sənin başuva dönərəm bidənə mənə hə yox denə, mən işimi bilim da mənə köməklik eliyə bilirsən ya yox? Bidənə hə yox di Allahımıza and olsun bidə mən sənbi narahat eləmiyicəm bu şeyə görə, imkan varsa elə mənə köməklik. Maşındı da çıxmasın əlimdən. Belə də eliyə bilərik ha əmi, var adamın aparım qoyum onun həyətinə maşıni, bağlıyım qapılarını, qalsın onun həyətində, mal ver mənə, mən hərəkət eliyim, verim pulunu, sonra gedim götürüm maşını əgər inanmırsansa, haqqındı ha belə. Çünki aldatdım da səni axırıncı, aldatmadım ее indi məcbur belə alındı “Xaledenik Temiri”: Sabiri ol yazajam 2 saata ***-***-**-** (Azər): ok 17 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ***-***-**-** (Azər): Axşamın xeyir əmi, neynirsən-eynəmirsən?, canun-başun? əmisi nooldu səndən xəbər gözləyirəm ее mən dünəndən, bidənə adam varsa burda, Nissan Tiidadı da məndə maşınımı bilirsən da, aparım salım onun həyətinə, saxlıyım orda, mənə biraz kola, patı verginən hərəkət eliyim, həm o köhnə borcunu verim, həm də bunun arendasını 700 manatı verim maşının, dirəniblər ее gəlib aparacaqlar ее maşını. Mənə əl tut da, noolar? “Xaledenik Temiri”: Azər qadanı alım, səni özüm yığacam, başaa dönüm, narahat olma, canuu yeyim. ***-***-**-** (Azər): Allah sənin canını sağ eləsin əmi, heçnə də gözləyirəm da əmi sənin başuva dönərəm, ta sabahacan vaxt almışam onlardan, indi bu gün götürsəm. Sabah axşamacan yerbəyer eliyərəm, verərəm da onların pulunu...inşAllah saat neçəyə xəbər eliyərsən mənə? Əmisi sənin qadanı alaram, noolar bu gün bidənə həll elə da onu, başuva dönərəm.... Allahımıza and olsun əmi hərəkət eliyib sənin də pulu verəcəyəm qurana and olsun, Özün də bilirsən ki, necə iş görürdüm?, bunların varyoxuna lənət, məni necə pis günə qoydular, sənin də yanında yalançı çıxartdılar. 18 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ***-***-**-** (Azər): (səsli mesaj) Əmisi axşamın xeyir bir daha, əmisi mənə bir dənə kəlmə alınır-alınmır denə işimi bilim? Emi babasvadonum 1 kelme he yox?.... Əmi 700 manat cəmi arendadı, 14-15 gündü gecikməm var, 300 manatım var, qalanı çatmır. Noolar biraz mal atginən, ya nəşə atginən mənim üçün, götürüm hərəkət eliyim, həm sənin puluvu vurum, həm borcunnan da verəcəm da, o 1500 manatdan da verəcəm, həm də bu maşın işini həll eliyim da əmi. Çıxmasın əlimdən. Noolar köməklik eliyərdin mənə? İndi bidənə iş idi da alındı belə, borclu qaldım sənə, o qədər məndə malın olub, mən sənin malına heç vaxt ziyan vurmamışam, and olsun Allahımıza. “Xaladenik Temiri”: Zang edajam ***-***-**-** (Azər): (“Nissan Tiida” markalı 77PC758 nömrə nişanlı maşının şəklini göndərir) (səsli mesaj) Əmi bu maşındı mənim maşınım, bidənə adam var?, dinə aparım salım həyətində saxlayım. Biraz mənim üçün mal verginən, yerbəyer eliyim, sənin də pulundan verim o 1500 manatdan, həm malın pulunu verim “Xaledenik Temiri”: Sabiri ol yazajam ***-***-**-** (Azər): Hemee arendani (səsli mesaj) ... Noolar ki əmi indi bidənə q..bənin balaları məni katastropa saldılar borclu qaldım, inam itdi mənə?, o qədər işlər görmüşük, o qədər daveryalar olub aramızda, o qədər daverya eləmisən mənə. 21 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: “Xaledenik Temiri”: (1 cavabsız zəng) ***-***-**-** (Azər): Axşamın xeyir əmi, Necəsən?, canun-başun? Əmisi uşaqlar yığmışdılar məni, 20 dənə kola, 5 dənə patızad, hardasa lazım olacey. Lazım olsa nəxədi düzəlir? 22 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: “Xaledenik Temiri”: (saat 14:06-dan 14:10-dək olan müddət ərzində 4 cavabsız zəng və göndərildikdən sonra silinmiş 6 mesaj) ***-***-**-** (Azər): (Səsli mesaj) Əmisi orda nədi, nə üçün gedirəm, nə götürəcəm? Burdan ora mənim hardasa vardıda bir 20 dəqiqə - yarım saatlıq yolum, tərpənirəm gedirəm ora. “Xaledenik Temiri”: Okey. (1 silinmiş mesaj) (ünvan 2 ünvanının konumunu yönləndirilmiş formada göndərir) (2 cavabsız zəng) Aloo, Aloo, Qaqaw, Kotordon ya yox. Bir soz de, Aloo, aloo (25 cavabsız zəng) Telefonda mövcud olan “WhatsApp" tətbiqində "Vüsal Malyar” adı ilə qeyd edilmiş +**********57 nömrəsi əsasında yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. 18 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: "Vüsal Malyar”: Salam. Necsesn. (Səsli mesaj) Salam mənim qardaşım necəsən kişi? Nəvar nə yox? Amanat var qaqa, götürürsən tez həll eliyim da yəni? Elə indi, birinci reysdə yarım saata-bir saata qardaşlar çıxırda yəni, get amanatı götür, nəmənə deyir, daş, torpaq yaxcıdu, təbiət də istəsən güjdü təbiət ha götürün, yaman təbiətdi ее, elə daş, torpaq da. Pulu vur yanı, 1 saata, 2 saata alınır. Atım get götür hərəkət elə, sən də yəni klentlrivi qaçırma da. ***-***-**-** (Azər): Salamatam nenisen canunbasun "Vüsal Malyar”: (Səsli mesaj) Sağ ol qaqa, sağlıq salamatçılıqdı kişi. Bidənə çıx sviyaza qaqa işim var ее sənnən. ***-***-**-** (Azər): Qaqasim bide sebirli ol masin sururem yigram seni catim 19 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: "Vüsal Malyar”: Salam (3 cavabsız zəng) (səsli mesaj) Salam qardaşım, axşamın xeyir, necəsən kişi? Nə var, nə yox? Nə xəbər? Bə mən səni gözlədim, camaat tappatup götürür, Allaha and olsun 1 saata həll eliyirdim, daş nə qədər ürəyindən keçir yəni atım, yaxşı daş, torpaq, nə qədər istiyirsən torpaq atım, daş nə qədər istəyirsən atım, gül nəmənə qaqa Allaha and olsun daş ondan qalan dəyir, torpaq, Bomba yəni qardaşcanı, 2 günə - 1 həftəyə bidənə tərpənsən ha yəni hərəkət eləsən, hərgün ata bilərəm ha dayanmayassan, xeyrini tutaceysən, yaxşı olacaq.. ***-***-**-** (Azər): Axşamın xeyir mənim qardaşım, gör nə deyirəm ее, başuva dönərəm məndə elədə pul çox döyül, imkan var qardaşıva əl tutginən indi belə 10 dənənin pulunu düzüm-qoşum indi vurum karta həll elə mənim üçün qaqaşım, belə pis çıxmasın xırda-xırda onsuzda başlamışıq da hamımız, köməklik elə qardaşıva qaldırım pulu, iş görək da bratım, ancaq səniynən iş görüm 20 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ‘'Vüsal Malyar”: Leobank 4098+5844+6064+2828 (səsli mesaj) Buna qardaşım tez vur, çekini at mənə, qardaşım kuryer çıxır bax deyim sənə, qardaşımsan biraz tez elə. Aloo (2 cavabsız zəng) ***-***-**-** (Azər): Qaqaşım vurum mən bu karta pulu? “Vüsal Malyar”: Hə vur qadan alım çekini at mənə tez ***-***-**-** (Azər): (səsli mesaj) Oldu brat, aparatın yanındayam vururam (son 8 rəqəmi 60642828 olan X3 adına olan Leobanka məxsus karta ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 00:59-da 200 manat göndərilməsinə dair qəbzin şəkilini göndərir) (səsli mesaj) Atam özüm atdım da sənə çeki da, deməli səndən xəbər gözləyirəm da, məhlədə gözliyrəm səni “Vüsal Malyar”: (səsli mesaj) Gördüm qardaşım, başıva dönərəm, qoy şeyini alım sənə xəbər eliyirəm ***-***-**-** (Azər): (səsli mesaj) Yaxşı mənim qardaşım, qoy bidənə işimizi aşırdaq qaqaşım, sonra zəng vuracam dərdləşək, mən neçə vaxtı açığı diyanmışdım, diyanmamışdım ее, şərəfsiz-şərəfsiz adamlara rast gəldim, gic-gic adamlar adamın qabağına gələndə heç nə eləmək olmur “Vüsal Malyar”: (səsli mesaj) Qaqa bilirəm ее, başıva dolanım, setdə ol haa, deyirəm çıxrısan. (elektron tərəzinin üzərində 1 bükümdə 10.02 qram çəkidə heroinə oxşar maddənin şəkilini, konum və sonradan divarın dibi xüsusi işarələnmiş formada küçə şəkili göndərir) ?? Aloo (4 cavabsız zəng) (səsli mesaj) Qaqa gör haçan atmışam, zəng də eliyirəm götürmürsən, setə gəlmirsən, tez ol get götür qardaşımsan ***-***-**-** (Azər): (səsli mesaj) Qaqaşım qai var idi götürə bilmirdim, yoldayam, gedim çatım ora yığıram səni, çatım, götürüm, yığım da səni “Vüsal Malyar”: (səsli mesaj) Qaqa biraz tez ol da, 1 saatdan artıqdı ее, mən dedim indi götürübsən ее, səndən xəbər gözləyirəm, get götür. ***-***-**-** (Azər): Bratim ALLQHRAZİ olsun insalla seher yigaram danisarig bide komeyliy ele qardasva elimde maya duzeldim ki soram 100 dene 50 dene goturub rahat is gorey birdeki qerdes ot varda sende hudeyqe acigi koladan patidan cox ot isdiyirler saba danisarug oldu memqaqasim sagol “Vüsal Malyar”: (səsli mesaj) Salam mənim qardaşım, necəsən kişi? Gör nə diyirəm qaqa, daş da var, torpaq da, nəmənə istiyirsən nəqədər. Burda amanat qıtdığ olmamışdan qabaq 36-35-34 idi, indi 40-dan aşağı vermirlər. Demirəm ta yarım kilo, 1 kilo götürəsən 37-yə, 38-ə. Bu cür 50 dənə, 100 dənə 40-dan atılır. Gör nə deyirəm qaqa, təbiət demişdin, təbiət də götürürsən, bomba. Sırağa günü 40 dənə götürmüşdüm, kuryerə verdim, təbiət deyirəm ha gül, təbiət də istəsən var, mənə tez de, axşam gördün? Pulu vurdun, üstündən 40-50 dəqiqə keçməmiş mən deyirəm ünvanı atdılar getdin götürdün, mənki tezbazardı.... İstəsən daş, torpaq, təbiət, dərman da vardı, tez mənə denə 1-ci reysdə atım, 7-8 hava biraz qaraldı deyim get amanatını götür. ***-***-**-** (Azər): (səsli mesaj) Salam mənim qərdeşim, neynirsən? Qərdeşim bir yaxın adam var, o da pul düzüb-qoşur ki, ataq biryerdə hərəkət eliyək, qoy o da düzqoş eləsin pulu, inşallah sabaha götürücəyik da, hələki patı, kola, ama ot bilirsən nə qədər adam istiyir? Prosta pulum çatmır qərdeşim, indi bəlkə biraz pul çox olsa biraz da ot atarsan bizimüçün. Belə mənim 20 manatdan kanalım var, 2 nəfər var sizin tərəfdə, 20 manatdan götürə bilirəm, indi diyirsən mal qalxıb ama bilmirəm, diyirsənsə elədidə yəqin. 20 manatdan kanalım var, indi də var yəni 20 patı, 20 kola, 2-si də 20 manatdan, nəşəni də götürürəm çox götürəndə 6 manatdan, 1 dənə bütövzad götürəndə, məsəl üçün belə götürəndə 100 qram, 200 qram verib bizə 7 manatdan, 7.50-dən. “Vüsal Malyar”: (səsli mesaj) Salam axşamın xeyir qardaşım, necəsən? Hə qaqa nəşə də var, daş, torpaq. Mən də elə nəşəni 7-dən, 7.50-dən, 8-dən, 1 manat oyanbuyan nolacaq?, mən səndən az tutsam noolacaq?, çox tutsam noolacaq?. Təki sən rzaı olasan, zəhmət çəkirsən, risk eliyirsən. Danış dostunla, məsləhətləş, sabah elə tezbazar, birinci reysdə, neçə dənə daş?, neçə dənə torpaq?, təbiət də götürsən təbiət də var. Bilirəm təbiət orda çox gözəl gedir, namənə istəsən sabaha atım get götür tez bazar, oldu qardaşım çox sağ ol 21 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ***-***-**-** (Azər): Oldu brat ALLAH razi olsun var ol qaqasim inşallah saba dost var didime sene oda pul duzeldcey hell eliyicey soram mende pul duzeldcem qaqasim isdiyiriy ki ikimiz serik is gorey birez maya duzeldey ki qaqasim vala ozunde bilirsende men narmalni is gorurdum sende meni bagisda p..serlere rastgeldim pul dagildi duzeliceye atamhersey yaxsi olcey qaqasim saba elaqe saxliceyam gecen xeyire ''Vüsal Malyar": Salam ***-***-**-** (Azər): (səsli mesaj) Salam qərdeşim. Neynirsən?, canun-başun? Qaqaşım 1 saata sənə deyirəm da hansından nə qədər lazımdı?bidə qaqaşim bu kola axırıncı götürdüyüm var haa, ondan başqa kola yoxdu? Başqası vardısa atam başqasını şeylə. Bidənə o dedim dost uşaq var ее ikimiz istiyirik hərəkət eliyək, indi pul göndərir da o da. Hərəkət eliyək maya keçirdək əlimizə. Sən bizə biraz əl tutginən, malzad götürək, hərəkət eliyək, maya düzəldək əlimizdə. Maşım da əlimdən aldılar da Vüsal, alacaqlarını var idi, tutuldular, 4000zad deyirdim ее alacaydım, 2-3 gündü tutuldular. "Vüsal Malyar”: (səsli mesaj) Salam qardaşım, nə var nə yox? Mənim gözüm üstə, səndən mənə zərər, ziyan gəlməz. Heç xeyir tutmayam bir ay da atam sənin kimi qardaşı mən illərlə, 1 il də, nəbilim 5 ay da yola verərəm. Sən işlərini gör, bevaxtı, hava qaralır, daş, torpaq, təbiət, dərman, nəmənə istiyirsən tez mənə denə.... ***-***-**-** (Azər): (səsli mesaj) Allah köməyin olsun, Allah qərdeşdiydən əksik eləməsin. İndi bidənə dost uşaq gəlsin, pul götürüb gəlir də. Qoy bidənə şeyləsin görüm nə qədər pul gətirir. Birəz də məndə var, üst-üstə ataq, diycəm sənə də nə lazımdı atam. Qaqaşım 400 manat puldu, indi olabilsin 500 olsun, didiyim uşaq Yasamaldadı, gəlir bura Binəqədiyə, gəlsin götürüm ondan pulu, yığıb diyirəm sənə, deməli 400 manat nəğdi var. 5 patı, 15 kola, ama başuva dönərəm o gün götürdüyüm koladan olmasın, donan mal olmasın da, sənin malların narmalni mal olur, düzqoş eliyərsən qaqaşın üçün, istəyirik hərəkət eliyək, mayanı düzüb qoşunca bizimçün köməklik elə, sonra nə qiymət diyərsən həll eliyərik. Qaqaşım 100 manat da belə düzəldi onun üstünə, sən mənə dinə görüm düzüb-qoşa bilirsən bu günləri?. "Vüsal Malyar”: (səsli mesaj) Salam necəsən qardaşım? Qaqa indi nəxərdə var səndə? 500? Qaqa danışdım haa, başıva dolanım kişi, kart atım? Nəxərdədi? 500dü? Onu vur çekini at mənə. ***-***-**-** (Azər): (səsli mesaj) Atam həri indi məndə 500 manat olacey. indi diyirəm də sənə neçə dənə, neçə dənə hərəsindən mənimçün düzqoş elə. İndi mənə köməklik elə, sonra qaldıracam 100-ə, 50-yə, fso. Allahımıza and olsun mən heç vaxt 10 dənə, 15-20 dənə, 15-20 dənə mən bu işə təzə-təzə başlayanda götürmüşəm, ondan sonra götürməmişəm... Patı, mal götürəcəm, indi otun da söhətini eliyəcəm, qoy bidənə 200-300 mnat ot üçün şeyləyək, ota demək olar ki, məndə klent narmalnidi.... “Vüsal Malyar”: (səsli mesaj) Hə qaqa, ot da var, mən səni razı eliyəcəm, mən sənə əl tutuacam, sən yeri gələcək 5 gün, 10 gün, 1 aydan sonra 500 dənə, yarım kilo götürəssən, mən orda səndən 100, 200, 500 xeyir tutuacam. Danışdım daş da, torpaq da, 9-dan oyana atılacaq... ***-***-**-** (Azər): (səsli mesaj) Qaqaşım 10-15 dəqiqəyə çatırlar yanıma, pulu götürürəm diyəm sənə. "Vüsal Malyar": (səsli mesaj) Salam, neynək qaqa? Gözlüyürəm ***-***-**-** (Azər): (səsli mesaj) Qaqaş mənə 5 dənə patı, 20 dənə kola, bir də kartı atginən vurum da karta. Bidə qaqaşımsan çalış biraz yaxına atsınlar da. Qaqasim meni yigda pul hazirdi. Qaqaş sən çeki atırsan mənə? Pulu vurum ki, gec olmasın da başıva dönərəm. "Vüsal Malyar”: (səsli mesaj) Atıram qardaşım, səbrli ol. ***-***-**-** (Azər): (səsli mesaj) Qaqaşım nə xəbər? Atırsan kartı mənə? Gec olmasın deyə deyirəm ее, naxadı pulu vurardıq, sonra gec olmasın da. Ok. Qaqasim ne xeber cixdi. Diyesen nese bugun alinmir he. Qaqas? 22 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: "Vüsal Malyar”: (səsli mesaj) Salam qardaşım, necəsən?, nə var nə yox?.... Qaqa sabahları tezbazar həll eliyəcəm, ola bilər gündüz atılar yəni, günüz də olmasa hava qaralan kimi, bəlkə də günüz oldu 1-2, sən setdə ol da qardaşım. İndi bu qaqaş götürüree birazdan, yaxşı amanat götürür, çatıbdı, sabahdan paylayacaq, anbardarı, kuryeri gedib götürməyə. Sabah atacam. ***-***-**-** (Azər): (səsli mesaj) Allah camvı sağ eləsin qaqaş, mən neçə nəfərlə iş görmüşəm, onlar neynirdilər qaqaş? Pulu vur, pulu vur. Pulu vurdun bidə gördün 1 həftədi malı düzüb-qoşmur. Dilxor olurdum. Heç nə qaqaşım, gündüz eləsən vapşe bomba kimi olar ее, çünki malımzadım yoxdu, uşaqlar da ba neçə nəfər indi yığır, ot da ki kliyenti var məndə, ot da istiyirlər, otu da götürəcəm, prosta ki indi bidənə kola, patını şeyliyim, ot üçün də pul düzəldim diycəm sənə, otu da diyəcəm. Heç nə qaqaşım gecən xeyrə, qulluğundadı qaqaşın. "Vüsal Malyar”: (səsli mesaj) Salam qardaşım, yatmıyıbsan? Gör nə deyirəm kişi?....Sabah ehtimal çoxdu. Sübh mən sənə zəng vuracam, setdə olginən, 10-da mənə pul vurginən, 11-əcən, 12-yəcən ehtimalı çoxdu atam, qalmaya hava qaralana, sən də işlərini yerbəyer elə, setdə olginən, götür telefonu ***-***-**-** (Azər): (səsli mesaj) Lama qərdeşim, sabahın xeyir. Neynirsən atam? Qaqaşım mən hazır da, mən səndən xəbər gözləyirəm, ba yatmamışam gözləyirəm səndən xəbər. "Vüsal Malyar”: Salam ***-***-**-** (Azər): Salam memqaqasim. Necesen. Qerdes neyniyey men haziram atambide indi atddira bilsen indiki 11 de 12de olsun hecneyim yoxdu ozumde birezden lomkaya dusceyem "Vüsal Malyar”: (səsli mesaj) Salam qardaşım necəsən? İndi durmuşam yuxudan, dayan qoy danışım uşaqlarla, kart atım bunu vurginən qaqaa. (1 cavabsız zəng) ***-***-**-** (Azər): ? "Vüsal Malyar”: (səsli mesaj) Atıram qardaşım, nigaran olma, atacam vur, istiyirəm vurdun yubanma ее, tez gedib amanatım götürəsən, yarım saat, uzağı 1 saat keçdi gedib amanatını götürəsən, atıram, sən də setdə ol ***-***-**-** (Azər); (səsli mesaj) Heç nə qaqaşım, sənin başıva dönərəm, uje lomka da gəlib, inanırsan 2 nəfərik, lomkadayıq ikimiz də, başıva dönərəm sənin gör neynirsən? “Vüsal Malyar”: (səsli mesaj) Bildim qardaşım, başıva dolanaram. Həll eliyəcəm, götürəssən tez, arxayın ol (göndərildikdən sonra silinmiş 1 mesaj) Bildim qardaşım, qoy işlərimi həll eliyim, zəng elədim..sən setdə ol, 5 dəyğənin içində alma bilər, 10 dəyğə, yarım saat, belə da yanı. Kart atacam, tez vurassan, amanatını gedib götürəssən. ***-***-**-** (Azər): Vüsal atda qaqasimsan. Aparatın yanindayam (ödəmə terminallarının şəkilini çəkib göndərir) Qaqasim atda basvadonum dükandayam biraydan. "Vüsal Malyar”: ?? (2 cavabsız zəng) Aloo... YeloBANK Kart to kart üçün: 4173+8652+2019+5894 Terminaldan köçürmək üçün: Müştəri id və ya hesab nömrəsi: 220307 Fin kod: 68AJJWS (1 cavabsız zəng) ***-***-**-** (Azər): (səsli mesaj) Sənin başuva dönərəm, burda yazılıb ki, hüquqi şəxslər, sonra fiziki şəxslər, kart hesabını artırmaq. Kart hesabını artırmaq odu? “Vüsal Malyar": (1 cavabsız zəng) ?? ***-***-**-** (Azər): (41 ******** 195894 nömrəli X3 adına olan Yelobanka məxsus karta ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 14:26-da 455 manat göndərilməsinə dair qəbzin şəkilini göndərir) (səsli mesaj) Vüsal qaqaşım, 1-2 dənə pul köhnə oldu, 20-30 manat xərcləmişdim pulun üstündən, 1-2-si də köhnə oldi, 45 manat pul birezdənnən vuracam da mən atam, sənin başuva dönərəm, köhnə pul oldu 1-2 dənə 10luq ona görə getmədi, 20-30 manat da xərcləmişdim elə səhər tezdənnən, dünən bütöv 500 manat idi, indi birazdan vuracam da atam, yəni arxeyinçilikdi narahat olma. “Vüsal Malyar”: Ok ***-***-**-** (Azər): (səsli mesaj) Qaqaşım, inşallah sən nə qədər vaxta xəbər eliyərsən mənə, həm lomkadayam, həm də bidənə maşın var gedib onu təhvil verməliyəm. Zəng vurmuşdular, dedim gözdüyün xəbər eliyirəm, əsas lomkadayam ее, onu belədə ki, axşam da verə bilərəm. Vüsal qaqasim bide neqedere xeber cixar “Vüsal Malyar”: (səsli mesaj) Salam qardaşım, necəsən? Gör nə deyirəm, setdə olginən, burda olda yəni, sənə xəbər eliyəcəm, yarım saat, 20 dəyqə qabaq deyəcəm hazırlığın olsun, get amanatı götür, səbrli ol bidənə tez yığsa diyəcəm. Salam ?? Aloo (6 cavabsız zəng), Alo (6 cavabsız zəng), ? (2 cavabsız zəng), 20k 5p (sonradan ağacın dibi xüsusi işarələnmiş formada küçə şəkili və ünvan 6 ünvanının konumunu yönləndirilmiş formada göndərir) (76 cavabsız zəng) Telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş ***-***-**-** nömrəsi əsasında yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda aşağıdakılar qeyd edilmişdir. 21 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ***-***-**-**: Emioğlu salamatcılığ oldu? Emioğlu necesen? (2 cavabsız zəng) Emioğlu 15 m varimdi (16 cavabsız zəng) Əmimoğlu (1 cavabsız zəng) Qaqas Mənəm tərlan əmioğlu Ata 20 düzəltdim əl tutda qardasva (4 cavabsız zəng) Emioğlu Buralardasan? (4 cavabsız zəng) ***-***-**-** (Azər): G ***-***-**-**: Emioğlu Evdesen (1 cavabsız zəng) Ayy b..ə əmioğlu hər gələndə pult yadimnan cixir. İndi qoydum cibimə nə vaxt görusduy səndədi puly T ***-***-**-** (Azər): He zor olar qaqasim Teris pul gozduyurem getirsin bide vurum karta das goturcem dasda kolada qiretun var mende bide terkan and verirem balalarvun canina kimicun goturdun bilmesin kimnen alirsan cunki arxayin oturmusamki bide terlan bilir baa and verdim seni dime kimese bugun bide sene vermisem basqa birkese neyse veren c..igin b..asi olar ***-***-**-**: Emioğlu sən öl seymurdan basqa hec kim seni tanimir. Нес kəsin yanindada adun cekilə bilməz. Telfonan danişandada qiraxda danişiram. Yanma gələnində 10 nunan 8 i şəhərdən gəlir. 1 2 nəfər diki oda əmim oğlu çənəli birdə koku fıso. Moykanin yaninda gözdədirəm pulu götrüb özüm yuxariynan gələm. Belə əmioğlu gecə evdə seymuman 2 miziy hec kim yoxdu ureyin istəsə gəl bizə qaqaşım. Qaqas kartun var? Varsa 10 m atim karta. 10 nux at bir yerə elekber götürsün nə məsləhətdi əmioğlu? ***-***-**-** (Azər): Pulu cixart axsam gelmeye yigacam sene gelecem xeber edecem ***-***-**-**: Emioğlu Evdesen? (4 cavabsız zəng) ***-***-**-** (Azər): Qas emi ogli nenisen Ne diyirdun ***-***-**-**: Emioğlu 2 deqa diyirəm dəqiq sənə ***-***-**-** (Azər): Ok da biley boy oyoyoy ***-***-**-**: Qaqas 22 manatim var 1 dənə butoy verərsən 1 saata qədər 10 manatda qardasun versin sənə Bidənə bunu alındırsan əla olaree əmioğlu ***-***-**-** (Azər); Qaqas indi danisdig axi ne ehdiyac var tezden yazilida diyirsen Yoxdu butov yarim duzelir vessalam ***-***-**-**: Qaqas yazdim oxumadin sora zeng vurdum. ***-***-**-** (Azər): Birezden goturmeliyik vurmusug pul xeber elicey isdisen gozde birezden gotursem gorusey veri. Teris bu seferliy kecirem secun birde bekesey olmasin)) ***-***-**-**: Əmioğlu getməmiş 15 diy pas at getde. 15 var hazir ***-***-**-** (Azər): He hecbisey sen hardasan ***-***-**-**: Evde ***-***-**-** (Azər): Men oz melemizdeyem 10 deqeye yigram cixarsan gelersen emimgilin meledine bizden bir tin yuxari xeyam gilin melesi de olar qaqas ***-***-**-**: Həri qaqas. ***-***-**-** (Azər): Oldi bratva yigramda sebir zehmet olmiya ***-***-**-**: Hec bir zəhməti yoxdu. Səbir məndə ***-***-**-** (Azər): Ela sene bir 5 Yigram qas seni Emiyogli can secun 02 duzelir isdisen bunu verim qalaninida goturende 03 de vererem bide tez heyox di Bilim 22 yanvar 2023-cü il tarixli mesajlaşma mətnindən: ***-***-**-**: Emioğlu sax salamat gel ama meni yaddan cixartmada. Ureyin istese gel bize. Sen gelmesen xeber ele men gelim Xəbər var qaqas? Emioğlu Qaqas salamatcılığdı? (9 cavabsız zəng) Bundan əlavə "WhatsApp Business" tətbiqinin zənglər bölməsindən görünür ki, Təqsirləndirilən şəxs2la "Xaledenik Temiri” adı ilə qeyd edilmiş nömrənin istifadəçisi arasında 18-22 yanvar 2023-cü il tarixlərində qarşlıqlı zənglər edilmişdir. “Xaledenik Temiri” adı ilə qeyd edilmiş nömrə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildə saat 21:06-da zəng edərək 3 dəqiqə 15 saniyə, xx.xx.2023-cü ildə saat 04:44-də zəng edərək 1 dəqiqə 29 saniyə, xx.xx.2023-cü ildə saat 14:09-də zəng edərək 24 saniyə, saat 15:21-də zəng edərək 38 saniyə, saat 15:32- də zəng edərək 12 saniyə, saat 15:46-da zəng edərək 15 saniyə, saat 15:52 zəng edərək 19 saniyə, saat 15:55-də zəng edərək 23 saniyə, saat 16:17-də görüntülü zəng edərək 46 saniyə, Təqsirləndirilən şəxs2 isə “Xaledenik Temiri’' adı ilə qeyd edilmiş nömrəyə xx.xx.2023-cü ildə saat 14:06-da zəng edərək 14 saniyə danışıq aparmışdır. Sonuncu danışıqdan sonra "Xalcdcnik Temiri” adı ilə qeyd edilmiş nömrənin istifadəçisi həmin gün ərzində ümumilikdə 28 dəfə Təqsirləndirilən şəxs2 zəng etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2la ***-***-**-** və “Vüsal Malyar” adı ilə qeyd edilmiş nömrənin istifadəçisi arasında da müxtəlif vaxtlarda mütəmadi danışıqlar aparılmışdır. Mobil telefonun zənglər bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 ***- ***-**-** mobil nömrəsi ilə telefonda “Vüsal Malyar” adı ilə qeyd edilmiş +**********57 nömrəsinin istifadəçisinə xx.xx.2023-cü il tarixdə, saat 13:46-da zəng edərək 29 saniyə, saat 14:58-də zəng edərək 38 saniyə danışıq apardığı məlum olur. Bundan başqa +**********47 nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 16:16-da zəng edilərək 29 saniyə danışıq aparılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxs barəsində qətimkan tədbirinin ləğv edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 73-75) görünür ki, Şahid1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 106-108) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 109-111) görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə onun cəzası artırılaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzanın qalan hissəsindən azad edilmiş, bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 85) görünür ki, DVD-də olan video lentə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 iştirakı ilə keçirilən baxış zamanı 1 ədəd çantadan aşkar edilmiş ümumilikdə 10 sellofan torbadan 3 ədədində ağ rəngli, kristallik formada psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin, 7 ədədində isə narkotik vasitə sayılan heroinə oxşar maddənin olduğu məlum olur, baxışı həyata keçirən əməkdaş həmin predmetlərdən metamfetaminə oxşar maddənin ümumi təqribi çəkisinin 2101 qram və heroinə oxşar maddənin isə ümumi təqribi çəkisinin 4438 qram təşkil etməklə tamlıqlarının və təqribi miqdarlarının pozulmadıqlarını qeyd edir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 canlı şəxsin ekspertizasının 38/MEŞ nömrəli rəyindən (cild 2, iş vərəqə 208-211) görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı döş qəfəsinin sağ körpücükaltı, döş və sağ gözaltı nahiyəsinin qançırları, sol almacıq və sol baldır nahiyəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, müxtəlif şəraitlərdə yetirilə bilərdilər, törənmə müddətləri xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 5-6 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olmadığından dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 canlı şəxsin ekspertizasının 37/MEŞ nömrəli rəyindən (cild 2, iş vərəqə 212-216) görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Qazax rayon İcra Hakimiyyətinin Başçısının şəhər inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 183) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət və narazılıq, o cümlədən təqsirləndirici sənəd daxil olmamışdır. xx.xx.2023-cü il tarixli Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 176) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Binəqədi qəsəbə nümayəndəliyinə heç bir əks məlumat daxil olmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin 972 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən (cild 4, iş vərəqə 122-123) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin 973 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən (cild 4, iş vərəqə 119-120) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 218-225) görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları zaman döyülmələri və təzyiqə məruz qalmaları barədə Yasamal Rayon Məhkəməsindən daxil olmuş 24 yanvar 2023-cü il tarixli 4(004)-77/2023 nömrəli və eyni tarixli 4(004)-78/2023 nömrəli məktubları əsasında aparılmış ilkin yoxlama materialı üzrə araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 9) görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, +98-***- ***-**-** nömrəsinin istifadəçisi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinə zəng edərək xx.xx.2023-cü il tarixdə, saat 02:50-də 24 saniyə, saat 02:59-da 20 saniyə, saat 03:13-də 2 saniyə, saat 03:41-də 32 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 4:48-də 59 saniyə, saat 05:03-də 41 saniyə, saat 05:33-də 5 saniyə danışıq aparmışdır. xx.xx.2023-cü il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş çıxarışlardan (cild 3, iş vərəqə 16-103) görünür ki, "xxxx" Kommersiya Bankı ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd diskdə olan məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" Kommersiya Bankı ASC-də Təqsirləndirilən şəxs1 adına qeydə alınmış **********218623 nömrəli bank kartı ilə onun adına qeydə alınmış "Leobank“-a məxsus **********023980 nömrəli bank kartı arasında 7 dəfə müxtəlif vaxtda və məbləğlərdə pul köçürmələri həyata keçirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 adına olan “Leobank”-a məxsus **********023980 nömrəli bank kartı üzrə məlumatların “internet” bölməsinə əsasən, həmin kartla 160 halda mədaxil-məxaric əməliyyatları icra edilmişdir ki, onlardan - 1) TRANZAKSİYA İD: **********76843962, ƏMƏLİYYAT TARİXİ: xx.xx.2023 13:39:28, TRANZAKSİYANİN VALYUTASİ: AZN, MƏBLƏĞ: 100, TƏSDİQ KODU: 698957, İSTİNAD KODU: **********73, ƏMƏLİYYATİN NÖVÜ: Mədaxil, TERMİNAL BANK: "xxxx" ASC, AÇİQLAMA: M10 ACCOUNT TO CARD, 2) TRANZAKSİYA İD: **********99443913, ƏMƏLİYYAT TARİXİ: xx.xx.2023 13:38:26, TRANZAKSİYANİN VALYUTASİ: AZN, MƏBLƏĞ: 1499, TƏSDİQ KODU: 621515, İSTİNAD KODU: **********26, ƏMƏLİYYATİN NÖVÜ: Mədaxil, TERMİNAL BANK: "xxxx" ASC, AÇİQLAMA: M10 ACCOUNT TO CARD, 3) TRANZAKSİYA İD: **********11822826, ƏMƏLİYYAT TARİXİ: xx.xx.2023 13:45:45, TRANZAKSİYANİN VALYUTASİ: AZN, MƏBLƏĞ: 1000, TƏSDİQ KODU: 587054, İSTİNAD KODU: **********04, ƏMƏLİYYATİN NÖVÜ: Mədaxil, TERMİNAL BANK: "xxxx" ASC, AÇİQLAMA: M10 ACCOUNT TO CARD əməliyyatlarının iş üçün əhəmiyyətli ola biləcəyi ehtimal olunur. Həmin kart üzrə "xxxx"-a məxsus ATM-lər (bankomatlar) vasitəsilə 6 halda, digər banklara məxsus ATM-lər vasitəsilə isə 9 halda nağdlaşdırma əməliyyatları icra edilmişdir ki, "xxxx"-a məxsus ATM-lər üzrə icra olunmuş həmin əməliyyatların hamısı onun özü tərəfindən həyata keçirilmişdir. Bundan əlavə, X3 adına qeydə alınmış “Leobank”-a məxsus **********642828 nömrəli bank kartı üzrə məlumatların “internet” bölməsinə əsasən, həmin kart üzərindən müxtəlif məbləğlərdə pul vəsaitinə dair 340 halda mədaxil-məxaric əməliyyatları icra edilmişdir ki, onlardan biri də Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış zamanı aşkar edilmiş xx.xx.2023-cü il tarixdə saat 00:59-da ödənilmiş 200 manat məbləğində pulun həmin karta mədaxil edilməsi əməliyyatıdır. Qeyd edilən əməliyyatlar xx.xx.2023-cü il tarixdən başlayıb mütəmadi xarakter daşımaqla xx.xx.2023-cü il tarixədək davam etmişdir. Qeyd olunan dövr ərzində həmin kartdan Unibank tətbiqi vasitəsilə CardtoCard yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitləri xx.xx.1990-cı il təvəllüdlü, X1 adına olan Unibanka məxsus 409858******0565 nömrəli və xx.xx.1998-ci il təvəllüdlü, X4 adına olan Unibanka məxsus 409858******2419 nömrəli bank kartlarına köçürülmüşdür. xx.xx.2022-ci il tarixdən başlayıb xx.xx.2023-cü il tarixdən isə, mütəmadi xarakter daşımaqla xx.xx.2023-cü il tarixədək digər bank tətbiqləri vasitəsilə CardtoCard yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitləri Cəfər Mirzəyevin həmin kartına mədaxil edilmişdir. Həmin kart üzrə "xxxx"-a məxsus ATM-lər (bankomatlar) vasitəsilə xx.xx.2022-ci ildən xx.xx.2023-cü İl tarixədək olan dövr ərzində ümumilikdə 10 halda, digər banklara məxsus ATM-lər vasitəsilə isə, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ümumilikdə 15 halda nağdlaşdırma əməliyyatları icra edilmişdir ki, "xxxx"-a məxsus ATM-lər üzrə icra olunmuş həmin əməliyyatların hamısı onun özü tərəfindən həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli bank sənədlərinə baxış keçirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 150) görünür ki, "xxxx" ASC-də X3 adına qeydə alınmış 4173-8652-2019- 5894 nömrəli kart üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 107.911,69 (bir yüz yeddi min doqquz yüz on bir manat altmış doqquz qəpik) manat dövriyyə olmuşdur. Həmin məbləğin bir qisminin ödəmə terminalları, bir qisminin bankomatlar, bir qisminin isə hesabdan hesaba köçürmə yolu ilə mədaxil və məxaric edildiyi müəyyən edilsə də, mövcud sənədlər əsasında həmin ödəmə terminallarının, bankomatların ünvanları və bu əməliyyatları icra etmiş şəxs və şəxsləri, həmçinin köçürmələr edilmiş hesablar barədə məlumatları müəyyən etmək mümkün deyildir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş çıxarışlardan (cild 4, iş vərəqə 1-66) görünür ki, "xxxx" MMC-dən xx.xx.2023cü il tarixdə daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD-yə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə +98-***-***-**-** nömrəsinin istifadəçisinə zəng edərək xx.xx.2023-cü il tarixdə, saat 20:39-da 13 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 13:32-də 13 saniyə, saat 13:36-da 17 saniyə, saat 13:47-də 22 saniyə, saat 14:58-də 40 saniyə danışıq aparmışdır. Bundan başqa, +98-***-***-**-** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs2 həmin nömrəsinə xx.xx.2023-cü il tarixdə, saat 16:16-da zəng edərək 29 saniyə danışıq aparmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsindən ********** nömrəsinə xx.xx.2023-cü il tarixdə “Qaqas yanimda adam var xalamogli bele 70-80 manata vermisem ureyin isdiyir 60 ver yoxdusa varsa 70 ver bele maqa atamcani pula nujda var insalla tezdiynen sey goturcem yarim yesiy qiret elicem sene dilxosdug eliyersen” məzmunlu, ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə "Ay qaqas nocun bele elisenki kisiyiyde siryozni vereceyim var didim sene sennen borc pul isdemireme ozpulumu isdiyirem yeke oğlansan didimki vereceyim var neyniyey Mirze is gormiyeyde senine he cigallig elisende heri he neolar senol menicun pirablem deyil ozun bilersen toydasan hardasan bilmirem sabalarim pulu goturcem sennen onnansoramdaki day meni yigma ota dasa gore held neyse basqa bir sey olarsa yigarsan qonsuyug ama qaldiki neyse is gormeye oqeder cigal adam var isgoren olseydim olarnanda gorerdim hecbisey gecen xeyire” məzmunlu, ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə "Sadiq men pul vurmusam bir nefernen karta xeber gozduyuruy bu xeber eliyenkimi men gedib goturmeliyem gelmeliyem gedib goturum gec olmazki xeber cixana gedib goturene gelene goturub geliceyem kende soram qayidaceyam senin yanva sen isdisen ged gorus gotur pulu qaqas soram gec olar” məzmunlu, ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə “Bide sebirli olda qaqas gozduyurem goturub gelirem. Qaqas senol pulu verib masinda oturub gozduyurem cixsin versin gelirem sebirli ol sadiq biyagdan sen yigsan iki nefer dendd pul goturmusem ne p.. yidimala” məzmunlu, ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə “Emiyogli pirablem deyil qaqasim bunu dinende bes bugun butungunu yigib usaglar das da var qaqasim das kola varsa isdiyen olur bilseydim cixdan yerbeyer olardi hecbisey qaqasim xeber elicem onda sene” məzmunlu mesajlar göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***- **-** nömrəsinə ***-***-**-** nömrəsindən xx.xx.2023-cü il tarixdə “Qaqas kola alindi lazimdiye isdiyen var kontr yoxdu yigda meni”, xx.xx.2023-cü il tarixdə “Qaqas yigiram ac das lazimdi 1 dene bidene de 10 luq kola. Qaqas evdesense gelim men ver de usaq gedmelidi telesir” məzmunlu, ***-***-**-** nömrəsindən xx.xx.2023-cü il tarixdə “Qaqas qusidi hardasan pati kola lazimdh yig meni” məzmunlu, ***-***-**-** nömrəsindən xx.xx.2023-cü il tarixdə “Azər sən öl bu gün heç eləməmişəm. Ölürəm lomkadan çıx gəldə pisdi vəziyət", “Xalaoğlu sən allah qonaqım var dəqədə gələn adam deyil qurban sənə yarım dənə ot təşkil elədə”, “5-1 Om verim ot düz qoşda yola salım getsin Qubaya” məzmunlu, ***-***-**-** nömrəsindən xx.xx.2023-cü il tarixdə “Azer yeke adamsan bu ne hereketdir edirsen, kişisiz ala adami pulunu alib lomkada qoyani sen ne deyirsense? Mende sene qosulurammm, kişi bele etmez” məzmunlu, ***-***-**-** nömrəsindən xx.xx.2023-cü il tarixdə "Qaqas axriyram birşey fıkirleseyde neyniyey nece eliyey. Qaqas 25m var. 0.8 şad verersen gotrum gelim. Emioxlu 30 m var burda elekberin yanındayım” məzmunlu mesajlar göndərilmişdir. xx.xx.2023-cü il tarixli bank sənədlərinə baxış keçirilməsi haqqında protokoldan (cild 4, iş vərəqə 96) görünür ki, "xxxx" ASC-də X3 adına qeydə alınmış 4173-8652-2019-5894 nömrəli kart üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 107.911,69 (bir yüz yeddi min doqquz yüz on bir manat altmış doqquz qəpik) manat dövriyyə olmuşdur. Cəfər Mirzəyevin adına olan bank hesabı üzrə qalıq məbləğ 0,00 təşkil edir. Onun adına olan həmin bank kartı ilə ATM əməliyyatı həyata keçirilməmişdir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 4, iş vərəqə 159-160) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 4, iş vərəqə 163-164) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 4, iş vərəqə 177-179) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 4, iş vərəqə 200-252) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2059,4 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 4326,6 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,982 qram təşkil edən narkotik vasitə tiryək, qalıq çəkisi 1,590 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metamfetamin izləri olan 2 (iki) ədəd metal borunun maddi sübut qismində tanınaraq saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, 1 (bir) ədəd çanta, 10 ədəd yuyucu vasitə və şirniyyat qutuları, 1 ədəd zəncirbəndli qara rəngli kiçik ölçülü saxlanc qabının maddi sübut qismində tanınaraq saxlanılması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilməsi, Təqsirləndirilən şəxs1 adına olan **********218623 nömrəli Unibank və **********7023980 nömrəli Leobank-a məxsus bank kartları, ona məxsus P5329465 nömrəli pasport, ona məxsus 1 (bir) ədəd “Samsung Galaxy J7” və 1 (bir) ədəd “Redmi” markalı, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” markalı mobil telefonların maddi sübut qimisndə tanınaraq cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-154/2019 saylı hökmündən (cild 3, iş vərəqə 153-167) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə görə sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar və vəsatətlər vermişlər, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərinin olması və bu cinayətlərin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxslərin iddia etdikləri dəlillərin həqiqət olmasını müəyyən etmək mümkün olmadığından, ibtidai araşdırma zamanı toplanılmış sübutların həqiqiliyinə və mötəbərliyinə şübhə yaradacaq hallar müəyyən edilmədiyindən, toplanılmış sübutlar ittihamın qiymətləndirilməsinə kifayət etdiyindən məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə araşdırması nəticəsində sübutetmə mərhələsində ittiham tərəfinin əldə etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi sübutlar nəticəsində hasil olunmuş nəticədən fərqli nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər məhkəmədə vermiş olduqları ifadələrində irəli sürülmüş ittiham üzrə halları mübahisələndirsələr də, şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə videoçəkiliş vasitəsi ilə keçirilmiş prosessual hərəkətlər zamanı aşkarlanmış narkotik vasitələr və psixotrop maddələrin növünü, həmin vasitələr və maddələrin olduqları bükümlərin sayını, çəkisini, eləcə də iş üçün sair əhəmiyyət kəsb edən halları mübahisələndirməmişlər. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs1 şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və həmin şəxslərin vasitəsilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini həyata keçirmə barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri 22 yanvar 2023-cü il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 (üç) sellofan paketdə qablaşdıraraq onlardan 2 (iki) ədədini üzərində “Softlan” yazısı olan 2 (iki) ədəd yuyucu toz qutusunun, 1 (bir) ədədini isə 1 (bir) ədəd qırmızı rəngli yuyucu vasitə qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 785 qram, 785 qram və 490 qram olan külli miqdar təşkil edən 2.060 qram çəkidə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini, 7 (yeddi) sellofan paketdə qablaşdıraraq onlardan 1 (bir) ədədini üzərində “Home Plus’" yazısı olan 1 (bir) ədəd yuyucu vasitə qutusunun, 1 (bir) ədədini üzərində “Vitray” yazısı olan 1 (bir) ədəd şirniyyat qutusunun, 5 (beş) ədədini isə üzərində “Classic" yazısı olan 5 (beş) ədəd şirniyyat qutusunun içində, ayrı-ayrılıqda çəkiləri 445 qram, 675 qram, 483 qram, 565 qram, 585 qram, 620 qram və 955 qram olan külli miqdar təşkil edən 4.328 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini 2 (iki) sellofan paketdə yerləşdirilmiş şəkildə 1.500 manat müqabilində cinayətkar qrupun Azərbaycan Respublikasında olan digər üzvü Təqsirləndirilən şəxs2 çatdırması üçün 22 yanvar 2023-cü il tarixdə, saat 00:30 radələrində İran İslam Respublikasının "yeddi bulaq"' adlanan ərazisində əldə edib və göstərilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz olaraq saxlayaraq İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımış, həmçinin həmin gün saat 04:00 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar" gömrük postundan Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs1 külli miqdar təşkil edən 2.060 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdar təşkil edən 4.328 qram çəkidə narkotik vasitə heroini məhz İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu vasitəsilə Azərbaycan Respublikasına daşımasını, yəni qaçaqmalçılıq yolu ilə keçirməsini və Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar" gömrük postundan Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən keçərkən saxlanılaraq göstərilən vasitə və maddələrin aşkar edilməsini əsas tutmuşdur. Həmçinin məhkəmə istintaqında təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində 22 yanvar 2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi "Nissan Tiida” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına gələrək külli miqdar təşkil edən 2.060 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdar təşkil edən 4.328 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərkən saxlanılmışdır. Bu hissədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ifadə verərək Təqsirləndirilən şəxs2 cəmi 1 (bir) qram çəkidə narkotik vasitə heroin almaq üçün Təqsirləndirilən şəxs1 yaşadığı evə getdiyini iddia etsələr də, məhkəmə bu hissədə verilmiş ifadələri mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş çoxsaylı “Votsap” yazışmalarından məlum olmuşdur ki, cinayətin icraçıları qismində çıxış edən həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda İran İslam Respublikası vətəndaşı kimi tanıdıqları “Şahbaz” adlı şəxslə danışıq apararaq sonuncuya külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin Azərbaycan Respublikasında qanunsuz alqı-satqısı ilə məşğul olmaq istədiklərini bildirərək “Şahbazdan” müxtəlif növdə, çəkidə və qiymətə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələri onlara göndərilməsini istəmişlər. Başqa sözlə, təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda “Şahbaz” adlı şəxslə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin X6 Azərbaycan Respublikası ərazisinə keçirilməsi barədə danışıqlar aparmaları və bu barədə tərəflər arasında razılığın əldə edilməsi, razılığa əsasən Təqsirləndirilən şəxs1 bilavasitə başqa ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göstərilən külli miqdarda vasitələr və maddələri keçirməsi, vasitələr və maddələr Bakı şəhərinə Təqsirləndirilən şəxs1 tərəfindən gətirildikdən sonra Təqsirləndirilən şəxs2 bu barədə “Şahbazla” danışması və həmin vasitələri/maddələri gedib Fuadın yaşadığı evdən götürməsi ona dəlalət edir ki, onların hər birinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlaməti var. Bundan başqa, məhkəmə istintaqında təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs2 22 yanvar 2023-cü il tarixdək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 1,082 qram çəkidə kustar üsulla hazırlanmış tiryəki qanunsuz olaraq əldə etmiş, idarə etdiyi "Nissan Tiida” markalı, **-PC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan 1 (bir) ədəd zəncirbəndli qara rəngli kiçik ölçülü saxlanc qabında saxlamış, daşımış, 22 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində qeyd edilən nəqliyyat vasitəsinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin qarşısında keçirilmiş baxış zamanı qeyd olunan narkotik vasitə, eləcə də, şəxsi istehlak miqdarında narkotik vasitə hesab edilən 1,640 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və üzərində metamfetamin psixotrop maddəsinin izləri olan 2 (iki) ədəd metal boru aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində saxlanılsa da, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdiyi külli miqdar təşkil edən 2.060 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdar təşkil edən 4.328 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 Bakı şəhərində yaşadığı ünvandan əldə etmək üçün gəldiyindən və həmin vasitələri/maddələri qanunsuz şəkildə əldə edərkən saxlanıldığından ittiham üzrə sonuncu ağır cinayət Bakı şəhəri ərazisində törədilməklə orada başa çatmışdır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən səlahiyyətli şəxslər tərəfindən döyüldüklərini iddia etsələr də, məhkəmədə araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22 yanvar 2023-cü il tarixdə saxlanılsalar da, Təqsirləndirilən şəxs1 üzərində ümumiyyətlə heç bir xəsarət izi olmamış, Təqsirləndirilən şəxs2 üzərində isə xəsarət izi olsa da, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, sonuncunun üzərində olan xəsarət izi onun saxlanılmasından əvvəl yaranmıışdır. Göstərilən xüsusatlar bilavasitə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ifadə verərkən səmimi olmamışlar, əksinə işin həqiqi hallarını gizlətməklə törətdikləri cinayət əməllərinə haqq qazandırmaq və bununla da məsuliyyətdən yayınmaq istəmişlər. Əks nəticəyə gəlmək üçün məhkəmədə heç bir hal müəyyən edilməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 evli olmasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və cinayətin digər iştirakçısının ifşa etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını və vərəm xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Bundan başqa, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmiş, lakin Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin sadə residivini cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-154/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunsa da, qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçmədiyi halda, yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərində ödənilməmiş məhkumluğu olsa da, onun çəkilməmiş cəzası qalmamışdır. Odur ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə əsasən təyin edilməlidir. Belə ki, Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin məcmusu var və onların hər birinə təqsirli bilindikləri maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla onların hər birinə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli isə həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatınə daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətlər təsnifata görə ağır cinayətlər kateqoriyasına daxil olsa da, Təqsirləndirilən şəxs2 əməllərində ağırlaşdırıcı hal kimi cinayətlərin sadə residivi olduğundan o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilməklə qəti cəzanın əvvəli 22 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin 972 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin 973 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut olub Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2059,4 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 4326,6 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,982 qram təşkil edən narkotik vasitə tiryək, qalıq çəkisi 1,590 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metamfetamin izləri olan 2 (iki) ədəd metal boru, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş 1 (bir) ədəd çanta, 10 ədəd yuyucu vasitə və şirniyyat qutuları, 1 ədəd zəncirbəndli qara rəngli kiçik ölçülü saxlanc qabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 adına olan **********218623 nömrəli Unibank və **********7023980 nömrəli Leobanka məxsus bank kartları, ona məxsus P5329465 nömrəli pasport, 1 (bir) ədəd “Samsung Galaxy J7” və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 168 (yüz altmış səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 168 (yüz altmış səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzaları həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzaları həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra maddi sübut olub Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2059,4 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 4326,6 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 0,982 qram təşkil edən narkotik vasitə tiryək, qalıq çəkisi 1,590 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metamfetaminin izləri olan 2 (iki) ədəd metal boru, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmiş 1 (bir) ədəd çanta, 10 ədəd yuyucu vasitə və şirniyyat qutuları, 1 ədəd zəncirbəndli qara rəngli kiçik ölçülü saxlanc qabı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 adına olan **********218623 nömrəli Unibank və **********7023980 nömrəli Leobank-a məxsus bank kartları, ona məxsus P5329465 nömrəli pasport, 1 (bir) ədəd “Samsung Galaxy J7” və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 168 (yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-419/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-419/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver